Məhkəmə qərarları › İş №2-1(112)-1993/2024

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-1993/2024

12.06.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-1993/2024 12.06.2024 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Əhədova Aygün Əlqəmə qızının sədrliyi ilə, İddiaçının nümayəndəsi və vəkili Vəkil, Cavabdehin nümayəndəsi X1 iştirakları ilə, İddiaçı cavabdeh Təhsildə X2rşı “diplomun tanınması və ekvivalentlik haqqında şəhadətnamənin verilməsi” tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: İddiaçı cavabdeh Təhsildə X2rşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək Rusiya Federasiyası "S.Y.Vitte Moskva Universiteti" tərəfindən İddiaçı verilmiş 16 fevral 2022-ci il tarixli 137705 ******* saylı, qeydiyyat №-si 68500 olan magistr diplomun Azərbaycan Respublikası ərazisində tanınması və xarici ali təhsilə dair kvalifıkasiyasımn tanınması haqqında şəhadətnamə verilməsi öhdəliyinin cavabdeh Təhsildə Keyfiyyət Təminatı Agentliyininn üzrərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı xx.xx.1988-ci il tarixində Bakı şəhərində anadan olmuşdur. Faktiki olaraq ünvan 1 ünvanında qeydiyyatda olaraq yaşayır. 05 sentyabr 2018-ci il tarixində Moskva şəhərində yerləşən S.Y.Vitte adına Moskva Universitetinə daxil olmuşdur. Həmin Universitetin “Heyətin idarə olunması” ixtisasını oxumuşdur. Lakin 2021-ci il fevral ayında magistratura müdafiəsindən kəsildiyi üçün həmin Universitetə 27 aprel 2021-ci ildə yenidən daxil olmuşdur və bu Universiteti 2022-ci ilin 03 fevralında bitirmişdir. Bu Universitetin Magistr diplomunu 2022-ci ilin fevralın 6-da əldə etmişdir. Universiteti distant təhsil texnologiyasından istifadə etməklə qiyabi formada oxumuşdur. Həmin Universitet tərəfindən ona təqdim olunmuş 05 sentyabr 2018-ci il və 27 aprel 2021-ci il tarixli müqavilələrində distant təhsil texnologiyasından istifadə etməklə qiyabi formada oxumağı, təhsil almağı qeyd olunub.Bununla əlaqədar Rusiya Federasiyası Ali Təhsil Özəl Təhsil Mütəxəssisi "S.Y.Vitte adına Moskva Universiteti" tərəfindən xx.xx.2022-ci il tarixdə 137705 ******* saylı və qeydiyyat nömrəsi 68500 olan Magistr diplomu və 137705 ******* saylı xx.xx.2022-ci il tarixli magistr diplomuna əlavə verilmişdir. RF-nın səlahiyyətli orqanı tərəfindən xx.xx.1961-ci il tarixli Haaqa Konvesiyasına əsasən apostil verilməklə həmin diplomun və diploma əlavənin qanuniliyi tanınmışdır. Məhz magistratura pilləsi üzrə ali təhsil haqqında bu diplomun Azərbaycan Respublikasında tanınması (nostrifıkasiyası) üçün müvafiq zəruri sənədləri müəyyən edilmiş qaydada Azərbaycan Respublikasının Təhsildə X3 Xarici dövlətlərin ali təhsil sahəsində diplom üzrə ixtisaslarının tanınması və ekvivalentliyinin müəyyən edilməsi üzrə Elektron Ərizə sisteminə müraciət etdi və ərizəni xx.xx.2023-cü il tarixində doldurmuşdur. Ərizənin müracit nömrəsi **********3-dür. Ərizə qəbul edilmişdir. Lakin Sənədələrinin icraatı nədənsə dayandırılmış və ondan Universitetə qəbul olma ilə bağlı məlumat istənilmişdir. Qəbul olmağıyla bağlı müqavilə sənədini TKTA-ya yenidən göndərdi. 14 iyul 2023-cü il tarixində cavabdeh TKTA tərəfindən ona xarici ali təhsil diplomunun tanınmaması barəsində sənəd göndərilmişdir. Yəni sonradan cavabdeh Təhsildə Keyfiyyət Təminatı Agentliyi (TKTA) tərəfindən xarici dövlətlərin ali təhsil sahəsində ixtisaslarının tanınması və ekvivalentliyinin müəyyən edilməsi (nostrifikasiya) üzrə elektron ərizə sistemindən onlayn qaydada daxil edilmiş 14 iyul 2023-cü il tarixli NA00013586 saylı «Xarici dövlətlərin ali təhsilə aid kvalifıkasiyasının tanınmasından imtina edilməsi barədə» qərarla xarici ali təhsilə dair kvalifıkasiyasının tanınmasından imtina edilmişdir. İmtinanın səbəbi kimi ali təhsilin magistratura səviyyəsi üzrə hər bir tədris ili ərzində sözügedən kvalifikasiya üzrə nəzərdə tutulmuş təhsilin normativ müddətinin yarısı qədər təhsil aldığı ölkənin ərazisində olmaması qeyd edilmişdir. Həmçinin imtina barədə qərarda qeyd olunmuşdur ki, qərardan razı olmadığı təqdirdə 30 gün müddətində inzibati və ya məhkəmə qaydasında şikayət verilə bilər. Cavabdeh inzibati orqanın 2018-2022-ci illərdə Rusiya Federasiyasının Moskva şəhərində yerləşən "S.Y.Vitte adına Moskva Universiteti"ndə aldığı qiyabi təhsillə bağlı verilmiş 16 fevral 2022-ci il tarixli 137705 ******* saylı "Heyyətin idarə edilməsi" ixtisası üzrə Magistr Diplomunun Azərbaycan Respublikasında tanınmasından imtina edilməsinə dair 14 iyul 2023-cü il tarixli qərarı ilə razılaşmır və imtinanın səbəbini əsassız hesab edir. Çünki xarici dövlətdə aldığım ali təhsilə dair diplom üzrə ixtisasın Azərbaycan Respublikasında tanınması üçün hüquqi əsasları mövcuddur. Belə ki, hazırda Azərbaycan Respublikasında tanınmasını tələb etdiyi ali təhsil haqqında diploma əlavə edilmiş 137705 ******* saylı 16 fevral 2022-ci il tarixli diploma əlavədən müəyyən edilir ki, aldığı ixtisas üzrə ali təhsil müəssisəsi tərəfindən müəyyən edilmiş proqram fənnləri üzrə tam tədrisi müvəffəqiyyətlə başa vurmuşdur. Həmin Universitet tərəfindən ona təqdim edilmiş xx.xx.2018-ci il və xx.xx.2021-ci il tarixli müqavilələrdən bu Universitetdə distant təhsil texnologiyasından istifadə etməklə qiyabi təhsil aldığı 4 (dörd) il müddətində qaydalara uyğun olaraq hər il kurs semestr dövründə dərslərdə iştirak etmişdir. Ali təhsil aldığı müddətdə müvafiq fənn proqramlarını mənimsəmiş və bütün imtahanlarda uğurla iştirak etmişdir. Təhsil aldığı müddətdə dərslərdə tam iştirak etdiyi üçün dərslərə davamiyyəti yaxşı olmuşdur. Tədris olunan fənnlərin hamısından məqbul, kafi, yaxşı və əla qiymətlər aldığı diploma əlavədən də görmək mümkündür. Bunun üçün də cavabdeh inzibati orqanın diplom üzrə ali təhsilə aid kvalifikasiyasının ixtrisasın tanınmasından imtinasını əsassız hesab edir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 45.4-cü maddəsinə əsasən iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi Bakı İnzibati Məhkəməsinə daxil olduqdan sonra İnzibati Prosessual Məcəllənin 45.4, 47 və 49-cu maddələrinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və məhkəmənin sərəncamı ilə iddiaya qarşı yazılı münasibət bildirilməsi məqsədilə iddia ərizəsinin surəti ona əlavə olunmuş sənədlərlə birlikdə cavabdehə təqdim olunmuşdur. Cavabdeh orqanın iddiaya yazılı etirazı məhkəməyə təqdim edilmiş və etirazda bildirilmişdir ki, İddiaçı Rusiya Federasiyası S.Y.Vitte adına Moskva Universiteti tərəfindən ona verilmiş xx.xx.2022-ci il tarixli, № 137705 ******* nömrəli diplom üzrə əldə etdiyi “Heyətin idarə olunması” ixtisasının tanınması məqsədilə Təhsildə X3 (bundan sonra Agentlik) müraciət etmiş, aparılan icraat zamanı ərizəçinin təhsil aldığı ölkədə qısa müddət ərzində olduğundan diploma əlavədə qeyd olunan tədris yükünü yerinə yetirməyi qeyrimümkün olduğu üçün ona tanınma haqqında şəhadətnamənin verilməsindən xx.xx.2023cü il tarixli qərarla imtina edilmişdir. Qabaqcıl beynəlxalq təcrübə əsasında xarici dövlətlərin ali təhsilə aid kvalifikasiyalarının tanınması prosesini optimallaşdırmaq məqsədilə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2023-cü il 3 fevral tarixli 34 nömrəli qərarı ilə “Xarici dövlətlərin ali təhsilə aid kvalifikasiyalarının tanınması Qaydaları”(bundan sonra-Qaydalar) təsdiq edilmişdir. Bununla bağlı bildirmək istərdik ki, Qaydaların 4.1.4-cü yarımbəndində Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2018-ci il 18 iyul tarixli 311 nömrəli Qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ömürboyu təhsil üzrə Milli Kvalifikasiyalar Çərçivəsi” (bundan sonra – Milli Kvalifikasiyalar Çərçivəsi) üzrə orta ixtisas təhsili, bakalavriat (əsas (baza ali) tibb təhsili) və magistratura səviyyələrinə uyğun kvalifikasiyalara münasibətdə ərizəçinin hər bir tədris ili ərzində müvafiq kvalifikasiya üzrə nəzərdə tutulmuş təhsilin normativ müddətinin ən azı yarısı qədər təhsil aldığı ölkənin ərazisində olması (tibb və səhiyyə ixtisasları üzrə təhsilin normativ müddətində təhsil aldığı ölkənin ərazisində olması) tanınmaya dair tələblər arasında göstərilmişdir. Qaydaların 1.3-cü bəndinə əsasən tanınma Azərbaycan Respublikasının Konstitusiyası, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələr, “Təhsil haqqında” Azərbaycan Respublikasının Qanunu, Azərbaycan Respublikasının diger qanunlan, Azerbaycan Respublikası Prezidentinin fərman və sərəncamlan, bu Qaydalar, Azerbaycan Respublikası Nazirlər Kabinetinin digər qərarlanı, həmçinin serancamları, habela Azərbaycan Respublikasının digər normativ hüquqi aktlarının telablari nazara alınmaqla həyata keçirilir. Beləliklə, Qaydalarda qeyd olunmuş bir tədris il ərzində müvafiq kvalifikasiya üzrə nəzərdə tutulmuş təhsilin normativ müddəti Azərbaycan Respublikası təhsil sistemini tənzimləyən normativ hüquqi aktlar asasında həyata keçirilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2010-cu il tarixli, 75 nömrəli qərarı ilə təsdiq edilmiş “Ali təhsil pilləsinin dövlət standartı və proqramı”nın 8.7.1ci yarımbəndinə əsasən həftəlik auditoriya dərsləri bakalavriat səviyyəsində 30, magistratura səviyyəsində isə 16 saatdan çox olmamalıdır və 8.7.2-a yarımbəndinə əsasən qiyabi forma üzrə tələbələrin auditoriya dərslərinin həcmi magistratura səviyyəsində ildə 120-160 saat nəzərdə tutulur ki, bu da ərizəçinin Auditoriya dərslərində 6-8 həftə müddətində iştirakını zəruri edir. Qaydalarda tanınmaya dair tələblər arasında yer alan bir tədris ili ərzində müvafiq kvalifikasiya üzrə nəzərdə tutulmuş təhsilin normativ müddətinin ən azı yarısı qədər təhsil aldığı ölkənin ərazisində olmasının İddiaçı vəziyyətinə nisbətdə dəyərləndirilməsi üçün onun sərhədkeçmə məlumatlarına baxış keçirilmiş, iddiaçının təhsil aldığı xarici ölkədə olmaq müddətini araşdırmış və onun sərhədkeçmə məlumatları aşağıdaki kimi müəyyənləşdirilmişdir: İ il-getməyib, İİ ilgetməyib, İİİ il- getməyib, İV il- getməyib. Ərizəçi tədris müddətində təhsil aldığı ölkə ərazisində ümumiyyətlə olmamışdır. Baxmayaraq ki, iddiaçının əldə etdiyi diplom əlavəsində onun təhsilalma forması qiyabdir, o, qiyabi ilə birlikdə distant təhsil aldığını da bildirir. “Təhsil Haqqında” Azərbaycan Respublikasının Qanununun 13-cü maddəsində təhsilalma formaları müəyyən olunmuşdur:Əyani;Qiyabi;Distant (məsafədən);Sərbəst (eksternat). Sözügedən Qanunda məlum olur ki, təhsilalma formaları bir-birilərinden fərqlənir. Təhsilalma formaları arasında uyğunsuzluğun olması təhsil sahəsində İxtisasın tanınması barədə mənfi rəyin verilməsi üçün əsaslardan biridir.Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2022-ci il tarixli, 2-1(102)-794/2022 saylı qərarının 36-cı bəndində qeyd olunmuşdur ki: Məhkəmə Kollegiyası iddiaçının “tədris zamanı distant təhsil texnologiyalarından istifadə olunması” barədə dəlilinə qiymət verərək hesab edir ki, qiyabi və distant (məsafədən) təhsilalma formaları “Təhsil haqqında” Azərbaycan Resbuplikasının Qanununda bir-birindən fərqləndirilən anlayışlardır. Qiyabi təhsilalma forması zamanı zəruri hallarda distant təhsil texnologiyalarından istifadə olunması yolverilən olsa da, bu qiyabi və distant təhsilin eyni olması mənasını ehtiva etmir.Qaydaların 4.1.5-ci bəndində Milli Kvalifikasiyalar Çərçivəsi üzrə orta ixtisas təhsili, bakalavriat (əsas (baza ali) tibb təhsili) və magistratura səviyyələrinə uyğun kvalifikasiyalara münasibətdə tədris müddətinin ən azı üçdə ikisində ənənəvi təlim metodlarına əsaslanan formal təhsilin əldə olunması tanınmaya dair tələblər sırasında əks olunmuşdur ki, bu da ərizəçilərin əyani və qiyabi təhsilalma formasında təlim gördükləri tədris dövrünün üçdə bir hissəsində distant texnologiyaların tətbiqi ilə təhsil almalarını istisna etmir və bu barədə ali təhsil müəssisəsi ilə rəsmi müqavilə və ali təhsil müəssisəsinin müvafiq əmri olduqda iddiaçının təqdim etdiyi sənədlər əsasında icraat zamanı bu hallar nəzərə alınır. Qeyd olunanlara əsasən görünür ki, qəbul edilmiş normativ hüquqi akt (Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2023-cü il 3 fevral tarixli 34 nömrəli qərarı ilə “Xarici dövlətlərin ali təhsilə aid kvalifikasiyalarının tanınması Qaydaları) Azərbaycan Respublikası Təhsil Qanununda yer alan distant təhsilalma formasını birmənalı olaraq rədd etmir, əksinə xarici ali təhsilə aid kvalifikasiyaların tanınması zamanı bunun tənzimlənmə qaydasını müəyyən edir və iddiaçının distant texnologiyaların tətbiqi ilə bağlı təqdim etdiyi sənədlər bu sahədə mövcud olan normativ-hüquqi aktda nəzərdə tutulmuş mexanizmlər çərçivəsində dəyərləndirilməlidir və iddiaçının təhsil müddətində auitoriya dərslərində iştirakı və imtahan sessiyaları üçün xarici ali təhsil aldığı ölkədə olduğu müddət bu çərçivəyə uyğun gəlmir. “Məhkəmələr və hakimlər” haqqında Azərbaycan Respublikasının Qanununa əsasən məhkəmələr baxılmış işlər üzrə Azərbaycan Respublikası adından qərarlar çıxarırlar. Ona görə də məhkəmədən xarici ali təhsilə aid kvalifikasiyaların tanınmasının bir fəaliyyət istiqaməti kimi Azərbaycan Respublikası Prezidentinin 29 dekabr 2019-cu il tarixli 907 nömrəli Fərmanı ilə təsdiq olunmuş “Təhsildə Keyfiyyət Təminatı Agentliyinin Nizamnaməsi” nin 2.2.2-ci bəndinə əsasən Agentliyin səlahiyyətinə aid edilməsini habelə Azərbaycan Respublikası Prezidentinin 2023-cü il 18 avqust tarixli 2306 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Xarici dövlətlərin ali təhsilə aid kvalifikasiyalarının tanınması Qaydaları” ilə bu səlahiyyətin yerinə yetirilməsi prosesi tənzimləndiyini nəzərə alaraq, yuxarıda qeyd olunmuş həm səlahiyyətverici, həm müəyyən olunmuş səlahiyyətin həyata keçirilmə qaydasının müəyyən edildiyi normativ-hüquqi aktların tələbləri, habelə iddiaçının tələbinin qanunvericilikdə təsbit olunmuş xarici ali təhsilə aid kvalifikasiyaların tanınması üzrə minimum normativlərə və tələblərə açıq şəkildə uyğunsuzluğu nəzərə alınaraq, İddiaçı Rusiya Federasiyası S.Y.Vitte adına Moskva Universiteti tərəfindən ona verilmiş xx.xx.2022- ci il tarixli, Na 137705 ******* nömrəli diplom üzrə əldə etdiyi “Heyətin idarə olunması” ixtisasının Azərbaycan Respublikasının ərazisində tanınması və ekvivalentlik haqqında şəhadətnamənin verilməsi vəzifəsinin cavabdeh Agentliyinə həvalə edilməsi barədə iddia tələbi rədd edilməsi xahiş edilmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı tərəf iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi iddiaya etiraz edərək tələbin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə tərəflərin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi aşağıdakı əsaslara görə təmin edilməməlidir. İş materiallarına əlavə edilmiş Rusiya Federasiyası "S.Y.Vitte Moskva Universiteti"nin xx.xx.2022-ci il tarixdə verilmiş 137705 ******* nömrəli 68500 qeydiyyat nömrəli magistr diplomun azərbaycan dilinə tərcümə olunmaqla notarial qaydada təsdiq edilmiş surətindən müəyyən olunur ki, İddiaçı “X6” fakültəsinin 004 saylı xx.xx.2022-ci il tarixli qərarı ilə “X6 üzrə magistr dərəcəsi verilmişdir. İş materiallarına əlavə edilmiş Rusiya Federasiyası "S.Y.Vitte Moskva Universiteti” və İddiaçı arasında bağlanmış “Ali təhsilin əsas peşə proqramları üzrə ödənişli təhsil xidmətlərinin göstərilməsi haqqında” xx.xx.2018-ci il tarixli müqavilənin 1.1-ci bəndinə əsasən, icraçı distant texnologiyalardan istifadə etməklə qiyabi təhsil forması üzrə 38.04.03 “X6” ixtisası üzrə magistraturanın ali təhsilin əsas peşə təhsili proqramı üzrə 2-ci ali təhsil alması üçün sifarişçiyə ödənişli təhsil xidmətləri göstərməyi, sifarişçi isə onları qəbul edib ödəniş etməyi öhdəsinə götürür. İş materiallarına əlavə edilmiş Rusiya Federasiyası "S.Y.Vitte Moskva Universiteti” və İddiaçı arasında bağlanmış “Ali təhsilin asas peşə proqramları üzrə ödənişli təhsil xidmətlərinin göstərilməsi haqqında” xx.xx.2021-ci il tarixli müqaviləyə əsasən, icraçı distant texnologiyalardan istifadə etməklə qiyabi təhsil forması üzrə 38.04.03 “X6” ixtisası üzrə magistratura proqramının ali təhsilin əsas peşə təhsili proqramı üzrə 2-ci ali təhsil alması üçün Sifarişçiyə ödənişli təhsil xidmətləri göstərməyi, sifarişçi isə onları qəbul edib ödəniş etməyi öhdəsinə götürür. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-12944/2023 nömrəli inzibati iş üzrə xx.xx.2023-cü il tarixli qəraradına əsasən, İddiaçı Rusiya Federasiyası "S.Y.Vitte Moskva Universiteti" tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli 137705 ******* saylı, 68500 qeydiyyat nömrəli magistr diplomu üzrə ixtisasın tanınması və ekvivalentliyinin müəyyən edilməsi barədə müraciətinə məhkəmə qərardadının əsaslandırıcı hissəsində hquqi mövqe nəzərə alınmaqla yenidən baxılması üçün cavabdeh Təhsildə X3 2(ay) müddət təyin edilmişdir. Aralıq qərardadın icrası ilə əlaqədar Təhsildə Keyfiyyət Təminatı Agentliyinin xx.xx.2024-cü il tarixli, 3-29-61/2-138/2024 nömrəli cavab məktubunda bildirilmişdir ki, Bakı İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2-1(112)- 12944/2023 nömrəli qərardadı əsasında, təqdim olunmuş yeni sənədlərlə İddiaçı Rusiya Federasiyası S.Y.Vitte adına Moskva Universiteti tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli, № 137705 ******* nömrəli diplom üzrə əldə etdiyi “Heyətin idarə olunması” (qiyabi/magistratura) ixtisasının tanınması üzrə yenidən inzibati icraat aparılmışdır. İddiaçının xarici ali təhsil aldığı ölkədə olma müddəti onun sərhədkeçmə məlumatları əsasında yenidən araşdırılmış və təhsil aldığı illər üzrə aşağıdaki kimi müəyyənləşdirilmişdir :İ il- getməyib,İİ il- getməyib,İİİ il- getməyib,İV ilgetməyib. Bildiririk ki, ərizəçi tədris müddətində təhsil aldığı ölkə ərazisində ümumiyyətlə olmamışdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2010-cu il 12 may tarixli, 88 nömrəli qərarı ilə təsdiq edilmiş “ Magistratura təhsilinin məzmunu, təşkili və “magistr” dərəcələrinin verilməsi Qaydalan”nın 1.6-cı yarımbəndinə əsasən magistratura səviyyəsində qiyabi forma üzrə təhsil müddəti əyani təhsilalma formasının tədrisə tam cəlb olunma (fulltime) növü üzrə təhsilin normativ müddətindən altı ay artıqdır.Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2010-cu il tarixli, 75 nömrəli qərarı ilə təsdiq edilmiş “Ali təhsil pilləsinin dövlət standartı və proqramı”nın 8.7.1-ci və 8.7.2-ci yarımbəndinə əsasən həftəlik auditoriya dərsləri bakalavriat səviyyəsində 30, magistratura səviyyəsində isə 16 saatdan çox olmamalıdır və qiyabi forma üzrə tələbələrin auditoriya dərslərinin həcmi bakalavriat səviyyəsində ildə 120-160 saat nəzərdə tutulur.İddiaçının məhkəməyə təqdim etdiyi distant təhsilalma formasıyla bağlı müqaviləyə əsasən cavabeh tərəfindən yenidən icraat aparılmışdır. Cavabdeh tərəf bu iddianı araşdırmaq məqsədi ilə iddiaçının təhsil aldığı xarici təhsil müəssisəsinə sorğu vermişdir. Univesitet sorğuya cavabında bildirmişdir ki, “İddiaçı xx.xx.2018-ci il tarixində Rusiya Federasiyası S.Y.Vitte adına Moskva Universitetinin “Heyətin idarə olunması ixtisasına daxil olmuş, qiyabi təhsilalma formasında təhsil almışdır. O, xx.xx.2021-ci il tarixində universitetdən xaric olunmuş daha sonra xx.xx.2021-ci il tarixində universitetin 3-cü kursuna bərpa olunmuşdur. İddiaçı xx.xx.2022-ci il tarixində universiteti müvəffəqiyyətlə bitirmişdir. Universitet onu da qeyd edir ki, iddiaçı təhsil müəssinəsindən xaric olunmadan əvvəl və daha sonra yenidən bərpa olunduqdan sonra da qiyabi təhsilalma formasında təhsil almışdır.”(əlavə olunur) .Beləliklə, Azərbaycan Respublikası Prezidentinin 2023-cü il 18 fevral tarixli 2306 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Xarici dövlətlərin ali təhsilə aid kvalifikasiyalarının tanınması Qaydaları”nın (bundan sonra Qaydalar) 3.10.1-ci və 4.1.4-cü bəndlərinə əsasən ərizəçinin xarici dövlətin ali təhsilə aid kvalifikasiyasının tanınmasından imtina edilməsi üçün hüquqi əsas yaranmışdır.Bildiririk ki, Qaydaların 4.1.5-ci bəndinə əsasən xarici dövlətlərdə əldə olunan ali təhsilə aid kvalifikasiyaların tanınması üçün Milli Kvalifikasiyalar Çərçivəsi üzrə orta ixtisas təhsili, bakalavriat (əsas (baza ali) tibb təhsili) və magistratura səviyyələrinə uyğun kvalifikasiyalara münasibətdə tədris müddətinin ən azı üçdə ikisində ənənəvi təlim metodlarına əsaslanan formal təhsilin əldə olunması (tibb və səhiyyə ixtisasları üzrə təhsilin normativ müddətində ənənəvi təlim metodlarına əsaslanan formal təhsilin əldə olunması) tələb olunur.” Yuxarda qeyd olunanlara əsasən xx.xx.2024cü il tarxili qərarla onun xarici dövlətdə əldə etdiyi xarici kvalifikasiyasının tanınmasından imtina edilmişdir. İş materiallarına əlavə olunmuş Təhsildə Keyfiyyət Təminatı Agentliyinin xx.xx.2024-cü il tarixli, NA00023595 nömrəli qərarından görünür ki, “ərizəçinin müraciətinə baxılaraq onun ali təhsilin magistratura səviyyəsi üzrə hər bir tədris ili ərzində sözügedən kvalifikasiya üzrə nəzərdə tutulmuş təhsilin normativ müddətinin yarısı qədər təhsil aldığı ölkənin ərazisində olmaması müəyyən edilmişdir. Beləliklə, Azərbaycan Respublikası Prezidentinin 2023-cü il 18 avqust tarixli, 2306 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Xarici dövlətlərin ali təhsilə aid kvalifikasiyalarının tanınması Qaydaları"nın 3.10.1- ci və 4.1.4-cü bəndlərinə əsasən ərizəçinin xarici dövlətin ali təhsilə aid kvalifikasiyasının tanınmasından imtina edilməsi üçün hüquqi əsas yaranmışdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2010-cu il 23 aprel tarixli, 75 nömrəli qərarı ilə təsdiq edilmiş "Ali təhsil pilləsinin dövlət standartı və proqramı"nın 8.7.2-ci bəndinə əsasən qiyabi forma üzrə tələbələrin auditoriya dərslərinin həcmi magistratura səviyyəsində ildə 120-160 saat nəzərdə tutulur. Eyni zamanda Azərbaycan Respublikası Prezidentinin 2023-cü il 18 avqust tarixli, 2306 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Xarici dövlətlərin ali təhsilə aid kvalifikasiyalarının tanınması Qaydaları"nın 4.1.5-ci bəndinə əsasən xarici dövlətlərdə əldə olunan ali təhsilə aid kvalifikasiyaların tanınması üçün Milli Kvalifikasiyalar Çərçivəsi üzrə orta ixtisas təhsili, bakalavriat (əsas (baza ali) tibb təhsili) və magistratura səviyyələrinə uyğun kvalifikasiyalara münasibətdə tədris müddətinin ən azı üçdə ikisində ənənəvi təlim metodlarına əsaslanan formal təhsilin əldə olunması (tibb və səhiyyə ixtisasları üzrə təhsilin normativ müddətində ənənəvi təlim metodlarına əsaslanan formal təhsilin əldə olunması) tələb olunur.Yuxarıda göstərilənləri nəzərə alaraq Azərbaycan Respublikası Prezidentinin 2023-cü il 18 avqust tarixli, 2306 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Xarici dövlətlərin ali təhsilə aid kvalifikasiyalarının tanınması Qaydaları"nın 3.10.1-ci bəndinə əsasən, ərizəçinin xarici ali təhsilə dair kvalifikasiyasının tanınmasından imtina edilmiş, qərar məlumat üçün ərizəçiyə təqdim edilmişdir”. İş materiallarına əlavə edilmiş Rusiya Federasiyası "S.Y.Vitte Moskva Universiteti"nin xx.xx.2024-cü il tarixli 207 nömrəli arxiv arayışında qeyd edilmişdir ki, “İddiaçı həqiqətən “X6” ixtisası üzrə məsafəli texnologiyalardan istifadə etməklə qiyabi təhsil formasında ali təhsilin xüsusi təhsil müəssisəsi “S.Y.Vitte adılna Moskva Universiteti”ndə təhsil alıb. İddiaçı “Magistr” dərəcəsi verilib və 16 fevral 2022-ci il tarixində 13775 seriyalı ******* nömrəli diplom, 137705 seriyalı ******* nömrəli, qeydiyyat nömrəsi 68500 olan əlavə təqdim edilib.Tələbələrin sırasına 26 oktyabr 2018-ci il tarixli 299.029 saylı əmrlə qəbul edilib. Tələbələrin sırasından 18 mart 2021-ci il tarixli 77.05 saylı əmrə əsasən xaric edilib.Tələbələrin sırasına 29 iyun 2021-ci il tarixli 180.018 saylı əmrə əsasən Təhsilini bitirməsi ilə əlaqədar olaraq 07 fevral 2022-ci il tarixli 38.035ПГ saylı əmrə əsasən tələbələrin sırasından xaric edilib. Məsafəli formatda təhsil alması zamanı İddiaçı məşğələlərdə əyani iştirak etməsi zərurəti mövcud olmayıb. O, məsafəli oxuyub və imtahanları verib. Məşğələlər məsafəli formatda, universitetdə əyani iştirak olmadan keçirilib. Dövlət yekun attestasiyanın verilməsi və buraxılış ixtisas işinin müdafiəsi universitetdə əyani iştirak olmadan məsafəli formatda baş verib.” İş materiallarına əlavə edilmiş Rusiya Federasiyası "S.Y.Vitte Moskva Universiteti"nin Azərbaycan Respublikası Təhsildə X3 ünvanladığı xx.xx.2024-cü il tarixli 3 nömrəli sorğuya cavab məktubunda bildirilmişdir ki, İddiaçı həqiqətən Rusiya Federasiyası S.Y.Vitte adına Moskva Universitetinin “Heyətin idarə olunması ixtisası üzrə qiyabi formada təhsil almışdır. Universitet tələbələri siyahısına xx.xx.2018-ci il tarixdə 299.029 ПГ əmri ilə daxil olub. O, xx.xx.2021-ci il tarixində 77.055 ПГ əmri ilə universitetdən xaric olunmuşdur. 180.018 ПГ əmri ilə xx.xx.2021-ci il tarixində universitetin 3-cü kursuna bərpa olunmuşdur. xx.xx.2022-ci il tarixində 38.035 ПГ əmri ilə universiteti müvəffəqiyyətlə bitirmişdir. Təhsil dövründə təhsilalma forması dəyişməmişdir. İş materiallarına əlavə olunmuş Təhsildə Keyfiyyət Təminatı Agentliyinin 14 iyul 2023-cü il tarixli, NA00013586 nömrəli qərarından görünür ki, “ərizəçinin müraciətinə baxılaraq onun ali təhsilin magistratura səviyyəsi üzrə hər bir tədris ili ərzində sözügedən kvalifikasiya üzrə nəzərdə tutulmuş təhsilin normativ müddətinin yarısı qədər təhsil aldığı ölkənin ərazisində olmaması müəyyən edilmişdir. Beləliklə, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2023-cü il 3 fevral tarixli 34 nömrəli qərarı ilə təsdiq edilmiş "Xarici dövlətlərin ali təhsilə aid kvalifikasiyalarının tanınması Qaydaları"nın 3.10.1-ci və 4.1.4-cü bəndlərinə əsasən ərizəçinin xarici dövlətin ali təhsilə aid kvalifikasiyasının tanınmasından imtina edilməsi üçün hüquqi əsas yaranmışdır.Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2010-cu il 23 aprel tarixli, 75 nömrəli qərarı ilə təsdiq edilmiş "Ali təhsil pilləsinin dövlət standartı və proqramf'nın 8.7.2-ci bəndinə əsasən qiyabi forma üzrə tələbələrin auditoriya dərslərinin həcmi magistratura səviyyəsində ildə 120-160 saat nəzərdə tutulur.Eyni zamanda Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2023-cü il 3 fevral tarixli 34 nömrəli qərarı ilə təsdiq edilmiş "Xarici dövlətlərin ali təhsilə aid kvalifikasiyalarının tanınması Qaydaları"nın 4.1.5-ci bəndinə əsasən xarici dövlətlərdə əldə olunan ali təhsilə aid kvalifikasiyaların tanınması üçün Milli Kvalifikasiyalar Çərçivəsi üzrə orta ixtisas təhsili, bakalavriat (əsas (baza ali) tibb təhsili) və magistratura səviyyələrinə uyğun kvalifikasiyalara münasibətdə tədris müddətinin ən azı üçdə ikisində ənənəvi təlim metodlarına əsaslanan formal təhsilin əldə olunması (tibb və səhiyyə ixtisasları üzrə təhsilin normativ müddətində ənənəvi təlim metodlarına əsaslanan formal təhsilin əldə olunması) tələb olunur.Yuxarıda göstərilənləri nəzərə alaraq Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2023-cü il 3 fevral tarixli 34 nömrəli qərarı ilə təsdiq edilmiş "Xarici dövlətlərin ali təhsilə aid kvalifikasiyalarının tanınması Qaydalaları'nın 3.10.1-ci bəndinə əsasən ,ərizəçinin xarici ali təhsilə dair kvalifikasiyasının tanınmasından imtina edilmiş,qərar məlumat üçün ərizəçiyə təqdim edilmişdir. Qərardan onun hüquqi qüvvəyə mindiyi gündən 30 (otuz) gün müddətində inzibati və ya məhkəmə qaydasında şikayət verilə bilər.” «İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 05 saylı, 10 aprel 2015-ci il tarixli Qərarında göstərilmişdir ki, mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur (1.3-cü bənd). Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir (1.4-cü bənd). Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır (2.1-ci bənd). Qeyd edilən normaların tələbindən çıxış edərək məhkəmə ilk növbədə verilmiş iddianın mümkünlüyünü qiymətləndirir. Belə ki, iddia mümkün iddiadır. Baxılan işdə söhbət İnzibati Prosessual Məcəllənin 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədən gedir ki, buna da baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İPM-in 2.1, 3.1 və 8.1-ci maddələri). İddia düzgün cavabdehə qarşı verilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur. İnzibati Prosessual Məcəllənin 33.1-ci maddəsinə əsasən məcburetmə haqqında iddia vasitəsi ilə iddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsini cavabdehin üzərinə qoymağı məhkəmədən tələb edə bilər. Həmin Məcəllənin 33.2-ci maddəsinə görə bu Məcəllənin 33.1-ci maddəsində nəzərdə tutulmuş qayda həm iddiaçının arzuladığı inzibati aktın qəbulundan cavabdeh tərəfindən imtina edildiyi hallara, həm də cavabdehin hərəkətsizliyi səbəbindən (hərəkətsizliyə qarşı iddia) inzibati aktın qəbul edilmədiyi hallara şamil olunur. Həmin Məcəllənin 38.2-ci maddəsinə görə məcburetmə haqqında iddia tələb olunan inzibati aktın qəbul edilməsindən imtina barədə iddiaçıya müvafiq inzibati aktın təqdim edildiyi və ya bu barədə yazılı məlumatın verildiyi vaxtdan 30 gün müddətində qaldırıla bilər. İddiaçı məhkəmədə iddia qaldırmamışdan əvvəl qeyd edilən tələblə bağlı müvafiq qaydada cavabdehə müraciət etmiş və cavabdehin verdiyi xx.xx.2023-cü il tarixli imtina cavabından sonra iddia ərizəsini xx.xx.2023-cü il tarixdə məhkəməyə təqdim etməklə, 30 günlük iddia müddətini ötürməmişdir. Beləliklə, iddianın mümkünlük şərtləri ödənilir. İddia mahiyyət üzrə əsassızdır. İşin hallarından görünür ki, iddiaçı 2018-2022-ci illərdə Rusiya Federasiyası Ali Təhsil Özəl Təhsil Mütəxəssisi "S.Y.Vitte adına Moskva Universitetində qiyabi formada magistratura təhsili almış, ona həmin universitet tərəfindən xx.xx.2022-ci il tarixdə 137705 ******* saylı və qeydiyyat nömrəsi 68500 olan magistr diplomu verilmişdir. İddiaçı aldığı ixtisas üzrə diplomun ölkə ərazisində tanınması ilə bağlı etdiyi müraciətə cavabdeh tərəfindən xx.xx.2023-cü il tarixdə cavab verilmiş və məktubda iddiaçının ali təhsilin magistratura səviyyəsi üzrə hər bir tədris ili ərzində kvalifikasiya üzrə nəzərdə tutulmuş təhsilin normativ müddətinin yarısı qədər təhsil aldığı ölkənin ərazisində olmadığını, bununla da iddiaçının diplom əlavəsində göstərilən tədris yükünü yerinə yetirmək üçün kifayət hesab edilmədiyini əsas gətirilərək imtina verilmişdir. Hazırkı iddiasında iddiaçı tərəf diploma əlavəsində təhsilalma formasının qiyabi olduğu qeyd edilsə də iddiaçının həmin universitetlə 05 sentyabr 2018-ci il və 27 aprel 2021-ci il tarixli müqavilələrində göstərildiyi kimi distant texnologiyasından istifadə etməklə qiyabi formada təhsil aldığını, təhsil almasının fərdi tədris proqramlarına uyğun olaraq həyata keçirildiyi, bu səbəbdən sözügedən ölkə ərazisində olmadığını qeyd edərək cavabdehin imtinasının əsassızlığını və ona verilmiş bakalavr diplomu üzrə ixtisasın tanınması barədə qərar qəbul edilməsini mübahisələndirir. Məhkəmə aşağıdakılara əsasən cavabdehin imtinasını əsaslı hesab edir. “Təhsil haqqında” Azərbaycan Respublikasının Qanunun aşağıdakı maddələrinə əsasən: -13.1. Azərbaycan Respublikasında aşağıdakı təhsilalma formaları müəyyən edilir: 13.1.1. əyani; 13.1.2. qiyabi; 13.1.3. distant (məsafədən); 13.1.4. sərbəst (eksternat). -22.4. Magistratura təhsili ixtisaslaşmalar üzrə hər hansı ixtisas sahəsinin elmi tədqiqat və ya peşəkar məqsədlər üçün daha dərindən öyrənilməsini nəzərdə tutur və məzunlara peşəkar fəaliyyətlə, elmi tədqiqat və elmi-pedaqoji işlərlə məşğul olmaq hüququ verir. Magistratura təhsilinin məzmunu, təşkili və “magistr” dərəcələrinin verilməsi qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. -27.4. Xarici dövlətlərin ali təhsilə aid kvalifikasiyalarının tanınması müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada həyata keçirilir. -29.0.21. Xarici dövlətlərin ali təhsilə aid kvalifikasiyalarının tanınması qaydalarını müəyyən etmək və kvalifikasiyaların tanınmasını həyata keçirmək; -44.2. Azərbaycan Respublikası vətəndaşlarının xarici ölkələrdə, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasında təhsil alması qaydaları, xarici dövlətlərin ali təhsilə aid kvalifikasiyalarının tanınması qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilmiş normativ hüquqi aktlarla tənzimlənir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 34 saylı 3 fevral 2023-cü il tarixli Qərarı ilə təsdiq edilmiş “Xarici dövlətlərin ali təhsilə aid kvalifikasiyalarının tanınması Qaydaları”na əsasən: - 1.1. Bu Qaydalar “Təhsil haqqında” Azərbaycan Respublikası Qanununun 27.4-cü və 29.0.21-ci maddələrinə əsasən hazırlanmışdır və xarici dövlətlərin ali təhsilə aid kvalifikasiyalarının tanınması qaydalarını müəyyən edir. -1.2. Tanınma Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin tabeliyində Təhsildə Keyfiyyət Təminatı Agentliyi tərəfindən həyata keçirilir. -1.3.Tanınma Azərbaycan Respublikasının Konstitusiyası, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələr, “Təhsil haqqında” Azərbaycan Respublikasının Qanunu, Azərbaycan Respublikasının digər qanunları, Azərbaycan Respublikası Prezidentinin fərman və sərəncamları, bu Qaydalar, Azərbaycan Respublikası Nazirlər Kabinetinin digər qərarları, həmçinin sərəncamları, habelə Azərbaycan Respublikasının digər normativ hüquqi aktlarının tələbləri nəzərə alınmaqla həyata keçirilir. - 3. Ərizəçinin müraciətinə bu Qaydaların 2.4-cü bəndində qeyd edilən sənədlər TMİS-ə tələb olunan qaydada daxil edildiyi gündən etibarən ən geci 3 (üç) ay müddətində baxılır. İlk növbədə ərizəçinin təqdim etdiyi sənədlərin rəsmi məlumat mənbələri (Azərbaycan Respublikasının və xarici ölkələrin aidiyyəti dövlət orqanlarının (qurumlarının) informasiya ehtiyatları və sistemləri, təhsil sənədlərinin tanınması üzrə beynəlxalq şəbəkə, xarici ölkələrin aidiyyəti dövlət orqanlarının informasiya sistemləri, xarici ölkələrin ali təhsil müəssisələrinin ali təhsilə dair məlumat bazaları və s.) vasitəsilə doğruluğu müəyyən edilir. Apostil reyestri mövcud olan ölkələr tərəfindən verilmiş apostil şəhadətnaməsinin (möhürünün) həqiqiliyi həmin reyestr vasitəsilə yoxlanılır. Ərizəçinin müraciətinə baxılması üçün “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 30.5-ci maddəsinə uyğun olaraq aşağıdakı məlumatların yoxlanılması məqsədilə aidiyyəti dövlət orqanlarının (qurumlarının) informasiya sistemlərinə və ehtiyatlarına sorğular edilir: ərizəçinin fərdi məlumatlarındakı (adı, soyadı, atasının adı, yaşayış ünvanı, qeydiyyat ünvanı, vətəndaşlığı və s.) dəyişiklik; ərizəçinin təhsilalma tarixi; ərizəçinin hərbi mükəlləfiyyəti; ərizəçinin əmək fəaliyyəti; ərizəçinin sərhədkeçmə qeydiyyatı. -3.6. Agentlik tanınma üçün yerli və xarici müstəqil ekspertləri və mütəxəssisləri öz fəaliyyətinə cəlb edə bilər. -3.8. Tanınma ilə bağlı Agentlik aşağıdakı qərarlardan birini qəbul edir: 3.8.1. ali təhsilə dair kvalifikasiyanın akademik və peşə tanınması; 3.8.2. ali təhsilə dair kvalifikasiyanın akademik tanınması (tam, qismən, şərti və ya alternativ tanınması); 3.8.3. ali təhsilə dair kvalifikasiyanın peşə tanınması; 3.8.4. ali təhsilə dair kvalifikasiyanın tanınmasından imtina edilməsi. -3.9. Bu Qaydaların 3.8.1 – 3.8.3-cü yarımbəndlərində nəzərdə tutulan qərarlar tanınma şəhadətnaməsi ilə rəsmiləşdirilir və həmin qərarın qəbul edildiyi tarixdən 3 (üç) gün müddətində ərizəçinin şəxsi kabinetinə göndərilir. -3.10. Aşağıdakı hallarda kvalifikasiyanın tanınmasından imtina edilir: 3.10.1. bu Qaydaların 4.1-ci bəndində nəzərdə tutulan ümumi tələblərə riayət olunmadıqda; 3.10.2. ərizəçinin müraciət etdiyi kvalifikasiya ilə Azərbaycan Respublikasında mövcud olan uyğun kvalifikasiya arasında əhəmiyyətli fərq aşkar olunduqda və ya həmin kvalifikasiya Azərbaycan Respublikasında mövcud olmadıqda və qismən, şərti və ya alternativ tanınma mümkün olmadıqda; 3.10.3. peşə tanınmasına münasibətdə bu Qaydaların 6.2-ci bəndinə uyğun olaraq, ərizəçi sınaq imtahanında müvəffəqiyyət qazanmadıqda. -3.11. Tanınmadan imtina edildiyi halda bu barədə qərar səbəbləri göstərilməklə həmin qərarın qəbul edildiyi tarixdən 3 (üç) gün müddətində ərizəçinin şəxsi kabinetinə göndərilir. -4.1.Tanınma üzrə ümumi tələblər aşağıdakılardır: 4.1.1. müvafiq kvalifikasiyaya dair sənədin əldə olunduğu təhsil müəssisəsinin fəaliyyət göstərdiyi ölkədə səlahiyyətli keyfiyyət təminatı qurumu tərəfindən akkreditasiyadan keçməsi və dövlət lisenziyasının olması; 4.1.2. müvafiq kvalifikasiyaya dair sənədin autentik (həqiqi) olması; 4.1.3. müvafiq kvalifikasiyanın verildiyi ölkənin kvalifikasiyalar çərçivəsində yerinin göstərilməsi; 4.1.4. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2018-ci il 18 iyul tarixli 311 nömrəli Qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ömürboyu təhsil üzrə Milli Kvalifikasiyalar Çərçivəsi” (bundan sonra – Milli Kvalifikasiyalar Çərçivəsi) üzrə orta xtisas təhsili, bakalavriat (əsas (baza ali) tibb təhsili) və magistratura səviyyələrinə uyğun kvalifikasiyalara münasibətdə ərizəçinin hər bir tədris ili ərzində müvafiq kvalifikasiya üzrə nəzərdə tutulmuş təhsilin normativ müddətinin ən azı yarısı qədər təhsil aldığı ölkənin ərazisində olması (tibb və səhiyyə ixtisasları üzrə təhsilin normativ müddətində təhsil aldığı ölkənin ərazisində olması); 4.1.5. Milli Kvalifikasiyalar Çərçivəsi üzrə orta ixtisas təhsili, bakalavriat (əsas (baza ali) tibb təhsili) və magistratura səviyyələrinə uyğun kvalifikasiyalara münasibətdə tədris müddətinin ən azı üçdə ikisində ənənəvi təlim metodlarına əsaslanan formal təhsilin əldə olunması (tibb və səhiyyə ixtisasları üzrə təhsilin normativ müddətində ənənəvi təlim metodlarına əsaslanan formal təhsilin əldə olunması). Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 may 2010-cu il tarixli, 88 nömrəli Qərarı ilə təsdiq edilmiş “Magistratura təhsilinin məzmunu, təşkili və magistr dərəcələrinin verilməsi Qaydaları” 1.5. Magistratura səviyyəsində əyani (tədrisə tam cəlb olunma – fulltime və tədrisə qismən cəlb olunma – parttime) və qiyabi təhsilalma formaları müəyyən edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 24 iyun 2010-cu il tarixli, 117 nömrəli Qərarı ilə təsdiq edilmiş “Bakalavriat (əsas (baza ali) tibb təhsili) təhsilinin məzmunu və təşkili Qaydaları” 1.6....Bakalavriat səviyyəsində əyani (tədrisə tam cəlb olunma – fulltime və tədrisə qismən cəlb olunma – parttime), qiyabi və distant (məsafədən) təhsilalma formaları müəyyən edilir. Əsas (baza ali) tibb təhsili yalnız əyani (tədrisə tam cəlb olunma – fulltime və tədrisə qismən cəlb olunma – parttime) təhsilalma forması ilə həyata keçirilir. Distant (məsafədən) formada bakalavr hazırlığı Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən müəyyən olunan əsasnamə əsasında həyata keçirilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 06 avqust 2010-cu il tarixli, 147 nömrəli Qərarı ilə təsdiq edilmiş “Formal təhsilin təşkili Qaydaları” nın aşağıdakı bəndlərinə əsasən: -4. Formal təhsil qanunvericiliklə müəyyən edilmiş əyani (tədrisə tam cəlb olunma – fulltime və tədrisə qismən cəlb olunma – parttime), qiyabi, distant (məsafədən), sərbəst (eksternat) təhsilalma formaları vasitəsilə həyata keçirilir. -5.4. ali təhsil pilləsi üzrə: bakalavriat səviyyəsində - əyani (tədrisə tam cəlb olunma – fulltime və tədrisə qismən cəlb olunma – parttime), qiyabi, distant (məsafədən), əsas (baza ali) tibb təhsili səviyyəsində - əyani (tədrisə tam cəlb olunma – fulltime və tədrisə qismən cəlb olunma – parttime); magistratura səviyyəsində - əyani (tədrisə tam cəlb olunma – fulltime və tədrisə qismən cəlb olunma – parttime), qiyabi, rezidentura səviyyəsində - əyani; doktorantura səviyyəsində - əyani; Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2010-cu il 4 iyun tarixli, 104 nömrəli qərarı ilə təsdiq olunmuş "Təhsil proqramlarının (kurikulumlarının) yerinə yetirilməsi müddəti"nin 1.5-ci bəndinə görə ali təhsil pilləsinin bakalavriat səviyyəsində əyani forma üzrə təhsilin normativ müddəti 4-5 ildir. Qiyabi forma üzrə təhsil müddəti bir il artıqdır. Bu müddət ayrıayrı ixtisasların təhsil proqramları ilə müəyyən edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 24 dekabr 2013-cu il tarixli, 348 nömrəli qərarı ilə təsdiq edilmiş “Ali təhsil müəssisələrinin bakalavriat və magistratura səviyyələrində, əsas (baza ali) tibb təhsilində və Azərbaycan Milli Elmlər Akademiyasının magistratura səviyyəsində kredit sistemi ilə tədrisin təşkili Qaydaları”na əsasən: -3.2.2. Ali təhsilin hər iki səviyyəsində əyani təhsilalma forması üzrə tədris ili 40 həftədir. Hər semestr 20 həftədən (o cümlədən, 5 həftə imtahan sessiyası) ibarətdir. Bir semestrə, tədrisə tam cəlb olunan (fulltime) tələbəyə 30 (tələbənin prerekvizit fənn və ya fənlərdən akademik borcu qaldığı halda, kreditlərin sayı az ola bilər), tədrisə qismən cəlb olunan (parttime) tələbəyə 20-yə qədər kredit müəyyənləşdirilir. Bir kredit tələbənin auditoriya və auditoriyadankənar 30 saatlıq işinə bərabərdir. Tələbənin 5 (beş) günlük iş rejimində həftəlik auditoriya və auditoriyadankənar ümumi yükünün həcmi 45 saatdır (xüsusi təyinatlı ali təhsil müəssisələri istisna olmaqla). Tələbənin həftəlik işinin həcmi 1,5 kreditdir (yay semestri istisna olmaqla). Buraxılış işinin, magistrlik dissertasiyasının hazırlanmasına və müdafiəsinə, eləcə də buraxılış dövlət və semestr imtahanlarına hazırlığa, imtahanın verilməsinə və təcrübələrin keçirilməsinə ayrılmış hər bir həftə 1,5 kreditə bərabərdir. -3.2.3. Qiyabi təhsilalma forması üzrə tədris ili 32 həftədir. Hər semestr 16 həftədən (o cümlədən, 1 həftə imtahan sessiyası) ibarətdir və hər semestrə 24 kredit müəyyənləşdirilir. -3.2.4. İxtisasın (ixtisaslaşmanın) təhsil müddətindən asılı olaraq, tələbələrə bakalavriatda 240-300 kredit (əsas (baza ali) tibb təhsilində 300-360 kredit), magistraturada təhsilin normativ müddəti 1,5 il olduğu halda 90, 2 (iki) il olduğu halda isə 120 kredit müəyyənləşdirilir. Müəyyən olunmuş kreditin tələbə tərəfindən yığılması məcburidir. Hazırkı işin hallarından müəyyən olunur ki, iddiaçının magistr diplomunun əlavəsində təhsilalma formasının qiyabi olduğu qeyd edilmişdir. İddiaçının qiyabi təhsil forması üzrə təhsili alması üçün hər bir tədris ili ərzində təhsilin normativ müddətinin ən azı yarısı qədər təhsil aldığı ölkənin ərazisində olması tələb olunduğu halda iddiaçının sərhədkeçmə məlumatlarından görünür ki, o təhsil aldığı müddət ərzində həmin ölkədə ümumiyyətlə olmamışdır. Cavabdehin də iddiaçının diplomunun tanınmasından imtinasının dəlili ondan ibarətdir ki, iddiaçı tədris ili ərzində müvafiq kvalifikasiya üzrə nəzərdə tutulmuş təhsilin normativ müddətinin ən azı yarısı qədər həmin ölkədə olmadığı üçün diploma əlavədə qeyd edilmiş tədris yükünün onun tərəfindən yerinə yetirilməsi qeyri-mümkündür. İddiaçı tərəf təhsil aldığı müddətdə müvafiq ölkədə olmamasını həmin universitetlə bağlanmış 05 sentyabr 2018-ci il və 27 aprel 2021-ci il tarixli müqavilələrində göstərildiyi kimi distant texnologiyasından istifadə etməklə qiyabi formada təhsil aldığını, bu səbəbdən sözügedən ölkə ərazisində olmadığı kimi izah etmişdir. Məhkəmə iddiaçının qeyd edilən dəlili ilə razılaşmır. Əvvəla qeyd edilməlidir ki, qiyabi və distant fərqli təhsil formalarıdırlar. Ona görə də iddiaçıya münasibətdə qiyabi təhsil formasına dair tələblər tətbiq olunmalı, bunun üzərindən hüquqi dəyərləndirmələr aparılmalıdır. Azərbaycan Respublikasında təhsilin müvafiq strukturlarına qoyulan tələblərə uyğunluğun müəyyən olunması baxımından isə nəzərə alınmalıdır ki, ölkəmizdə bakalavriat və magistratura təhsilinin qiyabi formada həyata keçirilməsinə münasibətdə hər il müəyyən tədris yükünü yerinə yetirmək, eləcə də müəyyən müddətlərdə tədrisə faktiki cəlb olunmaqla auditoriya dərslərində iştirak tələb olunur. Belə olan halda, xaricdə alınmış qiyabi formada magistr təhsili üzrə ixtisasın ölkədə tanınması və ekvivalentliyinin müəyyən edilməsi məhz Azərbaycanda magistratura təhsilinin qiyabi formasına münasibətdə əsas standartlara uyğunluğun müəyyən olunmasından asılıdır. Xaricdə təhsil alınarkən distant təhsil texnologiyalarından istifadə olunduğunun mümkünlüyünü və təhsilin alındığı ölkədə bunun yolverilənliyini nəzərə alır. Lakin burada həlledici olan qeyd edilən qaydada xaricə alınmış qiyabi bakalavriat təhsilinin Azərbaycanda bakalavriat təhsilinin qiyabi formasına münasibətdə əsas standartlara uyğun olmadığıdır. Başqa sözlə, Azərbaycan Respublikasının qanunvericiliyi tədris ili ərzində tələbənin müəyyən müddətlərdə tədrisə faktiki cəlb olunmaqla auditoriya dərslərində iştirakını qiyabi formada bakalavriat təhsilinin həyata keçirilməsinin əsas prinsiplərindən biri və müvafiq olaraq Azərbaycan Respublikasında təhsilin bu formasına qoyulan tələb kimi müəyyən etmişdir (bax: 2-1(102)-2229/2023, 2-1(102)-2762/2023, 2- 1(102)-959/2024 №-li işlər üzrə qərarlar). İddiaçının vəziyyətində sözügedən tələbə riayət olunmamışdır. İkincisi, məhkəmə qeyd edir ki, qanunvericiliyin yuxarıda sadalanmış normalarının təhlilindən hasil olan nəticə ondan ibarətdir ki, Azərbaycan Respublikasında distant (məsafadən) təhsil, təhsilalma formalarından biri kimi ümumən, tanınmışdır. Lakin Azərbaycan Respublikasının qanunvericiliyi bu təhsil formasının bakalavriat səviyyəsi üzrə tədrisin təşkilində tətbiqini nəzərdə tutsa da, magistratura səviyyəsi üzrə distant (məsafadən) təhsilalma formasını yol verilən hesab etməmişdir. (bax: 2-1(102)-2229/2023 №-li iş üzrə qərar). Beləliklə, cavabdeh orqanın müraciətin təminindən imtinası qanunazidd deyil və iddiaçının hüquqlarının pozulmasına səbəb olan hal kimi qiymətləndirilməməlidir. İnzibati Prosessual Məcəllənin 68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Həmin Məcəllənin 85.1-ci maddəsinə əsasən şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 75 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qərara aldı: İddiaçı cavabdeh Təhsildə X2rşı “diplomun tanınması və ekvivalentlik haqqında şəhadətnamənin verilməsi” tələbinə dair iddiası təmin edilməsin. Qərardan təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər. Hakim Aygün Əhədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar