Məhkəmə qərarları › İş №2-1(112)-1997/2020

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-1997/2020

17.06.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-1997/2020 17.06.2020 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Mədətli Fərid İlham oğlunun sədrliyi, Məhkəmə iclas katibi Əliyev Teymur Budaq oğlunun katibliyi, Tərəflərin iştirakı olmadan, İddiaçı Cavabdehnə qarşı sayğacın quraşdırılması, maddi və mənəvi ziyanın ödənilməsi tələbi barədə inzibati mübahisəyə dair işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi, 56) şifahi, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinə, "xxxx" Açıq Səhmdar Cəmiyyətinə, Cavabdehnə üçüncü şəxslər Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə və Ombudsmana qarşı iddia ərizəsi ilə 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə müraciət edərək, Cavabdeh üzərinə texniki şərt vermə və bu şərt əsasında ödənişsiz qaz xidmətinə qoşulması öhdəliyinin qoyulması, maddi ziyan olaraq çəkiləcək əsassız tələb olunan ödənişlər həcmində 3000 manat, mənəvi ziyan olaraq 30000 manat, ümumilikdə 33000 manat məbləğin Cavabdehndən tutularaq pensiya hesabına keçirilməsi, cavabdeh "xxxx" ASC-nin üzərinə texniki şərt vermə və 2015-ci ildə verilən texniki şərt əsasında su ilə təchiz olunması öhdəliyinin qoyulması, maddi ziyan olaraq qanunsuz tələb olunan ödənişlər həcmində 3000 manat, mənəvi ziyan olaraq 30000 manat, ümumilikdə 33000 manat məbləğin "xxxx" ASC-dən tutularaq pensiya hesabına keçirilməsi, cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin qanunsuz ödəniş tələb edən qaz və su xidmət qurumlarını müdafiə edib, vəzifəsini icra etməməsinə görə məsul şəxsləri barəsində xüsusi qərardad çıxarılması, şəxsi-qərəzliyə, tənqidə görə təqibə və ayrı-seçkiliyə mənəvi ziyan olaraq 100000 manatın Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyindən tutulub pensiya hesabına keçirilməsi, cavabdehlər "xxxx" Açıq Səhmdar Cəmiyyətinin, Cavabdeh “Əlillərin sosial müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun 37-ci maddəsinə əsasən dövlət büdcəsinə qaz və su ilə təchiz olunmasına çəkəcəkləri xərcin 20 faizi miqdarında cərimə ödəməyə məcbur edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(81)-3028/2017 saylı, 04 oktyabr 2017-ci il tarixli qərardadı ilə iddia mümkün sayılmamışdır. Həmin qərardaddan iddiaçı apelyasiya şikayəti vermişdir. Bakı Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(103)-363/2018 saylı, 11 yanvar 2018-ci il tarixli qərardadı ilə İddiaçı tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilməyərək, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(81)-3028/2017 saylı, 04 oktyabr 2017-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılmışdır. Həmin qərardaddan iddiaçı kassasiya şikayəti vermişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2- 1(102)-1520/2018 saylı, 05 sentyabr 2018-ci il tarixli qərarı ilə Bakı Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(103)-363/2018 saylı, 11 yanvar 2018-ci il tarixli qərardadı ləğv edilərək, iş təkrar baxılması üçün həmin məhkəməyə göndərilmişdir. Bakı Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(103)-2539/2018 saylı, 31 oktyabr 2018-ci il tarixli qərardadı ilə İddiaçı tərəfindən verilmiş apelyasiya şikayəti qismən təmin edilərək, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(81)- 3028/2017 saylı, 04 oktyabr 2017-ci il tarixli qərardadı ləğv edilmiş və iş yenidən baxılması üçün 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə göndərilmişdir. İş məhkəməyə qaytarıldıqdan sonra hazırlıq icraatı mərhələsində məhkəmə iclasında iddiaçıya Azərbaycan Respublikası İPM-nin 13-cü maddəsinə əsasən hüquqi yardım göstərilərək, iddia tələbinin dəqiqləşdirməsi tövsiyə olunmuşdur. İddiaçı məhkəməyə iddia tələbinin həcminin azaldılması barədə ərizə təqdim edərək, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyinin cavabdehlər sırasında, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və Ombudsman Aparatının 3-cü şəxslərin sırasından çıxarılması, iddia tələbinin cavabdehlər "xxxx" ASCyə və Cavabdehnə qarşı yönəldərək, ünvan ünvanın yanındakı qeyri-yaşayış otağına su və qaz sayğaclarının quraşdırılması öhdəliyinin cavabdehlərin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(81)-1060/2019 saylı, 28 fevral 2019cu il tarixli qərardadına əsasən iddia tələbinin həcminin azaldılması barədə ərizə icraata qəbul edilmiş, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyinin cavabdehlər sırasından, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və Ombudsman Aparatının 3-cü şəxslərin sırasından çıxarılması qərara alınmışdır. Daha sonra İddiaçı iddia tələbinin həcminin artırılması barədə ərizə təqdim edərək, cavabdehlərin qanun və Nazirlər Kabinetinin qərarlarının icra edilməsinə məcbur edilməsi və cavabdehlər tərəfindən Nizami rayonu, Babək prospekti 71 evin yanındakı qeyriyaşayış sahəsinə su və qaz sayğacının quraşdırılması; maddi ziyan olaraq su və qaz sayğaclarının məbləği miqdarında, ortalıq 300 manat "xxxx" ASC-dən, 400 manat Cavabdehndən olmaqla toplam 700 manat vəsait cavabdehlərdən tutulub ona ödənilməsi; mənəvi ziyan olaraq cavabdehin hər birindən 25 min manat olmaqla toplam 50 min (əlli) manat və əldən çıxan gəlir əvəzi olaraq ilə 5000 (beş) min hesabı ilə 10 ilə 50 (əlli) min manat yarıbayarı cavabdehlərin hər birindən tutulub iddiaçıya ödənilməsi (toplam 100 (yüz) min manat) barədə qərar qəbul edilməsini xahiş etmişdir. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(81)-1060/2019 saylı, 10 aprel 2019cu il tarixli qərardadına əsasən ərizənin cavabdehlərin qanun və Nazirlər Kabinetinin qərarlarının icra edilməsinə məcbur edilməsi və cavabdehlər tərəfindən Nizami rayonu, Babək prospekti 71 evin yanındakı qeyri-yaşayış sahəsinə su və qaz sayğacının quraşdırılmasına dair hissəsinin icraata qəbul edilməsindən imtina edilməsi; iddiaçının iddia tələbinin həcminin artırılması barədə ərizəsinin “maddi ziyan olaraq su və qaz sayğaclarının məbləği miqdarında, ortalıq 300 manat "xxxx" ASC-dən, 400 manat Cavabdehndən olmaqla toplam 700 manat vəsait cavabdehlərdən tutulub iddiaçıya ödənilməsi; mənəvi ziyan olaraq cavabdehin hər birindən 25 min manat olmaqla toplam 50 min (əlli) manat və əldən çıxan gəlir əvəzi olaraq ilə 5000 (beş) min hesabı ilə 10 ilə 50 (əlli) min manat yarıbayarı cavabdehlərin hər birindən tutulub iddiaçıya ödənilməsi (toplam 100 (yüz) min manat)” hissəsində icraata qəbul edilməsi qərara alınmışdır. Həmçinin məhkəmənin xx.xx.2019-cu il tarixli iclasında icraatın ayrılması məsələsi müzakirə olunaraq, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(81)-1060/2019 saylı, 10 aprel 2019-cu il tarixli qərardadına əsasən İddiaçı cavabdehlər "xxxx" ASC-yə və Cavabdehnə qarşı “ünvan ünvanının yanındakı qeyri-yaşayış otağına su və qaz sayğaclarının quraşdırılması öhdəliyinin cavabdehlər "xxxx" ASC-nin və Cavabdeh üzərinə qoyulması; maddi ziyan olaraq su və qaz sayğacalarının məbləği miqdarında, ortalıq 300 manat "xxxx"ASC-dən, 400 manat Cavabdehndən olmaqla toplam 700 manat vəsaitin cavabdehlərdən tutulub iddiaçıya ödənilməsi” barədə iddia tələbi üzrə işdən İddiaçı Cavabdehnə qarşı “ünvan ünvanının yanındakı qeyri-yaşayış otağına qaz sayğacının quraşdırılması öhdəliyinin Cavabdeh üzərinə qoyulması; maddi ziyan olaraq qaz sayğacının məbləği miqdarında, ortalıq 400 manat Cavabdehndən tutulub iddiaçıya ödənilməsi, mənəvi ziyan olaraq cavabdehdən 12.500 manat və əldən çıxan gəlir əvəzi olaraq ilə 2.500 manat hesabı ilə 10 ilə 25.000 min manat tutulub iddiaçıya ödənilməsi (toplam 50 000 (əlli min) manat)” barədə iddia tələbi üzrə iş 2-1(81)-1060/2019 nömrə ilə və İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı “ünvan ünvanının yanındakı qeyri-yaşayış otağına su sayğacının quraşdırılması öhdəliyinin cavabdeh "xxxx" ASC-nin üzərinə qoyulması; maddi ziyan olaraq su sayğacının məbləği miqdarında, ortalıq 300 manat vəsaitin "xxxx" ASC-dən tutulub iddiaçıya ödənilməsi; mənəvi ziyan olaraq cavabdehdən 12.500 manat və əldən çıxan gəlir əvəzi olaraq ilə 2.500 manat hesabı ilə 10 ilə 25.000 min manat tutulub iddiaçıya ödənilməsi (toplam 50000 (əlli min) manat)” barədə iddia tələbi üzrə işə yeni nömrə ilə qeydiyyata alınmaqla icraatlar ayrılması qərara alınmışdır. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(81)-1060/2019 saylı, 10 aprel 2019cu il tarixli qərardadına əsasən İddiaçı Cavabdehnə qarşı “ünvan ünvanın yanındakı qeyri-yaşayış otağına qaz sayğaclarının quraşdırılması öhdəliyinin Cavabdeh üzərinə qoyulması; maddi ziyan olaraq qaz sayğacının məbləği miqdarında, ortalıq 400 manat Cavabdehndən tutulub iddiaçıya ödənilməsi; mənəvi ziyan olaraq cavabdehdən 12500 manat və əldən çıxan gəlir əvəzi olaraq 2500 manat hesabı ilə 10 ilə 25000 manatın tutulub iddiaçıya ödənilməsi (toplam 50000 manat) tələbi barədə 1 saylı Bakı İnzibati- İqtisadi Məhkəməsinin icraatında olan 2-1(81)-1060/2019 saylı iş aidiyyəti üzrə baxılması üçün 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə göndərilmişdir. Həmin qərarddadan iddiaçı apelyasiya şikayəti vermişdir. Bakı Apelyasiya Məhkəməsinin 2-1(103)-1266/2019 saylı, xx.xx.2019-cu il tarixli qərardadına əsasən işin apelyasiya şikayəti təmin edilməyərək, 1 saylı Bakı İnzibati- İqtisadi Məhkəməsinin 2-1(81)-1060/2019 saylı, 10 aprel 2019-cu il tarixli qərardadı dəyişdirilmədən qüvvədə saxlanılmışdır. Həmin qərardaddan iddiaçı kassasiya şikayəti vermişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2- 1(102)-2448/2019 saylı, 21 avqust 2019-cu il tarixli qərarı ilə Bakı Apelyasiya Məhkəməsinin 2-1(103)-1266/2019 saylı, xx.xx.2019-cu il tarixli qərardadı dəyişdirilmədən saxlanılmışdır. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı torpaqlarına təcavüz olunan ilk gündən AMEA-nın aspirantlıq şöbəsində təhsilini, elmi işini ataraq Qarabağ uğrunda döyüşlərə getmişdir. Birinci dərəcəli Qarabağ əlilidir, xaricə müalicəyə ehtiyacı vardır. “Əlillərin sosial müdafiəsi haqqında” xx.xx.1992-ci il tarixli Azərbaycan Respublikası Qanununun 34-cü maddəsinə əsasən 2008-ci ildə dövlət ona yaşadığı evin yanında qeyriyaşayış otaqları verilmişdir. 12 əvvəl X1 maliyyə dəstəyi ilə tikilən Nizami rayonu, Babək prospekti, 71 saylı binanın yanındakı qeyri-yaşayış sahəsinə su, qaz, işıq çəkilməsinə dair ərizə versə də, yalnız işıq və su çəkilmişdir. Cavabdeh texniki şərt verməkdən imtina edir. Cavabdeh ərizələrinə cavab olaraq texniki şərt verilməsindən imtina edərək, qaz sayğacının onun İ dərəcəli Qarabağ əlilinin vəsaiti hesabına quraşdırılacağını bildirir. Cavabdeh İB-nin müavini Elman Abbasovun xx.xx.2014-cü il tarixli, ARDNŞ /14- 2900/xx/xx-000271 saylı “Qeyri-yaşayış otağının qazlaşdırılması barədə” məktubu əlavə olunmuşdur. Ondan qaz sayğacının quraşdırılmasına görə ödəniş tələb edilməsi “Qaz təchizatı haqqında” xx.xx.1998-ci il tarixli 513-İQ saylı Azərbaycan Respublikası Qanununun 13.1, 13.9-cu maddələrinə, Nazirlər Kabinetinin “Qazdan istifadə Qaydaları haqqında” xx.xx.2011-ci il tarixli 80 saylı qərarının 4.2-ci maddəsinə ziddir. “Qaz təchizatı haqqında” Azərbaycan Respublikası Qanununun 13.1-ci maddəsinə əsasən energetika müqaviləsinə müvafiq olaraq qaz paylayıcısı müqavilə ərazisində yerləşən istənilən şəxsin sifarişi ilə onu qaz şəbəkəsinə birləşdirib təchiz etməlidir. Həmin Qanunun 13.9-cu maddəsinə əsasən məişət qaz qurğularının istifadəsi üçün qaz sayğacı qaz paylayıcısının vəsaiti hesabına təchiz edilir, quraşdırılır və dəyişdirilir. Məişət qaz qurğuları dedikdə isə saatda 10 kubmetrə qədər qaz sərf edən qurğular başa düşülür. Cavabdehin Qanunu və Nazirlər Kabinetinin qərarını yox, özünün qanunsuz ödəniş tələb edən qaydasını tətbiq etməsindən maddi və mənəvi ziyan çəkir. İddiaçı daha sonra iddia tələbinin həcminin artırılması barədə ərizə təqdim edərək, cavabdehin üzərinə Bakı şəhəri, Nardaran qəsəbəsi, 923 saylı bağının qaz təchizatının təmin edilməsi öhdəliyinin qoyulması, əldən çıxan gəlirin əvəzi olaraq 144000 manatın cavabdehdən tutulub ona ödənilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmənin xx.xx.2020-ci il tarixli, 2-1(112)-1997/2020 saylı qərardadına əsasən iddia tələbinin həcminin artırılması barədə ərizənin icraata qəbul edilməsindən imtina edilmiş, iddiaçının “ünvan ünvanın yanındakı qeyri-yaşayış otağına qaz sayğaclarının quraşdırılması öhdəliyinin Cavabdeh üzərinə qoyulması; maddi ziyan olaraq qaz sayğacının məbləği miqdarında ortalıq 400 manat Cavabdehndən tutulub ona ödənilməsi; mənəvi ziyan olaraq cavabdehdən 12500 manat və əldən çıxan gəlir əvəzi olaraq 2500 manat hesabı ilə 10 ilə 25000 manatın tutulub, toplam 50000 manatın ona ödənilməsi tələbləri üzrə işə baxılmasına davam edilmişdir. Cavabdehə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 47.2-ci maddəsində göstərilən qaydada iddia ərizəsinə münasibət bildirmək üçün sərəncam göndərilmiş, lakin cavabdeh tərəfindən rəsmi qaydada iddia ərizəsinə hər hansı münasibət bildirilməmişdir. Hazırlıq icraatı mərhələsində məhkəmə iclasında iştirak edən iddiaçı iddia ərizəsinə və iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizənin məzmununa uyğun izahat verərək, məhkəmədən iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, tərəflər şifahi məhkəmə baxışı iclasında iştirak etməmişlər. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsasən məhkəmə işə şifahi məhkəmə baxışı iclasında iddiaçının və cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını və məhkəmə qərarı qəbul edilməsini mümkün hesab etmişdir. Məhkəmə hazırlıq icraatı mərhələsində məhkəmə iclasında iştirak edən iddiaçının izahatını dinləyib, iş materiallarını araşdıraraq, mövcud qanunvericiliyi tədqiq edərək hesab edir ki, iddia rədd edilməlidir. Belə ki, iş materiallarına əlavə olunmuş cavabdeh tərəfindən iddiaçıya verilmiş ARDNŞ/14-2900/xx/xx-000271 saylı, 27 noyabr 2014-cü il tarixli imtina məktubundan görünür ki, iddiaçının Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin xx.xx.2014-cü il tarixli, ARDNŞ/14-1000/01/SM-36-B-235/2 nömrəli tapşırığına əsasən Bakı şəhəri, Nizami rayonu, Babək prospekti, 71 saylı binanın yaxınlığında yerləşən qeyri-yaşayış sahəsinə (sosial obyektə) qaz sayğacının quraşdırılması barədə müraciətinə Cavabdehndə baxılmış, qeyd olunan ünvanda yerləşən qeyri-yaşayış sahəsində (sosial obyektdə) qaz sayğacının onun vəsaiti hesabına quraşdırılmalı olması bildirilmişdir. Beləliklə işin hallarından görünür ki, iddiaçı Bakı şəhəri, Nizami rayonu, Babək prospekti, 71 saylı binanın yaxınlığında yerləşən qeyri-yaşayış sahəsinə məişət qaz qurğularının istifadəsi üçün qaz sayğacının qaz paylayıcısının vəsaiti hesabına quraşdırılmasını tələb edir. İddiaçı tələbinin əsası kimi məişət qaz qurğularının istifadəsi üçün qaz sayğacının qaz paylayıcısının vəsaiti hesabına, sənaye qaz qurğularının istifadəsi üçün isə qaz sayğacının istehlakçının vəsaiti hesabına təchiz edilib, quraşdırılıb və dəyişdirildiyini göstərmişdir. Qeyri-yaşayış sahəsinə görə ümumi qaz sərfiyyatının saatda 10 kubmetrdək olacağını, buna görə də qaz paylayıcısının vəsaiti hesabına məişət qaz qurğusu ilə qaz paylayıcısının vəsaiti hesabına təchiz edilməsini tələb edir. “Qaz təchizatı haqqında” Azərbaycan Respublikasının Qanunun 9-cu maddəsinə əsasənməişət qaz qurğularının istifadəsi üçün qaz sayğacı qaz paylayıcısının vəsaiti hesabına, sənaye qaz qurğularının istifadəsi üçün isə qaz sayğacı istehlakçının vəsaiti hesabına təchiz edilir, quraşdırılır və dəyişdirilir. İstehlakçının təqsiri olmadan zədələnmiş qaz sayğacının təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması bu hissənin birinci cümləsinə uyğun olaraq, zədələnmə istehlakçının təqsiri üzündən baş verdikdə isə istehlakçının vəsaiti hesabına qaz paylayıcısı tərəfindən həyata keçirilir. Qaz paylayıcısı tərəfindən qaz sayğacının dəyişdirilməsi, təmir olunması və ya texniki baxışdan keçirilməsi istehlakçıdan tələb edildikdə, bu halda qaz paylayıcısı tərəfindən həmin tələbin hüquqi əsası göstərilməlidir. Qaz sayğaclarının növbəti texniki baxışının keçirilməsi onların texniki pasportlarında göstərilmiş müddətdə həyata keçirilir. Qaz sayğaclarının növbəti texniki baxışdan keçirilməsinə görə istehlakçılardan vəsait tələb etmək qadağandır. İstehlakçının arzusu ilə qaz sayğacının texniki baxışdan keçirilməsinə görə istehlakçı vəsait ödəməlidir. Həmin Qanunun 1-ci maddəsində Qanunda işlədilən əsas anlayışların ifadə etdikləri mənalar göstərilmişdir. Qanuna əsasən məişət qaz qurğusu – ümumi qaz sərfiyyatı saatda 10 kub metrədək olan, əhalinin məişət ehtiyacları üçün qazın yanacaq kimi istehlakı prosesində istifadə olunan, dövlət standartlarının tələblərinə cavab verən və uyğunluq sertifikatı olan qaz qurğusu (qurğuları); sənaye qaz qurğusu – ümumi qaz sərfiyyatı saatda 10 kubmetrdən artıq olan, istilik enerjisinin alınması və məişət ehtiyacları üçün qazın yanacaq və müxtəlif növ məhsulların istehsalı ilə əlaqədar xammal kimi istehlakı prosesində istifadə olunan, dövlət standartlarının tələblərinə cavab verən və uyğunluq sertifikatı olan qaz qurğusudur (qurğularıdır). Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 12 may tarixli 80 nömrəli qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə” Qaydalarının 4.2-ci bəndinə əsasən Məişət qaz qurğularının istifadəsi üçün qaz sayğacı qaz paylayıcısının vəsaiti hesabına, sənaye qaz qurğularının istifadəsi üçün isə qaz sayğacı istehlakçının vəsaiti hesabına təchiz edilir, quraşdırılır və dəyişdirilir. İddiaçı hazırda qeyri-yaşayış sahəsinə məişət qaz qurğusunun quraşdırılmasını tələb edir ki, bunu da həmin qeyri-yaşayış sahəsində ümumi qaz sərfiyyatının saatda 10 kubmetrdən aşağı olması ilə əsaslandırır. Halbuki qeyri-yaşayış sahəsinə quraşdırılacaq qaz qurğusunu məişət ehtiyacları üçün qazın yanacaq kimi istehlakı prosesində istifadə üçün nəzərdə tutulmamışdır. Həmin qeyri-yaşayış sahəsində ümumi qaz sərfiyyatı saatda 10 kubmetrdən az olsa da belə, məişət ehtiyacları üçün yanacaq kimi istehlakı prosesində istifadə üçün nəzərdə tutulmadığından, iddiaçıya məxsus qeyri-yaşayış sahəsinə məişət qaz qurğusu deyil, sənaye qaz qurğusu quraşdırılmalıdır. Qanununvericiliyin tələblərindən də göründüyü kimi məişət qaz qurğularının istifadəsi üçün qaz sayğacı qaz paylayıcısının vəsaiti hesabına, sənaye qaz qurğularının istifadəsi üçün isə qaz sayğacı istehlakçının vəsaiti hesabına təchiz edilir, quraşdırılır və dəyişdirilir. Belə olan halda iddiaçının ünvan ünvanın yanındakı qeyriyaşayış otağına qaz sayğaclarının quraşdırılması öhdəliyinin Cavabdeh üzərinə qoyulması barədə tələbi qanunvericiliyin tələblərinə ziddir və təmin edilə bilməz. Məhkəmə iddiaçının digər tələblərinə münasibətdə qeyd edir ki, qaz sayğaclarının quraşdırılması öhdəliyinin Cavabdeh üzərinə qoyulması barədə iddiaçının tələbi əsassız olduğundan həmin tələbdən irəli gələn maddi ziyan olaraq qaz sayğacının məbləği miqdarında ortalıq 400 manatın Cavabdehndən tutulub ona ödənilməsi; mənəvi ziyan olaraq cavabdehdən 12500 manat və əldən çıxan gəlir əvəzi olaraq 2500 manat hesabı ilə 10 ilə 25000 manatın tutulub ona ödənilməsi tələbləri də əsassızdır və təmin edilə bilməz. Beləliklə, iddiaçının iddia tələblərinin əsası kimi istinad edilən hallar məhkəmə araşdırması zamanı sübut edilmədiyindən, iddiaçının tələbi əsassız olduğundan məhkəmə hesab edir ki, iddia tələbi rədd edilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 58.1-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68.1-ci maddəsinin tələbinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68.2-ci maddəsinin tələbinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2, 34, 52, 58, 68-69, 73.1, 75.4 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddia rədd edilsin. Qərardan məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində tərəflər Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi 540-cı məhəllə) apelyasiya şikayəti verə bilərlər. Qərardan apellyasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Fərid Mədətli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar