Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-1998/2020 19.11.2020 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ hakim Hacıbəyova Miminat Tacib qızının sədrliyi, İmanov Sənan Xaliq oğlunun katibliyi ilə, tərəflərin iştirakı olmadan, İddiaçı oğlunun Cavabdeh Xətai rayon İcra Hakimiyyətinə qarşı “iddiaçının 1-ci qrup gözdən əlil kimi güzəştli şərtlərlə mənzil növbəsinə götürülməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması” barədə tələbinə dair iddia ərizəsi üzrə işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı oğlu cavabdeh Xətai rayon İcra Hakimiyyətinə qarşı “iddiaçının 1-ci qrup gözdən əlil kimi güzəştli şərtlərlə mənzil növbəsinə götürülməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması” haqqında iddia ərizəsi ilə 28 noyabr 2019-cu il tarixdə məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsinin 2.2-ci maddəsinə əsasən inzibati məhkəmə icraatı qaydasında aşağıdakı iddialara baxılır: 2.2.3. inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia); Məhkəmə iş materiallarını nəzərdən keçirdikdən sonra hesab edir ki, iddia mümkün sayılmamalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” 10 aprel 2015-ci il tarixli, 5 saylı qərarının 1.1-ci bəndinə əsasən inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri olan ilkin şərt onun mümkün olmasıdır, 1.3-cü bəndinə əsasən mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur, 2.3-cü bəndinə əsasən ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmaması, cavabdehin həmin iddiaya cavab verməli olub-olmaması, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmaması, İPMdə nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyi, prosessual həmiştirakçılığın yol verilənliyi, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyü İPM-in 37-ci maddəsinə uyğun yoxlanılmalıdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. İş materiallarına əlavə edilmiş 4 saylı Bakı “ASAN xidmət” Mərkəzində qeydiyyat şöbəsi tərəfindən məhkəmə sorğusuna əsasən təqdim edilmiş “Ölüm haqqında akt qeydi”nə görə xx.xx.1963-cü il təvəllüdlü İddiaçı 02.12.2019-cü il tarixdə ölmüşdür. Belə olan halda iddia ərizəsinə baxılması qeyri-mümkün olur. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, İddiaçı oğlunun cavabdeh Xətai rayon İcra Hakimiyyətinə qarşı “iddiaçının 1-ci qrup gözdən əlil kimi güzəştli şərtlərlə mənzil növbəsinə götürülməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması” haqqında iddia mümkün sayılmamalıdır. Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsinin 16-ci, 35-ci, 80-ci və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçı oğlunun cavabdeh Xətai rayon İcra Hakimiyyətinə qarşı “iddiaçının 1-ci qrup gözdən əlil kimi güzəştli şərtlərlə mənzil növbəsinə götürülməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması” haqqında iddiası mümkün sayılmasın. Qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində ondan Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin inzibati kollegiyasına (ünvan: ünvan 2cıbəyova
Məhkəmə qərarları › İş №2-1(112)-1998/2020
Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-1998/2020
19.11.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver