Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-1998/2023 20.04.2023 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı1 və qeyrilərinin cavabdeh Xətai Rayon İcra Hakimiyyətiə qarşı «kompensasiya ödənilməsi» tələbinə dair iş üzrə GİRİŞ HİSSƏSİ: Hakim Əliyev Elvin Əhəd oğlunun sədrliyi ilə, İddiaçı1 və İddiaçı3 nümayəndəsi (vəkili) Vəkil iştirakları ilə, İddiaçı1 və qeyrilərinin cavabdeh Xətai Rayon İcra Hakimiyyətiə qarşı «kompensasiya ödənilməsi» tələbinə dair inzibati işə məhkəmənin inzibati binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) açıq şifahi məhkəmə baxışı ilə bağlı iclasda baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ: 1.İşin halları İddiaçı1 və qeyriləri cavabdeh Xətai Rayon İcra Hakimiyyətiə qarşı Bakı İnzibati Məhkəməsinə müraciət edərək, iddiaçıların mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən yaşayış binasının yaşayış sahələrinin hər 1 kv.m - 6000 manatdan, qeyri-yaşayış sahələrinin (əlavə sahə və ümumi istifadədə olan sahələr daxil olmaqla) hər 1 kv.m -2.500 manatdan, yaşayış binasının həyətyani torpaq sahəsinin hər 1 kv.m məhkəmə ekspertizasından sonra müəyyən edildikdən sonra həmin məbləğə uyğun hesablanaraq kompensasiyanın ödənilməsi öhdəliyinin cavabdeh Xətai rayon İcra Hakimiyyətinə həvalə edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdirlər. İddia tələbi onunla əsaslandırmışdır ki, iddiaçılar Bakı şəhəri, Afiyəddin Cəlilov küçələrinin kəsişməsində yerləşən bir bloklu yaşayış binasının sakinləri (mülkiyyətçiləri), həmçinin "xxxx" MTK-nın üzvləridirlər. xx.xx.2021-ci il tarixdə Xətai rayon İcra Hakimiyyətinin müavini Etibar Əhmədovun imzası ilə bina sakinlərinə bildiriş paylanmışdır. Həmin bildirişdə qeyd olunmuşdur ki, “Bakı şəhərinin Xətai rayonu ərazisində yol qovşağının genişləndirilməsi və abadlaşdırılması işlərinin həyata keçirilməsi ilə əlaqədar Xətai rayon İcra Hakimiyyəti Başçısının 12 noyabr 2021-ci il tarixli, 373 nömrəli Sərəncamı ilə komissiya yaradılmış və Xətai rayonu, Yusif Səfərov və Afiyəddin Cəlilov küçələrinin kəsişməsində yerləşən yaşayış və qeyri-yaşayış sahələrinin köçürülməsi işlərinə başlanılmışdır. Sərəncamın icrası ilə əlaqədar 5 (beş) gün müddətinə hüquqi sənədlərinizlə komissiyaya müraciət etməyiniz Sizdən xahiş olunur.” Bundan sonra bina sakinlərinə Xətai rayon İcra Hakimiyyəti tərəfindən təzyiqlər başlanılmış, 23 noyabr 2021ci il tarixdə binanın həyətyanı sahəsinin hasarı uçurulmuş, 10 dekabr 2021-ci il tarixdə isə binanın elektrik təchizatı qanunsuz olaraq özbaşına şəbəkədən ayrılmışdır. Diqqətəlayiq məqam odur ki, Xətai rayon İcra Hakimiyyəti və Bakı şəhər İcra Hakimiyyətinin əməkdaşları şifahi olaraq mənzillərin sahəsindən, mərtəbəsindən, təmirindən asılı olmayaraq yaşayış sahəsinin hər kv.m. 2.200 manat, binanın birinci və ikinci mərtəbələrində yerləşən qeyri-yaşayış sahələrinə 2.500 manat pul ödəniləcəyini, sakinlərin razılığının olub-olmamasında asılı olmayaraq binanın söküləcəyini bildirmişdirlər. Nəzərə alınmalıdır ki, iddiaçıların yaşadıqları yaşayış binası şəhərin mərkəzində yerləşir və əlbəttə ki, bu hal bilavasitə yaşayış binasında olan yaşayış və qeyri-yaşayış sahələrinin real bazar qiymətinə təsir edir. Digər təsiredici amillərdən biri də odur ki, mübahisəli yaşayış binasına ən yaxın yerləşən “Azinko Holding”, “Park Azure”, “Nizami Residence”, “X28” kimi tanınmış yaşayış komplekslərinin olmasıdır. Başqa sözlə desək, cavabdeh inzibati orqan hər nə qədər də yaşayış sahəsinin hər kv.m üçün 2.200 manat, qeyri-yaşayış sahəsi üçün isə 2.500 manat nəzərdə tutsa da, həmin məbləğ həqiqətən də yaşayış binasının dislokasiyası nöqteyi-nəzərindən çox aşağı olaraq qiymətləndirilir. İddiaçılar mülkiyyətlərində olan yaşayış sahələrinə, ümumi istifadədə olan sahələrə və həyətyani sahələrə kompensasiyanın (kompensasiyanın məbləği qiymətləndirmə nəticəsində ekspert tərəfindən müəyyən olunmuşdur) ödənilməsi məqsədi ilə cavabdeh inzibati orqanlara ərizə ilə müraciət etmişdirlər. Lakin sonuncu, onların müraciətləri üzrə rəsmi cavab verməmişdir. İddiaçıların hazırki iddia tələbi ilə məhkəməyə müraciət etməkdə əsas məqsədi yaşayış, qeyri-yaşayış və ümumi sahələr üzrə kompensasiyanın real bazar qiymətinə uyğun olaraq ödənilməsi təşkil edir. İddianın mahiyyətinə keçməzdən əvvəl iddianın mümkünlüyünə münasibət bildirilməsi zəruridir. Belə ki, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 5 saylı qərarının 2.3 bəndinə əsasən məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. Prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyü ilə bağlı isə qeyd edilməlidir ki, AR İPM-nin 30-cu maddəsinə əsasən bir iş üzrə bir neçə birgə cavabdehin iştirakının mümkünlüyü müəyyən edilmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin: 30.1 Mübahisə predmeti baxımından müştərək hüquqi maraqlara malik olan və yaxud da hüquq və vəzifələri eyni faktiki və hüquqi əsaslara söykənən bir neçə şəxs birgə iddiaçı və ya birgə cavabdeh qismində prosessual həmiştirakçılar kimi çıxış edə bilərlər. 30.2 Mübahisə predmetini eyni növdən olan, uyğun faktiki və hüquqi əsaslara söykənən tələblərin və vəzifələrin təşkil etdiyi hallarda da, bir neçə şəxs birgə iddiaçı və ya birgə cavabdeh qismində prosessual həmiştirakçılar kimi çıxış edə bilərlər. Adıçəkilən Məcəllənin: 37. Bir-biri ilə əlaqəli olduğu, bir cavabdehə yönəldiyi və bu Məcəllədə nəzərdə tutulmuş eyni məhkəməyə aid olduğu hallarda bir neçə iddia tələbi iddiaçı tərəfindən bir iddiada birləşdirilə bilər. Göründüyü kimi inzibati prosessual qanunvericiliklə hansı hallarda birgə cavabdehlərin bir iddia tələbində qeyd edilməsinin, bundan əlavə bir-neçə iddia tələbinin iddiaçı tərəfindən bir iddiada birləşdirilməsinin mümkünlüyünə qiymət verilmişdir ki, mübahisə predmeti baxımından müştərək hüquqi maraqlara malik olan və yaxud da hüquq və vəzifələri eyni faktiki və hüquqi əsaslara söykənən, həmçinin mübahisə predmetini eyni növdən olan, uyğun faktiki və hüquqi əsaslara söykənən tələblərin və vəzifələrin təşkil etdiyi hallarda da birgə cavabdeh qismində prosessual həmiştirakçılığı, eyni zamanda, bir-biri ilə əlaqəli olduğu, bir cavabdehə yönəldiyi və bu Məcəllədə nəzərdə tutulmuş eyni məhkəməyə aid olduğu hallarda bir neçə iddia tələbinin iddiaçı tərəfindən bir iddiada birləşdirilməsi mümkün hesab edilir. Yəni, prosessual həmiştirakçılığa yalnız aşağıdakı əsaslar mövcud olduqda yol verilir: Müştərək hüquqi maraq mövcud olarsa və ya hüquq və vəzifələr eyni faktiki və hüquqi əsaslara söykənərsə. Hazırı iddia tələbindən görünür ki, iddiaçılar cavabdeh inzibati orqanın sərəncamı əsasında yaşadıqları yaşayış binasında yerləşən və mülkiyyətlərində olan əmlaklara, həmçinin də ümumi paylı mülkiyyətdə olan sahələrə münasibətdə də kompensasiyanın ödənilməsini tələb edirlər. Göründüyü kimi iddia tələbinin irəli sürülməsində iddiaçıların müştərək hüquqi maraqları mövcuddur ki, bu da hazırki iddia tələbi üzrə iddiaçıların birgə iddiaçılar qismində çıxış etməsinə əsas verir. Digər tərəfdən qeyd olunmalıdır ki, hazırki iddia tələbi ilə oxşar mübahisədə olmasa da, prosessual həmiştirakçılığa yol verilməsinin nümunəsi kimi Azərbaycan Respublikası Ali Məhkəməsinin 2-1 (102)-971/2021 saylı, xx.xx.2021-ci il tarixli qərarı əsas gətirmək olar. Belə ki, qərarın məzmunundan da göründüyü kimi iddiaçılar birgə iddiaçı qismində iddia ərizəsi ilə məhkəməyə müraciət edərək müştərək olaraq onların marağına toxunan yerli icra hakimiyyəti tərəfindən qəbul edilmiş inzibati aktı mübahisələndirmişdirlər. Həmin iddiaya birinci instansiya məhkəməsi tərəfindən iddia mümkün sayılaraq iddianın mahiyyətinə baxılmış, apellyasiya və kasassiya instansiya məhkəmələri tərəfindən qiymət verilmişdir. Göründüyü kimi hazırki iddia tələbində də olduğu kimi yuxarıda qeyd olunmuş işdə iddiaçıların müştərək hüquqi marağının mövcudluğuna istinad olunmuş və tələbə birgə iddiaçılar ilə baxılması mümkün hesab edilmişdir. Bundan başqa, hazırki iddia tələbi üzrə cavabdeh inzibati orqan tərəfindən rəsmi imtina məktubunun verilməməsi iddianın qeyri-mümkün sayılmasına əsas vermir. Belə ki, iddia ərizəsinə əlavə olunmuş sənədlərdən görünür ki, iddiaçılar "xxxx" MTK-nın üzvləri olaraq kompensasiyanın ödənilməsi məqsədi ilə cavabdeh inzibati orqana müraciət etmişdirlər, lakin sonuncu ona ünvanlanmış müraciət üzrə rəsmi cavab verməmişdir. Göründüyü kimi iddiaçılar tərəfindən İnzibati Prosessual Məcəlləsinin və İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 5 saylı qərarının tələblərinə riayət olunaraq iddia ərizəsi ilə məhkəməyə müraciət olunmuşdur. Odur ki, hesab edirik ki, iddia mümkün iddiadır. İddia tələbinin mahiyyəti ilə bağlı isə asaqıdakiların qeyd olunması zəruridir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin qərarının 139-cu bəndində göstərmişdir ki, 1 saylı Protokolun birinci maddəsində “mülkiyyət” anlayışı müstəqil mənaya malikdir və əmlak sayıla bilən müəyyən hüquqları və maraqla da, “mülkiyyət hüquqları” hesab edilə bilər. Məhkəmə hesab etmişdir ki, istər daxili qanunlar tərəfindən marağın “hüquq” kimi tanınmaması, istərsə də, bu qanunla tərəfindən həmin marağın “mülkiyyət hüququ hesab edilməməsi faktı heç də sözügedən marağın 1 saylı Protokolun birinci maddəsi baxımından müəyyən hallarda “mülkiyyət hesab edilməsinin qarşısını almır. Həmin qərarın 141-ci bəndində Avropa Məhkəməsi vurğulamışdır ki, şəhərin planlaşdırılması qaydalarının pozulmasına və hər hansı etibarlı hüquqi sənədin olmadığına baxmayaraq, hər halda, ərizəçi tikdiyi evə sərf olunmuş materialların, evdəki daşınar əşyaların və avadanlıqların sahibidir və evdəki bütün ev təsərrüfatı ləvazimatları və şəxsi əşyalar ona məxsusdur. Qərarın 142-cı bəndində məhkəmə qeyd etmişdir ki, ərizəçinin tikdiyi ev onun üçün mühüm iqtisadi maraq kəsb edir. Dövlət orqanlarının uzun müddət ərzində yol verdikləri bu maraq 1 saylı Protokolun 1 -ci maddəsinin birinci cümləsində əks olunmuş normanın mənası baxımından “mülkiyyət”ə bərabərdir. Həmçinin göstərmişdir ki, ərizəçiyə adekvat kompensasiyanın təyin edilib-edilməməsi məsələsinin həll edilməsi nəzərə alınmalı olan amillərdəndir. Avropa Məhkəməsi “Akimova Azərbaycana qarşı" qərarında ərizəçinin mənzilə olan hüququnun müvafiq qeydiyyata alınmamasını onun mülkiyyət kimi tanınması üçün maneə hesab etməmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 157.9. Dövlət ehtiyacları tələb etdikdə, dövlət tərəfindən mülkiyyət yalnız “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” Azərbaycan Respublikasının Qanunu ilə nəzərdə tutulmuş hallarda dövlət əhəmiyyətli yolların və digər kommunikasiya xətlərinin çəkilməsi və quraşdırılması, sərhədboyu zolaqda dövlət sərhədinin etibarlı mühafizəsinin təmin edilməsi, müdafiə və təhlükəsizlik əhəmiyyətli obyektlərin tikilməsi, dövlət əhəmiyyətli dağ-mədən sənayesi obyektlərinin tikilməsi məqsədi ilə alınır. 246.1 Bu Məcəllənin 157.9-cu maddəsinə uyğun olaraq, torpaqların dövlət ehtiyacları üçün alınması haqqında qərar müvafiq icra hakimiyyəti orqanı tərəfindən “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada qəbul edilir.246.3 torpağın alınması haqqında qərar qəbul etmiş müvafiq icra hakimiyyəti orqanı bu barədə torpaq sahəsinin mülkiyyətçisinə yazılı bildiriş göndərməlidir. 246.5 bu Məcəllənin 246- 249-cu maddələrinin müddəaları dövlət ehtiyacları üçün alınan torpaqla yanaşı, həmin torpaqda yerləşən və ya yerləşməyən, eyni məqsədlərlə alınan torpaqla bağlı daşınmaz əmlaka (sututarlar, meşələr, çoxillik əkmələr, tikililər, qurğular və bu kimi digər obyektlər) da daxildir. 246.7 torpaqların dövlət ehtiyacları üçün alınması, bununla bağlı kompensasiya məbləğinin hesablanması və ödənilməsi qaydaları, habelə bu sahədə tərəflər arasında yaranan digər münasibətlər “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” Azərbaycan Respublikasının Qanunu ilə tənzimlənir. “Azərbaycan Respublikası Mülki Məcəlləsinə dəyişikliklər və əlavələr edilməsi haqqında” Azərbaycan Respublikasının 2007-ci il 7 dekabr tarixli 506 İİİ QD nömrəli Qanununun tətbiq edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin 26 dekabr 2007-ci il tarixli, 689 №li Fərmanının 2.3-cü bəndində göstərilir ki, dövlət ehtiyacları üçün alınan daşınmaz əmlakın mülkiyyətçisinə həmin daşınmaz əmlakın qanunvericiliyə uyğun olaraq hesablanmış bazar qiymətinin 20 faizi miqdarında satınalma qiymətinə əlavə haqq ödənilir. Torpaq Məcəlləsinin 70-ci maddəsinə əsasən Azərbaycan Respublikasında torpaqların dövlət ehtiyacları üçün alınması, bununla bağlı kompensasiya məbləğinin hesablanması və ödənilməsi qaydaları, habelə bu sahədə tərəflər arasında yaranan digər münasibətlər “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” Azərbaycan Respublikasının Qanunu ilə tənzimlənir. “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” Qanunun: 1.1 Alınma-dövlət ehtiyacları üçün bələdiyyə və xüsusi mülkiyyətdə olan torpaq (onun müəyyən hissəsi) üzərində mülkiyyət, istifadə və icarə hüquqlarına, bu torpaqdan istifadəyə dair müəyyən edilmiş yüklülüklər (məhdudiyyətlər) də daxil olmaqla xitam verilməsi yolu ilə həmin torpağın (onun müəyyən hissəsinin) mülkiyyətçidən könüllü və ya məcburi qaydada əvəzi ödənilməklə dövlət tərəfindən satın alınması, həmçinin istifadədə və (və ya) icarədə olan dövlət torpaqlarının müvafiq kompensasiya ödənilməklə istifadəçidən və ya icarəçidən geri alınmasıdır.1.1.3. tikili — torpaqla möhkəm bağlı olub təyinatına tənasübsüz zərər vurulmadan yerinin dəyişdirilməsi mümkün olmayan bütün əmlak, o cümlədən binalar (yaşayış və qeyri- yaşayış sahələri), qurğular, bağ evləri, divar, hasar, yarımçıq (inşası başa çatdırılmamış) tikili və bu kimi digər obyektlər. 20.1.5. alan orqan alınmanın təsirinə məruz qalan şəxslərə və torpaqın alınması nəticəsində zərər çəkəcək digər şəxslər və təşkilatlara ödəniləcək kompensasiyanın müəyyən edilməsi məqsədilə alınan torpaqın və həmin torpaqda yerləşən tikililərin (inşası basa çatdırılmamış tikililər də daxil olmaqla), məhsulun, bitkilərin, bütün digər təbii əşyaların və tikilmiş əmlakın qiymətləndirilməsində qiymətləndirmə komissiyasına kömək etmək öhdəliyini daşıyır; 44.1. Köçürülmənin növündən və köçürüləcək şəxslərin sayından asılı olaraq köçürülmə planının və ya təlimatının icrası ilə bağlı aşağıdakı tədbirlər yerinə yetirilir: 44.1.1. alınmanın təsirinə məruz qalan şəxslərin köçürüləcəyi yerdə (ərazidə) məskunlaşmış şəxslərin (yerli sakinlərin) mövcud olduğu hallarda, onlar arasında köçürülmə zamanı və köçürülmədən sonra yarana biləcək hər hansı mübahisələri həll etmək və ahəngdar mühiti təmin etmək üçün köçürülmə komissiyası tərəfindən mütəmadi iclaslar təşkil edilir; 44.1.2. alan orqan tərəfindən alınmanın təsirinə məruz qalan şəxslər köçənədək (köçürülənədək) onlar üçün yaşayış yerinin, yaşayış sahəsinin, kommunal xidmətlərin (elektrik enerjisi, qaz, su və kanalizasiya, telekommunikasiya və elektron kommunikasiya ilə təchizat, məişət tullantılarının daşınması və s.), habelə yol və digər infrastruktur obyektlərinin hazırlanması təmin edilir; 44.1.3. alınmanın təsirinə məruz qalan şəxslərə yeni yaşayış yerlərinə köçmələri tələb olunan tarixə azı 60 gün qalmış müvafiq bildiriş təqdim edilir; 44.1.4. yeni yaşayış yerində (ərazisində) mövcud olan tikilinin yerində digərinin inşası və ya yenidən qurulması tələb olunduqda alınmanın təsirinə məruz qalan şəxslərə həmin tikilinin müvafiq olaraq tam və ya qismən sökülməsi ilə bağlı yardım edilir; 44.1.5. alınmanın təsirinə məruz qalan şəxslərin, onların əşyalarının, mövcud olduqda tikinti materiallarının, mal-qaranın köçürülməsi üçün köçürülmənin planlaşdırıldığı gün altı saatdan artıq gözləməmək şərti ilə köçürülmə zəruri sayda nəqliyyat vasitələri ilə təmin edilir; 44.1.6. alınmanın təsirinə məruz qalan şəxslərin köçürüləcəyi yerə (əraziyə) yerdəyişmə zamanı və ondan sonra köçürülmə ilə bağlı yaranmış problemləri və mübahisələri həll etmək üçün həmin şəxslərə torpağın alınması qrupları və digər şəxslər tərəfindən məsləhət və yardım təmin edilir; 44.1.7. alınmanın təsirinə məruz qalan şəxslərə köçürülmə ilə əlaqədar ödəniləcək kompensasiya məbləği yerdəyişmə zamanı və ya ondan əvvəl birdəfəlik ödənilir; 44.1.8. müəyyən müddətdə mütəmadi əsaslarla kompensasiya kimi ödəniləcək hər hansı pul məbləğlərinin və digər xərclərin ödənilməsi ilə bağlı tədbirlər həyata keçirilir və alınmanın təsirinə məruz qalan şəxslərə izah edilir; 44.1.9. alan orqanın köçürülmə komissiyası ilə razılaşdırdığı digər məsələlərin həlli təmin edilir. 44.2. Bu Qanunun 52.2-ci maddəsində göstərilən məsələlərin təsdiq olunması barədə məhkəmənin qanuni qüvvəyə minmiş qərarı olmadan alınmanın təsirinə məruz qalan şəxslərin köçürülməsi və onlara məxsus tikililərin sökülməsi qadağandır. 47.1. Kompensasiya və ya köçürülmə iddiasında olan alınmanın təsirinə məruz qalan şəxs (iddiaçı) sahibliklə bağlı bildirişin alındığı gündən otuz gün müddətində və ya hər konkret halda işin hallarını nəzərə alaraq nəzarət orqanının müəyyən edə biləcəyi daha uzun müddətdə alan orqana ərizə təqdim edərək kompensasiya və ya köçürülməsinin təmin edilməsi ilə bağlı tələb irəli sürə bilər. 54.1 alınmanın təsirinə məruz qalan bütün şəxslərə torpaqlarının alınması əvəzində, yaxud torpağa dair digər hüquqları ilə bağlı bu Qanuna uyğun olaraq ədalətli kompensasiya ödənilməlidir. 56.1. bu Qanuna əsasən alınacaq hər hansı torpaqla bağlı kompensasiyanın məbləği müəyyən edilərkən aşağıdakı amillər nəzərə alınır: 56.1.1. iddiaçılara ödəniləcək kompensasiya elə prinsipə əsaslanmalıdır ki, torpaqlarını tərk etmələrinin və başqa yerə köçürülmələrinin tələb olunması ilə bağlı və onun nəticəsində zərər və narahatlıq çəkən bütün şəxslərin əmlakları, dolanışıq üçün vasitələri, gəlirləri, yaşayış standartları onların məruz qaldıqları zərər və narahatlığın baş verdiyindən sonra ağlabatan müddətdə, köçürülənədək malik olduqları şəraitdən əlverişsiz şəraitə düşməmələri baxımından bərpa edilsin; 56.1.2. ödəniləcək kompensasiya qiymətləndirilərkən mövcud inflyasiya; 56.1.3. torpağın bu Qanunun 58-ci maddəsinə əsasən müəyyən edilmiş bazar qiyməti; 56.1.4. alınmanın təsirinə məruz qalan şəxsdən torpağın müəyyən hissəsinin alındığı hallarda alınan torpağın həmin şəxsin saxlanılan (alınmayan) torpağından ayrılması nəticəsində şəxsə dəyə biləcək zərər; 56.1.5. alınmanın təsirinə məruz qalan şəxsdən torpağa sahibliyin əldə edilməsi nəticəsində həmin şəxsin digər daşınar və ya daşınmaz əmlakına, yaxud həqiqi gəlirinə dəyən və ya dəyə biləcək zərər; 56.1.6. alınma nəticəsində şəxs yaşayış, həyata keçirdiyi sahibkarlıq fəaliyyətininin həyata keçirdiyi və ya iş yerini dəyişməyə məcbur edilmişdirsə, belə yerdəyişmədən irəli gələn bütün xərclər və itkilər. 59.3. evlər və digər tikililərin bərpa qiyməti onların ölçüsü və keyfiyyəti ilə eyni olan və ya onların ölçüsündən az və keyfiyyətindən aşağı olmayan əvəzedici evin və ya tikilinin əldə edilməsi və ya inşası üçün çəkilən xərclərə, ev və ya tikili qismən zədələndikdə, yaxud evin və ya tikilinin müəyyən hissəsi alındıqda isə onların bərpası üçün tələb olunan tikinti materiallarının bazar qiyməti ilə alınmasına və tikinti sahəsinə daşınmasına çəkilən xərclər, hər hansı işlər və podratçılarla bağlı çəkilən xərclər, habelə hər iki halda layihələndirmə və üzərində hüquqların dövlət qeydiyyatı ilə bağlı çəkilən xərclər əlavə olunmaqla hesablanan qiyməti deməkdir. Bəhs edilən qanunvericiliyin müddəalarından görünür ki, kompensasiyanın natura yaxud digər formalardan ödənilməsi imkanı qanunvericilikdə bir mənalı olaraq göstərilmişdir. Belə ki, qanunvericilik dövlət ehtiyacları üçün nəzərdə tutulan torpaqların alınması ilə bağlı mübahisələrdə vətəndaşa seçim etmək hüququ vermişdir ki, bu hüquq qarşılığında şəxs öz seçimi əsasında alan orqana kompensasiya və ya köçürülməsinin təmin edilməsini tələb edə bilər. Nəzərə alınmalıdır ki, “kompensasiya” anlayışı özüözlüyündə geniş məna kəsb etmir və kompensasiya məbləğinin müəyyən edilməsində geniş xüsusları ehtiva edir. Nəzərə alınmalıdır ki, hüquqi aspekt baxımından kompensasiya məbləği ağlabatan məbləğdə olmalıdır. Yəni, kompensasiya məbləği cavabdeh təşkilat və ya cavabdeh vasitəsilə dövlət büdcəsi qarşısında kəskin və ağırlaşıdırıcı maliyyə öhdəliyi yaratmamalıdır. Lakin, burada mühüm əhəmiyyətli olan hal odur ki, “kompensasiya” məbləğinin müəyyən edilməsi təktərəfli olaraq yalnız inzibati orqanın xeyrinə olmasına deyil, ümumiyyətlə vətəndaşın mülkiyyət hüquqlarının mövcudluğu nəzərə alınaraq hər iki tərəfin hüquq və maraqlarının qorunması ilə nəticələnir. Qeyd olunmalıdır ki, qanunvericilik kompensasiya məbləğinin müəyyən edilməsi zamanı təsiredici amillərin əhatə dairəsini konkret olaraq müəyyən etmişdir ki, bu amillərdən biri də əmlakın bazar qiyməti çıxış edir. Göründüyü kimi dövlət ehtiyacları üçün torpaqların alınması ilə bağlı mexanizm “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” Qanunun müddəaları üzərində qurulmuşdur ki, kompensasiyanın ödənilməsi əmlakın bazar qiymətinin müəyyən edilməsi əhəmiyyət kəsbedici amillərdən biridir. Bu mövqeyidən irəli çıxıraq iddiaçılar təfindən hazırki iddia tələbi ilə ödənilməsi tələb olunan kompensasiyanın məbləğinin müəyyən edilməsi zərurəti yaranmışdır. Nəzərə alınmalıdır ki, iddiaçılar mülkiyyətlərində olan yaşayış (qeyri-yaşayış) sahələrinə, həmçinin ümumi istifadələrində olan sahələrə, o cümlədən də yaşayış binasının həyətyani sahəsinə münasibətdə də kompensasiyanın ödənilməsini tələb edirlər. İlkin olaraq iddiaçıların mülkiyyətlərində olan yaşayış (qeyri-yaşayış) sahələrinə görə ödənilməli kompensasiya məbləğlərinə münasibət bildirilməlidir. Belə ki, iddia ərizəsinə əlavə olunmuş mülkiyyət hüquqlarının dövlət qeydiyyatı haqqında çıxarışlara əsasən müəyyən olunur ki, iddiaçıların mülkiyyətində olan yaşayış sahələrinin ölçüləri aşağıda göstərildiyi kimidir: İddiaçı1 - 189,89 kv.m (Bakı şəhəri, Xətai rayonu, Yusif Səfərov küçəsi, ev 1 a, mənzil 12); İddiaçı10 - 162,62 kv.m (həmin binada olan mənzil 3); İddiaçı2- 156,5 kv.m (mənzil 34); İddiaçı3 - 168,80 kv.m + 534.7 kv.m eyvanın (penthaus) - ümumilikdə 703.5 kv.m sahə (mənzil 35); İddiaçı6 - 196,4 kv.m (mənzil 13); X2 İddiaçı5-116,3 kv.m İddiaçı7 - 168 kv.m (mənzil 27) İddiaçı8 - 161,39 kv.m (mənzil 7) İddiaçı9. Göründüyü kimi iddiaçılar həqiqətən də kompensasiyanın ödənilməsini tələb etdikləri əmlakara münasibətdə mülkiyyət hüquqlarına malikdirlər. Həmin əmlaklara görə ödənilməli kompensasiya məbləğinə gəldikdə isə qeyd olunmalıdır ki, ümumiyyətlə aparılmış qiymətləndirmə (qiymətləndirmə rəyləri əlavə olunur) rəylərinə əsasən ünvan 4 ünvanı dislokasiyasında yerləşən yaşayış binalarının orta bazar qiyməti 4000-4500 manat arası təşkil edir. Əlbəttə bu məlumatlar müvafiq olaraq mənzil satışı bazarının vəziyyətini xarakterizə edən operativ məlumatlardan, bu tipli əmlaka olan tələb və təklifdən, eləcə də digər etibarlı mənbələrdən alınmış informasiyalardan, o cümlədən xüsusi düsturlardan istifadə olunmaqla müəyyən edilmişdir. Aparılmış qiymətləndirilmə rəylərinin bir neçəsini diqqətə çatdırmaq istəyirik. İddiaçı3 əmlakına münasibətdə: "xxxx" MMC tərəfindən keçirilmiş ekspertizaya və ekspertizanın nəticəsi olaraq tərtib olunmuş rəydən görünür ki, ünvan 2 ünvanında yerləşən 168,8 kv.m olan mənzil, həmçinin 535 kv.m əlavə olan sahə ümumilikdə = 703 kv.m sahə İddiaçı3 mülkiyyətində olmuşdur. Qiymətləndirmə obyektinin real bazar dəyəri yaxın ərazilərdə olan oxşar mənzillərdə bazar dəyərləri müqayisə etmək yolu ilə müəyyən edilmiş, müqayisənin nəticəsi olaraq həmin mənzillərin 1 kv.m orta dəyərinin 4.254,30 manat olması müəyyən edilmişdir. Mənzilin “Penthaus” formatında olması, onun şəhərin mərkəzinə, əsasən də dənizkənarı bulvara gözəl mənzərəsi olması, mənzilin özünün 168,8 kv.m olmasından əlavə, 535 kv.m ərazisinin olması bu mənzilin təqribi olaraq bazar qiymətinin 2.009.500 manat olması təsdiq olunmuşdur. Hesablama qaydası: 168 kv.m x 4000 manat - 672.000; 535 kv.m x 2500 manat - 1.337.500 manat, cəmi 2.009.500 manat. Qiymətləndirmə rəyindən açıq aydın görünür ki, iddiaçının (İddiaçı3) mülkiyyətində olan mənzilin dəyərinin hər 1 kv.m 4000 manatdan nəzərə alınmışdır. Xüsusi ilə qeyd olunmalıdır ki, İddiaçı3 mülkiyyətində olan 168,8 kv.m-dən savayi, həmçinin 535 kv.m olan sahədə rəsmi qaydada onun mülkiyyətinə verilmişdir. (Bakı İnzibati Məhkəməsinin 2-1 (112)-6883/2022 saylı qərarı ilə) Başqa sözlə desək, iddiaçıya münasibətdə kompensasiyanın məbləği müəyyən edilərkən 535,5 kv.m olan sahədə nəzərə alınmalıdır. X9 əmlakına münasibətdə: (iddiaçı qismində çıxış etməyən yaşayış binasının sakini) "xxxx" MMC tərəfindən keçirilmiş ekspertizaya və ekspertizanın nəticəsi olaraq tərtib olunmuş rəydən görünür ki, iddiaçı X9 mülkiyyətində olan ünvan 3 ünvanında yerləşən yaşayış sahəsinin ümumi bazar dəyəri 688,400 manat məbləğində müəyyən edilmişdir. Digər qiymətləndirilmə rəylərinin müqayisəli təhlilindən görünür ki, qiymətləndirmə nəticəsində iddiaçıların mülkiyyətində olan yaşayış sahələrinin dəyəri hər 1 kv.m üçün 4000- 4500 manat aralığında müəyyən edilmişdir. Hesab edilir ki, ümumiyyətlə mübahisəli yaşayış binasının dislokasiyası nöqteyi nəzərindən aparılmış qiymətləndirilmənin nəticəsi bir qədər gözləniləndən aşağıdır. Belə ki, nəzərə alsaq ki, ünvan 4 ünvanında yerləşən yaşayış binası Bakı şəhərinin mərkəzində, dənizkənarı bulvarın yaxınlığında yerləşdiyindən, həmçinin də yaşayış binasının ətrafında yalnız “X28”, “X25” kimi yaşayış kompleksləri olduğundan, yaşayış sahəsinin hər 1 kv.m üçün qiyməti təxmini 6000 manat məbləğində dəyərləndirilməlidir. Belə olan halda cavabdeh inzibati orqan tərəfindən mülkiyyətimizdə olan yaşayış sahələrinə görə ödənilməli kompensiyanın məbləği 'müvafiq olaraq bazar qiymətinə və hazırda ölkədən olan iqtisadi-inkişaf artımına əsasən hər 1 kv.m 6000 manat hesablanaraq müəyyən edilməlidir. Ümumi istifadədə olan sahələrə görə kompensasiya məbləğinin ödənilməsi. Bununla bağlı qeyd olunmalıdır ki, ümumməlum olan arqumentdir ki, hər yaşayış binasında olduğu kimi - "xxxx" MTK-nın ünvan 4 ünvanında yerləşən yaşayış binasının 718 kv.m ümumi və 126 kv.m zirzəmi mərtəbəsində ümumi istifadədə sahələr mövcuddur. Həmin sahələr proporsional bölgü prinsipinə əsasən MTK-nın ümumi yığıncağına əsasən üzvlər (sakinlər) arasında pay şəklində ayrılmışdır. "xxxx" MTK üzvlərinin 19 noyabr 2021-ci il tarixli 2021-ci il tarixli ümumi yığıncağının 36 №-li protokoldan çıxarışdan görünür ki, Xətai rayon İcra Hakimiyyətinin Başçısının xx.xx.2021 -ci il tarixli 373 nömrəli sərəncamından irəli gələn layihə "xxxx" MTK-nın Yusif Səfərov 1a ünvanında yerləşən 11 mərtəbəli yaşayış binasının sakinlərinin Dövlət tərəfindən köçürülməsi və kompensasiya verilməsi barədə MTK-nın ümumi yığıncağı keçirilmiş, bununla bağlı müzakirələr aparılmış, nəticədə ümumi istifadə olan sahələrin üzvlər arasında bölüşdürülməsinə qərar verilmişdir. İddiaçılara münasibətdə ayrılan paylar aşağıdaki formada olmuşdur: X19 -18,6 kv.m (ümumi) İddiaçı2 -18,6 kv.m (ümumi) +11,4 kv.m (zirzəmi) İddiaçı3 74,4 kv.m (ümumi) + 11,4 kv.m (zirzəmi) + 11,4 kv.m (zirzəmi) X2 -18,6 kv.m (ümumi) İddiaçı5 -18,6 kv.m (ümumi) + 5,7 kv.m (zirzəmi) İddiaçı6 - 18,6 kv.m (ümumi) + 5,7 kv.m (zirzəmi) İddiaçı7 - 18,6 kv.m (ümumi) İddiaçı8 - 18,6 kv.m (ümumi) İddiaçı9 -18,6 kv.m (ümumi) İddiaçı10 - 18,6 kv.m (ümumi) + 5,7 kv.m (zirzəmi) (Mənzilin əvvəlki mülkiyyətçisi X7) Göründüyü kimi yaşayış sahəsinin mülkiyyətçiləri arasında proprosional bölgü əsasında ümumi istifadədə olan sahələr paylar şəklində iddiaçılar arasında bölünmüşdür. Nəzərə alınmalıdır ki, baxmayaraq ki həmin sahələr ümumi istifadə də olsa da, iddiaçılar həmin sahələrə münasibətdə kompensasiya tələb etmək hüququna malikdirlər. Bu hissədə hüquqi tənzimlənmənin aparılması Azərbaycan Respublikasının Mənzil Məcəlləsinin müddəaları ilə həyata keçirilir. Belə ki, Azərbaycan Respublikasının Mənzil Məcəlləsinin: 35.1 Yaşayış binasının tərkib hissəsinin mülkiyyətçilərinə həmin binada mənzillərin hissəsi olmayan və binada birdən artıq sahəyə xidmət etmək üçün nəzərdə tutulan obyektlər (o cümlədən, mənzillərarası pilləkən meydançaları, pilləkənlər, liftlər, lift şaxtası və ya digər şaxtalar, dəhlizlər, texniki mərtəbələr, çardaqlar, mühəndis qurğuları olan zirzəmilər, həmin binada birdən artıq sahəyə xidmət edən avadanlıq (texniki zirzəmi), habelə binanın daşıyıcı və daşıyıcı olmayan konstruksiyalarını ayıran dam örtükləri, binada sahələrin daxilində və onların hüdudlarından kənarda yerləşən və birdən artıq sahəyə xidmət edən mexaniki, elektrik, sanitar-texniki və digər avadanlıq, yaşıllaşdırma və abadlaşdırma elementləri də daxil olmaqla binanın yerləşdiyi torpaq sahəsi, binaya xidmət etmək, onun istismarı və abadlaşdırılması üçün nəzərdə tutulmuş həmin torpaq sahəsində yerləşən obyektlər) (bundan sonra - çoxmənzilli binanın ümumi əmlakı) ümumi paylı mülkiyyət hüququ ilə mülkiyyətçilərə məxsusdur. Çoxmənzilli binanın yerləşdiyi torpaq sahəsinin sərhədi və ölçüləri torpaq qanunvericiliyinin və şəhərsalma fəaliyyəti haqqında qanunvericiliyin tələbləri nəzərə alınmaqla müəyyən edilir. 35.2. Çoxmənzilli binanın sahə mülkiyyətçiləri ümumi mülkiyyətə sahiblik edir, ondan istifadə edir və bu Məcəllə və mülki qanunvericiliklə müəyyən edilmiş hədlərdə barəsində sərəncam verir. 35.6. Çoxmənzilli bina məhv olduqda, o cümlədən təsadüfi dağıldıqda, söküldükdə yaşıllaşdırmaabadlaşdırma elementləri ilə birlikdə binanın yerləşdiyi torpaq sahəsinə və göstərilən torpaq sahəsində yerləşən həmin binaya xidmət göstərməsi, onun istismarı və abadlaşdırılması üçün nəzərdə tutulmuş digər obyektlərə binanın sahə mülkiyyətçilərinin ümumi paylı mülkiyyət hüququnda payları çoxmənzilli bina məhv olanadək, o cümlədən təsadüfi dağılanadək, sökülənədək həmin binanın ümumi əmlakına mülkiyyət hüququnda paylarına mütənasib olaraq saxlanır. Göstərilən mülkiyyətçilər mülki qanunvericiliyə uyğun olaraq bu maddədə nəzərdə tutulan əmlaka sahiblik edir, ondan istifadə edir və barəsində sərəncam verirlər. Azərbaycan Respublikasının Mülki Məcəllənin: 213.1. iki və ya bir neçə şəxsin mülkiyyətində olan əşya onlara ümumi mülkiyyət hüququ əsasında mənsubdur. 213.2. əşya mülkiyyət hüququnda mülkiyyətçilərin hər birinin payı müəyyənləşdirilməklə (paylı mülkiyyət) və ya belə paylar müəyyənləşdirilmədən (birgə mülkiyyət) ümumi mülkiyyətdə ola bilər. 214.1. əgər paylı mülkiyyət mülkiyyətçilərinin payları bu Məcəlləyə əsasən təyin edilə bilmirsə və bütün mülkiyyətçilərin razılaşması ilə müəyyənləşdirilməyibsə, paylar bərabər sayılır. 215.1. paylı mülkiyyətdə olan əşyaya sahiblik və ondan istifadə onun bütün mülkiyyətçilərinin razılaşması əsasında, razılaşma əldə edilmədikdə isə məhkəmənin müəyyənləşdirdiyi qaydada həyata keçirilir. 215.3. paylı ümumi mülkiyyətin mülkiyyətçiləri ümumi mülkiyyətdə olan əşyaya sahiblik və ondan istifadə qaydası haqqında razılığa gələ bilərlər. Lakin onlar mülkiyyətçilərdən hər birinə mənsub olan aşağıdakı səlahiyyətləri ləğv edə və ya məhdudlaşdıra bilməzlər: 220.1. paylı mülkiyyətdə olan əşya mülkiyyətçiləri arasındakı razılaşmaya əsasən onlar arasında bölünə bilər. 220.2. paylı mülkiyyətin mülkiyyətçisi öz payının ayrılmasını tələb edə bilər. 220.3. paylı mülkiyyətin mülkiyyətçiləri ümumi əşyanın bölünməsi və ya ondan payın ayrılması üsulu və şərtləri haqqında razılığa gələ bilmədikdə paylı mülkiyyətin mülkiyyətçisi öz payının naturada ayrılmasını məhkəmə qaydasında tələb edə bilər. Əgər payın naturada ayrılmasına yol vermirsə və ya bu, ümumi mülkiyyətdə olan əşyaya tənasübsüz zərər vurmadan mümkün deyildirsə, ayrılan mülkiyyətçi öz payının dəyərinin paylı mülkiyyətin digər mülkiyyətçiləri tərəfindən ona ödənilməsi hüququna malikdir. Ümumi mülkiyyət iki və daha artıq şəxsin ümumi maraqlar əsasında formalaşdırdığı vahid obyekt üzərində istifadə, sahiblik və sərəncam hüququdur. İki və ya bir neçə şəxsin mülkiyyətində olan əşya onlara ümumi mülkiyyət hüququ əsasında mənsubdur. Ümumi əmlaka (əşyaya) sahiblik, ondan istifadə etmək və onun üzərində sərəncam vermək hüququ mülkiyyətçinin davranış imkanlarının hüquqi təminatını əks etdirir. Ümumi mülkiyyət hüququnun səciyyəvi xüsusiyyətlərindən biri burada subyektlərin bir nəfərdən artıq olmasıdır. Bu subyektlər ümumi mülkiyyət hüququnun iştirakçılarıdırlar ki, onlar ümumi mülkiyyətçilər ayılırlar.Qeyd olunmalıdır ki, qanunvericilik paylı ümumi mülkiyyətdə olan əşyanın bölünməsini və ondan payın ayrılmasını nəzərdə tutur. Mənzil Məcəlləsinin 35.6-cı maddəsinin təhlili zamanı aydın olur ki, həmin maddə özündə çoxmənzilli binanın yaşıllaşdırma-abadlaşdırma məqsədləri ilə sökülməsinə məruz qaldığı məsələlərdə yaşayış binasının ümumi istifadədə olan sahələrin payçılar arasında saxlanılması, sahiblik etməsi, ondan istifadə etməsi və barəsində sərəncam verməsi hüququnu mülkiyyətçilərə vermişdir. Başqa sözlə desək, həmin maddə dolayısı yolla söküntü işləri aparıldığı zaman ümumi istifadədə olan sahələrə münasibətdə mülkiyyətçilərə mülki qanunvericiliyə uyğun olaraq sərəncam verməsi hüququ (misal olaraq kompensasiyanın ödənilməsinin tələb edilməsi) vermişdir. Bu nöqteyi-nəzərindən hesab olunur ki, iddiaçılar necə ki mülkiyyətlərində olan yaşayış sahələrinə, eləcə də onlara ümumi istifadədə olan sahələrdən ayrılmış sahələrə münasibətdə kompensasiyanın ödənilməsini tələb etmək hüququna malikdirlər. Kompensasiya məbləğinə gəldikdə isə qeyd olunmalıdır ki, qiymətləndirilmə rəyindən görünür ki (İddiaçı3 əmlakına münasibətdə), yaşayış binasının ərazisində olan əlavə sahə 535 kv.m - hər 1 kv.m üçün 2.500 manat olaraq hesablanmışdır. Bunun əsasında hesab edirik ki, iddiaçılara ayrılmış ümumi istifadədə olan sahələrin hər 1 kv.m üçün kompensasiya məbləği 2.500 manatdan hesablanaraq ödənilməlidir. Yaşayış binasının hasar daxilində olan 630 kv.m həyətyani torpaq sahəsinə kompensasiya məbləğinin ödənilməsi. Bu hissədə hesab edirik ki, iddiaçılar yaşayış binasının hasar daxilində yerləşən 630 kv.m torpaq sahəsinə görə kompensasiya tələb etmək hüququna da malikdirlər, ilkin olaraq qeyd olunmalıdır ki, torpaq sahəsi MTK-nın ümumi yığıncağına əsasən üzvlər (sakinlər) arasında pay şəklində ayrılmışdır. "xxxx" MTK üzvlərinin 22 noyabr 2021 -ci il tarixli 2021 -ci il tarixli ümumi yığıncağının 66 №-li protokoldan çıxarışdan görünür ki, Xətai rayon İcra Hakimiyyətinin Başçısının xx.xx.2021 -ci il tarixli 373 nömrəli sərəncamından irəli gələn layihə "xxxx" MTK-nın Yusif Səfərov 1a ünvanında yerləşən 11 mərtəbəli yaşayış binasının sakinlərinin Dövlət tərəfindən köçürülməsi və kompensasiya verilməsi barədə MTK-nın ümumi yığıncağı keçirilmiş, bununla bağlı müzakirələr aparılmış, nəticədə 630 kv.m torpaq sahəsinin üzvlər arasında bölüşdürülməsinə qərar verilmişdir. İddiaçılara münasibətdə ayrılan paylar aşağıdaki formada olmuşdur: X19 -17,5 kv.m; İddiaçı2 -17,5 kv.m; İddiaçı3 -70 kv.m (əvvəl X14); X2 - 17,5 kv.m; İddiaçı5 -17,5 kv.m; İddiaçı6 - 17,5 kv.m; İddiaçı7 - 17,5 kv.m; İddiaçı8 -17,5 kv.m; İddiaçı9 - 17,5 kv.m; İddiaçı10 - 17,5 kv.m (əvvəl X7) 55.2. Göründüyü kimi yaşayış sahəsinin mülkiyyətçiləri arasında proprosional bölgü əsasında torpaq sahələri paylar şəklində iddiaçılar arasında bölünmüşdür. İddiaçıların həyətyani torpaq sahələrinə kompensasiya tələb etmək hüququ “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” Qanunun müddəalarında bir başa olaraq göstərilmişdir. Belə ki, yuxarəda adı çəkilən Qanunun 64-cü maddəsinə əsasən alınan torpağa ümumi istifadədə olan torpaq sahələri daxil olduqda, ondan istifadə etmək və ya məhsul götürmək hüququna malik olan şəxslər ümumi istifadədə olan torpaq sahələrinə giriş, istifadə və ya məhsul götürmək hüququnun itirilməsinə görə kompensasiya almaq hüququna malikdirlər. Həmin Qanunun 55.1-ci maddəsinə əsasən bu Qanuna əsasən alınan torpaq üçün kompensasiyanın məbləği aşağıdakı üsullarla hesablanır: 55.1.1. bu Qanunun 58-ci maddəsinə uyğun olaraq torpağın bazar qiymətinin müəyyən edilməsi; 55.1.2. torpağın qiymətinin bazar qiyməti əsasında ədalətli müəyyən edilməsi üçün alınan torpağın yerləşdiyi ərazidə torpaq bazarı olmadıqda və ya mövcud torpaq bazarı real bazar qiymətinin müəyyən edilməsi üçün kifayət etmədikdə, yaxud alınan torpağın əvəzinə digər torpaq verildikdə bu Qanunun 59-cu maddəsinə uyğun olaraq bərpa qiymətinin müəyyən edilməsi. Bu Qanunun 55.1-ci maddəsində göstərilən qiymətləndirmə üsullarından hər ikisi tətbiq edilə biləcəyi hallarda ödəniləcək kompensasiyanın məbləğinin müəyyənləşdirilməsi üçün torpağın daha yüksək qiymətini verən üsul tətbiq edilir. Bəhs edilən qanunvericiliyin müddəalarından görünür ki, qüvvədə olan qanunvericilik kompensasiyanın ödənilməsini təkcə mülkiyyətçilərin mülkiyyətində olan yaşayış (qeyriyaşayış sahələrinə) və ümumi istifadədə olan sahələrə deyil, həmçinin ümumi istifadədə olan torpaq sahəsinə görə giriş, istifadə hüququnun itirilməsinə görə kompensasiya almaq hüququ vermişdir. Əlbəttə qanunvericilik konkter olan torpaq sahəsinə görə kompensasiya məbləğinin hansı üsullarla müəyyən edilməli olmasını şərtləndirmişdir (Maddə 55.1). Nəzərə alınmalıdır ki, bu məbləğ müvafiq olaraq torpaq sahəsinin bazar qiyməti və va bərpa qiyməti (bazar qiyməti olmadıqda) əsasında müəyyən edilir. Qeyd etmək istəyir ki, torpaq sahəsinin bazar qiymətinin məhkəmə icraatı zamanı məhkəmə əmtəəşünaslıq ekspertizasının keçirilməsi ilə müəyyən edilməsini arzulayırıq. Başqa sözlə desək torpaq sahəsinin bazar qiyməti müəyyən edildikdən sonra, həmin bazar qiymətinə və proporsional bölgü prinsipinə əsas ödəniləcək kompensasiya məbləğinin müəyyən edilməsini xahiş edirik. Bu hissədə tələbin qeyri-dəqiqliyi ilə bağlı diqqətə çatdırır ki, torpaq sahəsinin dəyəri konkret olaraq müəyyən olunmadığından, hər 1 kv.m məbləğinin neçə manatdan nəzərə alınmalı olmasını dəqiq göstərə bilmirik. Lakin, növbəti məhkəmə iclaslarında torpaq sahəsinin dəyəri müəyyən edildikdən sonra İnzibati Prosessual Məcəlləsinin 54-cü maddəsinə əsasən iddia tələbinin dəqiqləşdirilməsi ilə bağlı ərizə ilə məhkəməyə müraciət olunacaqdır. Xüsusi ilə vurğulamağı zəruri hesab edirik ki, ümumi istifadədə olan sahələrin və həyətyani torpaq sahəsinin bölgüsü müvafiq olaraq payçıların iştirakı ilə bölünmüş və razılaşdırılmışdır. Yəni, yaşayış binasının sakinlərinə ayrılan sahələrin ölçüləri ilə bağlı hər hansı mübahisəli məqam mövcud deyildir. Qeyd olunan hallara ümumi qiymət verərərk hesab edirik ki, ünvan 1 ünvanında yerləşən yaşayış binasının yaşayış sahəsinin məbləği hər 1 kv.m üçün 6000 manat, əlavə sahələr, ümumi istifadədə olan sahələr və qeyri-yaşayış sahələri üçün hər 1 kv.m 2500 manat, həyətyani torpaq sahəsinin hər 1 kv.m məhkəmə ekspertizası əsasında müəyyən edilərək həmin məbləğə uyğun dəyərdə iddiaçıların mülkiyyətində olan əmlaklara münasibətdə (ümumi istifadədə və həyətyani torpaq sahəsi daxil olmaqla) kompensasiya məbləğinin ödənilməsi həyata keçirilməlidir. Bundan başqa qeyd etmək istəyirik ki, ümumi məhkəmə təcrübəsində bu növ mübahisələrdə (Sovetski evlərinin sökülməsi ilə əlaqədar) ağlabatn kompensasiya məbləğinin hər 1 kv.m üçün 400-500 manat kimi qiymətləndirilməsi hazırki iddiaya münasibətdə tətbiq olunmamalıdır. Belə ki, yuxarıda göstərilən bütün bu hallar, yəni əmlakların real bazar qiyməti, yaşayış binasının dislokasiyası, ətrafıda yerləşən tanınmış yaşayış komlekslərinin olması yaşayış binasında olan əmlakların dəyərinin yüksək olduğuna dəlalət edir. İPM-in 2.2.3-cü maddəsinə görə hazırkı iddia növü öhdəliyin icrası haqqında iddiadır. İddiaçı mülkiyyətində olan tikilinin sökülməsinə görə cavabdehdən ona kompensasiya ödənilməsini xahiş etmiş, cavabdeh ərizəni təmin etməmişdir. Odur ki, iddiaçı inzibati məhkəmə icraatı qaydasında cavabdehin üzərinə ona kompensasiya ödənilməsi barədə öhdəlik qoyulmasını xahiş etmişdir. İPM-in 34.1-ci maddəsinin ikinci cümləsinə görə öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi-hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. “İnzibati icraat haqqında” Qanunun 89.2ci maddəsinə əsasən maraqlı şəxs kompensasiyanın ödənilməsindən imtina olunması haqqında inzibati orqanın qərarından müvafiq məhkəməyə şikayət verə bilər. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-11365/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qərardadı ilə iş üzrə mütəxəssis rəyi verilməsi qərara alınmış və mütəxəssis rəyi verilmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-11365/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qərardadı ilə “iddiaçılar İddiaçı2, İddiaçı3, İddiaçı1, X2 və İddiaçı8 mülkiyyətlərində olan yaşayış sahələrinin hər 1 kv.m sahəsi üçün 4500 manat məbləğində kompensasiyanın hesablanaraq ödənilməsi öhdəliyinin cavabdeh Xətai Rayon İcra Hakimiyyətinə həvalə edilməsi” barədə iddia ərizəsinin dəqiqləşdirilməsinə dair ərizəsi icraata qəbul edilmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-11365/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qərardadı ilə "xxxx" ASC adi cəlbetmə qaydasında üçüncü şəxs qismində məhkəmə icraatına cəlb edilmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-11365/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qərardadı ilə İddiaçı5, İddiaçı6, İddiaçı7, İddiaçı9, İddiaçı10 münasibətdə geri qaytarılmış və onların iddiaçı qismində inzibati məhkəmə icraatında iştirakına xitam verilmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin tələblərinə əsasən qanuna müvafiq prosessual hərəkətlər edilərək iş üzrə növbəti məhkəmə iclası xx.xx.2023-cü il tarixə təyin edilmiş və bu barədə tərəflərə lazımi qaydada məlumat verilmişdir. 2.Məhkəmə icraatı iştirakçılarının izahatları və etirazın dəlilləri Məhkəmə iclasında iştirak edən iddiaçıların nümayəndəsi və vəkili iddia tələbini müdafiə edərək, iddianın təmin olunması barədə qərar çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımı qaydada xəbardar olunmuş cavabdeh inzibati orqan məhkəmədə nümayəndəsinin iştirakının təmin etməmiş və iştirak etməməsinin üzürlü səbəbləri barədə məhkəməni məlumatlandırmamışdır. Cavabdeh inzibati orqan tərəfindən məhkəməyə iddiaya dair yazılı etiraz təqdim edilməmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımı qaydada xəbardar olunmuş 3-cü şəxs məhkəmə iclasında iştirak etməmiş və iştirak etməməsinin üzürlü səbəbləri barədə məhkəməni məlumatlandırmamışdır.
3. Mübahisənin həlli ilə bağlı məhkəmə araşdırmasının əsasını təşkil edən sənədlər
İş materialları məhkəməyə təqdim edilmişdir. Həmin sənədlər məhkəmə araşdırmasının predmetini təşkil etmişlər. - xx.xx.2016-cı il qeydiyyat tarixli, RX seriyalı, ******* nömrəli, **********52-05301- 093013 reyestr nömrəli Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışın surəti; - xx.xx.2016-cı il qeydiyyat tarixli, RX seriyalı, ******* nömrəli, **********52-05301- 093013 reyestr nömrəli Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışın surəti; - xx.xx.2021-ci il qeydiyyat tarixli, **********52-05301-093020 reyestr nömrəli Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışın surəti; - xx.xx.2010-cu il qeydiyyat tarixli, MA seriyalı, ******* nömrəli, **********52-05301- 093015 reyestr nömrəli Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışın surəti; - xx.xx.2013-cü il qeydiyyat tarixli, RX seriyalı, ******* nömrəli, **********52-05301- 093022 reyestr nömrəli Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışın surəti; - "xxxx" MMC-nin 01/22-486 nömrəli xx.xx.2022-ci il tarixli mütəxəssis rəyi; - Bakı Şəhər İcra Hakimiyyətinin Başçısının 278 nömrəli xx.xx.2021-ci il tarixli Sərəncamı; - Xətai Rayon İcra Hakimiyyyəti Başçısının 373 nömrəli xx.xx.2021-ci il tarixli Sərəncamı; - Xətai Rayon İcra Hakimiyyəti başçısının 1251 nömrəli, xx.xx.2022-ci il tarixli məhkəməyə ünvanladışı sorğuya cavab məktubu; - AN-İ ******* nömrəli, xx.xx.2022-ci il tarixli Daşınmaz Əmlakın Alqı-Satqı Müqaviləsinin surəti; - AN-İ ******* nömrəli, xx.xx.2022-ci il tarixli Daşınmaz Əmlakın Alqı-Satqı Müqaviləsinin surəti; - 1082976 nömrəli xx.xx.2022-ci il tarixli Daşınmaz Əmlakın Alqı-Satqı Müqaviləsinin surəti.
ƏSASLANDİRMA HİSSƏSİ:
4. İddianın növü və mümkünlüyü
Məhkəmə hesab edir ki, hazırkı mübahisəyə İPM-in 2.2.7-ci maddəsinə əsasən inzibati icraat qaydasında baxılmalıdır. Belə ki, İPM-in 2.2.7-ci maddəsinə görə inzibati mübahisələrin həlli ilə bağlı əmlak tələbinə, habelə inzibati orqanların qanunsuz qərarları (inzibati aktları) və ya hərəkətləri (hərəkətsizliyi) nəticəsində vurulmuş ziyana görə kompensasiyaların ödənilməsi tələbinə dair iddialara da baxılır. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanunun 89.2-ci maddəsinə əsasən maraqlı şəxs kompensasiyanın ödənilməsindən imtina olunması haqqında inzibati orqanın qərarından müvafiq məhkəməyə şikayət verə bilər. İPM-in 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. İPM-in 8.1.1-ci maddəsinə əsasən daşınmaz əmlakla, yaxud müəyyən ərazi ilə bağlı hüquq və ya hüquq münasibəti ilə əlaqədar inzibati mübahisələrə həmin əmlakın və ya ərazinin aid olduğu yerin məhkəməsi tərəfindən baxılır. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, tərəflər məhkəmə iclasında iştirak etməmiş və səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə işə baxaraq iş üzrə qərar qəbul edilməsini mümkün hesab etmişdir. Belə ki, iş üzrə tərəflərə təqdim edilmiş məhkəmə bildirişində tərəflərə iclasa gəlmədiyi halda işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdarlıq olunmuşdur. (Azərbaycan Respublikası İnzibatiProsessual Məcəlləsinin 62.3-cü maddəsi). Odur ki, hazırkı iddianın qaldırılması üçün inzibati-prosessual qanunvericilikdə nəzərdə tutulan mümkünlük şərtləri ödənilir və iddianı mümkünsüz edən hər hansı bir əsas müəyyən edilməmişdir.
5. Tətbiq edilən hüquq və məhkəmənin mövqeyi
Məhkəmə tərəflərin izahatlarını dinləyib, sübutları obyektiv, hərtərəfli və tam tədqiq edərək, inzibati iş materiallarını araşdırıb hüquqi qiymət verərək, belə nəticəyə gəlir ki, mahiyyəti baxımından iddia əsassızdır və təmin edilməməlidir. İş materiallarında olan, 13. 08.2011-ci il qeydiyyat tarixli, MA seriyalı, ******* nömrəli, **********52-05301-093019 reyestr nömrəli Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışdan müəyyən edilir ki, ünvan 7 ünvanında yerləşən ümumi sahəsi 156,5 kv.m olan mənzil İddiaçı2 xüsusi mülkiyyətindədir. İş materiallarında olan, xx.xx.2016-cı il qeydiyyat tarixli, RX seriyalı, ******* nömrəli, **********52-05301-093013 reyestr nömrəli Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışdan müəyyən edilir ki, ünvan 8 ünvanında yerləşən ümumi sahəsi 161.39 kv.m olan mənzil İddiaçı8oviçin xüsusi mülkiyyətindədir. İş materiallarında olan, xx.xx.2021-ci il qeydiyyat tarixli, **********52-05301-093020 reyestr nömrəli Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışdan müəyyən edilir ki, ünvan 9 ünvanında yerləşən ümumi sahəsi 168.80 kv.m olan mənzil İddiaçı3 xüsusi mülkiyyətindədir. İş materiallarında olan, xx.xx.2010-cu il qeydiyyat tarixli, MA seriyalı, ******* nömrəli, **********52-05301-093015 reyestr nömrəli Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışdan müəyyən edilir ki, ünvan 10 ünvanında yerləşən ümumi sahəsi 189,89 kv.m olan mənzil İddiaçı1 xüsusi mülkiyyətindədir. İş materiallarında olan, xx.xx.2013-cü il qeydiyyat tarixli, RX seriyalı, ******* nömrəli, **********52-05301-093022 reyestr nömrəli Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışdan müəyyən edilir ki, ünvan 11 ünvanında yerləşən ümumi sahəsi 152.7 kv.m olan mənzil İddiaçı4 xüsusi mülkiyyətindədir. İş materiallarına əsasən, İddiaçı1 (ipoteka qoyan), "xxxx" ASC (ipoteka saxlayan) və "xxxx" MMC (borc alan) arasında xx.xx.2018-ci il tarixdə İpoteka müqaviləsi bağlanılmışdır. İpoteka müqaviləsinin predmetini Azərbaycan Respublikası Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən xx.xx.2010-cu il tarixində verilmiş reyestr nömrəsi **********52- 05301-093015 olan çıxarışa əsasən ünvan 10 ünvanında yerləşən ümumi sahəsi 189,89 kv.m olan mənzil yüklü edilmişdir. Bağlanılmış müqaviləyə əsasən kreditin məbləği 200 000 (iki yüz min) manatdan ibarət olmuşdur. İş materiallarında olan sənədlərdəndən görünür ki, Bakı şəhəri, Xətai rayonu, Y.Səfərov 1 a, ünvanında yerləşən binada yaşayan sakinlər tərəfindən Bakı Şəhər İcra Hakimiyyətinə və Xətai Rayon İcra Hakimiyyətinə məktubla müraciət olunmuş və tələb edilmişdir ki, Azərbaycan Respublikasının qanunlarına riayət etməklə iddiaçılara məxsus evləri, müstəqil qiymətləndirmə şirkəti tərəfindən qiymətləndirilib və qiymətləndirməyə uyğun olaraq aşagıda qeyd olunanlara əsasən kompensasiya verilməsi tələb edilmişdir.
1. İddiaçı5 4 otaq - 819 460 manat;
2. X20 3 otaq - 688 000 manat;
3. İddiaçı6 4 otaq -848 000 manat;
4. X16 3 otaq - 679 890 manat;
5. X10 4 otaq - 807 850 manat ;
6. X5 4 otaq - 805 480 manat ;
7. X5 3 otaq – 629 910 manat;
8. İddiaçı3 (Penthouse) - 2 000 000 manat;
9. İddiaçı2 3 otaq - 652 030 manat ;
10. X3 3 olaq - 628 570 manat;
11. X1 3 otaq - 636 200 manat ;
12. X6 3 otaq - 672 000 manat;
13. X7 3 otaq- 667 850 manat;
14. X23 4 otaq- 848 000 manat;
15. İddiaçı1 4 otaq- 788 860 manat;
16. İddiaçı9 4 otaq- 890 400 manat
17. Yusif Nəcəf 4 otaq- 700 000 manat. İş materiallarından görünür ki, "xxxx" MMC-nin 01/22-486 nömrəli xx.xx.2022-ci il tarixli mütəxəssis rəyinə əsasən aparılan təhlil və hesablamalar nəticəsində məlum olmuşdur ki, **********52-05301-093013 reyestr nömrəli Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışdan müəyyən edilir ki, İddiaçı8oviçə məxsus ünvan 8 ünvanında yerləşən mənzilin xx.xx.2022-ci il tarixə olan dəyəri: 549 000 (beş yüz qırx doqquz min) manat; xx.xx.2013-cü il qeydiyyat tarixli, RX seriyalı, ******* nömrəli, **********52-05301-093022 reyestr nömrəli Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışdan müəyyən edilir ki, İddiaçı4 məxsus ünvan 11 ünvanında yerləşən mənzilin xx.xx.2022-ci il tarixə olan dəyəri: 519 000 (beş yüz on doqquz min) manat, xx.xx.2010-cu il qeydiyyat tarixli, MA seriyalı, ******* nömrəli, **********52-05301-093015 reyestr nömrəli Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışdan müəyyən edilir ki, İddiaçı1 məxsus ünvan 10 ünvanında yerləşən mənzilin xx.xx.2022-ci il tarixə olan dəyəri: 646000 (altı yüz qırx altı min) manat, 13. 08.2011-ci il qeydiyyat tarixli, MA seriyalı, ******* nömrəli, **********52-05301-093019 reyestr nömrəli Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışdan müəyyən edilir ki, İddiaçı2 məxsus ünvan 7 ünvanında yerləşən mənzilin xx.xx.2022-ci il tarixə olan dəyəri: 532000 (beş yüz otuz iki min) manat, xx.xx.2021-ci il qeydiyyat tarixli, **********52-05301-093020 reyestr nömrəli Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışdan müəyyən edilir ki, İddiaçı3 məxsus ünvan 9 ünvanında yerləşən mənzilin xx.xx.2022-ci il tarixə olan dəyəri: 532 000 (beş yüz otuz iki min) manat təşkil edir. İş materiallarında olan, Bakı Şəhər İcra Hakimiyyətinin başçısının 278 nömrəli xx.xx.2021-ci il tarixli Sərəncamı ilə:
1. Xətai Rayon icra Hakimiyyəti Bakı şəhərinin Xətai rayonu, Yusif Səfərov və Afiyəddin Cəlilov küçələrinin kəsişməsində yerləşən yaşayış və qeyri-yaşayış obyektlərinin köçürülməsi üzrə vahid sifarişçi təşkilat təyin olunsun.
2. "xxxx" MMC (Abit Əliyev) ayrılmış 29 219 000.0 (iyirmi ioqquz milyon iki yüz on doqquz min) manat vəsaiti Xətai Rayon icra Hakimiyyətinin təqdim etdiyi bank hesabına köçürülməsini təmin etsin.
3. Xətai Rayon İcra Hakimiyyəti: 3.1. Bu Sərəncamın 2-ci bəndinə uyğun ayrılmış vəsatilə Xətai rayonu Yusif Səfərov və Afiyəddin Cəlilov küçələrinin kəsişməsində yerləşən 10 mərtəbəli yaşayış binasının 2 mərtəbəsi idə yerləşən qeyri-yaşayış sahəsinin, 8 mərtəbəsində yerləşən 32 mənzilin və bundan əlavə 2 ədəd (“Qədim Qəbələ" restoranı və “İnternational SOS" Bakı klinikası) qeyri-yaşayış obyektinin mülkiyyətçiləri ilə qanunvericiliyə uyğun olaraq münasibətlərin tənzimlənməsi şərti ilə əmlakların alınmasını və köçürülmə işlərinin aparılmasını təmin etsin; 3.2. Köçürülmə işləri başa çatdıqdan sonra həmin ünvanda yerləşən yaşayış və qeyri-yaşayış obyektlərinin sökülərək ərazisinin abadlaşdırılmasını və qanunvericiliyə uyğun digər tədbirlərin görülməsini təmin etsin. İş materiallarında olan, Xətai Rayon İcra Hakimiyyyəti başçısının 373 nömrəli xx.xx.2021-ci il tarixli Sərəncamı ilə Bakı şəhərinin Xətai rayonu ərazisində abadlaşdırma işlərinin həyata keçirilməsi ilə əlaqədar Yusif Səfərov və Afiyəddin Cəlilov küçələrinin kəsişməsində yerləşən yaşayış və qeyri-yaşayış sahələrinin köçürülməsi işləri Bakı Şəhər İcra Hakimiyyəti Başçısının 02 noyabr 2021-ci il tarixli 278 saylı Sərəncamı ilə Xətai Rayon İcra Hakimiyyətinə həvalə edilmişdir. Həmin Sərəncama əsasən: “2. Komissiyaya tapşırılsın ki, Xətai rayonu, Yusif Səfərov və Afiyəddin Cəlilov küçələrinin kəsişməsində yerləşən 10 mərtəbəli yaşayış binasının 2 mərtəbəsində yerləşən qeyri-yaşayış sahəsinin, 8 mərtəbəsində yerləşən 32 mənzilin və bundan əlavə 2 ədəd (“Qədim Qəbələ restoranı və “İnternational SOS" Bakı klinikası) qeyriyaşayış sahələrinin mülkiyyətçiləri ilə qanunvericiliyə uyğun olaraq münasibətlərin tənzimlənməsi şərti ilə əmlakların alınması və köçürülməsi işlərinin aparılmasını təmin etsin.
3. Köçürülmə işləri başa çatdıqdan sonra həmin ünvanda yerləşən yaşayış və qeyriyaşayış sahələrinin sökülərək ərazisinin abadlaşdırılması və qanunvericiliyə uyğun digər tədbirlərin görülməsi təmin edilsin. 4. Sərəncamdan çıxarış. Bakı Şəhər İcra Hakimiyyətinə və aidiyyatı təşkilatlara təqdim edilsin.” İş materiallarında olan, Xətai Rayon İcra Hakimiyyəti başçısının 1251 nömrəli, xx.xx.2022-ci il tarixli məhkəməyə ünvanladığı sorğuya cavab məktubunda qeyd edilmişdir: məlumat üçün bildiririk ki, Xətai rayonu ərazisində yol qovşağının genişləndirilməsi və abadlıq işlərinin həyata keçirilməsi ilə əlaqədar Yusif Səfərov və Afiyəddin Cəlilov küçələrinin kəsişməsində yerləşən yaşayış və qeyri-yaşayış sahələrinin köçürülməsi zərurəti yaranmışdır. Bu səbəbdən də, Bakı şəhər İcra Hakimiyyəti başçısının 02 noyabr 2021-ci il tarixli, 278 saylı sərəncamının icrasını təmin etmək məqsədilə köçürülməsi nəzərdə tutulan yaşayış və qeyri-yaşayış sahələrinə görə daşınmaz əmlak sahiblərinə müəyyən edilmiş qaydada kompensasiya ödənilməklə köçürülmə işlərinin həyata keçirilməsi üçün Xətai rayon İcra Hakimiyyəti başçısının 12 noyabr 2021-ci il tarixli, 373 saylı sərəncamı ilə komissiya yaradılmışdır. Komissiya sökülməsi nəzərdə tutulan evlərin yerləşdiyi ərazinin yaxınlığında Azərbaycan Respublikası Prezidentinin xx.xx.2007-ci il tarixli Fərmanına əsasən sökülən tikililərin 1 kv.metri üçün 20 faiz əlavə hesablanmaqla qiymətləndirmə həyata keçirilir. Göstərilən sərəncamlara əsasən köçürülmə ilə əlaqədar qiymətləndirmə müəyyən edilərək yaşayış evlərinin 1 kv.m-nə 2200 manat, qeyri-yaşayış sahələrinin 1 kv.m-nə isə 2500 manat müəyyən edilmişdir. Məlumat üçün bildiririk ki, iddiaçılar İddiaçı5, İddiaçı6, İddiaçı9, İddiaçı10 alqı-satqı müqaviləsinə əsasən ödəniləcək kompensasiya ilə razılaşmışlar və ödəniləcək vəsait onların bank hesablarına köçürülmüşdür. Digər iddiaçılara isə qeyd olunan komissiyaya müraciət etmələri barədə məlumat verilmişdir. İş materiallarında olan, AN-İ ******* nömrəli, xx.xx.2022-ci il tarixli Daşınmaz Əmlakın Alqı-Satqı Müqaviləsinə əsasən, (alıcı) Cavabdeh tərəfindən (satıcı) İddiaçı3 satdığı tam hissəni (18 kv/m) ondan 45891. 00 manat (qırx beş min səkkiz yüz doxsan bir manat sıfır qəpik) qiymətinə almışdır. İş materiallarında olan, AN-İ ******* nömrəli, xx.xx.2022-ci il tarixli Daşınmaz Əmlakın Alqı-Satqı Müqaviləsinə əsasən, (alıcı) Cavabdeh tərəfindən (satıcı) İddiaçı3 satdığı tam hissəni (18.1 kv/m) ondan 46145.95 manat (qtrx altı min yüz qırx beş manat doxsan beş qəpik) qiymətinə almışdır. İş materiallarında olan, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi 6 saylı Bakı “Asan Xidmət” Mərkəzində Notariat ofisi tərəfindən məhkəmə ünvanladığı 2830 nömrəli, xx.xx.2022-ci il tarixli məhkəmənin müvafiq sorğusuna cavab məktubunda qeyd etmişdir ki, “Elektron notariat” informasiya sistemində ünvan üzrə deyil, yalnız əmlakın qeydiyyat nömrəsi ilə axtarış edilməsi mümkün olduğundan və mənzillərin satış qiyməti ilə bağlı ümumiləşdirmə aparılmadığından sorğunu cavblandırmaq mümkün deyildir. İş materiallarında olan, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi ünvan 15 ünvanladığı X-899 nömrəli, xx.xx.2022-ci il tarixli məhkəmənin müvafiq sorğusuna cavab məktubunda qeyd etmişdir ki, Yusif Səfərov və Afiyəddin Cəlilov küçələrində yerləşən yeni tikili binalarda 2022-ci ildə mənzillərin satış qiyməti barədə heç bir məlumat yoxdur. İş materiallarında olan, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi ünvan 16 ünvanladığı 453 nömrəli, xx.xx.2022-ci il tarixli məhkəmənin müvafiq sorğusuna cavab məktubunda qeyd etmişdir ki, Yusif Səfərov və Afiyəddin Cəlilov küçələrində inşa edilən yeni tikili binalarda yerləşən mənzillərin alqı-satqısına dair notariat hərəkəti aparılmamışdır. Kompensasiyanın ödənilməsi ilə bağlı İnsan Hüquqları üzrə Avropa Məhkəməsi “Sporronq və Lonnrot İsveçrə qarşı” qərarında qeyd etmişdir ki, bu barədə 1-ci maddədə hər hansı norma olmasa da, hər halda 1-ci maddə mülkiyyətin özgəninkiləşdirilməsi zamanı kompensasiyanın ödənilməsini tələb edir. Məhkəmə bildirdi ki, razılığa gələn dövlətlərin hüquq sistemlərində kompensasiya ödənilmədən mülkiyyətin müsadirə olunmasına yalnız müstəsna hallarda haqq qazandırıla bilər, əks təqdirdə mülkiyyət hüququ “xəyali” və “səmərəsiz” hüquq olaraq qalardı. Kompensasiyanın məbləğinə gəldikdə isə, məhkəmə qeyd etmişdir ki, mülkiyyəti onun dəyərinə uyğun ağlabatan məbləğdə kompensasiya ödəmədən müsadirə etmək qeyrimütənasib tədbirdir. Lakin 1-ci maddə heç də bütün hallarda tam kompensasiyanı təmin etmir: “cəmiyyətin maraqlarına xidmət edən, yəni qanuni məqsədlər daşıyan tədbirlərin, məsələn, iqtisadi islahatların, yaxud daha çox sosial ədalətə nail olmağa yönəlmiş tədbirlərin həyata keçirilməsi zamanı qarşıya qoyulan qanuni məqsədlər tam bazar dəyərindən aşağı məbləğdə kompensasiya ödənilməsinə haqq qazandıra bilər” (Qərarın 54cü bəndi). Xətai Rayon İcra Hakimiyyətinin verilmiş sorğuya cavab məktubuna əlavə etdiyi Bakı şəhəri Xətai Rayon İcra Hakimiyyəti ilə İddiaçı10 arasında bağlanmış ******* nömrəli xx.xx.2022-ci il tarixli daşınmaz əmlakın alqı-satqısı müqaviləsindən görünür ki, ünvan 17 ünvanında yerləşən, ümumi sahəsi 162.82 kv.m olan mənzilin müqabilində Xətai RİH həmin şəxsə 389383.06 (üç yüz səksən doqquz min üç yüz səksən üç manat altı qəpik) manat ödəmişdir. Məhkəmə qeyd edir ki, Bakı Şəhər İcra Hakimiyyətinin başçısının 278 nömrəli xx.xx.2021-ci il tarixli Sərəncamına əsasən Bakı şəhərinin Xətai rayonu, Yusif Səfərov və Afiyəddin Cəlilov küçələrinin kəsişməsində yerləşən yaşayış və qeyri-yaşayış obyektlərinin köçürülməsi üzrə Xətai Rayon İcra Hakimiyyəti vahid sifarişçi təşkilat təyin olunmuşdur. Xətai rayonu Yusif Səfərov və Afiyəddin Cəlilov küçələrinin kəsişməsində yerləşən 10 mərtəbəli yaşayış binasının 2 mərtəbəsi isə yerləşən qeyri-yaşayış sahəsinin, 8 mərtəbəsində yerləşən 32 mənzilin və bundan əlavə 2 ədəd (“Qədim Qəbələ" restoranı və “İnternational SOS" Bakı klinikası) qeyri-yaşayış obyektinin mülkiyyətçiləri ilə qanunvericiliyə uyğun olaraq münasibətlərinin tənzimlənməsi şərti ilə əmlakların alınmasını və köçürülmə işlərinin aparılmasını təmin etməsi və köçürülmə işləri başa çatdıqdan sonra həmin ünvanda yerləşən yaşayış və qeyri-yaşayış obyektlərinin sökülərək ərazisinin abadlaşdırılmasını və qanunvericiliyə uyğun digər tədbirlərin görülməsininin təmin edilməsi Xətai Rayon İcra Hakimiyyətinə havalə edilmişdir. Məhkəmə qeyd edir ki, Yusif Səfərov və Afiyəddin Cəlilov küçələrinin kəsişməsində yerləşən yaşayış və qeyri-yaşayış sahələrinin sökülməsi nəzərdə tutulan evlərini yerləşdiyi ərazinin yaxınlığında Azərbaycan Respublikası Prezidentinin xx.xx.2007-ci il tarixli Fərmanına əsasən sökülən tikililərin 1 kv.metri üçün 20 faiz əlavə hesablanmaqla qiymətləndirmə həyata keçirilir. Köçürülmə ilə əlaqədar qiymətləndirmə müəyyən edilərək yaşayış evlərinin 1 kv.m-nə 2200 manat, qeyri yaşayış sahələrinin 1 kv.m-nə isə 2500 manat müəyyən edilmişdir. Məhkəmə hesab edir ki, Bakı şəhəri Xətai rayonu, Yusif Səfərov və Afiyəddin Cəlilov küçələrinin kəsişməsində yerləşən yaşayış və qeyri-yaşayış sahələrinin (əmlakın) dəyəri hər kv.m-ə görə 2200-2500 manat müəyyən edildiyindən hər kvadratmetrə görə 4500 manat kompensasiya ödənilməli olması barədə iddiaçıların şikayətlərinin dəlilləri əsaslı olmamışdır. Qeyd edilməlidir ki, işin faktiki hallarına əsasən iddiaçıların mülkiyyətində olan əmlak (yaşayış və qeyri-yaşayış sahələri) ərazinin abadlaşdırılması məqsədilə icra edilən söküntüyə məruz qalmış, yəni qanuni məqsədlər daşımış və cəmiyyətin maraqlarına xidmət edən dövlət ehtiyacı baxımında sökülmüşdür. Cavabdeh inzibati orqan tərəfindən iddiaçılara kompensasiyanın ödənilməsi ilə bağlı olaraq komissiyaya müraciət etmələri barədə məlumat verilmişdir. Lakin iddiaçılar təklif olunan kompensasiyanı almaqdan imtina etmişdir. "xxxx" Mənzil-Tikinti Kooperativinin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 11 oktyabr 2019-cu il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2020-ci il tarixli Qərarında Konstitusiya Məhkəməsinin Plenumu xüsusilə vurğulayır ki, Azərbaycan Respublikasında torpaqların dövlət ehtiyacları üçün alınması, bununla bağlı kompensasiya məbləğinin hesablanması və ödənilməsi qaydaları, habelə bu sahədə tərəflər arasında yaranan digər münasibətləri tənzimləyən normalar “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” Azərbaycan Respublikasının Qanunu və Mülki Məcəllə ilə müəyyən edilmişdir. Həmin Qanunun 3-cü maddəsində torpağın alına biləcəyi dövlət ehtiyacları sadalanmışdır. Bu maddəyə əsasən, yalnız dövlət əhəmiyyətli yolların və digər kommunikasiya xətlərinin (magistral neft və qaz boru kəmərlərinin, kanalizasiya, yüksək gərginlikli elektrik xətlərinin, hidrotexniki qurğuların) çəkilməsi və quraşdırılması, sərhədboyu zolaqda dövlət sərhədinin etibarlı mühafizəsinin təmin edilməsi, müdafiə və təhlükəsizlik əhəmiyyətli obyektlərin tikilməsi, dövlət əhəmiyyətli dağ-mədən sənayesi obyektlərinin tikilməsi və dəniz limanının ərazisinin artırılması hallarında torpaqların dövlət ehtiyacları üçün alınmasına yol verilir. Yuxarıda qeyd edilən Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2020-ci il tarixli Qərarında həmçinin göstərilmişdir ki, İnsan Hüquqları üzrə Avropa Məhkəməsi (bundan sonra – Avropa Məhkəməsi) də bu məsələyə dair oxşar hüquqi mövqelər ifadə etmişdir. Məhkəmə mülkiyyət hüququna müdaxilə ilə bağlı qeyd etmişdir ki, “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 1 saylı Protokolunun 1-ci maddəsinin ən mühüm və əsas tələbi ondan ibarətdir ki, dövlət orqanı tərəfindən mülkiyyətə istənilən müdaxilə tam qanuni olmalıdır. Konvensiya baxımından qanunçuluq tələbi dövlətdaxili hüquq normalarının qanunun aliliyi prinsipi ilə uzlaşması deməkdir (“Kuşoğlu Bolqarıstana qarşı” iş üzrə 2007-ci il 10 may tarixli Qərar). Avropa Məhkəməsinin presedent hüququna əsasən, Konvensiyanın 1 saylı Protokolunun 1-ci maddəsinə xas olan “ədalətli balans” prinsipi özlüyündə cəmiyyətin ümumi marağının mövcudluğunu nəzərdə tutur. Mülkiyyətdən maneəsiz istifadə etmək hüququna müdaxilə zamanı cəmiyyətin ümumi maraqları ilə fərdin əsas hüquqlarının müdafiəsi tələbləri arasında “ədalətli balans” gözlənilməlidir. Konkret olaraq, dövlət istənilən tədbiri tətbiq edərkən, ... tətbiq edilən vasitələrlə qarşıya qoyulan məqsəd arasında ağlabatan mütənasiblik əlaqəsi olmalıdır (“Broniovski Polşaya qarşı” iş üzrə 2004-cü il 22 iyun tarixli Qərar, §148, 150; “Skordino İtaliyaya qarşı” iş üzrə 2006-cı il 29 mart tarixli Qərar, § 93). Ərazi planlaşdırılması dövlət ehtiyacları və ya şəhərsalmanın məqsədləri baxımından həyata keçirilir. Ərazi planlaşdırılması şəhərsalmanın nizamlı inkişafını və torpaqların sosial baxımdan ədalətli istifadəsini təmin etməli, ictimaiyyətin rifahına uyğun olmalı, insan üçün əlverişli və sağlam ətraf mühitin təşəkkül tapmasına, həyat üçün zəruri təbii əsasların qorunmasına və inkişaf etdirilməsinə xidmət etməlidir. Ərazi planlaşdırılması sənədlərinin hazırlanması zamanı ictimai və fərdi maraqlar ədalətli şəkildə tarazlaşdırılmalıdır (Şəhərsalma və Tikinti Məcəlləsinin 17.2 və 17.3-cü maddələri). Azərbaycan Respublikası Konstitusiyasının: - 13-cü maddəsinə əsasən İ. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. İİ. Mülkiyyət dövlət mülkiyyəti, xüsusi mülkiyyət və bələdiyyə mülkiyyəti növündə ola bilər. İİİ. Mülkiyyətdən insan və vətəndaş hüquqları və azadlıqları, cəmiyyətin və dövlətin mənafeləri,şəxsiyyətin ləyaqəti əleyhinə istifadə edilə bilməz. - 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Əmlakın tam müsadirəsinə yol verilmir. Dövlət ehtiyacları üçün mülkiyyətin özgəninkiləşdirilməsinə yalnız qabaqcadan onun dəyərini ədalətli ödəmək şərti ilə yol verilə bilər. “Qiymətləndirmə haqqında” Qanunun: Maddə 7. Qiymətləndirmə nəticələri haqqında hesabatların tərtib olunma qaydalarını müvafiq icra hakimiyyəti orqanı müəyyənləşdirir. Qiymətləndirmənin nəticələri haqqında hesabatda əmlakın bazar və ya digər dəyərlərinin yekun göstəricisi məhkəmə qaydasında ləğv edilmədikdə, həqiqi sayılır. Qiymətləndirmə obyektinin qiymətləndirici tərəfindən müəyyən edilmiş bazar və ya digər dəyəri haqqında hesabat məhkəmə tərəfindən müvafiq mübahisələrə baxıldığı bütün hallarda nəzərə alına bilər. Maddə 8. Qiymətləndiricinin hesabatında obyektin qiymətləndirilməsi haqqında məlumatın barəsində mübahisələr Qiymətləndirici hesabatında qiymətləndirilən obyektin bazar və digər dəyərinin həqiqiliyi ilə əlaqədar mübahisələrə məhkəmə tərəfindən baxılır. Bu halda mübahisəni baxılmaq üçün qəbul etmiş məhkəmənin mövcud prosessual qanunvericiliyin və bu Qanunun müddəalarını nəzərə alaraq qiymətləndirilən obyektin yenidən ekspert qiymətləndirilməsini təyin etmək hüququ vardır. “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” Qanunun preambulasında göstərilmişdir ki, bu Qanun Azərbaycan Respublikasında torpaqların dövlət ehtiyacları üçün alınması, bununla bağlı kompensasiyanın məbləğinin hesablanması və ödənilməsi qaydalarını, habelə bu sahədə tərəflər arasında yaranan digər münasibətləri tənzimləyir. - Maddə 1.Əsas anlayışlar 1.1. Bu Qanunun məqsədləri üçün aşağıdakı anlayışlardan istifadə olunur: 1.1.1. alınma-dövlət ehtiyacları üçün bələdiyyə və xüsusi mülkiyyətdə olan torpaq (onun müəyyən hissəsi) üzərində mülkiyyət, istifadə və icarə hüquqlarına, bu torpaqdan istifadəyə dair müəyyən edilmiş yüklülüklər (məhdudiyyətlər) də daxil olmaqla xitam verilməsi yolu ilə həmin torpağın (onun müəyyən hissəsinin) mülkiyyətçidən könüllü və ya məcburi qaydada əvəzi ödənilməklə dövlət tərəfindən satın alınması, həmçinin istifadədə və (və ya) icarədə olan dövlət torpaqlarının müvafiq kompensasiya ödənilməklə istifadəçidən və ya icarəçidən geri alınması; 1.1.2. torpaq — mülkiyyətdə olan, üzərində istifadə və icarə kimi hüquqların, habelə torpaq sahəsindən istifadəyə dair yüklülüklərin (məhdudiyyətlərin) mövcud olduğu və ya olmadığı torpaq sahələri, binalar, qurğular və torpaqla möhkəm bağlı olan (ondan ayrıla bilməyən) digər əşyalar, yəni təyinatına tənasübsüz zərər vurulmadan yerinin dəyişdirilməsi mümkün olmayan obyektlər hesab edilir. (-); 1.1.5. alınan torpaq-bu Qanunun 19-cu maddəsinə uyğun olaraq dövlət ehtiyacları üçün alınması barədə müvafiq qərar qəbul edilmiş torpaq; 1.1.6. kompensasiya-bu Qanuna əsasən torpaqların alınması və ya torpağa dair hüquqları ilə bağlı alınmanın təsirinə məruz qalan şəxslərə verilən, pul, əmlak və ya digər formada ifadə olunan əvəz; - Maddə 3. Torpağın alınmasına əsas verən dövlət ehtiyacları 3.1.1. Dövlət əhəmiyyətli yolların və digər kommunikasiya xətlərinin (magistral neft və qaz boru kəmərlərinin, kanalizasiya, yüksək gərginlikli elektrik xətlərinin, hidrotexniki qurğuların) çəkilməsi və quraşdırılması torpağın alınmasına əsas verən dövlət ehtiyaclarıdır. - Maddə 4. Torpağın alınması ilə bağlı dövlətin əsas səlahiyyətləri 4.1. Bu Qanunun 3-cü maddəsinə uyğun olaraq dövlət ehtiyacları üçün tələb olunan hər hansı torpaq və ya paylı mülkiyyətdə olan torpaqda müvafiq pay (paylar) mülkiyyətçi (mülkiyyətçilər) ilə razılaşma əsasında, belə razılıq əldə edilmədikdə isə, məhkəmənin qanuni qüvvəyə minmiş qərarı əsasında məcburi qaydada dövlət tərəfindən kompensasiya ödənilməklə bu Qanuna uyğun olaraq alına bilər. 4.2. Dövlət, alınmanın təsirinə məruz qalan şəxslərlə razılıq əldə etməkdə və həmin torpaq üçün bazar qiymətini və ya bərpa qiymətini ödəməkdə bütün səylərindən istifadə etmək öhdəliyini daşıyır və bu öhdəliyi yerinə yetirənədək bu Qanunda alınma ilə bağlı müəyyən edilmiş müvafiq səlahiyyətlərdən istifadə edə bilməz. “Azərbaycan Respublikası Mülki Məcəlləsinə dəyişikliklər və əlavələr edilməsi haqqında” Azərbaycan Respublikasının 2007-ci il 7 dekabr tarixli 506 İİİ QD nömrəli Qanununun tətbiq edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin 26 dekabr 2007-ci il tarixli, 689 №li Fərmanının 2.3-cü bəndində göstərilir ki, dövlət ehtiyacları üçün alınan daşınmaz əmlakın mülkiyyətçisinə həmin daşınmaz əmlakın qanunvericiliyə uyğun olaraq hesablanmış bazar qiymətinin 20 faizi miqdarında satınalma qiymətinə əlavə haqq ödənilir. Bu Fərman dərc edildiyi gündən qüvvəyə minir. Azərbaycan Respublikası Mülki Məcəlləsinə əsasən: Maddə 21. Zərərin əvəzinin ödənilməsi 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Maddə 152. Mülkiyyət hüququnun anlayışı və məzmunu 152.7. İstifadə hüququna şəxsin öz əşyasından istifadə etməməsi imkanı da daxildir. Əgər əşyanın tətbiq edilməməsi və ya ona qulluq olunmaması ictimai mənafelərə qəsd edirsə, istifadə və ya qulluq və saxlama vəzifəsi müəyyənləşdirilə bilər. Bu halda mülkiyyətçinin üzərinə həmin vəzifələri özü icra etmək və ya müvafiq muzd müqabilində əşyanı başqa şəxslərin istifadəsinə vermək vəzifəsi qoyula bilər. Maddə 157. Mülkiyyətin müdafiəsi 157.9. Dövlət ehtiyacları tələb etdikdə, dövlət tərəfindən mülkiyyət yalnız “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” Azərbaycan Respublikasının Qanunu ilə nəzərdə tutulmuş hallarda dövlət əhəmiyyətli yolların və digər kommunikasiya xətlərinin çəkilməsi və quraşdırılması, sərhədboyu zolaqda dövlət sərhədinin etibarlı mühafizəsinin təmin edilməsi, müdafiə və təhlükəsizlik əhəmiyyətli obyektlərin tikilməsi, dövlət əhəmiyyətli dağ-mədən sənayesi obyektlərinin tikilməsi məqsədi ilə alınır. Maddə 159. Əşyaya sahiblik Sahiblik əşyaya faktik sahibliyə nail olmaqla əldə edilir. Maddə 211. Mülkiyyət hüququna xitam verildikdə əmlakın qiymətləndirilməsi Mülkiyyət hüququna xitam verildikdə əmlak onun bazar qiymətinə əsasən qiymətləndirilir. Maddə 246. Torpaqların dövlət ehtiyacları üçün alınması 246.1. Bu Məcəllənin 157.9-cu maddəsinə uyğun olaraq, torpaqların dövlət ehtiyacları üçün alınması haqqında qərar müvafiq icra hakimiyyəti orqanı tərəfindən “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada qəbul edilir. 246.3. Torpağın alınması haqqında qərar qəbul etmiş müvafiq icra hakimiyyəti orqanı bu barədə torpaq sahəsinin mülkiyyətçisinə yazılı bildiriş göndərməlidir. 246.4. “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” Azərbaycan Respublikası Qanununun 35.3-cü maddəsinə uyğun olaraq torpağın alğı-satqı müqaviləsi bağlandıqdan sonra alan orqan 90 (doxsan) təqvim günü ərzində aşağıdakıları həyata keçirir: 246.5. Bu Məcəllənin 246-249-cu maddələrinin müddəaları dövlət ehtiyacları üçün alınan torpaqla yanaşı həmin torpaqda yerləşən və ya yerləşməyən, eyni məqsədlərlə alınan torpaqla möhkəm bağlı olan (ondan ayrıla bilməyən) əşyalara da şamil edilir. 246.7. Torpaqların dövlət ehtiyacları üçün alınması, bununla bağlı kompensasiya məbləğinin hesablanması və ödənilməsi qaydaları, habelə bu sahədə tərəflər arasında yaranan digər münasibətlər “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” Azərbaycan Respublikasının Qanunu ilə tənzimlənir. Maddə 247. Torpaqların alınması və ya torpağa dair hüquqları ilə bağlı alınmanın təsirinə məruz qalan şəxslərə verilən kompensasiya 247.4.4. “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” Azərbaycan Respublikasının Qanununda müəyyən edilmiş ümumi istifadədə olan əmlakla bağlı təminatlar; 247.4.5. torpaq və digər kapital itkisinə görə bu fəslin müddəalarına uyğun olaraq, müəyyən edilmiş məbləğdə birdəfəlik pul ödənişi. Maddə 1100. Dövlət orqanlarının, yerli özünüidarə orqanlarının və onların vəzifəli şəxslərinin vurduqları zərər üçün məsuliyyət Dövlət orqanlarının, yerli özünüidarə orqanlarının və ya bu orqanların vəzifəli şəxslərinin qanunsuz hərəkətləri (hərəkətsizliyi) nəticəsində, o cümlədən dövlət orqanının və ya yerli özünüidarə orqanının qanuna və ya digər hüquqi akta uyğun gəlməyən aktının qəbul edilməsi nəticəsində fiziki və ya hüquqi şəxsə vurulmuş zərərin əvəzini Azərbaycan Respublikası və ya müvafiq bələdiyyə ödəməlidir. Maddə 1115. Zərərin əvəzinin ödənilməsi üsulları Zərərin əvəzinin ödənilməsi tələbini təmin edərkən məhkəmə zərərin vurulması üçün məsuliyyət daşıyan şəxsin üzərinə işin hallarına uyğun olaraq zərərin əvəzini naturada ödəmək (eyni növlü və keyfiyyətli əmlak vermək, zədələnmiş əmlakı düzəltmək və i.a.) və ya vurulmuş zərərin əvəzini ödəmək öhdəliyi qoyur. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi Maddə 103. Ekspert rəyinin məhkəmə tərəfindən qiymətləndirilməsi 103.1. Ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir. 103.2. Ekspertin rəyi ilə məhkəmənin razılaşmaması iş üzrə qətnamədə və ya qərardadda əsaslandırılmalıdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 12.1-ci maddəsinə əsasən məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Həmin Məcəllənin 12.2-ci maddəsinə əsasən məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya proses iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə tərəflərdən əlavə məlumat və sübutlar tələb edə bilər. Həmin Məcəllənin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Həmin Məcəllənin 58.1-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. Həmin Məcəllənin 58.2-ci naddəsinə əsasən məhkəmə sübutlara yerində baxış keçirə, şahidləri, ekspertləri və proses iştirakçılarını dindirə, zəruri sənədləri tələb edə bilər. Həmin Məcəllənin 58.7-ci maddəsinə əsasən, sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Həmin Məcəllənin 68.1-ci maddəsinin tələbinə əsasən, məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinin tələbinə əsasən, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Beləliklə, məhkəmə hesab edir ki, iddiaçılar İddiaçı2, İddiaçı3, İddiaçı1, X4 və İddiaçı8 mülkiyyətlərində olan yaşayış sahələrinin hər 1 kv.m sahəsi üçün 4500 manat məbləğində kompensasiyanın hesablanaraq ödənilməsi öhdəliyinin cavabdeh Xətai Rayon icra Hakimiyyətinə həvalə edilməsinə dair təmin edilməməlidir.
NƏTİCƏVİ HİSSƏ: Yuxarıda qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 68, 69, 75 və 85.1 maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia təmin edilməsin. Qərardan, təqdim olunduğu gündən 30 gün müddətində, Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (ünvan: Bakı şəhəri, Z.Xəlilov küçəsi-540) apellyasiya şikayəti verilə bilər.
Hakim Elvin Əliyev