Məhkəmə qərarları › İş №2-1(112)-200/2023

Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-200/2023

31.08.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-200/2023 31.08.2023 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ hakim Hacıbəyova Miminat Tacib qızının sədrliyi, İmanova Fəridə Sultan qızının katibliyi ilə, İmanova Fəridə Sultan qızının katibliyi,cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reystri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “Xocasən bələdiyyəsi 8/31 saylı 21 aprel 2005-ci il tarixli Qərarına uyğun olaraq İddiaçı ayrılmış torpaq sahəsinə mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması, müvafiq çıxarışın və digər texniki sənədlərin və ünvanın verilməsi” iddia tələbi üzrə inzibati işə məhkəmə binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reystri Xidmətinə qarşı “cavabdehə Xocəsən bələdiyyəsinin 8/31 saylı 21 aprel 2005-ci il tarixli qərarına uyğun olaraq iddiaçıya ayrılmış torpaq sahəsinin sərhədlərinin döngə nöqtələrinin koordinatları əks etdirməsi ilə texniki sənədlərini və qanunvericiliklə müəyyənləşdirilmiş qaydada ünvanın verilməsi” barədə iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. İddiaçı daha sonra “cavabdehin əsl cavabdehlə əvəz edilməsi barədə” ərizə təqdim edərək, AR Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidməti əvəzinə hal-hazırda əsl cavabdeh olmuş AR İqtisadiyyat Nazirliyinin yanında Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” X6 əvəz edilməsini xahiş edilmişdir. Bundan əlavə iddiaçı “iddia tələbinin dəqiqləşdirilməsi barədə” ərizə təqdim edərək, cavabdehə Xocəsən bələdiyyəsinin 8/31 saylı 21 aprel 2005-ci il tarixli qərarına uyğun olaraq iddiaçıya ayrılmış torpaq sahəsinin sərhədlərinin döngə nöqtələrinin koordinatları əks etdirməsi ilə texniki sənədlərini və qanunvericiliklə müəyyənləşdirilmiş qaydada ünvanın verilməsi və qeyd olunan torpaq sahəsi neft, qaz və digər nəql boru kəmərlərin və ya digər qurğuların mühafizə zolaqların sərhədlərinə düşüb-düşmədiyini, AR DƏDRX tərəfindən verilmiş X3ma Seriya RX ******* nəmrəli (qeydiyyat nömrəsi **********) və X2ma Seriya RX ******* nömrəli (qeydiyyat nömrəsi **********) Çıxarışlarda göstərilən torpaq sahələri İddiaçı ayrılmış torpaq sahəsi ilə eyni əraziyə aid olub-olmadığı müəyyən olunması barədə hərəkətlərin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması xahiş etmişdir. Məhkəmənin hazırki iş üzrə qəbul etdiyi 17 yanvar 2022-ci il tarixli Qərardadı ilə, cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reystri Xidməti əsl cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin yanında Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxs ilə əvəz edilməsi qərara alınmışdır. İddia tələbi onunla əsaslandırılmışdır ki, Xocəsən bələdiyyəsinin 8/31 saylı 21 aprel 2005-ci il tarixli Qərarı ilə faktiki istifadə etdiyi 600 kv.m torpaq sahəsi fərdi yaşayış evinin tikintisi üçün alqı-satqı yolu ilə iddiaçının mülkiyyətinə verilmişdir. Qeyd olunan torpaq sahəsinin yerləşdiyi ərazinin cizgisi təqdim edilmiş və qərarının 5-ci bəndinə uyğun olaraq ayrılmış torpaq sahəsinin naturada təhvil verilməsi rəsmiləşdirilmişdir. İddiaçı qeyd olunan hallan təsdiq edən sənədlərinin sürətlərini əlavə edərək cavabdeh AR Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Kadastr və Ünvan Reyestri Xidmətinə Xocəsən bələdiyyəsinin 8/31 saylı 21 aprel 2005-ci il tarixli Qəranna uyğun olaraq aynlmış torpaq sahəsinin sərhədlərinin döngə nöqtələrinin koordinatlan əks etdirməsi ilə texniki sənədlərini və qanunvericiliklə müəyyənləşdirilmiş qaydada ünvanın verilməsi üçün müvafiq ərizə ilə müraciət etmiş, lakin 04 fevral 2021-ci il tarixli məktubu ilə cavabdeh tərəfindən yuxarda qeyd olunan texniki sənədlərini və ünvanın verilməsindən imtina edilmişdir. Həmçinin cavabdehin məktubunda Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinə müraciət etməsi tövsiyə edilərək onlar tərəfindən veriləcək torpaq sahəsinə dair çıxarışla birgə onun ayrılmaz hissəsi olan "Torpaq sahəsinin planı və ölçüsü" sənədi təqdim ediləcək və həmin sənəddə torpaq sahəsinin döngə nöqtələrinin koordinatları və ünvan öz əksini tapacağını bildirilmişdir. Cavabdeh tərəfindən iddiaya dair etiraz təqdim edilərək bildirilmişdir ki, iddiaçı tərəfindən torpaq sahəsinin dövlət reyestrində qeydiyyata alınması ilə bağlı müraciəti zamanı torpaq sahəsinin ayrılması ilə bağlı heç bir hüquqmüəyyənedici sənəd əlavə edilməmişdir (bələdiyyənin qərarı, keçmiş DTXK tərəfindən təsdiq edilmiş torpaq sahəsinin alqı-satqı aktı, yerləşmə cizgisi, ödəniş qəbzi və.s). Bundan başqa, sərəncamın icrası ilə əlaqədar olaraq iddiaçı tərəfindən faktiki göstərilən torpaq sahəsinə idarənin mütəxəssisləri tərəfindən yerli baxış keçirilmiş və müəyyən edilmişdir ki, göstəriləbn torpaq sahəsinin bələdiyyə mülkiyyətində olması ilə əlaqədar elektron kadastr baza məlumatlarında heç bir məlumat aşkar deyil. Həmçinin, elektron kadastr baza məlumatlarına əsasən göstərilən faktiki torpaq sahəsi Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin istifadəsinə verilmiş ərazilərin sərhədləri daxilində yerləşməklə, dpvlət mülkiyyətində olan torpaqlardır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin - 1.1-ci maddəsinə əsasən, bu Məcəllə inzibati hüquq münasibətləri ilə bağlı mübahisələrin (bundan sonra - inzibati mübahisələr) məhkəmə aidiyyətini, həmin mübahisələrə məhkəmədə baxılmasının və həll edilməsinin prosessual prinsiplərini və qaydalarını müəyyən edir. - 1.2-ci maddəsinə görə, bu Məcəllə ilə başqa qayda müəyyən edilmədiyi və bu Məcəllə ilə nəzərdə tutulmuş prosessual prinsiplərə zidd olmadığı hallarda, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatında (bundan sonra - inzibati məhkəmə icraatı) Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin müddəaları tətbiq oluna bilər. - 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddicca mümkün sayılır. - 48.2-ci maddəsinə əsasən, inzibati məhkəmə icraatının iştirakçıları yazılı vəsatətlərini, etirazlarını, izahatlarını və bunlarla əlaqədar sənədləri məhkəmə baxışı başlayana qədər təqdim etməyə borcludurlar. Sədrlik edən hakim bu məqsədlə müddət təyin edə bilər. Məhkəmə xidməti vəzifəsinə görə həmin sənədlərin surətlərini prosesin digər iştirakçılarına göndərir. Məhkəmə işin hallarını və mübahisənin vəziyyətini müzakirə (izah) etmək, habelə hüquqi mübahisəni barışıq yolu ilə nizama salmaq (həll etmək) və barışıq sazişinin bağlanmasına yardım etmək məqsədi ilə xx.xx.2022-ci il, xx.xx.2022-ci il, xx.xx.2022-ci il, xx.xx.2023-cü il, xx.xx.2023-cü il tarixlərində keçirilmiş iclaslarına iddiaçı gəlməmiş, səlahiyyətli nümayəndəsinin iştirakını təmin etməmiş, işin halların və mübahisənin vəziyətinin müzakirə prosesində iştirak etməmişdir. Məhkəmə iddiaçıya 10 avqust 2023-cü il tarixdə xəbərdarlıq məktubu göndərməklə izah etmişdir ki, təyin edilmiş məhkəmə iclasında iştirak etmədiyi və ya qanuni nümayəndəsinin iştirakı təmin olunmadığı halda, məhkəmə tərəfindən Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 55.3-cü maddəsində göstərilən hal kimi qiymətləndiriləcəkdir. Görünür iddiaçı onun iddia ərizəsində göstərilmiş iddia tələbinə məhkəmə tərəfindən baxılmasını istəmir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 55.3-cü maddəsinə əsasən, məhkəmənin tələbinə baxmayaraq, iddiaçı 30 gündən çox müddət ərzində ardıcıl olaraq iş üzrə məhkəmə icraatından yayındıqda, iddia geri götürülmüş sayılır. Belə hallarda məhkəmə iddianın geri götürülmüş sayılması barədə qərardad qəbul edir. Qeyd edilənlərə əsasən məhkəmə belə nəticəyə gəlir ki, İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reystri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “Xocasən bələdiyyəsi 8/31 saylı 21 aprel 2005-ci il tarixli Qərarına uyğun olaraq İddiaçı ayrılmış torpaq sahəsinə mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması, müvafiq çıxarışın və digər texniki sənədlərin və ünvanın verilməsi” barədə iddia ərizəsi geri götürülmüş hesab edilməlidir. Göstərilənləri və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 55-ci və 80-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reystri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “Xocasən bələdiyyəsi 8/31 saylı 21 aprel 2005-ci il tarixli Qərarına uyğun olaraq İddiaçı ayrılmış torpaq sahəsinə mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması, müvafiq çıxarışın və digər texniki sənədlərin və ünvanın verilməsi” barədə iddia ərizəsi geri götürülmüş hesab edilsin. Qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində ondan Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin inzibati kollegiyasına (ünvan: ünvan 2 Hacıbəyova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar