Məhkəmə qərarları › İş №2-1(112)-2001/2021

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-2001/2021

23.02.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-2001/2021 23.02.2021 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Aytən Pənah qızı Oruczadənin sədrliyi, Məhkəmə iclas katibi Cəfərova Yasəmən Fərman qızının katibliyi, İddiaçı nümayəndəsi və vəkili Vəkil, Cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin nümayəndəsi X1 iştirаkları ilə, İddiаçı İddiaçı cаvаbdеh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “çıxarışın verilməsi” barədə iddia tələbi üzrə inzibati işə məhkəmə binаsındа, аçıq məhkəmə iclаsındа bахаrаq, MÜƏYYƏN ETDİ: İddiaçı cаvаbdеh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, sonradan dəqiqləşdirilmə ərizəsi təqdim edərək, Bakı şəhəri, Suraxanı rayonu, X3, “Q” yaşayış massivi 27 saylı binanın qarşısında yerləşən qeyri-yaşayış sahəsinə İddiaçı mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və bu barədə reyestrdən çıxarışın verilməsi öhdəliyinin Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəmənin icraatına qəbul olunduqdan sonra İPM-in 47-ci və 49-cu maddələrinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və məhkəmənin sərəncamı ilə iddiaya qarşı yazılı münasibət bildirilməsi məqsədilə iddia ərizəsi və ona əlavə olunmuş sənədlərin surətləri cavabdehə təqdim edilmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Bakı şəhəri, Suraxanı rayon İcra Hakimiyyəti Başçısının 277 nömrəli xx xxxxx 2004-cü il tarixli “Ticarət fəaliyyəti üçün köşkün daşdan tikilməsinə icazə verilməsi haqqında” sərəncamına əsasən (bundan sonra sərəncam) Bakı şəhər Suraxanı rayon Yeni Günəşli “Q” yaşayış sahəsi ev 27 saylı binanın qarşısındakı sahədə yerləşən və onun istifadəsində olan köşkün eskiz layihəsindəki ölçülərdə tikilməsinə icazə verilmişdir. Bundan əlavə, sözügedən obyektin xarici görünüşünə xüsusi diqqət verilməsi və ətraf sahələrin abadlaşdırılması ona həvalə edilmişdir. Bundan əvvəl sözügedən ərazidə yerləşən sahədə ticarət mağazasının tikilməsi üçün eskiz layihə hazırlanmış həmin sərəncama uyğun olaraq tikili inşa edilmişdir. Suraxanı rayonu Layihə-smeta bürosu tərəfindən verilmiş olan bu eskiz layihə Bakı şəhər İcra Hakimiyyətinin Memarlıq, Şəhərsalma Baş İdarəsi tərəfindən “Sərəncama” uyğun olaraq 18/03-8/1986/ saylı razılaşdırılma ştampına əsasən təsdiq edilmişdir. Həmin tikiliyə dair bütün vergilər və dövlət rüsumları tərəfindən ödənilmişdir və uçota alınması barədə vergi orqanına aid arayışı iddia ərizəsinə əlavə etmiş. Həmin daşınmaz əmlakla bağlı bütün hüquqlarının həyata keçirilməsi üçün vətəndaş Rəhimova Səfurə Böyükağa qızına həvalə etmiş. Rəhimova Şəfurə Böyükağa qızı Azərbaycan Respublikası Əmlak Məsələləri üzrə Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə xx xxxx 2020-ci il tarixdə sözügedən daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı üçün müraciət olunmuşdur. İdarə tərəfindən etmiş olduğu müraciət əsasında “Daşınmaz Əmlakın Dövlət Reyestri haqqında” Qanun 8-ci maddəsinə istisna edilmiş və eyni zamanda inventarlaşmanın və istismara qəbul edilmə aktı olmaması bildirilir. Qeyd edilənlərə əsasən iddia tələbinin təmin olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İş üzrə cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin nümayəndəsi X2 iddiaya etiraz edərək bildirmişdir ki, qeyri-yaşayış binasının yerləşdiyi torpaq sahəsinə dair “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanunun 8-ci maddəsinə uyğun sənədlər təqdim edilməmiş və istismara qəbul aktı sənədlər toplusuna əlavə olunmamışdır. Həmçinin, qeyri yaşayış binasına idarənin mütəxəssisləri tərəfindən inventarlaşdırma işlərinin aparılmasına şərait yaradılmamışdır. Bu səbəblərdən ərizənin icrası mümkün olmamış və bu barədə iddiaçıya **********65 saylı, xx.xx.2020-ci il tarixli məktub ünvanlanmışdır. Daşınmaz əmlaka yerində baxış zamanı müəyyən edilmişdir ki, təmir işləri aparılır və işçilər ölçü işləri aparmağa icazə verməmişdirlər. Məhkəmə iclasında iştirak edən İddiaçı nümayəndəsi və vəkili Vəkil iddia tələbinin məzmununa uyğun izahat verərək, iddia tələbinin təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında cavabdehin nümayəndəsi X2 iddia tələbinə etiraz edərək məhkəmədən iddianın rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iş materiallarını tam, obyektiv və hərtərəfli araşdıraraq, cavabdehin nümayəndəsinin izahatını dinləyərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. İş materiallarında olan sənədlər: - Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin Rəhimova Səfurə Böyükağa qızına ünvanlanmış xx xxxxxxxx 2020-ci il tarixli **********65 saylı məktubda qeyd edilmişdir ki, qeyri-yaşayış binasının yerləşdiyi torpaq sahəsinə dair “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanunun 8-ci maddəsinə uyğun sənədlər təqdim edilməmiş və istismara qəbul aktı sənədlər toplusuna əlavə olunmamışdır. Həmçinin, qeyri-yaşayış binasına idarənin mütəxəssisləri tərəfindən inventarlaşdırma işlərinin aparılmasına şərait yaradılmamışdır. - Vergi ödəyicisinin filialının, nümayəndəliyinin və təsərrüfat subyektinin (obyektinin) olduğu yer üzrə uçota alınması haqqında № **********17 saylı Bakı şəhəri Vergilər Departamentinin 3 saylı filialı tərəfindən verilmiş arayışdan görünür ki, Qaragözov Sərdar Səfər oğluna ********** saylı vöen verilmiş ondan ötrü ki, o ünvan 2 ünvanı ərazisində xx.xx.2004-cü il tarixdən ərzaq mağazası işlədir. Məhkəmə tərəfindən göndərilmiş sorğuya Azərbaycan Respublikasının Milli Arxiv İdarəsi tərəfindən daxil olmuş xx xxxxxxx 2020-ci il tarixli 803 nömrəli cavab məktubunda Bakı şəhəri Suraxanı rayonu İcra Hakimiyyəti Başçısının xx xxxxx 2004-cü il tarixli №277 saylı sərəncamın və eskiz lahiyyəsinin təsdiq edilmiş surətləri göndərilmişdir. Sərəncamın surətindən görünür ki, X3 “Q” yaşayış sahəsi 27 saylı binanın qarşısındakı sahədə vətəndaş İddiaçı istifadəsində olan köşkün eskiz layihəsindəki ölçülərdə tikilməsinə icazə verilmişdir. Beləliklə, iddia ərizəsindən və işin məhkəmə araşdırması zamanı iddiaçının nümayəndəsinin izahatından aydın olur ki, İddiaçı Bakı şəhəri, Suraxanı rayon İcra Hakimiyyəti Başçısının 277 nömrəli xx xxxxx 2004-cü il tarixli “Ticarət fəaliyyəti üçün köşkün daşdan tikilməsinə icazə verilməsi haqqında” sərəncamına əsasən Bakı şəhər Suraxanı rayon Yeni Günəşli “Q” yaşayış sahəsi ev 27 saylı binanın qarşısındakı sahədə yerləşən və onun istifadəsində olan köşkün eskiz layihəsindəki ölçülərdə tikilməsinə icazə verilmişdir. Sözügedən ərazidə yerləşən sahədə ticarət mağazasının tikilməsi üçün eskiz layihə hazırlanmış həmin sərəncama uyğun olaraq tikili inşa edilmişdir. Suraxanı rayonu Layihə-smeta bürosu tərəfindən verilmiş olan bu eskiz layihə Bakı şəhər icra hakimiyyətinin Memarlıq, Şəhərsalma Baş İdarəsi tərəfindən “Sərəncama” uyğun olaraq 18/03-8/1986/ saylı razılaşdırılma ştampına əsasən təsdiq edilmişdir. Həmin tikiliyə dair bütün vergilər və dövlət rüsumları iddiaçı tərəfindən ödənilmişdir və uçota alınması barədə vergi orqanına aid arayış iş materiallarına əlavə olunmuşdur. İddiaçı hazırda onun istifadəsində olan qeyri yaşayış sahəsinə dair çıxarışın verilməsini tələb edir. Azərbaycan Respublikası Prezidentinin xx.xx.2009-cu il tarixli 116 saylı Fərmanı ilə təsdiq edilmiş «Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti haqqında Əsasnamə»nin 9.25-ci bəndinə görə inventarlaşdırma işlərinin aparılması nəticəsində hüquqların dövlət qeydiyyatı üçün zəruri olan müvafiq texniki sənədlərin tərtib edilməsində, torpaq sahələrinin planının və ölçüsünün çəkilməsini təmin etmək Xidmətin vəzifələrinindən biridir. İnzibati Prosessual Məcəllənin 2.2.2-ci maddəsinə görə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia) inzibati icraat qaydasında baxılır. «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 2.0.2-ci maddəsinə əsasən inzibati akt – inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələləri nizama salmaq və ya həll etmək məqsədi ilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. Həmin Qanunun 15.1-ci maddəsinə görə qanunla məcburi şərt kimi nəzərdə tutulmuş hallar istisna olmaqla, yalnız formal tələblərə əməl olunmasını təmin etmək məqsədi ilə inzibati orqanlar tərəfindən fiziki və hüquqi şəxslərin üzərinə bu və ya başqa öhdəliklərin qoyulması qadağandır. Məhkəmənin mövqeyinə görə iddiaçının cavabdeh inzibati orqana müraciəti (qeyriyaşayış sahəsinə dair çıxarışın verilməsi barədə) üzrə inzibati icraat zamanı cavabdeh hüquqmüəyyənedici sənədlərin təqdim edilməməsi və qeyri yaşayış binasına idarənin mütəxəssisləri tərəfindən inventarlaşdırma işlərinin aparılmasına şəraitin yaradılmaması səbəbi ilə məsələnin həllindən imtina etmişdir. «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 24-cü maddəsinə görə inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur (maddə 24.1). İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz (maddə 24.2). İnzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir (maddə 24.3). Təqdim olunmuş sübutlar yetərli olmadıqda, inzibati orqan öz təşəbbüsü ilə əlavə sübutlar toplamağa borcludur (maddə 24.4). İnzibati orqan inzibati icraatda iştirak edən şəxslər tərəfindən təqdim olunmuş və baxılması onun səlahiyyət dairəsinə aid olan ərizə və ya vəsatətləri işə aid olmaması və ya əsassız olması səbəbindən qəbul etməkdən imtina edə bilməz (maddə 24.5). «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Azərbaycan Respublikası Qanununun 10.2-ci maddəsinə görə qeydiyyata orqanına verilən ərizəyə hüquqların dövlət qeydiyyatı üçün bu Qanunun 8-ci maddəsində nəzərdə tutulmuş əsaslardan biri, torpaq sahəsinin plan və ölçüsü, torpaq sahəsində yerləşən bina, qurğu, tikililərin və digər daşınmaz əmlakın texniki pasportu, plan-cizgisi əlavə olunur. Həmin Qanunun 12.1-ci maddəsinə görə daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsi və başqasına keçməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən hazırlanan sənədlər əsasında qeydiyyat orqanı tərəfindən verilən dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin İİ hissəsinə görə hər kəs dövlət orqanlarının, siyasi partiyaların, həmkarlar ittifaqının və digər ictimai birliklərin, vəzifəli şəxslərin qərar və hərəkətlərindən (yaxud hərəkətsizliyindən) məhkəməyə şikayət verə bilər. İnzibati Prosessual Məcəlləsinin 14.3-cü maddəsinə görə inzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. Beləliklə, iş üzrə araşdırma zamanı müəyyən olundu ki, iddiaçı qeyd edilən daşınmaz əmlakdan istifadə edir, həmin daşınmaz əmlakın ticarət fəaliyyəti ilə məğul olmaq üçün Bakı şəhəri Suraxanı rayonu İcra Hakimiyyəti Başçısının xx xxxxx 2004-cü il tarixli №277 saylı sərəncamı ilə eskiz layihədəki ölçülərdə daşdan tikilməsinə icazə verilmişdir. İPM-in 52-ci maddəsinə görə məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. İPM-in 68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. İPM-in 68.2-ci maddəsinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Beləliklə, Məhkəmə hesab edir ki, İddiaçı cаvаbdеh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “mülkiyyət hüquqlarının qeydiyyata alınmaqla, çıxarışın verilməsi” tələbinə dair iddiası əsaslı olduğundan təmin edilməlidir. Göstərilənlərə və İPM-in 23.1-ci, 69-cu, 75-ci, 81-ci və 85-ci maddələrinə əsaslanaraq, Məhkəmə QƏRARA ALDİ : İddiaçı iddia tələbi təmin edilsin. Bakı şəhəri, Suraxanı rayonu, X3, “Q” yaşayış massivi 27 saylı binanın qarşısında yerləşən qeyri-yaşayış sahəsinin üzərində İddiaçı mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və bu barədə reyestrdən çıxarışın verilməsi öhdəliyi Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin üzərinə qoyulsun. Qərardan, təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Azərbaycan Respublikası Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Aytən Oruczadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar