Məhkəmə qərarları › İş №2-1(112)-2001/2022

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-2001/2022

06.05.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-2001/2022 06.05.2022 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Sevdimalıyeva Günel Arif qızının sədrliyi, İddiaçı nümayəndəsi və vəkili Vəkil , cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərlərlə Təyinat üzrə Mərkəzi Filialının nümayəndələri X2 və X1 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “əmək pensiyasının yenidən hesablanması və yaranmış pensiya məbləği fərqinin ödənməsi” iddia tələbi üzrə iş materiallarına məhkəmənin binasında (Bakı şəhəri, Nəsimi rayonu, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : I.Mübahisəli hüquqi məsələnin qısa xülasəsi

1. İddiaçı məhkəməyə müraciət edərək pensiyasının yenidən hesablanması, ötən müddət üçün borcların ödənilməsi və artıq hesab edilən ödənişlərin əsassız sayılması öhdəliyinin cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının üzərinə qoyulmasına dair qərar qəbul edilməsi tələbini irəli sürmüşdür.

2. Tələb onunla əsaslandırılmışdır ki, 18 may 1993-cü ildən 1 yanvar 2014-cü ilə kimi Azərbaycan Respublikası Ali Məhkəməsinin hakimi vəzifəsində işləyib. 7 yanvar 2014cü il tarixdə DSMF-nun Yasamal rayon şöbəsi tərəfindən ona yaşa görə əmək pensiyası təyin edilmişdir. Hakimlərin əmək haqqında olan sonrakı artımlar nəzərə alınmaqla 2021-ci ilin aprel ayına kimi mənə ayda 3880 manat 80 qəpik pensiya verilmişdir. Ona verilən pensiyanın düzgün hesablanmaması və yenidən hesablanması barədə 18 dekabr 2019-cu ildə ərizə ilə DSMF-nun Xüsusi Şərtlərlə Təyinat İdarəsinə müraciət edib. 17 fevral 2020-ci il tarixlı cavab məktubu ilə ona pensiyanın düzgün hesablandığı bildirilərək tələbi rədd edilmişdir. Hakimlərin pensiya təminatı ilə bağlı son vaxtlar qəbul edilmiş məhkəmə qəparlarını nəzərə alaraq ona ödənilməli pensiya məbləği barədə müvafiq hesablamalar aparmaqla 8 fevral 2021-ci il tarixdə poçt vasitəsilə DSMF-nun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına təkrar müraciət edib. Ərizəsi cavabdehə çatdırıldığı vaxtdan 5 ay sonra pensiyası yenidən hesablanaraq 3880 manat 80 qəpikdən 3595 manat 83 qəpiyə azaldılmış və ötən müddət ərzində ona 34307,24 manat artıq, 8881,48 manat əskik pul ödənilməsi barədə məktubla cavab verilmişdir. Aşağıdakılara əsasən pensiyasının yenidən hesablanması qanuna uyğun deyildir. 10 iyun 1997-ci il ildə qəbul olunmuş “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikası Qanununun 109-cu maddəsinin 5-ci hissəsinin ilkin redaksiyasına görə səlahiyyət müddəti qurtardıqdan sonra pensiya yaşına şatmış sabiq hakimlərə axırıncı iş yerlərində aldıqları vəzifə maaşlarının 80 faizi miqdarında pensiya verilir. Həmin Qanuna 20 iyun 2003-cü ildə edilmiş dəyişikliyə görə səlahiyyət müddəti qurtardıqdan sonra pensiya yaşına çatmış sabiq hakimlərə axırıncı iş yerlərində aldıqları istənilən beş ilin orta əmək haqqlarının 80 faizi miqdarında pensiya verilir və əmək haqqı artımındakı sonrakı dəyişiklik həmin məbləğə şamil edilir. 30 dekabr 2005ci ildə “Məhkəmələr və hakimlər haqqında“ Qanuna edilmiş başqa bir dəyişikliklə hakimlərin pensiya təminatına dair müddəalar aşağıdakı redaksiyada verilmişdir: “Azı 5 il hakim işləmiş vəpensiya yaşına çatmış sabiq hakimlərə hakim vəzifəsində işləmiş müddətdən asılı olaraq aşağıdakı qaydada pensiya təyin edilir: 5 il hakim işləmiş sabiq hakimlərə hakim vəzifəsində aldıqları 5 ilin orta əmək haqqının 45% miqdarında 5 ildən 10 ilə qədər hakim işləmiş sabiq hakimlərə - hakim vəzifəsində aldıqları istənilən 5 ilin orta əmək haqqının 45 faizi miqdarında ,5 ildən yuxarı hakimlik stajının hər ili üçün orta əmək haqqının 2 faizi miqdarında əlavə olunmaqla ; 10 ildən 15 ilədək hakim işləmiş sabiq hakimlərə -hakim vəzifəsində aldıqları istənilən 5 ilin orta əmək haqqının 55 faizi miqdarında , 10 ildən yuxarı hakimlik stajının hər ili üçün orta əmək haqqının 5 faizi miqdarında əlavə olunmaqla Jakin həmin orta əmək haqqının 80 faizi miqdarından çox olmamaq şərtin ilə əmək haqqı artımındakı sonrakı dəyişikliklər pensiya məbləğinə şamil edilir. 19 oktyabr 2007-ci ildə “Məhkəmələr və hakimlər haqqında” Qanuna edilmiş əlavə və dəyişikliklə 109-cu maddənin 5-ci- və 6-cı hissələri mnaddədən çıxarılmış və maddəyə belə məzmunda 5-ci hissə əlavə olunmuşdur: “Azı 5 il hakim işləmiş və pensiya yaşına çatmış və ya bu yaşa çatanadək əlil olmuş sabiq hakimlərin pensiya təminatı “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun həyata keçirilir. 7 fevral 2006-cı ildə qəbul edilmiş “Əmək pensiyaları haqqında” Qanunun 1 iyul 2017-ci ilə kimi qüvvədə olmuş 20.7-ci maddəsinə görə həmin Qanunun 20.1.4-cü maddəsində nəzərdə tutulan şəxslərin əmək pensiyasına əmək haqqındakı sonrakı artımlar da nəzərə alınmaqla 10 ildən 15 ilə qədər hakim işləmiş sabiq hakimlərə-hakim vəzifəsində aldıqları istənilən 5 ilin orta əmək haqqının 55 faizi miqdarında, 10 ildən yuxarı hakimlik stajının hər ili üçün orta əmək haqqının 5 faizi miqdarında əlavə olunmaqla, lakin həmin orta əmək haqqının 80 faizindən çox olmamaq şərti ilə müəyyən olunan məbləğlə həmin Qanunla təyin edilən əmək pensiyasının məbləği arasındakı fərq qədər əlavə ödənilir. Həmin Qanunun 20.7-ci maddəsinə edilən 10 mart 2017-ci il tarixi dəyişikliklə müəyyən olunmuşdur ki, 15 il hakim işləmiş sabiq hakimlərə- hakim vəzifəsində aldıqları orta əmək haqqının 50 faizi miqdarında; 15 ildən artıq hakim işləmiş sabiq hakimlərə - hakim vəzifəsində aldıqları orta aylıq əmək haqqının 50 faizi miqdarında və 15 ildən yuxarı hakimlik stajının hər ili (il tamam olmadıqda isə natamam ildəki iş stajı aylarının sayına mütənasib olaraq hesablanmaqla) üçün həmin orta aylıq əmək haqqının 3 faizi miqdarında əlavə olunmaqla, lakin həmin aylıq orta əmək haqqının 80 faizi miqdarından çox olmamaq şərti ilə müəyyən olunan məbləğlə həmin Qanunla təyin edilən əmək pensiyasının məmləği arasındakı fərq qədər əlavə ödənilir. “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikası Qanununun 109-cu, “Kostitusiya Məhkəməsi haqqında” Azərbaycan Respublikası Qanununun 73-cü və “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 20.1.4 və 20.7-ci maddələrinin şəph edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 18 iyul 2008-ci il tarixli qərarında şərh edilmişdir ki, “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikası Qanununun 109-cu maddəsi və “Konstitusiya Məhkəməsi haqqında Azərbaycan Respublikası Qanununun 73-cü maddəsinin müddəaları Azərbaycan Respublikası Konstitusiyasının 127-ci maddəsinin 1-ci hissəsində nəzərdə tutulmuş hakimin müstəqilliyinin təminatlarından biri kimi qəbul edilməli və onların barəsində hakim vəzifələrində işlədiklər dövrdə mövcud olmuş daha üstün sosial müdafiə təminatlarını əks etdirən qanunvericiliyin müddəaları tətbiq olunmalıdır. Həmin qərarda həmçinin qərara alınmışdır ki,hakimlərin sosial müdafiəsi ilə bağlı məsələlər həll edilərkən Azərbaycan Respublikası Konstitusiyasının 149-cu maddəsinin 7-ci hissəsinə uyğun olaraq “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qqnununun 20.1.4 və 20.7-ci maddəsinin müddəalarından daha üstün sosial müdafiə təminatları müəyyənləşdirən: - 30 dekabr 2005-ci il tarixədək vəzifəyə təyin olunmuş ümumi yurisdiksiyalı məhkəmələrin hakimlərinə-həmin günədək qüvvədə olmuş “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikasının 109-cu maddəsinin; 19 oktyabr 2007-ci il tarixədək vəzifəyə təyin olunmuş Konstitusiya Məhkəməsinin hakimlərinə - hənin günədək qüvvədə olmuş “Konstitusiya Məhkəməsi haqqında! Azərbaycan Respublikası Qanununun 73-cü maddəsinin müddəaları tətbiq olunmalıdır. Hakim kimi pensiya hüququ 25 sentyabr 2013-cü ildə (65 yaşının tamam olması) yarandığı üçün mənə pensiya “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 20.7-ci maddəsinin 7 fevral 2006-cı il redaksiyasına əsasən təyin edilməli və yenidən hesablanmalıdır. Azərbaycan Respublikası Prezidentinin 25 iyun 2018-cin il tarixi 142 saylı Fərmanı ilə təsdiq edilmiş “2017-ci il iyulun 1-dək təyin edilmiş əmək pensiyalarına qulluq stajına görə əlavələrin yenidən hesablanması Qaydası” onun pensiyasına tətbiq edilə bilməz. Cavab məktubunda həmin Qaydanın 2.3 - cü bəndinə istinad edilərək 20 il 7 ay 12 gün hakim kimi iş stajına görə əmək pensiyasının müəyyən edilməsi üçün orta aylıq əmək haqqının artım hissəsinə tətbiq olunan cəmi faiz dərəcəsi 66,75 faiz hesablanmışdır. Halbuki bu 80 faiz olmalı idi. Göründüyü kimi pensiyası yenidən hesablandıqda vəziyyətimn pisləşdirən hüquq nopması tətbiq edilmişdir. Hansı ki, Azərbaycan Respublikası Konstitusiyasının 149-cu maddəsinə görə bu yolverilməzdir. Ona pensiya təyin edildikdə və sonda yenidən hesablandıqda orta ayliq əmək haqqına daxil olan bütün ödəmələr nəzərə alınmamışdır. “Orta əmək haqqı hesablanarkən nəzərə alınan və alınmayan ödənclərin müəyyən edilməsi barədə “ Azərbaycan Respublikası Nazirlər Kabinetinin 15 iyul 2000-ci il tarixli qərarı ilə təsdiq edilmiş Siyahı”nın birinci hissəsinə müvafiq olaraq onun orta əmək haqqına daxil olan məbləğlər və qanunvericilikdə müəyyən olunmuş əlavələr aşağıdakılardan ibarətdir: Ali Məhkəmə hakiminin hazırkı vəzifə maaşı -1980 manat; staja görə vəzifə maaşının 45 faizi - 891 manat; səlahiyyətlərin yerinə yetirilməsi üçün vəzifə maaşının 25 faizi - 495 manat yüksək hüquqi ixtisasa görə vəzifə maaşının 15 faizi -297 manat. Beləliklə Ali Məhkəmə hakiminin aylıq əmək haqqı 3663 manat (1980 + 891 + 495 + 297) təşkil edir. Yuxarıda göstərilənlərlə bərabər pensiyaya çıxan hakimin orta əmək haqqına aşağıdakılar da daxildir: Ali Məhkəmə hakiminə verilən müalicə xərci - ildə aylıq əmək haqqının 2 misli məbləğində - 3663 x 2 = 7326 : 12 = 610,5 manat; Ali Məhkəmə hakiminə verilən məzuniyyət pulu- ildə aylıq əmək haqqının 2 misli məbləğində - 3663 x2 =7321 : 12 = 610 ,5 manat; Ali Məhkəmə hakiminə verilən məzuniyyət müavinəti - ildə aylıq əmək haqqının 2 misli məbləğində - 3663 x 2 = 7321 : 12 = 610 ,5 manat; Qeyd edir ki, o, Ali Məhkəmənin hakimi vəzifəsində işlədiyi vaxt hakimlərə həm məzuniyyət pulu, həm də müavinət ödənilirdi. Bir müddət məzuniyyət pulunun ödənilməsi dayandırılsa da, sonradan bərpa olundu. Hər iki məbləğ mənə ödənilmişdir. Alimlik dərəcəsinə görə hakimin aylıq əmək haqqına 15 faiz əlavə olunur- 3663 : 100= 36,63 x 15 =549,45 manat (o hüquq elmləri namizədidir, diplomun surətini iddiaya əlavə edib); “Əməkdar hüquqşünas” fəxri ada görə - ayda 100 manat məbləğində əlavə ödənilir( Azərbaycan Respublikası Prezidentinin 21 noyabr 2013-cü il tarixli Sərəncamı ilə ona “Əməkdar hüquqşünas" fəxri adı verilmişdir). İxtisas dərəcəsinə görə ayda minimum əmək haqqqının 4 misli miqdarında əlavə ödənilirdi. Qeyd edir ki, o, pensiyada olan müddət ərzində pensiyasının yenidən hesablanması barədə ərizə ilə 2 dəfə Dövlət Sosial Müdafiə Fondunun Yasamal rayon şöbəsinə, 3 dəfə cavabdeh quruma müraciət edib. Yasamal rayon şöbəsi ərizəsinə baxaraq ona əksik ödənilmiş məbləğlərin ödənilməsini təmin etmişdir. Cavabdeh tərəfindən ona yazılan əvvəlki 17 fevral 2020-ci il tarixli məktubda pensiyasının düzgün hesablanması bildirilmişdir. Cavabdehin sonuncu məktubunda isə ona 43188,72 manat artıq, 8881,48 manat əksik ödəniş edildiyi bildirilmişdir. Lakin sonuncu cavab məktubunda cavabdeh tərəfindən artıq ödənişlərin nəyə əsasən aparılması və səhvin nədən ibarət olması bərədə izah verilməmişdir. O qanunsuz və əsassız ödənişləri qəbul etmir. Hətta 2017-ci ildə Ali Məhkəmədə dövlət qulluğuna işə qəbul olunanda bununla bağlı pesiyasının 50 faiz azaldılmasını, yenidən hesablanma aparılmasını xahiş edib. O zaman pensiyasında yenidən hesablama aparılaraq 50 faiz azaldılmaqla təyin edilmişdir. Cavabdeh ona yazdığı sonuncu cavab məktubunda ixtisas dərəcəsinə görə ödənişlər barədə qeyd etmişdir ki, ixtisas dərəcəsinə görə əlavə haqqın nəzərə alınması məsələsinə əsas götürülən dövr ərzində həmin əlavənin ona ödənilməsinə dair müvafiq arayış onlara təqdim edildikdən sonra baxılacaqdır. Cavabdehin bu dəlili də qanuni və əsaslı deyildir. 29 iyul 1992-ci ildə qəbul edilmiş “Azərbaycan Respublikası məhkəmələrinin hakimləri üçün ixtisas dərəcələrinin müəyyən edilməsi haqqında” Qanunla Azərbaycan Respublikası məhkəmələrinin hakimləri üçün ixtisas dərəcəsi müəyyən olunmuşdur. Həmin Qanunla təsdiq edilmiş “Azərbaycan Respublikası məhkəmələri hakimlərinin ixtisas dərəcəsi haqqında Əsasnamə”nin 7-8-ci bəndlərinə əsasən ixtisas dərəcələri ömürlük verilir və ixtrisas dərəcəsi olan hakimlərə əlavə haqq ödənilir. “Azərbaycan Respublikası məhkəmələrinin ixtisas dərəcəli hakimlərinə əlavə haqq verilməsi haqqında “Azərbaycan Respublikası Milli Məclisinin 4 noyabr 1992-ci il tarixli, 364 saylı qərarına əsasən ixtisas dərəcəsi verilmiş hakimlə aylıq əlavə haqq verilir. Bu, 5ci ixtisas dərəcəsi olan hakimlər üçün minimum əmək haqqının 1 misli, 4-cü ixtisas dərəcəsi olan hakimlər üçün 2 misli, 3-cü ixtisas dərəcəsi olan hakimlər üçün 3 misli, 2-ci ixtisas dərəcəsi olan hakimlər üçün 4 misli, 1-ci ixtisas dərəcəsi olan hakimlər üçün 5 misli, 6-cı ixtisas dərəcəsi olan hakimlər üçün 6 misli məbləğində müəyyən olunmuşdur. Həmin Qərarın 2-ci bəndinə görə ixtisas dərəcəsindən məhrum edilməmiş, seçildiyi müddət qurtardıqdan sonra başqa işə keçən və pensiyaya şıxan hakimin əlavə haqq almaq hüququ saxlanılır. “Azərbaycan Respublikası Ali Məkkəməsinin üzvlərinə ixtisas dərəcələri verilməsi haqqında “ Azərbaycan Respublikası Milli Məclisinin 26 iyul 1994-cü il tarixli 866 saylı qərarı ilə ona 2-ci ixtisas dərəcəsi verilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin 31 avqust 2021- ci il tarixli 350 saylı əmri ilə təsdiq olunur ki, ona ixtisas dərəcəsi verildikdən sonra ödənilməli məbləğ əmək haqqına əlavə olunmuş və ona ödənilmişdir. Məhkəmə təcrübəsi baxımından qeyd edir ki, iddia tələblərilə bağlı məsələlər Azərbaycan Respublikası Ali Məhkəməsi İnzibati Kollegiyasının 2-1(102)-264/2020 saylı iş üzrə 28 yanvar 2020-ci il tarixli qərarında da ətraflı şərh edilmişdir.

3. İddiaçının müraciətinə cavab olaraq cavabdeh qurum tərəfindən bildirilmişdir ki, 7 yanvar 2014-cü il tarixində Dövlət Sosial Müdafiə Fondunun Yasamal rayon şöbəsi tərəfindən Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 18 iyul 2008-ci il tarixli Qərarına uyğun olaraq “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikası Qanununun 109-cu maddəsinin 5-ci abzasının 30 dekabr 2005-ci il tarixinədək qüvvədə olan redaksiyasına əsasən Ali Məhkəmənin sabiq hakimi kimi yaşa görə əmək pensiyası təyin edilmişdir. Azərbaycan Respublikası Prezidentinin 23 iyul 2019-cu il tarixli 795 nömrəli Fərmanına əsasən qulluq keçdiyi vəzifə üzrə vəzifə maaşının 1980,00 manata artırılması ilə əlaqədar hakim kimi iş stajına görə vəzifə maaşının 45 faizi miqdarında əlavə-891,00 manat, səlahiyyətlərin yerinə yetirilməsi ilə bağlı vəzifə maaşının 25 faizi miqdarında əlavə-495,00 manat, yüksək hüququ ixtisasa görə vəzifə maaşının 15 faiz miqdarında əlavə-297,00 manat və digər pul təminatlarına görə ümumilikdə 1188,00 manat əlavə olmaqla orta aylıq əmək haqqı 4851,00 manat təşkil etmişdir. Bununla əlaqədar ona 20 il 7 ay 5 gün iş stajına (hakim kimi) görə sizə 1 sentyabr 2019-cu il tarixindən orta aylıq əmək haqqının (4851,00 manat) 80 faizi-3880,80 manat əmək pensiyası ödənilir.

4. Cavabdeh tərəfindən iddiaya yazılı etiraz təqdim edilərək bildirilmişdir ki, iddiaçıya Dövlət Sosial Müdafiə Fondunun Yasamal rayon şöbəsi tərəfindən 17 fevral 2014-cü il tarixində 25.09.2011- 06.01.2014-cü il tarixləri arasındakı dövr üçün “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinə əsasən yaşa görə, 7 yanvar 2014cü il tarixindən sabiq hakim kimi yaşa görə əmək pensiyası təyin edilmişdir. Müraciətinə əsasən aparılan araşdırma nəticəsində məlum olmuşdur ki, 7 yanvar 2014-cü il tarixində vaxtilə işlədiyi vəzifə üzrə vəzifə maaşı 1656,00 manat, hakimlik stajına görə vəzifə maaşının 45 faizi miqdarında əlavəsi 745,20 manat, səlahiyyətlərin yerinə yetirilməsi ilə bağlı xərclərin ödənilməsi üçün vəzifə maaşının 25 faizi miqdarında əlavəsi 414,00 manat, yüksək hüquqi ixtisasa görə vəzifə maaşının 15 faizi miqdarında əlavəsi 248,40 manat, hakimlərə məzuniyyətə çıxarkən verilən iki aylıq əmək haqqı məbləğindən hesablanan 400,20 manat müavinət, hakimlərə müalicə olunmaları üçün verilən iki aylıq əmək haqqı məbləğindən hesablanan 400,20 manat pul təminatı olmaqla orta aylıq əmək haqqı 3864,00 manat təşkil etmişdir. Bununla əlaqədar əmək pensiyası “Əmək pensiyaları haqqında” Qanunun 1 iyul 2017-ci il tarixinədək qüvvədə olmuş 20.7.3-cü maddəsinə əsasən 20 il 7 ay 12 gün hakim kimi iş stajına uyğun olaraq orta aylıq əmək haqqının (3864,00 manat) 80 faizi-3091,20 manat məbləğində müəyyən edilmişdir. Qeyd olunanlara əsasən ona 07.01.2014-02.10.2017-ci il tarixləri arasındakı dövr ərzndə ümumilikdə 138705,13 manat məbləğində əmək pensiyası ödənilməli olduğu halda həmin müddət ərzində 132940,11 manat ödənilmişdir. Bu səbəbdən də ona yuxarıda qeyd olunan dövr ərzində 5765,02 manat əskik pul vəsaitinin ödənildiyi aşkar edilmişdir. Eyni zamanda 3 oktyabr 2017-ci il tarixindən işləyən əmək pensiyaçısı olduğu üçün ona “Əmək pensiyaları haqqında” Qanunun 37.3.4-cü maddəsinin tələblərinə uyğun qaydada əmək pensiyasının (3091,20 manat) sığorta hissəsi tam (840,62 manat), qulluq stajına görə əavə isə 50 faiz miqdarında (3091,20-840,62=2250,58x50%=1125,29 manat) olmaqla ümumilikdə 1965,91 manat (840,62+1125,29) məbləğində əmək pensiyası müəyyən eşilmişdir. Qeyd olunanlara əsasən ona 03.10.2017-31.12.2017-ci il tarixləri arasındakı dövr zrzində ümumilikdə 5770,90 manat məbləğində əmək pensiyası ödənilməli olduğu halda həmin müddət ərzində 4468,20 manat ödənilmişdir. Bu səbəbdən də iddiaçıya yuxarıda qeyd olunan dövr ərzində 1302,70 manat əskik pul vəsaitinin ödənildiyi aşkar edilmişdir. “Əmək pensiyaları haqqında” Qanunun 29.1-ci maddəsinə əsasən əmək pensiyasının s ğorta hissəsinin ildə bir dəfə ölkə üzrə orta aylıq nominal əmək haqqının müvafiq icra hakimiyyəti orqanı (Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi) tərəfindən müəyyən edilən illik artım tempinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanının Azərbaycan Respublikasının Prezidenti) qərarına uyğun indeksləşdirilməsilə əlaqədar əmək censiyasının sığorta hissəsi 1 yanvar 2018-ci il tarixindən 888,53 manat müəyyən edilmişdir, nəticədə əmək pensiyasının sığorta hissəsi tam (888,53 manat), qulluq stajına görə əlavə isə 50 faiz miqdarında (3091,20-888,53=2202,67x50%=1101,34 manat) olmaqla ümumilikdə 1989,87 manat (888,53+1101,34) məbləğində əmək pensiyası müəyyən edilmişdir. Qeyd olunanlara əsasən ona 01.01.2018-30.04.2018-ci il tarixləri arasındakı dövr ərzində ümumilikdə 7959,48 manat məbləğində əmək pensiyası ödənilməli olduğu halda həmin müddət ərzində 6145,72 manat ödənilmişdir. Bu səbəbdən də ona yuxarıda qeyd olunan dövr ərzində 1813,76 manat əskik pul vəsaitinin ödənildiyi aşkar edilmişdir Eyni zamanda nəzərinizə çatdırırıq ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 26.3-cü maddəsinə əsasən 2017-ci il iyulun 1-dək Qanunun 20-ci maddəsində nəzərdə tutulmuş şəxslərə təyin edilmiş əmək pensiyasının ümumi məbləği 2017-ci il iyulun 1-i tarixinə azaldılmamaqla ödənilir. Həmin şəxslərin əmək pensiyasına qulluq stajına görə əlavələrin sözügedən Qanunun 29.1-ci maddəsinə uyğun olaraq indeksləşdirilmə və sonrakı artımlar nəzərə alınmaqla yenidən hesablanması qaydası Azərbaycan Respublikası Prezidenti tərəfindən müəyyən edilir. Azərbaycan Respublikası Prezidentinin 25 iyun 2018-ci il 25 iyun tarixli 142 nömrəli Fərmanı ilə təsdiq edilmiş “2017-ci il iyulun 1-dək təyin edilmiş əmək pensiyalarına qulluq stajına görə əlavələrin yenidən hesablanması Qaydası”nın 2.3-cü bəndinə əsasən Qanunun 20-ci maddəsində nəzərdə tutulmuş əlavələrin təyin edilməsi üçün əsas götürülmüş aidiyyəti sahədə qulluq stajı 15 il və daha çox olan şəxslərin pensiyalarına əlavələr əmək haqqındakı artım məbləği nəzərə alınmaqla, 15 il qulluq etmiş şəxslərə orta aylıq əmək haqqının artım məbləğinin 50 faizi miqdarında və 15 ildən yuxarı qulluq stajının hər ili (il tam olmadıqda isə natamam ildəki iş stajı aylarinin sayına mütənasib olaraq hesablanmaqla) üçün həmin orta aylıq əmək haqqının artım məbləğinin 3 faizi miqdarında əlavə olunmaqla, lakin həmin orta aylıq əmək haqqının artım məbləğinin 80 faizi miqdarından çox olmamaq şərtilə faktiki qulluq dövrünün aylarına uyğun olaraq hesablanır və həmin şəxslərin 1 iyul 2017-ci il tarixinədək hesablanmış pensiya məbləğinin üzərinə əlavə olunur. Bununla əlaqədar 20 il 7 ay 12 gün hakim kimi iş stajına görə əmək pensiyasının müəyyən edilməsi üçün orta aylıq əmək haqqının artım hissəsinə tətbiq olunan cəmi faiz dərəcəsi 66,75 faiz təşkil edir. Hakimlərin vəzifə maaşlarının artırılmasına dair Azərbaycan Respublikası Prezidentinin müvafiq Sərəncamına əsasən 1 may 2018-ci il tarixindən iddiaçının vaxtilə işlədiyi vəzifə üzrə vəzifə maaşı 1824,00 manat, hakimlik stajına görə vəzifə maaşının 45 faizi miqdarında əlavəsi 820,80 manat, səlahiyyətlərin yerinə yetirilməsi ilə bağlı xərclərin ödənilməsi üçün vəzifə maaşının 25 faizi miqdarında əlavəsi 456,00 manat, yüksək hüquqi ixtisasa görə vəzifə maaşının 15 faizi miqdarında əlavəsi 273,60 manat, hakimlərə məzuniyyətə çıxarkən verilən iki aylıq əmək haqqı məbləğindən hesablanan 440,80 manat müavinət, hakimlərə müalicə olunmaları üçün verilən iki aylıq əmək haqqı məbləğindən hesablanan 440,80 manat pul təminatı olmaqla orta aylıq əmək haqqı 4256,00 manat təşkil etmişdir. Azərbaycan Respublikası Prezidentinin yuxarıda haqqında bəhs olunan 2018-ci il 25 iyun tarixli 142 nömrəli Fərmanının tələblərinə uyğun qaydada 1 may 2018-ci il tarxinədək olan vaxtilə işlədiyi vəzifə üzrə orta aylıq əmək haqqı (3864,00 manat) ilə 1 may 2018-ci il tarixindən sonrakı orta aylıq əmək haqqı (4256,00 manat) arasındakı fərq məbləğinin (392,00 manat) 66,75 faizi- 261,66 manat 1 may 2018-ci il tarixinədək olan pensiyasının (3091,20 manat) üzərinə əlavə olunmaqla əmək pensiyasının məbləği 3352,86 manat təşkil edir. Eyni zamanda işləyən əmək pensiyaçısı olduğu üçün ona “Əmək pensiyaları haqqında” Qanunun 37.3.4-cü maddəsinin İ-şəblərinə uyğun qaydada əmək pensiyasının (3352,86 manat) sığorta hissəsi tam (888,53 manat), qulluq stajına görə əlavə isə 50 faiz miqdarında (3352,86- 888,53=2464,33x50%=1232,17 manat) olmaqla ümumilikdə 2120,70 manat 888,53+1232,17) məbləğində əmək pensiyası müəyyən edilmişdir. Qeyd olunanlara əsasən ona 01.05.2018-31.12.2018-ci il tarixləri arasındakı dövr ərzində ümumilikdə 16965,60 manat məbləğində əmək pensiyası ödənilməli olduğu halda həmin müddət ərzində 21771,98 manat ödənilmişdir. Bu səbəbdən də ona yuxarıda qeyd olunan dövr ərzində 4806,38 manat artıq pul vəsaitinin ödənildiyi aşkar edilmişdir. “Əmək pensiyaları haqqında” Qanunun 29.1-ci maddəsinə əsasən əmək pensiyası İ sığorta hissəsi indeksləşdirilərək 1 yanvar 2019-cu il tarixindən 915,19 manat müəyyən edilmişdir. Nəticədə əmək pensiyası sığorta hissəsi tam (915,19 manat), qulluq stajına görə əlavə isə 50 faiz miqdarında (3352,86-915,19=2437,67x50%=1218,84 manat) olmaqla ı ümumilikdə 2134,03 manat (915,19+1218,84) məbləğində (3 gün üçün 206,52 manat) əmək oensiyası müəyyən edilmişdir. Lakin 2019-cu ilin yanvar ayı üzrə 3 gün üçün ona 362,73 İ manat məbləğində əmək pensiyası ödənilmişdir. Bu səbəbdən də həmin müddət üçün 156,21 manat artıq pul vəsaitinin ödənildiyi müəyyən edilmişdir. İşdən azad olunması ilə əlaqədar 4 yanvar 2019-cu il tarixindən əmək pensiyası tam məbləğdə (3352,86 manat) müəyyən edilmişdir. Qeyd olunanlara əsasən ona 04.01.2019- 31.08.2019-cu il tarixləri arasındakı dövr ərzində ümumilikdə 26498,41 manat məbləğində əmək pensiyası ödənilməli olduğu halda həmin müddət ərzində 41189,38 manat ödənilmişdir. Bu səbəbdən də ona yuxarıda qeyd olunan dövr ərzində 14690,97 manat artıq pul vəsaitinin ödənildiyi aşkar edilmişdir. Hakimlərin vəzifə maaşlarının artırılmasına dair Azərbaycan Respublikası Prezidentinin müvafiq Sərəncamına əsasən 1 sentyabr 2019-cu il tarixindən vaxtilə işlədiyi vəzifə üzrə vəzifə maaşı 1980,00 manat, hakimlik stajına görə vəzifə maaşının 45 faizi miqdarında əlavəsi 891,00 manat, səlahiyyətlərin yerinə yetirilməsi ilə bağlı xərclərin ödənilməsi üçün maaşının 25 faizi miqdarında əlavəsi 495,00 manat, yüksək hüquqi ixtisasa görə vəzifə maaşının 15 faizi miqdarında əlavəsi 297,00 manat, hakimlərə məzuniyyətə çıxarkən verilən iki aylıq əmək haqqı məbləğindən hesablanan 478,50 manat müavinət, hakimlərə müalicə olunmaları üçün verilən iki aylıq əmək haqqı məbləğindən hesablanan 478,50 manat pul təminatı olmaqla orta aylıq əmək haqqı 4620,00 manat təşkil etmişdir. Azərbaycan Resoublikası Prezidentinin 2018-ci il 25 iyun tarixli 142 nömrəli Fərmanının tələblərinə uyğun qaydada 1 sentyabr 2019-cu il tarxinədək olan vaxtilə işlədiyi vəzifə üzrə orta aylıq əmək haqqı (4256,00 manat) ilə 1 sentyabr 2019-cu il tarixindən sonrakı orta aylıq əmək haqqı 1-23.00 manat) arasındakı fərq məbləğinin (364,00 manat) 66,75 faizi- 242,97 manat 1 sentyabr 2019-cu il tarixinədək olan pensiyanızın (3352,86 manat) üzərinə əlavə olunmaqla əmək pensiyasının məbləği 3595,83 manat təşkil edir. Qeyd olunanlara əsasən ona 01.09.2019-31.05.2021-ci il tarixləri arasındakı dövr ərzində ümumilikdə 75512,43 manat məbləğində əmək pensiyası ödənilməli olduğu halda həmin müddət ərzində 99047,59 manat ödəniİmişdir. Bu səbəbdən də ona yuxarıda qeyd olunan dövr ərzində 23535,16 manat artıq pul vəsaitinin ödənildiyi aşkar edilmişdir. Qeyd olunanlara əsasən ona 07.01.2014-30.04.2018-ci il tarixləri arasındakı dövr üçün 8881,48 manat əskik pul vəsaiti, 01.05.2018-31.05.2021-ci il tarixləri arasındaki dövr üçün isə 43188,72 manat artıq pul vəsaiti ödənildiyindən ümumilikdə 34307,24 manat artıq pensiya məbləğinin ödənildiyi müəyyən edilmişdir (ona ödənilmiş və ödənilməli olan pensiya məbləğləri barədə müvafiq cədvəl əlavə olunur). Həmin artıq ödənilmiş 34307,24 manat vəsaitin büdcəyə bərpa edilməsi məqsədilə əmək pensiyasından tutulmanın aparılması üçün yazılı razılığını qısa müddətdə Mərkəzi Filiala təqdim etməsi xahiş olunur. Əks halda zanunvericiliyin tələblərinə uyğun qaydada müvafiq tədbirlər görüləcəkdir. Eyni zamanda bildiririk ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Oanununun 20.7-ci maddəsinə əsasən əmək pensiyası yaşına çatmış və ya bu yaşa çatanadək İ qrup əlil olmuş sabiq hakimlərin əmək pensiyasına əlavələr hakim vəzifəsindəki son 24 ayı və ya istənilən ardıcıl gələn 60 ayı ərzində əmək haqqının orta aylıq məbləğindən, əmək haqqındakı sonrakı artımlar da nəzərə alınmaqla müəyyən edilir. Bununla əlaqədar müraciətində göstərdiyi ixtisas dərəcəsinə görə əlavə haqqın əmək censiyasında nəzərə alınması məsələsinə pensiyasının hesablanması zamanı əsas götürülən dövr ərzində həmin əlavənin ona ödənildiyinə dair müvafiq arayış Mərkəzi Filiala zəqdim edildikdən sonra baxılacaqdır. Bildirilmişdir ki, Mərkəzi Filial tərəfindən cari ilin iyun ayından etibarən əmək pensiyası 3595,83 manat müəyyən edilməklə müvafiq kart hesabına köçürülür.

5. İddiaçının (nümayəndəsinin) ərizəsi əsasında məhkəmənin 10.12.2021-ci il tarixli qərardadı ilə iddia tələbinin “iddiaçıya pensiya hesablanması zamanı elmlər namizədi alimlik dərəcəsinə görə ödənilən əlavə, “Əməkdar hüquqşünas” fəxri adına görə ödənilən əlavə, Azərbaycan Respublikası Ali Məhkəməsinin üzvlərinə ixtisas dərəcələri verilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin 26.07.1994-cü il tarixli 866 saylı qərarına əsasən iddiaçıya verilmiş 2-ci ixtisas dərəcəsi üzrə ödənilən əlavə nəzərə alınmaqla pensiyanın yenidən hesablanması, yaranmış pensiya məbləği fərqinin iddiaçıya ödənilməsi, iddiaçının pensiyasından əsassız tutmaların aparılmasına yönəlmiş hərəkətlərin əsassız hesab edilməsi vəzifəsinin cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının üzərinə qoyulması” kimi dəyişdirilməsi qəbul edilmişdir.

6. Məhkəmənin sorğusuna cavab olaraq Azərbaycan Respublikasının Ali Məhkəməsinin İşlər Müdiri tərəfindən bildirilmişdir ki, İddiaçı Ali Məhkəmədə 1993-cü ildən 2014-cü ilədək hakim, 2017-ci ildən 2019-cu ilədək şöbə müdiri kimi çalışmışdır. İddiaçı elmlər namizədi alimlik dərəcəsinə görə, “Əməkdar hüquqşünas” fəxri adına görə, “Azərbaycan Respublikası məhkəmələrinin hakimləri üçün ixtisas dərəcələrinin müəyyən edilməsi haqqında” 29 iyul 1992-ci il 250 saylı Azərbaycan Respublikasının Qanunu və bu qanun ilə təsdiq edilən "Azərbaycan Respublikası məhkəmələri hakimlərinin ixtisas dərəcələri haqqında Əsasnamə”yə uyğun olaraq verilən ixtisas dərəcəsinə görə əlavələr ödənilirdi. Qeyd edilmişdir ki, “Əməkdar hüquqşünas” fəxri adına görə aylıq təqaüdün məbləği tam həcimdə ödənilmiş, dövlət sosial sığort haqqı tutulmamışdır. Digər gəlirlər isə dövlət sosial sığorta haqqına cəlb edilmişdir.

7. İddiaçının (nümayəndəsinin) ərizəsi əsasında məhkəmənin 06.05.2022-ci il tarixli qərardadı ilə iddia tələbinin “iddiaçıya pensiya hesablanması zamanı elmlər namizədi alimlik dərəcəsinə görə ödənilən əlavə, Azərbaycan Respublikası Ali Məhkəməsinin üzvlərinə ixtisas dərəcələri verilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin 26.07.1994-cü il tarixli 866 saylı qərarına əsasən iddiaçıya verilmiş 2-ci ixtisas dərəcəsi üzrə ödənilən əlavə nəzərə alınmaqla pensiyanın yenidən hesablanması, yaranmış pensiya məbləği fərqinin iddiaçıya ödənilməsi vəzifəsinin cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının üzərinə qoyulması” kimi dəyişdirilməsi qəbul edilmişdir.

8. İddiaçının 16.10.2019-cu il tarixli ərizəsinə əsasən Azərbaycan Respublikası Ali Məhkəməsi tərəfindən bildirilmişdir ki, 01.09.2019-cu il tarixdən Ali Məhkəmənin hakiminin vəzifə maaşı 1980 manat müəyyən edilmişdir. Bundan əlavə onların hər birinə hər beş illik əmək stajına görə vəzifə maaşlarının 15 faizi miqdarında (vəzifə maaşının 45 faizindən artıq olmamaqla) şyda əlavə haqq ödənilir. 01.10 2010-cu il tarixdən səlahiyyətlərin yerinə yetirilməsi ilə bağlı xərclərin ödənilməsi uçun vəzifə maaşının 25 faiz həcmində aylıq pul təminatı ödənilir. 01.11.2010-cu ıl tarixdən yüksək hüquqi ixtisasa görə vəzifə maaşının 15 faiz həcmində haqq ödənilir. Həmçinin hakimlərə məzuniyyətə çıxdığı vaxt iki aylıq əmək haqqı məbləğində müavinət və müalicə olunmaları üçün pul təminatı, 01.09.2019-cu il tarixdən isə məzuniyyət haqqı ödənilir 01.09 2019-cu il tarixdən onlara bır aylıq vəzifə maaşı həcmində vəzifə maaşına əlavə ödənilir

9. Məhkəmə hazırlıq icraatı üzrə iclasında və şifahi məhkəmə dinləmələri zamanı iştirak edən iddiaçının nümayəndəsi (vəkili) dəyişdirilmiş iddia tələbinin məzmununa uyğun olaraq izahat verməklə iddia tələbinin təmin olunmasını məhkəmədən xahiş etmişdir.

10. Məhkəmə hazırlıq icraatı üzrə iclasında və şifahi məhkəmə dinləmələri zamanı iştirak edən cavabdehin nümayəndələri iddiaya yazılı etirazın məzmununa uyğun izahat verdilər və əlavə olaraq bildirdilər ki, iddiaçıya pensiya hesablanması zamanı elmlər namizədi alimlik dərəcəsinə görə ödənilən əlavə, 2-ci ixtisas dərəcəsi üzrə ödənilən əlavənin məbləği müəyyən edilməmiş, eləcə də iddiaçıya pensiya təminatı üçün Azərbaycan Respublikası Ali Məhkəməsi tərəfindən təqdim edilən əmək haqqının aylar üzrə cədvəlində nəzərə alınmamışdır.

II. İddianın növü və mümkünlüyü

11. Məhkəmə hesab edir ki, iddianın növü öhdəliyin icrasına dair iddiadır. Belə ki, İnzibati Prosessual Məcəlləsinin 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) baxılır.

12. Belə ki, əsas sosial-iqtisadi hüquqlardan biri olan sosial təminat hüququ Azərbaycan Respublikası Konstitusiyasının 38-ci maddəsində təsbit olunmuşdur. Həmin maddəyə əsasən, hər kəsin sosial təminat hüququ vardır. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir (Konstitusiyanın 38-ci maddəsinin İ və İİİ hissələri).

13. İnsan və vətəndaş hüquqlarının və azadlıqlarının, Azərbaycan Respublikasının vətəndaşlarına layiqli həyat səviyyəsinin təmin edilməsi dövlətin ali məqsədidir. Azərbaycan dövləti xalqın və hər bir vətəndaşın rifahının yüksəldilməsi, onun sosial müdafiəsi və layiqli həyat səviyyəsi qayğısına qalır (Konstitusiyanın 12-ci maddəsinin İ hissəsi və 16-cı maddəsinin İ hissəsi).

14. Konstitusiyanın 71-ci maddəsinin İİ hissəsinə müvafiq olaraq, insan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsini heç kəs məhdudlaşdıra bilməz.

III. Məhkəmənin mövqeyi

15. “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikası Qanununun 109-cu, “Konstitusiya Məhkəməsi haqqında” Azərbaycan Respublikası Qanununun 73-cü və “Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 20.1.4 və 20.7-ci maddələrinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 18.07.2008-ci il tarixli qərarına əsasən:

1. «Məhkəmələr və hakimlər haqqında» Azərbaycan Respublikası Qanununun 109-cu maddəsi və «Konstitusiya Məhkəməsi haqqında» Azərbaycan Respublikası Qanununun 73-cü maddəsinin müddəaları Azərbaycan Respublikası Konstitusiyasının 127-ci maddəsinin İ hissəsində nəzərdə tutulmuş hakimlərin müstəqilliyinin təminatlarından biri kimi qəbul edilməli və onların barəsində hakim vəzifələrində işlədikləri dövrdə mövcud olmuş daha üstün sosial müdafiə təminatlarını əks etdirən qanunvericiliyin müddəaları tətbiq olunmalıdır.

2. Hakimlərin sosial müdafiəsi ilə bağlı məsələlər həll edilərkən Azərbaycan Respublikası Konstitusiyasının 149-cu maddəsinin Vİİ hissəsinə uyğun olaraq «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 20.1.4 və 20.7-ci maddələrinin müddəalarından daha üstün sosial müdafiə təminatları müəyyənləşdirən: - 30 dekabr 2005-ci il tarixədək vəzifəyə təyin olunmuş ümumi yurisdiksiyalı məhkəmələrin hakimlərinə – həmin günədək qüvvədə olmuş “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikası Qanununun 109-cu maddəsinin; - 19 oktyabr 2007-ci il tarixədək vəzifəyə təyin olunmuş Konstitusiya Məhkəməsinin hakimlərinə – həmin günədək qüvvədə olmuş “Konstitusiya Məhkəməsi haqqında” Azərbaycan Respublikası Qanununun 73-cü maddəsinin müddəaları tətbiq olunmalıdır.

16. İddiaçının pensiya işindən görünür ki, iddiaçının əmək pensiyası sonuncu dəfə 08.06.2021-ci il tarixdə yenidən hesablanmış, əmək pensiyası hesablanarkən vəzifə maaşı, yüksək hüquqi ixtisasa görə (15%), qulluq stajına görə əlavə (45%), pul təminatı (25%) və müalicə pulu nəzərə alınmışdır.

17. “Azərbaycan Respublikası məhkəmələrinin hakimləri üçün ixtisas dərəcələrinin müəyyən edilməsi haqqında” 29 iyul 1992-ci il tarixli Qanunla Azərbaycan Respublikası məhkəmələrinin hakimləri üçün ixtisas dərəcəsi müəyyən olunmuşdur. Həmin Qanunla təsdiq edilmiş “Azərbaycan Respublikası məhkəmələri hakimlərinin ixtisas dərəcəsi haqqında Əsasnamə”nin 7-8-ci bəndlərinə əsasən ixtisas dərəcələri ömürlük verilir və ixtrisas dərəcəsi olan hakimlərə əlavə haqq ödənilir.

18. “Azərbaycan Respublikası məhkəmələrinin ixtisas dərəcəli hakimlərinə əlavə haqq verilməsi haqqında “Azərbaycan Respublikası Milli Məclisinin 4 noyabr 1992-ci il tarixli, 364 saylı qərarına əsasən: 1.Azərbaycan Respublikası məhkəmələrinin beşinci ixtisas dərəcəli hakimlərinə Azərbaycan Respublikasında müəyyən edilmiş minimum əmək haqqının bir misli məbləğində, dördüncü ixtisas dərəcəli hakimlərinə iki misli məbləğində, üçüncü ixtisas dərəcəli hakimlərinə üç misli məbləğində, ikinci ixtisas dərəcəli hakimlərinə dörd misli məbləğində, birinci ixtisas dərəcəli hakimlərinə beş misli məbləğində, ali ixtisas dərəcəli hakimlərinə altı misli məbləğində əlavə haqq verilsin.

2. İxtisas dərəcəsindən məhrum edilməmiş, hakim seçildiyi müddət qurtardıqdan sonra başqa işə keçən və pensiyaya çıxan Azərbaycan Respublikası məhkəmələri hakimlərinin əlavə haqq almaq hüququ saxlanılır. Bu qayda Azərbaycan Respublikasının 1992-ci il 29 iyul tarixli Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikası məhkəmələri hakimlərinin ixtisas dərəcələri haqqında” Əsasnamə qəbul ediləndən əvvəl işləyib pensiyaya çıxmış və ixtisas dərəcəsi olan hakimlərə də şamil edilir.

3. Azərbaycan Respublikasının 1992-ci il 29 iyul tarixli Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikası məhkəmələri hakimlərinin ixtisas dərəcələri haqqında”- Əsasnamə qəbul edilənədək ixtisas dərəcəsi almış hakimlərin ixtisas dərəcələri həmin Əsasnaməyə müvafiq surətdə saxlanılır.

19. “Azərbaycan Respublikası Ali Məhkəməsinin üzvlərinə ixtisas dərəcələri verilməsi haqqında “ Azərbaycan Respublikası Milli Məclisinin 26 iyul 1994-cü il tarixli 866 saylı qərarı ilə İddiaçı 2-ci ixtisas dərəcəsi verilmişdir.

20. Məhkəmə müəyyən edir ki, İddiaçı elmlər namizədi alimlik dərəcəsinə görə, Azərbaycan Respublikası məhkəmələrinin hakimləri üçün ixtisas dərəcələrinin müəyyən edilməsi haqqında” 29 iyul 1992-ci il 250 saylı Azərbaycan Respublikasının Qanunu və bu qanun ilə təsdiq edilən "Azərbaycan Respublikası məhkəmələri hakimlərinin ixtisas dərəcələri haqqında Əsasnamə”yə uyğun olaraq verilən ixtisas dərəcəsinə görə əlavələr ödənilmiş və həmin gəlirlər dövlət sosial sığorta haqqına cəlb edilmişdir.

21. Şəxsin pensiya təyin edilməsi zamanı nəzərə alınmalı olan sosial sığorta stajı (iş stajı) bir qayda olaraq uzun illər ərzində toplanır. Bu illər ərzində onun işlədiyi, təhsil aldığı, hərbi xidmətdə olduğu və s. dövrlərin pensiya hüququ verən sosial sığorta stajına hesablanması, eləcə də hansı sənədlərin iş stajını təsdiq edən sənədlər kimi nəzərə alınmasının mümkünlüyü məsələsinə münasibətdə qanunvericiliyin normaları dəyişkən ola bilər. Belə dəyişkənliyin şəxsin hüquqlarını pozmamasını təmin etmək üçün “qazanılmış hüquq” konsepsiyası tətbiq edilməlidir.

22. Qazanılmış hüquqlara münasibətdə nəzərə almaq lazımdır ki, əvvəlki qanunvericiliklə qazanılmış hüquq sonradan həyata keçirilmiş qanunvericilik tənzimləmələri ilə ortadan qaldırıla və ya məhdudlaşdırıla bilməz. Bu, qanunvericinin sosial təminat sahəsindəki tənzimləmə müstəqilliyinin mütləq olmayıb, “qanuni gözlənti” və “hüquqi müəyyənlik” prinsipləri ilə məhdudlaşdığından irəli gəlir. Qeyd edilən prinsiplərin mənasına görə qəbul edilmiş yeni tənzimləmələr əvvəllər yaranmış hüquq münasibətlərinin davamlılığına və sabitliyinə xələl gətirməmək üçün yalnız gələcəkdə, yəni qüvvəyə mindikdən sonra yaranmış hüquq münasibətlərinə tətbiq oluna bilər və yeni müddəalar qüvvəyə mindiyi vaxtdan əvvəl şəxslərin artıq əldə edilmiş hüquqlarını əvəzsiz ləğv edə bilməz.

23. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.1-ci maddəsinə əsasən, əmək pensiyası - bu Qanunla nəzərdə tutulmuş qayda və şərtlərlə müəyyən edilən və məcburi dövlət sosial sığortaolunanların (bundan sonra – sığortaolunan) onlara əmək pensiyası təyin olunduqdan əvvəl aldıqları əməkhaqqı və digər gəlirlərin, yaxud sığortaolunanlarin ölümü ilə əlaqədar onların ailə üzvlərinin itirdikləri gəlirlərin kompensasiyası məqsədilə vətəndaşlara aylıq pul ödənişidir.

24. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 154-cü maddəsinin 1-ci hissəsinə əsasən, əmək haqqı — müvafiq iş vaxtı ərzində əmək funksiyasını yerinə yetirmək üçün əmək müqaviləsi ilə müəyyən edilmiş, işçinin gördüyü işə (göstərdiyi xidmətlərə) görə işəgötürən tərəfindən pul və ya natura formasında ödənilən gündəlik və ya aylıq məbləğ, habelə ona edilən əlavələrin, mükafatların və digər ödənclərin məcmusudur.

25. “Sosial sığorta haqları haqqında” Azərbaycan Respublikası Qanununun 15-ci maddəsində (Məcburi dövlət sosial sığorta haqqı hesablanan gəlir növləri) sosial sığorta haqqı hesablanmayan gəlir növləri sadalanır. 21 oktyabr 2005-ci il tarixli 1029- İİQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 16 dekabr 2005-ci il, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2005-ci il, № 12, maddə 1082) ilə 15-ci maddənin mətni yeni redaksiyada verilmişdir. Həmin maddəyə əsasən, məcburi dövlət sosial sığorta haqqı sosial sığorta haqqı hesablanmayan gəlir növləri istisna olunmaqla (yəni həmin maddədə sadalanan) əmək ödənişinin və gəlirlərin bütün digər növləri üzrə hesablanır. Qeyd edilən maddədə elmlər namizədi alimlik dərəcəsinə görə ödənilən əlavə, ixtisas dərəcəsi üzrə ödənilən əlavə nəzərdə tutulmamışdır, yəni qeyd edilən ödəniş sosial sığorta haqqı hesablanmayan gəlir növü kimi istisna olunmamışdır. Məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, həmin əlavələr iddiaçıya ödənmiş, eləcə də həmin əlavələrdən məcburi dövlət sosial sığorta haqqı ödənilmişdir.

26. Ödənilən əlavələrin məbləğinin dəqiq olmaması və əmək haqqı barədə arayışda göstərilməməsi barədə dəlilə münasibətdə məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası məhkəmələrinin ikinci ixtisas dərəcəli hakimlərinə Azərbaycan Respublikasında müəyyən edilmiş minimum əmək haqqının dörd misli məbləğində əlavənin ödənilməsi “Azərbaycan Respublikası məhkəmələrinin ixtisas dərəcəli hakimlərinə əlavə haqq verilməsi haqqında “Azərbaycan Respublikası Milli Məclisinin 4 noyabr 1992-ci il tarixli, 364 saylı qərarı ilə, eləcə də vəzifə maaşlarına elmi dərəcələrinə görə əlavələrin məbləği müvafiq normativ aktlara əsasən müəyyənləşdirilib.

27. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 15 iyul 2000-ci il tarixli 126 nömrəli Qərarı ilə təsdiq edilmiş “Orta əmək haqqı hesablanarkən nəzərə alınan və alınmayan ödənclərin Siyahısı”nda kompensasiya və həvəsləndirici xarakter daşıyan daimi əlavələr (zərərli əmək şəraitində, gecə vaxtı, çoxnövbəli rejimli işə, peşələrin (vəzifələrin) əvəz edilməsi, elmi dərəcəyə, fəxri ada qulluq stajına, xidmət illərinə, ixtisas dərəcəsinə, hakimiyyət səlahiyyətlərinin icrasına, xüsusi rütbə maaşına (əlavəsinə) görə və s.) və Azərbaycan Respublikasının icra hakimiyyəti orqanlarının rəhbər işçilərinə və şəhər (rayon) icra hakimiyyəti başçılarına səlahiyyətlərinin icrası ilə bağlı təmsilçilik xərclərinin ödənilməsi üçün əlavə pul təminatı nəzərə alınan ödəncdir.

28. Odur ki, məhkəmə hesab edir ki, iddiaçıya elmlər namizədi alimlik dərəcəsinə görə əlavə və hakim kimi 2-ci ixtisas dərəcəsi üzrə əlavə ödəndiyi və həmin əlavələrə görə məcburi dövlət sosial sığorta haqqı ödənilməli olduğundan (eləcə də məcburi dövlət sosial sığorta haqqı ödənildiyindən) əmək pensiyası hesablanarkən nəzərə alınmalıdır.

29. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 32.1-1-ci maddəsinə əsasən, əmək pensiyaları onu almaq hüququ yarandığı gündən, lakin bu Qanunun qüvvəyə mindiyi gündən tez olmamaqla və müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə, bu maddədə müəyyən edilmiş müddətlərə təyin edilir. Bu Qanuna uyğun olaraq ötən dövr üçün hesablanan pensiyanın ümumi məbləği ötən dövrdəki ayların sayına bölünərək aylıq pensiyanın üzərinə əlavə edilməklə ödənilir.

30. Odur ki, məhkəmə hesab edir ki, iddia təmin edilməli, qeyd edilən əlavələr nəzərə alınmaqla əmək pensiyasının yenidən hesablanması və yaranmış fərqin ödənilməsi öhdəliyi cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının üzərinə qoyulmalı, ötən dövr üçün hesablanan pensiya fərqinin ümumi məbləği ötən dövrdəki ayların sayına bölünərək aylıq pensiyanın üzərinə əlavə edilməklə ödənilməlidir.

31. “Normativ hüquqi aktlar haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanununun 13-cü maddəsinə əsasən konkret ictimai münasibətləri tənzimləyən qanunvericilik normaları olmadıqda hüququn analogiyasından və ya qanunun analogiyasından istifadə oluna bilər. Əvvəlcə qanunun analogiyasından istifadə olunur. Konkret ictimai münasibətləri tənzimləyən qanunvericilik normaları olmadıqda, həmin ictimai münasibətlərə oxşar ictimai münasibətləri tənzimləyən qanunvericilik normaları tətbiq edilir.

32. Məhkəmə qeyd edir ki, inzibati icraat çərçivəsində “inzibati aktın qəbulu”ndan imtina, “inzibati aktın qəbulu ilə əlaqədar olmayan müəyyən hərəkətkərin edilməsi”ndən imtinadan inzibati münasibətlərin bəzi səciyyəvi xüsusiyyətləri istisna olmaqla mahiyyət etibarı ilə (hər ikisi publik hüquq sahəsində inzibati orqanın imtinası və ya hərəkətsizliyindən yaranır) fərqlənmir. Həmin münasibətlər oxşar olduğundan, onlardan yaranan mübahisələr də oxşar qiymətləndirilir. Belə olan halda, “qanunun analogiyası”ndan istifadə zəruridir. Məhkəmənin qənaətinə görə inzibati məhkəmə icraatında “öhdəliyin icrası haqqında” iddialarda da İPM-in 73.1-ci maddəsi tətbiq oluna bilər.

33. İPM-in 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir.

34. İPM-in 68-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır.

35. Göstərilənlərə əsasən və İPM-in 2.3, 13, 52, 68, 69, 75, 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə

QƏRARA ALDİ:

İddia tələbi təmin edilsin. İddiaçı elmlər namizədi alimlik dərəcəsinə görə ödənilən əlavə və “Azərbaycan Respublikası Ali Məhkəməsinin üzvlərinə ixtisas dərəcələri verilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin 26.07.1994-cü il tarixli 866 saylı qərarına əsasən verilmiş 2-ci ixtisas dərəcəsi üzrə ödənilən əlavə nəzərə alınmaqla əmək pensiyasının yenidən hesablanması və yaranmış fərqin ödənilməsi öhdəliyi cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının üzərinə qoyulsun. Ötən dövr üçün hesablanan pensiya fərqinin ümumi məbləği ötən dövrdəki ayların sayına bölünərək aylıq pensiyanın üzərinə əlavə edilməklə ödənilsin. Qərardan, təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (ünvan: Bakı şəhəri, Z.Xəlilov küçəsi-540) apelyasiya şikayəti verilə bilər.

Hakim Günel Sevdimalıyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar