Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-2003/2022 29.03.2022 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ hakim Hacıbəyova Miminat Tacib qızının sədrliyi, İmanov Sənan Xaliq oğlunun katibliyi ilə, tərəflərin iştirakı olmadan, İddiaçı cavabdeh Bakı şəhəri Cavabdehnə qarşı “cavabdehin üzərinə iddiaçının 2021-ci ilin yanvar ayından ödənilməmiş kirayə haqqının hər ay 400 manat olmaqla, 3200 manat ödənilməsi, Cavabdeh başçının 06 avqust 2020-ci il tarixli 170 nömrəli sərəncamının ləğv edilməsi, iddiaçının 4 nəfər ailə tərkibində yaşayış yeri üzrə güzəştli əsaslara mənzil növbəsinə götürülməyi və ehtiyyatda olan zabitlərin mənzil-uçot siyahısına daxil edilməsi vəzifəsinin qoyulması” tələbinə dair inzibati işə məhkəmə binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Bakı şəhəri Cavabdehnə qarşı “cavabdehin üzərinə iddiaçının 2021-ci ilin yanvar ayından ödənilməmiş kirayə haqqının hər ay 400 manat olmaqla, 3200 manat ödənilməsi, Cavabdeh başçının 06 avqust 2020-ci il tarixli 170 nömrəli sərəncamının ləğv edilməsi, iddiaçının 4 nəfər ailə tərkibində yaşayış yeri üzrə güzəştli əsaslara mənzil növbəsinə götürülməyi və ehtiyyatda olan zabitlərin mənzil-uçot siyahısına daxil edilməsi vəzifəsinin qoyulması” barədə iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı orta təhsilini Salyan rayonu Çuxanlı kəndində bitirdikdən sonra ali təhsilini 1995-ci ildən 1998-ci ilədək C.Naxçıvanski adına hərbi lisseydə davam etdirmişdir. 1998-ci ildə Azərbaycan Ali Hərbi Məktəbinə daxil olmuş və 2002-ci ildə həmin məktəbi Radio-Elektron Kəşfiyyat ixtisası üzrə bitirmişdir. 1998-ci ilin avqust ayından 30 may 2019-cu il tarixədək Azərbaycan Respublikası Silahlı Qüvvələrində 20 il 9 ay xidmət etmişdir. Azərbaycan Respublikası Müdafiə nazirinin 30 may 2019-cu il tarixli 0446 əmrinə əsasən ehtiyyata buraxılmışdır. Bakı şəhəri, Cavabdeh başçısının 17 yanvar 2020-ci il 14 nömrəli sərəncamına əsasən İddiaçı və onun ailə üzvləri Hərbi qulluqçuların statusu haqqında “qanunun tələblərindən irəli gələrək yaşayış yeri üzrə güzəştli əsaslarla mənzil növbəsinə götürülərək ehtiyatda olan zabitlərin mənzil-uçot siyahısına daxil edilmişdir. Lakin məlum olmayan səbəblərdən Bakı şəhər, Cavabdeh başçısının 6 avqust 2020-ci il tarixli, 170 nömrəli sərəncamına əsasən Cavabdeh başçısının 17 yanvar 2020-ci il tarixli, 14 nömrəli sərəncamı ləğv edilmiş, iddiaçı və onun ailə üzvləri güzəştli mənzil növbəsindən çıxarılmışdır. Qeyd olunan sərəncamda “Hərbi Qulluqçuların statusu haqqında“ qanunun və Hərbi vəzifə və hərbi xidmət haqqında Azərbaycan Respublikasının qanunun müvafiq maddələrinə istinad edilsə də, qeyd olunan maddələrin heç birində ehtiyatda olan hərbi qulluqçuların güzəştli mənzil növbəsindən çıxarılması ilə bağlı hər hansı bir norma yoxdur. Əksinə hərbi qulluqçuların statusu haqqında “qanunun 12 maddəsinin 6-cı bəndinə əsasən yaşma, xəstəliyə görə, ştatların ixtisarına, ailə vəziyyətinə görə həqiqi ehtiyata və ya istefaya buraxılmış 20 təqvim ili və daha çox xidmət etmiş hərbi qulluqçular (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularından başqa) bələdiyyə torpaqlarının mülkiyyətə (icarəyə) verilməsi məqsədi ilə torpaq hərracları və ya müsabiqələrinin keçrilməsi zamanı “Torpaq bazarı haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin 3-cü hissəsində nəzərdə tutulmuş üstünlük hüququna malikdir. İddiaçı göstərilənlərə əsasən iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdeh Bakı şəhəri Cavabdeh məhkəməyə etiraz təqdim edərək iddia tələbinin mümkün sayılmamasını xahiş etmişdir. Etirazını onunla əsaslandırılmışdır ki, Azərərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Bakı şəhəri Yasamal rayon İdarəsinin 11 sentyabr 2019-cu il tarixli 288 saylı arayışına əsasən İddiaçı “Hərbi qulluqçuların statusu haqqında” Azərbaycan Respublikasının qanunun 12-ci maddəsinə əsasən “Hərbi Xidmətkeçmə haqqında” Əsasnamənin 156-ci maddəsinin “j” bəndi (öz arzusu ilə) ilə Azərbaycan Respublikasının Silahlı Qüvvələrində həqiqi hərbi xidmətdən ehtiyatına buraxılmışdır. “Hərbi qulluqçuların statusu haqqında” Azərbaycan Respublikasının qanunun 12-ci maddəsinə əsasən “Hərbi Xidmətkeçmə haqqında” Əsasnamənin 156-cı maddəsinin “j" bəndi (öz arzusu ilə) ehtiyata buraxılan hərbi qulluqçuların mənzil növbəsinə götürülməsi nəzərdə tutulmamışdır. Həmçinin Azərbaycan Respublikası Milli X1ruculuğu, İnzibati və Hərbi Qanunvericilik şöbəsinin Cavabdeh 215/g-10 nömrəli, 10 iyul 2020-ci il tarixli məktubuna cavab olaraq bildirilmişdir ki, “Hərbi qulluqçuların statusu haqqında” Azərbaycan Respublikasının Qanununda və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2012-ci il, 6 avqust tarixli “Ehtiyata və ya istefaya buraxılmış vətəndaşların bəzi kateqoriyalarına müvəqqəti mənzil kirayəsi xərclərinin məbləğinin və ödənilməsi qaydasının müəyyən edilməsi barədə” 174 nömrəli qərarında öz arzusu ilə ehtiyata və ya istefaya buraxılmış hərbi qulluqçuların mənzil uçotu siyahısına götürülməsi və onlara müvəqqəti mənzil kirayə haqqının ödənilməsi məsələləri nəzərdə tutulmamşdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 1.1-ci maddəsinə əsasən, bu Məcəllə inzibati hüquq münasibətləri ilə bağlı mübahisələrin (bundan sonra inzibati mübahisələr) məhkəmə aidiyyətini, həmin mübahisələrə məhkəmədə baxılmasının və həll edilməsinin prosessual prinsiplərini və qaydalarını müəyyən edir. Həmin Məcəllənin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Məhkəmə tərəfindən 01 fevral 2022-ci il, 29 mart 2022-ci il tarixlərinə təyin edilmiş məhkəmə iclaslarının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edildiyinə baxmayaraq iddiaçı iclaslarda hər hansı üzürlü səbəb göstərmədən iştirak etməmişdir. İddiaçı məhkəmə tərəfindən onun üzərinə qoyulan vəzifəni icra etməmişdir. İddiaçı məhkəmə prosesi ilə maraqlanmamış, məhkəmə iclaslarına gəlməmiş, səlahiyyətli nümayəndəsinin iştirakını təmin etməmiş, qanun və məhkəmənin tələblərini yerinə yetirməmişdir. Görünür iddiaçı onun iddia ərizəsində göstərilmiş iddia tələbinə məhkəmə tərəfindən baxılmasını istəmir. Belə ki, cavabdeh tərəindən təqdim edilmiş 21.12.2021-ci il tarixli 475 nömrəli Cavabdeh başçısının sərəncamından göründüyü kimi, sərəncam ilə iddiaçı tərəfindən mübahisələndirilən 170 nömrəli 06.08.2020-ci il tarixli sərəncamın ləğv olunması, İddiaçı 4 nəfər ailə tərkibi (özü, həyat yoldaşı oğlu, qızı) ilə birlikdə ehtiyyatda olan hərbi qulluqçuların güzəştli mənzil növbəsinə bərpa olunması qərara alınmışdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 55.3-cü maddəsinə əsasən, məhkəmənin tələbinə baxmayaraq, iddiaçı 30 gündən çox müddət ərzində ardıcıl olaraq iş üzrə məhkəmə icraatından yayındıqda, iddia geri götürülmüş sayılır. Belə hallarda məhkəmə iddianın geri götürülmüş sayılması barədə qərardad qəbul edir. Həmin Məcəllənin 55.5-ci maddəsinə əsasən, iddiaçı iddiadan imtina etdikdə və ya iddia məhkəmə tərəfindən geri götürülmüş sayıldıqda, məhkəmə icraata xitam verilməsi barədə qərardad qəbul edir. Həmin qərardadda iddiadan imtina edilməsinin və ya iddianın geri götürülmüş sayılmasının bu Məcəllədə nəzərdə tutulmuş hüquqi nəticələri göstərilməlidir. Qeyd edilənlərə əsasən məhkəmə belə nəticəyə gəlir ki, İddiaçı cavabdeh Bakı şəhəri Cavabdehnə qarşı “cavabdehin üzərinə iddiaçının 2021-ci ilin yanvar ayından ödənilməmiş kirayə haqqının hər ay 400 manat olmaqla, 3200 manat ödənilməsi, Cavabdeh başçının 06 avqust 2020-ci il tarixli 170 nömrəli sərəncamının ləğv edilməsi, iddiaçının 4 nəfər ailə tərkibində yaşayış yeri üzrə güzəştli əsaslara mənzil növbəsinə götürülməyi və ehtiyyatda olan zabitlərin mənzil-uçot siyahısına daxil edilməsi vəzifəsinin qoyulması” barədə iddia ərizəsi geri götürülmüş hesab edilməli və bununla əlaqədar iş üzrə icraata xitam verilməlidir. Göstərilənləri və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 55-ci və 80-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı cavabdeh Bakı şəhəri Cavabdehnə qarşı “cavabdehin üzərinə iddiaçının 2021-ci ilin yanvar ayından ödənilməmiş kirayə haqqının hər ay 400 manat olmaqla, 3200 manat ödənilməsi, Cavabdeh başçının 06 avqust 2020-ci il tarixli 170 nömrəli sərəncamının ləğv edilməsi, iddiaçının 4 nəfər ailə tərkibində yaşayış yeri üzrə güzəştli əsaslara mənzil növbəsinə götürülməyi və ehtiyyatda olan zabitlərin mənzil-uçot siyahısına daxil edilməsi vəzifəsinin qoyulması” barədə iddia ərizəsi geri götürülmüş hesab edilsin və 2-1(112)-2003/2022 saylı inzibati iş üzrə icraata xitam verilsin. Qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində ondan Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin inzibati kollegiyasına (ünvan: Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər. Hakim Miminat Hacıbəyova
Məhkəmə qərarları › İş №2-1(112)-2003/2022
Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-2003/2022
29.03.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver