Məhkəmə qərarları › İş №2-1(112)-2004/2022

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-2004/2022

05.04.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-2004/2022 05.04.2022 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Hüseynov Pərviz Aktiv oğlunun sədrliyi, məhkəmə iclas katibi Əhmədov Rəşad Əhməd oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi- Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı “əlillik dərəcəsinin təyin edilməsi” tələbinə dair iddia ərizəsi üzrə inzibati işə məhkəmənin binasında şifahi, açıq məhkəmə baxışı iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ona müddətsiz ikinci dərəcəli əlilliyin təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı izahatında bildirdi ki, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Tibbi-Sosial Ekspert Komissiyasında 02.05.2021-ci ildə sonuncu müayinəyə dair imtina əsassızdır. O, 27.08.2005-ci ildə Vətənə olan borcunu yerinə yetirən zaman postda növbətçiliyini dəyişdirərkən, əsgər yoldaşının avtomat silahla ehtiyatsız davranışı nəticəsində açılan atəşdən yaralanmışdır. Bu, Müdafiə Nazirliyi Mərkəzi Hərbi Komissiyasının Qərarı ilə təsdiqlənmişdir. 2006-cı ildən 2016-ci ilədək hər bir ildən bir Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Tibbi Sosial Ekspert Komissiyasından əlillər üçün təşkil olunmuş təkrar müayinədən keçirilmişdir. 2016-cı ildə isə qanunun dəyişməsinə əsasən 5 illik müddətinə təkrar müayinədən keçirilirmişdir. Bu illər ərzində heç bir maneələrlə rastlaşmamışdır. O, 2006-ci ildən 24.02.2021-ci ilədək əlillik pensiyasını almışdır. Göstərilənlərə əsasən iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İştirak etdiyi məhkəmə iclasında cavabdehin nümayəndəsi X3 iddia tələbini qəbul etməyərək iddianın rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə proses iştirakçılarının izahatını dinləyərək, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməməlidir. İş materiallarında olan Tibbi-Sosial Ekspert Komissiyasında sonuncu müayinəyə dair 21.01.2021-ci il tarixli məlumatdan görünür ki, İddiaçı 10.02.2016-cı il tarixdən 10.02.2021ci il tarixədək ikinci dərəcəli əlillik təyin edilmişdir. Əlillik səbəbi: hərbi xidmət vəzifəsini yerinə yetirməklə əlaqədar əlillik, diaqnoz: Qarının ön divarının dəlib keçən güllə yaralanmasından görə (27.08.2008) loporotomiy sekastomasının qoyulması (12.01.2006) C/ə sonrakı vəziyyət, sağ tərəfli hemikoliktomiya 20 sm nazik bağırsağın rezeksiyası artrozu. Əmək zəmanəti: əmək qabiliyyəti məhduddur - qeyd edilmişdir. İş materiallarında olan Tibbi-Sosial Ekspert Komissiyasında sonuncu müayinəyə dair 09.08.2021-ci il tarixli məlumatdan görünür ki, İddiaçı barəsində əlilliyin təyin edilməsindən imtina edilmişdir. Səbəb: Diaqnoz əlillik əlaməti təyin etməməsi. Diaqnoz və ağışlaşmalar əlilliyin təyininə əsas vermir. Forma 88 – 0452003AAJT5. Qiymətləndirmə tarixi 02.05.2021-ci il. İş materiallarında olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi Sosial Ekspertiza və Reabilitasiya Agentliyi tərəfindən İddiaçı ünvanlanmış 18.06.2021-ci il tarixli məktubda qeyd edilir: Əlillik vəziyyətinizin qiymətləndirilməsi ilə bağlı müraciətinizə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyində aidiyyəti üzrə baxılmışdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 16.01.2020-ci il tarixli 11 nömrəli qərarı ilə təsdiq olunmuş "Əlilliyin qiymətləndirilməsi Qaydası"na uyğun olaraq Sizin əlillik vəziyyətiniz dövlət səhiyyə müəssisəsinin 0452003AAJED nömrəli göndərişi əsasında 26.02.2021-ci il tarixdə qiymətləndirilmiş və göndərişin natamam doldurulması barədə qərar qəbul edilmişdir. Belə ki, Sizə dair Gəncə 6 nömrəli şəhər Poliklinikası tərəfindən rəsmiləşmiş 0452003AAJED nömrəli göndərişdə (Forma-88) xəstənin ağırlıq dərəcəsi, funksional pozğunluğu və ekspertiza üçün əhəmiyyətli olan digər xüsusiyyətləri qeyd edilməməsi səbəbindən əlillik təyinatının aparılması mümkün olmamışdır. Bununla əlaqədar, səhiyyə müəssisəsi tərəfindən ətraflı müayinə olunub, sağlamlıq vəziyyətinizi tam və ətraflı şəkildə əks etdirən Sizə dair göndəriş rəsmiləşdirildikdən sonra əlillik vəziyyəti mövcud qanunvericiliyə uyğun olaraq qiymətləndiriləcəkdir. İş materiallarında olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi Sosial Ekspertiza və Reabilitasiya Agentliyi tərəfindən İddiaçı ünvanlanmış 18.08.2021-ci il tarixli məktubda qeyd edilir: Sizin əlillik vəziyyətinizin qiymətləndirilməsi barədə Azərbaycan Respublikasının Milli Məclisinin Aparatından daxil olmuş müraciətinizə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyində baxılmışdır. Müəyyən edilmişdir ki, Sizin əlillik vəziyyətiniz Gəncə 6 nömrəli şəhər Poliklinikasının 0452003AAJT5 nömrəli göndərişi əsasında 02.05.2021-ci il tarixində qiymətləndirilmiş və diaqnozun əlillik əlamətini təyin etməməsi (Səbəb: Diaqnoz və ağırlaşması əlilliyin təyininə əsas vermir.) barədə qərar qəbul edilmişdir. Gələcəkdə Sizin səhhətinizdə ağırlaşmalar əmələ gələrsə, tibb müəssisəsi tərəfindən Sizə dair sağlamlıq vəziyyətini tam ətraflı əks etdirən göndəriş rəsmiləşdiriləcəyi təqdirdə, əlillik vəziyyətiniz mövcud qanunvericiliyə uyğun olaraq qiymətləndiriləcəkdir. İş materiallarında olan Əlillik altsistemindən çıxarışlardan görünür ki, İddiaçı əlillik vəziyyəti Gəncə şəhəri. Müharibə və əmək Veteranlar Poliklinikasının 23.02.2006-cı il tarixli göndərişi əsasında baxılmış və səbəbi Hərbi xidmət vəzifəsini yerinə yetirməklə əlaqədar əlillik göstərilməklə bir il müddətinə əlillik dərəcəsi verilmişdir. İddiaçı əlillik vəziyyəti Gəncə şəhəri. Müharibə və əmək Veteranlar Poliklinikasının 04.02.2014-cü il tarixli göndərişi əsasında baxılmış və səbəbi Hərbi xidmət vəzifəsini yerinə yetirməklə əlaqədar əlillik göstərilməklə bir il müddətinə əlillik dərəcəsi verilmişdir. İddiaçı əlillik vəziyyəti Gəncə şəhəri. Müharibə və əmək Veteranlar Poliklinikasının 10.02.2015-ci il tarixli göndərişi əsasında baxılmış və səbəbi Hərbi xidmət vəzifəsini yerinə yetirməklə əlaqədar əlillik göstərilməklə bir il müddətinə əlillik dərəcəsi verilmişdir. İddiaçı əlillik vəziyyəti elektron təyinatla 10.02.2016-cı il tarixdə baxılmış və səbəbi Hərbi xidmət vəzifəsini yerinə yetirməklə əlaqədar əlillik göstərilməklə beş il müddətinə əlillik dərəcəsi verilmişdir. İddiaçı əlillik vəziyyəti X5 adına xəstəxananın poliklinika şöbəsinin 18.02.2021ci il tarixli 0452003AAJED saylı göndərişi əsasında baxılmış və mərkəzə göndərilmənin imtina edilmənin səbəbi: Göndərişin natamam doldurulması; - Səbəb: Xəstənin ağırlıq dərəcəsi, funksional pozğunluğu və ekspertiza üçün əhəmiyyətli olan digər xüsusiyyətləri qeyd edilməmişdir - səbəbi ilə imtina verilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə Tibbi Ekspertiza və X1 T 32/2022 saylı 24.01.2022-ci il tarixli ekspert rəyindən görünür ki, 1986cı il təvəllüdlü İddiaçı adına tərtib edilmiş sənədlərə, özünün məhkəmə-tibbi müayinəsinə və qərardda göstərilən suallara uyğun Komissiya nəticəyə gəlir: vətəndaş İddiaçı tibbi sənədlərinə və əyani müayinəsinə əsasən hazırda onun əziyyət çəkdiyi “qarını dəlib-keçən güllə yaralanması (27.08.2005) görə larotomiya sekostomanın qoyulması, 12.01.2006-cı ildə relaparotomiya, sağ tərəfli hemikolektomiya, qalça 20sm, 60sm yoğun bağırsağın rezeksiyası yan-yana ilietranseverzo anastomozun qoyulmasından sonrakı çanaq orqanlarının bitişmə xəstəliyi, xroniki hissəvi bağırsaq keçməməzliyi, həzm funksiyasının pozulması, ikincili anemiya” diaqnozu əlillik dərəcəsinin təyininə əsas vermir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 16 yanvar tarixli 11 nömrəli Qərarı ilə təsdiq edilmiş «Əlilliyin qiymətləndirilməsi Qaydası»nın: 1.2-ci bəndinə əsasən Azərbaycan Respublikasında əlilliyi qiymətləndirmək məqsədilə tibbi-sosial ekspertiza Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (bundan sonra – Nazirlik) tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin (bundan sonra – Agentlik) tibbi-sosial ekspert komissiyaları (bundan sonra – TSEK) tərəfindən həyata keçirilir. 1.4-cü bəndinə əsasən əlilliyin qiymətləndirilməsi “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3.4-cü maddəsinə uyğun olaraq “Əlilliyin müəyyən olunması meyarları”na əsasən həyata keçirilir. 1.6-cı bəndinə əsasən əlilliyin səbəbinin, dərəcəsinin və müddətinin müəyyən edilməsi məqsədilə əlilliyin qiymətləndirilməsi TSEK tərəfindən Nazirliyin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin Əlillik altsistemi (bundan sonra – altsistem) vasitəsilə aparılır. 2.1-ci bəndinə əsasən şəxsin əlilliyinin qiymətləndirilməsi tibbi-sosial ekspertiza müayinəsinə göndəriş vermək hüququ olan tibb müəssisələrinin həkim-məsləhət komissiyaları və ya Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 29 fevral tarixli 59 nömrəli Qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə” ilə müəyyən edilmiş hərbi-həkim komissiyaları (bundan sonra – Komissiya) tərəfindən “Tibbisosial ekspert komissiyasına göndərişlərin reyestri”nə elektron sənəd formasında daxil edilmiş Tibbi-sosial ekspertiza müayinəsinə göndəriş (bundan sonra – göndəriş) əsasında aparılır. 2.2-ci bəndinə əsasən göndərişin rəsmiləşdirilməsi barədə məlumat “Tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin reyestri”nə daxil edildikdən sonra altsistemə ötürülür. 2.3-cü bəndinə əsasən göndəriş altsistem tərəfindən qəbul edildikdən sonra göndərişi verən Komissiyanın, bu göndərişi təsdiq edən vəzifəli şəxslərin və əlilliyi qiymətləndiriləcək şəxsin kimliyini birbaşa və ya dolayısilə müəyyən etməyə imkan verən bütün məlumatlar şifrlənərək adsızlaşdırılır. Adsızlaşdırılmış göndərişlər əlilliyin qiymətləndirilməsi məqsədilə altsistem üzərindən dərhal TSEK-ə göndərilir. 2.4-cü bəndinə əsasən TSEK 10 (on) iş günündən çox olmamaqla göndərişdə qeyd olunmuş məlumatlar əsasında şəxsin əlilliyini qiymətləndirir, əlilliyin müəyyən olunmasına və ya səbəblərini göstərməklə, imtinaya dair qərar qəbul edir. Əlavə araşdırma tələb olunduğu hallarda, TSEK-in müraciəti əsasında bu müddət Agentlik tərəfindən 15 (on beş) iş gününədək uzadıla bilər. Məhkəmə tərəfindən müəyyən edildi ki, İddiaçı əlillik vəziyyəti tibb müəssisəsinin 0452003AAJT5 nömrəli göndərişi əsasında 02.05.2021-ci il tarixində qiymətləndirilmiş və səbəb - diaqnoz və ağırlaşması əlilliyin təyininə əsas vermir göstərilməklə diaqnozun əlillik əlamətini təyin etməməsi barədə qərar qəbul edilmişdir. Məhkəmə araşdırması zamanı keçirilmiş ekspert rəyi ilə müəyyən edildi ki, iddiaçının tibbi sənədlərinə və əyani müayinəsinə əsasən hazırda onun əziyyət çəkdiyi “qarını dəlib-keçən güllə yaralanması (27.08.2005) görə larotomiya sekostomanın qoyulması, 12.01.2006-cı ildə relaparotomiya, sağ tərəfli hemikolektomiya, qalça 20sm, 60sm yoğun bağırsağın rezeksiyası yan-yana ilietranseverzo anastomozun qoyulmasından sonrakı çanaq orqanlarının bitişmə xəstəliyi, xroniki hissəvi bağırsaq keçməməzliyi, həzm funksiyasının pozulması, ikincili anemiya” diaqnozu əlillik dərəcəsinin təyininə əsas vermir. Göründüyü kimi, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə Tibbi Ekspertiza və X2 tərəfindən iddiaçının tibbi sənədlərinə baxış keçirilmiş və iddiaçı əyani müayinə olunmuş, iddiaçıya təyin edilmiş diaqnozun əlillik dərəcəsinin təyininə əsas verməməsi ekspert rəyi ilə də öz təsdiqi tapmışdır. Bu baxımdan məhkəmə hesab edir ki, cavabdehin imtinası qanuni və əsaslıdır. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddia əsassızdır və təmin edilməməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.2-ci maddəsinə əsasən inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 33.1-ci maddəsinə əsasən məcburetmə haqqında iddia vasitəsi ilə iddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsini cavabdehin üzərinə qoymağı məhkəmədən tələb edə bilər. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 58.1-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2, 33, 52, 58.1, 68, 69, 75.4, 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddia təmin edilməsin. Qərardan məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Pərviz Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar