Məhkəmə qərarları › İş №2-1(112)-2004/2024

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-2004/2024

18.03.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-2004/2024 18.03.2024 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Kərimli Rüstəm Lətif oğlunun sədrliyi, Məmmədova Sevda Rövşən qızının katibliyi iddiaçının nümayəndəsi (vəkili) Vəkil iştirakı ilə İddiaçı cavabdeh Təhsildə X1rşı «təhsilə aid kvalifikasiyanın tanınması və şəhadətnamənin verilməsi» tələbinə dair iddiası üzrə işə məhkəmənin binasında (Bakı şəhəri, Nəsimi rayonu, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 2.2.2-ci maddəsinə əsasən inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. İPM-in 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddiaçı cavabdeh Təhsildə X1rşı «təhsilə aid kvalifikasiyanın tanınması və şəhadətnamənin verilməsi» tələbini irəli sürərək iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət etmişdir. İddia ərizəsində bildirilir ki, İddiaçı 2016-cı ildə Rusiya Federasiyası Dağıstan Respublikasında X3 Universitetinin fiziki tərbiyə və çağırışa qədərki hazırlıq müəllimliyi (qızlar üçün fiziki tərbiyə) fakültəsinə daxil olmuş və 2021-ci ildə Universitetin həmin fakültəsini bitirmişdir. Bu barədə ona Universitet tərəfindən 100518 ******* (reyestr nömrəsi 19046) nömrəli bakalavr diplomu verilmişdir. İddiaçı ali təhsilə aid kvalifikasiyanın tanınması ilə bağlı cavabdehə elektron ərizə ilə müraciət etmişdir. Cavabdehin 14 iyul 2023-cü il tarixli cavab məktubunda məsələnin həllindən imtina edilmişdir. İmtina məktubuna əsasən iddiaçı barəsində “Xarici dövlətin ali təhsilə aid kvalifıkasiyanın tanınmasından imtina edilməsi barədə” qərar qəbul olunmuşdur. Ərizəçinin müraciətinə baxılaraq onun ali təhsilinin bakalavriat səviyyəsi üzrə hər bir tədris ili ərzində sözügedən kvalifıkasiya üzrə nəzərdə tutulmuş təhsilin normativ müddətinin yarısı qədər təhsil aldığı ölkənin ərazisində olmaması müəyyən edilmişdir. Beləliklə, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2023-cü il 3 fevral tarixli 34 nömrəli qərarı ilə təsdiq edilmiş «Xarici dövlətlərin ali təhsilə aid kvalifikasiyalarının tanınması Qaydaları»nın 3.10.1-ci və 4.1.4-cü bəndlərinə əsasən ərizəçinin xarici dövlətin ali təhsilə aid kfalifıkasiyasının tanınmasından imtina edilməsi üçün hüquqi əsas yaranmışdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2010-cu il 23 aprel tarixli 75 nömrəli qərarı ilə təsdiq edilmiş «Ali təhsil pilləsinin dövlət standartı və proqramı»nın 8.7.2-ci bəndinə əsasən qiyabi forma üzrə tələbələrin auditoriya dərslərinin həcmi bakalavriat səviyyəsində ildə 180 – 240 saat nəzərdə tutulur. Eyni zamanda Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2023-cü il 3 fevral tarixli 34 nömrəli qərarı ilə təsdiq edilmiş «Xarici dövlətlərin ali təhsilə aid kvalifikasiyalarının tanınması Qaydaları»nın 4.1.5-ci bəndinə əsasən xarici dövlətlərdə əldə olunan ali təhsilə aid kvalifıkasiyaların tanınması üçün Milli Kvalifıkasiyalar Çərçivəsi üzrə orta ixtisas təhsili, bakalavriat (əsas (baza ali) tibbi təhsili) və magistratura səviyyələrinə uyğun kvalifıkasiyalara münasibətdə tədris müddətinin ən azı üçdə ikisində ənənəvi təlim metodlarına əsaslanan formal təhsilin əldə olunması (tibb və səhiyyə ixtisasları üzrə təhsilin normativ müddətində ənənəvi təlim metodlarına əsaslanan formal təhsilin əldə olunması). İddiaçı hesab edir ki, cavabdeh qurumun imtinası əsassızdır. Cavabdeh imtinasını «Xarici dövlətlərin ali təhsilə aid kvalifıkasiyalarınm tanınması Qaydaları»nın 3.10.1 və 4.1.4-cü yarımbəndləri ilə əsaslandırmışdır. İddiaçıya münasibətdə Qaydaların sözügedən müddıalarında qeyd olunan halların heç biri mövcud deyil və onun aldığı ixtisas Azərbaycan Respublikasında müəyyən edilən təhsil standartlarına tam uyğundur. Bu səbəbdən aldığı ixtisas, yəni ali təhsilə aid kvalifikasiya tanınmalı və ekvivalentliyinə dair müvafiq şəhadətnamə verilməlidir. «Təhsil haqqında» Azərbaycan Respublikası Qanununun 44.1-ci maddəsinə əsasən Azərbaycan Respublikası vətəndaşlarının xarici ölkələrdə, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasında təhsilin hər hansı pilləsində təhsil alması və ya ixtisas artırması Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrə uyğun olaraq, dövlət tərəfindən müəyyən edilmiş kvota, təhsil qrantı proqramı və təhsil müəssisəsinin, hüquqi və fiziki şəxslərin birbaşa bağladıqları müqavilələr əsasında həyata keçirilir. Azərbaycan Respublikasının tərəfdar çıxdığı (1997-ci ildə) «Avropa regionunda ali təhsil sahəsində ixtisasların tanınması haqqında» Konvensiyaya əsasən diplomun tanınması üçün iki mühüm şərt var. Birincisi, xarici vətəndaşa ixtisas verən təhsil müəssisəsinin öz ölkəsində akkreditasiya olunması, yəni qanuni ali məktəb olmadadır. İkinci şərt isə, tələbənin həmin məktəbdə həqiqi şəkildə oxuyaraq diplom almasıdır. İddiaçı tərəfindən təqdim edilmiş arayışdan da görünür ki, o, həqiqətən Akademiyada oxumuş və diplom almışdır. Göstərilənlərə və İPM-in 45, 46, 73-cü maddələrinə əsaslanaraq, Rusiya Federasiyası Dağıstan Respublikası “X3 Universiteti” tərəfindən İddiaçı verilmiş 11 yanvar 2022-ci il tarixli 100518 ******* (reyestr nömrəsi 19046) nömrəli diplom üzrə aldığı ixtisasın – təhsilə aid kvalifikasiyanın Azərbaycan Respublikasının ərazisində tanınması və ekvivalentliyi haqqında şəhadətnamənin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılması xahiş olunur. Cavabdeh Təhsildə Keyfiyyət Təminatı Agentliyinin məhkəməyə təqdim edilmiş iddiaya qarşı yazılı münsibətində (etirazda) bildirilir ki, İddiaçı Təhsildə X1rşı Rusiya Federasiyası X3 Universiteti tərəfindən verilmiş “iqtisadiyyat” ixtisası (bakalavr/qiyabi) üzrə aldığı kvalifikasiyanın Azərbaycan Respublikasının ərazisində tanınması və tanınma haqqında şəhadətnamənin verilməsi öhdəliyinin Agentliyin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. İddiaçı aldığı ixtisasın ölkə ərazisində tanınması və tanınma haqqında şəhadətnamənin verilməsi məqsədilə Agentliyə müraciət etmişdir. Onun müraciəti üzrə inzibati icraat apararaq təhsil aldığı ölkədə aşağıdakı müddətlərdə olduğunu müəyyən etmişdir: 2016/2017-ci tədris ili üzrə – 12 gün, 2017/2018-ci tədris ili üzrə – 2 gün, 2018/2019-cu tədris ili üzrə – 14 gün, 2019/2020-ci tədris ili üzrə – 8 gün (İ semestr) (İİ semestr pandemiya dövrü), 2020/2021-ci tədris ili üzrə getməyib (9 dekabr 2021-ci il tarixdək) pandemiya dövrü) olmuşdur. Belə ki, sözügedən müddət ərzində iddiaçının tədris ili ərzində müvafiq kvalifikasiya üzrə nəzərdə tutulmuş təhsilin normativ müddətinin ən azı yarısı qədər həmin ölkədə olmadığı və ona təqdim olunan diplom əlavəsində göstərilən tədris yükünü dövlət standartlarının tələblərinə uyğun yerinə yetirməsinin qeyri-mümkün olması müəyyən edilmişdir. Bu səbəbdən iddiaçının ali təhsilə dair kvalifikasiyasının tanınmasından imtina edilmiş və 13 iyul 2023-cü il tarixdə inzibati akt tərtib edilərək onun elektron kabinetində yerləşdirilmişdir. Cavabdeh qurum hesab edir ki, onlar tərəfindən verilmiş imtina qanuni və əsaslıdır. Belə ki, İPM-in 73.3-cü maddəsinin tələblərinə əsasən inzibati orqan tərəfindən diskression səlahiyyət əsasında qərar qəbul edildikdə və ya hər hansı hüquq normasının tətbiqi ilə bağlı inzibati orqana qiymətləndirmə azadlığı verildikdə məhkəmə, bir qayda olaraq, iddiaçının tələbinə uyğun qərar qəbul edə bilməz. Cavabdeh orqan inzibati aktı qəbul edərkən diskresion səlahiyyətlərin qanunla müəyyən olunmuş hədlərinə əməl etmiş və diskresion hüququn həmin səlahiyyətlərin məqsədinə uyğun şəkildə həyata keçirilməsini təmin etmişdir. Belə ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası oxşar işlər üzrə qərarlarında dəfələrlə (2-1(102)-265/2020 saylı iş üzrə 18 fevral 2020-ci il tarixli, 2-1(102)- 251/2021 saylı iş üzrə 16 fevral 2021-ci il tarixli qərarlar) xarici dövlətlərin ali təhsil sahəsində ixtisaslarının tanınması və onların ekvivalentliyinin müəyyən edilməsinin cavabdeh inzibati orqanın diskresion səlahiyyətlərinə aid olmasını vurğulamışdır. Xarici dövlətlərin ali təhsilə aid kvalifikasiyalarının tanınması Azərbaycan Respublikası Nazirlər Kabinetinin 3 fevral 2023cü il tarixli 34 nömrəli qərarı ilə təsdiq edilmiş «Xarici dövlətlərin ali təhsilə aid kvalifikasiyaları tanınması Qaydaları»na uyğun olaraq həyata keçirilir. Sözügedən Qaydaların 4.1.1-ci yarımbəndinə əsasən tanınma üçün Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2018-ci il 18 iyul tarixli 311 nömrəli qərarı ilə təsdiq edilmiş «Azərbaycan Respublikasının ömürboyu təhsil üzrə Milli Kvalifikasiyalar Çərçivəsi» üzrə orta ixtisas təhsili, bakalavriat və magistratura səviyyəsinə uyğun kvalifikasiyalara münasibətdə ərizəçi hər bir tədris ili ərzində müvafiq kvalifikasiya üzrə nəzərdə tutulmuş təhsilin normativ müddətinin ən azı yarısı qədər təhsil aldığı ölkənin ərazisində olmalıdır. Həmin Qaydaların 3.10-cu bəndinə əsasən bu Qaydaların 4.1-ci bəndində nəzərdə tutulan ümumi tələblərə riayət olunmadıqda kvalifikasiyanın tanınmasından imtina haqqında qərar qəbul edilir. Eyni zamanda, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 24 dekabr 2013-cu il tarixli 348 nömrəli qərarı ilə təsdiq edilmiş «Ali təhsil müəssisələrinin bakalavriat və magistratura səviyyələrində, əsas (baza ali) tibb təhsilində və Azərbaycan Milli Elmlər Akademiyasının magistratura səviyyəsində kredit sistemi ilə tədrisin təşkili Qaydaları»nın 3.2.3-cü yarımbəndinə əsasən qiyabi təhsilalma forması üzrə tədris ili 32 həftədir. Hər semestr 16 həftədən (o cümlədən, 1 həftə imtahan sessiyası) ibarətdir və hər semestrə 24 kredit müəyyənləşdirilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 aprel 2010-cu il tarixli 75 nömrəli qərarı ilə təsdiq edilmiş «Ali təhsil pilləsinin dövlət standartı və proqramı»nın 8.7.1-ci yarımbəndinə əsasən həftəlik auditoriya dərsləri bakalavriat səviyyəsində 30, magistratura səviyyəsində isə 16 saatdan çox olmamalıdır, 8.7.2-ci yarımbəndinə görə isə, qiyabi forma üzrə tələbələrin auditoriya dərslərinin həcmi bakalavriat səviyyəsində ildə 180 – 240 saat nəzərdə tutulur. Belə ki, bakalavr (magistratura) səviyyəsinə uyğun kvalifikasiyalara münasibətdə ərizəçi təhsil müddətində hər bir tədris ili üzrə tələb olunan normativ müddətə riayət etməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 24 dekabr 2013-cü il tarixli 348 nömrəli qərarı ilə təsdiq edilmiş «Ali təhsil müəssisələrinin bakalavriat (magistratura) səviyyələrində kredit sistemi ilə tədrisin təşkili Qaydaları»nın 3cü bölməsinə əsasən ərizəçinin aldığı təhsilin müddəti Azərbaycan Respublikasında ona ekvivalent ixtisas üzrə təhsilin müddətinə uyğun gəlmir. Qeyd olunan normativ-hüquqi aktların müddəalarından da göründüyü kimi, iddiaçıya məxsus olan kvalifikasiyanın tanınmasına hüquqi əsas olmadığından onun iddia tələbi rədd edilməlidir. Göstərilənlərə əsaslanaraq, iddianın rədd edilməsi məhkəmədən xahiş olunur. İşin şifahi məhkəmə baxışı ilə bağlı iclasın vaxtı və yeri barədə tərəflərə bildiriş ünvanlanmışdır. Məhkəmə iclasına iddiaçının nümayəndəsi (vəkili) gəlmiş, cavabdeh tərəf gəlməmişdir. Məhkəmə İPM-in 62.3-cü maddəsinin tələblərini rəhbər tutaraq, işə cavabdeh tərəfin iştirakı olmadan baxılmasını mümkün saydı. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi (vəkili) Vəkil iddianı müdafiə etdi və onun təmin olunmasını xahiş etdi. Məhkəmə iddiaçının nümayəndəsini (vəkili) dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməməlidir. Belə ki, «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 2.0.2-ci maddəsinə əsasən inzibati akt – inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələləri nizama salmaq və ya həll etmək məqsədi ilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. Həmin Qanunun 17-ci maddəsinə əsasən fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. İPM-in 33.1-ci maddəsinə görə məcburetmə haqqında iddia vasitəsi ilə iddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsini cavabdehin üzərinə qoymağı məhkəmədən tələb edə bilər. İPM-in 33.2-ci maddəsinə görə bu Məcəllənin 33.1-ci maddəsində nəzərdə tutulmuş qayda həm iddiaçının arzuladığı inzibati aktın qəbulundan cavabdeh tərəfindən imtina edildiyi hallara, həm də cavabdehin hərəkətsizliyi səbəbindən (hərəkətsizliyə qarşı iddia) inzibati aktın qəbul edilmədiyi hallara şamil olunur. «Təhsil haqqında» Azərbaycan Respublikası Qanununun 1.0.7-ci maddəsinə əsasən bakalavr – bakalavriatı bitirmiş şəxslərə verilən ali peşə-ixtisas dərəcəsidir, 1.0.8ci maddəsinə görə bakalavriat – müvafiq ixtisaslar üzrə geniş profilli mütəxəssis hazırlığını həyata keçirən ali təhsilin birinci səviyyəsi. Həmin Qanunun 1.0.36-cı maddəsinə əsasən xarici dövlətlərin ali təhsilə aid kvalifikasiyası – xarici dövlətlərin səlahiyyətli orqanları tərəfindən verilən və verildiyi ölkədə ali təhsil pilləsinə qəbul olunmaq və ya ali təhsilin növbəti səviyyələri üzrə təhsilini davam etdirmək və (və ya) ixtisasına uyğun əmək fəaliyyəti ilə məşğul olmaq hüququ verən, həmçinin şəxsin müvafiq standartlara uyğun bilik, bacarıq, səriştə və təcrübəyə malik olduğunu təsdiq edən təhsil haqqında sənəddir. Həmin Qanunun 27.4-cü maddəsinə görə xarici dövlətlərin ali təhsilə aid kvalifikasiyalarının tanınması müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada həyata keçirilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2023-cü il 3 fevral tarixli 34 nömrəli qərarı ilə «Xarici dövlətlərin ali təhsilə aid kvalifikasiyalarının tanınması Qaydaları» təsdiq edilmişdir. Həmin Qaydaların 3.10-cü bəndinə əsasən aşağıdakı hallarda kvalifikasiyanın tanınmasından imtina edilir: - (3.10.1) bu Qaydaların 4.1-ci bəndində nəzərdə tutulan ümumi tələblərə riayət olunmadıqda; - (3.10.2) ərizəçinin müraciət etdiyi kvalifikasiya ilə Azərbaycan Respublikasında mövcud olan uyğun kvalifikasiya arasında əhəmiyyətli fərq aşkar olunduqda və ya həmin kvalifikasiya Azərbaycan Respublikasında mövcud olmadıqda və qismən, şərti və ya alternativ tanınma mümkün olmadıqda; - (3.10.3) peşə tanınmasına münasibətdə bu Qaydaların 6.2-ci bəndinə uyğun olaraq, ərizəçi sınaq imtahanında müvəffəqiyyət qazanmadıqda. Həmin Qaydaların 4.1-ci bəndinə əsasən tanınma üzrə ümumi tələblər aşağıdakılardır: - (4.1.1) müvafiq kvalifikasiyaya dair sənədin əldə olunduğu təhsil müəssisəsinin fəaliyyət göstərdiyi ölkədə səlahiyyətli keyfiyyət təminatı qurumu tərəfindən akkreditasiyadan keçməsi və dövlət lisenziyasının olması; - (4.1.2) müvafiq kvalifikasiyaya dair sənədin autentik (həqiqi) olması; - (4.1.3) müvafiq kvalifikasiyanın verildiyi ölkənin kvalifikasiyalar çərçivəsində yerinin göstərilməsi; - (4.1.4) Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2018-ci il 18 iyul tarixli 311 nömrəli qərarı ilə təsdiq edilmiş «Azərbaycan Respublikasının ömürboyu təhsil üzrə Milli Kvalifikasiyalar Çərçivəsi» üzrə orta ixtisas təhsili, bakalavriat (əsas (baza ali) tibb təhsili) və magistratura səviyyələrinə uyğun kvalifikasiyalara münasibətdə ərizəçinin hər bir tədris ili ərzində müvafiq kvalifikasiya üzrə nəzərdə tutulmuş təhsilin normativ müddətinin ən azı yarısı qədər təhsil aldığı ölkənin ərazisində olması (tibb və səhiyyə ixtisasları üzrə təhsilin normativ müddətində təhsil aldığı ölkənin ərazisində olması). Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2010-cu il 24 iyun tarixli 117 nömrəli qərarı ilə təsdiq edilmiş «Bakalavriat (əsas (baza ali) tibb təhsili) təhsilinin məzmunu və təşkili Qaydaları»nın 2.8-ci maddəsinə əsasən əyani təhsil forması üzrə tədris ilinin müddəti 40 həftədir. Hər semestr 20 həftədən (o cümlədən 5 həftə imtahan sessiyası) ibarətdir. Qiyabi təhsil forması üzrə isə tədris ili 32 həftədir. Hər semestr 16 həftədən (o cümlədən 1 həftə imtahan sessiyası) ibarətdir və hər semestrə 24 kredit müəyyənləşdirilir. Bəhs edilən qanunvericiliyin müddəalarından görünür ki, kvalifikasiyanın tanınması istiqamətində qəbul edilmiş yeni normativ hüquqi aktın tələblərinə görə əgər ərizəçinin kvalifikasiyası yuxarıda qeyd olunan Qaydaların 4.1-ci bəndində nəzərdə tutulan ümumi tələblərə riayət olunmadıqda kvalifikasiyanın tanınmasından imtina edilir. Nəzərə alınmalıdır ki, Qaydaların 4.1-ci bəndi tanınmaya dair ümumi tələbləri ehtiva edir ki, bu tələblərdən biri də ərizəçinin təhsilin normativ müddəti ilə bağlı şərtin ödənilməsi barədədir. Məlum olduğu kimi digər təhsil formalardan fərqli olaraq əyani təhsil forması tədrisə tam cəlb olunma (fulltime) növü üzrə məcburi auditoriya dərslərinin maksimal həcmi ayrı-ayrı ixtisaslar üzrə təhsil proqramları ilə həyata keçirilir. Hazırki işin faktiki hallarından isə göründüyü kimi iddiaçı Göyçəyeva (Cəfərova) Fatimə Əli qızı 2016-cı ildə Rusiya Federasiyasında X3 Universitetinin fiziki tərbiyə falultəsinə qəbul olmuş və oarada təhsil alaraq 2021-ci ildə bitirmişdir. X4 Komissiyasının 9 dekabr 2021-ci il tarixli (protokol № 5) qərarı ilə bakalavr dərəcəsi üzrə 100518 ******* nömrəli (19046 qetdiyyat nömrəli, 11 yanvar 2022-ci il taruxli) diplom verilmişdir. İddiaçı aldığı ali təhsilə dair kvalifikasiyanın tanınması məqsədi ilə cavabdeh Təhsildə Keyfiyyət Təminatı Agentliyinə müraciət etmiş, lakin sonuncu onun müraciətinin təmin edilməsindən imtina etmişdir. Cavabdehin imtinanı iddiaçının ali təhsilin bakalavriat səviyyəsi üzrə hər bir tədris ili ərzində sözügedən kvalifikasiya üzrə nəzərdə tutulmuş təhsil normativ müddətinin ən azı yarısı qədər təhsil aldığı ölkənin ərazisində olmaması ilə əsaslandırmışdır. İddiaçının hazırda cavabdehin xarici dövlətin ali təhsilə aid kvalifikasiyasının tanınmasından imtinanı mübahisələndirir. Məhkəmə qüvvədə olan qanunvericiliyin və normativ hüquqi-aktların tələblərini hazırki işin faktiki halları ilə birgə qiymətləndirərək cavabdehin imtinasının əsaslı olduğu qənaətindədir. Belə ki, məhkəmə araşdırılması zamanı müəyyən olunmşdur ki, iddiaçı Göyçəyeva (Cəfərova) X2 Dövlət Pedaqoji Universitetində 2016 – 2021-ci illərdə təhsil aldığı müddətdə 2016/2017-ci tədris ili üzrə – 12 gün, 2017/2018-ci tədris ili üzrə – 2 gün, 2018/2019-cu tədris ili üzrə – 14 gün, 2019/2020-ci tədris ili üzrə – 8 gün (İ semestr) (İİ semestr pandemiya dövrü), 2020/2021-ci tədris ili üzrə getməyib (9 dekabr 2021-ci il tarixdək) pandemiya dövrü) olmuşdur. Cavabdeh inzibati orqanın özü də iddiaçının pandemiya dövrünə təsadüf etdiyi dövrü mübahisələndirməmiş, həmin dövrdə onun xarici ölkənin ərazisində olmaması halını üzürlü səbəb kimi qiymətləndirmişdir. Lakin, iddiaçının pandemiyadan əvvəlki 2016 – 2020-ci illər üzrə dövrlərdə xarici ölkənin ərazisində yetərli müaddətdə olmamasını zəruri təhsil normativ müddəti ilə bağlı şərtin ödənilmədiyi kimi qəbul edir. Belə olan halda məhkəmənin qənaətinə görə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2023-cü il 3 fevral tarixli 34 nömrəli qərarı ilə təsdiq edilmiş «Xarici dövlətlərin ali təhsilə aid kvalifikasiyalarının tanınması Qaydaları»nın 4-cü bəndinin 4.1.4-cü yarımbəndinə əsasən cavabdeh inzibati orqan Təhsildə Keyfiyyət Təminatı Agentliyi iddiaçının ixtisası üzrə təhsili ilə bağlı ekvivalentliyin müəyyən edilməsi barədə şəhadətnamənin verilməsindən imtina etməkdə haqlı olmuşdur. Odur ki, cavabdehin imtinası qanuna zidd qiymətləndirilə bilməz. İPM-in 68-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. İPM-in 73.1-ci maddəsinə əsasən inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. Beləliklə məhkəmə hesab edir ki, İddiaçı cavabdeh Təhsildə X1rşı «təhsilə aid kvalifikasiyanın tanınması və şəhadətnamənin verilməsi» tələbinə dair iddiası əsassız olduğundan təmin edilməməlidir. Göstərilənlərə əsaslanaraq və İPM-in 4.1, 14.3, 23.1, 75, 81, 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: İddiaçı cavabdeh Təhsildə X1rşı «təhsilə aid kvalifikasiyanın tanınması və şəhadətnamənin verilməsi» tələbinə dair iddiası təmin edilməsin. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər. Hakim Rüstəm Kərimli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar