Məhkəmə qərarları › İş №2-1(112)-2007/2023

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-2007/2023

02.03.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-2007/2023 02.03.2023 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Abıyev Nəriman İbrahim oğlunun sədrliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi Sosial-Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Tibb İdarəsinə Bilavasitə tabe olan 2 №-li poliklinika 3-cü şəxs qismində cəlb olunmaqla “əlilliyin təyin edilməsi” haqqında iddia tələbi üzrə işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi, 56) şifahi, açıq məhkəmə baxışı iclasında baxaraq, müəyyən etdi: Mübahisəli hüququn qısa xülasəsi: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi Sosial-Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək onun əlilliyinin tanınması və pensiya ödənişinin bərpa edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. Sonradan iddiaçı Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra İPM) 54-cü maddəsinə əsasən məhkəməyə iddianın dəyişdirilməsi (tələbin dəqiqləşdirilməsi) barədə ərizə təqdim edərək, ona “əlilliyin təyin edilməsi” vəzifəsinin cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi Sosial-Ekspertiza və Reabilitasiya Agentliyinin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini və iddia ərizəsinə əlavəni onunla əsaslandırmışdır ki, əvvəllər Azərbaycan Respublikasında polis orqanlarında xidmət edərkən xəstəliyi ilə əlaqədar, XHK-nın qərarına əsasən virus-hepatiti “C”, orta ağır forma, qara ciyərin funksiyasının pozulması ilə, öd xəstəliyi, Sağ bud sümüyünün orta 1/3-nin bitişmiş sınığından sonra qalıq əlamətləri, Asteno-nevrotik vəziyyət üzrə 2-ci qrup əlil olaraq xəstəliyə görə pensiyaya çıxmışdır. Onda sonralar əlilliyin həmin əlamətləri ilə yanaşı ağır şəkər xəstəliyi (“şəkər”, “hepatit-S”) və sair nasazlıqlar da aşkar edilmiş, xeyli müddətdir ki, davamlı olaraq müalicə olunmuşdur və olunur. 2016-cı ilə kimi hər il sözügedən diaqnozla əlilliyinə dair vaxtaşırı olaraq müvafiq müayinələrdən və komissiyalardan keçmişdir və həmin müayinə və komissiyaların heç birində sağlamlığının bərpa olunmasına dair müsbət irəliləyişlər aşkar edilməmişdir. Bunun əksinə olaraq vəziyyəti daha da pisləşmiş, dəfələrlədemək olar ki, pandemiya dövrünü çıxmaq şərtilə hər il xəstəxanalarda qalmaqla müalicə olunmuşdur. Əlilliyə səbəb olmuş xəstəliklərlə yanaşı məhkəməyə təqdim etdiyi sənədlərdə, o cümlədən cavabdehin verdiyi xx.xx.2015-ci il tarixli müayinə olunan şəxs barədə məlumat sənədinin “TSEKİ-in diaqnozu” hissəsində qeyd edildiyi kimi “Virus hepotiti “C” orta ağır forma, qaraciyərin funksiyasının pozulması ilə, keçirilmiş kəllə-beyin travmasından sonrakı qalıq əlamətləri, “asteno-nevrotik vəziyyət, xoniki osteomeielit, qeyri-stabil stenokardiyası, öd daşı xəstəliyi, ÜLX.Qeyri-stabil stenookardiya, Hipertoniya xstəliyi İİ dər (dərəcəli), ÜÇ-İ dər, Şəkərli diabet İİ tip, orta ağırlıqda”., Həmin sənəddə “Əlilliyin müəyyən olunması meyarı hissəsində qeyd edildiyi kimi, “2.2. ikinci dərəcə əlillikdigər: Virus Hepotiti “C” orta ağır forma, qaraciyərin funksiyasının pozulması ilə, Sağ bud sümüyünün orta 1/3-nin bitişmiş sınığından sonrakı vəziyyət kimi təkzibolunmaz faktlar ola-ola cavabdeh əsassız olaraq əlilliyini ləğv etmişdir. İPM-nin 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəməyə daxil olduqdan sonra İPM-in 49-cu maddəsinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış, məhkəmənin 2-1(112)-11385/2022 saylı xx.xx.2022-ci il tarixli qərardadı ilə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Tibb İdarəsinə Bilavasitə tabe olan 2 №-li poliklinika inzibati məhkəmə icraatına üçüncü şəxs qismində cəlb olunmuş və həmin Məcəllənin 47-ci maddəsinə uyğun olaraq iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surətləri cavabdeh inzibati orqana və üçüncü şəxsə təqdim edilərək, cavabdehdən və üçüncü şəxsdən iddiaya qarşı yazılı münasibət (etiraz) bildirilməsi tələb olunmuşdur. Məhkəməyə daxil olmuş cavabdeh inzibati orqanın iddia tələbinə dair yazılı münasibətində (etiraz) göstərilmişdir ki, iddiaçının əlillik vəziyyətinə DİN-in 2 saylı Poliklinikasının xx.xx.2008-ci il tarixli göndərişi əsasında baxılmış və “Səbəbi: Hərbi xidmət vəzifəsini yerinə yetirməklə əlaqədar əlillik; X1: İ Sinif - Bəzi infeksion və parazitar xəstəliklər => B15-B19 - Virus hepatiti => B17 - Digər kəskin virus hepatitləri => B17.1 - Kəskin C hepatiti; Diaqnozun mətni:Virus hepatit C orta-ağır forma. qara ciyərin funk. pozğunluğu. Öd daşı xəstəliyi. Sağ bud sümüyünün orta 1/3-nin bitişmiş sınığından s/v.sağ diz oynağın bükücü kontrakturası. ; Meyar: 2.2. İkinci dərəcə əlillik => DİGƏR: Virus hepatit C” səbəbi ilə bir il müddətinə əlillik dərəcəsi verilmişdir. DİN-in 2 saylı Poliklinikasının xx.xx.2014-cü il tarixli göndərişi əsasında baxılmış və “Səbəbi: Hərbi xidmət vəzifəsini yerinə yetirməklə əlaqədar əlillik; X1: İ Sinif - Bəzi infeksion və parazitar xəstəliklər => B15-B19 - Virus hepatiti => B17 - Digər kəskin virus hepatitləri => B17.1 - Kəskin C hepatiti; Diaqnozun mətni: Virus hepatit C orta-ağır forma. qara ciyərin funk. pozğunluğu. Öd daşı xəstəliyi. Sağ bud sümüyünün orta 1/3-nin bitişmiş sınığından s/v.sağ diz oynağın bükücü kontrakturası.; Meyar: 2.2. İkinci dərəcə əlillik => DİGƏR: Virus hepatit C” səbəbi ilə bir il müddətinə əlillik dərəcəsi verilmişdir. Bakı DİN Tibb İdarəsinin xx.xx.2015-ci il tarixli göndərişi əsasında baxılmış və “Səbəbi: Hərbi xidmət vəzifəsini yerinə yetirməklə əlaqədar əlillik; X1: İ Sinif - Bəzi infeksion və parazitar xəstəliklər => B15-B19 - Virus hepatiti => B18 - Xroniki virus hepatiti => B18.2 - Xroniki virus mənşəli C hepatiti; Diaqnozun mətni: Virus hepatiti "C", orta ağır forma, qaraciyərin funksiyasının pozulması ilə. Sağ bud sümüyünün orta 1/3 -in bitişmiş sınığından sonrakı vəziyyət. Sağ diz oynağının bükücü kontrakturası. Keçirilmiş kəllə-beyin travmasından sonrakı qalıq əlamətləri. Asteno-nevrotik vəziyyət. Xroniki osteomielit. Öd daşı xəstəliyi. ÜİX. Qeyristabil stenokardiya. Hipertoniya xəstəliyi İİ dər.ÜÇ-l dər. Şəkərli diabet İİ tip, orta ağırlıqda.; Meyar: 2.2. İkinci dərəcə əlillik => DİGƏR: Virus hepatiti"C",orta ağır forma,qaraciyərin funksiyasının pozulması ilə. Sağ bud sümüyünün orta 1/3 -in bitişmiş sınığından sonrakı vəziyyət.” səbəbi ilə bir il müddətinə əlillik dərəcəsi verilmişdir. Elektron Təyinatla xx.xx.2016-cı il tarixli göndəriş əsasında baxılmış və “Səbəbi: Hərbi xidmət vəzifəsini yerinə yetirməklə əlaqədar əlillik; X1: İ Sinif - Bəzi infeksion və parazitar xəstəliklər => B15-B19 - Virus hepatiti => B18 - Xroniki virus hepatiti => B18.2 - Xroniki virus mənşəli C hepatiti.; Diaqnozun mətni: Virus hepatiti "C",orta ağır forma,qaraciyərin funksiyasının pozulması ilə. Sağ bud sümüyünün orta 1/3 -in bitişmiş sınığından sonrakı vəziyyət. Sağ diz oynağının bükücü kontrakturası. Keçirilmiş kəllə-beyin travmasından sonrakı qalıq əlamətləri. Asteno-nevrotik vəziyyət. Xroniki osteomielit. Öd daşı xəstəliyi. ÜİX.Qeyri-stabil stenokardiya. Hipertoniya xəstəliyi İİ dər.ÜÇ-l dər.Şəkərli diabet İİ tip,orta ağırlıqda.; Meyar: 2.2. İkinci dərəcə əlillik => DİGƏR: Virus hepatiti "C",orta ağır forma,qaraciyərin funksiyasının pozulması ilə. Sağ bud sümüyünün orta 1/3 -in bitişmiş sınığından sonrakı vəziyyət.” səbəbi ilə beş il müddətinə əlillik dərəcəsi verilmişdir. DİN Tibb İdarəsinə Bilavasitə Tabe olan 2 Nömrəli Poliklinikasının xx.xx.2021- ci il tarixli, 4400003AAAG2 saylı göndərişi əsasında baxılmış və “X1: Xİİİ Sinif - Sümük-əzələ sisteminin və birləşdirici toxumanın xəstəlikləri => M80-M94 - Osteopatiyalar və xondropatiyalar => M86-M90 - Digər osteopatiyalar => M86 - Osteomielit => M86.4 - Drenə olu...; Diaqnozun mətni: Sağ bud sümüyünün total xroniki osteomieliti,tez-tez baş verən kəskinləşmələrlə,diz və budçanaq oynaqlarının kəskin kontrakturası (diz: bükmə 90 dərəcə,açma tam; bud- çanaq: bükmə-70 dər. açma-tam),ətrafın kəskin funksiya pozğunluğu və davamlı ağrı ilə(ETTOİnun xx.xx.2021 tarixdə verdiyi rəyə əsasən). Davamlı ağrı sindromu. Ətrafın kəskin funksiya pozğunluğu. Diz və bud-çanaq oynaqlarının kəskin kontrakturası (diz: bükmə 90 dərəcə,açma tam; bud-çanaq: bükmə-70 dər. açma-tam),ətrafın kəskin funksiya pozğunluğu və davamlı ağrı ilə. ÜİX Stabil gərginlik stenokardiyası FS- İİİ.Şəkərli diabet,tip 2,ağır forma. Virus hepatiti C, daşıyıcı. Arterial hipertenziya İİ dərəcə.Kalkulyoz xolesistit.; Mərkəzə göndərilmənin/İmtina edilmənin səbəbi: Əlavə müalicəyə ehtiyacın olması - Səbəb: İxtisaslaşmış tibb müəssisəsində müalicənin davam etdirilməsi tövsiyə olunur” səbəbi ilə imtina verilmişdir .DİN Tibb İdarəsinə Bilavasitə Tabe olan 2 Nömrəli Poliklinikasının xx.xx.2021- ci il tarixli, 4400003AAAH5 saylı göndərişi əsasında baxılmış və “X1: Xİİİ Sinif - Sümük-əzələ sisteminin və birləşdirici toxumanın xəstəlikləri => M80- M94 - Osteopatiyalar və xondropatiyalar => M86-M90 - Digər osteopatiyalar => M86 - Osteomielit => M86.4 - Drenə olu...; Diaqnozun mətni: Drenə olunmuş sinusla xroniki osteomielit, Sağ bud sümüyünün total xroniki osteomieliti,tez- tez baş verən kəskinləşmələrlə,diz və bud-çanaq oynaqlarının kəskin kontrakturası (diz: bükmə 90 dərəcə,açma tam; bud-çanaq:bükmə-70 dər. açma-tam),ətrafın kəskin funksiya pozğunluğu və davamlı ağrı ilə.(xx.xx.2021 tarixdə və xx.xx.2021 tarixdə ET Travmatologiya və Ortopediya İnstitutunun verdiyi rəy)Hərəkətin və yerişin digər və dəqiqləşdirilməmiş pozulmaları, Ətrafın kəskin funksiya pozğunluğu. Davamlı ağrı sindromu.Oynaqların kontrakturası, Diz və bud-çanaq oynaqlarının kəskin kontrakturası (diz: bükmə 90 dərəcə, açma tam; bud-çanaq:bükmə-70 dər. açma-tam) Digər xolesistitlə birgə öd kisəsi daşları, Kalkulyoz xolesistit. Mərkəzə göndərilmənin/İmtina edilmənin səbəbi: Göndərişin natamam doldurulması - Səbəb: Diaqnoz yerinə lazimsiz məlumatlar yazilib” səbəbi ilə imtina verilmişdir. DİN Tibb İdarəsinə Bilavasitə Tabe olan 2 Nömrəli Poliklinikasının xx.xx.2021- ci il tarixli, 4400003AAAH5 saylı göndərişi əsasında baxılmış və “X1: Xİİİ Sinif - Sümük-əzələ sisteminin və birləşdirici toxumanın xəstəlikləri => M80- M94 - Osteopatiyalar və xondropatiyalar => M86-M90 - Digər osteopatiyalar => M86 - Osteomielit => M86.4 - Drenə olu...; Diaqnozun mətni: Drenə olunmuş sinusla xroniki osteomielit, Sağ bud sümüyünün total xroniki osteomieliti,tez- tez baş verən kəskinləşmələrlə,diz və bud-çanaq oynaqlarının kəskin kontrakturası (diz: bükmə 90 dərəcə,açma tam; bud-çanaq:bükmə-70 dər. açma-tam),ətrafın kəskin funksiya pozğunluğu və davamlı ağrı ilə.ÜİX Stabil gərginlik stenokardiyası. Şəkərli diabet,tip 2,ağır forma.Virus hepatiti C, daşıyıcı. Arterial hipertenziya İİ dərəcə Kalkulyoz xolesistit. Mərkəzə göndərilmənin/İmtina edilmənin səbəbi: Diaqnoz əlillik əlaməti təyin etməməsi - Səbəb: Diaqnoz əlillik əlaməti təyin etmir barədə qərar qəbul edilmişdir.” səbəbi ilə imtina verilmişdir. Üçüncü şəxs Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Tibb İdarəsinə Bilavasitə tabe olan 2 №-li poliklinikasının iddiaya dair yazılı münasibəti məhkəməyə daxil olmamışdır. Şifahi məhkəmə baxışı iclasının vaxtı və yeri barədə qanunla müəyyən edilmiş qaydada xəbərdar edlmiş cavabdeh və üçüncü şəxs Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Tibb İdarəsinə Bilavasitə tabe olan 2 №-li poliklinikası nümayəndələrinin məhkəmə iclasında iştirakını təmin etmədiklərindən və gəlmədikləri barədə məhkəməyə heç bir məlumat vermədiklərindən, məhkəmə İPM-nin 62.3-cü maddəsinə əsasən cavabdehin və üçüncü şəxsin nümayəndələrinin iştirakı olmadan işə mahiyyəti üzrə baxılmasını mümkün hesab etmişdir. İddiaçı məhkəmə iclasında verdiyi izahatında iddianı müdafiə edərək və iddia ərizəsinə uyğun izahat verərək, məhkəmədən iddianın təmin olunmasını xahiş etdi. Əvvəlki məhkəmə iclasında iştirak etmiş, cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi Sosial-Ekspertiza və Reabilitasiya Agentliyinin nümayəndəsi X4 izahatında iddia tələbinin təmin olunmamasını xahiş etmişdir. İddianın növü və mümkünlüyü. İddiaçı xəstəliyə görə əlillik dərəcəsinin təyin edilməsi barədə müvafiq inzibati aktın qəbul edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə hesab edir ki, hazırki iddianın “məcburetmə haqqında iddia” növünün mümkünlük şərtlərinə uyğunluğu yoxlanılmalıdır. Belə ki, “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 1.1-ci maddəsinə görə bu qanun inzibati aktların qəbul edilməsi, icra olunması və ya ləğv edilməsi ilə bağlı inzibati orqanlar tərəfindən həyata keçirilən fəaliyyətin hüquqi əsaslarını, prinsiplərini və prosedur qaydalarını müəyyən edir. Həmin Qanunun 1.2-ci maddəsinə görə bu qanunun müddəaları inzibati orqanların fiziki və ya hüquqi şəxslərə münasibətdə faktiki xarakterli digər fəaliyyətinə (hərəkətlərinə) də şamil olunur. Həmin Qanunun 2.0.2-ci maddəsinə görə isə, inzibati akt – inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələləri nizama salmaq və ya həll etmək məqsədi ilə qəbul edilmiş və ünvanlandığı hüquqi və fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. İPM-nin: - 2.2.2-ci maddəsinə əsasən inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. - 33.1-ci maddəsinə əsasən məcburetmə haqqında iddia vasitəsi ilə iddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsini cavabdehin üzərinə qoymağı məhkəmədən tələb edə bilər. - 33.2-ci madəsinə əsasən bu Məcəllənin 33.1-ci maddəsində nəzərdə tutulmuş qayda həm iddiaçının arzuladığı inzibati aktın qəbulundan cavabdeh tərəfindən imtina edildiyi hallara, həm də cavabdehin hərəkətsizliyi səbəbindən (hərəkətsizliyə qarşı iddia) inzibati aktın qəbul edilmədiyi hallara şamil olunur. “İnzibati məhkəmə icraatı qaydasında verilən iddianın hüquqi cəhətdən yoxlanılması, ilk növbədə onun mümkünlüyünün müəyyənləşdirilməsindən, bundan sonra isə iddianın əsaslılığının araşdırılmasından ibarətdir... İddia qaldırmaq səlahiyyəti onu nəzərdə tutur ki, iddiaçı iddia ərizəsində inzibati aktın qəbulu nəticəsində subyektiv hüquqlarının pozulduğunu irəli sürür. İddiaçının hüququnun həqiqətən pozulubpozulmaması iddianın mümkünlüyü ilə deyil, əsaslılığı ilə bağlı məsələdir və ikinci mərhələdə (əsaslılıq mərhələsində) yoxlanılmalıdır. (T.İdrisovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 9 dekabr 2014-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 28 dekabr 2015-ci il tarixli qərarı)”. İddia onun verilməsi üçün nəzərdə tutulmuş şərtlərə cavab verdiyi halda inzibati məhkəmə icraatı qaydasında baxıla bilər. İddiaçı xx.xx.1969-cu il təvəllüdlü İddiaçı qanunvericiliyin müddəalarına əməl edərək, əvvəlcə eyni tələblə cavabdeh inzibati orqana, daha sonra isə qanunla müəyyən edilmiş müddətdə iddia ilə məhkəməyə müraciət etmişdir. İddia mümkündür. İşin halları. iddiaçıya məxsus AA ******* №li şəxsiyyət vəsiqəsinin surətindən və şəxsiyyət vəsiqəsi barədə məlumatdan müəyyən olunur ki, xx.xx.1969-cu il təvəllüdlü İddiaçı ünvan 1 ünvanında qeydiyyatdadır. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi Sosial Ekspertiza və Reabilitasiya Xidməti tərəfindən verilmiş xx.xx.2015-cı il tarixli xxxxxxx0003 №-li məlumatdan görünür ki, xx.xx.1969-cu il təvəllüdlü İddiaçı səbəbi Hərbi xidmət vəzifəsini yerinə yetirməklə əlaqədar ikinci dərəcəli əlillik təyin olunmuş; TSEK-in diaqnozu: Virus hepatiti “C”, orta ağır forma, qaraciyərin funksiyasının pozulması ilə Sağ bud sümüyünün orta 1/3-in bitişmiş sınığından sonrakı vəziyyət. Sağ diz oynağının bükücü kontrakturası. Keçirilmiş kəllə-beyin travmasından sonrakı qalıq əlamətləri. Asteno-nevrotik vəziyyət. Xroniki osteomielit. Öd daşı xəstəliyi.ÜİX. Qeyri-stabil stenokardiya. Hipertoniya xəstəliyi İİ dər. Üç-İ dər. Şəkərli diabet İİ tip, orta ağırlıqda; Əlilliyin müəyyən olunması meyarı: ikinci dərəcə əlillik Hərbi xidmət vəzifəsini yerinə yetirməklə əlaqədar əlillik =>Digər: Virus hepatiti “C” ota ağır forma, qaraciyərin funksiyasının pozulması ilə. Sağ bud sümüyünün orta 1/3-in bitişmiş sınığından sonrakı vəziyyət. İddiaçının əlillik vəziyyətinin müəyyən olunması üçün şəxs Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Tibb İdarəsinə Bilavasitə tabe olan 2 №-li poliklinikası tərəfindən xx.xx.2021-ci il tarixdə göndərilmiş 4400003AAAH5 saylı göndərişdə əsas diaqnoz M86.4-Drenə olunmuş sinusla xroniki osteomielit, Sağ bud sümüyünün total xroniki osteomieliti, tez-tez baş verən kəskinləşdmələrlə, diz və bud çanaq oynaqlarının kəskin konturakturası (diz: bükmə 90 dərəcə, açma tam; bud-çanaq: bükmə-70 dər. Açmatam), ətrafın kəskin funksiya pozğunluğu və davamlı ağrı ilə (xx.xx.2021-ci il tarixdə və xx.xx.2021-ci iltarixdə ET Travmatologiya və Ortopediya İnstitutunun verdiyi rəy); Ağırlaşma M24.5 Oynaqların kontrakturası, Diz və bud-çanaq oynaqlarının kəskin kontrakturası (diz: bükmə 90 dərəcə, açma tam; bud çanaq: bükmə-70 dər.açma-tam); Yanaşı xəstəliklər B18.2 Virus mənşəli xroniki C hepatiti, Virushepatiti, C daşıyıcı; Yanaşı xəstəliklər 120.8 Stenokardiyanın digər formaları, ÜİX Stabil gərginlik stenokardiyası FS- İİİ; Yanaşı xəstəliklər E11 İnsulindən asılı olmayan şəkərli diabet, Şəkərli diabet tip, 2 ağır forma; Yanaşı xəstəliklər 10 –Essensial (birincili) hipertenziya, Arterial hipertensiya İİ dərəcə. xx.xx.2022-ci il tarixli müayinəyə dair (akt №-xxxxxxx0010) qiymətləndirmə nəticələrindən müəyyən olunur ki, X1: Xİİİ Sinif-sümük-əzələ sisteminin və birləşdirici toxumanın xəstəlikləri =>M80-M94-Osteopatiyalar və xondropatiyalar=> M86-M90-Digər osteopatiyalar =>M86-Osteomielit =>M86.4Drenə olu…Diaqnozun mətni: Drenə olunmuş sinusla xroniki osteomielit, Sağ bud sümüyünün total xroniki osteomieliti, tez-tez baş verən kəskinləşmələrlə, diz və bud-çanaq oynaqlarının kəskin kontrakturası (diz: bükmə 90 dərəcə, açma tam; bud-çanaq: bükmə-70 dər, açma-tam), ətrafın kəskin funksiya pozğunluğu və davamlı ağrı ilə.ÜİX Stabil gərginlik stenokardiyası. Şəkərli diabet, tip 2, ağır forma. Virs hepatiti “C”, daşıyıcı. Arterial hipertenziyaİİ dərəcə. Kalkulyoz xolesistit. İmtina edilməsnin səbəbi: Diaqnoz əlaməti təyin etməməsi-Səbəb: Diaqnoz əlillik əlaməti təyin etmir barədə qərar qəbul edilmişdir. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və X2-Sosial ekspert komissiyasının **********3 3-li 20 aprel 2022-ci il tarixli Qərarının 6-cı bəndində qeyd olunmuşdur ki, Bakı şəhər sakini xx.xx.1969-cu il təvəllüdlü İddiaçı əlillik vəziyyəti tibb müəssisəsinin 4400003AAAH5 nömrəli göndərişi əsasında xx.xx.2021 -ci il tarixdə qiymətləndirilmiş və Göndəriş natamam doldurulduğundan müvafiq qeyd olunmaqla geri göndərilmişdir. Vətəndaşın müraciəti əsasında əlavə əyani müayinənin araşdırılması aparılaraq müəyyən olundu ki, İddiaçı Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Xüsusi Həkim Komissiyası tərəfindən xx.xx.2008-ci il tarixli 240 nömrəli Şəhadətnamə verilmişdir. Həmin şəhadətnamədə “Virus hepatiti “C”, orta ağır forma, qaraciyərin funksiyasının pozulması ilə. Öd daşı xəstəliyi. Saq bud sümüyünün orta 1/3-nin bitişmiş sınığından sonrakı vəziyyət, saq diz oynağının bükücü kontrakturası. Keçirilmiş kəllə-beyin travmasından sonra qalıq əlamətləri. Asteno-nevrotik vəziyyət” diaqnozlu xəstəliyin səbəb əlaqəsi “Xəstəlikdir, DİO-da xidmətkeçmə dövründə alınmışdır” kimi müəyyənləşdirilmişdir. Xəstənin hazırkı obyektiv vəziyyətinin müayinəsi zamanı göndərişdə əsas xəstəlik və ağırlaşması kimi qeyd olunmuş “Drenə olunmuş sinusla xroniki osteomielit. Saq bud sümüyünün total xroniki osteomieliti, tez-tez bas verən kəskinləşmələrlə, diz və bud-çanaq oynaqlarının kəskin kontrakturası (diz: bükmə 90 dərəcə, acma tam; bud-çanaq: bükmə- 70 dər, açma-tam), ətrafın kəskin funksiya pozğunluğu və davamlı aqrı ilə. Hərəkətin və yerisin digər və dəqiqləşdirilməmiş pozulmaları. Ətrafın kəskin funksiya pozğunluğu. Davamlı aqrı sindromu. Oynaqların kontrakturası. Digər xolesistitlə birgə öd kisəsi daşları. Kalkulvoz xolesistif’ diaqnozu araşdırılmışdır. Müayinə zamanı sağ bud sümüyünün sınığından sonrakı, ~20 sm ölçüsündə əməliyyat çapığı izlənilsə də, oynaqlarda kontraktura, xroniki osteomielit əlamətləri, fistula müşahidə edilməmişdir. Nevroloji statusda ocaqlı patologiya aşkarlanmamış, emosional labil, Romberq vəziyyətində cüzi sədələmə, iflic və parez müəyyən edilməmişdir. Yanaşı olaraq, hepatit “C” ilə son illərə dair yalnız bir epikriz təqdim etmiş, daşıyıcı kimi qeyd olunmuşdur. Hazırda əlillik təyinatına əsas verən həzm orqanlarının disfunksiyası və qaraciyər çatışmazlığı əlamətləri aşkarlanmamışdır. Nəticədə Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 30 dekabr 2015-ci il tarixli 413 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanları məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə”yə uyğun olaraq Diaqnoz əlillik əlaməti təyin etmir barədə qərar qəbul edilmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və X5 Publik Hüquqi şəxsi tərəfindən verilmiş T 37/2023 saylı (ekspertizanın başlanma tarixi 14 dekabr 2022-ci il, başa çatma tarixi 18 yanvar 2023-cü il) rəydən görünür ki, ekspertlər belə nəticəyə gəlmişlər ki, İddiaçı tibbi sənədlərinin təhlilinə əsasən iş materiallarında olan əlllik vəziyyətinin qiymətləndirilməsi üçün adına DİN-nin 2 saylı poliklinikası tərəfindən doldurulmuş 4400003AAAH5 saylı göndərişdə qeyd edilmiş diaqnoz xəstənin anamnestik, kliniki, laborator-instrumental müayinələri əsasında qoyulmuş, müalicə tədbirləri xəstəliyin dinamikasına uyğun aparıldığından onların proqnozu və səmərəliliyi qənaətbəxş olmuş, şəxsin TSEK-də müayinələri zamanı ekspertlər tərəfindən əmək fəaliyyətinin məhdudlaşdırılması və ya itirilməsi ilə əlaqədar hər hansı bir qeydiyyat aparılmamışdır. Qeyd edilən xəstəliklərlə əlaqədar ehtiyac yarandığı hallarda o, müalicəyə cəlb edilə bilər. Məhkəmənin mövqeyi. Məhkəmə işin materiallarını araşdıraraq, iddiaçının və cavabdehin nümayəndəsinin izahatını dinləyərək, hesab edir ki, iddia təmin edilməməlidir. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1997-ci il 29 avqust tarixli 99 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarlarına dair Əsasnamə”nin 1-ci hissəsinə əsasən Əlilliyin ağırlığından asılı olaraq birinci, ikinci və üçüncü dərəcəli əlillik təyin edilir. Orqanizmin üzv və sistemlərinin funksiyalarının davamsız, dönər morfoloji dəyişmələri və pozulmaları zamanı müalicənin və görülən reabilitasiya tədbirlərinin səmərəliliyinə, sağlamlıq vəziyyətinə və sosial uyğunlaşma vəziyyətinə nəzarət etmək məqsədilə birinci dərəcə əlillik iki il müddətinə, ikinci və üçüncü dərəcə əlillik isə bir il müddətinə təyin edilir. Birinci dərəcə əlillik fasiləsiz olaraq dörd il, ikinci dərəcə isə fasiləsiz olaraq on il təyin edildiyi hallarda əlillik növbəti müayinə müddəti göstərilmədən təyin edilir. “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə”nin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 30 dekabr tarixli 413 nömrəli Qərarının 1-ci və 2-ci hissələrindən göründüyü kimi Azərbaycan Respublikası Nazirlər Kabinetinin Əlilliyin müəyyən olunması meyarlarına dair Əsasnamə’’nin təsdiq olunması haqqında” 1997-ci il 29 avqust tarixli 99 nömrəli Qərarının 1-ci hissəsi ləğv edilmiş, o cümlədən “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə” təsdiq edilmişdir. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 05 fevral 2016-cı il tarixli, 36 saylı qərarı ilə təsdiq edilmiş “Tibbi-sosial ekspert komissiyaları haqqında Əsasnamə”də aşağıdakılar müəyyən olunmuşdur: - 1.4-ci bəndinə əsasən, əlilliyin və reabilitasiya imkanlarının qiymətləndirilməsi əsasında şəxsin əlillik dərəcəsini, onun müddətini, səbəbini və əlilliyin baş vermə vaxtını TSEK (tibbi-sosial ekspert komissiyaları) və bu Əsasnamədə nəzərdə tutulan hallarda TSEK-in funksiyalarını həyata keçirən Xidmət müəyyən edir; - 4.1-ci bəndinə əsasən, şəxslərin TSEK-də əlilliyin qiymətləndirilməsi dövlət səhiyyə müəssisələrinin göndərişləri əsasında aparılır; - 4.3-cü bəndinə əsasən, göndərişlər “Tibbi-sosial ekspert komissiyasına göndərişlərin reyestri”nə rəsmiləşdirilən tarixdə həkim-məsləhət və ya hərbi-həkim ekspertizasının sədri və üzvləri tərəfindən gücləndirilmiş elektron imza ilə təsdiqlənərək, elektron sənəd formasında daxil edilir və həmin gün şəxsə bu barədə məlumat verilir; - 4.4-cü bəndinə əsasən, Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi tərəfindən “Tibbi-sosial ekspert komissiyasına göndərişlərin reyestri”nə və “Vətəndaşın Elektron Sağlamlıq Kartı Sistemi”nə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin çıxışı təmin edilir. - 4.9-ci bəndinə əsasən, göndərişin rəsmiləşdirilməsi barədə məlumat Tibbi-sosial ekspert komissiyasına göndərişlərin reyestrinə real vaxt rejimində daxil edildikdən dərhal sonra Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mərkəzləşdirilmiş Elektron X3 Sosial Ekspertiza və X6 (bundan sonra — TSERAS) ötürülür; - 4.23-ci bəndinə əsasən, mürəkkəb ekspertiza, əlillik dərəcəsinin ağırlaşması, TSEK-in çıxaracağı qərarla konsensus əldə olunmadıqda, TSEK əlilliyin qiymətləndirilməsinin nəticələri barədə məlumatları, Xidmət tərəfindən müayinənin keçirilməsini zəruri edən səbəbləri qeyd etməklə, TSERAS-a daxil edir. TSERAS tərəfindən bu məlumatlar həmin gün Xidmətə ötürülür; - 4.24-ci bəndinə əsasən, Xidmət bu Əsasnamənin 4.23-cü bəndində göstərilən hallar üzrə TSEK-in müraciəti əsasında növbəti iş günü araşdırma aparmaqla, qərar qəbul edir, bu barədə məlumatı dərhal gücləndirilmiş elektron imza ilə təsdiq edərək TSERAS-a daxil edir. Göstərilmiş tələblərin ümumiləşdirilmiş nəticəsinə görə, şəxsin əlillik dərəcəsi TSEK və müəyyən edilmiş hallarda TSEK-in funksiyalarını həyata keçirən Dövlət Tibbi- Sosial Ekspertiza və Reabilitasiya Xidməti müəyyən edir. İlk əvvəl şəxsin əlilliyin qiymətləndirilməsi üçün müvafi dövlət səhiyyə müəssisəsi göndəriş tərtib etməli və onu “Tibbi-sosial ekspert komissiyasına göndərişlərin reyestri”nə elektron sənəd formasında daxil etməlidir. - 4.25-ci bəndinə əsasən araşdırma şəxsin iştirakı ilə müayinə aparılması zərurəti yaradarsa, Xidmət TSERAS-dan müraciət daxil olduğu gün şəxsin əks əlaqə vasitələrinin birinə TSERAS vasitəsilə müayinə vaxtı və yeri barədə məlumat göndərir və ya bildirir. Şəxs Xidmətə gəldiyi gün müayinə olunur, müvafiq qərar qəbul edilir və bu barədə məlumat dərhal gücləndirilmiş elektron imza ilə təsdiq edərək şəxsə bildirilərək TSERAS-a daxil edilir. - 4.26-cı bəndinə əsasən əlilliyin təyin olunma tarixi TSEK-in qərarının qəbul edildiyi tarixdən hesablanır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 30 dekabr 2015-ci il tarixli 413 nömrəli qərarı ilə təsdiq edilmiş, "Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair” Əsasnamənin 4.2-ci bəndinə əsasən, ikinci və üçüncü dərəcə əlillik 5 (beş) il müddətinə müəyyən edilir. İkinci dərəcə əlillik fasiləsiz olaraq 10 (on) il, üçüncü dərəcə əlillik fasiləsiz olaraq 15 (on beş) il təyin olunduğu halda əlillik müddətsiz müəyyən edilir. Əsasnamənin 2.2-ci bəndində göstərilmişdir ki, ikinci dərəcə əlillik - xəstəlik, travma və ya anadangəlmə qüsurlar nəticəsində orqanizmin həyat fəaliyyətinin (təhsilalma, ünsiyyət, uyğunlaşma, öz davranışına nəzarətetmə, hərəkətetmə, özünə xidmətetmə, əmək fəaliyyəti) elə kəskin məhdudlaşması və ya əmək fəaliyyətinin mümkün olmaması hallarında təyin edilir ki, həmin xəstənin kənar şəxsin yardım və ya qulluğuna ehtiyacı olmasın. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 30 mart 2016-cı il tarixli 140 nömrəli Qərarı ilə təsdiq olunmuş “Tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi Qaydaları”nın 1.1-ci bəndində göstərilmişdir ki, bu Qaydalar Azərbaycan Respublikasının vətəndaşlarına, Azərbaycan Respublikasının ərazisində daimi yaşayan vətəndaşlığı olmayan şəxslərə və əcnəbilərə (bundan sonra – şəxslər) dövlət səhiyyə müəssisələri (bundan sonra - səhiyyə müəssisələri) tərəfindən tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin (bundan sonra – göndəriş) verilməsini tənzimləyir. Qaydaların 1.2-ci bəndində göstərilmişdir ki, şəxslərə göndərişlər onlara xidmət göstərən ambulator-poliklinika müəssisəsi tərəfindən, stasionar müalicədə olan şəxslərə isə müalicə aldıqları səhiyyə müəssisəsi tərəfindən verilir. Qaydaların 1.3-cü bəndində göstərilmişdir ki, göndəriş verilməsi üçün əsaslar aşağıdakılardır: şəxsin son 12 ay ərzində eyni xəstəliklə fasiləsiz və ya fasilələrlə ümumilikdə 6 aydan çox (vərəm xəstələri üçün 10 aydan) müalicədə olması və müalicə tədbirləri tam başa çatdıqdan sonra orqanizmin pozulmuş funksiyalarının bərpa olmaması, şəxsin əqli və ya fiziki qüsurları nəticəsində həyat fəaliyyətinin məhdudlaşması (bənd 1.3.1.); əlillik səbəbinə yenidən baxılması zərurətinin yaranması (1.3.5.). Qaydaların 2.2-ci bəndinə göstərilmişdir ki, “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə”nin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 30 dekabr tarixli 413 nömrəli qərarına uyğun olaraq əlilliyin müddətsiz təyin edilməsinə əsas verə bilən tibbi göstərişlərin olduğu hallarda göndərişlər sadələşdirilmiş qaydada (əlavə müayinələr, xəstəlik tarixindən çıxarışlar (epikrizlər), funksional diaqnostik müayinələr tələb edilmədən) verilir. “Əlilliyin müəyyən olunması meyarları”nın təsdiq edilməsi və “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə”nin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 30 dekabr tarixli 413 nömrəli Qərarında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 13 may tarixli 187 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”na göstərilmişdir ki, əlilliyin müəyyən olunması meyarları (bundan sonra – Meyarlar) “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3.4-cü maddəsinə əsasən hazırlanmışdır və əlilliyin qiymətləndirilməsi üçün əsas göstəriciləri müəyyən edir (bənd 1.1). Bu Meyarların məqsədləri üçün köməkçi texniki vasitələr dedikdə funksionallığın təkmilləşdirilməsinə, fərdin asılılığının aradan qaldırılmasına, sağlamlıq vəziyyətinin ağırlaşmasının və ya xəstəliyin yaratdığı funksiya pozuntusunun azaldılmasına və ya qarşısının alınmasına xidmət edən xüsusi vasitələr (cihazlar, avadanlıqlar, alətlər və ya proqram təminatları) nəzərdə tutulur (bənd 1.2.). İşin araşdırılan hallarından da göründüyü kimi, iddiaçının əlillik vəziyyətinin müəyyən olunması üçün tibb müəssisəsi tərəfindən göndərilmiş göndərişə əsasən cavabdeh inzibati orqanın müvafiq Komissiyası tərəfindən aparılmış qiymətləndirmə nəticəsində əlillik dərəcəsinin təyinindən imtina edilmiş, diaqnoz əlillik əlaməti təyin etmir səbəbi ilə iddiaçıya əlillik əlaməti təyin etməməsi barədə qərar qəbul edilmişdir. Məhkəmə araşdırması zamanı iş üzrə təyin edilmiş ekspertizanın nəticəsi olaraq verilmiş rəydə isə göstərilmişdir ki, göndərişdə qeyd edilmiş diaqnoz xəstənin anamnestik, kliniki, laboratorinstrumental müayinələri əsasında qoyulmuş, müalicə tədbirləri xəstəliyin dinamikasına uyğun aparıldığından onların proqnozu və səmərəliliyi qənaətbəxş olmuş, şəxsin TSEK-də müayinələri zamanı ekspertlər tərəfindən əmək fəaliyyətinin məhdudlaşdırılması və ya itirilməsi ilə əlaqədar hər hansı bir qeydiyyat aparılmamışdır. Beləliklə, məhkəmə araşdırması ilə sabit olmuşdur ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 30 dekabr 2015-ci il tarixli 413 saylı qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanları məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə”si ilə “Əlilliyin müəyyən olunması meyarları”nın təsdiq edilməsi və “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə”nin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 30 dekabr tarixli 413 nömrəli Qərarında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 13 may tarixli 187 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları” da nəzərə alınmaqla cavabdehə verilmiş səlahiyyətin dispozisiya şərtlərinə və hüquqi nəticələrinə iş üzrə riayət olunmuş, cavabdehin imtinası qanunauyğun olmuş və iddiaçının qanunla qorunan hüquqlarını pozmamışdır (AR İPM-73.1), imtina cavabdeh inzibati orqanın güdməli olduğu qanuni məqsədə mütənasib, həmin məqsədə çatmaq üçün öz məzmunu baxımından zəruri və yararlı olmuşdur (“İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 17-ci maddəsi). İPM-nin 68.1-ci maddəsinin tələbinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinin tələbinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Qeyd olunanları nəzərə alaraq məhkəmə hesab edir ki, iddia təmin edilməməlidir. Yuxarıda göstərilənlərə əsasən və İPM-nin 75 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia təmin edilməsin. Qərardan, təqdim olunduğu gündən 30 gün müddətində, Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (ünvan: Bakı şəhəri, Z.Xəlilov küçəsi-540) apellyasiya şikayəti verilə bilər. Hakim: Nəriman Abıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar