Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-2008/2023 19.09.2023 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Sevdimalıyeva Günel Arif qızının sədrliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı “müharibə veteranı adı və vəsiqəsinin verilməsi” iddia tələbi üzrə iş materiallarına məhkəmənin binasında (Bakı şəhəri, Nəsimi rayonu, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : I. Mübahisəli hüquqi məsələnin qısa xülasəsi
1. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək "Müharibə veteranı" adının və vəsiqəsinin verilməsi vəzifəsinin cavabdeh Azərbaycan Respublikası Müdafiyə Nazirliyinin üzərinə öhdəlik qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir.
2. Tələb onunla əsaslandırılmışdır ki, xx.xx.N93-cü il tarixdən xx.xx.N94-cü il tarixinə kimi hərbi xidmətə çağırılmış və xidmətdə olduğu müddətdə erməni təcavüzkarları tərəfindən edilmiş hücumların qarşısının alınması üçün gedən döyüşlərdə iştirak etmişdir. İddiaçı döyüşlərdə iştirak etmə faktını N nömrəli hərbi hissə komandirinin xx.xx.N93-cü il tarixli, 32 nömrəli əmrində döyüşlərdə iştirak etməyi və qumbaraatan köməkçisi vəzifəsinə təyin edilməyi, eyni zamanda iddiaçıya məxsus ******* nömrəli hərbi biletin, 6-cı səhifəsində müvafiq qeydin aparılması təsdiq edir. İddiaçıya "Müharibə veteranı" adı və vəsiqəsinin verilməsi üçün dəfələrlə yazılı qaydada Azərbaycan Respublikası Müdafiə Nazirliyinə müraciət etmişdir. Cavabdeh tərəf xx.xx.20N6-cı il tarixli, 9/2-4N3 nömrəli cavab məktubunda, "N nömrəli hərbi hissə komandirinin sentyabr N94-cü il tarixli nizami hissə üzrə əmrlərində və şəxsi heyətin əlifba qeydiyyatı kitabında H.İ.Vəliyevin xidməti barədə məlumat aşkar edilmədiyi" qeyd edilmişdir. xx.xx.20N8-ci il tarixli, 9/2-8N66 nömrəli cavab məktubunda və xx.xx.20N-cu il tarixli, 9/2- N4890 nömrəli cavab məktublarında eyni məzmunlu cavablar qeyd edilmişdir. Sonuncu dəfə isə xx.xx.2022-ci il tarixdə Azərbaycan Respublikası Müdafiə Nazirliyinə və Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağrış üzrə Dövlət Xidmətinə ərizə ilə müraciət edərək mənə "Müharibə veteranı" adı və vəsiqəsinin verilməsini xahiş etmişdir. İddiaçının ərizəsinə cavab olaraq Müdafiyə Nazirliyi aparatı nəzdində veteran adlarının və müvafiq vəsiqələrinin verilməsi üzrə komissiyanın xx.xx.2022-ci il tarixli, 4/3-8754 nömrəli məktubu ilə, iddiaçıya "Müharibə veteranı" vəsiqəsinin verilməsi üçün (hərbi biletimin birinci səhifəsi notarial qaydada təsdiq olunmuş, qalan səhifələrinin yalnız surətini və ya hərbi bilet əvəzi arayış, şəxsiyyət vəsiqəsinin surətini, yaralanma haqqında sənədi, hərbi xidmət haqqında arxiv arayışını və.s. sənədləri) hansı hərbi hissələrdə nə vaxt nə vaxt xidmət etməyi qeyd etməklə ətraflı ərizəyə əlavə edərək qeyd olunan quruma göndərəcəyi təqdirdə komissiyanın iclasında müraciətinə baxılaraq, barəsində müvafiq qərar qəbul ediləcəyi bildirilmişdir. Odur ki, o dövrdə əmrləşmənin düzgün aparılmaması və sənədlərin arxivə verilməməsi səbəbindən, əsassız olaraq iddiaçının müraciətlərinə müsbət cavab verilmir və nəticədə iddiaçının hüquqları pozulmaqda davam edir
3. Cavabdeh tərəfindən təqdim edilmiş vəsatətdə qeyd edilmişdir ki, iddia verilərkən AR İnzibati-Prosessual Məcəlləsinin 35.N-ci maddəsinin tələblərinə riayət edilmədiyindən iddia mümkünsüz sayılmalıdır. Belə ki, hazırkı iddia AR İnzibati-Prosessual Məcəlləsinin 33.N-ci maddəsində təsbit edilən məcburetmə haqqında iddiadır. Bu qəbildən olan iddialar üçün xüsusi mümkünlük şərti iddiaçının məhkəməyə müraciət etməzdən əvvəl inzibati orqana müraciət etməsi və bunun nəticəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina edilməsi və ya inzibati orqanın hərəkət və ya hərəkətsizliyi nəticəsində hüquq və qanuni mənafelərinin pozulmasının əsaslandırılması təşkil edir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun N0 aprel 20N5-ci il tarixli "İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair" Qərarının N.4-cü bəndinə əsasən iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Qərarın 9-cu bəndinə əsasən İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üçün tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə öhdəliyinin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s) də mövcudluğu yoxlanılmalıdır. Belə ki, iş materiallarında olan 26 iyul 2022-ci il tarixli məktubla Müdafiə Nazirliyinin Aparatı nəzdində Veteran adlarının və müvafiq vəsiqələrinin verilməsi üzrə komissiyası iddiaçı barəsində onun hüquqlarını məhdudlaşdıran hər hansı inzibati akt qəbul etməmiş, ərizə və hərbi xidmətini təsdiq edən müvafiq sənədlərlə Komissiyaya müraciət etməli olduğu bildirilmişdir. İddiaçı İnqilab oğlunun “Müharibə veteranı" adı və vəsiqəsinin verilməsinə dair iddia tələbinin mümkün sayılmaması barədə qərardad qəbul edilməsi xahiş edilmişdir.
4. 4635648 nömrəli hərbi biletdə bildirilmişdir ki, iddiaçı xx.xx.N63-cü il təvəllüdlü Vəliyev Hicran İnqlab oğlu xx.xx.N93-xx.xx.N94-cü illər ərzində N №-li hərbi hissədə xidmət etmişdir.
5. Azərbaycan Respublikası Müdafiə Nazirliyi Mərkəzi Arxiv tərəfindən verilmiş xx.xx.20N6-ci il tarixli arxiv arayışına əsasən Vəliyev Hicran İnqilab oğluna ondan ötrü ki, N №-li hərbi hissə komandirinin N5 noyabr N93-cü il tarixli 32 №-li əmrilə (əsas: səh.-N27, sıra-53; qeyd əmrdə soyadı Əliyev yazılmışdır) şəxsi heyətin siyahısına, bütün növ təminatlara daxil edilərək qumbaraatan köməkçisi vəziəfsinə təyin olunmuşdur. N №-li hərbi hissə komandirinin sentyabr N94-cü il tarixli nizami hissə üzrə əmrlərindən və çəxsi heyətin əlifba qeydiyyatı kitabında H.İ.Vəliyevin xidməti barədə məlumat aşkar olunmamışdır.
6. Azərbaycan Respublikası Müdafiə Nazirliyi İşlər İdarəsi Mərkəzi Arxivin xx.xx.20N8-ci il tarixli məktubda bildirilmişdir ki, N №-li hərbi hissə komandirinin noyabr N93-cü il, sentyabr N94-cü il tarixli nizami hissə üzrə əmrlərində və şəxis heyətin əlifba qeydiyatı kitablarında xidməti barədə məlumat aşkar edilməmişdir.
7. Azərbaycan Respublikası Müdafiə Nazirliyi İşlər İdarəsi Mərkəzi Arxivin xx.xx.20N-cu il tarixli arxiv arayışında N №-li hərbi hissənin komandirinin xx.xx.N93-cü il tarixli 32 №-li əmrində (əsas: səh N27, sıra 53; əmrdə soyadı Əliyev yazılmışdır) N63-cü il təvəllüdlü Əliyev Hicran İnqilab oğlunun şəxsi heyətin siyahısına və bütün növ təlimatlara daxil edilərək qumbaraatan köməkçisi vəzifisinə təyin edilməsi barədə məlumat vardır. N №-li hərbi hissə komanirinin oktyabr N93-cü il, iyul-oktyabr N94-cü il tarixli nizami hissə üzrə əmrlərində Vəliyev Hicran İnqilab oğlunun xidməti barədə məlumat aşkar edilməmişdir. N №-li hərbi hissə komandirinin may-iyun N94-cü il tarixli nizami hissə üzrə əmrləri Müdafiə Nazirliyinin Mərkəzi Arxivinə daxil olmadığı üçün XN xidməti barədə əlavə araşdırma aparılmamışdır.
8. Azərbaycan Respublikası Müdafiə Nazirliyi İİİ Müdafiə Nazirinin katibliyinin xx.xx.2022-ci il tarixli iddiaçıya ünvanlanmış məktubunda bildirilmişdir ki, iddiaçıya “Müharibə veteranı” adı və vəsiqəsinin verilməsi üçün döyüşlərdə iştirakını təsdiq edən (hərbi biletinizin birinci səhifəsi notarial qaydada təsdiq olunmuş qalan səhifələrinin yalnız surətini və ya hərbi bilet əvəzi arayışı, şəxsiyyət vəsiqəsinin surətini, əgər varsa hərbi xidmətini haqqında arxiv arayışını və s. sənədlər) hansı hərbi hissələrdə nə vaxt xidmət etməyini qeyd etməklə sənədlərini ətraflı ərizəni əlavə edərək Müdafiə Nazirliyinin Aparatı nəzdində fəaliyyət göstərən “Veteran adlarının və müvafiq vəsiqələrinin verilməsi üzrə komissiya”ya göndərdiyi təqdirdə komissiyanın iclasında müraciətə baxılaraq iddiaçı barəsində müvafiq qərar qəbul oluna bilər. Əlavə olaraq bildirilmişdir ki, əgər hərbi biletdə (və ya hərbi bilet əvəzi arayışda) hərbi xidmətlə bağlı heç bir qeyd yoxdursa, hərbi xidməti müəyyən etmək mümkün olmadığına görə xidmət dövrünü aylarla, ilini və hərbi hissəni dəqiq qeyd etməklə Müdafiə Nazirliyinin Mərkəzi Arxivinə müraciət etməyi məqsədəuyğundur.
9. Məhkəmənin sorğusuna cavab olaraq Azərbaycan Respublikası Müdafiə Nazirliyi Müdafiə Nazirinin Katibliyi Mərkəzi Arxivinin 28 aprel 2023-cü il tarixli 4/2-2N07 arayışında bildirilmişdir ki, N №-li hərbi hissə komandirinin xx.xx.N93-cü il tarixli 32 №-li əmrində (əsas: səh-N27, sıra-53, əmrdə soyadı “Əliyev”, atasının adı “İnqlab” yazılmışdır) N63-cü il təvəllüdlü, sıravi Əliyev Hicran İnqlab oğlunun bütün növ təminatlarla təchiz edilərək qumbaraatn köməkçisi vəzifəsinə təyin olunması barədə məlumat vardır. Müdafiə nazirinin Katibliyi Mərkəzi Arxivdə olan N №-li hərbi hissə komandirinin iyuldekabr N94-cü il tarixli nizami hissə üzrə əmrlərində İddiaçı İnqilab oğlu barəsində məlumat aşkar edilməmişdir. N №-li hərbi hissə komandirinin dekabr N93-cü il, yanvariyun N94-cü il tarixli nizami hissə üzrə əmrləri Müdafiə nazirinin Katibliyi Mərkəzi Arxivə daxil olmamışdır.
10. Azərbaycan Respublikası Müdafiə Nazirliyi İİİ Müdafiə Nazirinin katibliyinin xx.xx.2023-cü il tarixli iddiaçıya ünvanlanan məktubda bildirilmişdir ki, iddiaçıya “Müharibə Veteranı” adının və vəsiqəsinin verilməsi ilə əlaqədar göndərilən sənədlərə Müdafiə Nazirliyinin aparatı nəzdində “Veteran adlarının və müvafiq vəsiqələrinin verilməsi üzrə komissiya”nın xx.xx.2023-cü il tarixli iclasında baxılmış və barəsində müsbət qərar qəbul edilməmişdir. Mərkəzi Arxivinin xx.xx.2023-cü il tarixli 4/2-N4N4 nömrəli arayışına əsasən döyüş əməliyyatları aparılan dövrdə N nömrəli hərbi hissənin tərkibində xx.xx.N93-cü ildən xx.xx.N94-cü ilədək xidmətini və qanuni əsaslarla ehtiyata buraxılmağı barədə məlumat olmadığına görə iddiaçıya “Müharibə Veteranı” adının və vəsiqəsinin verilməsindən imtina olunur.
11. Məhkəmənin şifahi məhkəmə dinləmələri zamanı (şifahi məhkəmə baxışı) iştirak edən iddiaçı iddianın təmin olunmasını xahiş etdi. Cavabdehin nümayəndəsi şifahi məhkəmə dinləmələri zamanı (şifahi məhkəmə baxışı) iştirak etməmişdir.
II. İddianın növü və mümkünlüyü
12. Müharibə veteranı adının və vəsiqəsinin verilməsi “Veteranlar haqqında” Azərbaycan Respublikasının Qanunu və Azərbaycan Respublikası Nazirlər Kabinetinin N95-ci il 22 sentyabr tarixli 2N6 nömrəli qərarı ilə təsdiq edilmiş “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında” Əsasnaməyə (bundan sonra – Əsasnamə) əsasən müəyyən edilir.
13. Müharibə veteranı adı aidiyyəti qurumların yaratdıqları müvafiq komissiyaların rəyinə əsasən verilir.
14. “İnzibati icraat haqqında” Qanunun 2.0.2-ci maddəsinə əsasən inzibati akt inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. Bu normaya görə inzibati akt hakimiyyət tədbiri olmaqla aşağıdakı əlamətləri ilə səciyyələnir - inzibati orqan tərəfindən qəbul edilməli; ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələləri nizama salmalı; ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaratmalı; qanunvericilikdə nəzərdə tutulmuş formalardan birinə uyğun olmalıdır. Beləliklə, inzibati akt hüquqi nəticələr yaradır, yəni ünvanlandığı hüquqi və ya fiziki şəxsin (şəxslərin) hüquqi vəziyyətini dəyişdirir, onun üzərinə vəzifə və öhdəliklər qoyur və ya ona bu və ya digər hüququn həyata keçirilməsinə şərait yaradır, bununla da hüquq münasibətlərinin formalaşması, mövcud münasibətlərin dəyişdirilməsi və ya onlara xitam verilməsinin faktiki əsası kimi çıxış edir (“Vergi ödəyicilərinin 20N7-ci ilin N yanvar tarixinə mövcud olan vergi borclarının tənzimlənməsi haqqında" Azərbaycan Respublikasının 20N6-cı il 30 dekabr tarixli 474VQ №-li Qanununun tətbiqi ilə bağlı vergi ödəyicilərinin şəxsi hesab vərəqələrində əməliyyatların edilməsinə dair Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının N3 avqust 2020-ci il tarixli Qərardadı, №02, 24-cü bənd). Odur ki, həmin rəy qeyd edilən əlamətlərə malik olduğundan iddiaçıya münasibətdə inzibati akt hesab edilməli və hazırki iddia məcburetməyə dair iddiadır.
15. İddiaçı inzibati orqanın üzərinə arzuladığı inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasını tələb edir. İPM-in 2.2.2-ci maddəsinə əsasən, inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır.
16. İddia mümkündür.
III. Məhkəmənin mövqeyi
17. “Veteranlar haqqında” Azərbaycan Respublikasının Qanununun 3-cü maddəsinin N-ci hissəsinin ikinci abzasına əsasən, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etmiş şəxslər müharibə veteranları sayılırlar. Həmin qanunun 7-ci maddəsinin N-ci hissəsinə əsasən, müharibə veteranı, Silahlı Qüvvələrin veteranı və əmək veteranı adlarının verilməsi qaydaları və şərtləri müvafiq icra hakimiyyəti orqanı (Nazirlər Kabineti) tərəfindən müəyyən edilir.
18. Əsasnamənin N-ci hissəsinin birinci bəndinin səkkizinci yarımbəndinə əsasən, müharibə veteranı adı Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda N88-ci il fevralın N-dən N94-cü il mayın N2-dək erməni millətçi dəstələrinə qarşı Ermənistanla həmsərhəd inzibati ərazi vahidlərində – Naxçıvan Muxtar Respublikası (Kərki kəndi daxil olmaqla), keçmiş DQMV ərazisində, habelə Laçın, Qubadlı, Zəngilan (Seyidlər kəndi daxil olmaqla), Cəbrayıl, Füzuli, Ağdam, Tərtər (keçmiş Mirbəşir), Goranboy (Qasım İsmayılov və Şaumyan (kənd), Daşkəsən, Göygöl (keçmiş Xanlar), Kəlbəcər, Gədəbəy, Tovuz, Ağstafa, Qazax (Sofulu, Barxudarlı, Yuxarı Əskipara kəndləri daxil olmaqla) rayonlarının ərazilərində aparılan döyüş əməliyyatlarında özünümüdafiə dəstələrinin və birləşmələrinin tərkibində iştirak etmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkibində hərbi xidmət keçmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissələrə və ya orqanlara döyüş tapşırığının və ya döyüş təminatı ilə bağlı tapşırıqların yerinə yetirilməsi üçün ezam olunmuş, həmçinin N94-cü il N2 may tarixindən sonra döyüş zonasında hərbi xidmət keçərkən, yaxud döyüş zonasında döyüş tapşırığının yerinə yetirilməsi ilə bağlı ezamiyyətlərdə olarkən, bilavasitə döyüş əməliyyatlarında iştirak edən və həmin döyüş əməliyyatları ilə əlaqədar xəsarət (yaralanma, travma, kontuziya) almış hərbi qulluqçulara – müdafiə, daxili işlər, dövlət təhlükəsizliyi, ədliyyə, fövqəladə hallar orqanları, Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti, Azərbaycan Respublikasının Xüsusi Dövlət Mühafizə Xidməti və hərbi idarəetmə orqanları tərəfindən verilmiş arayışlar, hərbi biletlər (hərbi xidmət keçmələrini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə birgə təqdim edildiyi halda), şəxsi işlər, orden və medallarla təltif olunmaq haqqında vəsiqələr, xəsarət (yaralanma, travma, kontuziya) alma haqqında arayışlar, yerli icra hakimiyyəti orqanlarının təsdiq etdikləri siyahılar (döyüşlərdə iştirakı sübut edən sənədlərlə birgə təqdim edildiyi halda), əmrlərdən çıxarışlar, hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında müvafiq komissiyaların rəyinə əsasən verilir. Qeyd: Bu qayda Azərbaycan Respublikası ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslər istisna olmaqla, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarının aparıldığı dövrdə hərbi hissəni və ya xidmət yerini özbaşına tərk etməyə, fərariliyə və ya digər hərbi cinayətlərə görə məhkum edilmiş (2000-ci il sentyabrın N-dək qüvvədə olmuş Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 42-ci maddəsinin ikinci hissəsinə əsasən cəzadan azad edilmiş şəxslər istisna olmaqla) və ya barələrində cinayət təqibi bəraətverici əsaslar olmadan xitam verilmiş və ya amnistiya aktına əsasən cinayət məsuliyyətindən azad edilmiş, “Veteranlar haqqında” Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinin birinci hissəsinin üçüncü abzasında göstərilmiş şəxslərə şamil olunmur.
19. Qeyd edilən normativ hüquqi aktların tələbinə əsasən, məhkəmə tərəfindən aşağıdakı iki hal müəyyən edilməlidir: Şəxsin (i) Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatları aparan hərbi hissənin tərkibində döyüş əməliyyatlarında iştirakı faktı və (ii) həmin dövrdə hərbi cinayətlərə görə cinayət məsuliyyətinə cəlb edilib-edilməməsi (bəraətverici əsaslarla cinayət təqibinə xitam istisna olmaqla) və məhkumluğunun olub-olmaması olmalıdır. İddianın uğurluluğu həmin hallardan asılıdır və bu səbəbdən məhkəmə araşdırmasının həddi qeyd edilən halları müəyyən etməklə məhdudlaşmalıdır. N-ci hala münasibətdə iddiaçının Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirakı faktı təsdiq olunmur, belə ki, onun N57 saylı hərbi hissələrin tərkibində ordu sıralarından qanuni əsaslarla ehtiyata buraxılması barədə heç bir təsdiqedici sənədi yoxdur. İddiaçının hərbi biletində müvafiq qeyd mövcud olsa da, həmin fakt arxiv arayışı ilə təsdiqlənmir. 2-ci hala münasibətdə məhkəmə qeyd edir ki, həmin dövrdə iddiaçının hərbi cinayətlərə görə cinayət məsuliyyətinə cəlb edilməsi və məhkumluğunun olub-olmaması məhz Daxili İşlər Nazirliyi və onun rayon polis idarə (şöbələri) tərəfindən təqdim edilən fərdi uçot məlumatları əsasında müəyyən edilməlidir. Məhkəmə sorğusuna verilən cavab əsasında iddiaçının məhkumluğunun olmadığı müəyyən edilir. Lakin məhkəmə qeyd edir ki, hər iki hal eyni zamanda mövcud olduğu təqdirdə iddiaçının müvafiq hüququ təmin oluna bilər.
20. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun N-cu maddəsinə görə inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. Təqdim olunmuş sənədlərin və dəlillərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda, inzibati orqan müstəqil şəkildə və öz hesabına onların mötəbərliyinin müəyyən edilməsi üçün tədbirlər görür. Həmin Qanunun 24.2-ci maddəsinə əsasən inzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz.
21. İPM-in 68.N-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir.
22. İPM-in 68.2-ci maddəsinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır.
23. İPM-in 73.N-ci maddəsinə əsasən inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur.
24. Beləliklə məhkəmə hesab edir ki, cavabdehin imtinası nəticəsində iddiaçının qanunla qorunan hüquqları pozulmamışdır.
25. Göstərilənlərə əsasən və İPM-in 4.N, 23.N, 58.7, 69, 75, 78–79, 8N, 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə
QƏRARAALDİ:
İddia təmin edilməsin. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər.
Hakim Günel Sevdimalıyeva