Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-2008/2025 05.02.2025 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Əhədova Aygün Əlqəmə qızının sədrliyi ilə, İslamova Minayə Etibar qızının katibliyi, İddiaçı, Cavabdehin nümayəndəsi Nümayəndə iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fonduna qarşı "əmək haqqı barədə arayışın verilməsi" tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fonduna qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək İddiaçı 2018-2020-ci illər üçün əmək haqqı gəlirləri barədə arayışın verilməsi vəzifəsinin cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Məmmədova (Hüseynova) Sevil Teymur qızı, xx.xx.1960-cı ildə anadan olmuşdur. xx.xx.1995-ci ildə Nəsimi rayon Əhalinin Sosial Müdafiəsi Mərkəzində sosial-məişət xidməti şöoəsinə sosial işçi vəzifəsinə işə qəbul edilmişdir. xx.xx.2015-ci ildə "Dövlət qulluğu haqqında" Azərbaycan Respublikası Qanununun 17.1- ci maddəsinə uyğun olaraq İİ dərəcəli referent ixtisas dərəcəsi verilmişdir. xx.xx.2020-ci ildə "Dövlət qulluğu haqqında" Azərbaycan Respublikası Qanununun 33.1.1-ci maddəsinə uyğun öz xahişilə işdən azad olunmuşdur. xx.xx.2020-ci ildə "Sosial Xidmətlər Agentliyi" X1 5 saylı filiala xidmətçi vəzifəsinə təyin olunmuşdur. xx.xx.2022-ci ildə Bakı filialına sosial xidmətçi vəzifəsinə keçirilmişdir. xx.xx.2023-cü ildə öz xahişilə tutduğu vəzifədən azad olunmuşdur. İddiaçı xx.xx.2024-cü ildə ərizə ilə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fonduna müraciət edərək 2018-2020-ci illər üçün əmək haqqı gəlirləri barədə arayışın verilməsini xahiş etdi. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Döviət Sosial Müdafiə Fondunun Maliyyə və Mühasibatlıq üzrə Mərkəzi Filialı tərəfindən verilən 05 iyun 2024-cü il tarixli, 3-17-1/2-14- 131254/2024 saylı cavab məktubunda göstərilir ki, ləğv edilmiş Nəsimi rayon Şöbəsi əmək haqqı və digər gəlirləri əks etdirən hesablama cədvəlləri Mərkəzi filiala təhvil verilməmişdir.Ona görə də əmək haqqı gəlirləri barəd arayışın verilməsi mümükünsüzdür. Azərbaycan Respublikası Konstitusiyasının 57.1.maddəsində deyilir: Azərbaycan Respublikası vətəndaşlarının dövlət orqanlarına şəxsən müraciət etmək, habelə fərdi və kollektiv yazılı müraciətlər göndərmək hüququ vardır. Hər bir müraciətə qanunla müəyyən edilmiş qaydada və müddətlərdə yazılı cavab verilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəmənin icraatına qəbul edildikdən sonra İnzibati Prosessual Məcəllənin 49-cu maddəsinə uyğun olaraq, işin hazırlıq icraatına başlanılmış və məhkəmənin sərəncamı ilə həmin Məcəllənin 47-ci maddəsinin tələblərinə uyğun olaraq iddia ərizəsi ona əlavə edilmiş sənədlərlə birlikdə cavabdehə təqdim olunmuş və cavabdehdən iddiaya qarşı yazılı münasibət (etiraz) bildirilməsi tələb olunmuşdur. Cavabdeh orqanın iddiaya yazılı etirazı məhkəməyə təqdim edilmiş və bildirilmişdir ki, İddiaçı iddia ərizəsində qeyd etmişdir ki, xx.xx.1995-ci il tarixdə Fondun Nəsimi rayon şöbəsində sosial-məişət xidməti şöbəsinə sosial işçi vəzifəsinə qəbul edilmişdir. Eyni zamanda iddia ərizəsində iddiaçının xx.xx.2015-ci il tarixdən xx.xx.2020-ci il tarixədək dövlət qulluqçusu olması qeyd edilmişdir. Bildirilir ki, məhkəmə iclasında iddiaçı tərəfindən təqdim edilmiş Fondun Matiyyə və mühasibatlıq üzrə mərkəzi filialının xx.xx.2024-cü il tarixli 3-17-1/2-M-232940/2024 nömrəli arayışına əsasən iddiaçının xx.xx.2017-ci il tarixdən xx.xx.2019-cu il tarixədək Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Nəsimi rayon şöbəsində sosial işçi vəzifəsində çalışması və xx.xx.2017-ci il tarixdən xx.xx.2019-cu il tarixədək olan dövr üçün aylar üzrə əməkhaqqı alması müəyyən olunur. Həmin arayışda xx.xx.2019-cu il tarixdən xx.xx.2019-cu il tarixədək olan dövr üçün əməkhaqqı cədvəlləri aşkar edilmədiyindən həmin dövr üzrə məlumatların təqdim edilməsi mümkün olmamışdır. "Əmək pensiyaları haqqında" Azərbaycan Respublikası Qanununun 20.11-ci maddəsinə əsasən sabiq dövlət qulluqçularının əmək pensiyasına əlavələr dövlət qulluğunun son 24 ayı və ya istənilən ardıcıl gələn 60 ayı ərzindəki dövlət məvacibinə orta aylıq məbləğindən, pensiya təyinatı tarixinədək dövlət məvacibindəki sonrakı artımlar da nəzərə alınmaqla müəyyən edilir. İddiaçı məhkəmə iclasında ifadə verərək bildirmişdir ki, onun hazırkı tələbi əmək pensiyasının dövlət qulluqçusu kimi işlədiyi 2018-2020-ci illər ərzində aldığı əmək haqqı əsasında yenidən hesablanmasıdır. Bildirilir ki, iddiaçının qeyd olunan tələb ilə bağlı Dövlət Sosial Müdafiə Fondunun Xüsusi şərtlərlə təyinat üzrə mərkəzi filialına müraciəti olmamışdır. Məhkəmə iclasında iştirak edən iddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi iddiaya etiraz edərək tələbin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi aşağıdakı əsaslara görə təmin edilməlidir. İş materiallarına əlavə edilmiş iddiaçıya məxsus xx.xx.1990-cı il tarixli, ИТ-İ № ******* nömrəli əmək kitabçasının surətinə əsasən İddiaçı xx.xx.1995-ci ildə Nəsimi rayon Əhalinin Sosial Müdafiəsi Mərkəzində sosial-məişət xidməti şöoəsinə sosial işçi vəzifəsinə işə qəbul edilmiş, xx.xx.2015-ci ildə "Dövlət qulluğu haqqında" Azərbaycan Respublikası Qanununun 17.1- ci maddəsinə uyğun olaraq İİ dərəcəli referent ixtisas dərəcəsi verilmiş, xx.xx.2020-ci ildə "Dövlət qulluğu haqqında" Azərbaycan Respublikası Qanununun 33.1.1ci maddəsinə uyğun öz xahişilə işdən azad olunmuş, xx.xx.2020-ci ildə "Sosial Xidmətlər Agentliyi" X1 5 saylı filiala xidmətçi vəzifəsinə təyin olunmuş, xx.xx.2022-ci ildə Bakı filialına sosial xidmətçi vəzifəsinə keçirilmiş, xx.xx.2023-cü ildə öz xahişilə tutduğu vəzifədən azad olunmuşdur. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının xx.xx.2024-cü il tarixli məktubunda bildirilmişdir ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 20.11-ci maddəsinə əsasən sabiq dövlət qulluqçularının əmək pensiyasına əlavələr dövlət qulluğunun son 24 ayı və ya istənilən ardıcıl gələn 60 ayı ərzindəki dövlət məvacibinin orta aylıq məbləğindən, pensiya təyinatı tarixinədək dövlət məvacibindəki sonrakı artımlarda nəzərə alınmaqla müəyyən edilir. Qeyd olunanları nəzərə alaraq, müraciətinizə qoşma olaraq əlavə etdiyiniz əmək haqqı arayışında göstərilmiş xx.xx.2020-xx.xx.2023-cü il tarixləri arasındakı dövr ərzində dövlət qulluqçusu kimi fəaliyyət göstərmədiyinizdən sabiq dövlət qulluqçusu kimi pensiyanızın həmin arayışa əsasən yenidən hesablanması qanunvericiliyin tələbləri baxımından mümkün deyil. İş materiallarına əlavə edilmiş DSMF Maliyyə və Mühasibatlıq üzrə Mərkəzi Filialının xx.xx.2024-cü il tarixli Arayışından görünür ki, iddiaçı xx.xx.2017-ci il tarixdən xx.xx.2019-cu il tarixədək Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Nəsimi rayon şöbəsində sosial işçi vəzifəsində çalışmışdır. xx.xx.2017-ci il tarixdən xx.xx.2019-cu il tarixədək olan dövr üçün aylar üzrə əmək haqqı barədə məlumat arayışa əlavə olunan cədvəldəki kimidir. Qeyd: xx.xx.2019-cu il tarixdən xx.xx.2019-cu il tarixədək olan dövr üçün əməkhaqqı cədvəlləri aşkar edilmədiyindən həmin dövr üzrə məlumatların təqdim edilməsi mümkün olmamışdır. Arayışa əlavə edilmiş cədvəldə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Nəsimi rayon şöbəsində sosial işçi vəzifəsində çalışmış İddiaçı xx.xx.2017-ci il tarixdən xx.xx.2019-cu il tarixədək olan dövr üçün aylar üzrə əmək haqqı (vəzifə maaşı, qulluq stajına görə əlavə, ixtisas dərəcəsinə görə əlavə, mükafatlar, müavinətlər, məzuniyyət pulu göstərilməklə) öz əksini tapmışdır. Məhkəmə sorğusuna cavab olaraq DSMF Sosial Sığorta və Fərdi Uçot üzrə Mərkəzi Filialı tərəfindən xx.xx.2024-cü il tarixli məktubla bildirilmişdir ki, sorğunuzla əlaqədar Nazirliyin Mərkəzləşdirilmiş elektron informasiya sistemində qeydiyyata alınmış İddiaçı fərdi şəxsi hesabı ilə bağlı məlumatları (məcburi dövlət sosial sığortasına cəlb olunan gəlirləri nisbətində xeyrinə hesablanmış və ödənilmiş məcburi dövlət sosial sığorta haqları) təqdim edirik. Məlumat üçün bildiririk ki, “Dövlət sosial sığorta sistemində fərdi uçot haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən əmək pensiyası və digər sosial müdafiə hüquqlarının təmin edilməsi üçün hər bir sığortaolunan haqqında məlumatların uçotunun təşkili xx.xx.2006-cı il tarixdən başlamışdır. Qeyd etmək istəyirik ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2022-ci il tarixli 175 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əmək pensiyalarının təyin edilməsi, hesablanması, yenidən hesablanması, bir növdən başqa növə keçirilməsi və ödənilməsi” Qaydasının (bundan sonra - Qayda) 4.1.1-ci bəndinə əsasən xx.xx.2006-cı il tarixinədək olan dövr üzrə sığorta stajının hesablanası məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xüsusiyyətlərindən və müddətindən asılı olmayaraq, müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin iş müddəti əmək fəaliyyəti barədə sənədlərə (əmək kitabçası, o olmadıqda işəgötürənin arayışı və ya dövlət arxivinin arayışı), hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin fəaliyyət müddəti məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi haqqında mədaxil qəbzlərinə və ya bu Qayda ilə təsdiq edilmiş 8 nömrəli Əlavəyə əsasən aparılır. Cavabdeh DSMF Maliyyə və Mühasibatlıq üzrə Mərkəzi Filialının iddiaçıya ünvanladığı xx.xx.2024-cü il tarixli məktubunda bildirilmişdir ki, müraciətiniz əsasında araşdırma aparılaraq Fondun ləğv edilmiş Nəsimi rayon şöbəsində çalışdığınız müvafiq struktur qurum tərəfindən əmək haqqı və digər gəlirləri əks etdirən hesablama cədvəllərinin Mərkəzi filiala təhvil verilmədiyi müəyyən edilmişdir. Nəzərinizə çatdırırıq ki, sözügedən sənədlərin aşkar edilməməsi səbəbindən müraciətinizdə qeyd etdiyiniz 2018- 2020- ci il dövr üzrə əmək haqqı gəlirləri barədə arayışın təqdim edilməsi tərəfimizdən mümkün olmamışdır. «İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 05 saylı, 10 aprel 2015-ci il tarixli Qərarında göstərilmişdir ki, mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur (1.3-cü bənd). Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir (1.4-cü bənd). Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır (2.1-ci bənd). Qeyd edilən normaların tələbindən çıxış edərək məhkəmə ilk növbədə verilmiş iddianın mümkünlüyünü qiymətləndirir. Belə ki, iddia mümkün iddiadır. Baxılan işdə söhbət İnzibati Prosessual Məcəllənin 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədən gedir ki, buna da baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İPM-in 2.1, 3.1 və 8.1-ci maddələri). İddia düzgün cavabdehə qarşı verilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur. İddiaçının iddia tələbi ilə bağlı cavabdehə etdiyi ilkin müraciət və verilmiş imtina cavabı iş materiallarına əlavə edilmişdir. İddianın ümumi və xüsusi mümkünlük şərtləri ödənilir. İddia, mahiyyət üzrə əsaslıdır. Belə ki, “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanununun 22.1-ci maddəsinə əsasən dövlət məvacibinin məbləği səlahiyyət həcmindən, məsuliyyət dərəcəsindən, tələb olunan peşəkarlıq səviyyəsindən, vəzifədə qulluq stajından asılıdır. Həmin Qanunun 22.2-ci maddəsinə əsasən dövlət məvacibi vəzifə maaşından, mükafatlardan və vəzifə maaşına əlavələrdən (dövlət qulluqçusunun ixtisas dərəcəsinə, qulluq stajına və s. görə verilən əlavələr) ibarətdir. Həmin Qanunun 23.2-ci maddəsinə əsasən dövlət qulluqçusunun pensiyasının məbləği dövlət qulluğu vəzifəsində qulluq stajından və dövlət məvacibinin məbləğindən asılıdır. Həmin Qanunun 30.6-cı maddəsinə əsasən yardımçı vəzifələr tutan dövlət qulluqçularının əmək münasibətləri bu Qanunun müddəaları nəzərə alınmaqla Azərbaycan Respublikasının Əmək Məcəlləsi ilə tənzimlənir. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 9-cu maddəsinin əsasən Əmək müqaviləsi üzrə işçinin aşağıdakı əsas hüquqları vardır: ...n) iş yeri, vəzifəsi (peşəsi), aylıq əmək haqqı və əmək münasibətləri ilə bağlı digər məlumatlar barədə işəgötürəndən müvafiq arayışlar almaq... Həmin Məcəllənin 88-ci maddəsinin birinci bəndinə əsasən işəgötürən işçinin müraciəti əsasında ona vəzifəsi (peşəsi), müvafiq dövr ərzində qazancı barədə arayış, arxiv məlumatları, şəxsi sənədlərinin təsdiq edilmiş surətlərini, habelə onun peşəkarlıq, işgüzarlıq səviyyəsini və digər şəxsi xüsusiyyətlərini xarakterizə edən xasiyyətnamə verməyə, o cümlədən elektron informasiya sistemi vasitəsilə işçinin informasiya sistemində yaradılan elektron kabinetinə göndərməyə borcludur. Hazırkı işin hallarından müəyyən edilir ki, iddiaçı dövlət qulluqçusu kimi əmək pensiyaçısıdır. İddiaçının 2018-2020-ci illərdə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun ləğv edilmiş Nəsimi rayon şöbəsində sosial işçi vəzifəsində çalışması, həmin dövrdə əmək haqqı alması işin mübahisəsiz halıdır. İddiaçı dövlət qulluqçusu kimi pensiyanın hesablanması üçün Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun ləğv edilmiş Nəsimi rayon şöbəsi dövlət qulluğunda çalışdığı son 24 ay üzrə aldığı əmək haqqının tərkibi barədə arayışıın təqdimm edilməsi ilə bağlı şöbənin aid olduğu hazırkı səlahiyyətli qurum Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunamüraciət etmişdir. İddiaçı barəsində 2017,2018-ci illərin əmək haqı arayışını təqdim etsə də xx.xx.2019-xx.xx.2019, xx.xx.2020-xx.xx.2020-ci ilin ayları üzrə əmək haqqı arayışını təqdim etməmişdir. Cavabdehin hazırkı iş üzrə iddiaçıya qeyd edilən dövlər üzrə əmək haqqı arayışının təqdim edilməsindən imtina üçün dəlili Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun ləğv edilmiş Nəsimi rayon şöbəsi tərəfindən iddiaçının əmək haqqı və digər gəlirləri əks etdirən hesablama cədvəllərinin təhvil verilməməsindən ibarətdir. Məhkəmə cavabdehin bu dəlilini aşağıda qeyd edilənlərə əsasən əsassız hesab edir: Belə ki, iddiaçı hazırkı iddia tələbi ilə 2018-2020-ci illər üçün əmək haqqı gəlirləri barədə arayışın verilməsini tələb edir. Göründüyü kimi, iddiaçının tələbi əmək haqqı gəlirləri barədə arayışın verilməsidir ki, bu arayışda vəzifə maaşı, mükafatlar və vəzifə maaşına əlavələr (dövlət qulluqçusunun ixtisas dərəcəsinə, qulluq stajına və s. görə verilən əlavələr) öz əksini tapmalıdır. İddiaçının belə arayışı tələb etmə hüququ yuxarıda qeyd edilən dövlət qulluğu, əmək qanunvericiliyində bilavasitə təsbit edilmişdir. DSMF Sosial Sığorta və Fərdi Uçot üzrə Mərkəzi Filialı tərəfindən İddiaçı fərdi şəxsi hesabı ilə bağlı, o cümlədən 2018-2020-ci illəri əks etdirən məlumatlar təqdim edilsə də, həmin məlumatlarda yalnız iddiaçının həmin aylar üzrə ümumi gəliri və gəlirlər nisbətində xeyrinə hesablanmış və ödənilmiş məcburi dövlət sosial sığorta haqları qeyd edilmişdir. Məcburi dövlət sosial sığorta haqlarının məbləği barədə məlumat isə dövlət qulluqçusuna pensiya hesablanması zamanı əsas götürülən əmək haqqının tərkibi barədə məlumatı əhatə etmir. DSMF Maliyyə və Mühasibatlıq üzrə Mərkəzi Filialının xx.xx.2024-cü il tarixli arayışı və ona əlavə edilmiş cədvəldən görünür ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Nəsimi rayon şöbəsində sosial işçi vəzifəsində çalışmış İddiaçı yalnız xx.xx.2017-ci il tarixdən xx.xx.2019-cu il tarixədək olan dövr üçün aylar üzrə əmək haqqı (vəzifə maaşı, qulluq stajına görə əlavə, ixtisas dərəcəsinə görə əlavə, mükafatlar, müavinətlər, məzuniyyət pulu göstərilməklə) öz əksini tapmışdır. Qeyd edilməlidir ki, ləğv edilmiş Nəsimi rayon şöbəsi tərəfindən iddiaçının əmək haqqı və digər gəlirləri əks etdirən hesablama cədvəllərinin təhvil verilməməsi imtina üçün əsas hesab edilə bilməz. Belə ki, işçinin müraciəti əsasında ona vəzifəsi (peşəsi), müvafiq dövr ərzində qazancı barədə arayış verməsi işəgötürənin borcudur. Hazırkı halda isə işəgötürən qismində çıxış edən Dövlət Sosial Müdafiə Fondunun Nəsimi rayon şöbəsi ləğv edildiyindən, bu arayış Dövlət Sosial Müdafiə Fondu tərəfindən təqdim edilməlidir. Cavabdeh iddiaya dair etirazında bildirmişdir ki, iddiaçının hazırkı tələbi əmək pensiyasının dövlət qulluqçusu kimi işlədiyi 2018-2020-ci illər ərzində aldığı əmək haqqı əsasında yenidən hesablanmasıdır, iddiaçının qeyd olunan tələb ilə bağlı Dövlət Sosial Müdafiə Fondunun Xüsusi şərtlərlə təyinat üzrə mərkəzi filialına müraciəti olmamışdır. Bununla bağlı qeyd edilməlidir ki, iddiaçının hazırkı iddia tələbi 2018-2020-ci illər üçün əmək haqqı gəlirləri barədə arayışın verilməsindən ibarətdir, Dövlət Sosial Müdafiə Fondunun Xüsusi şərtlərlə təyinat üzrə mərkəzi filialı isə həmin arayışın verilməsini təmin edən qurum deyil, həmin arayış əsasında dövlət qulluqçusu kimi əmək pensiyasının hesablanmasını həyata keçirən qurumdur. Bu əsasdan iddiaçının dövlət qulluqçusu kimi təyin edilmiş pensiyasının məbləğinə təsir edəcək müvafiq vəzifə maaşı məzuniyyət, müavinət, qulluq stajına görə əlavə, ixtisas dərəcəsinə görə əlavə və s. əhatə edən arayışı tələb etmək və həmin arayışı pensiya təyin edən quruma təqdim edərək son 24 ayın əmək haqqı əsas götürülməklə pensiyasının yenidən hesablanmasını tələb etmək hüququ məhdudlaşdırıla bilməz. İddiaçının tələb etdiyi arayış 2018-2020-ci illəri əhatə edir ki, qeyd edilən müddətin bir hissəsi üzrə əmək haqqının tərkibi barədə arayış verə bildiyi halda, bir hissəsinə xüsusən də son dövrə düşən aylar üzrə əmək haqqı arayışının təqdim edilməsinin mümkün olmaması əsaslı və ağlabatan deyildir. Qeyd edilməlidirki, iddiaçının əmək haqqı gəlirləri barədə arayışı hansı məqsədlə alması (pensiyanın yenidən hesablanması və s.), Dövlət Sosial Müdafiə Fondunun Xüsusi şərtlərlə təyinat üzrə mərkəzi filialına müraciətin olub-olmaması hazırkı məhkəmə mübahisəsinin predmeti deyil və bu hallar əmək haqqı gəlirləri barədə arayışın verilməsinə mane ola bilməz. İnzibati Prosessual Məcəllənin 68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməli, İddiaçı 2018-2020-ci illər üçün əmək haqqı gəlirləri barədə arayışın verilməsi vəzifəsi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun üzərinə qoyulmalıdır. İnzibati Prosessual Məcəllənin 85.1-ci maddəsinə əsasən şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 75 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qərara aldı: İddia tələbi təmin edilsin Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiiə Fondunun Nəsimi rayon şöbəsində sosial işçi vəzifəsində çalışmış İddiaçı 2018-2020-ci illər üzrə əmək haqqı gəlirləri barədə arayışın verilməsi vəzifəsi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fonduna həvalə edilsin. Qərardan təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540cı məhəllə) şikayət verilə bilər. Hakim Aygün Əhədova
Məhkəmə qərarları › İş №2-1(112)-2008/2025
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-2008/2025
05.02.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver