Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-20092/2025 29.01.2026 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Almazova Aysev Mehman qızının sədrliyi ilə, Tərəflərin iştirakı olmadan İddiaçı cavabdeh Səbail Rayon Polis İdarəsinə (üçüncü şəxs: X2) qarşı "qeydlərin ləğv edilməsi" iddia tələbi üzrə iş materiallarına məhkəmənin binasında (Bakı şəhəri, Nərimanov rayonu, Təbriz küçəsi, 29) açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: İddiaçı cavabdeh Səbail rayon Polis İdarəsinə qarşı ünvan 1 ünvanında yerləşən ona məxsus olan mənzildə üçüncü şəxs: X1 qeydiyyat ünvanında qeydlərinin ləvğ edilməsi öhdəliyinin cavabdeh Səbail Rayon Polis İdarəsinin üzərinə qoyulması barədə qərar qəbul edilməsinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı ünvan 3 ünvanında yaşayır bu ev ona məxsusdur. Evin komunallarıda onun adınadır. Üçüncü şəxs; X2 həmin evdə qeydiyyatdadır. Həmin şəxs evin keçmiş sahibidir və bu evi ona satıb təhvil vermişdir. Onun evində qeydiyyatda olması iddiaçının hüquqlarını pozur. Bu barədə Səbail Rayon Polis İdarəsinə ünvanlamış olduğu müraciətə cavab olaraq bildirilmişdir ki, məhkəmə müdaxiləsi yolu ilə mümkündür. Göstərilən səbəbdən üçüncü şəxs: X1 qeydiyyat ünvanında qeydlərinin ləğv edilməsi öhdəliyinin cavabdeh Səbail Rayon Polis idarəsinin üzərinə qoyulması üçün məhkəmə müdaxiləsi zərurəti yaranmışdır. Məhkəmənin xx.xx.2026-cı il tarixli qərardadı ilə X2 iş üzrə inzibati məhkəmə icraatına zəruri cəlbetmə qaydasında üçüncü şəxs qismində cəlb edilmişdir. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı Şəhəri Səbail Rayon Polis İdarəsinin iddiaçıya ünvanladığı xx.xx.2025-ci il tarixli 47/2-P25726 nömrəli məktubundan görünür ki, ünvan 7 ünvanında yerləşən mənzildə qeydiyyatda olan X1 göstərilən ünvandan qeydiyyatdan çıxarılması ilə əlaqədar mövcud qanunvericiliyin tələblərini nəzərə alaraq «Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında» Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinə əsasən məhkəmə orqanlarına müraciət etməyi məqsədə müvafiqdir. Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Baş Pasport Qeydiyyat və Miqrasiya İdarəsinin xx.xx.2025-ci il tarixli 18/2-37585 nömrəli məktubundan görünür ki, xx.xx.1975-ci il təvəllüdlü X2 xx.xx.2014-cü il tarixdən hazıradək ünvan 8 ünvanında yaşayış yeri üzrə qeydiyyatdadır. Əlavə olaraq bildirilir ki, qeyd olunan ünvana qeydiyyata alınmasına və ona şəxsiyyət vəsiqəsinin verilməsinə əsas olmuş sənədlərin saxlanma müddəti (5 il) bitdiyi üçün məhv ediliyindən həmin sənədlərin təqdim edilməsi mümkün olmamışdır. Məhkəmənin 2-1(112)-11042/2025 saylı xx.xx.2025-ci il tarixli qərardadından görünür ki, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-11042/2025 saylı, xx.xx.2025-ci il tarixli qərarına əsasən İddiaçı cavabdeh Bakı şəhəri Səbail Rayon Polis İdarəsinə qarşı ünvan 9 ünvanında yerləşən iddiaçının istifadəsində olan mənzildə üçüncü şəxs X1 qeydiyyat ünvanında qeydlərinin ləğv edilməsi barədə iddia tələbi mümkün hesab edilməmişdir. Tərəflər məhkəmə iclasında iştirak etməmişdirlər. Məhkəmə iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edir ki, iddia mümkün sayılmamalıdır. Belə ki, İş materiallarından da görünür ki, iddiaçı həmin evin mülkiyyətçisi deyil. Odur ki, həmin evdə yaşayış yeri üzrə qeydiyyatda olan şəxslərin yaşayış yeri üzrə qeydiyyatdan çıxarması barədə tələb irəli sürməyə hüquqi marağı, başqa sözlə konkret halda hüquqi müdafiəyə ehtiyacı yoxdur. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 146.2-ci maddəsinə əsasən daşınmaz əmlak üzərində sərəncam vermək hüququ həmin əmlakın daşınmaz əmlakın dövlət reyestrində ərazilər üzrə qeydiyyatı tarixindən əmələ gəlir. Sözügüdən ev daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatdan keçməmişdir. İddiaçının həmin evdə yaşamaq hüququnun olması özlüyündə hələ onun mülkiyyət hüququnun və daşınmaz əmlak üzərində sərəncam vermək hüququnun yaranması demək deyil. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin birinci hissəsinin bəzi müddəalarının şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 24 sentyabr 2020-ci il tarixli qərarından:
3. Yaşayış sahəsinə əmlak hüquqları mövcud olmayan şəxslərin mülkiyyətçinin tələbi əsasında qeydiyyatdan çıxarılmasından inzibati orqan tərəfindən imtina edildikdə, məhkəmələr bununla bağlı mübahisələrə inzibati məhkəmə icraatı qaydasında baxaraq şəxsin yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması öhdəliyini həmin orqanın üzərinə qoya bilər. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, hazırki iddia ilə müraciət etmək üçün iddiaçının subyektiv hüququ olmadığından iş üzrə üçüncü şəxslərin və ya iddiaçının sözügedən tikiliyə münasibətdə hüquqlarının müqayisəli təhlininə zərurət yoxdur. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2015-ci il tarixli 05 saylı qərarından: 1.1 Məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. 1.2 İddianın əsaslılığının yoxlanılmasına yönəlmiş fəaliyyəti zamanı məhkəmə cavabdehə qarşı irəli sürülmüş maddi-hüquqi tələbin mövcud olub-olmamasını araşdırmaqla mahiyyəti üzrə qərar qəbul edir. 1.3 Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. 1.4 Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. 2.1. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. 2.3. Məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. 4.2. Hüququn həqiqətən pozulub-pozulmadığının müəyyən olunması məsələsinin eyni zamanda iddianın əsaslılığının yoxlanılmasını tələb etdiyini nəzərə alaraq məhkəmələr bu meyar üzrə mümkünlüyün yoxlanılması mərhələsində diqqətli olmalı, belə yoxlamanı əsaslılığın yoxlanılması qaydasında aparmamalıdırlar. 4.2. Hüququn həqiqətən pozulub-pozulmadığının müəyyən olunması məsələsinin eyni zamanda iddianın əsaslılığının yoxlanılmasını tələb etdiyini nəzərə alaraq məhkəmələr bu meyar üzrə mümkünlüyün yoxlanılması mərhələsində diqqətli olmalı, belə yoxlamanı əsaslılığın yoxlanılması qaydasında aparmamalıdırlar. 5.1. İddianın mümkünlüyü baxımından hüququn pozulması o halda mövcud olur ki, hüquqa müdaxilə aşkar şəkildə baş verir və birmənalı nəzərə çarpır. 5.2. Bu zaman məhkəmələr müdafiə edilmək istənilən hüququn təbiətini, həmin subyektiv hüququn tanıdığı imkanları, qanunvericilikdə təsbit edilmiş onun qoruma sferası ilə bağlı hədləri nəzərə almalıdırlar. 5.3. İddia qaldırmış şəxsin hüquqlarının qorunmasının bilavasitə qanundan irəli gəldiyi hallarda, bir qayda olaraq iddia mümkün sayılmalıdır. 8.1. İddia mümkün sayılmadıqda məhkəmə İPM-in 35.3-cü maddəsinə əsasən qərardad qəbul edir. 8.2. Bu qərardad məzmun baxımından mübahisə predmetinə toxunmur və yalnız iddianın mahiyyəti üzrə qərar çıxarmaq üçün şərtin mövcud olmadığını müəyyən edir. 8.3. Buna görə də, iddianın mümkün sayılmamasına dair qərardad yenidən mümkünlük şərtlərinə əməl etməklə eyni predmet üzrə iddia qaldırmaq imkanını istisna etmir. 8.4. Bunun əksinə olaraq mahiyyəti üzrə çıxarılmış qərarın hüquqi qüvvəsi iddiaçıya eyni predmet üzrə yenidən tələblə çıxış etmək imkanı vermir. Məhkəmə xüsusilə edir ki, eyni tərəflər arasında eyni predmetlə bağlı iddia üzrə yekun məhkəmə aktı mövcuddur. Belə ki, Bakı İnzibati Məhkəməsinin 2-1(112)- 11042/2025 saylı, xx.xx.2025-ci il tarixli qərarına əsasən İddiaçı cavabdeh Bakı şəhəri Səbail Rayon Polis İdarəsinə qarşı “ünvan 9 ünvanında yerləşən iddiaçının istifadəsində olan mənzildə üçüncü şəxs X1 qeydiyyat ünvanında qeydlərinin ləğv edilməsi” barədə iddia tələbi mümkün hesab edilməmişdir. Qərardad qanuni qüvvəsini almışdır. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-11042/2025 saylı, xx.xx.2025-ci il tarixli qərarında qeyd edilir: “Tətbiq edilən hüquq və məhkəmənin mövqeyi: ... İddiaçı tərəfindən mübahisəli mənzilin ona məxsus olmasına dair müvafiq sənədlər məhkəməyə təqdim edilməmişdir. Məhkəmənin müvafiq soğrusuna əsasən Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi Bakı Ərazi İdarəsinin 3-21-3-30/2-35585/2025 nömrəli məktubundan görünür ki, ünvan 9 ünvanının qeydiyyatdan keçməsi ilə bağlı məlumat aşkar edilməmişdir. Göründüyü kimi ünvan 9 Daşınmaz əmlakın dövlət reyestrində İddiaçı adına qeydiyyata alınmamış və mülkiyyət hüququ ilə ona məxsus deyildir. ... qeydiyyatdan çıxarılması tələb edilən şəxslər qarşısında iddiaçının mübahisəli yaşayış sahəsinə üstünlük hüquqlarının mövcud olmasını sübut edən sənədlər mövcud deyildir.” Odur ki, məhkəmə hesab edir ki, eyni tərəflər arasında eyni predmetlə bağlı iddia üzrə eyni əsasla yekun məhkəmə aktı olduğuna görə hazırki iddia mümkün sayılmamalıdır. Yuxarıda qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, hazırki iddia mümkün sayılmamalıdır. Bununla yanaşı məhkəmə qeyd edir ki, iddianın mümkun sayılmaması iddiaçıya münasibətdə məhkəməyə çatımlılıq və ədalət mühakiməsi hüququn pozulması hesab edilə bilməz. Belə ki, məhkəməyə müraciət etmək hüququ mütləq hüquq deyildir və hazırki işin hallarına uyğun olaraq həmin hüququn məhdudlaşdırılması prosessual qənaət prinsipinə əsaslanmaqla qanuni məqsəd daşıyır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 35.3-cü maddəsinə əsasən iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 23, 35, 46 və 85-ci maddəsini rəhbər tutaraq məhkəmə
QƏRARAALDİ:
İddia mümkün sayılmasın. Qərardaddan təqdim olunduğu vaxtdan 10 (on) gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər. Hakim Aysev Almazova