Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-2010/2021 24.05.2021 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Kərimli Rüstəm Lətif oğlunun sədrliyi, Feyziyev İbrahim İsmayıl oğlunun katibliyi, iddiaçınn nümayəndəsi X5, iddiaçının nümayəndəsi (vəkili) X2, cavabdehin nümayəndəsi X1 iştirakı ilə iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı «qərarın ləğv edilməsi» tələbinə dair iddiası üzrə işə məhkəmənin binasında (Bakı şəhəri, Nəsimi rayonu, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" ASC cavabdeh Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı 7 avqust 2020-ci il tarixli **********165052 nömrəli səyyar vergi yoxlaması aktının və 30 sentyabr 2020-ci il tarixli **********140346 nömrəli vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında qərarın ləğv edilməsi tələbini irəli sürərək iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsində bildirilir ki, Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin 20 sentyabr 2018-ci il tarixli qərarına əsasən iddiaçıda səyyar vergi yoxlaması keçirilmiş və yoxlamanın nəticəsi 7 avqust 2020-ci il tarixli səyyar vergi yoxlaması aktı ilə rəsmiləşdirilmişdir. Aktın nəticəsində 30 sentyabr 2020-ci il tarixli **********140346 nömrəli məsuliyyətə cəlb olunma barədə qərar çıxarılmışdır. Lakin bununla əlaqədar vergi orqanı tərəfindən Vergi Məcəlləsi və digər qanunvericilik aktlarının tələbləri pozulmuşdur. Yoxlama zamanı real istehsal həcminin müəyyənləşdirilməsi məqsədi ilə vergi orqanının 2 iyul 2020-ci il tarixli qərarına əsasən "xxxx" MMC-nin eksperti araşdırmaya cəlb olunmuşdur. 7 avqust 2020-ci il tarixdə təqdim edilmiş mütəxəssis-ekspertiza rəyi düzgün araşdırma aparılmadan hazırlanmışdır. Vergi orqanı əvvəlki iki ekspertiza şirkətinin rəylərini yox, “MBA LTD" MMC tərəfindən verilmiş mütəxəssis-ekspert rəyini əsas götürərək yoxlama aktı hazırlamışdır. Belə ki, verilmiş rəyə əsasən yoxlanılan dövrdə müxtəlif metal məmulatlarının ƏDV-siz istehsal dövriyyəsinin 57.835.462,87 manat (2017ci il üçün 33.097.082,17 manat, 2018-ci il üçün 7 ay ərzində 24.738.380,70 manat) təşkil etdiyi müəyyən edilmişdir. Halbuki, 2017-ci il üçün iddiaçının faktiki dövriyyəsi 25.952.138,93 manat, 2018-ci ilin 7 ayı üçün isə 20.783.309,41 manat təşkil etmişdir. Dövriyyənin hesablanması üçün əsas olaraq işıq sərfiyyatı götürülmüşdür. Lakin işıq sərfiyyatının istehsal prosesinə uyğun olaraq bölüşdürülməsi və sərf olunan işıq həcmi düzgün hesablanmamışdır. Yoxlama dövründə mövcud olan yayma xətlərinin və boru profil sahəsinin elektrik enerjisi sərfiyyatı, yayma xətlərinin və boru-profil sahəsinin avadanlıqlarının pasportlarındakı göstəricilərlə rəydə göstərilən sərfiyyatlar fəqlidir. Yoxlama dövründə yenidənqurma, təmir-tikinti işləri, əridici soba, fasiləsiz tökmə maşınlarının hazırlıq işləri, quraşdırma və işə buraxma zamanı əlavə enerji sərfiyyatından istifadə edilmişdir. 2017-ci il və 2018-ci ilin əvvəllərində texnoloji proseslərin mənimsənilməsi zamanı əlavə enerji fərqi artmışdır. Tamamilə keyfiyyətli maye metal və tökmə pəstahının standartlara cavab verilməsi zamanı sınaq təcrübələri yerinə yetirilmişdir. Rəydə göstərilən yayma xəttinin və boru profil sahəsinin enerji sərfiyyatının faizlə ifadəsi düzgün müəyyən edilməmişdir. Texniki pasportdakı göstəricilərə əsasən boru-profil sahəsi 9%, yayma xətti 22%, qeyri istehsal sahələri 20% (hətta 35%-dək artması mümkündür) və əritmə-tökmə sahəsi 49% faiz təşkil etməkdədir. Yoxlama dövründə ümumi enerji sərfiyyatı 46.673.100 kvt təşkil etmişdir. İşıqlanma üçün elektrik enerjisinin hesabı aşağıdakı kimi aparılır: W(işıq)=O,OolpFTg, W(işıq) – illik işıqlanma sərfiyyatı, kvt/saat, P – 1 saat müddətində 1 kv.m sahənin işıqlanmasının orta sərfiyyatı (tökmə sexinin istehsalat sahələri üçün p=15-18vt, anbar sahəsi üçün p= 8-1 Ovt), F – işıqlanan sahə, kv.m , Tg – işıqlanma yükünün illik sayı. Bir növbəli işdə 650 – 850 saat, iki növbəli işdə 2.300 – 2.500 saat, üç növbəli işdə 4.600 – 4.800 saat təşkil etməkdədir. Texnoloji və yük qaldırıcı-nəqledici avadanlıqların təyin edilmiş gücü (sanitar-texniki avadanlıqlar, elektrik sobaları və qızdırıcı sobalar nəzərə alınmır) illik çıxış 45.000-65.000 ton/il, üç növbəli iş rejimində 1 ton yararlı tökmə üçün avadanlıqların təyin edilmiş gücü isə 0,07-0,08 kvt təşkil etməkdədir. Səyyar vergi yoxlamasının aparıldığı dövrdə yeni avadanlıqlar olmadığına və kokillərdən istifadə edilməsinə görə işıq sərfiyyatı yeni texnologiya ilə müqayisədə daha yüksək olmuşdur. Kokil tökmə pəstahlarla istehsal 35 – 55 kq-lıq qəliblərdə əl ilə aparılmışdır. Burada itki hazır istehsal olunmuş standart məhsulla kokil külçə arasındakı fərq 50% nisbətində olmuşdur. İstehsaldan çıxmış yararsız hissələr və qeyri-standart məhsullar qazla kəsilərək təkrar əritməyə verilib. Əritmə prosesində yaranan itki, tullantı (şlaq) şəklində 16 – 20 % miqdarında olub. Həmçinin ekspertizanın keçirilməsi ilə bağlı nə vergi orqanına və "xxxx" ASC-yə baxış aktı təqdim edilməmişdir. Zavod tərəfindən 1 yanvar 2017-ci il tarixdən 1 avqust 2018-ci il tarixədək olan 19 ay ərzində istifadə edilən 46.673.100 kvt/saat elektrik enerjisinin ayrı-ayrı istehsal sahələri üzrə sərfiyyatı müqayisəli formada hesablama yolu ilə müvafiq qaydada müəyyən edilməlidir (cədvəl formalı hesabat əlavə olunur). Təhlillər nəzərə alınaraq qeyd olunmalıdır ki, zavod tərəfindən 1 yanvar 2017-ci il tarixdən 1 avqust 2018-ci il tarixədək olan 19 ay ərzində göstərilmiş fəaliyyətə görə ehtimal oluna biləcək kənarlaşdırılmış vergi məbləği 510.887,5 manat təşkil etməkdədir (2017-ci il üzrə təqdim edilmiş mənfəət bəyannaməsində xərclərin səhvən artıq hesablanmasına görə 268.888,13 manat və 2017ci ilin dekabr ayında artıq əvəzləşdirilmiş 241.999,37 manat ƏDV). Ümumilikdə maliyyə sanksiyası ilə birlikdə 766.336,29 manat əlavə hesablamanın göstərilməsinə etiraz edilmir. Əlavə olaraq, vergi orqanı tərəfindən "xxxx" MMC-nin rəyi əsas götürülərək qanunsuz olaraq, həqiqəti əks etdirməyən, reallıqdan tamamilə uzaq rəqəmlər əsasında 7 avqust 2020-ci il tarixli **********165052 nömrəli səyyar vergi yoxlaması aktı tərtib edilmişdir. Həmin akt ləğv edilməli və əsas götürülərək məsuliyyətə cəlb olunma barədə qərar çıxarılmamalıdır. Belə ki, vergi orqanı tərəfindən yoxlama aparılan dövrdə (yanvar 2017 – iyul 2018) istehsal və satış həcminin müəyyən edilməsi məqsədi ilə 3 dəfə mütəxəssisekspertiza rəyinin alınması ilə bağlı qərar çıxarılmış və ekspert dəvət olunmuşdur. İlk 2 ekspertiza şirkəti (Sənaye və Ticarət Palatasının "Azərekspertiza" Birliyi və "X9 və Hüquq şirkəti" MMC) tərəfindən yoxlama dövründəki köhnə avadanlıqların elektrik sərfiyyatı normaya uyğun olaraq qeyd edildiyi halda, 3-cü dəvət olunmuş ekspertiza şirkəti "xxxx" MMC-nin ekspert və mütəxəssisləri reallıqdan kənar rəy hazırlayaraq vergi orqanına təqdim etmişlər. Belə ki, 3-cü ekspertiza şirkəti tərəfindən ekspertiza dövründə (1 ay müddətində – 7 iyul 2020-ci il tarixdən 7 avqust 2020-ci il tarixədək) cəmi 2 dəfə ümumilikdə 4 – 5 saat zavod ərazisində səthi baxış keçirilmişdir. Həmin səthi baxışın nəticəsində reallıqdan kənar rəy hazırlanmışdır. Lakin ASC tərəfindən elektrik enerjisi sərfiyyatı ilə bağlı təsdiqedici sənədlər "xxxx" MMC-yə rəsmi məktubla təqdim edildikdən sonra qeyd olunan şirkət də öz növbəsində 14 avqust 2020-ci il tarixdə MB 13/872 nömrəli məktubla Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə rəsmi məktubla müraciət edərək, təqdim edilmiş rəyin doğru olmadığı barədə məlumat vermişdir. Lakin vergi orqanı tərəfindən "xxxx" MMC-yə qarşı ciddi təzyiqlər olunaraq, onların yenidən qismən təkzibedici məktub verməsi tələb olunmuşdur. "xxxx" MMC tərəfindən iddiaçıya verilən məlumata əsasən vergi orqanı MMC-dən 2019-cu ilin mart ayından istifadəyə verilmiş müasir anadanlıqların göstəricilərinin səyyar vergi yoxlaması dövründə istifadə edilmiş köhnə avadanlıqlarla eynilik təşkil etməsini tələb etmişdir. Bu isə, bir daha həmin mütəxəssis-ekspertiza rəyinin və bunun əsasında hazırlanmış səyyar vergi yoxlaması aktının və 30 sentyabr 2020-ci il tarixli məsuliyyətə cəlb olunma barədə qərarın əsassız olmasını təsdiq edir. "xxxx" MMC tərəfindən yuxarıdakı bütün faktları təsdiqedici sənədlər Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə təqdim edilmişdir. 2018-ci ilin dekabr ayından 2019-cu ilin fevral ayınadək idxal olunmuş avadanlıqların 2019-cu ilin mart ayında quraşdırılaraq istifadəyə verildiyini təsdiq edən gömrük bəyannamələri, akt və Fövqəladə Hallar Nazirliyindən alınmış çıxarış mövcuddur. Dövlət qurumlarının yeni avadanlığın istifadəsi ilə bağlı rəsmi sənədləri olduğu halda vergi orqanı 2017 – 2018-ci illər üzrə mövcud olmayan 2019-cu ildə istifadəyə verilmiş avandanlıqların göstəricilərini əsas götürmüşdür. Vergi Məcəlləsinin 3.11-ci maddəsinə əsasən vergilər haqqında qanunvericiliyin bütün ziddiyyətləri və aydın olmayan məqamları, vergi ödəyicisinin xeyrinə şərh edilməli olduğu halda səyyar vergi yoxlaması aktı hazırlanan zaman bu maddənin tələbləri nəzərə alınmamışdır. Vergi Məcəlləsinin 38-ci maddəsinin tələblərinə görə səyyar vergi yoxlamasının maksimum 9 ay müddətinə aparılmasına icazə verildiyi halda 22 aydır ki, zavodda vergi yoxlaması davam edir. Yoxlama aparılan dövrdə bir neçə dəfə səyyar vergi yoxlamasının yekunlaşması ilə bağlı akt (18 dekabr 2019-cu il, 17 fevral 2020-ci il və 12 may 2020-ci il tarixlərdə) tərtib edilərək zavoda təqdim edilməsinə baxmayaraq, heç biri ilə bağlı qərar çıxarılmamışdır. Tərtib olunmuş son aktda mənfəət rentabelliyi AR Nazirlər Kabinetinin 55 nömrəli qərarına əsasən 20 % olaraq nəzərə alınmasına baxmayaraq, reallıqda həmin rentabellik 4-6% təşkil etməkdədir. Ekspertiza rəyi ilə vergi orqanının səyyar vergi yoxlaması aktının eyni vaxtda (7 avqust 2020-ci il tarixdə) hazır olması, hətta eyni gündə aktın rəyin alınmasından daha əvvəl hazırlanmış olması bu aktın kobud prosedur pozuntuları ilə tərtib edilməsini bir daha sübut edir. Səyyar vergi yoxlaması aktının 2.1-ci bəndindəki həm əlavə dəyər vergisi, həm də mənfəət vergisi ilə bağlı bütün hesablamalarda sadəcə "xxxx" MMCnin rəyinə istinad edilmişdir, hansı ki, "xxxx" MMC tərəfindən ASC-yə və vergi orqanına müraciət edilərək, təqdim edilmiş rəydə uyğunsuzluq olduğu bildirilmişdir. Bu fakt birdaha təsdiq edir ki, 7 avqust 2020-ci il tarixli ekspertiza rəyinin və bunun nəticəsində hazırlanmış səyyar vergi yoxlaması aktının heç bir hüquqi əsası yoxdur. Səyyar vergi yoxlaması aktında dövriyyələr 2017-ci il üçün aylar üzrə göstərilməli olduğu halda, vergi orqanı tərəfindən aylar üzrə göstərilmədən bütün kənarlaşmanı 2017-ci ilin dekabr ayı üçün ƏDV bəyannaməsi üzrə aparmışdır. Halbuki, "xxxx" MMC-nin verdiyi mütəxəssis-ekspertiza rəyində dövriyyələr 2017-ci il üçün aylar üzrə göstərilmişdir. Vergi Məcəlləsinin 85-ci maddəsinə əsasən 3 il müddət ötmüş dövr üzrə əkavə vergi hesablana bilməz. Bu o deməkdir ki, 2017-ci ilin yanvar – sentyabr aylarında kənarlaşmalara görə 3 il müddət bitdiyi üçün ƏDV üzrə heçbir hesablama aparıla bilməz və maliyyə sanksiyası tətbiq edilə bilməz. Vergi orqanının digər qanunazidd hərəkətlərindən biri də yoxlamanın keçirilməsi zamanı təyin edilmiş yoxlayıcılarm dəyişdirilməsi barədə məlumatın Ədliyyə Nazirliyindən verilmiş çıxarışda öz əksini tapmamasıdır. Səyyar vergi yoxlaması aktının səhv hazırlanması və həmin aktın əsasında məsuliyyət qərarı çıxarılmaması barədə vergi orqanına 18 avqust 2020-ci il, 27 avqust 2020-ci il və 8 sentyabr 2020-ci il tarixli müraciətlər edilməsinə baxmayaraq, vergi orqanı tərəfindən məktublara heç bir reaksiya verilməmişdir. Göstərilənlərə və Azərbaycan Respublikası Konstitusiyasının 73-cü maddəsinə, Vergi Məcəlləsinin 62, 64-cü maddələrinə, İPM-in 45 – 46-cı maddələrinə əsaslanaraq, cavabdehin 7 avqust 2020-ci il tarixli səyyar vergi yoxlaması aktının və 30 sentyabr 2020-ci il tarixli məsuliyyətə cəlb etmə haqqında qərarının ləğv edilməsi barədə qərar çıxarılması məhkəmədən xahiş olunur. İddia ərizəsi məhkəmənin icraatına qəbul edildikdən sonra, İPM-in 47-ci maddəsinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və məhkəmənin sərəncamı ilə iddia ərizəsi və ona əlavə olunmuş sənədlərin surətləri cavabdehə təqdim edilmişdir. Cavabdeh Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin iddia ilə bağlı məhkəməyə ünvanlanmış 18 noyabr 2020-ci il tarixli məktubunda aşağıdakılar bildirilir: - Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi hesab edir ki, iddia tələbi aktın ləğv edilməsi hissəsində mümkün sayılmamalı və qərarın ləğv edilməsi hissəsində isə təmin edilməməlidir. Belə ki, İddia tələbinin 7 avqust 2020-ci il tarixli səyyar vergi yoxlaması aktının ləğv edilməsi hissəsi ilə bağlı qeyd edilməlidir ki, həmin iddia o əsasla mümkün hesab edilməməlidir ki, həmin akt səyyar vergi yoxlamasının nəticələrinin rəsmiləşdirilməsinə dair Vergi Məcəlləsinin 39-cu maddəsinin tələbləri baxımından özüözülüyündə iddiaçıya münasibətdə hər hansı bir hüquqi nəticə doğurmur. Belə ki, vergi orqanı tərəfindən səyyar vergi yoxlaması aktı əsasında Vergi Məcəlləsinin 39.6 və 49-cu maddələrinin tələblərinə müvafiq olaraq, vergi ödəyicisi üçün hüquqi nəticə doğuran qərar qəbul edilə bilər, nəticəsindən asılı olaraq vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsindən imtina oluna bilər və yaxud əlavə vergi yoxlaması tədbirlərinin keçirilməsi nəzərdə tutula bilər. Vergi yoxlamasının nəticəsi üzrə inzibati orqan tərəfindən vergi ödəyicisi üçün hüquqi nəticə doğuran inzibati akt (qərar) qəbul edildiyinə görə iddiaçının mübahisələndirdiyi akt mübahisənin predmeti ola bilməz. İddia tələbinin 30 sentyabr 2020-ci il tarixli qərarın ləğv edilməsi hissəsi də əsassız hesab edilir. Həmin qərarla hesablanmış vergi məbləğləri ilə bağlı qeyd edilir ki, vergi orqanının “Səyyar vergi yoxlamasının keçirilməsi haqqında” 20 sentyabr 2018-ci il tarixli qərarına əsasən iddiaçının faəliyyətində növbəti səyyar vergi yoxlaması keçirilmişdir (yoxlanılan dövr 1 yanvar 2017-ci İİ tarixdən 1 avqust 2018-ci il tarixədək). Yoxlama ilə əhatə olunan dövrdə vergi ödəyici faktiki olaraq metaldan tikin konstruksiyalannın və məmulatlannın istehsalı fəaliyyəti ilə məşğul olmuşdur. Səyyar vergi yoxlamasının keçirilməsi ilə əlaqədar sənədlərin təqdim olunması haqqında 5 oktyabr 2018-ci il tarixli tələbnamə vergi ödəyicisinə təqdim edilərək, 1 yanvar 2017-ci il tarixdən 1 avqust 2018-ci il tarixədək olan dövr üzrə yoxlamanın predmetinə aid olan mühasibat sənədləri, qaimə-fakturalar, bank sənədləri (o cümlədən valyuta hesabları üzrə), kassa sənədləri, vergi hesab-fakturaları, təhvil-təslim aktları, debitor və kretitorla hesablaşmalar kitabı, idxal-ixrac əməliyyatlanna dair sənədlər (yük gömrük bəyənnamələri, invoyslar və s.) və icarə müqavilələri, əsas vəsaitlərin siyahısı (qalıq dəyərləri göstərilməklə), material hesabatları, anbara daxil və xaric olan malların uçotu, təsdiqlənmiş sonuncu invertizasiya məlumatları, ƏDV depozit hesabından çıxarış, ştat cədvəli, işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilmiş fiziki şəxslərlə bağlanmış əmək müqavilələri və əmək haqqının hesablanması cədvəlləri, DSMF ilə hesablaşmaya aid sənədlər, əmək kitabçaları və s. tələb edilmişdir. Müəssisə tərəfindən ilkin mühasibat sənədləri qismən yoxlamaya təqdim edilmiş və yoxlama zamanı nəzərə alınmışdır. Lakin müəssisə tərəfindən istehsal edilmiş mal çeşidləri üzrə kalkulyasiyalar, eyni zamanda yoxlamanın əhatə etdiyi dövrdə istehsal prosesində istifadə edilən avadanlıqlar və qurğulann (sonradan yeniləri ilə əvəz edilən) sənədləri yoxlamaya təqdim edilməmişdir. Bu səbəbdən də malların istehsalına çəkilən xərcləri müəyyən etmək mümkün olmamışdır. Müəssisədə real satış həcmini müəyyənləşdirmək məqsədi ilə “Ekspertizanın təyin edilməsi haqqında” 2 iyul 2020-ci il tarixli qərara əsasən yoxlamaya "xxxx" MMC-nin eksperti cəlb edilmişdir. Müəssisə tərəfindən aparılmış satışın müəyyən hissəsi nağd qaydada müxtəlif fiziki şəxslərə satıldığı və məhsul çeşidlərinə görə kalkulyasiyalar yoxlamaya təqdim edilmədiyi üçün gəliri tam müəyyənləşdirmək mümkün olmamışdır. İstehsal həcmini müəyyənləşdirmək məqsədi ilə "xxxx" MMC ilə bağlanmış müqaviləyə əsasən 25 iyun 2020-ci il tarixli “Mütəxəssis təyin edilməsi haqqında” və 2 iyul 2020-ci il tarixli “Ekspert dəvət edilməsi haqqında” qərarlar açılmışdır. Təqdim edilmiş mütəxəssis və ekspert rəylərinin göstəricilərinə əsasən müəssisənin pəstah satışından 439.900,42 manat, list satışından 531.832,46 manat və icarə xidmətindən 1.900,15 maant gəliri, eyni zamanda yoxlamanın əvvəlinə olan hazır məhsul qalıqları, o cümlədən novlu polad üzrə 1.639,23 ton 9836.447,89 manat dəyərində, boru profili üzrə 1.079,38 ton 905.320,14 manat dəyərində, 1 yanvar 2018-ci il tarixə hazır məhsul qalıqları, o cümlədən novlu polad üzrə 107,27 ton 70.546,43 manat dəyərində, novlu şveller üzrə 555,22 ton 368.851,08 manat dəyərində, boru profil üzrə 2.597,28 ton 3.031.238,15 manat dəyərində, armatur üzrə 426,53 ton 313.012,38 manat dəyərində və yoxlamanın əhatə etdiyi dövrün sonuna, yəni 1 avqust 2018-ci il tarixə hazır məhsul qalıqları, o cümlədən novlu polad üzrə 145,09 ton 100.196,23 manat dəyərində, novlu şveller üzrə 210,12 ton 172.375,40 manat dəyərində, boru profil üzrə 2.644,84 ton 3.201.237,72 manat dəyərində, armatur üzrə 717,61 ton 577.994,04 manat dəyərində gəirləri nəzərərə alınaraq, 2017-ci il üzrə vergiyə cəlb edilən gəlrin 31.939.147,01 manat, 2018-ci ilin yeddi ayı ərzində isə 25.317.899.57 manat təşkil etdiyi müəyyən edilmişdir. Səyyar vergi yoxlaması vergi məbləğləri belə müəyyən edilmişdir: Mənfəət vergisinin yoxlanılması üzrə – (2017-ci il) bəyannamə məlumatı 276.094,92 manat, kameral bəyannamə məlumatı 276.094,92 manat, səyyar vergi yoxlaması bəyanamə məlumatı 1.064.639,24 manat, azaldılmışdır 788.543,32 manat. Müəssisə mənfəət vergisinin ödəyicisi olduğu üçün 2017-ci ilin yekunu üzrə mənfəət vergisi bəyannaməsini vergi orqanına təqdim etmiş və bəyannamədə ümumi gəlirin 25.952.138,93 manat, xərclərin 24.571.664,33 manat, vergiyə cəlb edilən gəlirin 1.380.474,60 manat və hesablanmış mənfəəət vergisini 276.094,92 manat olduğu göstərilmişdir. Səyyar vergi yoxlaması zamanı təqdim edilmiş mütəxəssis və ekspert rəylərinə əsasən ümumi istehsal həcminin 2017-ci il üzrə 33.097.082,17 manat təşkil etdiyi göstərilmişdir. Müəssisənin mühasibat sənədlərinə əsasən yuxanda qeyd edilən hazır məhsul qalıqları, digər gəlirləri, mütəxəssis və ekspert rəylərinin göstəriciləri nəzərə alınaraq 2017-ci il üzrə ümumi gəlirin 31.939.147,01 manat olduğu müəyyən edilmişdir. Yoxlama zamanı xərclərin və analoji fəaliyyətlə məşğul olan vergi ödəyicisinin müəyyən edilməsi mümkün olmadığından, 2017-ci il üzrə mənfəət Vergi Məcəlləsinin 83.9-cu maddəsinə uyğun olaraq AR Nazirlər Kabinetinin 1 mart 2001-ci il tarixli 55 saylı qərarına əsasən şərti rentabellik səviyyəsi 20% götürülərək belə hesablanmışdır: vergiyə cəlb olunan gəlirin 5.176.036,.40 manat, müəssisə tərəfindən hesablanmış mənfəət vergisinin 276.094,92 manat olduğu nəzərə alınmaqla, mənfəət vergisinin 788.543,31 manat azaldılması (5.323.191,17 x 20%=1.064.638,23 – 276.094,92 manat) müəyyən edilmişdir. ƏDV-nin yoxlanılması üzrə: vergi ödəyicisi yoxlanılan dövr ərzində ƏDV-nin ödəyicisi olmuşdur. Əlavə dəyər vergisinin düzgünlüyü yoxlanılarkən müəyyən edilmişdir ki, müəssisə 1 yanvar 2003-cü il tarixdə ƏDV məqsədləri üçün qeydiyyat haqqında ərizəni aidiyyəti vergi orqanına təqdim etmiş və **********125 nömrəli ƏDV ödəyicisinin qeydiyyat bildirişi almışdır. Bildiriş 3 sentyabr 2004-cü ildən qüvvəyə minmişdir. Müəssisənin vergi orqanına təqdim etdiyi bəyannamələr üzrə 2017-ci il üzrə ümumi dövriyyə 25.984.488,67 manat, 2018-ci ilin yeddi ayı ərzində isə 20.418.329,41 manat təşkil etmişdir. Göstərilənləri nəzərə alaraq, təqdim edilmiş mütəxəssis və ekspert rəylərinin göstəricilərinə və müəssisə tərəfindən mühasibat sənədlərində göstərilən yoxlamanın əvvəlinə, yəni 1 yanvar 2017-ci il tarixə mal qalığının 1.741.767,23 manat, 1 yanvar 2018-ci il tarixə 3.783.647,99 manat, 1 avqust 2018-ci il tarixə 4.051.183,49 manat göstərildiyini, eyni zamanda 439.900,42 manat dəyərində pəstah satışı, 531.832,46 manat dəyərində list satışı və 1.900,15 manat icarə haqqı nəzərə alınmaqla, 2017-ci il üzrə ƏDV-nin 1.071.838,50 manat ((31.939.147,01 – 25.984.488,67) x l8%) və 2018-ci ilin yeddi ayı ərzində 881.922,63 manat ((25.317.899,57 – 20.418.329,41) x l8%) azaldılması müəyyən edilmişdir. Muzdlu işlə əlaqədar ödəmə mənbəyindən tutulan vergi üzrə: yoxlamaya təqdim edilmiş sənədlərə əsasən yoxlama ilə əhatə olunan dövrdə işçilərin siyahı sayı 210 nəfər, bir nəfərə düşən əmək haqqı 209.84 manat, əmək haqqından tutulan gəlir vergisi 79.914.96 manat müəyyən olundu və yoxlama ilə muzdlu işlə əlaqədar ödəmə mənbəyində tutulan verginin 10.00 manat azaldılması müəyyən olunmuşdur. Yoxlama ilə əhatə olunan dövrdə 2017-ci il üzrə mənfəət vergisinin 788.543,32 manat azaldılması, ƏDV-nin ümumilikdə 1.954.855,63 manat (o cümlədən, 2017-ci il üzrə 1.072.932,95 manat, 2018-ci il üzrə isə 881.922,68 manat) azaldılması və muzdlu işlə əlaqədar ödəmə mənbəyindən tutulan verginin 10.00 manat azaldılması, ümumilikdə 2.743.408,95 manat vergilərin azaldılması müəyyən edilmişdir. Vergilərin azaldılmasına görə Vergi Məcəlləsinin 58.1-ci maddəsinə əsasən 1.371.157,28 manat maliyyə sanksiyası tətbiq edilmişdir. Yoxlamanın nəticəsi üzrə tərtib edilmiş 7 avqust 2020-ci il tarixli akt əsasında məsuliyyətə cəlb etmə haqqında 30 sentyabr 2020-ci il tarixli qərar qəbul edilmişdir. Səyyar vergi yoxlaması zamanı vergi ödəyicisinin fəaliyyətində AR Cinayət Məcəlləsində nəzərdə tutulmuş cinayət xarekterli faktlar (vergi ödəməkdən yayınma) aşkar olunduğundan, toplanmış materiallar qanunamüvafiq tədbirlərin görülməsi üçün Dövlət Vergi Xidmətinin Vergi Cinayətlərinin İbtidai Araşdırılması Baş İdarəsinə göndərilmişdir. Bundan əlavə, səyyar vergi yoxlamasının keçirilməsi zamanı Vergi Məcəlləsinin tələblərinə əməl edilməməsi, yoxlama aparılan dövrdə bir necə dəfə səyyar vergi yoxlaması aktının vergi ödəyicisinə təqdim edilməsinə baxmayaraq heç biri ilə bağlı qərarın qəbul edilməməsi, yoxlamanın keçirilməsi zamanı təyin edilmiş yoxlayıcıların dəyişdirilməsi barədə məlumatın Ədliyyə Nazirliyindən verilmiş çıxarışda öz əksini tapmaması barədə iddia ərizəsində göstərilən dəlillər də əsassızdır. Bununla bağlı qeyd edilir ki, “Səyyar vergi yoxlamasının keçirilməsi haqqında” 20 sentyabr 2018-ci il tarixli qərarla Vergi Məcəlləsinin 38.2-ci maddəsinə əsasən təyin edilən yoxlama 21 sentyabr 2018-ci il tarixdə sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrində qeydiyyatdan keçirilmiş (№ KY181260834; 21 sentyabr 2018-ci il), yoxlama ilə bağlı tələb olunan bütün məlumatlar, eyni zamanda yoxlamanın keçirildiyi dövrdə yoxlama müddətinin artırılması və dayandırılması (təxirə salınması) barədə məlumatlar da reyestrə daxil edilmişdir. Yoxlamanın müddətinin artırılması, dayandırılması (təxirə salınması) və əlavə yoxlama tədbirlərinin keçirilməsi Vergi Məcəlləsinin 38 və 49-cu maddələrinin tələblərinə əməl olunmuş və bu barədə məlumatlar səyyar vergi yoxlaması aktının 1.1-ci bəndində qeyd olunmuşdur. Səyyar vergi yoxlaması aktının təqdim edilməsinə baxmayaraq, qərarın qəbul edilməməsi barədə isə bildirilir ki, sənədlərin düzgünlüyünün yerində araşdırılmasına zərurət yarandığına görə Vergi Məcəlləsinin 49.1.3-cü maddəsinə əsasən əlavə vergi yoxlaması tədbirləri keçirilmiş, 7 avqust 2020-ci il tarixli akt tərtib edilmiş və həmin akt əsasında məsuliyyətə cəlb etmə haqqında 30 sentyabr 2020-ci il tarixli qərar qəbul edilmişdir. Yoxlayıcıların dəyişdirilməsi barədə məlumatın Ədliyyə Nazirliyindən verilmiş çıxarışda qeyd olunmaması ilə bağlı nəzərə alınmalıdır ki, Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 15 fevral tarixli 383 nömrəli Fərmanı ilə təsdiq edilmiş «Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrinin forması və aparılması qaydası haqqında Əsasnamə»yə əsasən (Azərbaycan Respublikası Prezidentinin 16 mart 2017-ci il tarixli 1299 nömrəli Fərmanı ilə edimiş dəyişikliklər nəzərə alınmaqla) yoxlamanın qeydiyyata alınması barədə reyestrdən çıxarışda yoxlayıcılar barədə məlumat qeyd olunur. Hazırkı yoxlama üzrə yoxlayıcı şəxslər barədə məlumatlar da 21 sentyabr 2018-ci il tarixli KY181260834 nömrəli reyestrdə qeyd olunmuşdur. Səyyar vergi yoxlaması keçirilən dövrdə yoxlamanın daha effektli, kefiyyətli və operativ həyata keçirilməsinin təmin edilməsi üçün vergi orqanının qərarına əsasən yoxlayıcıların tərkibi genişləndirilə və ya dəyişdirilə bilər. Yoxlama dövründə yoxlayıcıların dəyişdirilməsi (əlavə edilməsi və çıxarılması) barədə məlumatların reyestrə daxil edilməsi əsasnamədə nəzərdə tutulmamışdır. İddiaçının səyyar vergi yoxlaması aktı ilə bağlı müraciətlərinə vergi orqanı tərəfindən baxılmaması barədə dəlilləri də əsassızdır. Ona görə ki, iddiaçının səyyar vergi yoxlamasının nəticəsi üzrə tərtib edilmiş akt barədə eyni məzmunlu müraciətlərinə baxılmış və həmin müraciətlər cavablandırılmışdır. Qeyd olunanlara və Vergi Məcəlləsinin 16.1.3, 23.1, 130.2-ci maddələrinə əsaslanaraq bildirilir ki, “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” 30 sentyabr 2020-ci il tarixli **********140346 nömrəli qərarla hesablanmış vergilər və tətbiq edilmiş maliyyə sanksiyası Vergi Məcəlləsinin tələblərinə uyğundur, qanuni və əsaslıdır. Göstərilənləri nəzərə alaraq, iddianın “7 avqust 2020-ci il tarixli aktın ləğv edilməsi” hissəsində mümkün sayılmaması, “30 sentyabr 2020-ci il tarixli qərarın ləğv edilməsi” hissəsində isə təmin edilməməsi məhkəmədən xahiş olunur. İPM-in 12-ci maddəsinə görə məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya proses iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə tərəflərdən əlavə məlumat və sübutlar tələb edə bilər. İPM-in 29-1-ci maddəsinə görə inzibati məhkəmə icraatında məhkəmə ekspertizası ilə bağlı məsələlərin tənzimlənməsində Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (bundan sonra– MPM) müvafiq müddəaları tətbiq olunur. MPM-in 97.1-ci maddəsinə əsasən işə baxılarkən xüsusi bilik tələb olunan sualları izah etmək üçün məhkəmə işdə iştirak edən şəxsin vəsatəti və ya öz təşəbbüsü ilə ekspertiza təyin edə bilər. MPM-in 98.1-ci maddəsinə əsasən ekspertiza təyin edilməsi haqqında məhkəmə qərardad qəbul edir. Məhkəmənin iş üzrə 28 oktyabr 2020-ci il tarixli qərardadı ilə məhkəmə kompleks mühəndis-texniki və əmtəəşünaslıq ekspertizası təyin edilmiş və ekspertlər qarşısında aşağıdakı suallar qoyulmaqla ekspertizanın keçirilməsi Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə ekspertizası mərkəzinin ekspertlərinə həvalə edilmişdir: - "xxxx" ASC-nin müvafiq sahələr üzrə yoxlamanın aparıldığı 2017-ci ilin yanvar ayından 2018-ci ilin iyul ayınadək olan dövr ərzində istehsal proseslərində iştirak edən elementlərin, texniki qurğuların, avadanlıqların və istehsal həcmlərinin müəyyən edilməsi. Həmin məhsulların istehsal həcminin yalnız sərf olunmuş elektrik enerjisi əsas götürülməklə müəyyənləşdirilməsi mümkündürmü? - "xxxx" ASC-nin fəaliyyəti üzrə yoxlamanın aparıldığı 2017-ci ilin yanvar ayından 2018-ci ilin iyul ayınadək olan dövrdə qurumun elektrik enerjisi sərfiyyatının avadanlıq və qurğuların istismar vəziyyəti də nəzərə alınmaqla istehsal və qeyri-istehsal sahələri üzrə (hər bir sex, sahə ayrı-ayırılqda göstərilməklə) həcmlərinin müəyyən edilməsi; - "xxxx" ASC-nin istehsal sahələrində xammalın tərkibinin bircins olmamasının texnoloji prosesin müddətinə və elektrik enerjisinin sərfiyyatına təsirinin olub-olmamasının müəyyən edilməsi; - işdə olan sənədlərə əsasən "xxxx" ASC-nin ayrı-ayrı istehsal sahələrində istehsalın həcminin və istehsal olunan malların orta bazar qiymətinin, eləcə də bunların məcmusunda dövriyyənin müəyyən edilməsi; - iddiaçının ayrı-ayrı istehsal sahələrində avadanlıq və qurğuların istismar vəziyyətinin istehsal həcminə və elektrik enerjisi sərfiyyatına təsirinin olub-olmamasının müəyyən edilməsi; - işdə olan vergi yoxlaması aktında istinad olunan rəydə hansı texniki avadanlıqların göstəriciləri əsasında hesablama aparılmasının müəyyən edilməsi; - iş materialları və yerində baxış keçirilməklə "xxxx" ASC-nin fasiləsiz tokmə sexi və universal yayma xəttinin hansı tarixdən istifadəyə (istismara) verilməsinin müəyyən edilməsi. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə ekspertizası mərkəzindən daxil olmuş məhkəmə qərardadı əsasında verilən 20/3750-9/5437 nömrəli 25 fevral 2021ci il tarixli ekpsert rəyində aşağıdakılar bildirilir: - (1-ci sual üzrə) Rəyin tədqiqi hissəsində göstərilənləri, baxış zamanı aşkar olunmuş faktiki vəziyyət və istehsalat prosesinin xüsusiyyətləri nəzərə alınaraq, "xxxx" ASC-də 2017-ci ilin yanvar ayından 2018-ci ilin iyul ayınadək olan dövr üçün aparılan vergi yoxlaması zamanı istehsal propsesi aparılan metallurji avadanllıqlarda istehsal həcminin müəyyən edilməsi üçün yalnız elektrik enerjisinin sərfiyyatını əsas götürməklə müəyyənləşdirilməsi mümkün deyildir; - (2-ci sual üzrə) Rəyin tədqiqat hissəsində göstərildiyi kimi, yoxlama dövründə, yəni 2017-ci ilin yanvar ayından 2018-ci ilin iyil ayınadək olan dövrdə istismarda olmuş avadanlıqların əksər hissəsinin sökülüb-çıxarıldığı, istehsal prosesində kustar üsullar (əl əməyi) tətbiq olunan fiziki və texnoloji cəhətdən köhnəlmiş avadanlıqlar olduğundan və iş rejimi barədə məlumatlar olmadığından, həmin avadanlıqların texniki (pasport) göstəricilərinə əsasən sex və sahələr üzrə elektrik enerjisi sərfiyyatının müəyyən edilməsi mümkün deyil; - (3-cü sual üzrə) Rəyin tədqiqat hissəsində göstərildiyi kimi, metal əritmə sahələrində xammalın tərkibinin bircins olmaması texnoloji prosesin uzanmasına, təkrar emala, ılavə itkilərə gətirib çıxarmaqla, elektrik enerjisi sərfiyyatının və texnoloji prosesin müddətini ciddi şəkildə (2 dəfəyədək) artırır; - (5-ci sual üzrə) Fasonlu hissələrin metaltökmə sahəsində yoxlama dövrünü əhatə edən illərdə tətbiq olunmuş avadanlıqlarda texnoloji proses əl ilə və kustar üsulla aparıldığından, proses uzunmüddətli olmaqla, daha çox elekrik enerjisi sərf edilir. Bu halda istehsal həcmi az və enerji tutumlu alınır. Prokat sahəsində olan avadanlıqlarda istehsal prosesi 90-cı illərin texnologiyası əsasında aparıldığından və proses əl əməyi ilə başa gəldiyindən, məhsuldarlıq aşağı, 1 tona düşən enerji sərfiyyatı daha yüksək olmuşdur. Yoxlama dövründə boru profil sahəsində istehsal olunan hazır məhsulun 1 tonuna düşən elektrik enerjisi sərfiyyatı daha çox (30 faiz) olmuşdur. Sonradan bu xətlərin elektrik idarəetmə sistemi Türkiyədən idxal olunan daha müasir və daha az elektrik enerjisi sərf edən avadnlıqlarla təchiz olunmuşdur; - (6-cı sual üzrə) 2017-ci ilin yanvar ayından 2017-ci ilin iyul ayınadək dövrü əhatə edən vergi yoxlamasında bütün göstəricilər hazırkı istehsal prosesini, yəni 2019 – 2020-ci illəri əhatə edən göstəricilərdir. Lakin iş materiallarında olan məlumatlara və baxış zamanı müəyyən edilmiş faktiki hallara əsasən 2017-ci ilin yanvar ayından 2018-ci ilin iyul ayınadək müəssisənin ərazisində köhnə istehsalat avadanlıqları olmuşdur və həmin avadanlıqların fərqli xüsusatları rəyin tədqiqat hissəsində göstərilmişdir; - (7-ci sual üzrə) İş materiallarına əlavə edilmiş aktlara və digər sənədlərə əsasən fasiləsiz pəstah tökmə xətti 18 fevral 2018-ci tarixdə universal yayma xətti isə 18 mart 2019-cu il tarixdə istismara verilmişdir; - (4-cü sual üzrə) Növlü poladın, boru-profilin, şvellerin, novlu şvellerin və armaturun orta bazar qiyməti 2017-ci il üçün müvafiq olaraq, 700 manat, 1.100 manat, 800 manat, 690 manat, 2018-ci il üçün isə müvafiq olaraq 850 manat, 1.200 manat, 900 manat, 790 manat, 870 manat olmuşdur. Qeyd olunan malların hesabat sənədlərində göstərilmiş qiymətlərinin 2017 və 2018-ci illər üçün mövcud olmuş orta bazar qiymətinə uyğun olduğu müəyyən edilir. "xxxx" ASC-nin 1 yanvar 2017-ci il tarixdən 1 avqust 2018-ci il tarixədək olan dövrdə aparılmış satışı və istehsal sahələrində istehsal olunmuş məhsulun həcmini əks etdirən sənəd və mılumatlar məhkəmə tərəfindən mötəbər və əsaslı hesab edildiyi təqdirdə "xxxx" ASC-nin həmin dövr üzrə dövriyyəsi 45.408.746,5 manat təşkil edir. İşin şifahi məhkəmə baxışı ilə bağlı iclasın vaxtı və yeri barədə tərəflərə məlumat verilmişdir. Tərəflər məhkəmə iclasında gəlmişlər. Məhkəmə iclasında iştirak edən iddiaçınn nümayəndəsi X7 məhkəməyə aşağıdakı məzmunda yazılı mülahizə təqdim etdi və iddianın təmin olunmasını xahiş etdi: - "xxxx" ASC-də səyyar vergi yoxlamasının aparılması barədə qərar 20 sentyabr 2018-ci il tarixdə çıxarılmışdır. Vergi qanunvericiliyinin tələbinə görə yoxlama doqquz ay müddətində başa çatdırılmalı idi. Lakin həmin yoxlama 24 ay davam etdirilmişdir. Bundan başqa, vergi orqanı hesablamaları faktiki olaraq aylar üzrə aparmalı olduğu halda, Vergi Məcəlləsinin 85-ci maddəsində nəzərdə tutulan 3 illik hesablama müddətinin ötürüldüyünü gizlətmək məqsədi ilə, 2017-ci ilin bütün ayları üzrə ƏDV bəyannamələrindəki hesablama məbləğlərini qanunsuz olaraq cəmləyib, həmin məbləği 2017-ci ilin dekabr ayına hesablamışdır. Bundan başqa, səyyar vergi yoxlaması aktının bağlandığı və əsassız vergi və maliyyə sanksiyalarının tətbiq olunduğu tarixə "xxxx" ASC-nin şəxsi hesab vərəqəsində 222.256 manat artıq ödənilmiş vəsait olmuşdur. Lakin vergi orqanı ASC-yə vergi və maliyyə sanksiyası tətbiq edərkən qərəzli və qanunsuz olaraq həmin artıq ödəmə məbləğini də nəzərə almamışdır. Bundan başqa, 2017-ci ilin yanvar ayından 2018-ci ilin iyul ayma qədərki dövrdə (yoxlama dövründə) aparılmış bütün hesablamalar "xxxx" ASCdə 2018 – 2019-cu illərdə quraşdırılan və istismara verilən texniki avadanlıqların göstəricilərinə əsasən aparılmışdır. Həmin hesablamalar və məsuliyyət qərarı "xxxx" MMC tərəfindən verilən ekspert rəyi əsasında hazırlanmışdır. Həmin rəydən də aydın şəkildə görünür ki, ekspert yoxlama dövrü üzrə hesablamalar apararkən, "xxxx" ASC-də 2018 – 2019-cu illərdə quraşdırılan və istismara verilən avadanlıqların enerji sərfiyyatmı əsas götürmüş və həmin avadanlıqların enerji sərfiyatma uyğun olaraq kənarlaşma hesablamışdır. Məsələn, "xxxx" MMC tərəfindən verilən ekspert rəyinin 6.2.2-ci bəndində qeyd olunub ki, yayma xətti üzrə enerji sərfiyyatının müəyyən edilməsi üçün ölçməmüşahidə işlərinin aparılması 20 iyul 2020-ci il tarixdə, saat 13.22-də başlanılmış və 15.56-da yekunlaşmışdır. Göründüyü kimi, ekspert tərəfindən həmin ölçmə-müşahidə işləri 2020-cilin iyul ayının 20-də aparılmışdır. Eləcə də, həmin ekspert rəyinin 6.6-cı bəndində göstərilən aylar üzrə pəstahın istehsal həcminin hesablanması cədvəlindən görünür ki, hesablama 2017-ci ilin yanvar ayından 2018-ci ilin iyul ayına qədər olan dövr üzrə aparılmışdır. Həmin cədvəlin sonunda yazılan qeyddə də yoxlama dövrü üçün hesablamaların 2018-ci ilin iyul ayında istehsal olunan yararlı pəstaha istinad olunaraq aparıldığı bildirilir. Halbuki, həmin avadanlıqlar, yəni fasiləsiz pəstah tökmə xətti 2018-ci ilin mart ayında, yayma xətti isə 2019-cu ilin fevral ayında Türkiyədən alınaraq gətirilmiş və quraşdırılaraq, istifadəyə verilmişdir. "xxxx" MMC tərəfindən verilən həmin rəydə qeyd olunmuş məlumatlar da bir daha təsdiq edir ki, yoxlama dövrü üzrə hesablamalar ASC-də faktiki olaraq yoxlama dövründən sonra quraşdırılmış avadanlıqların texniki göstəricilərinə əsaslanaraq aparılmışdır. Bunu təsdiq edən gömrük bəyannamələri, buraxılış aktları və Fövqəladə Hallar Nazirliyindən alınmış çıxarışlar, alqı-satqı müqavilələri və digər sənədlər mövcuddur və həmin sənədlər məhkəməyə təqdim olunmuşdur. Yuxarıda qeyd edilən təkzibolunmaz faktlar "xxxx" MMC tərəfindən Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə və "xxxx" ASC-yə göndərilən 14 avqust 2020-ci il tarixli məktubda da təsdiq olunmuşdur. Həmin məktubda qeyd olunmuşdur ki, yoxlama dövründə, yəni 2017-ci ilin yanvar ayından 2018-ci ilin iyul ayınadək olan dövrdə istehsal prosesində istifadə olunan avadanlıqların texniki pasportları, bir sıra elektrik sərfiyyatı və texniki göstəricilərlə bağlı digər məlumatlar və sənədələr "xxxx" MMC-yə sonradan, yəni, 13 avqust 2020-ci il tarixdə daxil olduğundan, ekspertlər tərəfindən hesablanmış və rəydə göstərilən rəqəmlərlə sonradan təqdim olunmuş həmin sənədlər və texniki göstərcilər arasında ziddiyyətlər və uyğunsuzluqlarm olduğu müəyyən edilmişdir. Bu məktub ekspert rəyinin yoxlama dövründən sonra quraşdırılmış texniki avadanlıqların göstəricilərinə uyğun olaraq hesablandığı bir daha təsdiq edir. "xxxx" MMC-nin vergi orqanına və "xxxx" ASC-yə göndərdiyi 14 avqust 2020-ci il tarixli həmin məktubundan sonra "xxxx" MMC-yə vergi orqanı tərəfindən təsir göstərilərək, "xxxx" MMC-dən yeni məktub alınmışdır. Həmin məktubda qeyd olunmuşdur ki, "xxxx" MMC 7 avqust 2020-ci il tarixli rəyi verərkən "xxxx" ASC-nin ərazisində faktiki olaraq istfadə olunan bütün texniki avadanlıqların texniki göstəricilərinə istinad etmişdir. Göründüyü kimi, yoxlama dövrü üzrə aparılan hesablamaların həmin dövrdən sonrakı vaxtda, yəni 2018-ci ilin mart və 2019-cu ilin fevral aymda quraşdırılmış texniki avadanlıqların göstəricilərinə uyğun olaraq aparılması faktı həmin rəyi vermiş ekspert tərəfindən də təsdiq olunur. Yoxlama dövrü üzrə aparılan hesablamaların 2018-ci ilin mart və 2019-cu ilin fevral ayında quraşdırılmış texniki avadanlıqların göstəricilərinə uyğun olaraq aparılması faktı məhkəmə qərarı əsasında keçirilmiş, Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən verilən 25 fevral 2021-ci il tarixli ekspert rəyi ilə də tam təsdiq olunur. Vergi orqanı ilə bağlanmış ilkin müqavilə əsasında “Prime Legal” ekspertiza şirkəti tərəfindən rəy hazırlanarkən, reallığı əks etdirməyən rəy verilməsi quruma tövsiyə edilmişdir. Yuxarıda qeyd olunan mötəbər sübutlarla, faktlarla, rəsmi sənədlərlə, gömrük bəyannamələri ilə, alqı-satqı müqavilələri ilə, "xxxx" MMC-nin verdiyi rəydəki uyğunsuzluqlarla və həmin rəyin həqiqətə uyğun olmadığı barədə "xxxx" MMC tərəfindən sonradan göndərilən məktublarla, həmçinin məhkəmə qərarı əsasında Ədliyyə Nazirliyinin ekspertləri tərəfindən verilən 25 fevral 2021-ci il tarixli rəylə vergi orqanının "xxxx" MMC-nin verdiyi rəy əsasında tərtib etdiyi 07 avqust 2020-ci il tarixli səyyar vergi yoxlaması aktının və onun əsasmda qəbul edilən 30 sentyabr 2020-ci il tarixli məsuliyyət qərarının tam qanunsuz və əsassız olduğu tam təsdiq olunur. Yuxarıda qeyd olunan mötəbər sübutları nəzərə alaraq, iddia tələblərinin təmin edilməsi məhkəmədən xahiş olunur. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili X4 iddia ərizəsində göstərilənləri təsdiqlədi və iddianın təmin olunmasını xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X3 təmsil etdiyi qurumun iddiaya qarşı yazılı etirazında göstəriulənləri təsdiqlədi və iddianın “7 avqust 2020-ci il tarixli aktın ləğv edilməsi” hissəsində mümkün sayılmamasını, “30 sentyabr 2020-ci il tarixli qərarın ləğv edilməsi” hissəsində isə təmin edilməməsini məhkəmədən xahiş etdi. Qeyd olunmalıdır ki, məhkəmənin qərardadı ilə iddia “7 avqust 2020-ci il tarixli aktın ləğv edilməsi” hissəsində mümkün sayılmamışdır. Məhkəmə tərəfləri dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, “30 sentyabr 2020-ci il tarixli qərarın ləğv edilməsi” tələbinə dair iddia təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Vergi Məcəlləsinin 39.1-ci maddəsinə görə səyyar vergi yoxlamasının nəticələri üzrə vergi orqanlarının səlahiyyətli vəzifəli şəxsləri tərəfindən müəyyən edilmiş formada vergi yoxlaması aktı tərtib edilir və həmin şəxslər və yoxlanılan vergi ödəyicisinin rəhbəri (onu əvəz edən şəxs) və ya fərdi sahibkar tərəfindən imzalanır. Vergi ödəyicisi yoxlama aktında öz qeydlərini edə bilər, aktı imzalamaqdan imtina edə bilər və bu barədə həmin aktda müvafiq qeyd aparılır. Həmin Məcəllənin 49.1-ci maddəsinə görə səyyar vergi yoxlamasının materiallarına baxılmanın nəticələri üzrə vergi orqanının rəhbəri (rəhbərin müavini) 10 gün müddətində aşağıda göstərilən qərarlardan birini çıxarır: vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi, vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsindən imtina olunması, əlavə vergi yoxlaması tədbirlərinin keçirilməsi haqqında, əvvəlki vergi yoxlamasının nəticəsi üzrə qəbul edilmiş qərarın qüvvədə saxlanılması, əvvəlki vergi yoxlamasının nəticəsi üzrə qəbul edilmiş qərarın tam və ya qismən ləğv edilməsi və ya qərara dəyişikliklər edilməsi, yeni qərarın qəbul edilməsi. «İnzibati icraat haqqında» AR Qanununun 2.0.2-ci maddəsinə əsasən inzibati akt – inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. İPM-in 2.2.1-ci maddəsinə əsasən şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia) inzibati məhkəmə icratı qaydasında baxılır. İşin məhkəmə araşdırılması ilə məlum olur ki, vergi orqanının qərarı ilə hazırkı iddiaçı "xxxx" ASC-nin 2017 – 2018-ci illəri (2018-ci ilin iyul ayınadək) əhatə edən dövr üzrə növbəti səyyar vergi yoxlaması keçirilmişdir. Yoxlanılan dövrdə iddiaçı faktiki olaraq metaldan tikinti konstruksiyalarının və məmulatlarının istehsalı ilə məşğul olmuşdur. Yoxlamanın nəticələri üzrə 17 fevral 2020-ci il, 12 may 2020-ci il tarixli və 7 avqust 2020-ci il tarixli aktlarla rəsmiləşdirilmiş və sonuncu akt əsasında vergi orqanı “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” 30 avqust 2020-ci il tarixli **********140346 nömrəli qərar qəbul etmişdir. Qərarla iddiaçıya 788.543,32 manat mənfəət vergisi, 1.954.855,63 manat ƏDV və 10 manat ödəmə mənbəyində tutulan vergi hesablanmış, 1.371.157,28 manat maliyyə sanksiyası tətbiq edilmişdir. İddiaçı hazırda həmin qərarı mübahisələndirir. Cavabdeh Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi 30 avqust 2020-ci il tarixli həmin qərarın qəbulunu onunla əsaslandırır ki, yoxlama zamanı müəssisədə real satış həcmini müəyyənləşdirmək məqsədilə ekspert və mütəxəssis rəyləri alınmışdır. "xxxx" MMC-dən alınmış rəylər əsasında müəssisənin istehsal üzrə əlavə dövriyyəsi müəyyən edilmiş və dövriyyəyə uyğun əlavə vergi məbləğləri – mənfəət vergisi, ƏDV və ödəmə mənbəyində tutulan vergi (muzdlu işlə əlaqədar) hesablanmışdır. Əlavə dövriyyənin hesablanması zamanı rəydə müəssisənin istehsalat sahəsində olan avadanlıqlarının yalnız elektrik enerjisi sərfiyyatındakı göstəricilərinə istinad olunmuşdur. İddiaçının dəlilləri ondan ibarətdir ki, yoxlama zamanı bir neçə ekspert rəyi alınsa da, vergi orqanı əsassız olaraq yalnız sonuncu rəyə istinad etmişdir, ekspert rəyi reallığı əks etdirmir, rəyi verən qurum həmin rəydəki ziddiyyətlər barədə sonradan vergi orqanına müraciət etsə də, bu hal nəzərə alınmamışdır, istehsal dövriyyəsi yalnız elektrik enerjisi sərfiyyatı ilə hesablana bilməz, rəydə əvvəlki dövrə görə istehsal dövriyyəsi sonradan gətirilmiş avadanlıqların göstəriciləri əsasında hesablanmışdır, yoxlamanı keçirən vəzifəli şəxslər barədə məlumat müvafiq reyestrə daxil edilməmişdir. İPM-in 8.1.2-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddialara mübahisə edilən inzibati aktı qəbul etmiş inzibati orqanın yerləşdiyi yerin məhkəməsi tərəfindən baxılır. İPM-in 35.1-ci maddəsinə görə bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. «Məhkəmələr və hakimlər haqqında» Azərbaycan Respublikası Qanununun 43-cü maddəsinə görə inzibati məhkəmə Azərbaycan Respublikasının inzibati ərazi vahidləri üzrə təşkil edilir. İnzibati məhkəmənin təşkili və olduğu yer Məhkəmə-Hüquq Şurasının təklifi nəzərə alınmaqla Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32ci bəndinə uyğun olaraq müəyyən olunur, ərazi yurisdiksiyası isə Məhkəmə-Hüquq Şurası tərəfindən müəyyən olunur. Məhkəmə-Hüquq Şurasının 14 noyabr 2019-cu il tarixli 4 nömrəli qərarı ilə «Azərbaycan Respublıikası apellyasiya, ağır cinayətlər, hərbi, inzibati və kommersiya məhkəmələrinin ərazi yurisdiksiyası» təsdiq edilmişdir. Qərara əsasən Bakı şəhərinin Nizami rayonu Bakı İnzibati Məhkəməsinin ərazi yurisdiksiyasına aid olan ərazi vahididir. İddiaçı hazırda cavabdehin 30 sentyabr 2020-ci il tarixli qərarını mübahisələndirdiyindən, onun bu iddianı qaldırmağa subyektiv hüququ olduğundan, bununla bağlı iddia ərizəsi iddia müddəti buraxmadan 5 oktyabr 2020-ci il tarixdə məhkəməyə təqdim edildiyindən, habelə iddianın mahiyyəti üzrə baxılmasını istisna edən hər hansı hal mövcud olmadığından məhkəmə hesab edir ki, iddia mümkündür. Mübahisənin ərazi aidiyyəti belədir ki, mübahisəyə baxılması üçün İPM-in 8.1.2-cü maddəsinin tələblərinə uyğun olaraq mübahisə predmeti olan 30 sentyabr 2020-ci il tarixli inzibati aktı qəbul etmiş cavabdeh inzibati orqanın olduğu yer (Bakı şəhərinin Nizami rayonu) üzrə inzibati məhkəmə kimi Bakı İnzibati Məhkəməsi səlahiyyətlidir. AR Vergi Məcəlləsinin 38.2-ci maddəsinə əsasən vergi ödəyicisinə göndərilən bildirişdə vergi yoxlamasının əsası və tarixi, habelə vergi ödəyicisinin və vergi orqanlarının hüquq və vəzifələri göstərilməlidir. Növbəti səyyar vergi yoxlaması təqvim ili ərzində bir dəfədən çox olmayaraq keçirilir. Səyyar vergi yoxlaması 30 gündən artıq davam edə bilməz. Müstəsna hallarda, yuxarı vergi orqanının qərarına müvafiq olaraq səyyar vergi yoxlamasının keçirilməsi müddəti 90 günə qədər artırıla bilər. Aşağıda göstərilən hallarda yuxarı vergi orqanının əsaslandırılmış qərarına əsasən səyyar vergi yoxlamasının nəticələri üzrə aktın tərtibi müddəti 30 gündən çox olmayan müddətə uzadıla bilər: nümunə kimi götürülən əşyaların tədqiqi, səyyar vergi yoxlaması zamanı ekspertizanın keçirilməsi və ya mütəxəssis tərəfindən rəy verilmə üçün müxtəlif bilik sahələrindən istifadə etməklə aparıldıqda, səyyar vergi yoxlaması ilə əlaqədar vergi orqanları tərəfindən göndərilən sorğulara cavabların alınma müddətləri cavab göndərən şəxslər tərəfindən pozulduqda. Səyyar vergi yoxlaması iş günü və vergi ödəyicisinin iş vaxtı ərzində keçirilir. Həmin Məcəllənin 104.1-ci maddəsinə əsasən rezident müəssisə üçün vergitutma obyekti onun mənfəətidir. Vergi ödəyicisinin bütün gəlirləri, o cümlədən onun Azərbaycan Respublikasının hüdudlarından kənarda daimi nümayəndəlikləri vasitəsilə əldə etdiyi gəlirləri, Azərbaycan Respublikasının hüdudlarından kənarda əldə etdiyi dividend, faiz, royalti (vergidən azad edilən gəlirdən başqa) ilə bu Məcəllənin X fəslində göstərilən, gəlirdən çıxılan xərc (vergidən azad edilən gəlirlər üzrə çəkilən xərclərdən başqa) arasındakı fərq mənfəətdir. Həmin Məcəllənin 150.1-ci maddəsinə görə aşağıdakı şəxslər (vergi agentləri) ödəmə mənbəyində vergini tutmağa borcludurlar: - (150.1.1) muzdla işləyən fiziki şəxslərə ödəmələr verən hüquqi şəxslər. Həmin Məcəlləsinin 153-cü maddəsinə görə əlavə dəyər vergisi vergi tutulan dövriyyədən hesablanan verginin məbləği ilə bu Məcəllənin müddəalarına uyğun olaraq verilən elektron qaimə-fakturalara və ya idxalda ƏDV-nin ödənildiyini göstərən sənədlərə müvafiq surətdə əvəzləşdirilməli olan verginin məbləği arasındakı fərqdir. Azərbaycan Respublikası ərazisində istehsal olunan kənd təsərrüfatı məhsullarının pərakəndə satışı zamanı əlavə dəyər vergisi ticarət əlavəsindən hesablanan verginin məbləğidir. Həmin Məcəllənin 159.1-ci maddəsinə görə malların təqdim edilməsi, işlərin görülməsi, xidmətlərin göstərilməsi, Azərbaycan Respublikası ərazisində istehsal olunan kənd təsərrüfatı məhsullarının pərakəndə satışı zamanı tətbiq edilən ticarət əlavəsi və vergi tutulan idxal vergitutma obyektidir. «Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında» AR Qanununun 3-cü maddəsinə əsasən yoxlamalar yalnız bu Qanunda nəzərdə tutulmuş hallarda və qaydada aparılır. Bu Qanun və onun əsasında qəbul edilmiş digər normativ hüquqi aktların tələblərinin pozulması ilə, o cümlədən yoxlamaların vahid məlumat reyestrində qeydə alınmadan aparılan yoxlamaların hüquqi nəticəsi yoxdur. Bu cür yoxlamaların gedişində aşkar edilmiş sahibkarlıq fəaliyyətinə dair məcburi tələblər müəyyən edən Azərbaycan Respublikası qanunlarının və onlara uyğun qəbul olunmuş digər normativ hüquqi aktların pozulması faktları ilə bağlı məsuliyyət tədbirləri tətbiq edilə bilməz. Həmin Qanunun 17.2.7-ci maddəsinə görə yoxlamanın aparılması haqqında qərarda yoxlamanın müddəti (başlama və başa çatma tarixləri göstərilməklə) göstərilir. Azərbaycan Respublikası Prezidentinin 15 fevral 2011-ci il tarixli 383 nömrəli Fərmanı ilə təsdiq edilmiş «Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrinin forması və aparılması qaydası haqqında Əsasnamə»nin 1.5-ci bəndinə görə sahibkarlıq fəaliyyətinin həyata keçirildiyi yerlərə gəlməklə sahibkarlıq sahəsində aparılan hər bir yoxlama yalnız Reyestrdə qeydiyyata alındıqdan sonra keçirilə bilər. Reyestrdə qeydiyyata alınmadan aparılan yoxlamaların hüquqi nəticəsi yoxdur. Əsasnamənin 3.4-cü bəndinə görə reyestrə yoxlama ilə bağlı aşağıdakı məlumatlar daxil edilir: (3.4.11) yoxlamanın müddəti (başlama və sona çatma tarixləri göstərilməklə), (3.4.16) yoxlamanın dayandırılması və ya vergi yoxlamalarının müddətinin artırılması barədə məlumat (tarix, müddət, əsas, qərarı verən şəxsin vəzifəsi, soyadı, adı, atasının adı göstərilməklə). «İnzibati icraat haqqında» AR Qanununun 19-cu maddəsinə görə inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. Təqdim olunmuş sənədlərin və dəlillərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda, inzibati orqan müstəqil şəkildə və öz hesabına onların mötəbərliyinin müəyyən edilməsi üçün tədbirlər görür. Həmin Qanunun 24-cü maddəsinə görə inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. Həmin Qanunun 48.1-ci maddəsinə əsasən inzibati icraatla bağlı hərəkətlər bu Qanunla və Azərbaycan Respublikasının başqa müvafiq qanunları ilə müəyyən edilmiş müddətlərdə həyata keçirilir. Həmin Qanunun 67-ci maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. Qanunsuz inzibati akt həmin aktı qəbul etmiş inzibati orqan və ya subordinasiya baxımından yuxarı inzibati orqan tərəfindən və yaxud məhkəmə qaydasında ləğv oluna bilər. İPM-in 14.1-ci maddəsinə əsasən mübahisələndirilən inzibati aktı qəbul etmiş inzibati orqan həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etməlidir. İPM-in 58.7-ci maddəsinə görə sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. MPM-in 76-cı maddəsinə görə tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Məhkəmə iş üzrə tərəflərin, o cümlədən məhkəmə icraatında tədqiq olunmuş ekspertiza rəyinə, iddianın növünə (mübahisələndirmə haqqında) görə sübutetmə yükü daşıyan cavabdeh inzibati orqanın dəlillərinə qanunvericiliyin sadalanan müddəalarının tələbləri baxımından qiymət verərək, mübahisələndirilən əlverişsiz inzibati aktın – 30 sentyabr 2020-ci il tarixli **********140346 nömrəli “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” qərarın qəbulu üzrə inzibati icraatda müəyyən edilmiş aşağıdakı xüsusatları qeyd edir: - Vergi orqanı səyyar vergi yoxlamasını qanunla müəyyən edilmiş müddətlərdə aparmamışdır. Vergi Məcəlləsinin 38.2-ci maddəsi səyyar vergi yoxlamasının 30 gündən artıq davam edə bilmədiyini və müstəsna hallarda əsaslandırılmış qərarla həmin müddətin 90 günədək artırılmasının mümkünlüyünü nəzərdə tutur. Hazırkı işin hallarından görünür ki, inzibati orqan “müddətin dayandırılması”, “müddətin uzadılması” və “əlavə vergi yoxlaması tədbirlərinin keçirilməsi” barədə qərarlar qəbul edərək 2018-ci ilin sentyabr ayında başlanmış yoxlamanı 2020-ci ilin avqust ayının 7-də, yəni 1 il 10 ay sonra başa çatdırmışdır. Mövcud qanunvericilik («Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrinin forması və aparılması qaydası haqqında Əsasnamə») normaları müvafiq icra hakimiyyəti orqanı kimi AR Ədliyyə Nazirliyi tərəfindən aparılan “Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestri”nə səyyar vergi yoxlamasının dayandırılması və müddətinin artırılması barədə qərarların daxil edilməsini mütləq sayır. İnzibati icraatda tətbiq edilən bu tədbirin mahiyyətinə görə eyni zərurət, vergi orqanı tərəfindən “əlavə vergi yoxlaması tədbirlərinin keçirilməsi barədə” qərar qəbul edildikdə də yaranır. Belə ki, sözügedən qərarın qəbulu özlüyündə səyyar vergi yoxlaması müddətinin artırılmasını da ehtiva edir. Lakin cavabdehin iddiaya qarşı yazılı etirazından da bəlli olur ki, qurum “müddətin dayandırılması” və “müddətin uzadılması” barədə qərarlar qəbul edərkən reyestri aparan orqana müvafiq qaydada məlumat versə də, “əlavə vergi yoxlaması tədbirlərinin keçirilməsi” barədə qərarlarla bağlı məlumatın sözügedən reyestrə daxil olunmasını təmin etməmişdir. Belə hal, həmin reyestrdə “qeydiyyata alınmamış” yoxlama ilə eynilik təşkil etmiş sayılır. Bununla da müəyyən edilir ki, vergi orqanı qərar qəbul edərkən «İnzibati icraat haqqında» AR Qanunun 48-ci maddəsinin, AR Vergi Məcəlləsinin 38.2-ci maddəsinin, «Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrinin forması və aparılması qaydası haqqında Əsasnamə»nin 1.5 və 3.4-cü bəndlərinin tələblərini pozmuşdur. Qeyd olunanlarla yanaşı diqqət yetirilməlidir ki, inzibati orqan yoxlamanın gedişində “əlavə vergi yoxlaması tədbirlərinin keçirilməsi barədə” qərarlarda (2 qərar) onların qəbulunu zəruri edən halları nə müvafiq aktda və məsuliyyətə cəlb etmə haqqında 30 sentyabr 2020-ci il tarixli qərarda, nə də məhkəmə icraatında təqdim olunan sənədlərdə (etiraz və s.) açıqlamamışdır; - Hansı səbəbdən vergi orqanı tərəfindən yoxlama zamanı digər iki qurumdan alınmış rəylərin mötəbər qiymətləndirilmədiyi və üçüncü təşkilatdan – "xxxx" MMC-dən mütəxəssis və ekspert dəvət olunduğu, eləcə də sonuncunun rəyinin daha mötəbər qiymətləndirildiyi əsaslandırılmamışdır; - İş üzrə tədqiq edilmiş ekspert rəyində də həmçinin göstərilmişdir ki, müəssisədə istehsal prosesi aparılan metallurji avadanlıqlarda istehsal həcminin “yalnız elektrik enerjisi sərfiyyatı əsas götürülməklə” müəyyənləşdirilməsi, onların texniki göstəricilərinə əsasən istehsal və qeyri-istehsal sahələri üzrə elektrik enerjisi sərfiyyatının ayrı-ayrılıqda həcmlərinin dəqiqləşdirilməsi mümkün olmamışdır. İstehsal sahələri olan müəssisənin idarəetmə orqanı və digər köməkçi sahələr (anbar və s.), yəni qeyri-istehsal sahəsi üzrə işin təşkili ilə bağlı elektrik enerjisi sərfiyyatının olması təkzibolunmazdır, istehsal və qeyriistehsal sahələri üzrə sərfiyyatın ayrılmasının mümkünsüzüyü də bu sərfiyyatla istehsal həcminin dəqiq müəyyən olunmasını istisna edir; - Ekspert rəyində həmçinin müəssisədə istehsal zamanı xammalın tərkibinin bircins olmamasının elektrik enerjisi sərfiyyatını və texnoloji prosesin müddətini ciddi şəkildə artırması da qeyd olunmuşdur ki, bu hal da yoxlama zamanı alınmış rəy üzrə müəssisədə istehsal həcminin müəyyən olunmuş həcminin reallığı əks etdirmədiyini təsdiqləyir; - Yoxlama dövrü 2017 – 2018-ci illəri əhatə etsə də, dövriyyə müəyyən edilərkən yoxlanılan dövrdə istehsal prosesindəki yeni – 2018-ci ilin fevral ayından və 2019-cu ilin mart ayından istismara verilmiş avadanlıqların göstəricilərinin əsas götürülməsi, cavabdeh orqanın 30 sentyabr 2020-ci il tarixli qərarının qəbulu (qərarda qeyd olunan vergilərin və maliyyə sanksiyalarının hər birinə münasibətdə) üzrə əsas götürülmüş "xxxx" MMC-nin ekspet və mütəxəssis rəylərinin mötəbərliyini nəinki şübhə altına alır, hətta inkar edir; - Vergi orqanı tərəfindən aparılan səyyar vergi yoxlaması ilə Vergi Məcəlləsinin 67.1-ci maddəsində göstərilən əsaslardan hər hansı biri müəyyən edilməmiş, Məcəllənin 67.1.15-ci maddəsinə göstərilən əlaqəli məlumat (vergi ödəyicisi tərəfindən istehsal olunmuş və (və ya) təqdim edilmiş malların (işlərin, xidmətlərin) fiziki həcmi barədə rəsmi məlumatlar) kimi əldə edilmiş rəylər və digər hesablanma sənədləri isə, mötəbər qiymətləndirilə bilməz. Nəzərə alınmalıdır ki, MEM-in ekspet rəyinində onun sübut kimi mötəbərliyini şübhə altına alan xüsusatlar hazırkı məhkəmə icraatında müəyyən edilmir və bu səbəbdən də sübutetmə yükü daşıyan cavabdehin mübahisələndirilən 30 avqust 2020-ci il tarixli qərarının qəbulu üzrə dəlilləri əsaslı sayıla bilməz. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, cavabdeh inzibati orqanın mübahisələndirilən **********140346 nömrəli 30 sentyabr 2020-ci il tarixli qərarı qanuna ziddir. Azərbaycan Respublikası Konstitusiyasının 73-cü maddəsinə görə qanunla müəyyən edilmiş vergiləri və başqa dövlət ödənişlərini tam həcmdə və vaxtında ödəmək hər bir kəsin borcudur. Heç kəs qanunla nəzərdə tutulmuş əsaslar olmadan və qanunda göstərilmiş həcmdən əlavə vergiləri və başqa dövlət ödənişləri ödəməyə məcbur edilə bilməz. «İnzibati icraat haqqında» AR Qanununun 11.1-ci maddəsinə görə inzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. Həmin Qanunun 12.1-ci maddəsinə görə hamı qanun və inzibati orqan qarşısında bərabərdir. Həmin Qanunun 17-ci maddəsinə görə fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. Həmçinin məhkəmənin qənaətinə görə mübahisələndirilən inzibati akt (**********140346 nömrəli 30 sentyabr 2020-ci il tarixli qərar) qanuna zidd sayılmaqla yanaşı, qərarın qəbulu iddiaçının hüquqlarının pozulmasına səbəb olan hal kimi qiymətləndirilməlidir. Çünki, qəbul edilmiş həmin akt iddiaçıya vergi qanunvericiliyi ilə müəyyən edilməyən qaydada hesablanmış müvafiq məbləğdə vergi borcunun (əsas vergi borcu və maliyyə sanksiyasının) ödəmək öhdəliyi yaranır. Halbuki, Vergi Məcəlləsinin 3.8ci maddəsinin tələblərinə görə heç bir şəxsin üzərinə bu Məcəllə ilə müəyyən edilən vergilərin xüsusiyyətlərinə malik olan və bu Məcəllə ilə müəyyən edilməyən, yaxud bu Məcəllə ilə müəyyən edilən qaydalardan fərqli olaraq müəyyən edilən vergiləri ödəmək vəzifəsi qoyula bilməz. Nəzərə alınmalıdır ki, Vergi Məcəlləsinin 53.3-cü maddəsinə görə bu Məcəllə ilə müəyyən edilmiş qaydada və ya məhkəmənin qanuni qüvvəyə minmiş qərarı ilə təqsiri təsdiq edilməyənədək hər bir vergi ödəyicisi vergi qanunvericiliyin pozulmasında təqsirsiz hesab edilir. Vergi ödəyicisi vergi qanunvericiliyinin pozulmasında özünün təqsirsiz olmasını sübut etməyə borclu deyildir. Vergi qanunvericiliyinin pozulması faktını təsdiq edən halların və vergi ödəyicisinin təqsirinin sübut edilməsi vergi orqanının üzərinə qoyulur. Vergi qanunvericiliyinin pozulmasında vergi ödəyicisinin təqsirinin olmasına aradan qaldırılmaz şübhələr olduqda, onlar vergi ödəyicisinin xeyrinə şərh olunur. İPM-in 68-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. İPM-in 70.1-ci maddəsinə əsasən inzibati aktın qanuna zidd olduğu və bunun nəticəsində iddiaçının hüquqlarını pozduğu hallarda, məhkəmə həmin inzibati aktın (şikayət instansiyasına inzibati şikayət verildiyi hallarda isə, habelə şikayət instansiyasının müvafiq qərarının) ləğv edilməsi barədə qərar qəbul edir. İnzibati akt qəbul edilərkən inzibati icraatın inzibati orqanın qərarına təsir edən şəkildə pozulduğu hallarda da bu qayda tətbiq olunur. Beləliklə məhkəmə hesab edir ki, iddia təmin edilərək, cavabdeh Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” **********140346 nömrəli 30 sentyabr 2020-ci il tarixli qərarı ləğv edilməlidir. Göstərilənlərə əsasən və İPM-in 4.1, 23.1, 58.7, 69, 75, 78 – 79, 81 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddia təmin edilsin. Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” **********140346 nömrəli 30 sentyabr 2020-ci il tarixli qərarı ləğv edilsin. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər. Hakim Rüstəm Kərimli
Məhkəmə qərarları › İş №2-1(112)-2010/2021
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-2010/2021
24.05.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver