Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-2012/2022 25.02.2022 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Salahova Səlma İsgəndər qızının sədrliyi, Məhkəmə iclas katibi Hüseynova Sevinc Nizami qızının katibliyi ilə, Tərəflərin iştirakı olmadan, İddiaçı cavabdeh Bakı şəhəri Xətai rayon İcra Hakimiyyətinə qarşı “ailə üzvləri ilə birgə mənzil uçotuna götürülməsi” tələbinə dair iddia ərizəsi üzrə inzibati işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı (bundan sonra – İddiaçı) cavabdeh Bakı şəhəri Xətai rayon İcra Hakimiyyətinə (bundan sonra – Cavabdeh) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar 2-ci qrup Qarabağ Müharibəsi əlili kimi ailə tərkibi ilə yaşayış sahəsinə ehtiyacı olan şəxs qismində uçota alınma barədə sərəncam vermək vəzifəsinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra İPM) 45.4cü maddəsinə əsasən iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi icraata daxil olduqdan sonra Məhkəmə 27.08.2021-ci il tarixdə işin bir şifahi məhkəmə iclası çərçivəsində həll olunması üçün zəruri tədbirlərin görülməsi ilə bağlı sərəncam vermiş, sərəncamda tərəflərə hüquqi mübahisənin barışıq yolu ilə nizama salmaq (həll etmək) hüquqları izah edilmiş, məhkəmənin hazırlıq icraatı iclası sonuncu dəfə 25.02.2022-ci il tarixə təxirə salınmışdır. Cavabdeh orqan 25.01.2022-ci il tarixli, 80 nömrəli məktubla məhkəməyə müraciət edərək İddiaçı Xətai Rayon İcra Hakimiyyəti başçısının 28.09.2021-ci il tarixli, 300 saylı Sərəncamı əsasında 4 nəfər (özü, həyat yoldaşı, qızı, oğlu) ailə tərkibi ilə 2-ci qrup Qarabağ müharibəsi əlili kimi güzəştli mənzil növbəsinə götürüldüyünü bildirmiş və sərəncamı məktuba əlavə etmişdir. Məhkəmə iş materiallarını yoxlayaraq hesab edir ki, iş üzrə icraata xitam verilməlidir. Belə ki, ş materiallarında olan Bakı şəhəri Xətai rayon İcra Hakimiyyəti Başçısının “Vətəndaş Ş.Ə.Əliyevin yaşayış yeri üzrə mənzil növbəsinə alınması haqqında” 28.09.2021-ci il tarixli 300 nömrəli sərəncamından görünür ki, vətəndaş İddiaçı yaşayış yeri üzrə mənzil növbəsinə alınması və 4 nəfər ailə tərkibi ilə (özü, arvadı, qızı, oğlu) Qarabağ müharibəsi əlili kimi güzəştli siyahıya daxil edilməsi qərara alınmışdır. Göründüyü kimi, iddiaçının tələbi onun ailə üzvləri ilə birlikdə mənzil uçotuna alınması barədə qərar qəbul edilməsi olmuş, cavabdeh iddiaçının bu tələbini özü təmin edərək bu barədə müvafiq inzibati akt qəbul etmişdir. Belə olan halda aydın olur ki, artıq işin mahiyyəti üzrə mübahisə mövcud deyil. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 67-ci maddəsinə əsasən: - Mübahisə ilə bağlı məhkəmənin yekun qərarı qəbul edilənədək, cavabdeh (inzibati orqan) iddiaçının tələbinin təmin olunduğu yeni inzibati akt qəbul etməyə və ya qanunda nəzərdə tutulmuş başqa tədbir görməyə haqlıdır. Cavabdeh iddiaçının tələbinin təmin olunması ilə bağlı niyyəti barədə məhkəməyə yazılı məlumat verir. Bu məqsədlə inzibati orqan əvvəl məhkəməyə təqdim olunmuş sənədləri geri tələb edə bilər (mad. 67.1). - Sədrlik edən hakim iddiaçının tələbinin təmin olunduğu yeni inzibati aktın qəbul edilməsi və ya qanunda nəzərdə tutulmuş başqa tədbirin görülməsi, habelə bu barədə məhkəməyə müvafiq məlumatın verilməsi üçün cavabdehə müddət təyin edə bilər. Sənədlərin geri qaytarılmasını məqsədəuyğun hesab etmədiyi hallarda, məhkəmə inzibati orqanın bu barədə müraciətini təmin etməyə bilər (mad. 67.2). - Bu Məcəllənin 67.2-ci maddəsinə uyğun olaraq müəyyən edilmiş müddət ərzində cavabdeh tərəfindən iddiaçının tələbinin təmin olunduğu və işin mahiyyəti üzrə mübahisənin artıq mövcud olmadığı hallarda məhkəmə icraata xitam verilməsi barədə qərardad qəbul edir (mad. 67.3). Məhkəmə yuxarıda göstərilənləri əsas götürərək belə nəticəyə gəlir ki, cavabdeh tərəfindən iddiaçının tələbi təmin olunduğuna və işin mahiyyəti üzrə mübahisə mövcud olmadığına görə iş üzrə icraata xitam verilməlidir. Şərh olunanları nəzərə alaraq, Azərbaycan Respublikaının İnzibati Prossesual Məcəlləsinin 67-ci maddəsini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçı cavabdeh Bakı şəhəri Xətai rayon İcra Hakimiyyətinə qarşı “ailə üzvləri ilə birgə mənzil uçotuna götürülməsi” tələbinə dair inzibati iş üzrə icraata xitam verilsin. Qərardaddan rəsmi qaydada təqdim olunduğu gündən 10 (on) gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (ünvan: ünvan 2
Məhkəmə qərarları › İş №2-1(112)-2012/2022
Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-2012/2022
25.02.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver