Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-2012/2023 05.09.2023 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ hakim Hаcıbəyоvа Miminаt Tаcib qızının sədrliyi, X2 kаtibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Bakı şəhər İcra Hakimiyyəti Mənzil-Kommunal Təsərrüfatı Departamentinə qarşı “mənzilə orderin verilməsinə məcbur edilməsi barədə” tələbinə dair iddia ərizəsi üzrə işə məhkəmə binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ЕTDİ: İddiaçı cavabdeh Bakı şəhər İcra Hakimiyyəti Mənzil-Kommunal Təsərrüfatı Departamentinə qarşı “mənzilə orderin verilməsinə məcbur edilməsi barədə” iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, mübahisəli mənzil iddiaçıya məxsusdur. Həmin mənzilə dair order gizlədilir. İddiaçı hal-hazırda küçədə yaşayır. İddiaçı iddia ərizəsinin təmin edilməsini məhkəmədən xahiş edir. Cavabdeh iddiaya etiraz təqdim edərək bildirmişdir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2008-ci il tarixli 200 nömrəli qərarının icrası ilə əlaqədar Bakı şəhər İcra Hakimiyyətinin xx.xx.2008-ci il tarixli, 584 saylı sərəncamına əsasən, ləğv edilmiş "xxxx" DŞ-nin B.Sərdarov adına X3 Açıq Səhmdar Cəmiyyətinə məxsus olmuş qeyd edilən ünvanda yerləşən yataqxana binası 07 may 2014-cü il tarixli təhvil-təslim aktı ilə Bakı şəhər Mənzil-Kommunal Təsərrüfatı Departamentinin 2 saylı Xüsusi Təyinatlı Mənzil-Kommunal Təsərrüfatı Birliyinin balansına verilmişdir. Göstərilən bina balansa qəbul edilərkən aparılan təhvil-təslim zamanı qeyd olunan binada 70 saylı mənzil mövcud olmamış, İddiaçı həmin binada yaşaması müəyyən edilməmiş və eləcə də, binanın əvvəllər məxsus olduğu təşkilat tərəfindən o, yaşayış sahəsi ilə təmin olunmamışdır. Cavabdeh göstərilənlərə əsasən iddianın mümkün sayılmamasını məhkəmədən xahiş etmişdir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Həmin Məcəllənin 35.1-ci maddəsinə əsasən, bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Həmin maddənin tələbinə görə inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yol veriləndir. İddianın əsaslı hesab edilərək, məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtlər - tələbin iddia müddətinə dair normalara riayət edilməklə və iddiaya cavab verməli olan inzibati orqana qarşı yönəlməsi, ərizəçinın pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun Konstitusiyadan, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və qanun qüvvəli aktlardan irəli gəlməsidir. İnzibati məhkəmə icraatı qaydasında verilən iddianın hüquqi cəhətdən yoxlanılması, ilk növbədə onun mümkünlüyünün müəyyənləşdirilməsindən, bundan sonra isə iddianın əsaslılığının araşdırılmasından ibarətdir. Məhkəmə hesab edir ki, iddiaçının hazırkı iddiası inzibati məhkəmə icraatında baxılması mümkün sayılmamalıdır. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli, 5 nömrəli qərarında göstərilmişdir: 1.1: məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. 1.3. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur.1.4. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. 2.3. Məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. Lakin yuxarıda qeyd edilən qanunvericilik normaları baxımından iddiaçının hazırki iddia tələbi mümkünlük tələblərinə cavab vermir. Belə ki, Bakı İnzibati Məhkəməsinin icraatında olmuş iddiaçılar X1 və İddiaçı cavabdeh Mənzil Kommunal Təsərrüfatı Departamentinə qarşı (üçüncü şəxs B.Sərdarov adına zavod olmaqla) mənzilə orderin verilməsi barədə iddia ərizəsi üzrə 2-1(112)- 1994/2023 saylı iş üzrə qəbul edilmiş 30 yanvar 2023-cü il tarixli qərardadında qeyd edilmişdir ki, " iddiaçının hüquqi marağı nəticə etibarı ilə yaşadığını iddia etdiyi yataqxananın 70 saylı mənzili, özünün dediyi ilə desək üçüncü şəxslərin hazırda istifadədə olan 305 nömrəli mənzilinin son nəticədə adına sənədləşdirilməsi və həmin mənzilin onun sərəncamına verilməsidir. Lakin, iddiaçılar isə həmin mənzilə verilmiş orderin cavabdeh tərəfindən alınıb ona verilməsi formasında iddia qaldırmışdır ki, məhkəmə iclasında iddianın dəqiqləşdirilməsindən əlavə, məhkəmənin icraatında olan digər bir iş üzrə də onun hüquqi marağının reallaşdırılmasına yönəlmiş formal-hüquqi baxımdan eyni iddia olmasa da, mahiyyət üzrə eyni hüquqi marağa, yəni mənzilin ona verilməsinə söykənən iddiasının olduğunu, eyni məsələ ilə bağlı fərqli icraatın aparılmasının, həmin icraatlar üzrə eyni növ sorğuların verilməsi, başqa sözlə heç bir fərqləndirmə olmadan eyni növ araşdırmanın aparılmasının zəruri olmaması tərəfin diqqətinə çatdırılmışdır. İlkin olaraq, yuxarıda da qeyd edildiyi kimi Bakı İnzibati Məhkəməsinin icraatında olan 2-1(112)- 122/2023 saylı inzibati iş materialı mövcuddur ki, 03 sentyabr 2020-ci il tarixdə birinci instansiya məhkəməsinə daxil olmuş həmin iş üzrə kifayət qədər geniş araşdırma aparılır ki, həmin işə baxılması ilə bağlı məhkəmə iclası ilə hazırkı iclasın vaxtını bir-neçə dəqiqə ayırır. Adıçəkilən iş üzrə də iddianın və iddiaçıların çoxsaylı ərizələrinin mahiyyətindən aydın olur ki, iddiaçının həmin iş üzrə hüquqi marağı da məhz mübahisəli mənzillə bağlı olmaqla mənzilin son nəticədə onun adına rəsmiləşdirilməsi, onun istifadə hüquqlarının bərpasına yönəlmişdir. Həmin iş üzrə də məhkəmənin hüquqi yardımına uyğun olaraq iddiaçıların hüquqi marağına uyğun iddia tələbinin dəqiqləşdirilməsi təklif edilmişdir, son nəticədə baxılan iddia iddiaçının hüquqi marağına uyğun olaraq üçüncü şəxslərin istifadəsində olan mənzillə bağlı kirayə müqaviləsinin iddiaçıların adına bağlanılması ilə bağlı olmuşdur. Həmin iş üzrə də ilkin iddia tələbində də orderin verilməsi formasında da tələb olmuşdur ki, həmin tələb iddiaçının sonrakı ərizələrində yenə təkrarlansa da, iddia tələbinə dəqiqləşmə nəticəsində son nəticədə tələb məhz kirayə müqaviləsinin bağlanılması ilə bağlı olmuşdur. Lakin, iddiaçı həmin icraatın aparılması ilə kifayətlənməmiş, yenidən məhkəməyə eyni mübahisə predmeti barədə iddia vermiş, bu dəfə iddia formal olaraq orderin alınıb ona təhvil verilməsi ilə bağlı olmuşdur. Halbuki, istər iddia tələbinin formal baxımından, istərsə də mahiyyəti üzrə qiymətləndirməsi baxımından mümkünlük əsaslarının mövcudluğundan söhbət gedə bilməz.” Yuxarıda adıçəkilən 2-1(112)-122/2023 saylı inzibati iş üzrə Bakı İnzibati Məhkəməsinin xx.xx.2023-cü il saylı qərardadında isə məhkəmə qeyd etmişdir ki, mübahisəli 305 nömrəli mənzilin 70 saylı mənzil olmadığı, ümumiyyətlə həmin binada 70 saylı mənzilin olmadığı, iddiaçıların adına hər hansı orderin mövcud olmadığı, iddiaçıların zavod işçiləri olması, həmin binada qeydiyyatda olmasına baxmayaraq həmin binada heç bir mənzildə yaşamadığı, iddia etdikləri mənzildə nə özlərinin, nə də üçüncü şəxslər yaşayana kimi hər hansı məcburi köçkünün yaşamadığını, əksinə üçüncü şəxslər və ailə üzvlərinin həmin mənzillərin sakini olduğu, arayış və qonşuların izahatları ilə də həmin halların təsdiq edildiyi, iddiaçının təqdim etdiyi sənəd və sübutların nəinki həqiqəti müəyyən etmədiyini, başqa şəxsin adından ərizənin verildiyi, həmin şəxsin isə ərizədə qeyd olunan məlumatları, yəni iddiaçıların iddia etdiyi məlumatları təsdiq etmədiyini, yerli baxışda iştirak edən şəxs və üçüncü şəxsin izahatı ilə desək iddiaçının binada ilkin olaraq mənzil seçimi etdiyini, mənzil seçimi nəticəsində 305 saylı mənzildə qərarlaşdığı, dediyi heç bir arqumentin reallıqda öz təsdiqini tapmadığı nəzərə alındıqda hazırkı iddianın mahiyyəti üzrə baxılması imkanından söhbət gedə bilməz. Belə ki, hər hansı şəxs 305 saylı mənzil hüququ ilə iddiaçıların adıçəkilən mənzilə hüquqları hazırda eynidir. Daha doğrusu hüquqlarının olmamasına münasibətdə eynilik mövcuddur ki, həmin eynilik, yuxarıda da qeyd edildiyi kimi iddiaçıların adıçəkilən mənzilə heç bir hüquqlarının, o cümlədən mülkiyyət və istifadə hüquqlarının olmamasında özünü göstərir. Həmin hüquqların mövcud olmadığı halda, hər hansı subyektiv hüququn mövcudluğundan, beləliklə də iddianın qaldırılmasında mümkünlük şərtinin ödənildiyindən söhbət gedə bilməz.” İddiaçı xx.xx.1990-cı il tarixli 1200 nömrəli arayışa əsaslanaraq 70 saylı mənzilə orderin verilməsini tələb etsə də, yuxarıda qeyd olunan qanuni qüvvəsini almış məhkəmə qərardadları ilə yekunlaşmış inzibati işlər üzrə məhkəmə araşdırılmaları ilə yataqxanada 70 saylı mənzilin mövcud olmadığı müəyyən edilmişdir. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli, 5 saylı qərarının 15.4.-ci bəndinə əsasən, İPM-in 45.5.1-ci maddəsinə görə iddia ilə bağlı işin məhkəmənin icraatında olduğu müddətdə tərəflərdən heç biri eyni iddia ilə başqa məhkəməyə müraciət edə bilməz. İddiaçı Bakı İnzibati Məhkəməsinə eyni mübahisə predmeti barədə bir neçə iddia vermiş, bu dəfə iddia formal olaraq mənzilin orderin verilməsi ilə bağlıdır. Məhkəmə yuxarıda qeyd edilənlərə əsasən hesab edir ki, iddiaçının iddia tələbi Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə uyğun deyildir. Məhkəmə yuxarıda göstərilən bütün hallara məcmu şəkildə qiymət verərək hesab edir ki, İddiaçı cavabdeh Bakı şəhər İcra Hakimiyyəti Mənzil-Kommunal Təsərrüfatı Departamentinə qarşı “mənzilə orderin verilməsinə məcbur edilməsi barədə” iddia tələbi mümkün sayılmamalıdır. İnzibati Prosessual Məcəlləsinin 35.3-cü maddəsinə əsasən, iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 2, 34, 35, 80 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddia mümkün sayılmasın. Qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində ondan Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin inzibati kollegiyasına (ünvan: ünvan 2 Hacıbəyova
Məhkəmə qərarları › İş №2-1(112)-2012/2023
Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-2012/2023
05.09.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver