Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-2014/2023 02.02.2023 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Kərimli Rüstəm Lətif oğlunun sədrliyi, Məmmədova Sevda Rövşən qızının katibliyi iddiaçı X1 iştirakı ilə iddiaçı X1 cavabdeh Bakı şəhəri Qaradağ rayon Qeydiyat şöbəsinə qarşı «iddiaçının doğumu haqqında akt qeydinin bərpa olunması öhdəliyinin cavabdehin üzərinə qoyulması» tələbinə dair iddiası üzrə işə məhkəmənin binasında (Bakı şəhəri, Nəsimi rayonu, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: İddiaçı X2 cavabdeh Bakı şəhəri Qaradağ rayon Qeydiyat şöbəsinə qarşı «iddiaçının doğumu haqqında akt qeydinin bərpa olunması öhdəliyinin cavabdehin üzərinə qoyulması» tələbini irəli sürərək iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 45.4-cü maddəsinə əsasən iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəməyə daxil olduqdan sonra İPM-in 47 – 49-cu maddələrinə uyğun olaraq işin hazırlıq icraatına başlanmış və məhkəmənin sərəncamı ilə iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surətləri iddiaya qarşı yazılı münasibət (etiraz) bildirilməsi məqsədilə cavabdehə təqdim edilmişdir. Lakin cavabdehin iddiaya qarşı yazılı münasibəti məhkəməyə daxil olmamışdır. İddia ərizəsində bildirilir ki, iddiaçı 9 iyul 1972-ci il tarixdə Ermənistanın Basar-Keçər rayonunun Şişqaya kəndində doğulmuşdur. 17 iyul 1972-ci il tarixdə Şişqaya kənd sovetliyində onun doğumu doğum akt qeydi kitabında qeydə alınmış və müvafiq doğum haqqında şəhadətnamə verilmişdir. Həmin şəhatətnamədə onun adı “Səbirə” kimi qeyd olunmuşdur. Lakin ona verilmiş Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqələrində adı həmişə “Şəbinə” kimi qeyd olunmuşdur. İddiaçıya məxsus nikah haqqında şəhadətnamədə, onun uşaqlarının doğum haqqında şəhadətnamələrində adı “Səbirə” kimi qeyd olunmuşdur. Heç vaxt sənədlərdə olan bu fərqliliklərə diqqət ayırmamışdır. Bu yaxınlarda şəxsiyyət vəsiqəsinin müddətinin bitməsi ilə əlaqədar onun dəyişdirilməsi üçün 3 saylı Bakı ASAN xidmət mərkəzinə müraciət etmiş, lakin ona yeni şəxsiyyət vəsiqəsi verilməmiş və bildirilmişdir ki, “X3” ilə bağlı doğum haqqında məlumatlar Ədliyyə Nazirliyinin sistemində çıxmır. “X2” isə başqa bir şəxsdir. İddiaçı doğum haqqında şəhadətnamənin əsli və digər sənədlərlə cavabdeh Bakı şəhəri Cavabdehnə müraciət etmişdir. Şöbə tərəfindən ona verilmiş 10 avqust 2022-ci il tarixli imtina məktubunda qeyd edilmişdir ki, “araşdırma nəticəsində məlum olmuşdur ki, təqdim edilən doğum və nikah haqqında şəhadətnamələrdə və ona aid digər sənədlərdə adı Səbirə, şəxsiyyəti təsdiq edən sənəddə isə Şəbinə olduğundan, yaranmış ziddiyyətlə bağlı onun doğum haqqında akt qeydinin qeydiyyat şöbəsində bərpa edilməsi mümkün olmamışdır”. İddiaçının doğum akt qeydi vaxtilə Ermənistan SSR-də aparıldığı və həmin qeydiyyat şöbələrinin arxivləri təhvil verilmədiyi üçün itmiş akt qeydinin qeydiyyat şöbəsi tərəfindən bərpa edilməsinin mümkün olmamış və doğum haqqında akt qeydinin bərpa olunması ilə bağlı məhkəməyə müraciət edilməsi məsləhət görülmüşdür. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1 mart 2001-ci il tarixli 52 nömrəli qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının qeydində dəyişiklik, bərpa və ləğv qaydalarını müəyyən edən Əsas Müddəalar”ın “Vətəndaşlıq vəziyyəti aktlarının itmiş qeydlərinin bərpa qaydası”nı müəyyən edən digər normalarının tələbinə görə, vətəndaşlıq vəziyyəti aktlarının itmiş qeydinin bərpası bu cür qeydlərin həqiqətən olduğunu təsdiq edən sənədlər əsasında ərizə verənlərin yaşadıqları ərazidə qeydiyyat şöbələri və konsulluq idarələri tərəfindən icra edilir (13-cü bənd). Doğum, nikahın bağlanması, nikahın pozulması, övladlığa götürmə, atalığın müəyyən edilməsi, adın, soyadın və ata adının dəyişdirilməsi, ölüm haqqında aktların itirilmiş qeydləri yalnız müvafiq qeydin əvvəllər olduğunu təsdiq edən sənədlər olduqda və ya məhkəmənin qətnaməsinə əsasən bərpa edilir (16-cı bənd). Ərizə verən şəxsin daimi yaşayış yerində qeydiyyat şöbələri və konsulluq idarələri təqdim olunmuş bu cür qeydlərin həqiqətən olduğunu təsdiq edən sənədlərə və yoxlamanın nəticələrinə əsasən vətəndaşlıq vəziyyəti aktlarının qeydinin bərpası və ya bundan imtina olunması haqqında rəy qəbul edir və ya vətəndaşlıq vəziyyəti aktlarının itmiş qeydinin bərpa edilməsindən imtina edir. İmtinanın səbəbləri əsaslandırılmaqla ərizə verən şəxsə yazılı məlumat verilir . . . (18-ci bənd). Göstərilənlərə və İPM-in 2, 45, 46-cı maddələrinə əsaslanaraq, iddiaçının barəsində vaxtilə Ermənistan SSR-də aparılmış doğum haqqında akt qeydinin bərpa olunması öhdəliyinin cavabdeh Bakı şəhəri Cavabdeh üzərinə qoyulması barədə qərar qəbul edilməsi məhkəmədən xahiş olunur. İşin şifahi məhkəmə baxışı ilə bağlı iclasın vaxtı və yeri barədə tərəflərə bildiriş ünvanlanmışdır. Məhkəmə iclasına iddiaçı gəlmiş, cavabdeh tərəf gəlməmişdir. Məhkəmə İPM-in 62.3-cü maddəsinin tələblərini rəhbər tutaraq, işə cavabdeh tərəfin iştirakı olmadan baxılmasını mümkün saydı. Məhkəmə iclasında iştirak edən iddiaçı iddia ərizəsində göstərilənləri təsdiqlədi və iddianın təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iddiaçını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinə görə hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Hər kəs dövlət orqanlarının, siyası partiyaların, hüquqi şəxslərin, bələdiyyələrin və vəzifəli şəxslərin hərəkətlərindən və hərəkətsizliyindən inzibati qaydada və məhkəməyə şikayət edə bilər. «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 1.1-ci maddəsinə görə bu qanun inzibati aktların qəbul edilməsi, icra olunması və ya ləğv edilməsi ilə bağlı inzibati orqanlar tərəfindən həyata keçirilən fəaliyyətin hüquqi əsaslarını, prinsiplərini və prosedur qaydalarını müəyyən edir. Həmin Qanunun 2.0.2-ci maddəsinə əsasən inzibati akt – inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələləri nizama salmaq və ya həll etmək məqsədi ilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. Həmin Qanunun 2.0.4-cü maddəsinə görə ərizə – maraqlı şəxsin inzibati aktın qəbul edilməsi və ya ona məxsus olan hər hansı hüququn həyata keçirilməsi ilə bağlı inzibati orqana yazılı müraciətidir. Həmin Qanunun 2.0.6-cı maddəsinə görə inzibati icraat – fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyətdir. Həmin Qanunun 4.1-ci maddəsinə əsasən inzibati orqanlar qanunla onların səlahiyyətinə aid edilmiş işlər üzrə inzibati icraatı həyata keçirirlər. Həmin Qanunun 11.1-ci maddəsinə əsasən inzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. Həmin Qanunun 15.1-ci maddəsinə əsasən qanunla məcburi şərt kimi nəzərdə tutulmuş hallar istisna olmaqla, yalnız formal tələblərə əməl olunmasını təmin etmək məqsədilə inzibati orqanlar tərəfindən fiziki və hüquqi şəxslərin üzərinə bu və ya başqa öhdəliklərin qoyulması qadağandır. Həmin Qanunun 15.2-ci maddəsinə əsasən qanunda birbaşa nəzərdə tutulmadığı hallarda fiziki və ya hüquqi şəxslər tərəfindən formal tələblərə əməl olunmaması və ya lazımi qaydada əməl olunmaması inzibati orqanlar tərəfindən müvafiq qərarın qəbul olunmasından imtina üçün əsas ola bilməz. Həmin Qanunun 19.1-ci maddəsinə əsasən inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. Həmin Qanunun 24.1-ci maddəsinə əsasən inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. Həmin Qanunun 24.2-ci maddəsinə əsasən inzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. İPM-in 2.2.2-ci maddəsinə görə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanının hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. İPM-in 33.1-ci maddəsinə görə məcburetmə haqqında iddia vasitəsi ilə iddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsini cavabdehin üzərinə qoymağı məhkəmədən tələb edə bilər. İPM-in 33.2-ci maddəsinə görə bu Məcəllənin 33.1-ci maddəsində nəzərdə tutulmuş qayda həm iddiaçının arzuladığı inzibati aktın qəbulundan cavabdeh tərəfindən imtina edildiyi hallara, həm də cavabdehin hərəkətsizliyi səbəbindən (hərəkətsizliyə qarşı iddia) inzibati aktın qəbul edilmədiyi hallara şamil olunur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1 mart 2001-ci il tarixli 52 nömrəli qərarı ilə təsdiq edilmiş «Vətəndaşlıq vəziyyəti akt qeydlərində dəyişiklik, bərpa və ləğv qaydalarını müəyyən edən Əsas Müddəalar»ın 13-cü bəndinə görə vətəndaşlıq vəziyyəti akt qeydlərinin bərpası bu cür qeydlərin həqiqətən olduğunu təsdiq edən sənədlər əsasında ərizə verənlərin seçdiyi yer üzrə qeydiyyat şöbələri və konsulluq idarələri tərəfindən icra edilir. Əsas Müddəaların 14-cü bəndinə görə itmiş akt qeydinin qeydiyyat şöbələri və konsulluq idarələri tərəfindən bərpası mümkün olmadıqda, vətəndaşlıq vəziyyəti aktının qeydiyyatı faktı məhkəmə qaydasında müəyyən edilir. Əsas Müddəaların 16-cı bəndində doğum, nikahın bağlanması, nikahın pozulması, övladlığa götürmə, atalığın müəyyən edilməsi, adın, soyadın və ata adının dəyişdirilməsi, ölüm haqqında aktların itirilmiş qeydləri yalnız müvafiq qeydin əvvəllər olduğunu təsdiq edən sənədlər olduqda və ya məhkəmənin qətnaməsinə əsasən bərpa edilir. Əsas Müddəaların 16-2-ci bəndinə görə Ermənistan Respublikasında tərtib olunmuş vətəndaşlıq vəziyyəti akt qeydləri bərpa edilərkən yer adları Azərbaycanın tarixi toponimlərinə uyğun olaraq Azərbaycan Milli Elmlər Akademiyasının tövsiyələri nəzərə alınmaqla yazılır. İş materiallarında olan Ermənistan SSR Vardenis rayonunun Şişqaya kənd sovetinin verdiyi 17 iyul 1972-ci il tarixli İ – СЛ 274493 nömrəli “Doğum haqqında şəhadətnamə”nin surətindən görünür ki, X2 9 iyul 1972-ci il tarixdə Ermənistan SSR Vardenis rayonunun Şişqaya kəndində doğulmuşdur. 17 iyul 1972-ci il tarixdə Şişqaya kənd sovetliyində onun doğumu haqqında akt qydləri kitabında 72 npmrəli qeydə edilmişdir. Doğum haqqında şəhadətnamənin ata qrafasında “X6”, ana qrafasında “X11” göstərilmişdir. İş materallarında olan Xanlar rayon VVAQ şöbəsi tərəfindən verilmiş V-ЖГ 348500 nömrəli “Nikahın bağlanması haqqında şəhadətnamə”nin surətindən görünür ki, 13 sentyabr 1967-ci il tarixdə Azərbaycan SSR Xanlar şəhərində doğulmuş X4 ilə 9 iyul 1972ci il tarixdə Ermənistan SSR Vardenis rayonunun Şişqaya kəndində doğulmuş X7 arasında 20 avqust 1990-cı il tarixdə nikah bağlanmış və bu barədə həmin tarixli 96 nömrəli akt qeydi tərtib edilmişdir. Ərə “İsgəndərov”, arvada “İsgəndərova” soyadları verilmişdir. İş materiallarından olan Xanlar rayon VVAQ şöbəsi tərəfindən verilmiş 20 may 1991-ci il il tarixli XVİ- ЖГ 299109 nömrəli “Doğum haqqında şəhadətnamə”nin surətindən görünür ki, X5 15 may 1991-ci il tarixdə Xanlar şəhərində doğulmuşdur, şəhadətnamədə ata qrafasında “X4”, ana qrafasında “X2” göstərilmişdir. İş materiallarında olan Bakı şəhəri Cavabdeh ərizəçi İddiaçı onun “doğum akt qeydinin bərpası barədə” 9 avqust 2022-ci il tarixli müraciətinə cavab olaraq ünvanlanmış 10 avqust 2022-ci il tarixli məktubunda bildirilmişdir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2001-ci il tarixli 52 nömrəli qərarı ilə təsdiq edilmiş ’’Vətəndaşlıq vəziyyəti akt qeydlərində dəyişiklik, bərpa və ləğv qaydalarını müəyyən edən Əsas Müddəalar”a müvafiq olaraq Vətəndaşlıq vəziyyəti akt qeydlərinin bərpası bu cür qeydlərin həqiqətən olduğunu təsdiq edən sənədlər əsasında ərizə verənlərin seçdiyi yer üzrə qeydiyyat şöbələri və konsulluq idarələri tərəfindən icra edilir. Araşdırma nəticəsində məlum olmuşdur ki, təqdim edilmiş doğum və nikah haqqında şəhadətnamələrdə və ona aid digər sənədlərdə adı "Səbirə", şəxsiyyəti təsdiq edən sənəddə isə “Şəbinə" olduğundan, yaranmış ziddiyyətlə bağlı sizin doğum haqqında akt qeydinin qeydiyyat şöbəsində bərpa edilməsi mümkün olmamışdır. Həmin Müddəaların 14-cü bəndinə əsasən itmiş akt qeydinin qeydiyyat şöbələri və konsulluq idarələri tərəfindən bərpası mümkün olmadıqda, vətəndaşlıq vəziyyəti aktının qeydiyyatı faktı məhkəmə qaydasında müəyyən edilir. Göstərilənləri nəzərə alaraq, doğurn haqqında akt qeydinin bərpa olunması ilə bağlı məhkəməyə müraciət oluna bilər. İPM-in 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. İPM-in 68-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 76-cı maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Məhkəmə qeyd edir ki, iddiaçının təqdim etdiyi sənədlərdə, o cümlədən onun doğumu haqqında şəhadətnamədən 9 iyul 1972-ci il tarixdə Ermənistan SSR Basar-Keçər (Vardenis) rayonunun Şişqaya kəndində doğulması və atasının “X6”, anasının “X11” olması təsdiqini tapır. Belə olan halda, məhkəmənin qənaətinə görə onun doğumu haqqında akt qeydi yaşayış yeri üzrə müvafiq səlahiyyətli orqan kimi hazırkı cavabdeh Bakı şəhəri Cavabdeh tərəfindən bərpa edilməlidir. İddiaçının adının şəxsiyyət vəsiqəsində “Səbirə” deyil, “Səbinə” göstərilməsinə gəldikdə isə, bu, müvafiq dövrdə şəxsiyyət vəsiqəsi verilərlən sənədləşmədə buraxılmış səhv kimi nəzərə alınmalıdır. Odur k, məhkəmə hesab edir ki, cavabdeh Bakı şəhəri Cavabdeh imtinası qanuna ziddir və iddiaçının hüquqlarının pozulmasına səbəb olan hal qismində qiymətləndirilir. İPM-in 73.1-ci maddəsinə görə inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. Beləliklə məhkəmə hesab edir ki, iddia təmin edilərək Orucova (İsgəndərova) Səbirə Qonarı qızının 9 iyul 1972-ci il tarixdə Ermənistan SSR Basar-Keçər rayonunun Şişqaya kəndində doğulması barədə akt qeydinin bərpa olunması öhdəliyi cavabdeh Bakı şəhəri Cavabdeh üzərinə qoyulmalıdır. Göstərilənlərə əsaslanaraq və İPM-in 4.1, 23.1, 58.7, 62, 69, 75, 79, 81, 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: İddia təmin edilsin. Orucova (İsgəndərova) Səbirə Qonarı qızının 9 iyul 1972-ci il tarixdə Ermənistan SSR Basar-Keçər rayonunun Şişqaya kəndində doğulması barədə akt qeydinin bərpa olunması öhdəliyi cavabdeh Bakı şəhəri Cavabdeh üzərinə qoyulsun. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər. Hakim Rüstəm Kərimli
Məhkəmə qərarları › İş №2-1(112)-2014/2023
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-2014/2023
02.02.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver