Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-2014/2025 09.01.2025 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Cəlalov Bəhlul Məmmədcəfər oğlunun sədrliyi, Həsənov İlkin Mürşüd oğlunun katibliyi, iddiaçının nümayəndəsi X9, üçüncü şəxsin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh Bakı şəhəri Cavabdehnə qarşı (üçüncü şəxs - X7) “sərəncamın və torpaq sahəsinə dair xəritədən çıxarışın ləğv edilməsi” tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.B.Vəzirov küç.56) açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdeh Bakı şəhəri Cavabdehnə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, X3 adına “Torpaq sahəsinin planı və ölçüsü” (kadastr planı verilməsi üçün əsas olan Əzizbəyov RİH-nin (indiki Xəzər RİH) xx.xx.1992-ci il tarixli, 134 saylı sərəncamını və onun əsasında verilmiş Əzizbəyov (indiki Xəzər RİH) RİHB-nin Mərdəkan qəsəbəsində nümayəndəsinin M-506 saylı torpaq sahəsinin sxemi və xəritədən çıxarışının ləğv edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Əzizbəyov Rayon Xalq Deputatları Soveti İcraiyyə Komitəsi tərəfindən verilmiş xx.xx.1990-cı il tarixli, 15 nömrəli qərara əsasən Bakı şəhəri, Mərdəkan qəsəbəsi, 3/461 nömrəli sahədə yerləşən 750 kv.m torpaq sahəsi mərhum X4 ayrılmışdır. Sözügedən həmin torpaq sahəsinin İddiaçı adına vərəsəlik qaydasında keçməsi üçün Bakı şəhəri 25 saylı notariat ofisinə müraciət edilmişdir. Bakı şəhəri 25 saylı notarius ofisi tərəfindən İddiaçı, mərhum X2 vərəsəsi kimi tanınmağını və qeyd edilən torpaq sahəsi barəsində X2 adma çıxarış verilməsi üçün 1 saylı Bakı Ərazi İdarəsinə müraciət edilmişdir. Cavabdeh orqan tərəfindən **********23 nömrəli, xx.xx.2021ci il tarixli imtina məktubu ilə Bakı şəhəri, Mərdəkan qəsəbəsi, 3/461 nömrəli sahədə yerləşən 750 kv.m torpaq sahəsi üzərində hüquqların X2 adına qeydiyyata almaqdan imtina etmişdir. Cavabdeh inzibati orqanın imtina məktubunda imtinanın əsaslarından biri olaraq bildirmişdir ki, elektron kadastr məlumatlarına əsasən tərəfindən göstərilən torpaq sahəsinə digər fiziki şəxsin adına (ləğv edilmiş) Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən “Torpaq sahəsinin planı və ölçüsü'’ (kadastr planı) verildiyi aşkar edilmişdir. İmtina məktubu məhkəmə qaydasında mübahisələndirilmişdir və hal-hazırda hakim Aygün Abdullayevanın (işin nömrəsi:2-l(l 12)-152/2024) icraatındadır. Məhkəmə araşdırma zamanında mübahisəli torpaq sahəsi ilə bağlı ekspertiza təyin edilmişdir və müvafiq ekspert rəyi xx.xx.2024-cü il tarixində məhkəməyə təqdim edilmişdir. Qeyd olunan ekspert rəyində bildirilmişdir ki, vahid elektron kadastr baza məlumatlarına əsasən göstərilən torpaq sahəsinə X3 adına (ləğv edilmiş) Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən “torpaq sahəsinin planı və ölçüsünün (kadastr planı) verildiyi aşkar edilmişdir. Ekspert rəyi ilə faktiki göstərilən torpaq sahəsi və 3-cü şəxsə verilən “Torpaq sahəsinin planı və ölçüsü” (kadastr planı) yerləşməsi üst-üstə düşməsi müəyyən edildiyi andan iddiaçının 3-cü şəxsə məxsus olan sərancamı mübahisələndirmək hüququ yaranmışdır. Ççünki birbaşa iddiaçının hüquqlarına toxunur. Üçüncü şəxsə verilən sərancam və onun əsasında verilən “Torpaq sahəsinin planı və ölçüsü” (kadastr planı). Əzizbəyov rayon XDS İK-nin 15 nömrəli, xx.xx.1990-cı il tarixli qərarında Bakı şəhəri, Mərdəkan qəsəbəsi, 3/461 nömrəli sahədə yerləşən 750 kv.m torpaq sahəsinin doğurdan da X2 adına verilməsi və qərarda adında edilmiş düzəliş Əzizbəyov rayon XDS İK tərəfindən (müvafiq olaraq onun səlahiyyətli nümayəndəsi tərəfindən) təsdiqlənir. Həmin qərarı və qərarda qeyd olunmuş düzəlişi təsdiq edən şəxsin qərarın sonunda ad soyad vəzifəsi qeyd edilməklə imzası ilə təsdiq olunur. Baxmayaraq ki, həmin torpaq sahəsinin kadastr planı barədə məlumatlarının başqa şəxsə verildiyini bildirir, Bakı şəhəri Xəzər RİH tərəfindən təqdim olunan xx.xx.2021ci il tarixli, M-205-091 nömrəli məktubunda X4 ayrılmış Bakı şəhəri, Mərdəkan qəsəbəsi, 3/461 nömrəli torpaq sahəsinin təsdiq olunmuş cizgisi və xəritədən çıxarışı ilə bir daha sübut olunur ki, qeyd olunan torpaq sahəsi və onun kadastr planı müvafiq olaraq mərhum X4 verilmişdir. Məhkəmə tərəfindən Dövlət Arxivinin Bakı Filialına verilmiş sorğu nəticəsində müəyyən edilmişdir ki, 3-cü şəxsin adına “Torpaq sahəsinin planı və ölçüsü” (kadastr planı) verilməsi əsas olan keçmiş Əzizbəyov RİH-nin (indiki Xəzər RİH) arxiv fondu üzrə xx.xx.1992-ci il tarixli, 134 saylı sərancamı Dövlət Arxivin Bakı filialına təhvil verilməmişdir. Qeyd olunan arayışda bildirilmişdir ki, 134 saylı sərancam Dövlət Arxivin Bakı Filialında xx.xx.1992-ci il tarixli deyil, xx.xx.1992-ci il və xx.xx.1992-ci il tarixli olmaqla mövcuddur, lakin həmin sərancamlarda X5 torpaq sahəsi ayrılması barədə heç bir məlumat yoxdur. Bundan əlavə, Bakı şəhəri Cavabdeh tərəfindən X6 adına verilmiş Əzizbəyov (indiki Xəzər RİH) RİHB-nın Mərdəkan qəsəbəsindəki nümayəndəsinin M-506 saylı torpaq sahəsinin sxemi və xəritədən çaxarışı barədə sənədin heç bir hüquqi əsası yoxdur. Belə ki, qeyd olunan sənədin faktiki olaraq arxiv kitabında qeydi yoxdur və qeyd olunan torpaq sahəsinin sxemi və xəritədən çaxarışın verilməsi barədə Əzizbəyov (indiki Xəzər) RİHB-nın reyestr nömrəsi yoxdur. X4 ayrılan torpaq sahəsinin cizgisi və xəritədən çıxarışın Xəzər RİHB-nın Mərdəkan qəsəbəsindəki nümayəndəsi tərəfindən verilməsi barədə reyestr nömrəsi vardır və qeydiyyat kitablarında qeydi aparılmışdır. Göründüyü kimi, ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən X3 adına qeydiyyata alınan “Torpaq sahəsinin planı və ölçüsü” (kadastr planı) və Əzizbəyov RİH-nin (indiki Xəzər RİH) xx.xx.1992-ci il tarixli, 134 saylı sərancamın heç bir hüququ əsası yoxdur. X3 adına olan Əzizbəyov RİH-nin (indiki Xəzər RİH) xx.xx.1992-ci il tarixli, 134 saylı sərancamını və onun əsasında verilmiş Əzizbəyov (indiki Xəzər RİH) RİHB-nin Mərdəkan qəsəbəsindəki nümayəndəsinin M-506 saylı torpaq sahəsinin sxemi və xəritədən çaxarışının ləğv edilməsi ilə bağlı Bakı Şəhəri Cavabdehnə rəsmi müraciət edilmişdir. Cavabdeh orqan xx.xx.2024-cü il tarixli cavab məktubu ilə bildirmişdir ki, Əzizbəyov (indiki Xəzər RİH) Rayon İcra Hakimiyyətinin xx.xx.1992-ci il tarixli, 134 saylı sərancamını və onun əsasında verilmiş Əzizbəyov (indiki Xəzər RİH) RİHB-nin Mərdəkan qəsəbəsindəki nümayəndəsinin M-506 saylı torpaq sahəsinin yerləşmə sxemi Rayon İcra Hakimiyyətində mövcud olmadığından hər hansı məlumatın təqdim edilməsi mümkün deyil. Faktiki olaraq görünür ki, cavabdeh orqanın öz arxivində və qeydiyyat kitablarında Əzizbəyov (indiki Xəzər) Rayon İcra Hakimiyyətinin xx.xx.1992-ci il tarixli, 134 saylı sərancamını və onun əsasında verilmiş torpaq sahəsinin yerləşmə sxemi qeydiyyatdan keçməyib. Bu fakt bir daha sübut edir ki, 3-cü şəxsin adına olan sərancamın hüquqi əsası yoxdur. 3-cü şəxs tərəfindən təqdim edilən Əzizbəyov (indiki Xəzər RİH) Rayon İcra Hakimiyyətinin xx.xx.1992-ci il tarixli, 134 saylı sərancamı kiril əlifbası ilə yazılmasına baxmayaraq, sərancamın üzərində qeyd olunan möhür latın əlifbası ilə olan möhürdür. Sərancam kiril əlifbası ilə 1992-ci il tarixində tərtib edilmişdirsə onun üzərində vurulan möhürdə kiril əlifbasında vurulmalı idi, lakin möhür göründüyü kimi latın əlifbasında vurlmuşdur. Qeyd olunan fakt onu göstərir ki, Əzizbəyov (indiki Xəzər RİH) Rayon İcra Hakimiyyətinin xx.xx.1992-ci il tarixli, 134 sayh sərancamı saxtadır. 3-cü şəxs X7 əlində olan sərancam əsasında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinə müraciət etmişdir, lakin Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti cavab məktubu verərək bildirmişdir ki, Əzizbəyov (indiki Xəzər RİH) Rayon İcra Hakimiyyətinin xx.xx.1992-ci il tarixli, 134 sayh sərancamın arxiv arayışı təqdim edilməlidir və faktiki olaraq sərancam saxta olduğuna görə 3-cü şəxs sərancamın arxiv arayışını təqdim edə bilməmişdir. Cavabdeh iddiaya yazılı münasibət təqdim etmişdir. Məktubda bildirilmişdir ki, Mərdəkan qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəliyinə məktub ünvanlanmış və alınan məlumatda bildirilmişdir ki, Bakı şəhər Əzizbəyov RİHB-nin xx.xx.1992-ci il tarixli, 134 nömrəli sərəncamı ilə vətəndaş X5 Mərdəkan qəsəbəsində M-506 saylı sahədə fərdi ev tikmək üçün 750 m2 torpaq sahəsi ayrılmışdır. Vətəndaş Z.R.Neymətzadə tərəfindən göstərilən torpaq sahəsinə yerində baxış keçirilmiş, cizgi təsdiq olunmuşdur. Lakin vətəndaş Z.R.Neymətzadəyə ayrılan torpaq sahənin sxemi və xəritədən çıxarışı çəkilən zaman iş nomenklaturasına daxil olmaması və qeydiyyatı aparılmaması səbəbindən arxiv surəti saxlanılmamışdır. Vətəndaş Z.R.Neymətzadəyə ayrılan M-506 saylı torpaq sahəsinin sxemi və xəritədən çıxarışı nə zaman çəkilməsi barədə qəsəbə nümayəndəliyində məlumat mövcud deyil. Sənədlərin verilmə tarixindən təxminən müəyyən etmək olar ki, torpaq sahəsinin sxemi və çıxarışı 2006-2007-ci illər arasında təsdiq edilmişdir. xx.xx.2021-ci il tarixdə mərhum X4 ayrılan torpaq sahəsinin cizgisinin verilməsi ilə bağlı vətəndaş İddiaçı müraciəti əsasında vətəndaş İddiaçı göstərdiyi torpaq sahəsinin mübahisəli torpaq olması barədə qəsəbə nümayəndəliyində heç bir məlumat olmamışdır. Vətəndaş İddiaçı tərəfindən göstərilən torpaq sahəsinin uzun illər əvvəl vətəndaş Z.R.Neymətzadəyə çəkilmiş cizgi ilə eyni yerə çəkilməsi ilə bağlı yeni evlərin inşa edilməsi, naturada ərazinin dəyişməsi səbəbindən cizginin yenidən çəkilməsi ilə bağlı qəsəbə nümayəndəliyində heç bir şübhə yaranmamışdır. Bu səbəbdən mərhum A.Q.Mirzəyevin adına çəkilən sahənin cizgisi və xəritədən çıxarışı təsdiq edilmişdir. Məhkəmə iclasında iddianın mümkünlüyü ilə bağlı məsələ tərəflərlə müzakirə edildi. İddiaçının nümayəndəsi izah edilənlərin ona aydın olduğunu bildirdi. Üçüncü şəxsin nümayəndəsi iddia tələbinin rədd edilməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən edilmiş qaydada xəbərdar edilmiş cavabdehin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə heç bir məlumat verməmişdir. Məhkəmə İPM-in 62.3-cü maddəsinə əsasən işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, iddia ərizəsini və digər sənədləri nəzərdən keçirərək, hesab edir ki, iddia mümkün sayılmamalıdır. Belə ki, “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun: 2.0.1-ci maddəsinə əsasən, inzibati orqan – Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları, onların yerli (struktur) və digər qurumları, bələdiyyələr, habelə qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hər hansı fiziki və ya hüquqi şəxsdir; 2.0.2-ci maddəsinə əsasən, inzibati akt – inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələləri nizama salmaq və ya həll etmək məqsədi ilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir; 3.1-ci maddəsinə əsasən, bu qanunun müddəaları Azərbaycan Respublikasının qanunvericiliyi ilə inzibati orqan kimi müəyyən (təsnif) edilmiş orqanların fəaliyyətinə şamil olunur. İddianın mümkünlük şərtlərinin yoxlanılması məsələsi ilə bağlı, məhkəmə “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli, 5 saylı qərarında göstərilmiş mövqeyinin nəzərə alınmasını zəruri hesab edir. Qərarda göstərilmişdir ki, “Məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. İddianın əsaslılığının yoxlanılmasına yönəlmiş fəaliyyəti zamanı məhkəmə cavabdehə qarşı irəli sürülmüş maddi-hüquqi tələbin mövcud olubolmamasını araşdırmaqla mahiyyəti üzrə qərar qəbul edir. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Ona görə iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır.” Göründüyü kimi, İPM-in 12.1-ci maddəsində nəzərdə tutulmuş işin araşdırılması prinsipi iddianın mümkünlük şərtlərinin mövcudluğunun yoxlanılmasına da şamil olunur. İPM-in 12.1-ci maddəsinə görə, məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Həmin Məcəllənin 35.1-ci maddəsinə əsasən, bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun yuxarıda adıçəkilən Qərarında həmçinin göstərilmişdir ki, iddianın mümkünlüyü baxımından hüququn pozulubpozulmadığının müəyyən olunmasının qiymətləndirilməsi zamanı iddiaçının hüquqi marağı, başqa sözlə konkret halda hüquqi müdafiəyə ehtiyacının olub-olmadığı da nəzərə alınmalıdır. Bu zaman iddiaçının arzuladığı məqsədə çatmaq üçün düzgün hüquqi müdafiə vasitələrindən, o cümlədən əlverişli iddia növündən istifadə edib-etmədiyi yoxlanılmalıdır.(6.1-ci bənd) İddiaçının hüquqi marağı yalnız o halda mövcud olacaqdır ki, onun çatmaq istədiyi məqsədə qaldırılmış iddianın uğurlu olması ilə nail olmaq mümkün olsun.(6.2-ci bənd) İddiaçının hazırkı tələbindən göründüyü kimi, iddiaçı Əzizbəyov RİH-nin (indiki Xəzər RİH) xx.xx.1992-ci il tarixli, 134 saylı sərəncamını və onun əsasında verilmiş Əzizbəyov (indiki Xəzər RİH) RİHB-nin Mərdəkan qəsəbəsində nümayəndəsinin M-506 saylı torpaq sahəsinin sxemi və xəritədən çıxarışının ləğv edilməsini xahiş edir. Məhkəmə araşdırması zamanı verilmiş sorğuya Bakı şəhəri Cavabdeh 26 sentyabr 2024-cü il tarixli cavab məktubunda bildirilmişdir ki, “Milli arxiv fondu haqqında” Azərbaycan Respublikası Qanununun 10-cu maddəsinə əsasən rayon və şəhər icra hakimiyyəti orqanlarının sənədləri 5 il müddətindən sonra daimi mühafizə məqsədilə dövlət arxivinə təhvil verilir. Bakı şəhəri Əzizbəyov (indiki Xəzər) Rayon İcra Hakimiyyəti başçısının 1992-ci il üzrə verilmiş Sərəncamları Azərbaycan Respublikasının Milli Arxiv İdarəsinin Bakı filialına təhvil verildiyindən, xx.xx.1992-ci il tarixli, 134 saylı Sərəncamın və həmin Sərəncama əlavə edilmiş sənədlərin surətlərinin, həmçinin sorğuda qeyd edilən digər məlumatların məhkəməyə təqdim edilməsi mümkün olmamışdır. Azərbaycan Respublikası Dövlət Arxivinin Bakı Filialının 29 oktyabr 2024-cü il tarixli məktubunda qeyd edilmişdir ki, keçmiş Əzizbəyov RİH-nin (indiki Xəzər RİH) arxiv fondu üzrə xx.xx.1992-ci il tarixli, 134 saylı sərəncamı Dövlət Arxivinin Bakı filialında xx.xx.1992ci il tarixli deyil, xx.xx.1992-ci il tarixli olmaqla mövcuddur. Lakin həmin sərəncamlarda vət. X5 torpaq sahəsi ayrılması barədə heç bir məlumat yoxdur. Digər tərəfdən sorğuda qeyd edilən “Əsas:Fond-100, siy.-1, iş-316, v.-35” Dövlət Arxivinin Bakı filialında mövcud deyildir. Belə ki, Dövlət Arxivinin Bakı filialında saxlanılan Fond-100 Əzizbəyov rayon İH-yə deyil, Sabunçu qəsəbə X8 İcraiyyə Komitəsinə aid olmaqla 24 saxlama vahidindən ibarətdir. Məhkəmə qeyd edir ki, hər hansı inzibati ləğv edilməsinə dair mübahisələndirmə haqqında iddianın qaldırılması üçün ilk növbədə inzibati akt mövcud olmalıdır. İddiaçının təqdim etdiyi xx.xx.1992-ci il tarixli, 134 saylı sərəncamının mövcudluğu müəyyən edilmir. Məhkəmə sorğusuna cavab olaraq təqdim edilmiş məktubdan müəyyən edilir ki, 134 saylı sərəncamı Dövlət Arxivinin Bakı filialında xx.xx.1992-ci il tarixli deyil, xx.xx.1992-ci il tarixli olmaqla mövcuddur. Lakin həmin sərəncamlarda vət. X5 torpaq sahəsi ayrılması barədə heç bir məlumat yoxdur. Göründüyü kimi, iddiaçının təqdim etdiyi, X5 torpaq sahəsi ayrılması barədə xx.xx.1992-ci il tarixli, 134 saylı sərəncamın olması müəyyən edilmir. İddiaçı həmçinin həmin sərəncamın arxiv çıxarışını məhkəməyə təqdim etmişdir. Həmin arxiv çıxarşında - “Əsas:Fond-100, siy.-1, iş-316, v.-35” nömrəsinə istinad edilmişdir. X13 Bakı filialında məhkəmə soröusuna cavab məktubunda qeyd edilmişdir ki, sorğuda qeyd edilən “Əsas:Fond-100, siy.-1, iş-316, v.-35” Dövlət Arxivinin Bakı filialında mövcud deyildir. Belə ki, Dövlət Arxivinin Bakı filialında saxlanılan Fond-100 Əzizbəyov rayon İH-yə deyil, Sabunçu qəsəbə X8 İcraiyyə Komitəsinə aid olmaqla 24 saxlama vahidindən ibarətdir. Göründüyü kimi iddiaçının mübahisələndirdiyi X5 torpa sahəsi ayrılması barədə xx.xx.1992-ci il tarixli, 134 saylı sərəncam mövcud deyil. Belə olan halda mövcud olmayan inzibati aktın mübahisələndirilməsi də mümkün deyildir. Məhkəmə qeyd edir ki, inzibati aktın mübahisələndirilməsinə (ləğv edilməsinə və ya dəyilşdirilməsinə) və ya inzibati aktın etibarsızlığının tanınmasına dair iddia vermək üçün ilk növbədə inzibati akt olmalıdır. Lakin iş materiallarına əsasən xx.xx.1992-ci il tarixli, 134 saylı sərəncamın olması müəyyən edilmir. Təqdim edilən sərəncamın və sərəncamın arxiv çıxarışının saxtalaşdırılması əlamətləri ehtimal edildiyindən, cinayət əməlinin olub-olmamasının müəyyən edilməsi üçün iş üzrə xüsusi qərardad çıxarılaraq müvafiq araşdırılma aparılması üçün Azərbaycan Respublikasının Baş Prokurorluğuna göndərilmişdir. Məhkəmə iddia tələbinin, torpaq sahəsinin sxemi və xəritədən çıxarışının ləğv edilməsi hissəsinə qiymət verərək qeyd edir ki, həmin sənəd torpaq ayrılan zaman torpağın yerləşməsini müəyyən etməyə imkan verən texniki sənəd olmaqla, torpaq ayrılmasına dair inzbiati aktın tərkib hissəsidir. Həmin sxemin verilməsinə əsas olmuş inzbati akt mövcud olmadığından, torpaq sahəsinin sxemi və xəritədən çıxarışı adlı sənədin də hüquqi əhəmiyyəti yoxdur. Cavabdeh tərərfindən məhkəməyə təqdim edilmiş mətubda qeyd edilmişdir ki, vətəndaş Z.R.Neymətzadəyə ayrılan torpaq sahənin sxemi və xəritədən çıxarışı çəkilən zaman iş nomenklaturasına daxil olmaması və qeydiyyatı aparılmaması səbəbindən arxiv surəti saxlanılmamışdır. Aparılmış qiymətləndirmənin nəticəsi olaraq məhkəmə hesab edir ki, iddia mümkün sayılmamalıdır. İPM-in 35.3-cü maddəsinə görə iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 35, 80, 81 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçı oğlunun cavabdeh Bakı şəhəri Cavabdehnə qarşı (üçüncü şəxs - X7) “sərəncamın və torpaq sahəsinə dair xəritədən çıxarışın ləğv edilməsi” tələbinə dair iddiası mümkün sayılmasın. Qərardaddan təqdim olunduğu (elektron kabineti olan tərəflərin elektron kabinetinə yerləşdirildiyi) gündən 10 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Zahid Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər. Hakim Bəhlul Cəlalov
Məhkəmə qərarları › İş №2-1(112)-2014/2025
Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-2014/2025
09.01.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver