Məhkəmə qərarları › İş №2-1(112)-2015/2022

Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-2015/2022

10.05.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-2015/2022 10.05.2022 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Salahova Səlma İsgəndər qızının sədrliyi ilə, İddiaçı cavabdeh Təhsildə X1rşı “diplom üzrə ixtisasın tanınması və ekvivalentlik haqqında şəhadətnamənin verilməsi” tələbinə dair inzibati iş üzrə iddiaçının “icraata xitam verilməsi” barədə ərizəsinə məhkəmənin binasında məhkəmə iclasından kənar baxaraq, müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, beş il oxuyaraq əldə etdiyi diplomunun respublikada tanınmasına dair qərar qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. xx.xx.2021-ci il tarixində məhkəmənin dəftərxanası vasitəsilə iddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, tələbinin “ixtisasının tanınması və ekvivalentlik haqqında şəhadətnamənin verilməsi öhdəliyinin Təhsildə Keyfiyyət Təminatı Agentliyinin üzərinə qoyulması” kimi müəyyən edilməsini xahiş etmiş, məhkəmənin xx.xx.2021-ci il tarixli, 2-1(112)-9539/2021 nömrəli qərardadı ilə ərizə icraata qəbul edilmişdir. Bakı İnzibati Məhkəməsinin xx.xx.2021-ci il tarixli qərardadı ilə Rusiya Federasiyası X2 Universiteti tərəfindən İddiaçı adına verilmiş 100524 ******* nömrəli xx.xx.2015-ci il tarixli bakalavr diplomu üzrə ixtisasın tanınması və ekvivalentlik haqqında şəhadətnamənin verilməsi ilə əlaqədar İddiaçı müraciətinə yenidən baxılması üçün cavabdeh Təhsildə Keyfiyyət Təminatı Agentliyinə 1 (bir) ay müddət təyin edilmiş, qərardad icra olunması üçün cavabdeh orqana göndərilmişdir. Cavabdeh orqan xx.xx.2022-ci il tarixdə Bakı İnzibati Məhkəməsinə məktubla müraciət edərək iddiaçının ali təhsil üzrə ixtisasının tanınması və ona bu barədə şəhadətnamə verilməsini bildirmişdir. xx.xx.2022-ci il tarixdə iddiaçı ərizə ilə məhkəməyə müraciət edərək cavabdeh tərəfindən tələbi təmin olunduğundan və işin mahiyyəti üzrə mübahisə mövcud olmadığından iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə iş materiallarını yoxlayaraq hesab edir ki, ərizə təmin edilməli və iş üzrə icraata xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 16.3-cü maddəsinə əsasən mübahisəni mahiyyəti üzrə həll etməyən məhkəmə qərardadları da yazılı icraat qaydasında qəbul edilə bilər. Həmin Məcəllənin 67-ci maddəsinə əsasən: - Mübahisə ilə bağlı məhkəmənin yekun qərarı qəbul edilənədək, cavabdeh (inzibati orqan) iddiaçının tələbinin təmin olunduğu yeni inzibati akt qəbul etməyə və ya qanunda nəzərdə tutulmuş başqa tədbir görməyə haqlıdır. Cavabdeh iddiaçının tələbinin təmin olunması ilə bağlı niyyəti barədə məhkəməyə yazılı məlumat verir. Bu məqsədlə inzibati orqan əvvəl məhkəməyə təqdim olunmuş sənədləri geri tələb edə bilər (mad. 67.1). - Sədrlik edən hakim iddiaçının tələbinin təmin olunduğu yeni inzibati aktın qəbul edilməsi və ya qanunda nəzərdə tutulmuş başqa tədbirin görülməsi, habelə bu barədə məhkəməyə müvafiq məlumatın verilməsi üçün cavabdehə müddət təyin edə bilər. Sənədlərin geri qaytarılmasını məqsədəuyğun hesab etmədiyi hallarda, məhkəmə inzibati orqanın bu barədə müraciətini təmin etməyə bilər (mad. 67.2). - Bu Məcəllənin 67.2-ci maddəsinə uyğun olaraq müəyyən edilmiş müddət ərzində cavabdeh tərəfindən iddiaçının tələbinin təmin olunduğu və işin mahiyyəti üzrə mübahisənin artıq mövcud olmadığı hallarda məhkəmə icraata xitam verilməsi barədə qərardad qəbul edir (mad. 67.3). İddia ərizəsindən görünür ki, iddiaçının tələbi Rusiya Federasiyası X2 Universiteti tərəfindən onun adına verilmiş 100524 ******* nömrəli xx.xx.2015-ci il tarixli bakalavr diplomu üzrə ixtisasın tanınması və ekvivalentlik haqqında şəhadətnamənin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasından ibarətdir. İşdə olan Azərbaycan Respublikası Təhsil Nazirliyi tərəfindən verilmiş T026822 nömrəli şəhadətnamədən görünür ki, İddiaçı adına xx.xx.2015-ci ildə X2 Universiteti tərəfindən verilmiş 100524 ******* nömrəli diplomunun Azərbaycan Respublikasında 050616-İnformasiya texnologiyaları ixtisas/istiqamətinin mühəndis bakalavr ixtisas dərəcəsi üzrə verilən diploma ekvivalent olması müəyyən edilmişdir. Azərbaycan Respublikası Təhsil Nazirliyi tərəfindən verilmiş İ026216 nömrəli şəhadətnamədən görünür ki, İddiaçı adına xx.xx.2015-ci ildə X2 Universiteti tərəfindən verilmiş 100524 ******* nömrəli diplom Azərbaycan Respublikasında tanınmışdır və keçilmiş fənlərin müvəffəqiyyətə verilməsi nəzərə alınaraq onun sahibinə təhsilin növbəti pilləsinə qəbul olunmaq hüququ verilmişdir. Göründüyü kimi, məhkəmənin müəyyən etdiyi müddətdə artıq iddiaçının tələbi təmin olunmuş, onun iddia tələbinə uyğun diplomunun ekvivalentliyi müəyyən edilərək ixtisası tanınmış və müvafiq şəhadətnamə verilmişdir. Belə olan halda aydın olur ki, artıq işin mahiyyəti üzrə mübahisə mövcud deyil. Buna görə də məhkəmə yuxarıda göstərilənləri əsas götürərək belə nəticəyə gəlir ki, cavabdeh tərəfindən iddiaçının tələbi təmin olunduğuna və işin mahiyyəti üzrə mübahisə mövcud olmadığına görə iş üzrə icraata xitam verilməlidir. Şərh olunanları nəzərə alaraq, Azərbaycan Respublikaının İnzibati Prossesual Məcəlləsinin 67-ci maddəsini rəhbər tutaraq, məhkəmə qərara aldı: Ərizə təmin edilsin. İddiaçı cavabdeh Təhsildə X1rşı “diplom üzrə ixtisasın tanınması və ekvivalentlik haqqında şəhadətnamənin verilməsi” tələbinə dair inzibati iş üzrə icraata xitam verilsin. Qərardaddan rəsmi qaydada təqdim olunduğu gündən 10 (on) gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (ünvan: ünvan 2

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar