Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-2015/2023 01.09.2023 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Sevdimalıyeva Günel Arif qızının sədrliyi ilə, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Bakı şəhər Cavabdehnə (üçüncü şəxslər X17, Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsi) qarşı “sərəncamın etibarsız sayılması” iddia tələbi üzrə iş materiallarına məhkəmənin binasında (Bakı şəhəri, Nəsimi rayonu, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : I. Mübahisəli hüquqi məsələnin qısa xülasəsi
1. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək X10 ünvan 1 ünvanında mülkiyyət hüququ verən Cavabdeh tərəfindən qəbul olunmuş xx.xx.1996-ci il tarixli, 2245 nömrəli sərəncamın etibarsız hesab edilərək ləğv edilməsi öhdəliyinin cavabdeh Bakı şəhər Cavabdehnə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi daha sonra sərəncamın ləğv edilməsi kimi dəqiqləşdirilmişdir.
2. Tələb onunla əsaslandırılmışdır ki, ünvan 3 ünvanındakı yaşayış mənzil 032320 nömrəli order əsasında iddiaçının həyat yoldaşına, həmçinin onun ailə müzvlərinə verilmişdir. xx.xx.2022-ci il tarixli verdiyi müraciət əsasında Azərbaycan Respublikasının Dövlət Arxivinin Bakı Filialı tərəfindən yoldaşı X5 order varilməsi barədə Səbail RİH-in arxiv fondu üzrə 28.08.200-ci il tarixli, 732 saylı sərəncamının təsdiq edilmiş ksero surəti iddiaçıya təqdim edilmişdir. Bu sərəncamda iddiaçının mərhum yoldaşına, iddiaçıya və oğlu X15, qızı X6 müvafiq mənzildə yaşamağa icazə verilmək üzrə adları qeyd edilmişdir. İddiaçı qeyd edir ki, bu mənzil onun həyat yoldaşına məxsusdur və bu faktı sübuta yetirən müvafiq sənədləri də ərizəyə qoşulan sənədlər sırasında məhkəməyə təqdim etmişdir. Digər tərəfdən iddiaçı müxtəlif səbəblərdən ötrü həmin daşınmaz əmlak üzərində mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatdan keçirilməsi müraciət etməmişdir. Lakin Milli Arxiv İdarəsindən təhvil aldığı Səbail RİH–nin arxiv fondu üzrə 28.08.200-ci il tarixli, 732 saylı sərəncam ilə birlikdə cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə mərhum həyat yoldaşı X4 adına mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması ilə bağlı ********** qeydiyyat nömrəli xx.xx.2022-ci il tarixli ərizə ilə müraciət etmişdir. İddiaçı bildirir ki, onun müraciətinə imtina ilə cavab verilmişdir. İmtinanın əsası olaraq qeyd edilmişdir ki, həmin mənzil üzərində mülkiyyət hüquqlarının xx.xx.1999-cu il tarixində digər şəxsin adına qeydiyyatı həyata keçirilmişdir. Həmin şəxsin kimliyi isə məktubda bildirilməmişdir. İddiaçıya məlum olan hallara əsasən həmin şəxs X11r. Belə ki, ünvan 1 ünvanında yerləşən yaşadığı mənzil xx.xx.1995-ci il tarixli, 2245 nömrəli sərəncam ilə məlum şəxs X10 verilmişdir. xx.xx.2022-ci il tarixində Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən sözügedən şəxsə hüquqların qeydiyyata alınması ilə bağlı 292911 nömrəli çıxarış verilmişdir. İddiaçı hesab edir ki, bu məsələ ilə bağlı iddia qaldırmaq hüququ vardır. Çünki sözügedən daşınmaz əmlak üzərində birdən çox subyektin mülkiyyət hüququ toqquşur. Qeyd olunanlara əsasən iddiaçı məhkəmədən iddia tələbinin təmin edilməsini xahiş edir.
3. Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən iddiaçıya ünvanlanan xx.xx.2022-ci il tarixli məktubda qeyd olunur ki, aparılan araşdırma zamanı Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, 11-ci Badamdar küçəsi, 40 saylı evin, 35 saylı mənzili qanunvericiliyin tələblərinə uyğun digər şəxsin adına xx.xx.1999-cu il tarixdə qeydiyyata alındığı müəyyən olunmuşdur. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 11.1-ci maddəsinə əsasən hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhudlaşdırılmasını (yüklənməsini) onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır.
4. Bakı İnzibati məhkəməsinin 2-1(112)-8816/2022 nömrəli, xx.xx.2022-ci il tarixli Qərardadı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı qeydiyyatın ləğv edilməsi və arayışın (çıxarışın) verilməsi tələbinə dair iş üzrə iddia geri götürülmüş sayılmış və iş üzrə icraata xitam verilmişdir.
5. Bakı İnzibati məhkəməsinin 2-1(112)-11403/2022 nömrəli, xx.xx.2022-ci il tarixli Qərardadı ilə X18 iddiaçı Bakı şəhəri Səbail Rayon Polis İdarəsinə qarşı “xx.xx.1995 tarixli, 2245 saylı sərəncamın etibarsız hesab edilərək ləğv edilməsi” barədə iddia tələbinə dair iş üzrə inzibati məhkəmə icraatına zəruri cəlbetmə qaydasında üçüncü şəxs qismində cəlb edilmişdir.
6. Bakı İnzibati məhkəməsinin 2-1(112)-2015/2023 nömrəli, xx.xx.2023-cü il tarixli Qərardadı ilə İddiaçı cavabdeh Bakı şəhəri Cavabdehnə qarşı “sərəncamın ləğv edilməsi” tələbinə dair inzibati iş üzrə iddiaçı tərəfindən məhkəməyə təqdim olunmuş buraxılmış prosessual müddətin bərpasına dair ərizə təmin edilməmiş, iddia mümkün sayılmamışdır.
7. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-1697/2023 nömrəli, xx.xx.2023-cü il tarixli Qərardadı ilə İddiaçı cavabdeh Bakı şəhəri Cavabdehnə qarşı “sərəncamın ləğv edilməsi” tələbinə dair Bakı İnzibati Məhkəməsinin 2-1(112)-2015/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qərardadından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilmiş, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-2015/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qərardadı ləğv edilmişdir. İddiaçı cavabdeh Bakı şəhəri Cavabdehnə qarşı “sərəncamın ləğv edilməsi” tələbinə dair inzibati iş sonrakı prosessual hərəkətlərin edilməsi üçün həmin məhkəməyə göndərilmişdir.
8. İddiaçı daha sonra iddia tələbinin dəqiqləşdirilməsi barədə məhkəməyə ərizədə Bakı şəhəri Səbail rayonu, Badamdar qəsəbəsi, 11-ci Badamdar küçəsi, ev 40, 35 saylı mənzilə dair Cavabdeh tərəfindən qəbul olunmuş xx.xx.1995-ci il tarixli, 2245 nömrəli sərəncamın etibarsız sayılması barədə qərar qəbul edilməsini xahiş etmişdir.
9. Bakı İnzibati məhkəməsinin 2-1(112)-2015/2023 nömrəli, xx.xx.2023-cü il tarixli Qərardadı ilə Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsi İddiaçı cavabeh Bakı şəhəri Cavabdehnə qarşı “sərəncamın ləğv edilməsi” tələbinə dair inzibati məhkəmə icraatına adi cəlbetmə qaydasında üçüncü şəxs qismində cəlb edilmişdir.
10. Məhkəmənin sorğusuna cavab olaraq Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən məhkəməyə ünvanlanan xx.xx.2022-ci il tarixli məktubda qeyd olunur ki, ünvan 1 X9 adına qeydiyyatdan keçmişdir və hazırda mülkiyyətdədir.
11. Məhkəmənin sorğusuna cavab olaraq Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən məhkəməyə ünvanlanan xx.xx.2022-ci il tarixli məktubda qeyd olunur ki, X9 adına Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, 11-ci Badamdar küçəsi, ev 40, 35 saylı mənzil qeydiyyatdan keçmişdir və hazırda mülkiyyətindədir.
12. “Xəzərtdənizqazmatikinti” trestinin müdiriyyəti və həmkarlar komitəsinin birgə iclasından 20 oktyabr 1994-cü il tarixli 22 saylı protokoldan çıxarışda qeyd olunur ki, X10 üç otaqlı mənzil ünvanı: Badamdar qəsəbəsi, 6153-55-ci məhəllə, 11-ci Badamdar küçəsi, ev № 40, mənzil № 35, blok 3, mərtəbə 5, yaşayış sahəsi 37,04 kv.m. verilmişdir. Ailə tərkibi 4 (dörd) nəfər olmaqla:
1. X18 - özü
2. X20 - əri
3. X22 - oğlu
4. X23 - oğlu
13. Bakı şəhəri Cavabdeh başçısının 2245 saylı, 01 avqust 1995-ci il tarixli Sərəncamında qeyd olunur ki, Xəzər dəniz tikinti trestinin xx.xx.1994-cü il 22 saylı protokolu təsdiq edilmiş və X10 Badamdar qəsəbəsi, 11-ci Badamdar küç., 40 mənzil 35, blok 3 mərtəbə 5, yaşayış sahəsi 37,04 kv.m. olan 3 otaqlı mənzilə order verilmişdir. X31 q – özü X20 – yoldaşı X22 – oğlu X24 – oğlu
14. ƏMDX Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən Çıxarışının surətindən (elektron) görünür ki, ünvan 1 ünvanındakı mənzilə xüsusi mülkiyyət hüququ (tam mülkiyyət) X9 adına daşınmaz əmlakın dövlət reyestrində xx.xx.2022-ci il tarixində qeydiyyata alınmışdır.
15. 11-ci Badamdar keçəsi, ev 40, mənzil 35-də yaşayan N.M.Əhmədov tərəfindən verilmiş xx.xx.1999-cu il tarixli razılıq ərizəsinə əsasən N.Əhmədov yaşadığı mənzilin həyat yoldaşının E.S.Əhmədovanın adına privatizasiya edilməsinə (özəlləşdirilməsinə) etiraz etməmişdir.
16. Məhkəmənin sorğusuna cavab olaraq Ədliyyə Nazirliyi yanında Baş Pasport Qeydiyyat və Miqrasiya İdarəsi tərəfindən məhkəməyə ünvanlanan xx.xx.2022-ci il tarixli məktubda qeyd olunur ki, xx.xx.1970-ci il təvəllüdlü İddiaçı xx.xx.2020-ci il, xx.xx.1997-ci il təvəllüdlü X16 xx.xx.2022-ci il, 10.02.200-ci il təvəllüdlü X12 və 10.02.200-ci il təvəllüdlü X21 xx.xx.2016cı il tarixdən ünvan 6 ünvanında qeydiyyatdadırlar.
17. Bakı şəhəri Cavabdeh başçısının 731 saylı, 28 avqust 2000-ci il tarixli Sərəncamında qeyd olunur ki, S.İsmayılova 5 nəfər ailə üzvü ilə Badamdar qəsəbəsi, 11-ci Badamdar küçəsi, 40 №-li evin 3-cü girişinin 5-ci mərtəbəsində yerləşən 3 otaqlı 37, 04 kv.m. sahəsi olan 35 saylı mənzilinə order verilmişdir. X13 – özü – 1963-cü il İddiaçı – yoldaşı – 1970-ci il X16 – oğlu – 1997-ci il X21 – oğlu – 2000-ci il X12 – qızı – 2000-ci il
18. 30.08.200-ci il tarixli, 032320 №-li Orderdən görünür ki, Badamdar qəsəbəsi, 11-ci Badamdar küçəsi, ev 40, mənzil 35 X4 adına ayrılmışdır.
19. Bakı şəhəri Cavabdeh Başçısının Badamdar Qəsəbə Nümayəndəliyi tərəfindən təqdim olunan xx.xx.2023-cü il tarixli məktubda qeyd olunur ki, X1 qəsəbəsi, 11-ci Badamdar küçəsi, ev 40. Mənzil 35 ünvanında 2003-cü ildən aşağıda göstərilən ailə üzvləri ilə birlikdə yaşayır.
1. X16 – oğlu
2. X25 – oğlu
3. X12 – qızı
20. 3 saylı Bakı “ASAN Xidmət” Mərkəzinin notariat ofisi tərəfindən Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhəri Ərazi İdarəsinə ünvanlanan xx.xx.2022-ci il tarixli, 386 nömrəli məktubunda qeyd olunur ki, X2 miras qalmış əmlaka dair vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsi ilə bağlı vərəsəsi - arvadı İddiaçı tərəfindən Bakı şəhəri 3 saylı “ASAN Xidmət” Mərkəzinin Notariat ofisinə müraciət daxil olmuşdur. X4 xx.xx.2021-ci il tarixdə vəfatı ilə əlaqədar vərəsəsi – arvadı İddiaçı ərizəsi əsasında notariat ofisi tərəfindən V-143/2022 nömrəli vərəsəlik işi açılmışdır və vərəsələrin dairəsi müəyyən olunmuşdur.
21. Reyestrdə 3M-154 nömrəsi qeyd olunan notariat işindəki xx.xx.2022-ci il tarixli “Miras payın bağışlanması müqaviləsi”nə əsasən X12, X16, X21 Bakı şəhəri 3 saylı “ASAN Xidmət” Mərkəzinin notariat ofisinin xüsusi notariusu X14 tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli, 2V/311 reyestr nömrəli Qanun üzrə Vərəsəlik hüququ haqqında şəhadətnaməyə əsasən miras əmlakdakı paylarını anaları İddiaçı bağışlamışlar. Bağışlanan miras əmlak girov qoyulmamışdır və həbs altında deyil. Onun barəsində məhkəmə mübahisəsi yoxdur.
22. İş materiallarında olan xx.xx.2022-ci il tarixli, **********874 saylı Ərizədə qeyd olunur ki, X12 qeydiyyatda olduğu ünvan 6 ünvanında yerləşən mənzilin İddiaçı adına özəlləşdirilməsinə etiraz etmir.
23. İş materiallarında olan xx.xx.2022-ci il tarixli, **********873 saylı Ərizədə qeyd olunur ki, X16 qeydiyyatda olduğu ünvan 6 ünvanında yerləşən mənzilin İddiaçı adına özəlləşdirilməsinə etiraz etmir.
24. İş materiallarında olan xx.xx.2022-ci il tarixli, **********872 saylı Ərizədə qeyd olunur ki, X21 qeydiyyatda olduğu ünvan 6 ünvanında yerləşən mənzilin İddiaçı adına özəlləşdirilməsinə etiraz etmir.
25. Şifahi məhkəmə dinləmələri (məhkəmə baxış iclası) zamanı iştirak edən İddiaçı və vəkili Vəkil iddia tələbinin məzmununa uyğun izahat verərək iddia tələbinin təmin olunmasını xahiş etdilər.
26. Məhkəmə iclasında cavabdehin nümayəndəsi və üçüncü şəxslər iştirak etmir.
II. İddianın növü və mümkünlüyü
27. İddianın növü inzibati hüquq münasibətlərinin müəyyən olunması ilə bağlı olduğu üçün müəyyən etmə növündə iddiadır. Belə ki, iddiaçı hazırki iddia ilə Cavabdeh xx.xx.1995-ci il tarixli, 2245 nömrəli sərəncamının etibarsız sayılmasını tələb etsə də, hüquqi marağı faktiki olaraq etibarlı mənzil münasibətlərinin müəyyən edilməsinə yönəlib.
28. İPM-dən: 2.2.5. inzibati hüquq münasibətinin mövcud olmasına və ya olmamasına, habelə inzibati aktın etibarsız sayılmasına dair iddialara (müəyyən etmə və ya tanınma haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. 36.1. Müəyyən etmə və ya tanınma haqqında iddia vasitəsi ilə iddiaçı hər hansı hüquq münasibətinin mövcud olması və ya olmamasının, yaxud inzibati aktın etibarsızlığının tanınmasını məhkəmədən tələb edə bilər. 36.2. Müəyyən etmə və ya tanınma haqqında iddia vasitəsi ilə iddiaçı artıq icra olunmuş inzibati aktın qanunsuz sayılmasını məhkəmədən tələb edə bilər. 36.3. Müəyyən etmə və ya tanınma haqqında iddia iddiaçının həmin münasibətlərin qısa müddətdə müəyyən edilməsində kifayət qədər maraqlı olduğu hallarda qaldırıla bilər. Hüquq münasibətlərinin müəyyən edilməsində iddiaçının marağı hüquqi, iqtisadi və ya ideya xarakterli ola bilər. 36.4. Hüquq münasibətlərinin müəyyən edilməsinə dair iddia, digər iddia növlərinə münasibətdə subsidiar xarakter daşıyır.
29. Odur ki, məhkəmə hesab edir ki, hazırkı münasibətlərin müəyyən edilməsi iqtisadi xarakterlidir və həmin iddia mənzilə dair mülkiyyət hüquqlarının tanınmasına (özəlləşdirilməsinə) yönəlib.
30. İddia mümkündür. III. Məhkəmənin mövqeyi
31. Məhkəməyə çatım hüququ "praktiki və effektiv" olmalıdır (Bellet Fransaya qarşı, § 38).
32. Konvensiya nəzəri və xəyali hüquqları deyil, praktik və effektiv hüquqları təmin etmək üçün nəzərdə tutulmuşdur (Airey İrlandiyaya qarşı, § 24).
33. X35 Məhkəməsinin presedentləri ilə müəyyən edilir ki, X35 Konvensiyasının 6-cı maddəsinin məqsədlərinə əsasən istənilən məhkəmə qərarının icrası “məhkəmə prosesi”nin ayrılmaz hissəsi hesab olunmalıdır (Hornsby Yunanıstana qarşı, § 40).
34. “Əmlak”a “mövcud əmlak” və ya aktiv, o cümlədən ərizəçinin əmlak hüquqlarından istifadəni təmin etmək üçün ən azı “qanuni gözləntisi” olan iddialar ola bilər. Səmərəli şəkildə icrası mümkün olmayan əmlakı tanıtmağa ümid, eləcə də şərtin icra edilməməsi nəticəsində uzanan şərti iddia 1 saylı Protokolun 1-ci maddəsi baxımından “əmlak” hesab edilə bilməz (Prince Hans-Adam İİ of Liechtenstein v. Germany , and Gratzinger and Gratzingerova v. the Czech Republic );
35. “Mülkiyyət” anlayışı “mövcud mülkiyyətlə” məhdudlaşmır və tələblər də daxil olmaqla, ərizəçinin ən azından mülkiyyət hüququndan səmərəli şəkildə istifadənin əldə olunmasına ağlabatan və “qanuni gözləntisi” olan əmlakı da əhatə edə bilər. “Gözlənti” mübahisə obyekti olan mülki maraqla bağlı hüquqi müddəaya və ya hüquqi akta əsaslandığı halda “qanunidir” (Saghinadze və başqaları Gürcüstana qarşı 27.5.2010 tarixli qərar [İİ Bölmə] ərizə № 18768/05).
36. “X35 Konvensiyasının 1 saylı Protokolun 1-ci maddəsi üç fərqli qayda nəzərdə tutur: birinci qayda, birinci bəndin birinci cümləsində nəzərdə tutulmuşdur, ümumi xarakterə malikdir və mülkiyyətdən maneəsiz şəkildə istifadə prinsipini müəyyən edir; ikinci qayda, birinci bəndin ikinci cümləsində nəzərdə tutulmuşdur, mülkiyyətdən məhrum etməni və onun şərtlərini əhatə edir; üçüncü qayda, ikinci bənddə nəzərdə tutulmuşdur, Dövlətlərin, digər məsələlərlə yanaşı, mülkiyyətdən ictimai marağa uyğun şəkildə istifadə olunmasına nəzarət etmək hüququnu tanıyır. Bu qaydalar bir-birilə əlaqəlidir: ikinci və üçüncü qaydalar mülkiyyətdən maneəsiz istifadə hüququna müdaxilənin konkret nümunələri ilə bağlıdırlar və birinci qaydada nəzərdə tutulan prinsip əsasında təhlil edilməlidirlər.
37. Məhkəmə işin faktiki hallarını araşdırarkən müəyyən edir ki, Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, 11-ci Badamdar küçəsi, ev 40 ünvanında yerləşən 35 saylı mənzil üçüncü şəxs X9 adına qeydiyyatda olsa da, faktiki olaraq onun sahibliyində deyil və üçüncü şəxs hazırda həmin mənzildə yaşamır.
38. Məhkəmə nəzərə alır ki, üçüncü şəxs X9 nümayəndəsi X20 apellyasiya baxışı zamanı izahatında bildirmişdir ki, “Biz ev aldıqdan sonra mübahisəli mənzili idarəyə qaytardıq. Ondan sonra idarə mənzili iddiaçıya təqdim edibdir. Biz Bakı Şəhər İcra Hakimiyyətinə müraciət etdik ki, SOCAR bizə aşağı mərtəbədən 3 otaqlı ev versin. Dövlət Neft Şirkəti bizə ev ayırdıqdan sonra biz evi idarəyə qaytardıq”.
39. Hazırki iş üzrə üçüncü şəxs X17 Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, 11-ci Badamdar küçəsi, ev 40 ünvanında yerləşən 35 saylı mənzilə dair hər hansı hüquq iddia etmir və mənzilin iddiaçının adına olmasına etiraz etməmişdir.
40. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 72-ci maddəsinə əsasən inzibati aktın inzibati orqanın özü tərəfindən ləğv olunduğu və ya digər əsaslara görə qüvvədən düşdüyü hallarda, məhkəmə iddiaçının hüquqi marağını nəzərə alaraq onun ərizəsinə (vəsatətinə) əsasən həmin aktın etibarsız (qanunsuz) sayılması barədə qərar qəbul edir.
41. Məhkəmə qeyd edir ki, Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, 11-ci Badamdar küçəsi, ev 40 ünvanında yerləşən 35 saylı mənzil üçüncü şəxsin və ya digər şəxslərin hüquqları ilə yüklü deyil, mənzil ilə bağlı iddiaçı və üçüncü şəxs arasında hər hansı mübahisə yoxdur və mənzil faktiki olaraq iddiaçının istifadəsindədir. Bakı şəhəri Cavabdeh başçısının 731 saylı, 28 avqust 2000-ci il tarixli Sərəncamının qəbul edilməsi ilə faktiki olaraq Bakı şəhəri Cavabdeh başçısının 2245 saylı, 01 avqust 1995-ci il tarixli Sərəncamı qüvvədən düşmüş və mənzil X5 verilmişdir. xx.xx.2021-ci il tarixdə X4 vəfatı ilə əlaqədar vərəsəsəlik işi açılmış və vərəsələrin dairəsi müəyyən olunmuşdur. xx.xx.2022-ci il tarixində isə digər vərəsələr tərəfindən miras əmlak - Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, 11-ci Badamdar küçəsi, ev 40 ünvanında yerləşən 35 saylı mənzildəki payları İddiaçı bağışlanmışdır.
42. Beləliklə, həmin Bakı şəhəri Cavabdeh başçısının 2245 saylı, 01 avqust 1995-ci il tarixli Sərəncamı qüvvədən düşmüş, lakin sərəncam əsasında üçüncü şəxsin hüquqlarının qeydiyyatı aparıldığından həmin qeydiyyatın ləğv edilməsi üçün (əsas hüquqi marağın təmin edilməsi) iddiaçının hazırkı subsidiar iddianı qaldırmaqla hüquq münasibətlərinin müəyyən edilməsinə hüquqi marağı vardır.
43. Məhkəmənin qənaətinə görə qeyd edilənlər mübahisələndirilən inzibati akın etibarsız (qanunsuz) olduğu qənaətinə gəlmək üçün yetərlidir.
44. İPM-in 68-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır.
45. Göstərilənlərə əsasən və İPM-in 2.3, 13, 52, 68, 69, 75, 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ:
İddia tələbi təmin edilsin. Bakı şəhəri Səbail rayonu, Badamdar qəsəbəsi, 11-ci Badamdar küçəsi, ev 40, 35 saylı mənzilə dair Cavabdeh tərəfindən qəbul olunmuş xx.xx.1995-ci il tarixli 2245 nömrəli Sərəncamı etibarsız (qanunsuz) sayılsın. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) apellyasiya şikayət verilə bilər.
Hakim Günel Sevdimalıyeva