Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-2017/2021 12.10.2021 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Əliyev Elvin Əhəd oğlunun sədrliyi ilə, iddiaçının nümayəndəsi (vəkili) Vəkil, cavabdehin nümayəndəsi X5 iştirakları ilə, iddiaçı - İddiaçı cavabdeh - Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə 3-cü şəxslər - Sabunçu rayonu Bilgəh bələdiyyəsi və X6 qarşı “qərarın ləğv edilməsi, çıxarışın ləğv edilməsi, çıxarışın verilməsi” tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) açıq məhkəmə baxışı ilə bağlı iclasda baxaraq, Müəyyən etdi: İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən Bakı şəhəri, Sabunçu raronu, Bilgəh ərazisində yerləşən, 0,25 ha torpaq sahəsi olan 1464 nömrəli bağ sahəsində inşa edilmiş tikiliyə digər şəxsin adına verilmiş qeydiyyatın etibarsız hesab edilməsi; Bakı şəhəri, Sabunçu raronu, Bilgəh ərazisində yerləşən, 1464 nömrəli bağa və 0,25 hektar torpaq sahəsinə dair X2 adına çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 45.4-cü maddəsinə əsasən iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəmənin icraatına qəbul edildikdən sonra İPM-in 49-cu maddəsinə uyğun olaraq, işin hazırlıq icraatına başlanılmışdır. Məhkəmənin 18.02.2021-ci il tarixli qərardadı ilə Sabunçu rayonu Bilgəh bələdiyyəsi və X6 üçüncü şəxslər qismində məhkəmə icraatına cəlb edilmişlər. Məhkəmənin 28.09.2021-ci il tarixli qərardadı ilə iddiaçının “Bakı şəhəri, Sabunçu rayonu, Bilgəh ərazisində yerləşən, 0,25 hektar torpaq sahəsi olan 1464 nömrəli bağ sahəsi ilə X3 adına Bilgəh qəsəbə ərazisindən ayrılmış 0,36 hektar torpaq sahəsinin kəsişən hissəsində X8 05 dekabr 2000-ci il tarixli 04 nömrəli protokolun və Vətəndaşların fərdi mənzil tikilməsi üçün torpaq sahəsi ayrılmasına dair X8 02 yanvar 2002-ci il tarixli, 14 nömrəli qərarının ləğv edilməsi, Bakı şəhəri, Sabunçu rayonu, Bilgəh ərazisində yerləşən, 0,25 hektar torpaq sahəsi olan 1464 nömrəli bağ sahəsində inşa edilmiş tikiliyə (Bakı şəhəri, Sabunçu rayonu, Bilgəh qəsəbəsi, X9 küçəsi, 118 saylı (yeni qaydalarla ev 112) fərdi yaşayış evinə) X3 adına verilmiş Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən 22 iyul 2020-ci il tarixli, ********** saylı çıxarışın ləğv edilməsi; Bakı şəhəri, Sabunçu rayonu, Bilgəh ərazisində yerləşən, 1464 nömrəli bağa və 0,25 hektar torpaq sahəsinə dair X2 adına Hüquqların Dövlət Qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən çıxarış verilməsi öhdəliyinin cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin üzərinə qoyulması”na dair iddia tələbinin dəqiqləşdirilməsi ərizəsi icraata qəbul edilmişdir. İş materiallarından görünür ki, 28.09.2021-ci il tarixli məhkəmə iclasında iddiaçının nümayəndəsi (vəkili) Vəkil İPM-in 13-cü maddəsinə əsasən 28.09.2021-ci il tarixli hüquqi yardım haqqında məktub təqdim edilərək, iddia tələbinin inzibati məhkəmə icraatında baxılan iddiaya uyğun dəqiqləşdirməsi və dəqiqləşdirilimiş iddia tələbində göstərilən tələblə əvvəlcə cavabdeh inzibati orqana müraciətinin (poçt qəbzi və s.) olmasına dair müvafiq sübutların məhkəməyə təqdim edilməsi təklif edilmişdir. İş üzrə növbəti məhkəmə iclası 12.10.2021-ci il tarixə təyin olunmuşdur. İş materiallarından görünür ki, 12.10.2021-ci il tarixli məhkəmə iclasında İPM-in 13cü maddəsinə əsasən iddiaçının nümayəndəsinə (vəkilinə) bir daha hüquqi yardım göstərilərək, qanunvericiliyin müvafiq tələbləri izah edilmişdir. İPM-in 13-cü maddəsinə əsasən məhkəmə qaldırılan iddialarda yol verilən formal xətaların aradan qaldırılmasında, aydın olmayan iddia tələblərinin dəqiqləşdirilməsində, yanlış iddia növlərinin münasibləri ilə əvəz olunmasında, natamam faktiki məlumatların tamamlanmasında, eləcə də işin hallarının müəyyənləşdirilməsi və qiymətləndirilməsi baxımından əhəmiyyət kəsb edən izahatların təqdim olunmasında proses iştirakçılarına yardım etməyə borcludur. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi (vəkili) öz izahatında hüquqi yardım haqqında məktubda qeyd edilənlərin ona aydın olduğunu bildirdi və məhkəmənin 28.09.2021-ci il tarixli qərardadı ilə icraata qəbul edilmiş dəqiqləşdirilmiş iddia tələbini müdafiə etdiyini qeyd edərək iddianın mümkün sayılmasını və işə mahiyyəti üzrə baxılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi iddianın mümkün sayılmamasını xahiş etmişdir. Məhkəmə tərəflərin izahatlarını dinləyərək, iddia ərizəsini və iş materiallarını araşdıraraq hesab edir ki, iddia mümkün sayılmamalıdır. Məhkəmə qeyd edir ki, hazırkı iddia tələbi üç hissədən ibarətdir: - Bakı şəhəri, Sabunçu rayonu, Bilgəh ərazisində yerləşən, 0,25 hektar torpaq sahəsi olan 1464 nömrəli bağ sahəsi ilə X3 adına Bilgəh qəsəbə ərazisindən ayrılmış 0,36 hektar torpaq sahəsinin kəsişən hissəsində X8 05 dekabr 2000-ci il tarixli 04 nömrəli protokolun və Vətəndaşların fərdi mənzil tikilməsi üçün torpaq sahəsi ayrılmasına dair X8 02 yanvar 2002-ci il tarixli, 14 nömrəli qərarının ləğv edilməsi; - Bakı şəhəri, Sabunçu rayonu, Bilgəh ərazisində yerləşən, 0,25 hektar torpaq sahəsi olan 1464 nömrəli bağ sahəsində inşa edilmiş tikiliyə (Bakı şəhəri, Sabunçu rayonu, Bilgəh qəsəbəsi, X9 küçəsi, 118 saylı (yeni qaydalarla ev 112) fərdi yaşayış evinə) X3 adına verilmiş Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən 22 iyul 2020-ci il tarixli, ********** saylı çıxarışın ləğv edilməsi; - Bakı şəhəri, Sabunçu rayonu, Bilgəh ərazisində yerləşən, 1464 nömrəli bağa və 0,25 hektar torpaq sahəsinə dair X2 adına Hüquqların Dövlət Qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən çıxarış verilməsi öhdəliyinin cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin üzərinə qoyulması. Məhkəmə iddia tələbinin “Bakı şəhəri, Sabunçu rayonu, Bilgəh ərazisində yerləşən, 0,25 hektar torpaq sahəsi olan 1464 nömrəli bağ sahəsi ilə X3 adına Bilgəh qəsəbə ərazisindən ayrılmış 0,36 hektar torpaq sahəsinin kəsişən hissəsində X8 05 dekabr 2000ci il tarixli 04 nömrəli protokolun və Vətəndaşların fərdi mənzil tikilməsi üçün torpaq sahəsi ayrılmasına dair X8 02 yanvar 2002-ci il tarixli, 14 nömrəli qərarının ləğv edilməsi” hissəsi ilə bağlı qeyd edir ki, mövcud qanunvericiliyə uyğun olaraq Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi hazırkı iddiaya cavab verməli olan cavabdeh olmadığından, ona qarşı yönəldilmiş hazırkı iddia mümkün sayılmamalıdır. Belə ki, iş materiallarından görünür ki, hazırkı iş üzrə cavabdeh qismində Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi çıxış etdiyi halda iddia tələbinin birinci hissəsi X8 müvafiq protokollarının ləğv edilməsi ilə bağlıdır. Məhkəmə qeyd edir ki, iddia tələbinin birinci hissəsində mübahisələndirilə qərarın və protokolun Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən qəbul edilməsi (iddia tələbində də göründüyü kimi həmin qərar və protokol X11 tərəfindən qəbul edilmişdir) işin mübahisəsiz halıdır. Odur ki, mövcud qanunvericiliyə uyğun olaraq cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi “Bakı şəhəri, Sabunçu rayonu, Bilgəh ərazisində yerləşən, 0,25 hektar torpaq sahəsi olan 1464 nömrəli bağ sahəsi ilə X3 adına Bilgəh qəsəbə ərazisindən ayrılmış 0,36 hektar torpaq sahəsinin kəsişən hissəsində X8 05 dekabr 2000-ci il tarixli 04 nömrəli protokolun və Vətəndaşların fərdi mənzil tikilməsi üçün torpaq sahəsi ayrılmasına dair X8 02 yanvar 2002-ci il tarixli, 14 nömrəli qərarının ləğv edilməsi”nə dair iddiaya cavab verməli olan cavabdeh olmadığından, ona qarşı yönəldilmiş hazırkı iddia mümkün sayılmamalıdır. Məhkəmə iddia tələbinin “Bakı şəhəri, Sabunçu rayonu, Bilgəh ərazisində yerləşən, 0,25 hektar torpaq sahəsi olan 1464 nömrəli bağ sahəsində inşa edilmiş tikiliyə (Bakı şəhəri, Sabunçu rayonu, Bilgəh qəsəbəsi, X9 küçəsi, 118 saylı (yeni qaydalarla ev 112) fərdi yaşayış evinə) X3 adına verilmiş Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən 22 iyul 2020-ci il tarixli, ********** saylı çıxarışın ləğv edilməsi” hissəsi ilə bağlı qeyd edir ki, iddiaçının həmin tələblə əvvəlcə inzibati orqan Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə müraciətinin olması işin məhkəmə araşdırılması ilə öz təsdiqini tapmamışdır. Həmçinin, iş materiallarından görünür ki, Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi məhkəmənin sorğusuna cavab olaraq 04.12.2020-ci il tarixli məktubla X4 məxsus Bakı şəhəri, Sabunçu rauyonu, Bilgəh qəsəbəsi, X10 küçəsi, 118 saylı (yeni qaydalarla ev 112) fərdi yaşayış evinə dair müvafiq sənədlərin surəti məhkəməyə göndərilmişdir. İş materiallarında olan X8 “Vətəndaşların fərdi mənzil tikilməsi üçün torpaq sahəsi ayrılması haqqında” 02.01.2002-ci il tarixli 14 nömrəli qərarından çıxarışdan görünür ki, X8 05.12.2000-ci il tarixli 04 nömrəli protokoluna əsasən vətəndaş X4 fərdi yaşayış evi inşa etmək üçün Bilgəh qəsəbə ərazisindən 0,36 ha torpaq sahəsi ayrılmışdır. İş materiallarından görünür ki, Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən 22.07.2020-ci il qeydiyyat tarixli ********** qeydiyyat nömrəli Çıxarışa əsasən Bakı şəhəri, Sabunçu rayonu, Bilgəh qəsəbəsi, X10 küçəsi, ev 112 X3 adına xüsusi mülkiyyət kimi qeydiyyatdan keçmişdir. Məhkəmə qeyd edir ki, iddiaçı tərəfindən mübahisələndirilən 22.07.2020-ci il qeydiyyat tarixli ********** qeydiyyat nömrəli çıxarışın verilməsinə əsas olmuş inzibati akt, yəni X8 02 yanvar 2002-ci il tarixli, 14 nömrəli qərarının qüvvədə olması işin məhkəmə araşdırılması ilə öz təsdiqini tapmışdır. Həmçinin, hazırkı iddia tələbinin birinci hissəsindən göründüyü kimi iddiaçı həmin qərarı hazırkı iddia tələbinin bir hissəsi olaraq mübahisələndirmiş, lakin iddia tələbi həmin hissədə mümkün sayılmamışdır. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 10.04.2015-ci il tarixli 5 nömrəli Qərarının 17ci bəndində qeyd olunmuşdur ki, “Daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydiyyatla bağlı münasibətlərdən irəli gələn mübahisələrin məhkəmə aidiyyəti müəyyən edilərkən ilk növbədə nəzərə alınmalıdır ki, daşınmaz əmlakın dövlət reyestrindən çıxarış reyestrdəki qeydiyyatı əks etdirən sənəddir və inzibati akt kimi qiymətləndirilə bilməz. Bu qəbildən olan mübahisələrin məhkəmə aidiyyəti məsələsinin həlli qaldırılmış iddianın hüquqi təbiətindən, onun mülki-hüquqi və ya inzibati-hüquqi tələb olmasından asılıdır. İddia tələblərinin hüquqi təbiətini müəyyənləşdirərkən isə mübahisənin mahiyyəti təhlil edilərək daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatın aparılmasına əsas təşkil etmiş hüquq müəyyənedici sənədlərə və (və ya) inzibati orqanın hərəkətlərinə qiymət verilməlidir. Əgər qeydiyyat mülki-hüquqi əqdlərin (alqı-satqı, bağışlama, vərəsəlik şəhadətnaməsi və s.) əsasında aparılmışdırsa, bu halda, daşınmaz əmlakın dövlət reyestrindəki qeydiyyat onun aparılmasına əsas təşkil etmiş hüquq müəyyənedici sənədlər mübahisələndirilməklə həyata keçirilməli və belə işlərə mülki məhkəmə icraatı qaydasında baxılmalıdır. Reyestrdəki qeydiyyat inzibati akt əsasında aparıldıqda və iddianın faktiki əsasını bu aktın qanunsuzluğu təşkil etdikdə iddiaçı əvvəlcə özünün hüquqi marağına uyğun olaraq müvafiq aktı qəbul etmiş orqana qarşı iddia qaldırmaqla inzibati məhkəmə icraatı qaydasında həmin inzibati aktı mübahisələndirməlidir. Belə iddia uğurlu olarsa, daha sonra qeydiyyatı aparmış orqana müraciət edilməklə reyestrdəki qeydin dəyişdirilməsi tələb oluna və müvafiq olaraq qeydiyyat orqanının hərəkətindən narazı qalınan halda isə inzibati məhkəməyə müraciət edilə bilər. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddiaçının hazırkı tələblə əvvəlcə iddiaya cavab verməli olan inzibati orqana müraciətinin olması iş materialları ilə öz təsdiqini tapmadığından, həmçinin mübahisələndirilən 22.07.2020-ci il qeydiyyat tarixli ********** qeydiyyat nömrəli çıxarışın verilməsinə əsas olmuş inzibati akt, yəni X8 02 yanvar 2002-ci il tarixli, 14 nömrəli qərarının qüvvədə olması işin məhkəmə araşdırılması ilə öz təsdiqini tapdığından, iddia tələbi qeyd edilən hissədə də mümkün sayılmamalıdır. Məhkəmə iddia tələbinin “Bakı şəhəri, Sabunçu rayonu, Bilgəh ərazisində yerləşən, 1464 nömrəli bağa və 0,25 hektar torpaq sahəsinə dair X2 adına Hüquqların Dövlət Qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən çıxarış verilməsi öhdəliyinin cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin üzərinə qoyulması” hissəsi ilə bağlı aşağıdakıları qeyd edir: İş materiallarından görünür ki, Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi məhkəmənin sorğusuna cavab olaraq 01.04.2021-ci il tarixli məktubla Bakı şəhəri, Sabunçu rayonu, Bilgəh ərazisində yerləşən 1464 nömrəli bağ sahəsinə dair arxiv qovluğunda mövcud olan sənədlərin təsdiq edilmiş surəti məhkəməyə göndərilmişdir. İş materiallarından görünür ki, Bakı şəhəri, Sabunçu rayonu, Bilgəh ərazisində yerləşən, 0,25 ha torpaq sahəsi olan 1464 nömrəli bağ sahəsi üzərindəki tikililərlə birlikdə istifadəyə verilməsinə dair keçmiş X1 və İstismarı Birliyi ilə X7 arasında 31 oktyabr 2003cü il tarixli, 288 nömrəli müqavilə bağlanmışdır. İş materiallarından görünür ki, 19.02.2008-ci il tarixli AZ-İ 283828 nömrəli Ölüm haqqında Şəhadətnaməyə əsasən X7 21 yanvar 2008-ci il tarixdə ölmüşdür. İş materiallarından görünür ki, İddiaçı hazırkı iddia tələbi ilə Bakı şəhəri, Sabunçu rayonu, Bilgəh ərazisində yerləşən, 1464 nömrəli bağa və 0,25 hektar torpaq sahəsinə dair 21 yanvar 2008-ci il tarixdə vəfat etmiş X2 adına çıxarışın verilməsini tələb edir. Bununla bağlı məhkəmə qeyd edir ki, «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Azərbaycan Respublikası Qanununun 22.2-ci maddəsinə əsasən müqavilə və ya digər əsaslara görə, daşınmaz əmlak üzərində mülkiyyət və ya digər əşya hüququnu əldə etmiş şəxs həmin hüququ təsdiq edən çıxarış almadan öldükdə onun qanun və ya vəsiyyət üzrə vərəsəsinə hüququn ölmüş şəxsə məxsus olması haqqında arayışı qeydiyyat orqanı verir. Hüquqların dövlət qeydiyyatı haqqında çıxarış həmin arayış əsasında verilmiş vərəsəlik sənədləri təqdim edən vərəsənin adına rəsmiləşdirilir. Göründüyü kimi, iddiaçı hazırkı iddia tələbi ilə «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Azərbaycan Respublikası Qanununun 22.2-ci maddəsinə uyğun olaraq müvafiq arayışın verilməsini deyil, ölmüş şəxsin adına çıxarışın verilməsini tələb edir. Həmçinin, məhkəmə qeyd etməyi zəruri hesab edir ki, iddiaçı iddia tələbini dəqiqləşdirərək, «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Azərbaycan Respublikası Qanununun 22.2-ci maddəsinə uyğun olaraq müvafiq arayışın verilməsini tələb etsəydi də belə, həmin iddia tələbi ilə onun əvvəlcə inzibati orqana müraciətinin olması işin məhkəmə araşdırılması ilə öz təsiqini tapmamışdır (iddiaçının nümayəndəsinə müvafiq sübutların təqdim edilməsi təklif edilsə də, hər hansı sübut məhkəməyə təqdim edilməmişdir). Beləliklə, yuxarıda qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, iddia tələbi “Bakı şəhəri, Sabunçu rayonu, Bilgəh ərazisində yerləşən, 1464 nömrəli bağa və 0,25 hektar torpaq sahəsinə dair X2 adına Hüquqların Dövlət Qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən çıxarış verilməsi öhdəliyinin cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin üzərinə qoyulması” hissəsində də mümkün sayılmamalıdır. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 10.04.2015-ci il tarixli 5 nömrəli Qərarının 2.3-cü bəndində qeyd olunmuşdur ki, Məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilibedilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. Həmin Qərarda göstərilmişdir: “9.Məhkəmələrin diqqətinə çatdırılsın ki, İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır.” İPM-in 35.1-ci maddəsinə əsasən bu məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın şikayəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında öhdəliklərin icrası haqqında və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Qanunun tələbinə görə istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir. İddianın əsaslı hesab edilərək məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtlərtələbin iddia müddətinə dair normalara riayət edilməklə və iddiaya cavab verməli olan inzibati orqana qarşı yönəlməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun Konstitusiyadan, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və qanun qüvvəli aktlardan irəli gəlməsidir. Həmin maddənin tələbinə əsasən inzibati məhkəmə icraatı qaydasında iddia inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində şəxsin hüquqlarının və qanunla qorununan maraqlarının güman və ehtimal edilən pozulması zamanı deyil, konkret hüquqların pozulmasının əsaslandırdığı hallarda mümkün hesab edilir. İPM-in 35.3-cü maddəsinə əsasən iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. İPM-in 85.1-ci maddəsinə əsasən şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. Göstərilənlərə əsasən və İPM-in 35, 38.1, 85.1-ci maddələrini rəhbər tutaraq məhkəmə, Qərara aldı: İddiaçı iddiası mümkün sayılmasın. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (ünvan:Bakı şəhəri, Z.Xəlilov küçəsi-540) şikayət verilə bilər. Hakim Elvin Əliyev
Məhkəmə qərarları › İş №2-1(112)-2017/2021
Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-2017/2021
12.10.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver