Məhkəmə qərarları › İş №2-1(112)-2017/2023

Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-2017/2023

18.01.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-2017/2023 18.01.2023 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Salahova Səlma İsgəndər qızının sədrliyi, Məhkəmə iclas katibi Hüseynova Sevinc Nizami qızının katibliyi, İddiaçının nümayəndəsi Vəkil, Cavabdehin nümayəndəsi X5 iştirakları ilə, İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə (üçüncü şəxs X11) qarşı “fərdi yaşayış evinə dair yeni çıxarışın verilməsi” tələbinə dair iddia ərizəsi üzrə inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı (bundan sonra – iddiaçı) cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə (bundan sonra – cavabdeh) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2013-cü il tarixdə ******* saylı Daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmış ünvan 1 ünvanda olan və 0.0238 ha torpaq sahəsində yerləşən A tikilisi - ümumi sahəsi 62.2 kv m, yaşayış sahəsi, 29.85 kv.m, 32.25 kv.m yardımçı sahədən ibarət 1 otaq y/s, 13.32 kv.m k/s, 6.12 kv.m sahələri üzrə onun mülkiyyət hüququnu müəyyən edən ******* saylı çıxarışdan X3 adının çıxarılması və onun adına yeni çıxarışın verilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmənin xx.xx.2022-ci il tarixli qərardadı ilə X9 üçüncü şəxs qismində hazırkı inzibati məhkəmə icraatına cəlb edilmiş, daha sonra məhkəmənin xx.xx.2022-ci il tarixli qərardadı ilə X3 üçüncü şəxs qismində iştirakına xitam verilmiş, X11 üçüncü şəxs qismində hazırkı məhkəmə icraatına cəlb edilmişdir. İddia tələbi bununla əsaslandırılmışdır ki, 23 iyul 2013-cü il tarixdə iddiaçı ilə Babayeva Hicran Rəşid qızı arasında bağlanmış alqı-satqı müqaviləsinə əsasən Bakı şəhəri, Xəzər rayonu Yesenin küçəsi 9/1 saylı fərdi yaşayış evindən Babayeva Hicran Rəşid qızı mülkiyyətdə olan 0,0238 ha torpaq sahəsində yerləşən “A” tikilisi ümumi sahəsi 62,2 kv.m, yaşayış sahəsi 29,85 kv.m, yardımçı sahəsi 32,25 kv.metr olan 2 otaqdan ibarət evin ona məxsus olan 1 otağını iddiaçının mülkiyyətinə vermişdir. Həmin ünvanda yerdə qalan “A” tikilisinin 1 otaq 15,53 kv.m, y/s 20,43 kv.metri və “B” tikilisi ümumi sahəsi 113,08 kv.m, yaşayış sahəsi 65,01 kv.m yardımçı sahəsi 48,07 kv.m 5 (beş) otağı X4 mülkiyyətində qalmışdır. xx.xx.2013-cü il tarixdə iddiaçının adına verilmiş çıxarışda həm X10, həm də onun adı mülkiyyət sahibləri kimi göstərilmişdir. Göstərilən evlər hər ikisi mişar daşla hörülmüş ayrı-ayrı hasarın içərisində yerləşir. Bir-biri ilə hər hansı bir əlaqəsi yoxdur. Evlər öz aralarında faktiki olaraq bölünmüş və hər iki torpaq sahəsi arasında daş hasar çəkilməklə ayrıca giriş-çıxışları da mövcuddur. İddiaçı adına olan evə dair mülkiyyət hüququnun tanınması üçün Daşınmaz Əmlakın Dövlət Kadastri və Reyestri publik hüquqi şəxs 1 saylı Bakı Ərazi İdarəsinə müraciət etsə də, müraciətinə əsassız olaraq heç bir cavab verilməmişdir. Cavabdeh məhkəməyə təqdim etdiyi xx.xx.2022-ci il tarixli, **********23 saylı iddiaya etirazında iddia tələbinin təmin edilməməsini xahiş etmiş və göstərmişdir ki, iddiaçı İdarəyə müraciət edərkən özünəməxsus dövlət reyestrindən çıxarışın verilməsi ilə bağlı ilkin olaraq bölgü sxemin tərtib edilməsi üçün “Əmlak Xidmətləri Məkanı”na müraciət edilməsinin məqsədəuyğun olduğu bildirilmişdir. Bundan əlavə, iddia tələbində qeyd olunan Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi, Yesenin küçəsində yerləşən 9/1 saylı fərdi yaşayış evi hazırda İddiaçı (“A” tikilisi-1 otaq, y\s 13.32kv.m, k\s 6.12 kv.m) və X8 (“A” tikilisi -1 otaq -16.53 kv.m, k\s 20.43kv.m, və “B” tikilisi-5 otaq) paylı mülkiyyətindədir. Bundan başqa, idarənin mütəxəssisləri tərəfindən fərdi yaşayış evinə keçirilmiş yerli baxış zamanı müəyyən edilmişdir ki, iddiaçının fərdi yaşayış evindəki payı texniki pasportda A tikilisində nəzərdə tutulmuş 1, 2, 3 saylı hissələr olmasına baxmayaraq, faktiki olaraq texniki pasportda göstərilən 8 saylı sahənin (çıxarışa əsasən həmin sahə digər payçının mülkiyyətindədir) giriş qapısı iddiaçının hissəsində olduğundan onun istifadəsindədir. Fərdi yaşayış evinin iddiaçı və X8 xüsusi mülkiyyətində olan payları vahid dam altında yerləşir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi iddianı müdafiə edərək onun təmin olunması barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi iddia tələbinin rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, üçüncü şəxs məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Belə ki, tərəflərə təqdim edilmiş məhkəmə bildirişində iclasa gəlmədiyi halda işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdarlıq olunmuşdur (İPM-in 62.3-cü maddəsi). Məhkəmə tərəflərin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia mümkün sayılmamalıdır. Belə ki, «İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 5 saylı qərarında qeyd edilmişdir ki, mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. İddianın mümkünlük şərtləri icraatın bütün mərhələlərində yoxlanılmalı, həmin şərtlər mübahisənin mahiyyəti üzrə qərar çıxarıldığı anda mövcud olmalıdırlar. İnzibati Prosessual Məcəllədə nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır. Həmin qərarın 6.1 və 6.2-ci bəndlərinə əsasən iddianın mümkünlüyü baxımından hüququn pozulub-pozulmadığının müəyyən olunmasının qiymətləndirilməsi zamanı iddiaçının hüquqi marağı, başqa sözlə konkret halda hüquqi müdafiəyə ehtiyacının olubolmadığı da nəzərə alınmalıdır. Bu zaman iddiaçının arzuladığı məqsədə çatmaq üçün düzgün hüquqi müdafiə vasitələrindən, o cümlədən əlverişli iddia növündən istifadə edibetmədiyi yoxlanılmalıdır. İddiaçının hüquqi marağı yalnız o halda mövcud olacaqdır ki, onun çatmaq istədiyi məqsədə qaldırılmış iddianın uğurlu olması ilə nail olmaq mümkün olsun. Qərarın 7-ci bəndinə əsasən iddiaçı öz məqsədinə digər hüquqi müdafiə vasitələrindən, eləcə də başqa predmetli iddia qaldırmaqla, həmçinin başqa cavabdehə qarşı iddia irəli sürməklə daha tez, daha münasib və daha sadə yolla nail ola bilərsə, yardım etmək vəzifəsinə əməl etmək şərtilə məhkəmələr iddianın mümkünlüyü məsələsinə baxa bilərlər. Məhkəmə qeyd olunanlara əsasən işin hallarını araşdıraraq hesab edir ki, iddiaçı arzuladığı məqsədə çatmaq üçün düzgün hüquqi müdafiə vasitəsindən istifadə etməmişdir. Çünki iddiaçının hazırkı iddia vasitəsilə çatmaq istədiyi məqsədə nail olması mümkünsüzdür. Belə ki, işdə olan Texniki İnventarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsinin FM seriyalı, 011420 nömrəli qeydiyyat vəsiqəsindən görünür ki, Bakı şəhəri, Əzizbəyov rayonu, Yesenin küçəsində yerləşən 2 otaqlı, ümumi sahəsi 62.2 kv.metr, yaşayış sahəsi 29.85 kv.metr olan 9/1 saylı fərdi yaşayış evinə dair X3 mülkiyyət hüququ xx.xx.2001-ci il tarixdə qeydiyyata alınmışdır. Balı şəhəri Əzizbəyov rayon İcra Hakimiyyətinin xx.xx.2006-cı il tarixli 231 saylı sərəncamından görünür ki, Mərdəkan qəsəbəsi, Yesenin küçəsində yerləşən vətəndaş X6 məxsus 9/1 saylı ünvanda əlavə 2 mərtəbəli 5 yaşayış otağı sahəsi-65,01m2, köməkçi sahə-48,07m2, fərdi layihə əsasında yeni yaşayış evinin tikilməsindən və torpaq sahəsində hovuz-1,2m2, yay mətbəxi- 22,52m2 tikilməsindən ibarət əlavə və dəyişikliklərin cəmi torpaq sahəsi- 238,0m2 olan mülkün qeydiyyat vəsiqəsi və texniki pasportunda qeydə alınması Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsindən xahiş edilmişdir. xx.xx.2001-ci il tarixli, 132156 nömrəli müqavilədən görünür ki, X9 mülkiyyətində olan Bakı şəhəri, Mərdəkan qəsəbəsi, Yesenin küçəsində yerləşən 2 otaqlı, ü/s 62.2 kv.m, y/s 29.85 kv.m olan 9/1 saylı fərdi yaşayış evinin 1 otağını (13.32 kv.m) X1. xx.xx.2012-ci il tarixli bağışlama müqaviləsindən görünür ki, X7 mülkiyyətində olan ünvan 2 ünvanında yerləşən ümumi sahəsi 62.2 kv.m, yaşayış sahəsi 29.85 kv.m, yardımçı sahə 32.25 kv.m olan fərdi yaşayış evinin “A” tikilisi, 1 otaq y/s 13.32 kv.m, k/s 6.12 kv.m hissəsini Babayeva Hicran Rəşid qızına bağışlamışdır. AN-İ №0362010 nömrəli, xx.xx.2013-cü il tarixli alqı-satqı müqaviləsindən görünür ki, satıcı Babayeva Hicran Rəşid qızı ünvan 2 saylı fərdi yaşayış evindən mülkiyyətdə olan 0,0238 ha torpaq sahəsində yerləşən A tikilisi ümumi sahəsi 62.2 kv.m, yaşayış sahəsi 29.85 kv.m, yardımçı sahə 32.25 kv.m 2 otaqdan ona məxsus olan 1 otağını (y/s 13.32 kv.m, k/s 6.12 kv.m) alıcı İddiaçı mülkiyyətinə vermişdir. Müqavilədən görünür ki, həmin ünvandan yerdə qalan A tikilisi 1 otaq, 16.53 kv.m, y\s 20,43 kv.m, və B tikilisi ü/s 113.08 kv.m, y/s 65.01 kv.m, y/s 48.07 kv.m, 5 (beş) otaq X3 mülkiyyətində qalmışdır. İşdə olan RX seriyalı ******* nömrəli daşınmaz əmlakın dövlət reyestrindən çıxarışdan görünür ki, ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evi paylı mülkiyyət hüququ əsasında İddiaçı (A tikilisi 1 otaq, y/s 13.32 kv.m, k/s 6.12 kv.m) və N.Abidovun (A tikilisi 1 otaq 16.53 kv.m, y/s 20.43 kv.m və B tikilisi, 5 otaq) paylı mülkiyyətindədir. İddiaçı hazırda onun paylı mülkiyyətində olan əmlaka dair ayrıca çıxarış verilməsini, bununla da onun payının digər mülkiyyətçinin payından ayrılmasını xahiş edir. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 213.1-ci maddəsinə əsasən iki və ya bir neçə şəxsin mülkiyyətində olan əşya onlara ümumi mülkiyyət hüququ əsasında mənsubdur. Həmin Məcəllənin 213.2-ci maddəsinə görə əşya mülkiyyət hüququnda mülkiyyətçilərin hər birinin payı müəyyənləşdirilməklə (paylı mülkiyyət) və ya belə paylar müəyyənləşdirilmədən (birgə mülkiyyət) ümumi mülkiyyətdə ola bilər. Mülki Məcəllənin 213.4-cü maddəsinə əsasən ümumi mülkiyyət təyinatı dəyişdirilmədən bölünə bilməyən əşyanın (bölünməz əşya) və ya bu Məcəlləyə görə bölünməli olmayan əşyanın iki və ya bir neçə şəxsin mülkiyyətinə daxil olması zamanı yaranır. Bölünən əşyaya ümumi mülkiyyət bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulmuş hallarda yaranır. Həmin Məcəllənin 221-ci maddəsinə görə ümumi paylı mülkiyyət hüquqlarına fiziki bölgü, öz istəyi ilə satış və ya hərracdan satış və satış pulunun bölünməsi və ya bütün əşyanın bir və ya bir neçə iştirakçının adına qeydə alınması və qalan iştirakçılara əvəz verilməsi ilə xitam verilir. Göründüyü kimi, qanunvericiliyə əsasən iki və ya bir neçə şəxsin mülkiyyətində olan əşya ümumi mülkiyyətdə olan əşya sayılır və ümumi mülkiyyətin bir növü olan ümumi paylı mülkiyyətə xitam verilməsi üçün əmlak fiziki olaraq bölünməlidir. İddiaçı hazırda mübahisəli əmlakın fiziki cəhətdən bölündüyünü bildirsə də, bununla bağlı nə digər mülkiyyətçi ilə arasında olan razılığı, nə də məhkəmə qərarını təqdim etmişdir. Belə ki, Mülki Məcəllənin 220.1-ci maddəsinə əsasən paylı mülkiyyətdə olan əşya mülkiyyətçiləri arasındakı razılaşmaya əsasən onlar arasında bölünə bilər. Həmin Məcəllənin 220.2-ci maddəsinə görə paylı mülkiyyətin mülkiyyətçisi öz payının ayrılmasını tələb edə bilər. Mülki Məcəlləsinin 220.3-ci maddəsinə əsasən paylı mülkiyyətin mülkiyyətçiləri ümumi əşyanın bölünməsi və ya ondan payın ayrılması üsulu və şərtləri haqqında razılığa gələ bilmədikdə paylı mülkiyyətin mülkiyyətçisi öz payının naturada ayrılmasını məhkəmə qaydasında tələb edə bilər. Əgər payın naturada ayrılmasına yol vermirsə və ya bu, ümumi mülkiyyətdə olan əşyaya tənasübsüz zərər vurmadan mümkün deyildirsə, ayrılan mülkiyyətçi öz payının dəyərinin paylı mülkiyyətin digər mülkiyyətçiləri tərəfindən ona ödənilməsi hüququna malikdir. İstinad olunan normalardan görünür ki, paylı mülkiyyətdə olan əşyanın bölünməsi tərəflərin razılığı ilə həyata keçirilir. Əgər belə razılıq yoxdursa, paylı mülkiyyətin mülkiyyətçisi öz payının naturada ayrılmasını məhkəmə qaydasında tələb edə bilər. Məhkəmə qeyd edir ki, hazırkı halda tərəflər arasında paylı mülkiyyətdə olan daşınmaz əmlakın fiziki olaraq bölünməsi ilə bağlı razılıq, yaxud bununla bağlı qanuni qüvvəyə minmiş məhkəmə qərarı olmadığından iddiaçının hazırkı iddia vasitəsilə nail olmaq istədiyi məqsədə çatması, yəni ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinə dair payının ayrılmaqla ayrı çıxarış verilməsi mümkünsüzdür. Azərbaycan Respublikası iqtisadiyyat nazirinin 28 oktyabr 2021-ci il tarixli F-144 nömrəli əmri ilə təsdiq edilmiş “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi” nizamnaməsinin 2.0.2-ci bəndinə əsasən daşınmaz əmlakın inventarlaşdırılması işlərini aparmaq və texniki sənədləri tərtib etmək DƏDKR-in fəaliyyət istiqamətlərinə aid edilmişdir. Məhkəmə iddiaçıya izah edir ki, onunla üçüncü şəxs arasında paylı mülkiyyətdə olan əmlakın bölünməsi barədə razılıq mövcuddursa, ilk əvvəl həmin əmlaka bölgü sxemin tərtib edilməsi ilə bağlı cavabdehə müraciət etməli, cavabdeh imtina etdiyi halda bu imtinanı inzibati məhkəmə icraatı qaydasında mübahisələndirməlidir. Onlar arasında əmlakın bölünməsi ilə bağlı razılıq mövcud deyilsə, payının naturada ayrılması ilə bağlı müvafiq ümumi məhkəməyə müraciət etməlidir. Yalnız yuxarıda qeyd olunan qaydada mübahisəli əmlak fiziki cəhətdən bölündükdən sonra iddiaçının hazırkı iddia vasitəsilə əldə etmək istədiyi nəticəyə, yəni ayrılmış payına uyğun ayrıca çıxarışın verilməsinə nail olması mümkündür. İPM-nin 35.1-ci maddəsinə görə bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Qeyd olunan maddi hüquq normasına əsasən inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan mübahisələrin məhkəmə icraatı - onun mümkünlüyünə dair şərtlər, o cümlədən, iddianın öz səlahiyyətləri daxilində cavab verməli inzibati orqana qarşı verilməsi, məqsədinin aydın olması, qaldırılmamışdan əvvəl inzibati orqana yazılı müraciətin olması, iddia müddətlərinə riayət edilməsi və inzibati icraatın iddia növlərinə uyğun gəlməsi, iddiaçının inzibati orqan tərəfindən qanunla qorunan hüquqlarının pozulmasının əsaslandırmasının mövcudluğu halında mümkündür. İPM-in 35.3-cü maddəsinə əsasən iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2, 35, 80 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia mümkün sayılmasın. Qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində ondan Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati kollegiyasına (ünvan: ünvan 4alahova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar