Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-2018/2024 15.03.2024 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ hakim Hacıbəyova Miminat Tacib qızının sədrliyi, Qurbanlı Elnur Qubad oğlunun katibliyi, iddiaçının nümayəndəsi və vəkili Vəkil və cavabdehin nümayəndəsi X2 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri X6 üzrə Baş İdarəsinə qarşı “Dövlət Vergi Xidmətinin Bakı şəhəri X6 üzrə Baş İdarəsinin “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” xx.xx.2023-cü il tarixli, **********188500 nömrəli və xx.xx.2023-cü il tarixli, **********053200 nömrəli qərarlarının ləğv edilməsi və hesablanmış 2132,00 manat əlavə verginin silinməsi” tələbinə dair işə məhkəmə binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İ. Mübahisənin predmeti
1. İddiaçı Bakı İnzibati Məhkəməsində cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri X6 üzrə Baş İdarəsinə qarşı iddia qaldıraraq Dövlət Vergi Xidmətinin Bakı şəhəri X6 üzrə Baş İdarəsinin “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” xx.xx.2023-cü il tarixli, **********188500 nömrəli və xx.xx.2023-cü il tarixli, **********053200 nömrəli qərarlarının ləğv edilməsi və hesablanmış 2132,00 manat əlavə verginin silinməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.
2. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri X6 üzrə Baş İdarəsi “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” xx.xx.2023cü il tarixli, **********188500 nömrəli qərarı ilə fiziki şəxs İddiaçı kameral vergi yoxlanmasına əsasən 204,00 manat və xx.xx.2023-cü il tarixli, **********053200 nömrəli qərarına əsasən 1.928.00 manat əlavə vergi hesablanmış Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri X6 üzrə Baş İdarəsi “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” xx.xx.2023cü il tarixli, **********188500 nömrəli və xx.xx.2023-cü il tarixli, **********053200 nömrəli qərarları qanunsuz və əsassız olduğundan ləğv olunmalıdır. Belə ki, fiziki şəxs İddiaçı əkinçiliklə məşğuldur. xx.xx.2021-ci il tarixdə 16.450,00 manat dəyərində Dönərli kotan UM-DP 14-5, xx.xx.2021-ci il tarixdə 79.900,00 manat dəyərində Traktor Belarus 1523 şassi 0010428. Kotan 5 gövdəli UM-KT-14-5 şassı 203369, xx.xx.2022-ci il tarixdə 19.000.00 manat dəyərində Press bağlayan PPT-041, xx.xx.2022-ci il tarixdə 29.500.00 manat dəyərində Press bağlayan PPT-041 almışdır və hal-hazırda iddiaçıdadır. Lakin Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri X6 üzrə Baş İdarəsi isə alınmış həmin avadanlığın satılmasını nəzərdə tutaraq kameral vergi yoxlanması ilə qanunsuz olaraq cəmi 2132, 00 manat əlavə vergi hesablanmış. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri X6 üzrə Baş İdarəsi “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” xx.xx.2023-cü il tarixli, **********188500 nömrəli və xx.xx.2023-cü il tarixli, **********053200 nömrəli qərarları ləğv olunmalıdır.
3. Cаvаbdеh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri X6 üzrə Baş İdarəsi Azərbaycan Respublikasının İnzibati- Prosessual Məcəlləsinin 47-ci maddəsinə uyğun qaydada iddiaya dair etirazını təqdim edərək bildirmişdir ki aparılan araşdırma zamanı iddiaçı tərəfindən 2021-ci il ərzində elektron qaimə-faktura əsasında 96400,0 manat dəyərində malların əldə edilməsinə baxmayaraq, 2021-ci ilin 4-cü rübü üzrə sadələşdirilmiş vergi bəyannaməsinin təqdim edilməməsi, 2022-ci il ərzində isə elektron qaimə-faktura əsasında 48700,0 manat dəyərində malların əldə edilməsinə baxmayaraq, 2021-ci ilin 4-cü rübü üzrə sadələşdirilmiş vergi bəyannaməsinin 1.3 kodlu (Ehtiyatlar) sətrinin “Dövr ərzində daxil olmuşdur” sütununda 38500,0 manat qeyd edilməsi kənarlaşmanın yaranmasına səbəb olmuşdur. Qeyd edilənlərlə əlaqədar iddiaçıya "Kameral vergi yoxlaması üçün zəruri olan sənədlərin (məlumatların) tələb edilməsi haqqında" xx.xx.2022-ci il tarixli **********344300 nömrəli və xx.xx.2023-cü il tarixli **********214400 nömrəli məktublar göndərilmiş, müvafiq təsdiqedici sənədləri, ətraflı izahat məktubunu və 2021 -ci ilin 4-cü, 2022-ci ilin 4-cü rüblərinin sadələşdirilmiş vergisi bəyannamələrini vergi orqanına təqdim etməklə yaranmış kənarlaşmanın aradan qaldırılması tələb olunmuşdur. Müəyyən edilmiş kənarlaşma barədə iddiaçı tərəfindən təsdiqedici sənədlər, ətraflı izahat məktubu və vergi bəyannaməsi təqdim edilmədiyindən, 2021-ci ilin 4-cü rübünün sadələşdirilmiş vergi üzrə 1928,0 manat (96400,0*2%), 2022-ci ilin 4-cü rübü sadələşdirilmiş vergi üzrə 204,0 manat (10200,0*2%) əlavə vergi məbləğləri hesablanmışdır. Aparılmış hesablama ilə bağlı xx.xx.2023-cü il tarixli **********053200, **********188500 nömrəli "Vergilərin, sosial sığorta və işsizliksığortası haqlarının hesablanması barədə" Qərarlar qəbul edilərək iddiaçıya göndərilmişdir. Göründüyü kimi, iddiaçının iddia ərizəsində qeyd etdiklərinin əksinə vergi borcu qanunamüvafiq qaydada hesablanmışdır. Gəlirlərin və xərclərin uçotunu hüquqi və fiziki şəxslər Azərbaycan Respublikasının müvafiq qanunvericiliyinə uyğun olaraq aparmalıdırlar. Cavabdeh göstərilənlərə əsasən iddia tələbinin rədd edilməsini məhkəmədən xahiş etmişdir.
İİ. İddianın növü və mümkünlüyü
4. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin
- 2.2-ci maddəsinə əsasən inzibati məhkəmə icraatı qaydasında aşağıdakı iddialara baxılır: 2.2.1. şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia); - 32.1-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. Mübahisələndirmə haqqında iddia mübahisə edilən inzibati aktın icra olunması nəticəsində meydana gəlmiş nəticələrin aradan qaldırılması tələbini özündə əks etdirən əlavə ərizə ilə birlikdə də qaldırıla bilər. - 32.2-ci maddəsinə əsasən aşağıdakı inzibati aktlar mübahisələndirmə haqqında iddianın predmeti ola bilər: 32.2.1. barəsində məhkəməyə şikayət verilməmiş inzibati akt; 32.2.2. barəsində şikayət verildiyi hallarda, şikayət instansiyasının qərarı ilə dəyişdirilmiş inzibati akt (şikayət instansiyası tərəfindən qərar qəbul edildikdən sonrakı formada ilkin inzibati akt);32.2.3. şikayət instansiyası tərəfindən şikayətə baxma qaydasında qəbul edilmiş və ilk dəfə olaraq üçüncü şəxs üçün öhdəlik yaradan qərar (inzibati akt).
5. Məhkəmənin hazırki iş üzrə qəbul etdiyi 17 yanvar 2024-cü il tarixli Qərardadı ilə, buraxılmış iddia müddəti bərpa olunması qərara alınmışdır.
6. Hazırda iddiaçının iddiası mümkünlük şərtlərinə cavab verir. İddiaçı cavabdehə müraciət etmişdir, iddia düzgün cavabdehə verilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur. 7.Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili iddia tələbində göstərilən məzmunda çıxış edərək iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. 8.Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi iddia tələbinə etirazda göstərilən məzmunda çıxış edərək iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. 9.Məhkəmə iddiaçının nümayəndəsini və vəkilini, cavabdehin nümayəndəsini dinləyərək, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi təmin edilməlidir.
İİİ. Tədqiq edilmiş sənədlər
Cavabdehin “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” 25 iyun 2023-cü il tarixli, **********188500 nömrəli Qərarına əsasən, iddiaçıya sadələşdirilmiş vergi üzrə 4-cü rüb 2022-ci il üzrə əlavə 204,00 manat vergi hesablanmışdır. Cavabdehin “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” 25 iyun 2023-cü il tarixli, **********053200 nömrəli Qərarına əsasən, iddiaçıya sadələşdirilmiş vergi üzrə 4-cü rüb 2021-ci il üzrə əlavə 1,928.00 manat vergi hesablanmışdır. 315-20/AGS nömrəli, 28 sentyabr 2020-ci il tarixli “Alqı-satqı” müqaviləsinə əsasən, bundan sonra “satıcı” adlandırılacaq şirkətin nizamnaməsi əsasında fəaliyyət göstərən "xxxx" MMC direktoru X3 şəxsində bir tərəfdən və bundan sonra “alıcı” adlandırılacaq, şirkətin nizamnaməsi əsasında fəaliyyət göstərən "xxxx" MMC direktoru X1 şəxsində ikinci tərəfindən və bundan sonra “Lizinq alan” adlandırılacaq ünvan 1 ünvanında qeydiyyatda olan İddiaçı üçüncü tərəf olmaqla, satıcı lizinq alan tərəfindən seçilmiş 1 ədəd Dönərli kotan UM-DP (bundan sonra-əmlak) satmağı, alıcı əmlakın dəyərini satıcıya ödəməyi, lizinq alan isə əmlakı lizinqə qəbul etməyi öhdəsinə götürürlər. AL/ML/0758 saylı, xx.xx.2020-ci il tarixli maliyyə lizinqi müqaviləsinə əsasən 315-20/AGS saylı, xx.xx.2020-ci il tarixli alqı-satqı müqaviləsi üzrə "xxxx"ndan görünür ki, "xxxx" MMC və satıcı- "xxxx" MMC “Dönərli kotan UM-DP” lizinq alana təhvil verdi və lizinq alan onları təhvil götürdü. Bununla da, lizinq verən AL/ML/0758 saylı Lizinq müqaviləsi və satıcı 315- 20/AGS saylı alqı-satqı müqaviləsi üzrə lizinq obyektinin lizinq alana təhvil verilməsi öhdəliyini tam yerinə yetirmiş hesab edilir. 080-22/AGS nömrəli, 07 aprel 2022-ci il tarixli “Alqı-satqı” müqaviləsinə əsasən, bundan sonra “satıcı” adlandırılacaq şirkətin nizamaməsi əsasında fəaliyyət göstərən "xxxx" MMC direktoru X3 şəxsində bir tərəfdən və bundan sonra “alıcı” adlandırılacaq, şirkətin nizamnaməsi əsasında fəaliyyət göstərən "xxxx" MMC direktoru X1 şəxsində ikinci tərəfindən və bundan sonra “Lizinq alan” adlandırılacaq ünvan 2 ünvanında qeydiyyatda olan İddiaçı üçüncü tərəf olmaqla, satıcı lizinq alan tərəfindən seçilmiş 1 ədəd Pres bağlayan PPT-041 (04) (bundan sonra-əmlak) satmağı, alıcı əmlakın dəyərini satıcıya ödəməyi, lizinq alan isə əmlakı lizinqə qəbul etməyi öhdəsinə götürürlər. AL/ML/1879 saylı, xx.xx.2022-ci il tarixli maliyyə lizinqi müqaviləsinə əsasən 080-22/AGS saylı, xx.xx.2022-ci il tarixli alqı-satqı müqaviləsi üzrə "xxxx"ndan görünür ki, "xxxx" MMC və satıcı- "xxxx" MMC “Pres bağlayan PPT-041 (04)” lizinq alana təhvil verdi və lizinq alan onları təhvil götürdü. Bununla da, lizinq verən AL/ML/1879 saylı Lizinq müqaviləsi və satıcı 880-22/AGS saylı alqı-satqı müqaviləsi üzrə lizinq obyektinin lizinq alana təhvil verilməsi öhdəliyini tam yerinə yetirmiş hesab edilir. AQT/2-S-472 nömrəli, 14 sentyabr 2020-ci il tarixli “Alqı-satqı” müqaviləsinə əsasən, bundan sonra “satıcı” adlandırılacaq şirkətin nizamaməsi əsasında fəaliyyət göstərən X7 İstehsalat Birliyi etibarnamə əsasında Agent qismində çıxış edən "xxxx" MMC-nin direktoru X4 şəxsində bir tərəfdən və bundan sonra “alıcı” adlandırılacaq, şirkətin nizamnaməsi əsasında fəaliyyət göstərən "xxxx" MMC direktoru X1 şəxsində ikinci tərəfindən və bundan sonra “Lizinq alan” adlandırılacaq ünvan 2 ünvanında qeydiyyatda olan İddiaçı üçüncü tərəf olmaqla, satıcı lizinq alan tərəfindən seçilmiş 1 ədəd Traktor Belarus 1523 (bundan sonra-əmlak) satmağı, alıcı əmlakın dəyərini satıcıya ödəməyi, lizinq alan isə əmlakı lizinqə qəbul etməyi öhdəsinə götürürlər. AL/ML/0708 saylı, xx.xx.2020-ci il tarixli maliyyə lizinqi müqaviləsinə əsasən AQT/2-S-472 nömrəli, 14 sentyabr 2020-ci il tarixli alqı-satqı müqaviləsi üzrə "xxxx"ndan görünür ki, Azmaş Lizinq MMC və satıcı- X7 İstehsalat Birliyi “Traktor Belarus 1523” lizinq alana təhvil verdi və lizinq alan onları təhvil götürdü. Bununla da, lizinq verən AL/ML/1879 saylı Lizinq müqaviləsi və satıcı AQT/2-S-472 saylı alqı-satqı müqaviləsi üzrə lizinq obyektinin lizinq alana təhvil verilməsi öhdəliyini tam yerinə yetirmiş hesab edilir. İddiaçı və cavabdeh tərəfindən məhkəməyə əlavə olaraq elektron qaimə fakturaları, vergi ödəyiciləri tərəfindən satılmış və alınmış mal, iş xidmətlər barədə məlumat, sadələşdirilmiş verginin bəyannaməsinə əlavə №1, №2, №3 və sadələşdirilmiş verginin bəyannaməsi təqdim edilmişdir.
İV. Məhkəmənin mövqeyi
Məhkəmə iddia tələbi ilə bağlı aşağıdakıları qeyd edir.
10. Azərbaycan Respublikasının Vergi Məcəlləsinə əsasən: - 3.8. Heç bir şəxsin üzərinə bu Məcəllə ilə müəyyən edilən vergilərin xüsusiyyətlərinə malik olan və bu Məcəllə ilə müəyyən edilməyən, yaxud bu Məcəllə ilə müəyyən edilən qaydalardan fərqli olaraq müəyyən edilən vergilər ödəmək vəzifəsi qoyula bilməz. - 3.9. Vergilər haqqında qanunvericilik elə tərzdə formalaşdırılmalıdır ki, hər kəs hansı vergiləri, hansı qaydada, nə vaxt və hansı məbləğdə ödəməli olduğunu dəqiq bilsin. - 3.10. Vergi sistemi sahibkarlıq və investisiya fəaliyyətini təşviq etməlidir. - 3.11. Vergilər haqqında qanunvericiliyin bütün ziddiyyətləri və aydın olmayan məqamları, vergi ödəyicisinin xeyrinə şərh edilməlidir. - 13.2.69. vergi üstünlüyü – vergi tutulan əməliyyatın faktiki iqtisadi göstəriciləri dəyişmədən, vergilərin bu Məcəllədə müəyyən edilmiş müddətlərdə və məbləğdə ödənilməsindən yayınma; - 13.2.70. vergidən yayınma sxemi – vergi üstünlüyü əldə etmək məqsədi ilə hər hansı formada bağlanılmış əqd və ya aparılmış əməliyyat; - 15.1.8-ci maddəsinə əsasən vergi orqanlarının və onların vəzifəli şəxslərinin Vergi Məcəlləsinə və digər vergi normativ hüquqi aktlarına uyğun olmayan aktlarını (qərarlarını) və tələblərini yerinə yetirməmək, 15.1.9-cu maddəsinə əsasən müəyyən edilmiş qaydada vergi orqanlarının və onların vəzifəli şəxslərinin hərəkətlərindən (hərəkətsizliyindən) inzibati qaydada və (və ya) məhkəməyə şikayət etmək vergi ödəyicisinin hüququdur. - 23.1. Vergi orqanlarının hüquqları aşağıdakılardır: 23.1.1. bu Məcəllə ilə müəyyən edilmiş hallarda və qaydada kameral və səyyar vergi yoxlamalarını, operativ vergi nəzarətini keçirmək; - 24.1.1.vergi orqanları vergi qanunvericiliyinə tam və dəqiq riayət etməyə borcludurlar; - 36.2. Vergi yoxlamaları keçirildikdə, vergi orqanları və onların vəzifəli şəxsləri düzgün qərar qəbul edilməsi üçün əhəmiyyətli olan bütün halları, o cümlədən vergi ödəyicisi üçün əlverişli olan halları aydınlaşdırmalıdırlar.Məhkəmə iddia tələbi ilə bağlı aşiş materiallarını nəzərdən keçirərək hesab edir ki, iddiaçı öz idda tələbindən haqlıdır. - 37.1-ci maddəsinə əsasən kameral vergi yoxlaması vergi orqanı tərəfindən yerlərə getmədən vergilərin hesablanmasını və ödənilməsini özündə əks etdirən və vergi ödəyicisinin fəaliyyəti haqqında vergi orqanında olan sənədlər və mənbəyi məlum olan məlumatlar əsasında keçirilir. - 53.3. Bu Məcəllə ilə müəyyən edilmiş qaydada və ya məhkəmənin qanuni qüvvəyə minmiş qərarı ilə təqsiri təsdiq edilməyənədək hər bir vergi ödəyicisi vergi qanunvericiliyinin pozulmasında təqsirsiz hesab edilir. Vergi ödəyicisi vergi qanunvericiliyinin pozulmasında özünün təqsirsiz olmasını sübut etməyə borclu deyildir. Vergi qanunvericiliyinin pozulması faktını təsdiq edən halların və vergi ödəyicisinin təqsirinin sübut edilməsi vergi orqanlarının üzərinə qoyulur. Vergi qanunvericiliyinin pozulmasında vergi ödəyicisinin təqsirinin olmasında aradan qaldırılmaz şübhələr olduqda, onlar vergi ödəyicisinin xeyrinə şərh olunur. - 67.2-ci maddəsinə əsasən vergi ödəyicisi tərəfindən ödənilməli olan verginin əlaqəli məlumatlara əsasən müəyyənləşdirilməsi üçün aşağıda göstərilən meyarlar nəzərə alınmaqla vergi ödəyicisinin fəaliyyətinə analoji fəaliyyətlə məşğul olan vergi ödəyicisinin vergi orqanında olan məlumatlarından istifadə edilir: 67.2.1. eyni xüsusiyyətli və ya eyni cinsli malların istehsalı;67.2.2. eyni xüsusiyyətli və ya eyni cinsli malların təqdim edilməsi, işlərin görülməsi və xidmətlərin göstərilməsi;67.2.3. fəaliyyət göstərilən ərazi. - 67.3-cü maddəsinə əsasən vergilər əlaqəli məlumatlar və analoji vergi ödəyicisi barədə məlumatlar əsasında hesablandıqda, verginin məbləği vergi ödəyicisinin müvafiq olaraq gəlirinin, yaxud gəlirdən çıxılan xərclərinin məbləğini analoji fəaliyyətlə məşğul olan vergi ödəyicisinin həmin hesabat dövründə gəlirində, yaxud gəlirdən çıxılan xərclərində verginin xüsusi çəkisini göstərən əmsala vurmaqla müəyyənləşdirilir. - 67.4-cü maddəsinə əsasən vergi ödəyicisi barədə əlaqəli məlumatları əldə etmək mümkün olmadıqda, vergilər analoji fəaliyyətlə məşğul olan vergi ödəyicilərinin üçot və hesabat məlumatları əsasında hesablanır. - 218.1. Aşağıda göstərilən şəxslər sadələşdirilmiş verginin ödəyicisi olmaq hüququna malikdir: - 218.1.1. bu Məcəllənin Xİ fəslinin müddəaları nəzərə alınmaqla, ƏDV məqsədləri üçün qeydiyyata alınmamış və ardıcıl 12 aylıq dövrün istənilən ayında (aylarında) vergi tutulan əməliyyatların həcmi 200.000 manat və ondan az olan şəxslər; - 218.1.2. vergi tutulan əməliyyatlarının həcmi ardıcıl 12 aylıq dövrün istənilən ayında (aylarında) 200.000 manatdan artıq olan ictimai iaşə fəaliyyəti ilə məşğul olan şəxslər. - 219.1. Hesabat dövrü ərzində vergi ödəyicisi tərəfindən (bu Məcəllənin 218.4cü maddəsində nəzərdə tutulmuş vergi ödəyiciləri istisna olmaqla) təqdim edilmiş mallara (işlərə, xidmətlərə) və əmlaka görə əldə edilmiş ümumi hasilatın, habelə satışdankənar gəlirlərin (ödəmə mənbəyində vergi tutulmuş gəlirlər istisna edilməklə) həcmi vergitutma obyektidir.
11. Azərbaycan Respublikasının Mülki Məcəlləsinə əsasən:
- 747.1. Lizinq müqaviləsinə görə lizinq verən müəyyən əşyanı müqavilə ilə şərtləşdirilmiş müəyyən haqla, müəyyən müddətə və digər şərtlərlə (lizinq alana əmlakı satın almaq hüququnun verilməsi də daxil olmaqla) lizinq alanın istifadəsinə verməyə borcludur. Lizinq alan müəyyənləşdirilmiş dövriliklə muzd ödəməyə borcludur. - 747-1.1. Lizinq müqaviləsinin subyektləri lizinq verən, lizinq alan və satıcıdır (mal verəndir). - 747-1.2. Lizinq verən lizinq müqaviləsinə əsasən cəlb edilmiş və ya özünə məxsus maliyyə vəsaiti hesabına əldə etdiyi və mülkiyyətində olan əşyanı lizinq obyekti kimi lizinq alana müəyyən haqla, müəyyən müddətə və şərtlərlə (mülkiyyət hüququnun lizinq alana keçməsi və ya keçməməsi şərti də daxil olmaqla) müvəqqəti sahibliyə və ya istifadəyə verən hüquqi və ya fiziki şəxsdir. - 747-1.3. Lizinq alan lizinq müqaviləsinə uyğun olaraq lizinq obyektini müəyyən haqla, müəyyən müddətə və şərtlərlə müvəqqəti sahibliyə və istifadəyə qəbul edən hüquqi və ya fiziki şəxsdir. - 747-1.4. Satıcı (mal verən) alqı-satqı müqaviləsinə əsasən lizinq obyektini lizinq verənə satan hüquqi və ya fiziki şəxsdir.
12. “İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununa əsasən
- 1.1.Bu Qanun inzibati aktların qəbul edilməsi, icra olunması və ya ləğv edilməsi ilə bağlı inzibati orqanlar tərəfindən həyata keçirilən fəaliyyətin hüquqi əsaslarını, prinsiplərini və prosedur qaydalarını müəyyən edir. - 2.0.2.İnzibati akt – inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələləri nizama salmaq və ya həll etmək məqsədi ilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. - 2.0.6. İnzibati icraat – fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyətdir. - 64.2. İnzibati akt qanunla müəyyən olunmuş qaydada geri çağırılana, ləğv edilənə, dəyişdirilənə, qüvvədə olma müddəti qurtardığına və ya başqa səbəbə görə qüvvədən düşmüş hesab edilənə qədər hüquqi qüvvəsini saxlayır və hüquqi cəhətdən etibarlı sayılır. - 67.1. İnzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. - 67.2. Qanunsuz inzibati akt həmin aktı qəbul etmiş inzibati orqan və ya subordinasiya baxımından yuxarı inzibati orqan tərəfindən və yaxud məhkəmə qaydasında ləğv oluna bilər. - 67.3. Qanunsuz əlverişsiz inzibati akt hər bir halda ləğv olunmalıdır. Azərbaycan Respublikasının müvafiq qanunları ilə başqa qayda nəzərdə tutulmamışdırsa, qanunsuz əlverişsiz inzibati aktın ləğv olunması həmin aktın qüvvəyə mindiyi andan yaranmış hüquqi nəticələri aradan qaldırır. - 71.1.Maraqlı şəxslər hüquqlarını və ya qanunla qorunan maraqlarını müdafiə etmək məqsədilə inzibati aktdan və ya inzibati aktın qəbul edilməsindən imtinadan şikayət vermək hüququna malikdirlər. - 72.1-ci maddəsinə əsasən inzibati aktdan şikayət inzibati qaydada və ya məhkəmə qaydasında verilə bilər.
13. Məhkəmə araşdırması zamanı müəyyən olundu ki, yuxarıda təsvir edilən lizinq müqavilələrinə əsasən iddiaçı sahibkarlıq fəaliyyətində istifadə edilməsi üçün Dönərli kotan UM-DP 14-5, Traktor Belarus 1523 şassi, Kotan 5 gövdəli UM-KT-14-5 şassı, Press bağlayan PPT-041 əldə etmişdir. Sözügedən texnikanın iddiaçı tərəfindən sonradan başqa şəxslərə (hüquqi və ya fiziki şəxslərə) təqdim edilməsi, yəni satılması və ya başqa formada üzərində hüquqlarının dəyişdirilməsi barədə müvafiq sənədlər və ya məlumatlar cavabdeh tərəfindən məhkəməyə təqdim edilməmişdir. İş materiallarında olan texnikaya aid elektron qaimələrdə isə iddiaçı “alıcı” qismində göstərilmişdir. Qanunvericiliyə əsasən, elektron qaimə- faktura malların göndərilməsini və ya təsərrüfatdaxili yerdəyişməsinin rəsmiləşdirilməsini təsdiq edən ilkin uçot sənədidir.
14. Məhkəmə hesab edir ki, iddiaçının vergidən yayınması faktını cavabdeh sübut etməmişdir. Belə olan halda, vergi orqanı tərəfindən iddiaçı barədə qəbul edilmiş əlavə vergi məbləğinin hesablanması barədə qərar əsassızdır.
15. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin - 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. - 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır.
16. Beləliklə, məhkəmə yuxarıda göstərilən bütün hallara hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi əsaslı olduğu üçün təmin edilməli, İddiaçı barədə Dövlət Vergi Xidmətinin Bakı şəhəri X6 üzrə Baş İdarəsinin “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” xx.xx.2023-cü il tarixli, **********188500 nömrəli və xx.xx.2023-cü il tarixli, **********053200 nömrəli qərarları ləğv edilməli və hesablanmış 2132,00 manat əlavə vergi silinməlidir.
17. Аzərbаycаn Rеspublikаsının İnzibаti Prоsеssuаl Məcəlləsinin 110.1-ci mаddəsinə əsаsən, prоsеssuаl хərclər ödənilmiş tələblərə münаsib оlаrаq işdə iştirаk еdən şəхslərə аid еdilir.
18. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununun 9.1.12-ci maddəsinə əsasən, inzibati hüquq münasibətlərindən əmələ gələn işlər üzrə - tərəflər dövlət rüsumu ödəməkdən azad olunurlar.
19. Məhkəmə Аzərbаycаn Rеspublikаsının İnzibаti Prоsеssuаl Məcəlləsinin 2-ci, 32ci, 35-ci, 68-ci, 69-cü, 85-ci, 110-cu mаddələrini rəhbər tutаrаq
QƏRARA ALDİ:
İddia tələbi təmin edilsin. İddiaçı barədə Dövlət Vergi Xidmətinin Bakı şəhəri X6 üzrə Baş İdarəsinin “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” xx.xx.2023-cü il tarixli, **********188500 nömrəli və xx.xx.2023-cü il tarixli, **********053200 nömrəli qərarlar ləğv edilsin və hesablanmış 2132,00 manat əlavə vergi silinsin. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin inzibati kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər.
Hakim Miminat Hacıbəyova