Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-2019/2020 18.09.2020 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Məhkəmənin hakimi Həsənova Şəlalə Akif qızının sədrliyi, Bəşirli Leyla Elşad qızının katibliyi, İddiaçı iştirakı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə qarşı müharibə veteranı adının və vəsiqəsinin verilməsi tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq məhkəmə müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək ona müharibə veteranı adı və müvafiq veteran vəsiqəsinin verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçının razılığı ilə cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyi əsl cavabdeh Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti ilə əvəz edilmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, “Dəmir yolu nəqliyyatında ilk yardım bölməsinin yaradılması barədə” xx.xx.1992-ci il tarixli, 106/H saylı Azərbaycan Respublikası Dəmir yolu rəhbərliyinin əmrinə müvafiq olaraq, o cümlədən Azərbaycan Dəmir Yolu X1 tibbi və sanitariya xidmətinin rəisinin xx.xx.1992-ci il tarixli, 15/HBC saylı əmrinə müvafiq olaraq, Azərbaycan Respublikası Dəmiryolu 26 Bakı Komissarı adına olan Xəstəxana rəhbərdiyinin “İlk yardım bölməsinin təşkili və yerləşdirilməsi barədə” xx.xx.1992-ci il tarixli, 68 nömrəli əmrinə əsasən xx.xx.1992-ci il tarixdə Azərbaycanın ərazi bütövlüyü uğrunda erməni işğalçılarına qarşı aparılan döyüş bölgələrində yaralı əsgərlərə və mülki vətəndaşlara ilk tibbi yardım göstərilməsi üçün 26 nəfərdən ibarət dəstə yaranmış və Ağdam rayonuna cəbhəyanı bölgəyə göndərilmişdir. Ezam olunmuş şəxslər içərisində o da olmaqla həkim - OPM-nin rəis müavini vəzifəsində göndərilmiş və vəzifə borcunu ləyaqətlə yerinə yetirmişdir. Azərbaycan Dəmir Yolunun hərbi tibbi-sanitar qatarı formalaşdırılarak Ağdam rayonuna cəbhəyanı bölgəyə göndərilmişdir. Həmin hərbi tibbi-sanitar qatarın rəisi Abbasov Yadulla, qatarın rəis mavini isə o, İddiaçı təyin edilmişdir. Onlardan başqa həmin hərbi qatarda 10 nəfər əməkdaş çalışırdı və onların hər biri onların müharibə gedən bölqədə döyüşlər getdiyi zaman orada olmaqlarını və tibb yardım göstərmələrini təsdiq edə bilər. xx.xx.1992-ci il tarixdən xx.xx.1992-ci il tarixə qədər Ağdam rayonunda yerləşən cəbhə bölgəsində zərər çəkən və yaralanan əsgərlərə ilk tibbi yardım üçün təcili yardım hərbi qatarının şəxsi tərkib siyahısı Ağdam rayonunun komendantı polkovnik P.Məmmədov tərəfindən xx xxxxxxx 1992-ci il tarixində təsdiq edilmişdir. Dörd ay ərzində onların cəbhə bölqəsində xidmət etməklərini komendant tərəfindən təsdiq edilmiş şəxsi tərkib siyahı subuta yetirir. Müdafiə Nazirliyinin Mərkəzi Arxivinə müraciət edərək həmin xx.xx.1992-ci il tarixli siyahını almışdır. Bundan başqa, arxivdən aldığı xx.xx.1992-cu il tarixli, 106/H, Azərbaycan Respublikası Dəmir yolu rəhbərliyinin əmri, Azərbaycan Oktyabr İnqilabı X3 tibbi və sanitariya xidmətinin rəisinin xx.xx.1992-ci il tarixli, 15/HBC saylı əmri və Azərbaycan Respublikası Dəmiryolu 26 Bakı Komissarı adma olan Xəstəxana rəhbərdiyinin xx.xx.1992-ci il tarixli, 68 nömrəli əmri Azərbaycan Dəmir Yolunun hərbi tibbi-sanitar qatarın şəxsi tərkibin həqiqədən formalaşdığını, Ağdam rayonuna cəbhəyanı bölgəyə göndərilməsini və onun həqiqətən də həmin tibbi-yardım hərbi dəstənin tərkibində hərbi tibbi xidmət keşməyimi təsdiq edir. Ona veteran vəsiqəsi verilməsinin Müdafiə Nazirliyinə həvalə olunduğunu nəzərə alaraq 2019cu ilin iyunun əvvəllərində dəmiryol arxivindən ona verilən bütün sənədləri ərizəsinə əlavə edərək Müdafiə Nazirliyinə müraciət etmişdir. Xeyli müddət keçəndən sonra xx.xx.2019-cu iı tarixli, l/T-8705 saylı məktubla Müdafiə Nazirliyi tərəfindən ona cavab verilmişdir ki, hərbi qulluqçu statusuna malik olmadığından ona “müharibə veteranı” adı və vəsiqənin alınması üçün Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin yerli idarə şöbə və bölmələrinə müraciət etməyinin məqsədəuyğunluğu məsləhət görülmüşdür. Cavabdeh iddia tələbinə qarşı etiraz vermiş və etirazını onunla əsaslandırmışdır ki, İddiaçı Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda aparılan döyüş əməliyyatlarında özünümüdafiə dəstələrinin və birləşmələrinin tərkibində iştirakını təsdiq edə biləcək sənədlərin olmadığından iddia tələbi təmin edilə bilməz. Məhkəmə iclasında İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Əvvəlki məhkəmə iclasında iştirak etmiş cavabdehin nümayəndəsi X2 iddiaya etirazın məzmununa uyğun izahat verərək iddia tələbinin rədd edilməsini xahiş etmişdir. Növbəti məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq cavabdehin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsi barədə məhkəməyə hər hansı bir məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası İnzibati-Prosessial Məcəlləsinin 62.3-cü maddəsinə əsasən işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab edir. İş materiallarına əlavə edilmiş və məhkəmə icraatında tədqiq edilmiş: -Azərbaycan Respublikası vətəndaşının AZE ******** №-li şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı xx.xx.1949-cu ildə Bakı şəhərində doğulmuşdur. - NZ 153771 №-li hərbi biletin surətindən görünür ki, İddiaçı hərbi bilet xx.xx.1974-cü il tarixdə Nərimanov Rayvoykomatında verilmişdir. - Azərbaycan Dəmir Yolu rəisi tərəfindən verilmiş xx.xx.1992-ci il tarixli, 106/H nömrəli əmrinin lazımi qaydada təsdiq edilmiş surətindən görünür ki, Respublikada yaranmış fövqəladə vəziyyətlə və təxirəsalınmaz tibbi yardımın göstərilməsi məqsədi ilə təxirə salınmadan dəmiryol nəqliyyatında 26 Bakı Komissarları xəstəxanasının həkim heyətindən ibarət ilk tibbi yardım dəstəsinin hazırlanması əmr edilmişdir. - Azərbaycan Dəmir Yolu X1 tibbi və sanitariya xidmətinin rəisinin xx.xx.1992-ci il tarixli, 15/HBC nömrəli əmrinin lazımi qaydada təsdiq edilmiş surətindən görünür ki, Respublikanın dinc sakinlərinə və yaralı əsgərlərinə təxirə salınmaz tibbi yardımın göstərilməsi məqsədi ilə həkim heyətindən ibarət dəstənin yaradılması və təcili olaraq təyinat yerinə ezam edilməsi əmr edilmişdir. - Azərbaycan Dəmiryolu 26 Bakı Komissarları adına olan xəstəxana rəhbərdiyinin “İlk yardım bölməsinin təşkili və yerləşdirilməsi barədə” xx.xx.1992-ci il tarixli, 68 nömrəli əmrinin lazımi qaydada təsdiq edilmiş surətindən görünür ki, Azərbaycan Dəmir Yolu X1 tibbi və sanitariya xidmətinin rəisinin xx.xx.1992-ci il tarixli, 15/HBC saylı əmrinə müvafiq olaraq xəstəxananın həkimi İddiaçı döyüş şəraitində yaralı əsgərlərə və mülki vətəndaşlara təcili tibbi yardım göstərilməsi üçün döyüş bölgəsinə ezam olunmuşdur. - Azərbaycan Dəmiryolu sanitar qatarın rəisi Y.Abbasov tərəfindən tərtib edilmiş və Ağdam rayon komendantı R.Məmmədov tərəfindən təsdiq edilmiş xx.xx.1992-ci il tarixli siyahıdan görünür ki, xx.xx.1992-ci ildən xx.xx.1992-ci il tarixə kimi Ağdamda olan cəbhə bölgəsindəki yaralanmış və zərərçəkmiş əsgərlərə ilk tibbi yardım göstərən sanitar qatarın şəxsi heyətində İddiaçı sanitar qatarın rəisinin müavini kimi iştirak etmişdir. - Azərbaycan Respublikası Müdafiə Nazirliyi Şəxsi Heyət üzrə Baş İdarəsi tərəfindən iddiaçıya ünvanlanan 1/T-8705 №-li, xx.xx.2019-cu il tarixli məktubdan görünür ki, hərbi qulluqçu statusuna malik olmadığından ona “Müharibə veteran” adı və vəsiqəsinin verilməsi uçun Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin yerli idarə, şobə və bölmələrinə müraciət etməyi məqsədəuyğundur. - Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti tərəfindən iddiaçıya ünvanlanmış T/2962 №-li, xx.xx.2019-cu il tarixli məktubdan görünür ki, özünümüdafiə dəstələrinin və birləşmələrinin tərkibində döyüşlərdə iştirak etməyini sübut edən əsasverici hüquqi sənədlər olduğu təqdirdə, ona “müharibə veteranı” adı və vəsiqəsinin verilməsi məsələsinə baxıla bilər. Məhkəmə iddiaçının izahatını dinləyib, iş materiallarını araşdıraraq, aşağıdakı hüquqi əsaslara görə hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, “Veteranlar haqqında" Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinə əsasən Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etmiş şəxslər müharibə veteranı sayılırlar. Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarının aparıldığı ərazilərin və dövrlərin siyahısı, habelə Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarının iştirakçılarına aid edilən şəxslərin kateqoriyalarının siyahısı müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilir. Həmin maddənin «Qeyd» hissəsinə müvafiq olaraq bu maddənin birinci hissəsinin üçüncü abzası Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlil olmuş şəxslər istisna olmaqla, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarının aparıldığı dövrdə hərbi hissəni və ya xidmət yerini özbaşına tərk etməyə, fərarilyə və ya digər hərbi cinayətlərə görə məhkum edilmiş (2000-ci il sentyabrın 1-dək qüvvədə olmuş Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 42-ci maddəsinin ikinci hissəsinə əsasən, cəzadan azad edilmiş şəxslər istisna olmaqla) və ya barələrində cinayət təqibi bəraətverici əsaslar olmadan xitam verilmiş və ya amnitsiya aktına əsasən cinayət məsuliyyətindən azad edilmiş şəxslərə şamil edilmir. Həmin Qanunun 7-ci maddəsinə əsasən müharibə veteranı, Silahlı Qüvvələrin veteranı və əmək veteranı adlarının verilməsi qaydaları və şərtləri müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Veteranların hər bir kateqoriyası üçün müvafiq icra hakimiyyəti orqanı tərəfindən vahid nümunədə vəsiqə təsdiq edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxxxxxxx 1995-ci il tarixli, 216 №-li qərarı ilə təsdiq edilmiş “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında Əsasnamə”nin 1-ci hissəsinin birinci bəndinin səkkizinci yarımbəndinə əsasən müharibə veteranı adı və vəsiqəsi Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda 1988-ci il fevralın 1-dən 1994-cü il mayın 12-dək erməni millətçi dəstələrinə qarşı Ermənistanla həmsərhəd inzibati ərazi vahidlərində – Naxçıvan Muxtar Respublikası (Kərki kəndi daxil olmaqla), keçmiş DQMV ərazisində, habelə Laçın, Qubadlı, Zəngilan (Seyidlər kəndi daxil olmaqla), Cəbrayıl, Füzuli, Ağdam, Tərtər (keçmiş Mirbəşir), Goranboy (Qasım İsmayılov və Şaumyan (kənd), Daşkəsən, Göygöl (keçmiş Xanlar), Kəlbəcər, Gədəbəy, Tovuz, Ağstafa, Qazax (Sofulu, Barxudarlı, Yuxarı Əskipara kəndləri daxil olmaqla) rayonlarının ərazilərində aparılan döyüş əməliyyatlarında özünümüdafiə dəstələrinin və birləşmələrinin tərkibində iştirak etmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkibində hərbi xidmət keçmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissələrə və ya orqanlara döyüş tapşırığının və ya döyüş təminatı ilə bağlı tapşırıqların yerinə yetirilməsi üçün ezam olunmuş, həmçinin 1994-cü il 12 may tarixindən sonra döyüş zonasında hərbi xidmət keçərkən, yaxud döyüş zonasında döyüş tapşırığının yerinə yetirilməsi ilə bağlı ezamiyyətlərdə olarkən, bilavasitə döyüş əməliyyatlarında iştirak edən və həmin döyüş əməliyyatları ilə əlaqədar xəsarət (yaralanma, travma, kontuziya) almış hərbi qulluqçulara – müdafiə, daxili işlər, dövlət təhlükəsizliyi, ədliyyə, fövqəladə hallar orqanları, Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti, Azərbaycan Respublikasının Xüsusi Dövlət Mühafizə Xidməti və hərbi idarəetmə orqanları tərəfindən verilmiş arayışlar, hərbi biletlər (hərbi xidmət keçmələrini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə birgə təqdim edildiyi halda), şəxsi işlər, orden və medallarla təltif olunmaq haqqında vəsiqələr, xəsarət (yaralanma, travma, kontuziya) alma haqqında arayışlar, yerli icra hakimiyyəti orqanlarının təsdiq etdikləri siyahılar (döyüşlərdə iştirakı sübut edən sənədlərlə birgə təqdim edildiyi halda), əmrlərdən çıxarışlar, hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında verilir. Məhkəmə araşdırılması zamanı müəyyən edilmişdir ki, Azərbaycan Dəmiryolu 26 Bakı Komissarları adına olan xəstəxananın həkimi İddiaçı xx.xx.1992-ci il tarixdə Azərbaycanın ərazi bütövlüyü uğrunda erməni işğalçılarına qarşı aparılan döyüş bölgələrində yaralı əsgərlərə və mülki vətəndaşlara ilk tibbi yardım göstərilməsi üçün döyüş bölgəsinə ezam edilmiş, Ağdam rayonunda xx.xx.1992-ci ilədək yaralı əsgərlərə və mülki vətəndaşlara ilk tibbi yardım göstərilməsində iştirak etmişdir. Bununla da İddiaçı həmin dövrdə döyüş zonasında döyüş təminatı ilə bağlı tapşırıqların yerinə yetirilməsi üçün ezam olunduğu öz təsdiqini tapmışdır. «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun: - 15.2-ci maddəsinə görə qanunda birbaşa nəzərdə tutulmadığı hallarda fiziki və ya hüquqi şəxslər tərəfindən formal tələblərə əməl olunmaması və ya lazımi qaydada əməl olunmaması inzibati orqanlar tərəfindən müvafiq qərarın qəbul olunmasından imtina üçün əsas ola bilməz. -19.1-ci maddəsinə görə inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. - 19.2-ci maddəsinə görə təqdim olunmuş sənədlərin və dəlillərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda, inzibati orqan müstəqil şəkildə və öz hesabına onların mötəbərliyinin müəyyən edilməsi üçün tədbirlər görür. Məhkəmənin mövqeyinə görə İddiaçı döyüş zonasında həkim kimi tapşırığın yerinə yetirilməsi ilə bağlı ezamiyyətdə iştirakı müvafiq sənədlərlə təsdiqləndiyindən və belə status alınmasına yol verilməyən (“Veteranlar haqqında” Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinin “Qeyd” hissəsində nəzərdə tutulmuş) hallar ona münasibətdə mövcud olmadığından, iddiaçı «Veteranlar haqqında» Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinin tələblərinə əsasən müharibə veteranı sayılır. Belə olan halda məhkəmə hesab edir ki, İddiaçı “müharibə veteranı” adı və vəsiqəsi verilməsindən cavabdehin imtinası (hərəkətləri) qanuna zidd sayılmalı və iddiaçının hüquqlarının pozulmasına səbəb olan hal kimi qiymətləndirilməlidir. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin: - 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. - 68.1-ci maddəsinə əsasən, məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. - 68.2-ci maddəsinin tələbinə əsasən, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. - 73.1-ci maddəsinə əsasən inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. - 73.2-ci maddəsinə əsasən iddiaçının tələbi əsasında müəyyən konkret qərarın qəbul edilməsi mümkün olmadıqda, məhkəmə inzibati orqanın üzərinə, məhkəmənin hüquqi mövqeyini nəzərə almaqla, iddiaçının xeyrinə müvafiq inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. Beləliklə məhkəmə hesab edir ki, iddia tələbi təmin edilərək, İddiaçı müharibə veteranı adı və vəsiqəsinin verilməsi vəzifəsi cavabdehin üzərinə qoyulmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 68, 69, 73.1 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia tələbi təmin edilsin. İddiaçı müharibə veteranı adı və vəsiqəsinin verilməsi vəzifəsi cavabdeh Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin üzərinə qoyulsun. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) verilə bilər. Hakim Şəlalə Həsənova
Məhkəmə qərarları › İş №2-1(112)-2019/2020
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-2019/2020
18.09.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver