Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-202/2020 25.06.2020 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ X5 Oruczadə, Tərəflərin iştirakı olmadan, İddiaçı İba oğlunun cavabdeh Bakı şəhəri İcra Hakimiyyətinin Mənzil-Kommunal Təsərrüfatı Departamentinə qarşı “orderin, sərəncamın, müqavilənin və reyestrdən çıxarışın ləğv edilməsi” tələbinə dair işə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 16.3-cü maddəsinin tələblərinə əsasən məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) baxaraq, müəyyən etdi: İddiaçı İba oğlu cavabdeh Bakı şəhəri İcra Hakimiyyətinin Mənzil-Kommunal Təsərrüfatı Departamentinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Binəqədi rayonu, Ağasadıx Gəraybəyli küçəsi, ev 41, (keçmiş 9 saylı yataqxana) mənzil 18-ə dair Bakı Tikinti və Şəhərin İnkişafı Departamenti X1 Birliyi tərəfindən 3-cü şəxs X2 adına verilmiş 18.11.2002-ci ildə 16 saylı order, həmin mənzilə dair cavabdeh Bakı şəhər İcra Hakimiyyəti Mənzil-Kommunal Təsərrüfatı Departamenti tərəfindən verilmiş 20.08.2010-cu il tarixli, 155/1 saylı sərəncam və həmin sərəncam əsasında 3-cü şəxs X3 ilə 3-cü şəxs Binəqədi rayon Mənzil-Kommunal Təsərrüfatı Birliyi arasında bağlanmış icarə müqaviləsi etibarsız hesab edilərək ləğv edilməsi; Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən ünvan 2-ə dair 3-cü şəxs X2 adına verilmiş 19.01.2011ci il tarixli çıxarışın ləğv edilməsi və 3-cü şəxs X2 (eləcədə iddia təmin edilərsə icrası vaxtı həmin mənzildə olan digər şəxslərin) Bakı şəhəri, Binəqədi rayonu, Ağasadıx Gəraybəyli küçəsi ev 41, mənzil 18-dən çıxarılması, iddiaçının isə həmin mənzilə köçürülməyi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 45.4cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. Məhkəmə İPM-in 13-cü (Məhkəmənin yardım etmək vəzifəsi) maddəsini rəhbər tutaraq, 2-1(81)-3507/2019 saylı, 06.08.2019-cu il tarixli sərəncamı ilə iddiaçıya iddia tələbinin dəqiqləşdirilməsi üçün şəraitin yaradılması və qeyd olunan məsələ ilə əlaqədar olaraq 10 gün müddət təyin edilməsinə sərəncam vermişdir. Bundan sonra Məhkəmə müvafiq olaraq 27 yanvar 2020-ci il tarixdə və 18 may 2020-ci il tarixdə iddiaçının hüquqi yardım göstərərək, iddia tələbinin dəqiqləşdirilməsi zəruri olduğunu bildirmiş və iddia ərizəsində yol verilən formal xətaların aradan qaldırılması üçün müddət təyin edilmişdir. İş üzrə məhkəmə hazırlıq icraatının iclası 25 iyun 2020-ci il tarixə təyin edilmişdir. Məhkəmə iclasının vaxtı barədə iddiaçının ünvanlarına və iddia ərizəsində göstərilən əlaqə nömrəsinə sms bildiriş göndərilmiş, lakin iddiaçı məhkəməyə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizəni təqdim etməmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 16.3-cü maddəsinə əsasən mübahisəni mahiyyəti üzrə həll etməyən məhkəmə qərardadları şifahi məhkəmə baxışı keçirilmədən də qəbul edilə bilər. Məhkəmə Azərbaycan Respublikasında koronavirus (COVİD-19) infeksiyasının yayılması təhlükəsinin qarşısının alınması məqsədi ilə məhkəmələrdə həyata keçirilməsi zəruri olan tədbirlər haqqındaAzərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 23 aprel 2020-ci il tarixli 6 nömrəli Qərarının, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 19 iyun 2020-ci il tarixli Məlumatının (Azərbaycan Respublikasının İnzibati- Prosessual Məcəlləsinin 16-cı maddəsinin tələbləri nəzərə alınmaqla inzibati məhkəmə icraatı qaydasında baxılan işlərə şifahi məhkəmə baxışı (şifahi dinləmələr) keçirilmədən baxılması imkanlarından istifadə edilsin) tövsiyələrini, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 16.3-cü maddəsindəki tələblərini nəzərə alaraq, mübahisəni şifahi dinləmə olmadan həll etmişdir. Məhkəmə iş materiallarını araşdırıb aşağıdakı əsaslara görə hesab edir ki, iddia mümkün sayılmamalıdır. İlk öncə məhkəmə qeyd edir ki, inzibati mühakimə icraatı qaydasında baxılan hər hansı bir iddia hüquqi cəhətdən yoxlanılmalı və iddianın mümkünlüyü və əsaslılığı məsələləri aydınlaşdırılmalıdır. Mümkünlüyün yoxlanılması zamanı məhkəmə formal prosessual şərtləri araşdırdığı halda, iddianın əsaslı olub-olmaması yoxlanılarkən iddiaçının cavabdehə qarşı hər hansı maddi-hüquqi tələbinin və sonuncunun müvafiq qanunla müəyyən olunan cavabdehliyinin mövcud olub-olmaması araşdırılır. Qaldırılan iddianın əsaslılığının araşdırılması üçün ilkin şərt iddianın mümkün olmasıdır. Mümkünlük şərtlərinin mövcudluğunu isə məhkəmə tərəflərin bunu tələb edibetməməsindən asılı olmayaraq xidməti vəzifəsinə görə yoxlayır. İddianın mümkünlük şərtlərinin yerinə yetirilməsi ilə bağlı sübutetmə vəzifəsi isə iddiaçının üzərinə düşür. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumu “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” 05 nömrəli, 10 aprel 2015-ci il tarixli, qərarındakı hüquqi mövqelərə görə 16.2. İddia ərizəsi İPM-in 46.1-ci maddəsində təsbit edilmiş formal tələblərə cavab verməlidir. 16.3. Həmin normada nəzərdə tutulmuş iddia ərizəsinin məzmununa dair tələblər - ərizənin verildiyi məhkəmənin adı; iddiaçı və cavabdeh fiziki şəxslərin soyadları, adları, atalarının adları, yaşayış yerləri, inzibati orqanların (hüquqi şəxslərin) adı və hüquqi ünvanları; iddiaçının (ərizəçinin) tələbi - imperativ xarakter daşıyır və verilmiş ərizələrdə bunlar göstərilməlidir. 16.4. İPM-in 46.3-cü maddəsinə əsasən, iddia ərizəsi bu Məcəllənin 46.1-ci maddəsində nəzərdə tutulmuş tələblərə cavab vermədikdə hakim və ya məhkəmə tərkibinə sədrlik edən tərəfindən təyin olunmuş hakim (məruzəçi hakim) iddia ərizəsini həmin tələblərə uyğunlaşdırmaq üçün ağlabatan müddət təyin edir. 16.5. Nəzərə alınmalıdır ki, həmin normanın, həmçinin dinlənilmə hüququnun təmin edilməsi məqsədi ilə iddia ərizəsindəki çatışmazlıqlar, təyin edilmiş müddət və həmin müddət ərzində çatışmazlıqların aradan qaldırılmamasının hüquqi nəticələri barədə iddiaçı bilavasitə və ya məhkəmə bildirişi vasitəsi ilə məlumatlandırılmalıdır. Bu, həm də İPM-in 11.2 və 49.2-ci maddələrinin tələblərindən irəli gəlir. Belə ki, İPM-in 11.2-ci maddəsinə əsasən, məhkəmə inzibati prosesin gedişində proses iştirakçılarından hər birinə öz mövqeyini ifadə etmək, prosessual hüquqlarını və vəzifələrini həyata keçirmək üçün tam və bərabər imkanlar yaratmağa borcludur. İPM-in 49.2-ci maddəsinə əsasən, məhkəmənin bütün sərəncamları barədə proses iştirakçılarına vaxtında məlumat verilməlidir. 16.6. İddia ərizəsindəki çatışmazlıqlar məhkəmə tərəfindən təyin edilmiş müddətdə aradan qaldırılmadıqda (həmin müddət iddiaçının vəsatətinə əsasən məhkəmə tərəfindən uzadıla bilər), məhkəmə iddianın mümkünlüyü ilə bağlı məsələni həll edə bilər. İş materiallarında olan sənədlərdən görünür ki, iddiaçının hazırki iddia tələbi beş hissədən ibarətdir:
1. X2 adına verilmiş 18.11.2002-ci il tarixli 16 saylı orderin ləğv edilməsi;
2. Bakı şəhər İcra Hakimiyyəti Mənzil-Kommunal Təsərrüfatı Departamenti tərəfindən verilmiş 20.08.2010-cu il tarixli, 155/1 saylı sərəncamının ləğv edilməsi;
3. Həmin sərəncam əsasında 3-cü şəxs X3 ilə 3-cü şəxs Binəqədi rayon Mənzil- Kommunal Təsərrüfatı Birliyi əsasında bağlanmış icarə müqaviləsinin etibarsız hesab edilməsi;
4. ünvan 2-ə dair X2 adına verilmiş 19.01.2011-ci il tarixli çıxarışın ləğv edilməsi
5. Bakı şəhəri, Binəqədi rayonu, Ağasadıx Gəraybəyli küçəsi, ev 41, mənzildən X2 çıxarılması və həmin ünvana iddiaçının köçürülməsidir. Göründüyü kimi, iddiaçı iddia tələbində orderir, sərəncamın, çıxarışın ləğvini, həmçinin icarə müqaviləsinin etibarsızlığını, o, cümlədən mübahisəli mənzildən 3-cü şəxsin çıxarılaq iddiaçını həmin mənzilə köçürülməsi ilə bağlı iddia irəli sürmüş olsa da, cavabdeh qismində yalnız Bakı şəhəri İcra Hakimiyyətinin Mənzil-Kommunal Təsərrüfatı Departamentini göstərmişdir. İddiaçı iddia ərizəsində cavabdehlər qismində səlahiyyətli orqanları göstərsəydi belə, həmin iddiaların hər biri ayrı xarakter daşıyır və cavabdeh qismində çıxış edən tərəflər müştəqil şəkildə çıxış etmək hüququna malikdirlər. Başqa sözlə desək, iddia üzrə prosessual həmiştirakçılağa və iddia tələbinin birgə baxılmasına yolverilmir. Azərbaycan Respublikasının İPM-nin 30.1 və 30.2 -ci maddələrinə əsasən Mübahisə predmeti baxımından müştərək hüquqi maraqlara malik olan və yaxud da hüquq və vəzifələri eyni faktiki və hüquqi əsaslara söykənən bir neçə şəxs birgə iddiaçı və ya birgə cavabdeh qismində prosessual həmiştirakçılar kimi çıxış edə bilərlər. Mübahisə predmetini eyni növdən olan, uyğun faktiki və hüquqi əsaslara söykənən tələblərin və vəzifələrin təşkil etdiyi hallarda da, bir neçə şəxs birgə iddiaçı və ya birgə cavabdeh qismində prosessual həmiştirakçılar kimi çıxış edə bilərlər. Həmin Məcəlləsinin 37-ci maddəsinə əsasən, bir-biri ilə əlaqəli olduğu, bir cavabdehə yönəldiyi və bu Məcəllədə nəzərdə tutulmuş eyni məhkəməyə aid olduğu hallarda bir neçə iddia tələbi tərəfindən bir iddiada birləşdirilə bilər. Şərh olunan maddələrinin normalarına əsasən, eyni bir işdə iddiaçı və ya cavabdehin tərəfində əks tərəflə mübahisəli hüquq münasibətində olan, tələbləri və ya vəzifələri birbirini istisna etməyən bir neçə şəxsin iştirakı prosessual həmiştirakçılıq adlanır. Prosessual həmiştirakçılığın əsas əlaməti iştirakçıların ümumi birgə və bir-birini istisna etməyən maraqlarının olmasıdır. Bu maraq biri digərini istisna etməyən iddia tələblərində və ya iddia tələbindən doğan və biri digərini istisna etməyən vəzifələrdə ifadə oluna bilər. Beləliklə, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 13-cü maddəsinə əsasən məhkəmənin yardım etmək vəzifəsinə uyğun olaraq iddiaçıya vaxt verilməsinə baxmayaraq, dəqiqləşdirilmiş iddia ərizəsi məhkəməyə təqdim edilmədiyindən, iddia tələbi Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsində nəzərdə tutulan iddia növlərinə uyğunlaşdırılmadığından, bununla da, iddianın baxılması mümkün olmadığından, məhkəmə hesab edir ki, iddia mümkün sayılmamalıdır. Bundan başqa Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, İPM-in 13-cü maddəsinə uyğun olaraq iddiaçıya hüquqi yardım göstərilmiş və bununla bağlı məktub iddiaçının qeydiyyatda (ünvan 2) və faktiki (ünvan 1 ünvanlarına göndərilmiş, lakin “köçüb” qeydi ilə poçt tərəfindən qaytarılmışdır. Bununla bağlı Məhkəmə MPM-in 146-ci maddəsini əsas gətirir. Belə ki, sözügedən maddədə göstərilmişdir ki, məhkəmədə iştirak edən şəxslər və nümayəndələr iş üzrə icraat zamanı öz ünvanlarını dəyişdirmələri barədə məhkəməyə məlumat verməlidirlər. Belə məlumat olmadıqda, məhkəmə bildirişləri məhkəməyə məlum olan axırıncı ünvana çatdırılır və çağırılan şəxs artıq həmin ünvanda yaşamasa da, məhkəmə bildirişi rəsmi qaydada verilmiş hesab edilir. Məhkəmə izah edir ki, iddia ərizəsində iddiaçının göstərdiyi hər iki ünvana göndərilmiş məktub qeri qaytarılsa belə, həmin məktub iddiaçıya rəsmi qaydada verilmiş hesab edilir. Bundan başqa Məhkəmə onu da qeyd etmək istəyir ki, məhkəmə tərəfindən 27 yanvar 2020-ci il tarixdə və 18 may 2020-ci il tarixdə göndərilən hüquqi yardım ilə bağlı məktublar iddiaçı tərəfindən alınmasa belə, iddiaçıya iddia tələbinin dəqiqləşdirilməsi üçün şəraitin yaradılması və qeyd olunan məsələ ilə əlaqədar olaraq 10 gün müddət təyin edilməsi ilə bağlı 2-1(81)-3507/2019 saylı, 06.08.2019-cu il tarixli sərəncamı 18 oktyabr 2019-cu il tarixdə iddiaçıya təqdim olunmuşdur. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Qeyd edilən normanın tələbinə əsasən, istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir. İddianın əsaslı hesab edilərək məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtlər- tələbin iddia müddətinə dair normalara riayət edilməklə və iddiaya cavab verməli olan inzibati orqana qarşı yönəlməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun konstitusiyadan, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və qanun qüvvəli aktlardan irəli gəlməsidir. Məhkəmə izah edir ki, iddiaçı iddia tələbinin X3 ilə Binəqədi rayon Mənzil-Kommunal Təsərrüfatı Birliyi arasında bağlanmış icarə müqaviləsinin etibarsızdığı və ünvan 2 ünvanında 3-cü şəxsin çıxarılmasını və onun həmin ünvana köçürülməsi ilə bağlı iddia ərizələri ilə ayrı-ayrılıqda ümumi məhkəməyə müraciət etməli; çıxarışın ləğvi ilə bağlı hissədə isə Bakı şəhəri İcra Hakimiyyəti cavabdehlik daşımadığından, iddiaçı cavabdehi dəqiqləşdirilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35, 37, 80, 85-ci maddələrini rəhbər tutaraq, Məhkəmə
qərara aldı:
İddiaçı cavabdeh Bakı şəhəri İcra Hakimiyyətinin Mənzil-Kommunal Təsərrüfatı Departamentinə qarşı “orderin, sərəncamın, müqavilənin və reyestrdən çıxarışın ləğv edilməsi” tələbinə dair iddiası mümkün sayılmasın. Qərardaddan tərəflərə təqdim edildiyi gündən 10 gün müddətində Azərbaycan Respublikası Bakı İnzibati Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər.
Hakim : Aytən Oruczadə