Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-202/2024 05.04.2024 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Əhədova Aygün Əlqəmə qızının sədrliyi, Cavabdehin nümayəndəsi X14 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestrinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı (üçüncü şəxs Binəqədi rayonu Binəqədi bələdiyyəsi) “hüququn məxsus olması barədə arayışın verilməsi” tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehin üzərinə atasına məxsus Bakı şəhəri, Binəqədi rayonu, 8 mkr., C.Xəndan küçəsi, “Bakı” ticarət mərkəzinin yaxınlığında yerləşən 300 kv.m.-lik torpaq sahəsinə dair hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və çıxarışın verilməsi vəzifəsinin qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Bakı şəhəri, Binəqədi rayonu, 8 mkr, C.Xəndan küçəsi, “Bakı” ticarət mərkəzinin yaxınlığında yerləşən 300 kv.m-lik torpaq sahəsi X4na məxsusdur. Həmin torpaq sahəsi atası tərəfindən Bakı şəhəri Binəqədi rayonu Binəqədi Bələdiyyəsinin 20 avqust 2007-ci il tarixli 195 saylı qərarı və “Binəqədi Rayonu Binəqədi Bələdiyyəsinin mülkiyyətində olan torpaq sahəsinin alqı-satqı yolu ilə mülkiyyətə verilməsi haqqında” 20 avqust 2007-ci il tarixli 124 saylı müqaviləsi əsasında alınmışdır. X4 həmin torpaq sahəsini adına keçirmədən vəfat etmişdir. Bununla bağlı olaraq, iddiaçı X5 miras qalmış Bakı şəhəri, Binəqədi rayonu, 8 mkr, C.Xəndan küçəsi, “Bakı” ticarət mərkəzinin yaxınlığında yerləşən torpaq sahəsi üzərində hüquqların daşınmaz əmlakın dövlət reyetsrində qeydiyyata alınmasından ötrü Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinə müraciət etmişdir. Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2022-ci il tarixli, **********26 saylı cavab məktubu ilə imtina edilmişdir. Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2022-ci il tarixli, **********26 saylı cavab məktubunu rəsmi qaydada poçt vasitəsilə xx.xx.2022-ci il tarixdə almışdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. Məhkəmənin xx.xx.2022-ci il tarixli, 2-1(112)-6458/2022 №-li qərardadı ilə Binəqədi rayonu Binəqədi bələdiyyəsi üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb olunmuşdur. Məhkəmənin xx.xx.2022-ci il tarixli, 2-1(112)-6458/2022 №-li qərardadı ilə iddia tələbi dəqiqləşdirilərək “Bakı şəhəri, Binəqədi rayonu, 8-ci mkr., C.Xəndan küçəsi, “Bakı” Ticarət Mərkəzinin yanında 300 kv.m torpaq sahəsi üzərində mərhum X4nun mülkiyyət hüquqlarının qeydə alınması və buna dair arayışın (çıxarışın) verilməsi öhdəliyinin cavabdeh inzibati orqanın üzərinə qoyulması” şəklində icraata qəbul edilmişdir. İddia ərizəsi Bakı İnzibati Məhkəməsinə daxil olduqdan sonra İnzibati Prosessual Məcəllənin 45.4, 47, 49-cu maddələrinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və məhkəmənin sərəncamı ilə iddiaya qarşı yazılı münasibət bildirilməsi məqsədilə iddia ərizəsinin surəti ona əlavə olunmuş sənədlərlə birlikdə cavabdehə təqdim olunmuşdur. Cavabdeh orqanın iddiaya yazılı etirazı məhkəməyə təqdim edilmiş və etirazda bildirilmişdir ki, iddiaçı müvafiq tələblə bağlı xx.xx.2022-ci il tarixdə 1 saylı Bakı Ərazi idarəsinə müraciət etmişdir. Aparılan araşdırma zamanı məlum olmuşdur ki, elektron kadastr məlumatına əsasən göstərilən torpaq sahəsi dövlət mülkiyyətində olmaqla yaşayış binasının yaxınlığında, yol kənarı yaşıllıq ərazisində yerləşdiyi müəyyən edilmişdir. Torpaq sahəsinin yerləşmə sxemində göstərilən ölçülər ilə faktiki vəziyyəti arasında perimetrik ölçü fərqi mövcuddur və dəqiq istinad və məsafələr qeyd olunmamışdır. Qeyd edilən ərazinin bələdiyyə sərhədləri olması barədə məlumat aşkar olunmamışdır. Həmçinin, ləğv edilmiş DTXK tərəfindən təsdiq edilmiş torpaq sahəsinin alqı-satqı aktı və qeyd edilən torpaq sahəsinə münasibət bildirilməsi üçün Memarlıq və Şəhərsalma Baş İdarəsinin rəyi əlavə olunmamışdır. Həmçinin, alqı-satqı aktında bələdiyyə qərarının tarixi fərqli qeyd edilmişdir. Bu səbəblərdən ərizənin icrası tərəfimizdən mümkün olmamış və bu barədə vətəndaşa **********26 saylı, xx.xx.2022-ci il tarixli cavab məktubu ünvanlanmışdır. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 59.2-ci maddəsinə əsasən ümumi istifadədə olan torpaqlarda yerləşən meydan, küçə, keçid, yol kənarı, sahil, park, meşəpark, xiyaban, bulvar, çimərlik və əhalinin ictimai tələbatının ödənilməsinə xidmət edən digər yerlərdə sahibkarlıq fəaliyyətini həyata keçirmək məqsədilə ticarət, məişət, ictimaiiaşə obyektlərinin və digər zəruri tikililərin müvəqqəti inşası üçün sahələr bələdiyyə torpaqları haqqında qanunvericiliyə uyğun olaraq, hüquqi və fiziki şəxslərin icarəsinə verilir. “X16 edilməsi haqqında” Azərbaycan Respublikasının qanununun 7.2-ci maddəsinə əsasən ümumi istifadədə olan küçələrin, meydanların, bələdiyyə yollarının və təsərrüfatdaxili yolların, parkların, meşə parkların, bulvarların, çimərliklərin, sahillərin, keçidlərin, sututarların, stadionların, idman meydançalarının və qəbiristanlıqların altındakı torpaqlar, tarlaqoruyucu meşə zolaqlarının, yerli əhəmiyyətli su təsərrüfatı obyektlərinin, hidrotexniki qurğuların, ümumi istifadədə olan yerli əhəmiyyətli obyekt və qurğuların yerləşdiyi torpaqlar, əhalinin mal-qarası üçün istifadə olunan örüş sahələrinin torpaqları, habelə hüquqi və fiziki şəxslərin istifadəsində və icarəsində olan bələdiyyələrin kənd təsərrüfatı təyinatlı, eləcə də meşə və su fondu torpaqları xüsusi mülkiyyətə verilə bilməz. “X16 edilməsi haqqında” Azərbaycan Respublikasının qanununun 4.0.1-ci maddəsinə əsasən qanunvericiliklə müəyyən edilmiş qaydada bələdiyyə mülkiyyətində olan torpaqlara sahiblik, onlardan istifadə və onlar barədə sərəncam verməyin bələdiyyələrin səlahiyyətində olduğu göstərilmişdir. Azərbaycan Respublikası Prezidentinin 1997-ci il 10 yanvar tarixli, 534 nömrəli fərmanı ilə təsdiq edilmiş və 08 iyul 2014-cü ilədək qüvvədə olmuş “Torpaqların alqı- satqısı” qaydalarına əsasən rayon, şəhər bələdiyyə orqanı 5 gün müddətində məsələyə baxıb müvafiq qərar qəbul edir. Satışa icazə verildikdə torpaq sahəsini alan şəxs onun dəyərini (pulla) bələdiyyənin müvafiq bankda xüsusi hesabına keçirir və bu qaydalara əlavə edilmiş formaya uyğun olaraq torpaqların alqı-satqısına dair üç nüsxədən ibarət akt tərtib edilir. Aktı müvafiq rayon, şəhər bələdiyyə orqanının rəhbəri, torpaq şöbəsinin müdiri və torpaq alan şəxs imzalayır və o, möhürlə təsdiq edilir. “X16 edilməsi haqqında” Azərbaycan Respublikası Qanununun 6.5-ci maddəsinə əsasən torpaq sahəsinin mülkiyyətə, istifadəyə və icarəyə verilməsi bələdiyyələrin qərarı ilə sahənin xüsusiyyətinə və torpağın ayrılma məqsədinə, mövcud texniki normalara, habelə yerquruluşu və şəhərsalma sənədlərinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanlarının rəyi alındıqdan sonra torpaqayırma qaydasında həyata keçirilir. Həmin Qanununun tətbiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Fərmanına əsasən həmin qanunun 6.5-ci maddəsində nəzərdə tutulmuş “müvafiq icra hakimiyyəti orqanları’’nın səlahiyyətlərini keçmiş Azərbaycan Respublikasının Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin yerli qurumları (kənd təsərrüfatı və qeyri-kənd təsərrüfatı məqsədləri üçün verilən torpaq sahələrinə dair) və rayon, şəhər icra hakimiyyəti orqanlarının memarlıq xidmətləri (qeyri-kənd təsərrüfatı məqsədləri üçün verilən torpaq sahələrinə dair) həyata keçirirlər. "Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 22.2-ci maddəsinə əsasən müqavilə və ya digər əsaslara görə, daşınmaz əmlak üzərində mülkiyyət və ya digər əşya hüququnu əldə etmiş şəxs həmin hüququ təsdiq edən çıxarış almadan öldükdə onun qanun və ya vəsiyyət üzrə vərəsəsinə hüququn ölmüş şəxsə məxsus olması haqqında arayışı qeydiyyat orqanı verir. Hüquqların dövlət qeydiyyatı haqqında çıxarış həmin arayış əsasında verilmiş vərəsəlik sənədləri təqdim edən vərəsənin adına rəsmiləşdirilir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 11.1-ci maddəsinə əsasən hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasın (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi daşınmaz əmlakın dövlət reyestrində müvafiq qeydiyyatı qanunvericiliklə nəzərdə tutulmuş hüquqmüəyyənedici sənədlər əsasında aparır və “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası qanununun 23-cü maddəsinə əsasən İdarə dövlət reyestrində daşınmaz əmlaka hüquqların qeydiyyatının dəqiqliyinə cavabdehdir. Yuxarıda qeyd olunanlara əsasən, Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 48.2-ci maddələrini rəhbər tutaraq iddia tələbinin rədd edilməsi xahiş edilmişdir. Məhkəmə iclasında iştirak etmiş İddiaçı iddianı müdafiə edərək iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştrak edən cavabdehin nümayəndəsi iddiaya etiraz edərək iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, aşağıdakılara əsasən iddia tələbi təmin edilməməlidir. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Bakı Şəhəri 53 Saylı Notariat Ofisinin Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin DƏDRX-nin Müvafiq Ərazi İdarəsinə ünvanladığı xx.xx.2019-cu il tarixli, 434 nömrəli məktubuna qeyd edilmişdir ki, X8 adından İddiaçı müraciətinə əsasən xx.xx.2011ci ildə ölmüş X9 adına vərəsəlik işi açılmışdır. Məlumat məqsədilə nəzərinizə çatdırırıq ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1325-ci maddəsinə əsasən vərəsəlik şəhadətnaməsi həm bütün miras, həm də onun bir hissəsi üçün verilə bilər. Həmin Məcəllənin 1151-ci maddəsinin tələbinə görə mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquq və vəzifələri, ümumi mülkiyyətdən ölənə çatası pay, yaxud bu əmlakın dəyəri daxildir. Məlum olduğu kimi, Mülki Məcəlləsinin 139-cu maddəsinə əsasən mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar dövlət qeydiyyatına alınmalıdır. Yəni qanunvericiliyin tələbinə görə vərəsəlik şəhadətnaməsi yalnız miras əmlaka mülkiyyət hüququnu təsdiq edən reyestrdən çıxarışı təqdim edildikdən sonra verilə bilər. Eyni zamanda «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Azərbaycan Respublikası Qanununun 22.2-ci maddəsində göstərildiyi kimi müqavilə və ya digər əsaslara görə daşınmaz əmlak üzərində mülkiyyət və ya digər əşya hüququnu əldə etmiş şəxs həmin hüququ təsdiq edən çıxarışı almadan öldükdə, onun qanun və ya vəsiyyət üzrə vərəsəsinə hüququn ölmüş şəxsə məxsus olması haqqında arayış verilir. Həmçinin “Daşınmaz əmlakın təsvirinə, dövlət qeydiyyatına alınmış hüquqlara və onların məhdudlaşdırılmasına (yüklülüyünə) dair dövlət reyestrindən arayışın verilməsi haqqında Təlimat”ın 7-ci hissəsinə uyğun olaraq ölmüş şəxsin adına tərtib edilmiş miras əmlaka mülkiyyət hüququnu təsdiq edən reyestrdən çıxarış verilməlidir. Qeyd olunanlarla bağlı “Daşınmaz əmlakın dövlət reyestri haqqında" Azərbaycan Respublikası Qanununun 5.1-1ci maddəsinə uyğun olaraq X11 məxsus Bakı şəhəri, 8 mkr, C.Xəndan kçüəsi, “Bakı” ticarət məkəzinin yanında olan 300 kv.m torpaq sahəsinə dair daşınmaz əmlakın çıxarışını sorğunu təqdim etmiş şəxs vasitəsilə Bakı şəhəri 53 saylı notariat ofisinə göndərməyiniz xahiş olunur. Məhkəmənin sorğusuna cavab olaraq Azərbaycan Respublikası Dövlət Arxivinin Bakı Filialının 14 mart 2022-ci il tarixli, BA-01421-2022 nömrəli məktubunda bildirilmişdir ki, vət. X17 barəsində Binəqədi rayon Binəqədi Bələdiyyəsinin arxiv fondu üzrə xx.xx.2007-ci il tarixli, 195 saylı qərarı və ona əlavə edilmiş digər sənədlər Dövlət Arxivinin Bakı filialında mövcuddur. Əlavə olaraq bildiririk ki, Binəqədi rayon Binəqədi Bələdiyyəsinin arxiv fondu üzrə qeydiyyat kitabı Dövlət Arxivinin Bakı filialına təhvil verilməmişdir. Həmin məktubla göndərilmiş sənədlərin surətindən görünür ki: - Bakı Şəhəri Binəqədi Rayonu Binəqədi Bələdiyyəsinin 20 avqust 2007-ci il tarixli, 195 nömrəli qərarı ilə 1. Vət. X15 xahişi təmin edilərək ona 8 mkr. C.Xəndan küçəsi, «Bakı» ticarət mərkəzinin yanında sahibkarlıq fəaliyyətilə məşğul olmaq üçün ayrılmış 300 kv.m. torpaq sahəsindən istifadə etməyə maddi imkanı olmadığından Bələdiyyənin xx.xx.2004-cü il tarixli 99 saylı qərarı ləğv edilərək onunla bağlanmış xx.xx.2004-cü il tarixli 127 saylı alqı-satqı müqaviləsinin qüvvəsinin itirmiş sayılması, 2. Vət. X9 müraciəti nəzərə alınaraq, 8 mkr. C.Xəndan küçəsi, «Bakı» ticarət mərkəzinin yanında sahibkarlıq fəaliyyətilə məşğul olmaq üçün Bələdiyyənin torpaq fondundakı 300 kv.m. torpaq sahəsi onun mülkiyyətinə (hər kv.m. üçün YAN ilə 10 man. ödəmək şərti ilə) ayrılması qərara alınmışdır. -Binəqədi Rayonu Binəqədi Bələdiyyəsinin Mülkiyyətində olan torpaq sahəsinin alqı-satqı yolu ilə mülkiyyətə verilməsi haqqında xx.xx.2007-ci il tarixli, 124 nömrəli müqavilə ilə Binəqədi rayon Binəqədi Bələdiyyəsi, bundan belə «Satan» deyiləcək, adından çıxış edən Binəqədi rayonu Binəqədi Bələdiyyəsinin sədri Məmmədov Natiq Abbaş oğlu, digər tərəfdən, bundan belə «Alıcı deyiləcək şəx.vəs. AZE № 00720670 X13 «Torpaq sahələrinin mülkiyyətə, istifadəyə və icarəyə verilməsi haqda» Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 56-cı maddəsini və «X16 edilməsi haqqında» Azərbaycan Respublikası Qanununun 6, 7, 9 və 20-ci maddələrini əsas tutaraq bu müqaviləni bağlayırlar. 3 mkr. C.Xəndan küçəsi, «Bakı» ticarət mərkəzinin yanı 300 kv.m. Binəqədi rayonu Binəqədi Bələdiyyəsinin ümumi iclasının «16» avqust 2007-ci il tarixli Pr N 09 qərarına əsasən Sahibkarlıq fəaliyyəti üçün «Alıcıya» təklif edir. «Alıcı» Sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq üçün təklif edilən Sahəni qəbul edir. Torpağın satış qiyməti bazar məzənnəsi, tələb və təklif, sahənin təyinatı, coğrafi yeri, ölçüsü, keyfiyyəti və digər amillər nəzərə alınmaqla, hər bir kv.m-i üçün YAN ilə 10 manat məbləğində razılaşdırılmışdır. -8 mkr., C.Xəndan küçəsində, «Bakı» Ticarət Mərkəzinin yanında X1 məşğul olmaq üçün təklif olunan torpaq sahəsinin (300kv.m) Situasiya planı tərtib olunmuş, plan Bələdiyyə Mülkiyyətinin idarə edilməsi şöbəsinin mühəndisi-memar Qulamov.F.Ə. tərəfindən imzalanmış və Binəqədi Bələdiyyəsinin möhürü ilə təsdiqlənmişdir. İş materiallarına əlavə edilmiş torpaqların alqı-satqısı haqqında aktdan görünür ki, Binəqədi rayonu Binəqədi Bələdiyyəsinin ərazisində yerləşən 300 kv.m. torpaq sahəsinin satılması barədə 2007-ci il 16 avqust tarixli 195 saylı qərar qəbul edilmişdir. Bunun müqabilində X13 tərəfindən Binəqədi rayonu Binəqədi Bələdiyyəsinin H/h ********** saylı hesabına əvvəlcədən 3000,00 manat haqq ödənilmişdir. Məhkəmənin sorğusuna cavab olaraq Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Bələdiyyələrlə İş Mərkəzinin xx.xx.2022-ci il tarixli, 09/3-42 nömrəli məktubunda bildirilmişdir ki, Binəqədi rayonu Binəqədi bələdiyyəsinin xx.xx.2007-ci il tarixli, 195 nömrəli qərarının Bədiyyələrlə iş mərkəzində qeydiyyata alınıb-alınmaması barədə məlumatın məhkəməyə təqdim edilməsi barədə məktubunuza baxılmışdır. Qeyd olunan qərar Bələdiyyələrlə iş mərkəzində aşkar edilməmişdir. Məhkəmənin sorğusuna cavab olaraq Azərbaycan Respublikası Dövlət Arxivinin Bakı Filialının 18 iyul 2022-ci il tarixli, BA-0356-2022 nömrəli məktubunda bildirilmişdir ki, Binəqədi rayonu Binəqədi Bələdiyyəsinin 2004-cü ilə dair qərarların qeydiyyatı kitabı Dövlət Arxivinin Bakı filialına təhvil verilməmişdir. Həmin məktubla göndərilmiş sənədlərin surətindən görünür ki: -Bakı Şəhəri Binəqədi Rayonu Binəqədi Bələdiyyəsinin 25 iyun 2004-cü il tarixli, 99 nömrəli vətəndaş Q.H.Allahverdiyevə sahibkarlıq fəaliyyətilə məşğul olmaq üçün torpaq sahəsinin icarəyə verilməsi haqqında qərarı ilə Binəqədi rayonu, 7 mkr Xarici dairəvi küçəsində Bolluq bazarının yanında 600 kv.m. torpaq sahəsi əlavə edilmiş cizgiyə uyğun olaraq sahibkarlıq fəaliyyətilə məşğul olmaq üçün vət. X10 icarəyə verilməsi (hər kv.m üçün 3600 manat ödəmək şərtilə) qərara alınmışdır. Məhkəmənin sorğusuna cavab olaraq Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Bələdiyyələrlə İş Mərkəzinin xx.xx.2022-ci il tarixli, 09/3-125 nömrəli məktubunda bildirilmişdir ki, Binəqədi bələdiyyəsinin xx.xx.2004-cü il tarixli, 99 nömrəli qərarı Bələdiyyələrlə iş mərkəzində aşkar olunmamışdır. Baki İnzibati Məhkəməsinin 2-1(112)-6458/2022 nömrəli, xx.xx.2022 tarixli qərardadı ilə iş üzrə məhkəmə tikinti-texniki ekspertizası təyin edilmişdir. Qərardadın icrası ilə əlaqədar Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2023-cü il tarixli, 10/7589 nömrəli ekspert rəyinin nəticəsində qeyd edilmişdir ki, Bakı şəhəri, Binəqədi rayonu Binəqədi bələdiyyəsinin xx.xx.2007-ci il tarixli, 195 nömrəli qərarı ilə X11 ayrılmış Bakı şəhəri, 8 mkr., C.Xəndan küçəsi, “Bakı” ticarət mərkəzinin yanında olan 300 kvm. torpaq sahəsinin ərazisi müəyyən edilmişdir. Həmin torpaq sahəsinin faktiki vəziyyətdə planlı yerləşməsinin və konfiqurasiyasının "torpaq sahəsinin cizgisi”nə (situasiya planına) uyğun olduğu müəyyən edilmişdir. Bakı şəhər İcra Hakimiyyəti Başçısının xx.xx.2000-ci il tarixli 809 saylı sərəncamında və həmin sərəncamın xx.xx.2000-ci il tarixdə Memarlıq və Şəhərsalma Baş İdarəsi tərəfindən təsdiq edilmiş əlavəsində qeyd olunanları, eyni zamanda baxış zamanı təqdim olunmuş bələdiyyə xəritəsində qeyd olunanları nəzərə alaraq, Bakı şəhəri, Binəqədi rayonu Binəqədi bələdiyyəsinin xx.xx.2007-ci il tarixli, 195 nömrəli qərarı ilə X2 fəaliyyəti ilə məşğul olmaq üçün ayrılmış, Bakı şəhəri, 8 mkr., C.Xəndan küçəsi, “Bakı” ticarət mərkəzinin yanında olan 300 kvm. torpaq sahəsinin Binəqədi rayonu, Binəqədi bələdiyyəsinə ayrılmış torpaq sahəsinin hüdudları daxilində yerləşdiyi müəyyən edilir. Baxış zamanı müəyyən olunmuş məlumatlara və “kadastrportali.az” elektron kadastr portalında qeyd olunan məlumatlara əsasən Bakı şəhəri, Binəqədi rayonu Binəqədi bələdiyyəsinin xx.xx.2007-ci il tarixli, 195 nömrəli qərarı ilə X11 ayrılmış Bakı şəhəri, 8 mkr., C.Xəndan küçəsi, “Bakı” ticarət mərkəzinin yanında olan 300 kvm. torpaq sahəsinin digər şəxslərin istifadəsində olan torpaq sahələri ilə üst-üstə düşmədiyi və həmin torpaq sahəsinin başqa şəxsin adına qeydiyyatdan keçmədiyi müəyyən edilir. Məhkəmənin sorğusuna cavab olaraq Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsi yanında Bakı Şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsinin xx.xx.2023-cü il tarixli, 3-35-1/2-1272/2023 nömrəli məktubunda qeyd edilmişdir ki, Binəqədi Rayon Binəqədi Bələdiyyəsinin xx.xx.2007-ci il tarixli 195 nömrəli qərarı ilə X7 ayrılmış Bakı şəhəri, Binəqədi rayonu, Cəfər Xəndan küçəsi, “Bakı” ticarət mərkəzinin yanında yerləşən 300 kv.m torpaq sahəsində tikinti layihəsi ilə bağlı rəyin alınması ilə əlaqədar Bakı Şəhər İcra Hakimiyyəti Memarlıq və Şəhərsalma Baş İdarəsinə müraciət edilib-edilməməsi, müraciət edilmişdirsə bununla bağlı rəyin verilib- verilməməsinə dair məlumatın (müvafiq təsdiqedici sənədlərlə birlikdə) eləcə də Baş İdarə ilə razılaşdırılıbrazılaşdırımamasına dair məlumatın verilməsi barədə müraciətinizə baxılmışdır. Bununla əlaqədar bildiririk ki, Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsi Ərazi Tikinti-Planlaşdırma Mərkəzinin arxivində mövcud olan müvafiq sənədlərə baxış nəticəsində qeyd edilən məsələ ilə bağlı sənəd aşkar edilməmişdir. Məhkəmənin sorğusuna cavab olaraq Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2023-cü il tarixli, **********71 nömrəli məktubunda qeyd edilmişdir ki, vahid elektron kadastr baza məlumatlarına əsasən koordinatlarla verilmiş sahə dövlət mülkiyyəti torpağıdır. Sahənin Bələdiyyə ərazisi olması barədə məlumat aşkar edilməmişdir. İdarənin arxiv məlumatlarında sözügedən torpaq sahəsinin qeydiyyatdan keçməsi barədə məlumat aşkar olunmamışdır. Məhkəmənin sorğusuna cavab olaraq Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2023-cü il tarixli, **********28 nömrəli məktubu ilə göndərilmiş sənədlərin surətindən görünür ki: -Azərbaycan Respublikasının Dövlət Əmlakının İdarə Edilməsi Üzrə Dövlət Komitəsi tərəfindən X19 ünvan 1 ünvanında yerləşən 363,2 kv.m. qeyri-yaşayış sahəsi üzərində hüquqlarını təsdiq edən xx.xx.2008-ci il tarixdə şəhadətnamə verilmişdir. -Azərbaycan Respublikasının Dövlət Əmlakının İdarə Edilməsi Üzrə Dövlət Komitəsi tərəfindən X22 ünvan 2 ünvanında yerləşən 2637,9 kv.m. qeyri-yaşayış sahəsi üzərində hüquqlarını təsdiq edən xx.xx.2008-ci il tarixli şəhadətnamə verilmişdir. -Azərbaycan Respublikasının Dövlət Əmlakının İdarə Edilməsi Üzrə Dövlət Komitəsi tərəfindən X22 ünvan 2 ünvanında yerləşən 2806,7 kv.m. qeyri-yaşayış sahəsi üzərində hüquqlarını təsdiq edən xx.xx.2008-ci il tarixli şəhadətnamə verilmişdir. Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən iddiaçıya ünvanlanmış **********6 nömrəli, xx.xx.2022-ci il tarixli məktubda bildirilmişdir ki, X5 miras qalmış Bakı şəhəri, Binəqədı rayonu, 8 mkr, C.Xəndan küçəsi, “Bakı ticarət mərkəzinin yaxınlığında yerləşən torpaq sahəsi üzərində hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasına dair ********** nömrəli xx.xx.2022-ci il tarixli müraciətinizə tərəfimizdən baxılmışdır. Müraciətinizlə əlaqədar olaraq bildiririk ki, elektron kadastr məlumatına əsasən göstərilən torpaq sahəsi dövlət mülkiyyətində olmaqla yaşayış binasının yaxınlığında, yol kənarı yaşıllıq ərazisində yerləşdiyi müəyyən edilmişdir. Torpaq sahəsinin yerləşmə sxemində göstərilən ölçülər ilə faktiki vəziyyəti arasında perimetrik ölçü fərqi mövcuddur və dəqiq istinad və məsafələr qeyd olunmamışdır. Qeyd edilən ərazinin bələdiyyə sərhədləri olması barədə məlumat aşkar olunmamışdır. Həmçinin, ləğv edilmiş DTXK tərəfindən təsdiq edilmiş torpaq sahəsinin alqı-satqı aktı və qeyd edilən torpaq sahəsinə münasibət bildirilməsi üçün Memarlıq və Şəhərsalma Baş İdarəsinin rəyi əlavə olunmamışdır. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 59.2-ci maddəsinə əsasən ümumi istifadədə olan torpaqlarda yerləşən meydan, küçə, keçid, yol kənarı, sahil, park, meşə-park, xiyaban, bulvar, çimərlik və əhalinin ictimai tələbatının ödənilməsinə xidmət edən digər yerlərdə sahibkarlıq fəaliyyətini həyata keçirmək məqsədilə ticarət, məişət, ictimai-iaşə obyektlərinin və digər zəruri tikililərin müvəqqəti inşası üçün sahələr bələdiyyə torpaqları haqqında qanunvericiliyə uyğun olaraq, hüquqi və fiziki şəxslərin icarəsinə verilir. Azərbaycan Respublikası Prezidentinin 1997-ci il 10 yanvar tarixli, 534 nömrəli fərmanı ilə təsdiq edilmiş “Torpaqların alqı-satqısı” qaydarına əsasən rayon, şəhər bələdiyyə orqanı 10 gün müddətində məsələyə baxıb müvafiq qərar qəbul edir. Satışa icazə verildikdə torpaq sahəsini alan şəxs onun dəyərini (pulla) bələdiyyənin müvafiq bankda xüsusi hesabına keçirir və bu qaydalara əlavə edilmiş formaya uyğun olaraq torpaqların alqı-satqısına dair üç nüsxədən ibarət akt tərtib edilir. Aktı müvafiq rayon, şəhər bələdiyyə orqanının rəhbəri, torpaq şöbəsinin müdiri və torpaq alan şəxs im zalayır və o, möhürlə təsdiq edilir. “X16 edilməsi haqqında" Azərbaycan Respublikası Qanununun 6.5-ci maddəsinə əsasən torpaq sahəsinin mülkiyyətə, istifadəyə və icarəyə verilməsi bələdiyyələrin qərarı ilə sahənin xüsusiyyətinə və torpağın ayrılma məqsədinə, mövcud texniki normalara, habelə yerquruluşu və şəhərsalma sənədlərinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanlarının rəyi alındıqdan sonra torpaqayırma qaydasında həyata keçirilir. Həmin Qanununun tətbiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Fərmanına əsasən həmin qanunun 6.5-ci maddəsində nəzərdə tutulmuş “müvafiq icra hakimiyyəti orqanları"nın səlahiyyətlərini keçmiş Azərbaycan Respublikasının Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin yerli qurumları (kənd təsərrüfatı və qeyri-kənd təsərrüfatı məqsədləri üçün verilən torpaq sahələrinə dair) və rayon, şəhər icra hakimiyyəti orqanlarının memarlıq xidmətləri (qeyri-kənd təsərrüfatı məqsədləri üçün verilən torpaq sahələrinə dair) həyata keçirirlər. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 11.1-ci maddəsinə əsasən hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasın! (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. «İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 05 saylı, 10 aprel 2015-ci il tarixli Qərarında göstərilmişdir ki, mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur (1.3-cü bənd). Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir (1.4-cü bənd). Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır (2.1-ci bənd). Qeyd edilən normaların tələbindən çıxış edərək məhkəmə ilk növbədə verilmiş iddianın mümkünlüyünü qiymətləndirir. Belə ki, iddia mümkün iddiadır. Baxılan işdə söhbət İnzibati Prosessual Məcəllənin 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədən gedir ki, buna da baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İPM-in 2.1, 3.1 və 8.1-ci maddələri). İddia düzgün cavabdehə qarşı verilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur İnzibati Prosessual Məcəllənin 2.2.3-cü maddəsinə görə inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 5 nömrəli Qərarının 9cu bəndində göstərilmişdir ki, İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrıayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır”. İstinad olunan normalardan müəyyən edildiyi kimi öhdəliyin icrası haqqında iddialarla bağlı mübahisələrə baxılarkən müəyyən edilməli olan xüsusi mümkünlük şərtlərindən biri kimi iddiaçının məhkəmədə iddia qaldırmazdan öncə müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsidir. İddiaçı məhkəmədə iddia qaldırmamışdan əvvəl qeyd edilən tələblə bağlı müvafiq qaydada cavabdehə müraciət etmişdir. İddia mahiyyəti üzrə əsassızdır. Hazırkı iş üzrə iddiaçı Bakı şəhəri, Binəqədi rayonu, 8 mkr., C.Xəndan küçəsi, “Bakı” ticarət mərkəzinin yaxınlığında yerləşən 300 kv.m.-lik torpaq sahəsinin X11 Binəqədi rayon Binəqədi rayonu Binəqədi Bələdiyyəsinin 20 avqust 2007-ci il tarixli 195 saylı qərarı və “Binəqədi Rayonu Binəqədi Bələdiyyəsinin mülkiyyətində olan torpaq sahəsinin alqı-satqı yolu ilə mülkiyyətə verilməsi haqqında” 20 avqust 2007-ci il tarixli 124 saylı müqaviləsi əsasında ayrıldığını əsas gətirərək, X13 vəfat etdikdən sonra vərəsəlik işinin açıldığını və onun vərəsəsi olaraq həmin torpaq sahəsinə rəsmiləşdirmənin aparılması üçün mülkiyyət hüququnun mərhum X11 məxsus olması barədə arayışın verilməsini mübahisələndirir. Cavabdeh orqanın müraciətin təminindən imtinasının əsasları aşağıdakılardan ibarət olmuşdur: - elektron kadastr məlumatına əsasən göstərilən torpaq sahəsi dövlət mülkiyyətindədir. Qeyd edilən ərazinin bələdiyyə sərhədləri olması barədə məlumat aşkar olunmamışdır. - torpaq sahəsi yaşayış binasının yaxınlığında, yol kənarı yaşıllıq ərazisində yerləşir. -ləğv edilmiş DTXK tərəfindən təsdiq edilmiş torpaq sahəsinin alqı-satqı aktı və qeyd edilən torpaq sahəsinə münasibət bildirilməsi üçün Memarlıq və Şəhərsalma Baş İdarəsinin rəyi əlavə olunmamışdır. -alqı-satqı aktında bələdiyyə qərarının tarixi fərqli qeyd edilmişdir. Məhkəmə iddiaçının iddia tələbi və cavabdehin imtina əsasları ilə bağlı aşağıdakıları qeyd edir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 22.2-ci maddəsinə əsasən müqavilə və ya digər əsaslara görə, daşınmaz əmlak üzərində mülkiyyət və ya digər əşya hüququnu əldə etmiş şəxs həmin hüququ təsdiq edən çıxarış almadan öldükdə onun qanun və ya vəsiyyət üzrə vərəsəsinə hüququn ölmüş şəxsə məxsus olması haqqında arayışı qeydiyyat orqanı verir. Hüquqların dövlət qeydiyyatı haqqında çıxarış həmin arayış əsasında verilmiş vərəsəlik sənədləri təqdim edən vərəsənin adına rəsmiləşdirilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 05 oktyabr 2015-ci il tarixli 319 nömrəli Qərarı ilə təsdiq edilmiş “Daşınmaz əmlakın təsvirinə, bu əmlak üzərində dövlət reyestrində qeydə alınmış hüquqlara və onların məhdudlaşdırılmasına (yüklülüyünə) dair arayışın verilməsi haqqında Təlimat”ın 7.2-ci bəndinə əsasən “Daşınmaz Əmlakın dövlət reyestri haqqında” AR Qanununun 8-ci maddəsində göstərilmiş əsaslara görə daşınmaz əmlak üzərində sahiblik və ya istifadə hüququ əldə etmiş şəxs bu əmlak barədə məlumatın dövlət reyestrinə daxil edilməsi və (və ya) onun üzərində hüquqların dövlət qeydiyyatına alınması üçün zəruri sənədlərlə ərazi idarəsinə müraciət etmədən öldükdə, həmin sənədlər onun notarius tərəfindən müəyyən edilən qanun və ya vəsiyyət üzrə vərəsələri tərəfindən təqdim edildikdə, bu Təlimatın 7.1-ci bəndində göstərilən qaydada elekton çıxarış tərtib edilir. Sadalanan normalardan müəyyən olunur ki, daşınmaz əmlak üzərində hüququn ölmüş şəxsə məxsus olması barədə arayış dövlət qeydiyyatını həyata keçirən orqan tərəfindən vərəsənin müraciəti əsasında əmlak üzərində hüquq sahibi olan şəxsin hüquqlarının dövlət qeydiyyatına alınması üçün müraciət etmədən öldüyü halda verilir. Dolayısı ilə müvafiq arayışın verilməsi üçün ilk növbədə vəfat etmiş şəxsin müvafiq əşya üzərində qanun, müqavilə və s. əsasında əmələ gəlmiş əmlak hüquqları (mülkiyyət, sahiblik, istifadə, məhdud əşya hüquqları və s.) mövcud olmalıdır. «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Qanunun: -2.1-ci maddəsinə əsasən daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı (bundan sonra - hüquqların dövlət qeydiyyatı) Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. -8.0-cı maddəsinə əsasən daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 8.0.1. qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar. Göründüyü kimi, qanunverici bələdiyyəyə məxsus əmlakın mülkiyyətə verilməsinə dair inzibati aktı daşınmaz əmlaka hüququn dövlət reyestrində qeydə alınması üçün əsas kimi müəyyən etmişdir. Torpaq sahəsinin iddiaçıya ayrıldığı vaxt qüvvədə olan “X16 edilməsi haqqında” Azərbaycan Respublikasının Qanununun aşağıdakı maddələrinə əsasən: -6.1. Bələdiyyə mülkiyyətində olan torpaqlar Azərbaycan Respublikasının torpaq qanunvericiliyinə, "Bələdiyyələrin əraziləri və torpaqları haqqında" Azərbaycan Respublikasının Qanununa və torpaq münasibətlərini tənzimləyən digər normativ hüquqi aktlara uyğun olaraq mülkiyyətə, istifadəyə və icarəyə verilir. - 6.2. Bələdiyyə mülkiyyətində olan torpaqların hər hansı hüquqla hüquqi və fiziki şəxslərə verilməsi bələdiyyələrin qərarı və tərəflər arasında bağlanmış müqavilə əsasında həyata keçirilir. Müqavilədə tərəflərin hüquqları və vəzifələri, torpaq sahəsinin hüquqi statusu, öhdəliklər, servitutlar və digər məhdudiyyətlər, müqaviləyə xitam verilməsinin əsasları və torpaqların istifadəsi və mühafizəsi üzrə başqa şərtlər nəzərdə tutulur. - 6.5 Torpaq sahəsinin mülkiyyətə, istifadəyə və icarəyə verilməsi bələdiyyələrin qərarı ilə sahənin xüsusiyyətinə və torpağın ayrılma məqsədinə, mövcud texniki normalara, habelə yerquruluşu və şəhərsalma sənədlərinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanlarının rəyi (“müvafiq icra hakimiyyəti orqanları”nın səlahiyyətlərini Azərbaycan Respublikasının Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin yerli qurumları və rayon, şəhər icra hakimiyyəti orqanlarının memarlıq xidmətləri (qeyri-kənd təsərrüfatı məqsədləri üçün verilən torpaq sahələrinə dair) həyata keçirirlər) alındıqdan sonra torpaqayırma qaydasında həyata keçirilir. Torpaqayırma sənədlərinin hazırlanması və razılaşdırılması qaydaları Azərbaycan Respublikasının Milli Məclisi tərəfindən təsdiq edilən əsasnamə ilə tənzimlənir. - 6.7. Bələdiyyələr on gün müddətində ərizəyə baxır və Azərbaycan Respublikasının torpaq qanunvericiliyi ilə müəyyən edilmiş qaydada (torpaqayırma sənədləri hazır olduqdan sonra) torpaq sahəsinin verilməsi barədə qərar qəbul edirlər. Həmin qərar torpaq sahəsinin naturada (yerdə) ayrılması və torpaq üzərində hüquqlara dair sənədlərin verilməsi üçün əsasdır. - 9.1. Azərbaycan Respublikasında bələdiyyə torpaqları üzərində mülkiyyət, istifadə və icarə hüquqları bələdiyyələrin qərarı ilə bilavasitə, torpaq hərracları və ya müsabiqələri vasitəsilə satıla bilər. “Bələdiyyə torpaqlarının ayrılmasına dair sənədlərin hazırlanması və razılaşdırılması qaydaları haqqında” Əsasnaməyə (iddiaçıya torpaq sahəsi ayrılan vaxt qüvvədə olan redaksiyası) aşağıdakı bəndlərinə əsasən: - 1. Bələdiyyə mülkiyyətində olan torpaqların mülkiyyət, istifadə və icarə hüququ ilə hüquqi və fiziki şəxslərə verilməsi bələdiyyələrin qərarı və tərəflər arasında bağlanmış müqavilə əsasında həyata keçirilir. - 4. Bələdiyyə torpaqları üzərində mülkiyyət, istifadə və icarə hüquqlarının, habelə bələdiyyə torpaqlarının satışı bələdiyyələrin qərarı ilə bilavasitə, torpaq hərracları və ya müsabiqələri vasitəsilə "X16 edilməsi haqqında" Azərbaycan Respublikası Qanununun 9cu və 10-cu maddələrinə və bu Əsasnaməyə uyğun olaraq həyata keçirilir. - 7. Torpaq sahəsinin mülkiyyətə, istifadəyə və icarəyə verilməsi bələdiyyələrin qərarı ilə sahənin xüsusiyyətinə və torpağın ayrılma məqsədinə, mövcud texniki normalara, habelə yerquruluşu və şəhərsalma sənədlərinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanlarının rəyi alındıqdan sonra torpaqayırma qaydasında həyata keçirilir. - 9. Ümumi istifadədə olan bələdiyyə torpaqlarında əhalinin ictimai tələbatının (ictimai-iaşə, əyləncə, idman və sair) ödənilməsi məqsədi ilə xidmət yerlərinin seçilməsi, mövsümi (dörd ayadək müddətə) xarakter daşıyan obyektlərin yerləşdirilməsi və quraşdırılması bələdiyyələrin qərarı və ya müqavilə əsasında şəhərsalma və memarlıq norma və qaydalarına uyğun olaraq torpaqayırma qaydası tətbiq edilmədən həyata keçirilir. Bu obyektlər ərazinin məqsədli istifadəsinə və ahəngdar fəaliyyətinə maneçilik törətməməlidir. - 18. Müvafiq icra hakimiyyəti orqanı 10 gün müddətində bələdiyyənin və ərizəçinin iştirakı ilə ayrılması nəzərdə tutulan torpaq sahəsinin yerini, habelə torpaq sahəsinin yerləşdiyi zonanı (torpaq sahəsinin normativ qiymətini müəyyən etmək üçün) dəqiqləşdirir. - 19. Ayrılması nəzərdə tutulan torpaq sahəsinin məqsədli təyinatı yaşayış məntəqəsinin baş planına, ərazinin planlaşdırılması və tikintisi layihələrinə uyğun olduğu halda müvafiq icra hakimiyyəti orqanı yerquruluşu işlərini (planalma) aparır və həmin yerin planını (cizgisini) sahənin ölçüsündən asılı olaraq tələb olunan miqyasda (1:500, 1:2000, 1:5000 və ya 1:10000 miqyasında) hazırlayır. - 21. Müvafiq icra hakimiyyəti orqanı (Azərbaycan Respublikasının Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin yerli qurumları) ayrılması nəzərdə tutulan torpaq sahəsinin planını (cizgisini) təsdiq edərək, torpaq sahəsinin normativ qiyməti barədə sənəd ilə birlikdə 10 gün müddətində bələdiyyəyə göndərir. - 22. Bələdiyyə müvafiq icra hakimiyyəti orqanından daxil olmuş sənədlərə baxaraq 5 gün müddətində torpaq sahəsinin mülkiyyətə, istifadəyə və ya icarəyə ayrılması barədə (torpaq sahəsi mülkiyyətə verildiyi halda dəyəri ödənildikdən sonra) qərar qəbul edir. -23. Torpaq sahəsinin mülkiyyətə, istifadəyə və ya icarəyə verilməsi barədə bələdiyyənin qərarından sonra həmin sahənin sərhədləri yerdə (naturada) yerquruluşu qaydasında müəyyən edilir. Hazırkı iş üzrə iddiaçının iddia etdiyi torpaq sahəsinə dair inzibati aktıhüquqmüəyyənedici sənədi X11 torpaq sahəsinin ayrılması barədə Binəqədi rayon Binəqədi rayonu Binəqədi Bələdiyyəsinin 20 avqust 2007-ci il tarixli 195 saylı qərarıdır. Sözügedən qərardan müəyyən olunur ki, mübahisəli torpaq sahəsi ilkin olaraq X18 Binəqədi rayonu Binəqədi Bələdiyyəsinin xx.xx.2004-cü il tarixli 99 saylı qərarı ilə ayrılmış, daha sonra həmin torpaq sahəsinin adıçəkilən 20 avqust 2007-ci il tarixli 195 saylı qərarı ilə X11 ayrılması qərara alınmışdır. X27 Bakı Filialının məhkəmə sorğusu ilə təqdim edilmiş sənədlərdə Bakı şəhəri Binəqədi Rayonu Binəqədi Bələdiyyəsinin 25 iyun 2004-cü il tarixli, 99 nömrəli qərarı dövlət arxivində olsa da həmin qərar X3 torpaq sahəsinin ayrılması barədə deyil, tamamilə başqa bir vətəndaşa və fərqli ərazidə sahibkarlıq fəaliyyətilə məşğul olmaq üçün torpaq sahəsinin icarəyə verilməsi barədədir. Beləliklə, iddiaçı tərəfin təqdim etdiyi bələdiyyə qərarında istinad olunan ilkin torpaqayırma sənədi- X18 torpaq sahəsinin ayrılması hüquqmüəyyənedici sənədin mövcudluğu öz təsdiqini tapmamışdır. Digər tərəfdən təqdim olunan “Binəqədi Rayonu Binəqədi Bələdiyyəsinin mülkiyyətində olan torpaq sahəsinin alqı-satqı yolu ilə mülkiyyətə verilməsi haqqında” 20 avqust 2007-ci il tarixli 124 saylı müqaviləsində istinad olunan bələdiyyə qərarı M.Şahverdiyevə torpaq sahəsinin ayrılması barədə Bakı şəhəri Binəqədi Rayonu Binəqədi Bələdiyyəsinin 20 avqust 2004-cü il tarixli, 124 nömrəli qərarı deyil, 16 avqust 2007-ci il tarixli qərarıdır. Yuxarıda sadalanan hüquq münasibətlərinin yarandığı dövr qüvvədə olan normalardan müəyyən olunur ki, xx.xx.2007-ci il tarixdə bələdiyyə torpaq sahəsi ayırması üçün: 1.torpaq sahəsi ilə bağlı Azərbaycan Respublikasının Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin yerli qurumlarının və rayon, şəhər icra hakimiyyəti orqanlarının memarlıq xidmətlərinin (qeyri-kənd təsərrüfatı məqsədləri üçün verilən torpaq sahələrinə dair) rəyini əldə edir;
2. Azərbaycan Respublikasının Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin yerli qurumu həmin torpaq sahəsinin planını (cizgisini) təsdiq edir və torpaq sahəsinin normativ qiymətini müəyyən edir və həmin sənədləri bələdiyyəyə təqdim edir;
3. həmin sənədlər bələdiyyəyə daxil olduqdan sonra torpaq sahəsinin şəxsin mülkiyyətinə verilməsi ilə bağlı qərar qəbul edir.
4. şəxslə bələdiyyə arasında torpaq sahəsinin alqı-satqısına dair müqavilə bağlanır. Hazırkı iş üzrə M.Şahverdiyevə torpaq sahəsi ayrılarkən həmin dövrdə qüvvədə olmuş qanunvericiliklə tələb olunan normalara əməl etməmiş, DTXK tərəfindən təsdiq edilmiş torpaq sahəsinin alqı-satqı aktı və Memarlıq və Şəhərsalma Baş İdarəsinin rəyi alınmamışdır. Eyni zamanda hazırkı iş üzrə naturada göstərilən mübahisəli torpaq sahəsinin mülkiyyət formasına gəlincə məhkəmə aşağıdakıları qeyd edir. Məhkəmənin sorğusuna cavab olaraq Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2023-cü il tarixli, **********71 nömrəli cavabında qeyd edilmişdir ki, vahid elektron kadastr baza məlumatlarına əsasən koordinatlarla verilmiş sahə dövlət mülkiyyəti torpağıdır. Sahənin Bələdiyyə ərazisi olması barədə məlumat aşkar edilməmişdir. Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2023-cü il tarixli 10/7589 nömrəli rəyində qeyd edilmişdir ki, Bakı şəhəri, Binəqədi rayonu Binəqədi bələdiyyəsinin xx.xx.2007-ci il tarixli, 195 nömrəli qərarı ilə X2 fəaliyyəti ilə məşğul olmaq üçün ayrılmış, Bakı şəhəri, 8 mkr., C.Xəndan küçəsi, “Bakı” ticarət mərkəzinin yanında olan 300 kvm. torpaq sahəsinin Binəqədi rayonu, Binəqədi bələdiyyəsinə ayrılmış torpaq sahəsinin hüdudları daxilində yerləşdiyi müəyyən edilir. Göründüyü kimi cavabdeh mübahisəli torpaq sahəsinin dövlət mülkiyyəti torpağı olduğunu bildirsə də, ekspert tərəfindən tərtib edilmiş rəydə həmin torpaq sahəsinin bələdiyyə torpağına aid olduğu qeyd edilmişdir. Məhkəmə qeyd edir ki, “Dövlət torpaq kadastrı, torpaqların monitorinqi və yerquruluşu haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə əsasən dövlət torpaq kadastrı — torpaq istifadəçiliyinin dövlət qeydiyyatı, torpaqların kəmiyyət və keyfiyyətcə uçotu, bonitirovkası və iqtisadi qiymətləndirilməsi üzrə məlumatların məcmusudur. Həmin Qanunun 6-cı maddəsinə əsasən dövlət torpaq kadastrına aşağıdakı məlumatlar daxildir: torpaq sahələrinin hüquqi statusu; torpaq üzərində mülkiyyət, istifadə və icarə hüququ; torpaq sahələrinin kəmiyyət və keyfiyyət göstəriciləri; torpaqların bonitirovkası və iqtisadi qiymətləndirilməsi; torpaqların istifadəsi və mühafizəsi ilə əlaqədar qanunvericiliklə müəyyən olunmuş digər məlumatlar. Torpaq mülkiyyətçiləri, istifadəçiləri və icarəçiləri tərəfindən dövlət torpaq kadastrına daxil edilməli məlumatların torpaq-kadastr işlərini aparan müvafiq icra hakimiyyəti orqanına (Əmlak Məsələləri Dövlət Xidməti qismində Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi) təqdim edilməsi məcburidir. Dövlət torpaq kadastrının məlumatları dövlət orqanlarının, bələdiyyələrin və məhkəmələrin qərar qəbul etməsi üçün əsasdır. Həmin Qanunun 7-ci maddəsinə görə dövlət torpaq kadastrı məlumatlarının qeydiyyatı torpaqların hüquqi statusunun, rejiminin, kəmiyyət və keyfiyyət göstəricilərinin uçotunu aparmaq və torpaq münasibətlərinin tənzimlənməsinə nəzarət etmək məqsədilə həyata keçirilir. Dövlət torpaq kadastrı məlumatlarının qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı (Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi) tərəfindən müəyyən edilmiş qaydada vahid sistem üzrə aparılır. Dövlət torpaq kadastrının məlumatları Azərbaycan Respublikasının torpaq qanunvericiliyində nəzərdə tutulmuş qaydada dövlət torpaq reyestrində qeydiyyata alınır. Göründüyü kimi, torpaqların hüquqi statusu dövlət torpaq kadastrına daxil edilən məlumatlardan biridir və həmin məlumatlar cavabdehin tabe olduğu təşkilat tərəfindən həyata keçirilir. Beləliklə, dövlət torpaq kadastrının məlumatlarının həqiqətə uyğunluğu kadastrı aparan orqanın məlumatına əsasən müəyyən edilməlidir. Belə ki, qanun birbaşa təsbit etmişdir ki, dövlət torpaq kadastrının məlumatları dövlət orqanlarının, bələdiyyələrin və məhkəmələrin qərar qəbul etməsi üçün əsasdır. Həmçinin, Azərbaycan Respublikası Prezidentinin 2010-cu il 24 may tarixli, 271 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Bələdiyyələrin Dövlət reyestrinə daxil edilən bələdiyyələrin xəritələrinin hazırlanması Qaydası”nın 7-ci hissəsinə əsasən Azərbaycan Respublikasının 2009-cu il 29 dekabr tarixli, 936-İİİQ nömrəli Qanunu ilə təsdiq edilmiş “Bələdiyyələrin Dövlət reyestrinin aparılması və onlara şəhadətnamənin verilməsi haqqında Əsasnamə”nin 3.4.5-ci bəndinə əsasən bələdiyyələrin hüdudlarındakı torpaqların torpaq sahəsi kimi dövlət torpaq kadastrı məlumatlarının dürüstləşdirilməsi (dəqiqləşdirilməsi) Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən aparılır (bənd 7.1). Bələdiyyələrin Dövlət reyestrinə daxil edilmiş bələdiyyələrin xəritələrində onların ərazisi (o cümlədən, sərhədləri, döngə nöqtələri və onların koordinatları) barədə məlumatlar dövlət torpaq kadastrının aparılması üçün əsas götürülür (bənd 7.2). Buna görə də məhkəmə hesab edir ki, hazırkı halda mübahisəli torpaq sahəsinin dövlət və ya bələdiyyə torpağına aid olması müəyyən edilərkən Məhkəmə Ekspertizası Mərkəzinin 13 fevral 2023-cü il tarixli, 10/7589 nömrəli ekspert rəyi deyil, dövlət torpaq kadastrını həyata keçirən orqanın tabe təşkilatı olan Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin məlumatı əsas götürülməlidir. Məhkəmə bu qənaətə həm də o halı nəzərə alır ki, ekspert rəyində X11 ayrılmış Bakı şəhəri, 8 mkr., C.Xəndan küçəsi, “Bakı” ticarət mərkəzinin yanında olan 300 kvm. torpaq sahəsinin Binəqədi rayonu, Binəqədi bələdiyyəsinə ayrılmış torpaq sahəsinin hüdudları daxilində yerləşdiyi müəyyən edilərkən ekspert Bakı şəhər İcra Hakimiyyəti Başçısının xx.xx.2000-ci il tarixli 809 saylı sərəncamında və həmin sərəncamın xx.xx.2000-ci il tarixdə Memarlıq və Şəhərsalma Baş İdarəsi tərəfindən təsdiq edilmiş əlavəsində qeyd olunanları, eyni zamanda baxış zamanı təqdim olunmuş bələdiyyə xəritəsi məlumatlarını əsas götürmüşdür. Halbuki, rəydə ekspert tədqiqat zamanı naturada göstərilən torpaq sahəsinin koordinatları müəyyən edilməmiş, rəydə istinad olunan Bakı şəhər İcra Hakimiyyəti Başçısının xx.xx.2000-ci il tarixli 809 saylı sərəncamında və həmin sərəncamın xx.xx.2000-ci il tarixdə Memarlıq və Şəhərsalma Baş İdarəsi tərəfindən təsdiq edilmiş əlavəsində və baxış zamanı təqdim olunmuş bələdiyyə xəritəsində göstərilən torpaq sahəsinin yerləşmə koordinatları müəyyən edilməmiş, iddiaçı tərəfindən göstərilən torpaq sahəsinin yerləşdiyi koordinatlarının Bakı şəhər İcra Hakimiyyəti Başçısının xx.xx.2000-ci il tarixli 809 saylı sərəncamında və həmin sərəncamın xx.xx.2000-ci il tarixdə Memarlıq və Şəhərsalma Baş İdarəsi tərəfindən təsdiq edilmiş əlavəsində və baxış zamanı təqdim olunmuş bələdiyyə xəritəsində göstərilən torpaq sahəsinin koordinatları daxilində yerləşdiyi müəyyən edilməmişdir. Göründüyü kimi, ekspert rəyində istinad edilən ayrıc göstəricilərinin mötəbər olması iş materialları ilə öz təsdiqini tapmamışdır. Bundan əlavə məhkəmə sorğusu ilə əldə edilmiş iddiaçı tərəfindən naturada göstərilən torpaq sahəsinin ətrafında qeydiyyatdan keçmiş qonşu daşınmaz əmlaklara dair hüquqmüəyyənedici sənədlərdən görünür ki, qonşu torpaq sahələri və üzərində yerləşən daşınmaz əmlaklar dövlət mülkiyyətində olmuş, Əmlak Məsələləri Dövlət Xidmətinin müvafiq sərəncamı və şəhadətnamələri ilə fiziki şəxslərin adlarına özəlləşmişdir. Başqa sözlə, bələdiyyə qərarı ilə ayrıldığı iddia edilən iddiaçının göstərdiyi torpaq sahələrinin bələdiyyəyə aid torpaq sahəsi olmadığından bələdiyyə qərarları ilə deyil, dövlət mülkiyyətində olmaqla müvafiq icra hakimiyyəti orqanlarının torpaqayırma sənədləri əsasında qeydiyyatdan keçdiyi müəyyən olunmuşdur. Beləliklə, göstərilənlərə əsasən, məhkəmə hesab edir ki, mübahisəli torpaq sahəsinin Binəqədi bələdiyyəsinə aid olması müəyyən edilmədiyindən aydın olur ki, onun müvafiq torpaq ayrıma səlahiyyəti olmamışdır. Bundan əlavə iddiaçı tərəfindən iddia olunan torpaq sahəsinin elektron kadastr məlumatına əsasən dövlət mülkiyyətində olmaqla yaşayış binasının yaxınlığında, yol kənarı yaşıllıq ərazisində yerləşdiyi müəyyən olunmuşdur. Başqa sözlə, qeyd edilən hal iddia olunan torpaq sahəsinin ümumi istifadədə olan torpaq sahəsi olması barədə nəticəyə gəlməyə də əsas verir. Cavabdehin xx.xx.2023-cü il tarixli məktubu ilə təqdim edilmiş torpaq sahəsinin ortofoto görüntüsündən də görünür ki, mübahisəli torpaq sahəsi yaşayış binası yaxınlığında, yol kənarında, yaşıllıq zolağında yerləşir. “X16 edilməsi haqqında” Qanunun aşağıdakı maddələrinə əsasən: -7.2. Ümumi istifadədə olan küçələrin, meydanların, bələdiyyə yollarının və təsərrüfatdaxili yolların, parkların, meşə parkların, bulvarların, çimərliklərin, sahillərin, keçidlərin, sututarların, stadionların, idman meydançalarının və qəbiristanlıqların altındakı torpaqlar, tarlaqoruyucu meşə zolaqlarının, yerli əhəmiyyətli su təsərrüfatı obyektlərinin, hidrotexniki qurğuların, ümumi istifadədə olan yerli əhəmiyyətli obyekt və qurğuların yerləşdiyi torpaqlar, əhalinin mal-qarası üçün istifadə olunan örüş sahələrinin torpaqları, habelə hüquqi və fiziki şəxslərin istifadəsində və icarəsində olan bələdiyyələrin kənd təsərrüfatı təyinatlı, eləcə də meşə və su fondu torpaqları xüsusi mülkiyyətə verilə bilməz. - 11.3. Bələdiyyə mülkiyyətində olan bütün torpaqlar qanunvericiliklə müəyyən edilmiş qaydada icarəyə verilə bilər. -11.8. Ümumi istifadədə olan bələdiyyə torpaqlarında yerləşən meydan, küçə, keçid, yol kənarı, sahil, park, meşə-park, xiyaban, çimərlik və əhalinin ictimai tələbatının ödənilməsinə xidmət edən digər yerlərdə sahibkarlıq fəaliyyətini həyata keçirmək məqsədilə ticarət, məişət, ictimai-iaşə, əyləncə, idman obyektlərinin və digər zəruri tikililərin müvəqqəti quraşdırılması üçün sahələr hüquqi və fiziki şəxslərin icarəsinə bələdiyyələr tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada qısa müddətə verilir. Belə məqsədlər üçün icarəyə verilən sahələrin ölçüsü layihə sənədlərində nəzərdə tutulan ölçüdən çox ola bilməz. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 59.2-ci maddəsinə əsasən ümumi istifadədə olan torpaqlarda yerləşən meydan, küçə, keçid, yol kənarı, sahil, park, meşəpark, xiyaban, bulvar, çimərlik və əhalinin ictimai tələbatının ödənilməsinə xidmət edən digər yerlərdə sahibkarlıq fəaliyyətini həyata keçirmək məqsədilə ticarət, məişət, ictimaiiaşə obyektlərinin və digər zəruri tikililərin müvəqqəti inşası üçün sahələr bələdiyyə torpaqları haqqında qanunvericiliyə uyğun olaraq, hüquqi və fiziki şəxslərin icarəsinə verilir. Sadalanan normalardan görünür ki, mənfəət əldə etmək, sahibkarlıq məqsədilə, eləcə də ümumi istifadədə olan ərazidə yerləşən torpaq sahələri bələdiyyə tərəfindən yalnız fiziki və hüquqi şəxslərin icarəsinə verilə bilər, həmin torpaq sahələrinin xüsusi mülkiyyətə ayrılması birbaşa qanunla qadağan edilir. Belə olan halda müəyyən olunur ki, Binəqədi bələdiyyəsi ona ayrılmış ərazi olduğunu hesab etdiyi ümumi istifadədə olan mübahisəli torpaq sahəsini sahibkarlıq fəaliyyətilə məşğul olmaq üçün icarəyə verə biləcəyi halda, eyni məqsədlə ümumi istifadədə olan torpaq sahəsini mərhum M.Şahverdiyevin xüsusi mülkiyyətinə ayırmışdır. Beləliklə, iddiaçının hüquqmüəyyənedici əsas qismində təqdim etdiyi sənəd qanunvericiliyin tələblərinə uyğun olmadığından məhkəmə hesab edir ki, həmin sənədə əsasən daşınmaz əmlaka hüququn qeydiyyatı aparıla bilməz. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 15.1-ci maddəsinə görə hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu Qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; bu Qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. İnzibati Prosessual Məcəllənin 14.3-cü maddəsinə əsasən inzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. Hazırkı iddia tələbi məcburetmə haqqında iddialara deyil, öhdəliyin icrası haqqında iddialara aid olsa da cavabdehin imtinası onun hərəkətsizliyində ifadə olunmuşdur. Bu isə mahiyyət etibarilə inzibati aktın qəbulundan imtina edilən zaman göstərilən hərəkətsizliyə bərabərdir. Beləliklə, məcburetmə haqqında iddialarda olduğu kimi öhdəliyin icrası haqqında iddialar üzrə də həmin öhdəliyin icra edilməli olmasını zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının, belə öhdəliyin icrasını istisna edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi isə cavabdehin üzərinə düşür ki, hazırkı halda iddiaçı iddia tələbinin əsaslılığını sübuta yetirə bilməmişdir. İnzibati Prosessual Məcəllənin 68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Həmin Məcəllənin 85.1-ci maddəsinə əsasən şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. Beləliklə, məhkəmə hesab edir ki, iddia tələbi əsassız olduğundan təmin edilməməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 75 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə
Qərara aldı:
İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “hüququn məxsus olması barədə arayışın verilməsi” tələbinə dair iddiası təmin edilməsin. Qərardan təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540cı məhəllə) şikayət verilə bilər.
Hakim Aygün Əhədova