Məhkəmə qərarları › İş №2-1(112)-2022/2021

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-2022/2021

26.01.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-2022/2021 26.01.2021 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ İş № 2-1(112)-2022/2020 AZƏRBAYCAN RESPUBLİKASİ ADİNDAN QƏRAR Azərbaycan Respublikası Bakı İnzibati Məhkəməsi xx xxxxxx 2021-ci il Bakı şəhəri Hakim Mədətli Fərid İlham oğlunun sədrliyi, Məhkəmə iclas katibi Əliyev Teymur Budaq oğlunun katibliyi, İddiaçı (ünvan 1 ünvanda qeydiyyatda olan), Cavabdehin nümayəndəsi X1 (Beyləqan şəhəri, Füzuli küçəsi, ev 96 ünvanda qeydiyyatda olan),iştirakları ilə İddiaçınun cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə qarşı əmrin ləğv edilməsi tələbi barədə inzibati mübahisəyə dair işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) şifahi, açıq məhkəmə baxışı iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 30 aprel **********7 nömrəli əmrin iddiaçıya aid olan hissədə ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdeh Əmək və Əhalinin Sosial aprel 2020-ci il tarixli, **********7 nömrəli əmri ilə barəsində intizam tənbehi tədbiri kimi töhmət verilmişdir. Cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin xx xxxxx 2020-ci il tarixli, **********7 nömrəli əmri ilə razı deyil və hesab edir ki, əmr qanunsuz və əsassız olduğundan ona aid olan hissədə ləğv edilməlidir. Bildirir ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin xx xxxxx 2020-ci il tarixli, **********7 nömrəli əmrinin ləğv olunması ilə bağlı Bakı İnzibati Məhkəməsinə xx xxx 2020-ci il tarixində müraciət etmişdir. Cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə qarşı iddia tələbi xx xxxxx 2020-ci il tarixli, **********7 nömrəli əmrlə barəsində verilmiş intizam tənbehi tədbiri, töhməti ləğv və ya həmin əmrin ona aid olan hissədə ləğv edilməsi və qanunsuz olaraq ƏƏSMN-nin müvafiq qurumları tərəfindən ləğv edilmiş İİ qrup əlilliyinin bərpa edilməsi barədə olmuşdur. Lakin sonradan əldə etdiyi sübutlardan ona məlum olmuşdur ki, İİ qrup əlilliyi Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidməti tərəfindən ləğv edilmiş və ona İİİ dərəcə əlillik təyin edilmişdir. Bildirir ki, o 20 ildir Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Dövlət Əmək Müfəttişliyi Xidmətində baş məsləhətçi vəzifəsində işləyir. İşlədiyi müddət ərzində əmək funksiyalarını lazımınca yerinə yetirmiş və nöqsansız olaraq xidmət etmişdir. Lakin son zamanlar Nazirliyin bir sıra vəzifəli şəxsləri ona qarşı qərəzli mövqe nümayiş etdirirlər. Belə ki, o İ qrup Qarabağ Müharibəsi əlili olan həyat yoldaşı Rəhimov Mehdinin mənzillə təmin olunması barədə Yasamal Rayon İcra Hakimiyyətinin rəyini Nazirliyə təqdim etmişdir. Əlavə olaraq bildirmişdir ki, o, indiyə qədər əlilliyi ilə əlaqədar heç bir imtiyazlardan istifadə etməmişdir və bu materialları Nazirliyə təqdim etmişdir. Lakin Nazirlikdə tələbi təmin edilməmiş və həmin vaxtdan ona qarşı qərəzli münasibət göstərməyə başlanmışdır. Bundan sonra 2018 və 2019-cu ildə kadrlar şöbəsinin İnsan Resursları və Dövlət Qulluğu Şöbəsinin müdiri Bayramova Nərminə iki dəfə müraciət edərək, onu digər vəzifəyə keçirilməsini, bir il də işləyərək sonra işdən çıxmağını xahiş etmişdir. Çünki onun işlədiyi sahə ağır, zərərli və gərgin iş sahəsidir. Yeganə mütəxəssis olaraq həmin şöbədə o qalmışdır. Həmçinin o həm xəstə, həm də ikinci qrup əlildir, tabeçiliyndə olduğu rəhbər ona qarşı ədalətiz davranış nümayiş etdirdiyi üçün işləmək istəmir. Sonuncu dəfə Nərmin xanımın qəbulunda olanda o bildirmişdir ki, əgər vəzifəsi dəyişdirilmirsə, o ərizə yazıb işdən çıxmaq istəyir. Ona daxili müsahibə yolu ilə vəzifənin dəyişdiriləcəyi bildirilmişdir. Lakin heç bir nəticə olmamışdır. Pandemiya dövründə aprel ayının 30-na kimi o işə getmişdir. Aprel ayının 30-da ona töhmət verilməsi barədə əmr göndərilmişdir. May ayının 8-nə kimi bütün lazımi yerlərdə olmuş və nöqsansız xidmət etməsi, ona töhmət verilməsi ilə razılaşmadığını bildirmiş və s... .Göstərilənlərə əsasən iddiaçı hesab edir ki, cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin xx xxxxx 2020-ci il tarixli, **********7 nömrəli əmri ilə razı deyil və əmr qanunsuz və əsassız olduğundan ona aid olan hissədə ləğv edilməlidir. Cavabdeh iddiaya dair yazılı etirazını məhkəməyə ünvanlayaraq iddianın rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Etiraza görə, iddiaçı iddia ərizəsində cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin xx xxxxx 2020-ci il tarixli **********7 nömrəli əmrinin ona aid olan hissədə ləğv edilməsi barədə müvafiq qərar verilməsini Məhkəmədən xahiş etmişdir. Cavabdeh hesab edir ki, iddia ərizəsində göstərilən tələblər əsassızdır və Məhkəmə tərəfindən iddia təmin edilməməlidir. Belə ki, İddiaçı barəsində xx xxxxx 2020-ci il tarixdə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 186-cı maddəsinin 2-ci hissəsinin “a” bəndinə, “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanununun 25.2.1-ci maddəsinə əsasən intizam tənbeh tədbiri tətbiq edilmişdir. İddiaçı barəsində intizam tənbeh tədbirinin tətbiq edilməsinə əsas Nazirliyin Aparatının Daxili nəzarət və audit şöbəsinin xx xxxxx 2020-ci il tarixli **********7 nömrəli yazılı məruzəsi olmuşdur. Məruzədə göstərilir ki, "Nazirliyin Aparatının Əlillik siyasəti şöbəsinin sorğusu əsasında E- xidmətlər və innovasiyalar şöbəsi tərəfindən təqdim edilmiş siyahıya əsasən Nazirliyin strukturuna daxil olan və tabeliyində olan qurumların yerli bölmələrinin əlilliyə görə pensiya aldıqları müəyyən edilmişdir. Belə ki, Nazirlik yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidməti tərəfindən verilmiş məlumata əsasən Nazirliyin strukturuna daxil olan və tabeliyində olan qurumların yerli bölmələrinin əməkdaşlarının əlillik vəziyyətlərinin vaxtından əvvəl təkrar qiymətləndirilməsi zərurəti yarandığından, həmin şəxslərdən növbəti 155 nəfər dəvət olunmuş və 105 nəfəri əyani müayinəyə gəlmişdir.Əyani müayinəyə gələn şəxslərdən hissəvi reabilitasiya olunaraq 15 nəfərin əlillik dərəcəsi 2-ci dərəcədən 3-cü dərəcəyə dəyişdirilmiş, 33 nəfərin əlilliyinin düzgünlüyü öz təsdiqini tapmış, 26 nəfər əlavə müayinə olunmaq üçün səhiyyə müəssisənə göndərilmiş, 27 nəfərin cari tərixə tam reabilitasia olunması səbəbindən, eləcədə 4 nəfərin Nazirliyə müraciəti əsasında əlillik dərəcəsinin ləğvi barədə qərar qəbul edilmiş və müvafiq protokollarla rəsmiləşdirilmişdir. Həmçinin bildirirlər ki, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin keçirdiyi sosial islahatlar çərçivəsində şəffaflığın artırılması, yol verilmiş hüquqpozma hallarının aradan qaldırılması məqsədilə həyata keçirilən tədbirlər çərçivəsində Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 2020-ci il 16 yanvar tarixli 11 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi Qaydasının 3.7-ci bəndinə əsasən əyani müayinə olunmaları və əlillik vəziyyəti vaxtından əvvəl təkrar qiymətləndirilməsi üçün Nazirliyin sistemində çalışan 459 əməkdaş Dövlət Tibbi-Sosial Ekspertiza Xidmətinə dəvət olunmuş, müayinə zamanı 196 nəfərin əlillik vəziyyəti öz təsdiqini tapmış, qalan şəxslər barəsində müayinənin nəticələrindən aslı müxtəlif intizam tənbeh tədbirləri görülmüşdür. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin xx xxxxxx 2020 tarixli 11 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi Qaydasının 3.7ci bəndinə əsasən Əlilliyin qiymətləndirilməsi barədə TSEK-in qərarının düzgünlüyünü şübhə altına alan əsaslı sübutlar təqdim edildiyi hallarda, Xidmət əlilliyi müəyyən edilmiş şəxsi əyani müayinəyə cəlb edir. Müayinənin nəticələrinə əsasən TSEK-in qəbul etdiyi qərarın qüvvədə saxlanılması, dəyişdirilməsi və ya ləğvi barədə qərar qəbul edir və həmin gün ərzində alt sistemə daxil edir. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin yoxlaması əsasında İddiaçı əlillik vəziyyətinin Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanımda Dövlət Tibbi Sosial və Ekspertiza və Reabilitasiya Xidmətində yaradılmış Komissiya tərəfindən təkrar qiymətləndirilmişdir. Aparılmış müayinələrin nəticələri barədə **********0 saylı protokol tərtib edilmiş, xəstənin hazırkı vəziyyətinin üçüncü dərəcəyə uyğun gəldiyini nəzərə alaraq müddətsiz üçüncü dərəcə əlilliyin təyini barədə qərar verilmişdir. “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanununun 25.2-ci maddəsinə əsasən dövlət qulluqçusu bu Qanunun 18-ci, 20-ci və ya 25.11 -ci maddələrində nəzərdə tutulmuş tələbləri pozduqda, onun barəsində aşağıdakı intizam tənbeh tədbirlərindən biri tətbiq edilə bilər: töhmət; bir il müddətinədək vəzifə maaşının 5 faizindən 30 faizinədək azaldılması; həmin təsnifatdan olan, lakin vəzifə maaşı aşağı olan vəzifəyə keçirilməsi; daha aşağı təsnifatdan olan vəzifəyə keçirilməsi; ixtisas dərəcəsinin bir pillə aşağı salınması; dövlət qulluğundan azad edilməsi. Həmin Qanunun 18.0.12-ci maddəsinə əsasən etik davranış qaydalarına əməl etmək də dövlət qulluqçularının əsas vəzifələrindəndir. “Dövlət qulluqçularının etik davranış qaydaları haqında” Azərbaycan Respublikası Qanununun 12.1 -ci maddəsinə əsasən dövlət qulluqçusunun qanunsuz olaraq maddi və qeyri-maddi nemətlər, imtiyazlar və ya güzəştlər əldə etməyə yönəlmiş hərəkətlər (hərəkətsizlik) etməsi və ya qərarlar qəbul etməsi qadağandır. Həmin Qanunun 10.1-ci maddəsinə əsasən dövlət qulluqçusu birbaşa və ya yuxarı rəhbərinin qanuna uyğun olan və səlahiyyətləri daxilində qəbul etdiyi yazılı əmri, sərəncamı və ya verdiyi şifahi tapşırıqları yerinə yetirməyə borcludur. Həmin Qanunun 23.1 -ci maddəsinə əsasən etik davranış qaydalarının pozulması dövlət qulluqçusunun intizam məsuliyyətinə cəlb edilməsi üçün əsasdır. “Korrupsiyaya qarşı mübarizə haqqında” Azərbaycan Respublikası Qanununun 2.1.3-cü maddəsinə əsasən inzibati vəzifə tutan dövlət qulluqçuları korrupsiyanın subyektləri hesab olunurlar. Həmin Qanunun 9.3.5-ci maddəsinə əsasən statusundan, təmsil etdiyi orqanın (qurumun) statusundan, vəzifə səlahiyyətlərindən və ya həmin status və səlahiyyətlərdən irəli gələn imkanlardan istifadə etməklə şəxsi maraqlarına aid məsələlərin həllinə təsir etmək vəzifəli şəxslər üçün korrupsiyaya şərait yaradan hüquqpozma hesab edilir. Həmin Qanunun 10.1 -ci maddəsinə əsasən korrupsiya ilə əlaqədar hüquqpozmalar qanunvericiliklə müəyyən edilmiş qaydada intizam, mülki-hüquqi, inzibati və ya cinayət məsuliyyətinə səbəb olur. Şifahi məhkəmə baxışı iclasında iştirak edən iddiaçı iddia ərizəsinə uyğun izahat verərək, məhkəmədən iddianın təmin olunması barədə qərar qəbul edilməsini xahiş etdi. Şifahi məhkəmə baxışı iclasında iştirak edən cavabdehin nümayəndəsi iddiaya dair verilmiş yazılı etiraza uyğun məzmunda izahat verərək iddianın əsassız olduğundan rədd olunmasını xahiş etmiş və əlavə olaraq qeyd etmişdir ki, iddiaçının fəaliyyəti inzibati orqan tərəfindən araşdırılaraq fəaliyyətində müvafiq qanunsuz əməllərə yol verildiyi müəyyən edilmiş və tutduğu vəzifədən azad edilmişdir. Məhkəmə işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, iş materiallarını mövcud maddi və prosessual hüquq normaları ilə qarşılıqlı tədqiq edərək, hesab edir ki, iddia tələbi əsassız olduğundan təmin edilməməlidir. Belə ki, işdə olan - Azərbaycan Respublikası Yasamal RPİ tərəfindən verilmiş xx.xx.2014-cü il tarixli AZE №******** seriyalı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı xx.xx.1961-ci ildə Naxçıvan MR-da şəhərində anadan olmuş, ünvan 3 ünvanda pasport qeydiyyatındadır. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Naziriliyinin **********7 saylı xx xxxxx 2020-ci il tarixli “Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin bir sıra işçiləri barəsində intizam tənbeh tədbirinin tətbiq edilməsi haqqında” əmrin surətindən görünür ki, “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanununun 25.2.1-ci maddəsinə uyğun olaraq öhdəsinə düşən vəzifələri yerinə yetirməyərək etik davranış qaydalarını pozduğuna görə barəsində intizam tədbiri tətbiq edilməklə Nazirliyin Laboratoriyasında baş məsləhətçi vəzifəsində qulluq keçən İddiaçı töhmət verilmişdir . Göründüyü kimi iddiaçı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin xx.xx.2020-ci il tarixli, **********7 nömrəli “Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin bir sıra işçiləri barəsində intizam tənbeh tədbirinin tətbiq edilməsi haqqında” Nazirliyin əmrinin iddiaçıya münasibətdə ləğv edilməsini tələb etməkdədir. Məhkəmə qeyd edir ki, iddiaçının istinad etdiyi hallar mübahisələndirilən əmrin ləğv edilməsi üçün əsas deyildir. Belə ki, “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanunun 25.2-ci maddəsinə əsasən dövlət qulluqçusu bu Qanunun 18-ci, 20-ci və ya 25.11-ci maddələrində nəzərdə tutulmuş tələbləri pozduqda, onun barəsində aşağıdakı intizam tənbeh tədbirlərindən biri tətbiq edilə bilər: 25.2.1. töhmət; 25.2.2. bir il müddətinədək vəzifə maaşının 5 faizindən 30 faizinədək azaldılması; 25.2.3. həmin təsnifatdan olan, lakin vəzifə maaşı aşağı olan vəzifəyə keçirilməsi; 25.2.4. daha aşağı təsnifatdan olan vəzifəyə keçirilməsi; 25.2.5. ixtisas dərəcəsinin bir pillə aşağı salınması; 25.2.6. dövlət qulluğundan azad edilməsi. Həmin Qanunun 25.2.1-25.2.6-cı maddələrində nəzərdə tutulmuş intizam tənbeh tədbirləri dövlət qulluqçusunun qulluq keçdiyi dövlət orqanının rəhbəri tərəfindən, 25.2.1-ci maddəsində nəzərdə tutulmuş intizam tənbeh tədbiri isə, habelə dövlət qulluqçusunun qulluq keçdiyi dövlət orqanının rəhbəri tərəfindən səlahiyyət verilmiş vəzifəli şəxs (şəxslər) tərəfindən tətbiq oluna bilər. Həmin Qanunun 25.11-ci maddəsinə əsasən Dövlət qulluqçusu “Korrupsiyaya qarşı mübarizə haqqında” Azərbaycan Respublikası Qanununun 5.1-ci maddəsində müəyyən edilmiş tələblərə əməl etmədikdə və ya həmin Qanunun 9-cu maddəsində göstərilən hüquqpozmaları törətdikdə (onlar inzibati və ya cinayət məsuliyyəti yaratmadıqda) intizam məsuliyyətinə cəlb olunur. İş materiallarına əlavə edilmiş sənədlərdən, həmçinin məhkəmə araşdırması zamanı cavabdehin məhkəmə iclasında vermiş olduğu izahatdan müəyyən edilmişdir ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidmətində yaradılmış Komissiyanın təkrar qiymətləndirilməsi barədə xx xxxx 2020-ci il tarixli Protokolu tərtib edilmişdir. İş materiallarından görünür ki, Daxili nəzarət və audit şöbəsi tərəfindən Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə xx xxxxx 2020-ci il tarixdə yazılı məruzə ilə müraciət edilmişdir. Məruzədə qeyd olunanlardan müəyyən edilir ki, "Nazirliyin Aparatının Əlillik siyasəti şöbəsinin sorğusu əsasında E- xidmətlər və innovasiyalar şöbəsi tərəfindən təqdim edilmiş siyahıya əsasən Nazirliyin strukturuna daxil olan və tabeliyində olan qurumların yerli bölmələrinin bir sıra əməkdaşları əlilliyə görə pensiya almaqdadırlar. Nazirlik yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidməti tərəfindən verilmiş məlumata əsasən Nazirliyin strukturuna daxil olan və tabeliyində olan qurumların yerli bölmələrinin əməkdaşlarının əlillik vəziyyətlərinin vaxtından əvvəl təkrar qiymətləndirilməsi zərurəti yarandığından, həmin şəxslərdən növbəti 155 nəfər dəvət olunmuş və 105 nəfəri əyani müayinəyə gəlmişdir. Əyani müayinəyə gələn şəxslərdən hissəvi reabilitasiya olunaraq 15 nəfərin əlillik dərəcəsi 2-ci dərəcədən 3-cü dərəcəyə dəyişdirilmiş, 33 nəfərin əlilliyinin düzgünlüyü öz təsdiqini tapmış, 26 nəfər əlavə müayinə olunmaq üçün səhiyyə müəssisənə göndərilmiş, 27 nəfərin cari tarixə tam reabilitasia olunması səbəbindən, eləcədə 4 nəfərin Nazirliyə müraciəti əsasında əlillik dərəcəsinin ləğvi barədə qərar qəbul edilmiş və müvafiq protokollarla rəsmiləşdirilmişdir. Beləliklə işin araşdırılan hallarından həmçinin müəyyən edilir ki, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidmətində yaradılmış Komissiyanın xx xxxx 2020-ci il tarixli təkrar qiymətləndirmə Protokoluna əsasən, İddiaçı əlillik vəziyyəti təkrar qiymətləndirilməsi məqsədilə müayinə edilmiş və müəyyən edilmişdir ki, xx.xx.2020-ci il tarixdə aparılan əyani müayinə zamanı, İddiaçı tibbi sənədlərində qeyd edilmiş (12 b/b xorası,qanaxma ilə. yüngül anemiya, xroniki lesistit. NSD hipertonik tip.) mövcud sağlamlıq vəziyyəti ilə (12 b/b xora xəstəliyi. Qastroduodenit) eynilik təşkil etmir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 30 dekabr tarixli 413 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanların məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə”nin 2.5.17 bəndinə uyğun olaraq, İİİ (üçüncü) dərəcə, əlilliyi təyini üçün əsasdır və məqsədə müvafiqdir. Müayinə sasında İddiaçı xx.xx.2020-ci il tarixdən İİİ (üçüncü) dərəcə əlilliyin təyin edilməsi qərara alınmış və müayinənin nəticəsi alt sistemə daxil edilmişdir. “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanununun 18.0.12-ci maddəsinə əsasən etik davranış qaydalarına əməl etmək dövlət qulluqçularının əsas vəzifələrindən biridir. Göründüyü kimi “Dövlət qulluqçularının etik davranış qaydaları haqqında” Azərbaycan Respublikası Qanununun 12.1-ci maddəsinə əsasən dövlət qulluqçusunun qanunsuz olaraq maddi və qeyri-maddi nemətlər, imtiyazlar və ya güzəştlər əldə etməyə yönəlmiş hərəkətlər (hərəkətsizlik) etməsi və ya qərarlar qəbul etməsi qadağandır. Həmin Qanunun 10.1-ci maddəsinə əsasən dövlət qulluqçusu birbaşa və ya yuxarı rəhbərinin qanuna uyğun olan və səlahiyyətləri daxilində qəbul etdiyi yazılı əmri, sərəncamı və ya verdiyi şifahi tapşırıqları yerinə yetirməyə borcludur. Həmin Qanunun 23.1-ci maddəsinə əsasən etik davranış qaydalarının pozulması dövlət qulluqçusunun intizam məsuliyyətinə cəlb edilməsi üçün əsasdır. Məhkəmə sözügedən Qanunun tələbini hazırkı münasibətlərə tətbiq etməklə hesab edir ki, inzibati orqanın tabelliyində olan müvafiq komissiya tərəfindən iddiaçının əlillik vəziyyətinin müəyyən edilməsi məqsədilə ətraflı müayinə aparılaraq ona İİİ dərəcəli əlillik təyin edildiyindən İddiaçı barəsində verilən qərar qanuni və əsaslı olmuşdur. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddia tələbinin əsası kimi istinad edilən hallar iş materialları ilə sübut edilmədiyindən, bundan fərqli olaraq isə hazırkı iş üzrə mübahisələndirilən iddiaçı barəsində cavabdeh tərəfindən qəbul edilmiş əmrin qanunauyğunluğu məhkəmə araşdırması ilə sübut edildiyindən, əmrin ləğv edilməsinə əsaslar olmadığından məhkəmə hesab edir ki, iddia tələbi əsassız olduğundan rədd edilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.1-ci maddəsinə əsasən şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 32.1-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. Mübahisələndirmə haqqında iddia mübahisə edilən inzibati aktın icra olunması nəticəsində meydana gəlmiş nəticələrin aradan qaldırılması tələbini özündə əks etdirən əlavə ərizə ilə birlikdə də qaldırıla bilər. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 58.1-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 2, 32, 52, 58, 68-69, 75.4, 81 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddia rədd edilsin. Qərardan məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində tərəflər Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi 540-cı məhəllə) apelyasiya şikayəti verə bilərlər. Qərardan apelyasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Fərid Mədətli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar