Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-2024/2020 20.05.2020 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ X13 Oruczadənin sədrliyi, Məhkəmə iclas katibi Cəfərova Yasəmən Fərman qızının katibliyi, İddiaçının nümayəndəsi və vəkili X7 iştirakı ilə, İddiaçı cavabdeh Bakı şəhəri Cavabdehnə qarşı “ata adının dəyişdirilməsi” barədə inzibati mübahisəyə dair işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) şifahi, açıq məhkəmə baxış iclasında baxaraq, Məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Bakı şəhəri Cavabdehnə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ata adının “Fikrət” kimi dəyişdirilməsi öhdəliyinin Bakı şəhəri Cavabdeh üzərinə vəzifə kimi qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırılmışdır ki, iddiaçının atası onu körpə vaxtından ataraq çıxıb getmişdir. Nə iddiaçının, nə də ailəsinin qayğısına qalmış və nə də onlarla marağlanmamışdır. Həmin vaxtdan bu günə qədər onunla heç bir əlaqə olmamış və onun haqqında heç bir məlumat məlum deyildir. Lakin həyatda iddiaçıya ata kimi dəstək olmuş mənəvi atası kimi qəbul etdiyi bir şəxs var. Fiziki atanın iddiaçını körpə olaraq atıb getməsi və ailəsi ilə maraqlanmaması səbəbindən iddiaçı onun adının üzərində qalmasını istəmir. Çünki hər zaman onun adını xatırlayarkən köhnə və mənfi xatirələr yadına düşür. Bu səbəbdən də iddiaçı, ata adını dəyişərək mənəvi atası olan şəxsin adını qəbul etmək qərarına gəlmişdir. Bu məqsədlə ata adını “Səid”dən “Fikrət”ə dəyişdirmək üçün cavabdehə müraciət etmiş, lakin cavabdeh heç bir əsas olmadan 01.11.2019-cu il tarixl 201№-li məktubu ilə iddiaçıya ata adının dəyişdirilməsindən imtina etmişdir. Həmçinin, cavabdeh bu məsələ ilə bağlı iddiaçıya məhkəməyə müraciət etməyi məsləhət bilmişdir. Hesab olunur ki, cavabdehin bu hərəkəti ilə iddiaçının hüququqları kobud şəkildə pozmuşdur. Belə ki, əvvəla qüvvədə olan normativ hüququ aktların tələblərinə əsasən ata adını dəyişdirmək iddiaçının hüququdur. Hazırda da buna maneə yaradan hər hansı bir əsas cavabdeh tərəfindən müəyyən edilmədiyi halda əsassız olaraq iddiaçıya ata adının dəyişdirilməsindən imtina verilmişdir. Həmçinin, qeyd olunmalıdır ki, cavabdehin imtina məktubunda istinad etdiyi normalardan heç birində ata adının dəyişdirilməsinə qadağa qoyan heç bir norma yoxdur. Qeyd edilənlərə əsasən iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Azərbayan Respublikası İnzibati Prosessual Məcəlləsinin 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəmənin icraatına qəbul olunduqdan sonra İPM-in 47-ci və 49-cu maddələrinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və cavabdehə iddia ərizəsinə münasibət bildirmək üçün sərəncam göndərilmiş, lakin cavabdeh tərəfindən rəsmi qaydada iddia ərizəsinə hər hansı münasibət bildirilməmişdir. Şifahi məhkəmə baxışı ilə bağlı iclasın vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş cavabdeh Bakı şəhəri Cavabdeh nümayəndəsi məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 62-ci maddəsinin tələblərini rəhbər tutaraq, işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. 20 may 2020-ci il tarixə təyin edilmiş şifahi məhkəmə baxışı iclasında iddiaçının nümayəndəsi və vəkili F.Kərimov iddia ərizəsinə uyğun izahat verərək, məhkəmədən iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iddiaçının izahatını dinləyib, iş materiallarını araşdıraraq, mövcud maddi və prosessual hüquq normalarını tədqiq edərək hesab edir ki, iddia təmin edilməməlidir. Belə ki, AA******* nömrəli Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, xx.xx.2000-ci il təvvəlüdlü İddiaçı Azərbaycan Respublikasının vətəndaşıdır. AZ-İV148877 nömrəli dogum haqqında şəhadətnamənin surətindən və 14.11.2000-ci il tarixli 1291 saylı doğum haqqında akt qeydinin təsdiq olunmuş surətindən görünür ki, İddiaçı atası X1, anası X4r. İş materiallarında olan Bakı şəhəri Cavabdeh 01.11.2019-cu il tarixli, 201 saylı məktubun surətindən görünür ki, iddiaçının 31.10.2019-cu il tarixli, 201 saylı ərizəsinə cavab olaraq bildirilmişdir ki, Cavabdeh 10.04.2019-cu il tarixdə 43 saylı adın, soyadın ata adının dəyişdirilməsi haqqında akt qeydinə əsasən iddiaçının soyadının “Hüseynpur Xoşqbari”dən “Hüseynzadə”-yə dəyişdirildiyi, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12.05.2011-ci il tarixli 79 saylı qərarı ilə təsdiq olunmuş “Adın, ata adın və soyadın” verilməsi və dəyişdirilməsi Qaydaları”-nın 6.3-cü bəndinə əsasən növbəti dəfə dəyişdirilməsinə yol verilmədiyi bildirilmiş və müvafiq olaraq iddiaçının məhkəməyə müraciət etməsi tövsiyyə olunmuşdur. Məhkəmə iclasında iddiaçı tərəfindən təqdim olunmuş ərizənin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, X2 Əli Səid oğlunun doğum haqqında şəhadətnaməsində ata qrafasında onun adının qeyd edilməsinə etiraz etməmişdir. Məhkəmə araşdırılması zamanı inzibati orqanlara ünvanlanmış sorğulara cavab məktublarından görünür ki: - Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti Miqrasiya Siyasəti və Hüquqi Təminat Baş İdarəsinin 05.03.2020-ci il tarixli, 02/55 saylı məktubuna əsasən, xx.xx.2000-ci il təvəllüdlü İddiaçı digər ölkələrdən deportasiya olunması barədə Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətində məlumat mövcü deyildir. - Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin 09.03.2020-ci il tarixli, ***-*******0 saylı məktubuna əsasən, xx.xx.2000-ci il təvəllüdlü İddiaçı cinayət təqibi və məhkumluğu barədə DİN-in müvafiq uçotlarında məlumat yoxdur. - Azərbaycan Respublikasının Baş Prokurorluğu 11.03.2020-ci il tarixli, 03/427 saylı məktubuna əsasən, Baş Prokurorluğun Ağır cinayətlərə dair işlər üzrə istintaq idarəsində xx.xx.2000-ci il tarixdə Bakı şəhərində anadan olmuş İddiaçı barəsində cinayət işi yoxdur. - Azərbaycan Respublikası Prokurorluğu Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin 11.03.2020-ci il tarixli, 02/3-1175x101saylı məktubuna əsasən, xx.xx.2000-ci il tarixdə anadan olmuş İddiaçı barəsində Azərbaycan Respublikasının Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində hər hansı cinayət işi üzrə istintaq aparılmamışdır. - Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Pasport Qeydiyyat və Miqrasiya İdarəsinin 08.05.2020-ci il tarixli, 018-4693-1220 saylı məktubuna əsasən, xx.xx.2000ci il təvəllüdlü X3 28.11.2014-cü il tarixdə ona verilmiş “AZE12511264” nömrəli şəxsiyyət vəsiqəsi əsasında 04.05.2015-ci il tarixdə “C00992535” nömrəli ümumvətəndaş pasportu ilə təmin olunmuşdur. Pasport 04.05.2020-ci il tarixədək etibarlıdır. Vətəndaş Ə.Hüseynpur Xoşqbarin soyadında qanunvericiliyə uyğun olaraq edilmiş dəyişiklikdən sonra 19.04.2019-cu il tarixdə ona İddiaçı kimi “AA*******” nömrəli şəxsiyyət vəsiqəsi verilmişdir. İddiaçı beynəlxalq axtarışda olması barədə İnterpolun Baş Katibliyinin “ASF” avtomatlaşdırılmış axtarış sistemi bazasında məlumat yoxdur və vətəndaşların digər ölkələrdən deportasiya edilməsi barədə “Giriş-çıxış və qeydiyyat” İAMAS-da və əməliyyat-sorğu kartotekasında qeydiyyatı aparılmır. İşin faktiki hallarından məlum olur ki, İddiaçı özünün istəyi ilə X5 isə rəsmi notarial kontorunda 07.03.2020-ci ildə verdiyi razılıq ilə öz ata adının dəyişdirilib, “Səid”-dən “Fikrət” olmağına dair Bakı şəhəri Cavabdehnə müraciət etmiş, cavabdeh inzibati orqan isə Azərbaycan Respublikası Ailə Məcəlləsinin 54.1-ci maddəsini əsas gətirərək imtina cavabı vermişdir. İddiaçı həmin imtinanı mübahisələndirir. Məhkəmə ilk öncə qeyd etmək istəyir ki, hazırki iddia tələbinin qanuni əsasını Ailə Məcəlləsi və “Adın, ata adının və soyadın verilməsi və dəyişdirilməsi Qaydaları” təşkil edir. Аzərbаycаn Rеspublikаsı Kоnstitusiyаsının 26-cı mаddəsinin İİ hissəsinə əsаsən dövlət hər kəsin hüquqlаrının və аzаdlıqlаrının müdаfiəsinə təminаt vеrir, 60-cı mаddəsinin İİ hissəsinə görə isə hər kəs dövlət оrqаnlаrının, siyаsi pаrtiyаlаrın, həmkаrlаr ittifаqının və digər ictimаi birliklərin, vəzifəli şəхslərin qərаr və hərəkətlərindən (yахud hərəkətsizliyindən) məhkəməyə şikаyət vеrə bilər. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 46.3-cü maddəsinə əsasən uşaq nikahı olmayan anadan olduqda və atalığın müəyyən olunması barədə valideynlərin birgə ərizəsi və ya məhkəmənin qətnaməsi olmadıqda, doğum haqqında şəhadətnamədə uşağın atasının soyadının əvəzinə ananın soyadı yazılır. Uşağın atasının və babasının adı uşağın anasının göstərişi üzrə yazılır. Həmin Məcəllənin 47.1-ci maddəsinə əsasən, doğum haqqında şəhadətnamədə valideynlər barədə qeyd haqqında mübahisə yalnız məhkəmə yolu ilə, uşağın valideyni qismində yazılmış şəxsin və ya onun həqiqi valideyninin, habelə uşaq yetkinlik yaşına çatandan sonra onun özünün və ya uşağın qəyyumunun, eləcə də məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan hesab edilən valideynin qəyyumunun tələbi ilə açıla bilər. Həmin Məcəllənin 53.2-ci maddəsinə əsasən, uşağa ad valideynlərin razılığı ilə verilir, ata adı atasının adına görə verilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 12 may tarixli 79 nömrəli qərarı ilə təsdiq edilmiş “Adın, ata adının və soyadın verilməsi və dəyişdirilməsi Qaydaları”nın 6.1-cü bəndinə əsasən Azərbaycan Respublikası vətəndaşlarının öz adını, ata adını və soyadını dəyişdirməsinə 18 yaşına çatdıqdan sonra yol verilir. Həmin Qaydanın 6.4-ci bəndinə əsasən ərizə verən şəxsin istəyi ilə ata adı onu tərbiyə etmiş şəxsin razılığı ilə həmin şəxsin adı ilə dəyişdirilir. Həmin Qaydaların 6.5-ci bəndinə müvafiq olaraq ərizə verən şəxs cinayət mühakimə icraatına şübhəli və ya təqsirləndirilən şəxs qismində cəlb edildiyi dövrdə, onun götürülməmiş və ya ödənilməmiş məhkumluğu olduqda, habelə barəsində tibbi xarakterli məcburi tədbirlər tətbiq edilmiş şəxs olduqda adın, ata adının, soyadın dəyişdirilməsinə yol verilmir. Həmin Qaydanın 6.25-ci bəndinə əsasən atanın öz adını dəyişdirməsi qeydə alınarkən, onun yetkinlik yaşına çatmayan uşaqlarının ata adı dəyişdirilir. Yetkinlik yaşına çatanların ata adı yalnız o hallarda dəyişdirilir ki, onların özləri bu barədə müraciət etmiş olsunlar. Həmin Qaydaların 6.27-ci bəndinə görə valideynlərdən birinin və ya hər ikisinin soyadı, yaxud atanın adı dəyişdirildikdə, yetkinlik yaşına çatmış övladın ərizəsi ilə onun soyadı və ata adı dəyişdirilir. Həmin Qaydaların 6.28-ci bəndinə görə valideynlərdən biri və ya hər ikisi adını, ata adını, soyadını dəyişdirdikdə istər yetkinlik yaşına çatmayan, istərsə də yetkinlik yaşına çatmış övladların doğum haqqında akt qeydlərində valideynlər haqqında məlumata dəyişiklik edilir. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, yuxarıda qeyd edilən normativ hüquqi aktda ata adının dəyşdirilməsi üçün müvəqqəti məhdudiyyətlər müəyyən edilmişdir, bunlar: ərizəçinin cinayət mühakimə icraatına şübhəli və ya təqsirləndirilən şəxs qismində cəlb edildiyi dövrdə, onun götürülməmiş və ya ödənilməmiş məhkumluğunun olması, habelə barəsində tibbi xarakterli məcburi tədbirlər tətbiq edilmiş şəxs olmasıdır. Həmçinin, ata adının dəyişdirilməsi yalnız tərbiyə etmiş şəxsin razılığı olduğu halda mümkün hesab edilir. Məhkəmə qüvvədə olan qanunvericiliyin tələblərini rəhbər tutaraq bildirir ki, iddiaçı xx.xx.2000-ci il təvəllüdlü İddiaçı beynəlxalq axtarışda olmaması, cinayət təqibinin, məhkumluğunun olmaması, onu ata adının dəyişməsinə səbəb ola bilməz. Belə ki, qüvvədə olan normativ hüquqi aktda xüsusi ilə vurğulanmışdır ki, ata adının dəyişdirilməsi yalnız tərbiyə etmiş şəxsin razılığı olduğu halda mümkündür. İddiaçı ata adının dəyişməsi ilə bağlı məhkəməyə X5 rəsmi notarial kontorunda 07.03.2020-ci ildə verdiyi razılıq ərizəsini təqdim etməsinə baxmayaraq, həmin şəxsin məhz onu tərbiyə etmiş şəxs olması ilə bağlı mötəbər sübut məhkəməyə təqdim etməmişdir. Məhkəmə belə nəticəyə gələrək qeyd edir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12.05.2011- ci il tarixli 79 saylı qərarı ilə təsdiq edilmiş “Adın, ata adının və soyadın verilməsi və dəyişdirilməsi Qaydaları”nın 6.24-6.28-ci bəndlərində qeyd olunmuş hallar iddiaçıya münasibətdə müəyyən edilmədiyindən iddia tələbi əsaslı hesab oluna bilməz. Belə olan halda Məhkəmə həmçinin, hesab edir ki, cavabdeh orqanın imtinası qanunazidd sayılmamalıdır. İnzibati Prosessual Məcəlləsinin 2.2.2-ci maddəsinə görə inzibati icraat qaydasında inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia) baxılır. Həmin Məcəllənin 33.1-ci maddəsinə əsasən məcburetmə haqqında iddia vasitəsi ilə iddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsini cavabdehin üzərinə qoymağı məhkəmədən tələb edə bilər. Həmin Məcəllənin 33.2-ci maddəsinə əsasən bu Məcəllənin 33.1-ci maddəsində nəzərdə tutulmuş qayda həm iddiaçının arzuladığı inzibati aktın qəbulundan cavabdeh tərəfindən imtina edildiyi hallara, həm də cavabdehin hərəkətsizliyi səbəbindən (hərəkətsizliyə qarşı iddia) inzibati aktın qəbul edilmədiyi hallara şamil olunur. Həmin Məcəllənin 58.7-ci maddəsinə əsasən, sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Həmin Məcəllənin 68.1-ci maddəsinə müvafiq olaraq məhkəmə mübahisə ilə bağlı işüzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə görə, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır Məhkəmə Аzərbаycаn Rеspublikаsının İnzibаti Prоsеssuаl Məcəlləsinin 2-ci, 34-cü, 68ci, 69-cu, 85-ci,10-cu mаddələrini rəhbər tutаrаq, Məhkəmə QƏRARA ALDİ: İddiaçı cavabdeh Bakı şəhəri Cavabdehnə qarşı “ata adının dəyişdirilməsi” tələbinə dair iddiası təmin edilməsin. Qərardan, məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində tərəflər Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verə bilərlər. Qərardan apellyasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Aytən Oruczadə
Məhkəmə qərarları › İş №2-1(112)-2024/2020
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-2024/2020
20.05.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver