Məhkəmə qərarları › İş №2-1(112)-2024/2021

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-2024/2021

17.02.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-2024/2021 17.02.2021 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Aytən Pənah qızı Oruczadənin sədrliyi, Məhkəmə iclas katibi Cəfərova Yasəmən Fərman qızının katibliyi, Cavabdehin nümayəndəsi X2 iştirаkı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Tibb İdarəsi məhkəmə icraatına 3-cü şəxs qismində cəlb olunmaqla “əlilliyin bərpa edilməsi” tələbinə dair inzibati işə Bakı İnzibati Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, Məhkəmə müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, barəsində qəbul edilmiş əlilliyin etibarsız hesab edilməsi barədə qərarın ləğv edilməsi və sosial müavinətin bərpa olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəməyə daxil olduqdan sonra işin hazırlıq icraatına başlanılmışdır. Gəncə İnzibati Məhkəməsinin xx.xx.2020-ci il tarixli Qərardadı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reablitasiya Xidmətinə qarşı “cavabdehin xx.xx.2020-ci il tarixli qərarının ləğv edilməsi” barədə iddiaçının İddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə icraata qəbul edilmişdir. Gəncə İnzibati Məhkəməsinin xx.xx.2020-ci il tarixli digər Qərardadı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reablitasiya Xidmətinə qarşı “cavabdehin xx.xx.2020-ci il tarixli qərarının ləğv edilməsi” tələbinə dair inzibati iş baxılması üçün aidiyyəti üzrə Bakı İnzibati Məhkəməsinə göndərilmişdir. İddia ərizəsi məhkəmənin icraatına qəbul olunduqdan sonra İPM-in 47-ci və 49-cu maddələrinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və məhkəmənin sərəncamı ilə iddiaya qarşı yazılı münasibət bildirilməsi məqsədilə iddia ərizəsi və ona əlavə olunmuş sənədlərin surətləri cavabdehə təqdim edilmişdir. Sonradan iddiaçı tərəfindən xx.xx.2021-ci il tarixli məhkəmə iclasında əlilliyinin bərpa edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə iddia tələbinin dəqiqləşdirilməsi barədə təqdim edilmiş ərizəsi icraata qəbul edilmişdir. Azərbaycan Respublikası Bakı İnzibati Məhkəməsinin 2-1(112)-2024/2021 saylı xx xxxxxx 2021-ci il tarixli qərardadı ilə məhkəmə öz təşəbbüsü ilə, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Tibb İdarəsini hazırki inzibati məhkəmə icraatına üçüncü şəxs qismində cəlb etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, “Əmək Pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən ona “arxa kəllə burxunda araxnoid sist., hipertenizon sinrom ilə tez-tez (ayda 5-6 dəfə) generalizə olunmuş qıcolma tutulmaları ilə gedən başbeyin araxnoiditi., hər iki gözdən görmə sinirinin atrosiyası VİSPU-0.6” diaqnozu ilə əlilliyə görə ikinci dərəcəli əlillik pensiayası təyin edilmişdir. xx.xx.2017-ci il tarixdə həkim-əmək ekspert komissiyası tərəfindən tibbi-sosial ekspertiza müainəsindən keçdikdən sonra müvafiq rəy çıxarılması yolu ilə ikinci dərəcəli əlil sayılmış. Lakin, tibbi-sosial ekspertiza müayinəsindən çıxarışa əsasən növbəti müainə tarixi xx.xx.2022-ci il tarixə təyin edilməsinə baxmayaraq, heç bir xəbərdarlıq verilmədən ona əlilliyə görə təyin edilmiş əlillik etbarsız hesab edilmişdir. Bununla bağlı AR ƏƏSMN yanında DSMF-nun Şəmkir rayon Şöbəsi tərəfindən ona qarşı Şəmkir Rayon Məhkəməsinə iddia ərizəsi verilərək, (əlillik altsistemində əlilliyin etibarsız hesab edilməsi) onda qanunsuz əldə edilmiş vəsaitin alınıb fonda ödənilməsi xahiş edilmişdir. Hesab edir ki, “Qaydalarla” müəyyən edilmiş xx.xx.2022-ci il tarixdən əvvəl, yəni vaxtından əvvəl təkrar tibbi-sosial ekspertiza müainəsindən keçməli olduğu ilə bağlı heç bir xəbərdarlıq edilmədən və təkrar tibbi-sosial ekspertiza müainəsindən keçirilmədən ona təyin edilmiş ikinci dərəcəli əlilliyin etibarsız hesab edilməsi qanunsuz və əsassız olmuşdur. Onun barəsində təyin edilmiş tibbi rəylərdə ə xəstəxanalarda müyainə və müalicədə olduğu öz təsdiqini tapmışdır. İnzibati aktı qəbul etmiş orqandan həmin inzibati aktın surətinin ona göndərilməsini və eyni zamanda əlilliyinin etibarsız hesab edilməsi barədə həmin inzibati aktın ləğv edilməsini xahiş etsə də, heç bir nətcəsi olmamışdır. İddiaçı qeyd edilənlərə əsasən iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Cavabdeh orqan tərəfindən təqdim edilmiş etiraz ərizəsi onunla əsaslandırılmışdır ki, xx xxxxxx 2020-ci ilədək qüvvədə olmuş Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxxxxx 2016-cı il tarixli 36 nömrəli qərarına əsasən, vətəndaşların əlillik vəziyyəti səhiyyə müəssisəsinin göndərişi əsasında Tibbi-Sosial Ekspert Komissiyaları tərəfindən şəxsin iştirakı olmadan adsızlaşdırılmış sənədlərlə qiymətləndirilməklə müəyyən edilir. Sənədlərin təhlilindən məlum olmuşdur ki, səhiyyə müəssisəsinin İddiaçı aid 4110003AAB18 saylı adsızlaşdırılmış və “ümumi xəstəlik” səbəbi ilə 5 il müddətinə ikinci dərəcə əlillik təyin edilmişdir. Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin Tibb İdarəsi tərəfindən xx.xx.2019-cu il tarixli 029-2854-1219/5 nömrəli məktubla Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə müraciət edilmişdir. Müraciətdə 843 nəfərin Daxili İşlər Nazirliyinə aidiyyatının olmaması, nazirliyin tibb müəssisələri tərəfindən onların barəsində göndərişlərin əsassız olaraq rəsmiləşdirildiyi qeyd edilərək, göndərişlərin etibarsız hesab olunmasının nəzərə alınması xahiş edilmişdir. İddiaçı adı göndərişləri etibarsız edilmiş siyahıda 837-ci sırada qeyd edildiyindən “Əlillik alsistemi”ndə ona qiymətləndirmə etibarsız edilmişdir. Cavabdeh qeyd edilənlərə əsasən iddianın rədd edilməsini xahiş etmişdir. İş üzrə şifahi məhkəmə baxış iclası xx xxxxxx 2021-ci il tarixə təyin edilmiş, iddiaçı və üçüncü şəxsə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmişdirlər. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsasən məhkəmə işə şifahi məhkəmə baxışı iclasında iddiaçının və 3-cü şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Əvvəlki məhkəmə iclasında iştirak edən iddiaçı iddia ərizəsinə uyğun izahat verərək, iddiasının təmin olunmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X5 iddiaya verilmiş yazılı etirazın məzmununa uyğun izahat verərək, iddia tələbinin təmin edilməməsini xahiş etdi. Məhkəmə iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, tərəflərin izahatlarını dinləyərək, iş materiallarında olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia tələbi rədd edilməlidir. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin yanında Dövlət Sosial Müdafiə Fondunun Şəmkir rayon şöbəsi tərəfindən iddiaçıya ünvanladığı xx.xx.2020-ci il tarixli, **********8 saylı məktubunda qeyd edilir ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidmətinin xx xxxxxx 2020-ci il tarixli **********1 nömrəli məktubu ilə təqdim edilmiş siyahıda İddiaçı əlilliyi “Əlillik altsistemində” etibarsız hesab edilmişdir. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Tibb İdarəsinin Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə xx xxxxxx 2019-cu il №029- 3854-1219/5 saylı sorğuya cavab məktubunun surətindən görünür ki, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Tibb İdarəsi tərəfindən 843 nəfər barəsində rəsmiləşdirilmiş göndərişlərin əsaslığının araşdırılması ilə əlaqədar müraciətə baxılmışdır. Müraciətə əlavə edilmiş siyahıda adları qeyd olunan şəxslərin Daxili İşlər Nazirliyinə aidiyyəti yoxdur və onlara Nazirliyin tibb müəssisələri tərəfindən göndərişlər əsassız olaraq rəsmiləşdirilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetini xx xxxxxx 2016-cı il tarixli 36 nömrəli qərarı ilə təsdiq edilmiş “Tibbi Sosial Ekspert Komissiyaları haqqında Əsasnamə”yə müvafiq olaraq, vətəndaşların əlillik vəziyyətin səhiyyə müəssisəsinin göndərişi əsasında Tibbi-Sosial Ekspert Komissiyaları tərəfindən şəxsin iştirakı olmadan adsızlaşdırılmış sənədlərlə qiymətləndirilməklə müəyyən edilir. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin xx xxxxxx 2016-cı il tarixli, 36 saylı qərarı ilə «Tibbi-sosial ekspert komissiyaları haqqında Əsasnamə» təsdiq edilmiş və Əsasnamədə aşağıdakılar müəyyən olunmuşdur: - 1.4-ci bəndinə əsasən, əlilliyin və reabilitasiya imkanlarının qiymətləndirilməsi əsasında şəxsin əlillik dərəcəsini, onun müddətini, səbəbini və əlilliyin başvermə vaxtını TSEK (tibbi-sosial ekspert komissiyaları) və bu Əsasnamədə nəzərdə tutulan hallarda TSEK-in funksiyalarını həyata keçirən Xidmət müəyyən edir; - 4.1-cü bəndinə əsaəsn, şəxslərin TSEK-də əlilliyin qiymətləndirilməsi dövlət səhiyyə müəssisələrinin göndərişləri əsasında aparılır; - 4.3-cü bəndinə əsasən, göndərişlər «Tibbi-sosial ekspert komissiyasına göndərişlərin reyestri»nə rəsmiləşdirilən tarixdə həkim-məsləhət və ya hərbi-həkim ekspertizasının sədri və üzvləri tərəfindən gücləndirilmiş elektron imza ilə təsdiqlənərək, elektron sənəd formasında daxil edilir və həmin gün şəxsə bu barədə məlumat verilir; - 4.5-ci bəndinə əsasən, hərbi-həkim ekspertizasının rəsmiləşdirdiyi göndərişlərin «Tibbisosial ekspert komissiyasına göndərişlərin reyestri»nə elektron sənəd formasında daxil edilməsi mümkün olmadıqda, onlar kağız daşıyıcıları formasında imzalanır və dairəvi möhürlə təsdiq olunmaqla, hərbi-həkim ekspertizası tərəfindən Xidmətə təqdim edilir; - 4.9-ci bəndinə əsasən, göndərişin rəsmiləşdirilməsi barədə məlumat Tibbi-sosial ekspert komissiyasına göndərişlərin reyestrinə real vaxt rejimində daxil edildikdən dərhal sonra Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mərkəzləşdirilmiş Elektron X1 Sosial Ekspertiza və X3 (bundan sonra — TSERAS) ötürülür; -4.9-1-ci bəndinə əsasən TSERAS-a ötürülmüş göndərişər sistem tərəfindən qəbul edildikdən sonra dərhal göndərişi verən səhiyyə müəssisəsinin, bu göndəriş, təsdiq edən şəxsslərin və əlilliyi qiymətləndiriləcək şəxsin kimliyini birbaşa və ya, dolayısı ilə müəyyən etməyə imkan verən bütün məlumatlar şifrlənərək adsızlaşdırılır. Adsızlaşdırılmış göndərişlər dərhal TSERAS tərəfindən əlilliyin qiymətləndirlməsi məqsədi ilə TSEK-ə göndərişi vermiş səhiyyə müəssisəsin ünvanına və şəxsin yaşayış yerinə xidmət edən TSEK istisna olmaqla) göndərilir; -4.16. TSEK 2 (iki) iş günü müddətində əlilliyin qiymətləndirilməsini həyata keçirir və onun nəticələrini 1 (bir) iş günü müddətində kollegial müzakirə etdikdən sonra dərhal qərar qəbul edir.”. - 4.17. Qəbul edilmiş qərar və əlilliyin qiymətləndirilməsinə dair məlumatlar, eləcə də şəxsin sosial müdafiə tədbirlərinə ehtiyacının olmasına dair tibbi göstəriş və əmək zəmanəti qeydiyyatçı tərəfindən gücləndirilmiş elektron imza ilə TSERAS-a daxil edilir və TSEK-in sədri və üzvləri tərəfindən gücləndirilmiş elektron imza ilə təsdiq edilir. -“4.19. Hər iş gününün sonunda TSEK tərəfindən gün ərzində aparılmış əlilliyin qiymətləndirilməsi hallarını özündə əks etdirən protokol tərtib olunur və hər bir komissiya üzvü tərəfindən gücləndirilmiş elektron imza ilə təsdiqlənərək TSERAS-a daxil edilir. - 4.23-ci bəndinə əsasən, mürəkkəb ekspertiza, əlillik dərəcəsinin ağırlaşması, TSEK-in çıxaracağı qərarla konsensus əldə olunmadıqda, TSEK əlilliyin qiymətləndirilməsinin nəticələri barədə məlumatları, Xidmət tərəfindən müayinənin keçirilməsini zəruri edən səbəbləri qeyd etməklə, TSERAS-a daxil edir. TSERAS tərəfindən bu məlumatlar həmin gün Xidmətə ötürülür; - 4.24-ci bəndinə əsasən, Xidmət bu Əsasnamənin 4.23-cü bəndində göstərilən hallar üzrə TSEK-in müraciəti əsasında növbəti iş günü araşdırma aparmaqla, qərar qəbul edir, bu barədə məlumatı dərhal gücləndirilmiş elektron imza ilə təsdiq edərək TSERASa daxil edir. -4.26-cı bəndinə əsasən əlilliyin təyin olunma tarixi TSEK-in qərarının qəbul edildiyi tarixdən hesablanır. Beləliklə, iddia tərəfindən təqdim edilmiş sənədlərdən və Məhkəmə tərəfindən göndərilmiş sorğulara cavab məktublarından müəyyən olunmuşdur ki, iddiaçı X4 ümumiyyətlə daxili işlər orqanlarında xidmət etməmiş, “xxxx” ASC-də işlədiyi qeyd edilmiş və onun barəsində tibbi sənədlər Tibb İdarəsinə tabe olan müalicə-profilaktika müəssisələrində aşkar edilməmişdir. Həmçinin, Məhkəməyə təqdim edilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Tibb İdarəsinin xx xxxxxx 2019-cu il tarixli 029-3854-1219/5 saylı məktubundan müəyyən edilir ki, məktuba əlavə edilmiş siyahıda adları qeyd olunan şəxslərin Daxili İşlər Nazirliyinə aidiyyatı yoxdur və onlara Nazirliyinin tibb müəssisələri tərəfindən göndərişlər əsassız olaraq rəsmiləşdirlmişdir. Bununla əlaqədar göndərişlər etibarsız hesab olunmuşdur. Qeyd olunan siyahıya nəzər saldıqda hazırki iş üzrə İddiaçı adının siyahıda 837-ci sırada olduğu müəyyən olunur. Odur ki, İddiaçı əlilliyinin etibarsız hesab edilməsi zamanı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi tərəfindən hər hansı qanuna zidd hərəkət və hərəkətsizliyə yol verilməmişdir. Məhkəmə yuxarıda qeyd olunan qanunvericilik aktlarını işin faktiki hallarına tətbiq edərək belə nəticəyə gəlir ki, cavabdehin imtinası əsasslıdır və iddiaçının hüquqları pozulmamışdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 33.1-ci maddəsinə əsasən məcburetmə haqqında iddia vasitəsi ilə iddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsini cavabdehin üzərinə qoymağı məhkəmədən tələb edə bilər. Həmin Məcəllənin 33.2-ci maddəsinə əsasən bu Məcəllənin 33.1-ci maddəsində nəzərdə tutulmuş qayda həm iddiaçının arzuladığı inzibati aktın qəbulundan cavabdeh tərəfindən imtina edildiyi hallara, həm də cavabdehin hərəkətsizliyi səbəbindən (hərəkətsizliyə qarşı iddia) inzibati aktın qəbul edilmədiyi hallara şamil olunur. Həmin Məcəllənin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Məhkəmə yuxarıda sadalananlara məcmu şəkildə qiymət verərək hesab edir ki, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Tibb İdarəsi məhkəmə icraatına 3-cü şəxs qismində cəlb olunmaqla “əlilliyin bərpa edilməsi” barədə iddia tələbi təmin edilməməlidir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 33-cü, 68-ci, 69-cu, 85-ci, 110-cu maddələrini rəhbər tutaraq, Məhkəmə Qərara aldı: İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Tibb İdarəsi məhkəmə icraatına 3-cü şəxs qismində cəlb olunmaqla “əlilliyin bərpa edilməsi” tələbinə dair iddiası təmin edilməsin. Qərardan təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Azərbaycan Respublikası Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Aytən Oruczadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar