Məhkəmə qərarları › İş №2-1(112)-2026/2021

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-2026/2021

09.02.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-2026/2021 09.02.2021 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Abdullayeva Aygün Abdulla qızının sədrliyi, Məhkəmə iclas katibi X20 Ağa qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Bakı şəhəri Nərimanov rayon Polis İdarəsinə qarşı qeydiyyata alınma tələbi barədə inzibati mübahisəyə dair işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi, 56) şifahi, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhər Baş Polis İdarəsinə və Bakı şəhəri Nərimanov rayon Polis İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Nərimanov rayonu, Sübhan Ələsgərov küçəsində yerləşən 20 saylı fərdi yaşayı evi üzrə qeydiyyata alınma öhdəliyinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-6952/2020 saylı, xx xxxxxx 2020-ci il tarixli qərardadı ilə iş üzrə cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhər Baş Polis İdarəsi cavabdehlər sırasından çıxarılmışdır. İddia tələbi onunla əsaslandırılmışdır ki, Bakı şəhəri, Nərimanov rayonu, Sübhan Ələsgərov küçəsində yerləşən 20 saylı evdə doğulmuş və hazırda o, həmin evdə valideynləri ilə birgə yaşayır. xx.xx.2014-cü il tarixdə şəxsiyyət vəsiqəsini dəyişərkən ünvanı “Sübhan Ələsgərov” deyil, səhvən “Əliyar Əliyev 20” kimi qeyd edilmişdir. Yaşadığı ünvana qeydiyyat vəsiqəsini dəyişdirmək məqsədi ilə cavabdeh təşkilata müraciət etsə də, sonuncu xx xxxxxxxx 2020-ci il tarixli, 07823500M saylı cavab məktubunda “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanunun 5-ci maddəsinə istinad edərək yaşadığı mənzilə onu qeydiyyata almaqdan imtina etmiş və bununla bağlı məhkəməyə müraciət etməsi tövsiyyə edilmişdir. Bu səbəbdən də, hazırki tələblə məhkəməyə müraciət etmişdir. İddia tələbinin hüquqi əsası kimi, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci, 13-cü, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 27.1-ci və azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.2-ci maddələrinə istinad edilmişdir. Cavabdehə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 47.2-ci maddəsində göstərilən qaydada iddia ərizəsinə münasibət bildirmək üçün sərəncam göndərilmiş, lakin cavabdeh tərəfindən rəsmi qaydada iddia ərizəsinə hər hansı münasibət bildirilməmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı iddia ərizəsinə uyğun izahat verərək, iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. İşdə iştirak edən şəxslərə məhkəmə iclaslarının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, cavabdehin nümayəndəsi məhkəməyə gəlməmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsasən məhkəmə işə şifahi məhkəmə baxışı iclasında cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının izahatını dinləyib, iş materiallarını mövcud maddi və prosessual hüquq normaları ilə qarşılıqlı tədqiq edərək hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Belə ki, işdə olan cavabdeh tərəfindən iddiaçıya ünvanlanmış xx.xx.2020-ci il tarixli, 07823500M nömrəli imtina məktubunun surətindən görünür ki, iddiaçının müraciətinə cavab olaraq bildirilmişdir ki, Nərimanov rayonu, S.Ələsgərov küçəsi, ev 20 ünvanına qeydiyyata alınması üçün “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanununun 5-ci maddəsinin tələblərinə əsasən müvafiq sənədlərlə (dövlət reyestrindən çıxarış, icarə-kirayə müqaviləsi, yaşayış sahəsi verən şəxsin razılıq ərizəsi və s.) birlikdə RPİ-nin QMB-nə müraciət etməlidir. Qanunda qeyd olunan sənədlərdən hər hansı təqdim edilmədikdə onun qeyd olunan ünvana tərəflərindən qeydiyyat alınması qanunamüvafiq deyildir. Qeyd olunan məsələ ilə bağlı məhkəmə orqanlarına müraciət edilməsi tövsiyyə edilmişdir. İşdə olan 30 saylı Mənzil-Kommunal İstismarı Sahəsi tərəfindən verilmiş 30/1238 nömrəli, xx.xx.2020-ci il tarixli arayışın surətindən görünür ki, evlə bağlı 1251 nömrəli şəxsi maliyyə hesabı xx.xx.1983-cü ildə açılmışdır. X10 həqiqətən Nərimanov rayonu, S.Ələsgərov küçəsi, ev 20 ünvanında yerləşən evdə, 6 nəfər ailə üzvü ilə birlikdə yaşayır: X1 Zərifə Xanhüseyn qızı, X6, X3, X11, X14. İşdə olan 30 saylı Mənzil-Kommunal İstismarı Sahəsi tərəfindən verilmiş 30/0330 nömrəli, xx.xx.2021-ci il tarixli arayışın surətindən görünür ki, X14 həqiqətən Bakı şəhəri, Nərimanov rayonu, S.Ələsgərov küçəsi, ev 20 ünvanında yerləşən evdə qeydiyyatdadır. Ünvan əvvəllər “Xuluflu 20” adlanırdı, hazırda isə “Sübhan Ələsgərov küçəsi ev 20” adlanır. İşdə olan Azərbaycan Respublikasının Dövlət Arxivinin Bakı Filialı tərəfindən verilmiş Nərimanov rayon X8 48 nömrəli, xx.xx.1983-cü il tarixli qərarından görünür ki, həmin qərara əsasən, X10, X2, X14, İddiaçı, X4 ünvan 1 ünvanına daimi qeydiyyata alınmışlar. İşdə olan notarial qaydada təsdiq edilmiş **********794 nömrəli ərizədən görünür ki, Bakı şəhəri, Nərimanov rayonu, S.Ələsgərov küçəsi, ev 20 ünvanında qeydiyyatda olan X3, Bakı şəhəri, Nərimanov rayonu, S.Ələsgərov küçəsi, ev 20 ünvanına İddiaçı qeydiyyata alınmasına etiraz etmir, razıdır. İşdə olan notarial qaydada təsdiq edilmiş **********766 nömrəli ərizədən görünür ki, Bakı şəhəri, Nərimanov rayonu, S.Ələsgərov küçəsi, ev 20 ünvanında qeydiyyatda olan X11, Bakı şəhəri, Nərimanov rayonu, S.Ələsgərov küçəsi, ev 20 ünvanına İddiaçı qeydiyyata alınmasına etiraz etmir, razıdır. İşdə olan notarial qaydada təsdiq edilmiş **********768 nömrəli ərizədən görünür ki, Bakı şəhəri, Nərimanov rayonu, S.Ələsgərov küçəsi, ev 20 ünvanında qeydiyyatda olan X2, Bakı şəhəri, Nərimanov rayonu, S.Ələsgərov küçəsi, ev 20 ünvanına İddiaçı qeydiyyata alınmasına etiraz etmir, razıdır. İşdə olan notarial qaydada təsdiq edilmiş **********795 nömrəli ərizədən görünür ki, Bakı şəhəri, Nərimanov rayonu, S.Ələsgərov küçəsi, ev 20 ünvanında qeydiyyatda olan X14, Bakı şəhəri, Nərimanov rayonu, S.Ələsgərov küçəsi, ev 20 ünvanına İddiaçı qeydiyyata alınmasına etiraz etmir, razıdır. İşdə olan notarial qaydada təsdiq edilmiş **********767 nömrəli ərizədən görünür ki, Bakı şəhəri, Nərimanov rayonu, S.Ələsgərov küçəsi, ev 20 ünvanında qeydiyyatda olan X6, Bakı şəhəri, Nərimanov rayonu, S.Ələsgərov küçəsi, ev 20 ünvanına İddiaçı qeydiyyata alınmasına etiraz etmir, razıdır. İşdə olan notarial qaydada təsdiq edilmiş **********795 nömrəli ərizədən görünür ki, Bakı şəhəri, Nərimanov rayonu, S.Ələsgərov küçəsi, ev 20 ünvanında qeydiyyatda olan X14, Bakı şəhəri, Nərimanov rayonu, S.Ələsgərov küçəsi, ev 20 ünvanına İddiaçı qeydiyyata alınmasına etiraz etmir, razıdır. İşdə olan notarial qaydada təsdiq edilmiş **********759 nömrəli ərizədən görünür ki, Bakı şəhəri, Nərimanov rayonu, S.Ələsgərov küçəsi, ev 20 ünvanında qeydiyyatda olan X10, Bakı şəhəri, Nərimanov rayonu, S.Ələsgərov küçəsi, ev 20 ünvanına İddiaçı qeydiyyata alınmasına etiraz etmir, razıdır. Beləliklə, iş materialları ilə müəyyən edilir ki, Nərimanov rayon X8 48 nömrəli, xx.xx.1983-cü il tarixli qərarına əsasən X10, X2, X14, İddiaçı, X4 ünvan 1 ünvanına daimi qeydiyyata alınmışlar. Həmin ünvan hazırda “Sübhan Ələsgərov küçəsi 20” ünvanı adlandırılmışdır. İddiaçı və onun ailə üzvləri 1983-cü il tarixdən həmin ünvanda yaşayırlar. Hazırda həmin ünvanda qeydiyyatda olan digər şəxslər də, notarial qaydada razılıq ərizələri təqdim edərək İddiaçı sözügedən ünvana yaşayış yeri üzrə pasport qeydiyyatına alınmasına etiraz etmirlər. Məhkəmə hesab edir ki, Nərimanov rayon X8 48 nömrəli, xx.xx.1983-cü il tarixli qərarına əsasən iddiaçının ünvan 1 ünvanına daimi qeydiyyata alınması qərara alındığından, hazırda həmin ünvan “Sübhan Ələsgərov küçəsi 20” adlandığından və sözügedən qərar halhazıradək qüvvədə olduğundan, eləcə də, iddiaçının həmin ünvana yaşayış yeri üzrə qeydiyyata düşməsinə evdə qeydiyyatda olanlar etiraz etmədiklərindən, iddiaçının həmin evə yaşayış yeri üzrə qeydiyyata alınmasından cavabdeh tərəfindən əsassız olaraq imtina edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 27-ci maddəsinə əsasən fıziki şəxsin adətən yaşadığı yer onun yaşayış yeri sayılır. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə əsasən, Azərbaycan Respublikasının vətəndaşları, əcnəbilər və vətəndaşlığı olmayan şəxslər (bundan sonra şəxslər) Azərbaycan Respublikasında yaşayış yeri və olduğu yer üzrə qeydiyyata alınmalıdırlar. Yaşayış yeri və olduğu yer üzrə qeydiyyatın məqsədi Azərbaycan Respublikasında yaşayan şəxslərin uçota alınması, onların başqa şəxslər, dövlət və cəmiyyət qarşısında vəzifələrinin icra edilməsi, insan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsi (sosial müdafiə, pensiya təminatı, hərbi xidmətə çağırış, məhkəmə qərarlarının icrası və s.) üçün zəruri şərait yaratmaqdır. Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat icazə xarakteri daşımır və yalnız Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş hallarda hüquqi nəticəyə səbəb ola bilər. Yaşayış yeri və olduğu yer üzrə qeydiyyata alınmaq üçün bu Qanunda göstərilənlərdən başqa sənədlər tələb edilə bilməz. Həmin Qanununun 2-ci maddəsinə əsasən şəxsin yaşayış yeri — tam həcmdə fəaliyyət qabiliyyətli şəxsin mülkiyyətçi kimi icarə və kirayə müqaviləsi üzrə, yaxud Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş digər əsaslarla daimi və ya daha çox yaşadığı ev, mənzil, xidməti yaşayış sahəsi, yataqxana, ahıllar və əlilliyi olan şəxslər, o cümlədən sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqlar üçün sosial xidmət müəssisələri, xüsusi təhsil müəssisələri və digər bu kimi yaşayış yerləri başa düşülür. Şəxsin olduğu yer — onun yaşayış yeri sayılmayan, müvəqqəti yaşadığı mehmanxana, sanatoriya, istirahət evi, pansionat, kempinq, turist bazası, xəstəxana və digər belə ictimai yerlər, habelə yaşayış binası (özünün, qohumunun, tanışının və b.) başa düşülür. Həmin Qanunun 5-ci maddəsinə əsasən yaşayış yeri üzrə qeydiyyatda olmayan vətəndaşa ilk dəfə Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi verilərkən o, yaşayış yeri üzrə qeydiyyata alınır. Bu halda vətəndaş yalnız “Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi barədə Əsasnamə”də nəzərdə tutulmuş şəxsiyyət vəsiqəsinin verilməsi haqqında ərizə-anketi doldurmalı və vəsiqənin verilməsi üçün tələb olunan sənədlərdən əlavə bu Qanunun 5-ci maddəsinin ikinci hissəsinin 2-ci bəndində göstərilən, yaşayış sahəsinə köçmək üçün əsas verən sənədi də təqdim etməlidir. Yaşayış yerini dəyişdirmiş vətəndaş yeni yaşayış yerinə gəldikdən sonra 10 gündən gec olmayaraq qeydiyyata alınması üçün müvafiq icra hakimiyyəti orqanına müraciət edərək forması müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilən, yaşayış yeri üzrə qeydiyyata alınma haqqında ərizə-anketlə birlikdə aşağıdakı sənədləri təqdim etməlidir: 1) şəxsiyyət vəsiqəsi; 2) yaşayış sahəsinə köçmək üçün əsas verən sənəd (mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış, order, icarə və ya kirayə müqaviləsi, yaxud Azərbaycan Respublikası qanunvericiliyində nəzərdə tutulmuş başqa sənəd) və ya vətəndaşa yaşayış sahəsi verən şəxsin ərizəsi. Göstərilən qanunvericilik aktı normasına əsasən məhkəmə hesab edir ki, iddiaçının, ünvan 3 ünvanına qeydiyyata alınmasından imtina edilməsi nəticəsində, onun yaşayış yeri üzrə qeydiyyata alınması, başqa şəxslər, dövlət və cəmiyyət qarşısında vəzifələrinin icra edilməsi, insan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsi üçün zəruri şərait yaradılmasına dair hüquqları pozulmuşdur. Buna görə də qeydiyyata alınmasından imtina edilməsindən məhkəməyə şikayət verməkdə haqlıdır. Azərbaycan Respublikası Konstitusiyası 60-cı maddəsinin İ və İİ hissələrinə əsasən, hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. X13 Bəyannaməsinin 8-ci maddəsində deyilir: «Hər bir insan Konstitusiyanın, yaxud qanunun ona verdiyi əsas hüquqların pozulması hallarında bu hüquqların səlahiyyətli milli məhkəmələr tərəfindən bərpa edilməsi hüququna malikdir». Bu müddəa məhkəmə təminatı ilə bağlı Konstitusiyanın 60-cı maddəsində öz əksini tapmışdır. Konstitusiyanın bu maddəsi ilə vətandaşların həm Konstitusiya ilə təsbit edilmiş hüquqlarını və azadlıqları, həm də Azərbaycan Respublikası qanunlarında və digər normativ hüquqi aktlarında nəzərdə tutulmuş hüquqlarının və azadlıqlarının məhkəmələrin müdafiəsi altında olmasına təminat verilir. Məhkəmə təminatı hər kəsin pozulmuş hüquqlarının və azadlıqlarının bərpası məqsədilə məhkəməyə müraciət etmək hüququnu müəyyən edir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi A.H.Zalovun şikayəti üzrə xx xxx 2004-cü il tarixdə qəbul etdiyi qərarında Konstitusiyanın 60-ci maddəsində təsbit edilən hüquq və azadlıqların məhkəmə təminatı hüququna dair öz mövqeyini bəyan edərək göstərmişdir ki, qeyd edilən bu hüququn mühüm elementlərindən biri ədalət mühakiməsinin məhkəmələr tərəfindən qanunla müəyyənləşdirilmiş qaydada həyata keçirilməsindən ibarətdir. Daha sonra Konstitusiya Məhkəməsi qərarında göstərmişdir ki, X9 da hər kəsin qanun əsasında yaradılmış, müstəqil, qərərsiz və səlahiyyətli məhkəmədə müdafiə olunmaq hüququ ədalət mühakiməsinin mühüm təminatlarından biri kimi təsbit edilmişdir. (İnsan Hüquqlarına dair ümumi bəyannamənin 10-cu maddəsi, Mülki və siyasi hüquqlar haqqında Beynəlxalq Paktın 14-cü maddəsi, «İnsan Hüquq və əsas Azadlıqlarının müdafiəsi haqqında» Avropa Konvensiyasının 6-cı maddəsi və.s.). Öz növbəsində məhkəmədə mühakimə olunmaq hüququ həmin məhkəmənin müvafiq mübahisəyə qanuna uyğun baxmalı olmasını ehtiva edir. Buna görə də hər hansı mübahisənin həll edilməsi qanun cərcivəsində olmalıdır. Məhkəmələr mübahisəni qanunla müəyyən edilmiş qaydada həll etməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.2-ci maddəsinə əsasən inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 33.1-ci maddəsinə əsasən məcburetmə haqqında iddia vasitəsi ilə iddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsini cavabdehin üzərinə qoymağı məhkəmədən tələb edə bilər. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 58.1-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Məhkəmə iş üzrə təqdim olunmuş sübutları məcmu halında qiymətləndirərək hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 70, 75, 81, 85-ci maddələrinə əsasən, məhkəmə QƏRARA ALDİ : İddia tələbi təmin edilsin. İddiaçı ünvan 3 ünvanına qeydiyyata alınması vəzifəsi cavabdeh Bakı şəhəri Nərimanov rayon Polis İdarəsinə həvalə edilsin. Qərardan məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində tərəflər Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi 540-cı məhəllə) apelyasiya şikayəti verə bilərlər. Qərardan apelyasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Aygün Abdullayeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar