Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-2027/2023 23.02.2023 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Sevdimalıyeva Günel Arif qızının sədrliyi ilə, İddiaçı nümayəndəsi və vəkili Hacı-X18, Cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri X22 üzrə Baş İdarəsinin nümayəndəsi X9 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri X22 üzrə Baş İdarəsinə qarşı “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında qərarın ləğvi” iddia tələbi üzrə inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, Nəsimi rayonu, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: İ. Mübahisəli hüququn qısa xülasəsi
1. İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri X22 üzrə Baş İdarəsinə qarşı ona əsassız olaraq hesablanmış 12000 (on iki min) manat məbləğində maliyyə sanksiyasının silinməsi məqsədi ilə “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında xx.xx.2022-ci il tarixli **********7525 nömrəli qərarın ləğv edilməsi barədə iddia tələbi ilə məhkəməyə müraciət etmişdir.
2. Tələb onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikası Vergi Məcəlləsinin 62-ci maddəsinə əsasən hər bir vergi ödəyicisinin və ya başqa vəzifəli şəxsin vergi orqanlarının qərarlarından (aktlarından), habelə vergi orqanlarının vəzifəli şəxslərinin hərəkətlərindən (hərəkətsizliyindən) şikayət etmək hüququ vardır. Vergi orqanlarının qərarlarından (aktlarından), habelə vergi orqanlarının vəzifəli şəxslərinin hərəkətlərindən (hərəkətsizliyindən) şikayət qanunla müəyyən edilmiş qaydada yuxarı vergi orqanına (yuxarı vəzifəli şəxsə) və (və ya) məhkəməyə verilir. Şikayətin yuxarı vergi orqanına (yuxarı vəzifəli şəxsə) verilməsi həmin şikayətin eyni zamanda və ya sonradan məhkəməyə verilməsini istisna etmir. Vergi orqanlarının qərarlarından (aktlarından), habelə vergi orqanlarının vəzifəli şəxslərinin hərəkətlərindən (hərəkətsizliyindən) şikayət yuxarı vergi orqanına (yuxarı vəzifəli şəxsə) vergi ödəyicisi və ya başqa borclu şəxs tərəfindən öz hüquqlarının pozulduğunu bildiyi və ya bilməli olduğu gündən 3 ay müddətində verilir. Vergi ödəyicisi və ya başqa borclu şəxs üzürlü səbəbdən bu maddənin birinci abzasında göstərilən müddəti buraxmışdırsa, yuxarı vergi orqanı və ya yuxarı vergi orqanının vəzifəli şəxsi tərəfindən şikayəti verən şəxsin ərizəsinə əsasən həmin müddət bərpa edilə bilər. İddiaçı (VÖEN: **********) xx.xx.2022-ci il tarixdə Nizami rayonu, Əlif Hacıyev ünvanında yerləşən obyektdə keçirilmiş operativ vergi nəzarəti tədbiri nəticəsində Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən 6 (altı) nəfər fiziki şəxsin işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi faktı müəyyən edilərək, xx.xx.2022-ci il tarixli DVX seriyalı 005450 nömrəli akt tərtib olunmuşdur. Həmin akt əsas götürülərək, "Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” xx.xx.2022-ci il tarixli **********7525 nömrəli qərar qəbul olunmuşdur. Həmin qərarla İddiaçı (VÖEN: **********) 6 nəfər fiziki şəxsi Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən müəyyən işlərin yerinə yetirilməsinə cəlb etdiyinə görə Azərbycan Respublikası Vergi Məcəlləsinin 58.10-cu maddəsinə əsasən hər bir fiziki şəxs üzrə 2000 (iki min) manat olmaqla, ümumilikdə 12000 (on iki min) manat məbləğində maliyyə sanksiyası tətbiq edilmişdir. Halbuki onlar obyektə yeni gəldikləri və vergi yoxlaması zamanı maliyyə sanksiyası ilə üzləşməmək üçün 4 nəfər fiziki şəxslərlə, müəyyən xidmətlərin göstərilməsi məqsədilə Azərbaycan Respublikasının Mülki Məcəlləsində nəzərdə tutulmuş qaydada xidmət müqaviləsi bağlanılmışdır. Həmin şəxslər həmin gün obyektə gəlmiş və onlar hər hansı işlərin yerinə yetirilməsinə cəlb edilməmiş, sadəcə olaraq, ilk dəfə olaraq qeyd olunan fəaliyyətlə məşğul olacaqları üçün onlara görəcəkləri işlər barədə məlumat verildiyi zaman vergi orqanın əməkdaşları obyektə daxil olaraq, həmin şəxslərin müəyyən işlərin yerinə yetirilməsinə cəlb olunduğunu ehtimal etmişlər. Eyni zamanda həmin şəxslərdən təzyiq altında izahat alaraq, onlara izahatlarında mənimlə onlar arasında xidmət müqavilələrinin bağlanılmadığını qeyd etməyi məcbur etmişlər. Bildirilir ki, Azərbaycan Respublikasının 02 aprel 2021-ci il tarixli 286-VİQD nömrəli qanunu ilə Əmək Məcəlləsinə dəyişikliklər edilmişdir. Həmin dəyişiklik vergi ödəyicisinin leyhinə edilmişdir. Belə ki, xidmət müqaviləsi ilə işçinin işlədilməsi faktı ilk dəfə aşkar edildikdə, vergi orqanı vergi ödəyicisini bu barədə xəbərdar etməli, xəbərdarlıqdan sonra belə əmək müqaviləsi bağlanılmadığı təqdirdə vergi ödəyicisinə maliyyə sanksiyası tətbiq etməlidir. Ona görə ki, dəyişikliyin məqsədi vergi ödəyicisinə maliyyə sanksiyasını tətbiq etmək deyil, onu bu istiqamətdə maarifləndirməkdir. Belə ki, Vergi Məcəlləsinin 58.10-cu maddəsinə əsasən Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxslərin hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi yolu ilə onların gəlirlərinin gizlədilməsinə (azaldılmasına) şərait yaradıldığına görə işəgötürənə, habelə bu Məcəllənin 220.10-cu maddəsinə uyğun olaraq aparıcılıq, çalğıçılıq, rəqqaslıq, aşıqlıq, məzhəkəçilik və digər oxşar fəaliyyətlə məşğul olan şəxslərin, foto, audio-video sahəsində məşğul olan şəxslərin və iaşə obyektlərində müştərilərə xidmət göstərən fiziki şəxslərin (ofisiantın) fəaliyyətə başlayanadək, “Sadələşdirilmiş vergi üzrə sabit məbləğin və məcburi dövlət sosial sığorta haqqının ödənilməsi haqqında qəbz" əldə edilmədən işlərin yerinə yetirilməsinə cəlb edilməsinə görə vergi orqanında uçotda olan sifarişçiyə hər bir belə şəxs üzrə təqvim ili ərzində belə hala birinci dəfə yol verdikdə 2000 manat, ikinci dəfə yol verdikdə 4000 manat, üç və daha çox dəfə yol verdikdə 6000 manat məbləğində maliyyə sanksiyası tətbiq edilir. Lakin tutulduğu anda deyil, belə ki, əlavə edilmiş 2-4-cü hissəyə əsasən "bu maddənin 2-3-cü hissəsində nəzərdə tutulan hallardan biri aşkar edildiyi gündən bu maddənin 2-ci hissəsinə uyğun olaraq yazılı əmək müqaviləsi bağlanmalıdır.” müddəası xidmət müqaviləsi ilə çalışan şəxslərlə əmək müqaviləsi bağlanılması öhdəliyini 2-3-cü hissədə nəzərdə tutulan hallardan birinin aşkar edildiyi gün ilə şərtləndirir. Məhz qeyd olunan halların aşkar edildiyi gündən sahibkarın xidmət müqaviləsi ilə çalışan şəxslərlə əmək müqaviləsi bağlamaq öhdəliyi yaranır ki, həmin an əmək müqaviləsinin bağlanılması və ya xidmət müqaviləsinə xitam verilməsi sahibkarı Vergi Məcəlləsinin 58.10-cu maddəsində nəzərdə tutulmuş maliyyə sanksiyasının tətbiqindən azad edir. Operativ vergi nəzarəti zamanı “Operativ vergi nəzarətinin keçirilməsi üçün zəruri olan sənədlərin təqdim olunması haqqında” Tələbnamə təqdim edilməsinə baxmayaraq, prosessual hüquq normaları kobud surətdə pozularaq, bir gün belə gözləmədən Akt tərtib olunmuşdur. Həmçinin Vergi Məcəlləsinin 23.1.2-ci maddəsinə əsasən vergi orqanının yoxlamaların keçirilməsi zamanı yalnız vergi ödəyicisindən və ya onun vəzifəli şəxslərindən izahat almaq hüququ olduğu halda, qeyd olunan maddənin tələbləri pozularaq, vergi ödəyicisi ilə xidmət müqaviləsi əsasında münasibətləri formalaşan şəxslərdən izahatlar alınmışdır. Operativ vergi nəzarətinin keçirilməsinə əsas vergi orqanı tərəfindən mənbəyi bəlli mənbələrdən əldə etdikləri məlumatlar olmuşdur (Vergi Məcəlləsinin 50.2.2-ci maddəsi). Ancaq, obyektdə 4 (dörd) nəfər işçinin rəsmi qaydada qeydiyyatda olmasına baxmayaraq, operativ vergi nəzarətinin hansı zərurətdən əməl gəldiyi, eyni zamanda mənbəyi bəlli məlumatların hansı mənbədən və şəxslərdən əldə olunması ilə bağlı hər hansı bir sənəd qərara əlavə edilməmişdir. Yoxlama qərarının əsası olmadığına görə, bu hal, yoxlamanın keçirilməsinin belə qanunsuz olduğundan xəbər verir. Həmin qərardan inzibati orqana inzibati şikayət verilmiş, lakin inzibati orqanın xx.xx.2022ci il tarixli **********196500 nömrəli qərarı ilə inzibati şikayəti təmin edilməmişdir.
3. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin inzibati şikayətin təmin edilməməsi haqqında xx.xx.2022-ci il tarixli **********196500 nömrəli qərarına əsasən fərdi sahibkar İddiaçı keçirilmiş operativ vergi nəzarəti tədbirlərinin nəticələrindən Dövlət Vergi Xidmətinə verdiyi xx.xx.2022-ci il tarixli inzibati şikayəti təmin edilməmiş, xx.xx.2022-ci il tarixli DVX seriyalı 005450 nömrəli “Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxslərin hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə, habelə Vergi Məcəlləsinin 220.10-cu maddəsinə uyğun olaraq xidmət göstərən fiziki şəxslərin “Sadələşdirilmiş vergi üzrə sabit məbləğin və məcburi dövlət sosial sığorta haqqının ödənilməsi haqqında qəbz” əldə edilmədən işlərin yerinə yetirilməsinə cəlb edilməsi hallarının aşkar edilməsi məsələsi üzrə operativ vergi nəzarətinin nəticəsi haqqında” akt əsasında Dövlət Vergi Xidmətinin X22 üzrə Baş idarəsinin qəbul etdiyi Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” xx.xx.2022-ci il tarixli **********7525 nömrəli qərar qanuni və əsaslı olduğundan dəyişdirilmədən saxlanılmışdır.
4. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri X22 üzrə Baş İdarəsinin Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında xx.xx.2022-ci il tarixli **********7525 nömrəli qərarına əsasən İddiaçı Azərbaycan Respublikası Vergi Məcəlləsinin 58.10-cu maddəsinə əsasən Azərbaycan Respublikası Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən 6 nəfər fiziki şəxlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb etdiyinə görə 12000 manat məbləğində maliyyə sanksiyası tətbiq edilərək, vergi məsuliyyətinə cəlb edilmişdir xx.xx.2022 tarixədək 12000 manat məbləğin büdcəyə ödənilməsini təmin edilsin.
5. Cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri X22 üzrə Baş İdarəsi tərəfindən aşağıda qeyd olunan faktlara və hüquq normalarına əsaslanaraq iddia tələbinə etiraz edir: İşin halları ilə bağlı bildirilmişdir ki, araşdırma zamanı Dövlət Vergi Xidmətinin Bakı şəhəri X22 üzrə Baş İdarəsinin (bundan sonra - Baş idarə) “Operativ vergi nəzarətinin həyata keçirilməsi haqqında” xx.xx.2022-ci il tarixli **********5763 nömrəli qərarına əsasən Baş İdarənin əməkdaşları tərəfindən xx.xx.2022-ci il tarixdə saat 17:10-da İddiaçı sahibkarlıq fəaliyyəti göstərdiyi Bakı şəhəri, Nizami rayonu, Ə.Hacıyev küçəsində yerləşən “Faxralı” adlı kafedə həyata keçirilmiş operativ vergi nəzarəti tədbiri zamanı 6 (altı) nəfər fiziki şəxsin əmək müqaviləsi hüquqi qüvvəyə minmədən işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edildiyi müəyyən edilərək, xx.xx.2022-ci il tarixli DVX seriyalı 005450 nömrəli “Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxslərin hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə, habelə Vergi Məcəlləsinin 220.10-cu maddəsinə uyğun olaraq xidmət göstərən fiziki şəxslərin “Sadələşdirilmiş vergi üzrə sabit məbləğin və məcburi dövlət sosial sığorta haqqının ödənilməsi haqqında qəbz” əldə edilmədən işlərin yerinə yetirilməsinə cəlb edilməsi hallarının aşkar edilməsi məsələsi üzrə operativ vergi nəzarətinin nəticəsi haqqında” aktla rəsmiləşdirildiyi, aktın vergi ödəyicisi tərəfindən heç bir əsas göstərilmədən imzalanmaqdan və bir nüsxəsinin alınmasından imtina edildiyi müəyyən edilmişdir. Tərtib olunmuş akt Baş İdarənin xx.xx.2022-ci il tarixli **********386200 nömrəli məktubu ilə vergi ödəyicisinin vergi uçotu haqqında ədlərində sonuncu ünvan kimi qeyd olunmuş ünvana və elektron qutuya göndərilmiş, məktub poçtdan geri qayıtmamış və elektron qutuda xx.xx.2022-ci il tarixdə saat 09:43-də oxunmuşdur. Tərtib edilmiş akt əsasında Baş İdarə tərəfindən “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” xx.xx.2022-ci ixli **********7525 nömrəli qərar qəbul edilərək, vergi ödəyicisinə 12.000,0 manat »ləğində maliyyə sanksiyası tətbiq edilmiş, qəbul olunmuş qərar və “Vergi borcunun, faizlərin, maliyyə sanksiyalarının məbləğlərinin, inzibati cərimələrin ödənilməsi, habelə aşkar edilmiş pozuntuların aradan qaldırılması barədə” Tələbnamə İdarənin xx.xx.2022-ci il tarixli **********337800 nömrəli məktubu ilə vergi ödəyicisinin vergi uçotu haqqında sənədlərində sonuncu ünvan kimi qeyd olunmuş ünvana və elektron qutuya göndərilmiş, məktub poçtdan geri qayıtmamış və elektron qutuda xx.xx.2022-ci tarixdə saat 17:32-də oxunmuşdur. İddiaçı ərizəsində əsassız olaraq qeyd etmişdir ki, 4 nəfər fiziki şəxslə xidməti bağlanmışdır və qeyd olunan hal vergi orqanı tərəfindən ilk dəfə aşkarlandığı üçün xəbərdarlıq edilməli idi. Eyni zamanda iddiaçı qeyd etmişdir ki, yoxlamanın keçirilməsinin əsasının olmaması yoxlamanın qanunsuz olduğundan xəbər verir. Eyni zamanda vergi ödəyicisi xx.xx.2022-ci il tarixində **********509700 nömrəli ərizə ilə vergi orqanına müraciətində qeyd etmişdir ki, iş fəaliyyəti sahəsinə uyğun gəlməyən işçiləri müntəzəm olaraq işdən çıxarır və 3-4 (üç-dörd) gün sınaq müddəti ilə yeni işçilər daxil edir. Bu sınaq müddətini uğurlu keçən işçiləri Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin bazasına daxil edir. xx.xx.2022-ci il tarixində obyektində operativ vergi nəzarəti tədbiri həyata keçirildiyi tarixdə də 3-4 (üç-dörd) günlük sınaq müddəti ilə bir neçə nəfər işçi daxil edib. Bu hallar nəzərə alınmadan vergi orqanı tərəfindən maliyyə sanksiyası tətbiq edilmişdir. Qərarda adları çəkilən işçilərin bəziləri sınaq müddətini uğurla keçdiyinə görə ƏƏSMN-nin bazasına daxil edilmiş, bəziləri isə bu müddətdən uğurlu keçmədiyinə görə işdən azad edilmişdir. “Dövlət vergi orqanları tərəfindən operativ vergi və digər nəzarət tədbirlərinin həyata keçirilməsi” Qaydalarının 1.5-ci bəndinə əsasən Vergi Məcəlləsinin 50.2-ci maddəsinə əsasən aşağıda göstərilənlər operativ vergi nəzarətinin həyata keçirilməsi üçün əsas hesab edilir: 1.5.1.vergi orqanı tərəfindən keçirilən səyyar vergi yoxlaması zamanı aşkar edilmiş faktlar; 1.5.2. vergi orqanları tərəfindən mənbəyi bəlli mənbələrdən əldə edilən məlumatlar olduqda, o cümlədən: - vergi ödəyicilərinin təqdim etdikləri vergi bəyannamələrinin araşdırılması zamanı müvafiq vergi dövrü (ay, rüb, il) ilə müqayisədə növbəti vergi dövrlərində vergi ödəyicilərinin dövriyyələrinin azalması, təqdim olunan bəyannamələrdə vergi dövrləri üzrə eyni və ya oxşar məbləğdə dövriyyələrin əks olunması, bəyannamələrdə göstərilmiş dövriyyə məbləğlərinin vergi ödəyicilərinin obyektlərinin faktiki iqtisadi göstəricilərinə (işçilərinin sayı, əmtəə-material ehtiyatlarının həcmi və vahidlərinin satış qiymətləri, obyektin sahəsi, satış üçün əlverişli coğrafi ərazidə yerləşməsi, alıcı axınının və alqı-satqı əməliyyatlarının intensivliyi, gözlənilən faktiki dövriyyə, aktivlərin dəyəri və s.) uyğun olmaması barədə operativ nəzarət strukturlarının müəyyən etdikləri məlumatlar və ya vergi orqanının digər strukturlarından daxil olmuş belə məlumatlar; - vergi ödəyicisinin fəaliyyəti olduğu halda bəyannamə təqdim etməməsi, vergi ödəyicisinin, onun filialının, nümayəndəliyinin və ya digər təsərrüfat subyektinin subyektlərinin) fəaliyyətinin və digər vergi tutulan əməliyyatlarının dayandırılması haqqında və ya vergi öhdəliyinin yaranmaması barədə arayış təqdim edilməsi haqqında operativ nəzarət strukturlarının müəyyən etdikləri məlumatlar və ya vergi orqanının digər strukturlarından daxil olmuş belə məlumatlar; - rəsmi statistikaya əsasən təqdim olunan malların (iş və xidmətlərin) qiymətlərinin artdığı, vergi ödəyicisinin yeni sahibkarlıq obyektlərinin qeydiyyata alındığı, habelə reklam və digər mənbəyi bəlli məlumatlara əsasən malların (iş və xidmətlərin) çeşidinin artdığı halda; - büdcəyə vergi hesablamalarının və ödənişlərin müvafiq dövrlə müqayisədə azalması və ya eyni məbləğdə olması barədə operativ nəzarət strukturlarının müəyyən etdikləri məlumatlar və ya vergi orqanının digər strukturlarından daxil olmuş belə məlumatlar; - vergi ödəyicilərinin şəxsi hesab vərəqələrində artıq ödəmə məbləğləri yaranması barədə vergi orqanının digər strukturlarından daxil olmuş məlumatlar; - vergidən yayınma, həmçinin operativ vergi nəzarəti məsələləri üzrə qanun cozuntusu hallarına yol verilməsi barədə digər dövlət orqanlarından, vergi ödəyicilərindən, vətəndaşlardan və ya 195 telefon xidməti vasitəsi ilə daxil olmuş müraciətlər; - istehsal həcminin və ya satış dövriyyəsinin azalması ilə əlaqədar olaraq xronometraj metodu ilə yeni müşahidənin aparılması barədə vergi ödəyicilərindən daxil olmuş müraciətlər; - vergi orqanlarının, o cümlədən operativ nəzarət strukturlarının müəyyən etdikləri digər əsaslar. Bildirilir ki, Bakı şəhəri X22 üzrə Baş İdarəsinin Sahə təhkimçiliyi idarəsinin əməkdaşları tərəfindən Bakı şəhəri, Nizami rayonu, Ə.Hacıyev küçəsində müşahidə həyata keçirilmiş və xx.xx.2022-ci il tarixli **********062800 nömrəli Vergi Məcəlləsinin 23.1.1-ci maddəsinə müvafiq olaraq “Operativ vergi nəzarətinin təyin edilməsi haqqında” xidməti məruzə əsasında xx.xx.2022-ci il tarixli **********5763 nömrəli “Operativ vergi nəzarətinin həyata keçirilməsi haqqında” Qərar qəbul edilmişdir. 30 noyabr 2018-ci il №1356-VQD Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişiklik edilməsi haqqında Qanunun keçid müddəalarının 2.1–ci bəndinə əsasən Vergi Məcəlləsinin 58.10-cu maddəsində müəyyən olunmuş yeni maliyyə sanksiyaları 2019-cu il yanvarın 1-dən bir il müddətində belə hala birinci dəfə yol verildikdə vergi orqanı tərəfindən rəsmi (yazılı) xəbərdarlıq edildikdən sonra həyata keçirilən vergi nəzarəti tədbirləri zamanı tətbiq edilir. Qeyd olunan halda operativ vergi nəzarəti tədbiri 2022-ci ildə keçirildiyindən xəbərdarlıq edilməsi nəzərdə tutulmamışdır. İddiaçı xx.xx.2022-ci il tarixli operativ vergi nəzarəti tədbiri zamanı təqdim etdiyi izahatında qeyd etmişdir ki, aktda adı qeyd olunan 6 nəfər fiziki şəxslə əmək və ya xidməti müqavilə bağlanmamasının səbəbi, əmək müqaviləsi ilə işləyən işçilərin özlərini narahat hiss etməsi səbəbindən bu işçilərin onları müvəqqəti əvəz etməsi olmuşdur. X1 xx.xx.2022-ci il tarixli etirafedici izahatında İddiaçı tərəfindən 2 gündür ki, qabyuyan vəzifəsinə işə cəlb olunduğunu, obyektdə özündən başqa işləyən şəxslərdən Səmədova Təranə, Məhərrəmova Mənzər, Hüseynova Fərqanə, Məmmədova Lətafət, Əliyeva Gülnur, Qəhrəmanova Mehribanı tanıdğını, onunla əmək və ya xidməti müqavilə bağlanmadığını bildirmişdir. X4 xx.xx.2022-ci il tarixli etirafedici izahatında xx.xx.2022-ci il tarixindən İddiaçı tərəfindən işə cəlb olunduğunu, onunla əmək və ya xidməti müqavilə bağlanmadığını bildirmişdir. X8 xx.xx.2022-ci il tarixli etirafedici izahatında xx.xx.2022-ci il tarixindən İddiaçı tərəfindən ofisiant vəzifəsinə işə cəlb olunduğunu, obyektdə özündən başqa işləyən şəxslərdən Hüseynova Fərqanə, Ələkbərova Gülnarə, Qəhrəmanova Mehribanı tanıdığını, onunla əmək və ya xidməti müqavilə bağlanmadığını bildirmişdir. X3 xx.xx.2022-ci il tarixli etirafedici izahatında 1 ay olar ki, İddiaçı tərəfindən işə cəlb olunduğunu, obyektdə özündən başqa işləyən şəxslərdən Məhərrəmova Mənzər, Əliyeva Gülnur, Məmmədova Lətafət, Ələkbərova Gülnarə, Hüseynova Fərqanəni tanıdğını, onunla əmək və ya xidməti müqavilə bağlanmadığını bildirmişdir. Digər iki nəfər fiziki şəxs də oxşar məzmunlu izahatlar verərək onlarla əmək və ya xidməti müqavilə bağlanmadığını bildirmişdir. Belə ki, Əmək Məcəlləsinin 7-ci maddəsinə əsasən bu Məcəllənin 7-ci maddəsinin 2-1 -ci hissəsi ilə müəyyən edilmiş hallar istisna olmaqla, əmək münasibətləri elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsi ilə daxil edilmiş əmək müqaviləsi bildirişinin qeydiyyata alınmasından və bu barədə şəgötürənə elektron qaydada məlumat göndərilməsindən sonra yarandığı, eləcə də həmin məcəllənin 49-cu maddəsinə əsasən bu Məcəllənin 7-ci maddəsinin 2-1-ci hissəsi və bu maddənin 1-2-ci hissəsi ilə müəyyən edilmiş hallar istisna olmaqla, əmək müqaviləsinin bağlanılması, ona dəyişiklik edilməsi və ya xitam verilməsi bununla bağlı eektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsi ilə daxil edilmiş əmək müqaviləsi bildirişinin həmin elektron informasiya sistemində qeydiyyata aiınmasından və bu barədə işəgötürənə elektron qaydada məlumat göndərilməsindən sonra hüquqi qüvvəyə mindiyi təsbit olunduğu halda, N.Muradov tərəfindən əmək müqaviləsi hüquqi qüvvəyə minmədən fiziki şəxs işlərin yerinə yetirilməsinə cəlb edilmiş 5 nəfər fiziki şəxsin əmək müqaviləsi hüquqi qüvvəyə minmədən işlərin yerinə yetirilməsinə cəlb edilməsi yolu ilə onların gəlirlərinin gizlədilməsinə (azaldılmasına) şərait yaradılmış, eləcə də fiziki şəxs və vergi ödəyicisi operativ vergi nəzarəti tədbiri zamanı təqdim etdikləri izahatlarında yol verilmiş nöqsanları etiraf etmişlər. Göründüyü kimi, operativ vergi nəzarəti tədbiri hər hansı pozuntu olmadan Azərbaycan Respublikasının Vergi Məcəlləsinin tələblərinə uyğun formada keçirilmişdir. Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 23.1.1-ci maddəsinə əsasən vergi orqanlarının bu Məcəllə ilə müəyyən edilmiş hallarda və qaydada operativ vergi nəzarətini keçirmək hüququ vardır. Vergi Məcəlləsinin 24.0.1-ci və 24.0.2-ci maddələrinə görə vergi orqanları vergilərin düzgün hesablanmasına, tam və vaxtında ödənilməsinə nəzarət etməyə borcludur. Həmin Məcəllənin 50.6-cı maddəsinə əsasən operativ vergi nəzarətinin nəticələri üzrə vergi orqanının vəzifəli şəxsləri tərəfindən müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi formada akt tərtib edilir. Operativ vergi nəzarəti tədbirlərinin keçirilməsi zamanı bu Məcəllənin 39-43-cü və 46-49-cu maddələrinin müddəaları tətbiq edilir. Həmin Məcəllənin 50.1.7-ci maddəsinə görə Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxslərin hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi hallarının aşkar edilməsi məsələləri üzrə operativ vergi nəzarətini həyata keçirirlər. Həmin Məcəllənin 58.10-cu maddəsinə əsasən Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxslərin hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi yolu ilə onların gəlirlərinin gizlədilməsinə (azaldılmasına) şərait yaradıldığına görə işəgötürənə, habelə bu Məcəllənin 220.10-cu maddəsinə uyğun olaraq aparıcılıq, çalğıçılıq, rəqqaslıq, aşıqlıq, məzhəkəçilik və digər oxşar fəaliyyətlə məşğul olan şəxslərin, foto, audio-video sahəsində məşğul olan şəxslərin və iaşə obyektlərində müştərilərə xidmət göstərən fiziki şəxslərin (ofisiantın) fəaliyyətə başlayanadək, “Sadələşdirilmiş vergi üzrə sabit məbləğin, məcburi dövlət sosial sığorta və icbari tibbi sığorta haqqının ödənilməsi haqqında qəbz” əldə edilmədən işlərin yerinə yetirilməsinə cəlb edilməsinə görə vergi orqanında uçotda olan sifarişçiyə hər bir belə şəxs üzrə təqvim ili ərzində belə hala birinci dəfə yol verdikdə 2000 manat, ikinci dəfə yol verdikdə 4000 manat, üç və daha çox dəfə yol verdikdə 6000 manat məbləğində maliyyə sanksiyası tətbiq edilir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 5-1-ci maddəsinə əsasən əmək müqaviləsi bildirişi - bu Məcəllənin 7-ci maddəsinin 2-1-ci hissəsi ilə müəyyən edilmiş istisna olmaqla, əmək müqaviləsinin bağlanılmasının, ona dəyişiklik edilməsinin və ya xitam verilməsinin müvafiq icra hakimiyyəti orqanının mərkəzləşdirilmiş elektron informasiya sistemində (bundan sonra - elektron informasiya sistemi) elektron qaydada qeydiyyata alınması məqsədi ilə işəgötürən tərəfindən həmin elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsi ilə daxil edilən elektron sənəddir. “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq yerli investisiyalı məhdud məsuliyyətli cəmiyyətin elektron dövlət qeydiyyatına alınması üçün ərizədə qeyd olunmuş işçilərlə ilk dəfə əmək müqaviləsinin bağlanması elektron informasiya sistemində müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən elektron qaydada təqdim olunan “əlumatlar əsasında qeydiyyata alınır. Həmin Məcəllənin 7-ci maddəsinə əsasən bu Məcəllənin 7-ci maddəsinin 2-1 -ci hissəsi ilə müəyyən edilmiş hallar istisna olmaqla, əmək münasibətləri elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsi ilə daxil edilmiş əmək müqaviləsi bildirişinin qeydiyyata alınmasından və bu barədə işəgötürənə elektron qaydada məlumat göndərilməsindən sonra yaranır. Həmin Məcəllənin 49-cu maddəsinə əsasən bu Məcəllənin 7-ci maddəsinin 2-1 -ci ssəsi və bu maddənin 1-2-ci hissəsi ilə müəyyən edilmiş hallar istisna olmaqla, əmək müqaviləsinin bağlanılması, ona dəyişiklik edilməsi və ya xitam verilməsi bununla bağlı elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsi ilə daxil edilmiş əmək müqaviləsi bildirişinin həmin elektron informasiya sistemində qeydiyyata alınmasından və bu barədə işəgötürənə elektron qaydada məlumat göndərilməsindən sonra hüquqi qüvvəyə minir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2014-cü il 6 iyun tarixli 183 nömrəli qərar ilə təsdiq edilmiş ‘‘Əmək müqaviləsi bildirişinin forması və onun elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsilə daxil edilməsi qaydaları, əmək müqaviləsi bildirişinin qeydiyyata alınması ilə bağlı işəgötürənə və Azərbaycan Respublikasının Vergilər Nazirliyinə göndərilən məlumat forması, habelə qeydiyyata alınmış əmək müqaviləsi bildirişinin məlumatlarını real vaxt rejimində əldə etməklə bağlı Qaydaların 3.2ci bəndinə əsasən bu Qaydaların 2.1-1 -ci bəndi ilə müəyyən olunmuş hallar və Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 7-ci maddəsinin 2-1 -ci maddəsində nəzərdə tutulan dövlət orqanlarında müvafiq vəzifələrə (peşələrə) qəbul edilən işçilərlə işəgötürənlər arasında bağlanılmış əmək müqavilələri istisna olmaqla, gər vəzifələr (peşələr) üzrə işçilərlə işəgötürənlər arasında bağlanılmış əmək müqavilələri, onlarda dəyişikliklər edilməsi və ya xitam verilməsi aidiyyəti işəgötürənlər tərəfindən müvafiq əmək müqaviləsi bildirişi formasında elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsilə daxil edilməlidir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Həmin Məcəllənin 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Yuxarıda göstərilənlərə əsasən vergi orqanının hüquq və vəzifələrini icra edərək iddia ərizəsinə münasibət bildirməklə sadalanan faktlara və hüquq normalarına əsaslanaraq iddia tələbinin təmin edilməməsini xahiş etmişdir.
5. İş materiallarında olan 07 fevral 2022-ci il tarixli Xidmətlərin göstərilməsi haqqında müqaviləyə əsasən İddiaçı ilə X15 arasında sonuncunun ofisiant xidmətlərinin göstərilməsi barədə müqavilə bağlanmışdır.
6. İş materiallarında olan 01 fevral 2022-ci il tarixli Xidmətlərin göstərilməsi haqqında müqaviləyə əsasən İddiaçı ilə X10 arasında salatçı xidmətlərinin göstərilməsi barədə müqavilə bağlanmışdır.
7. İş materiallarında olan 07 fevral 2022-ci il tarixli Xidmətlərin göstərilməsi haqqında müqaviləyə əsasən İddiaçı ilə X11 arasında sonuncunun xadimə xidmətlərinin göstərilməsi barədə müqavilə bağlanmışdır.
8. İş materiallarında olan 02 fevral 2022-ci il tarixli Xidmətlərin göstərilməsi haqqında müqaviləyə əsasən İddiaçı ilə X13 arasında sonuncunun xəmirçi xidmətlərinin göstərilməsi barədə müqavilə bağlanmışdır.
9. Dövlət Vergi Xidmətinin Bakı şəhəri X22 üzrə Baş İdarəsinin xx.xx.2022-ci il tarixli vergi ödəyicisininin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında **********7525 nömrəli qərarına əsasən İddiaçı məxsus Bakı şəhəri, Nizami rayonu, Ə.Hacıyev ünvanda yerləşən “Faxralı” kafesində həyata keçirilmiş operativ vergi nəzarəti tədbiri zamanı 7 nəfər fiziki şəxsdən 6 nəfəri əmək müqaviləsi hüquqi qüvvəyə minmədən işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edildiyi müəyyən edilərək, xx.xx.2022-ci il tarixli DVX seriyalı 005450 nömrəli “Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxslərin hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə, habelə Vergi Məcəlləsinin 220.10-cu maddəsinə uyğun olaraq xidmət göstərən fiziki şəxslərin “Sadələşdirilmiş vergi üzrə sabit məbləğin və məcburi dövlət sosial sığorta haqqının ödənilməsi haqqında qəbz” əldə edilmədən işlərin yerinə yetirilməsinə cəlb edilməsi hallarının aşkar edilməsi məsələsi üzrə operativ vergi nəzarətinin nəticəsi haqqında” aktla rəsmiləşdirildiyi, vergi ödəyicisinin heç bir əsaslı səbəb göstərmədən aktı imza etməkdən və bir nüsxəsini almaqdan imtina etdiyi göstərilmiş, aktın bir nüsxəsinin vergi ödəyicisinə göndərilməsi qanunvericiliklə nəzərdə tutulmuş qaydada təmin olunacağı bildirilmişdir.
10. Məhkəmənın hazırlıq icraatı üzrə iclasında, eləcə də şifahi məhkəmə dinləmələri zamanı (məhkəmə baxış iclası) iştirak edən iddiaçının nümayəndəsi və vəkili iddia tələbini müdafiə edərək onun təmin olunmasını xahiş etdi.
11. Məhkəmənın hazırlıq icraatı üzrə iclasında, eləcə də şifahi məhkəmə dinləmələri zamanı (məhkəmə baxış iclası) iştirak edən cavabdehin nümayəndəsi iddia tələbinə yazılı etirazın məzmununa uyğun izahat verməklə onun təmin olunmasını xahiş etdi.
İİ. İddianın növü və mümkünlüyü
12. İPM-in 2.2.1-ci maddəsinə görə şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır.
13. Məhkəmə ilk növbədə qeyd edir ki, mübahisələndirilən qərar inzibati aktdır.
14. İddiaçı həmin qərarı inzibati qaydada mübahisələndirilmiş, şikayəti təmin olunmamışdır.
15. Mübahisələndirilən qərar (inzibati akt) iddiaçıya münasibətdə hüquqi nəticə yaradır, iddia mümkündür.
İV. Məhkəmənin mövqeyi
16. Vergi Məcəlləsindən: 23.1. Vergi orqanlarının hüquqları aşağıdakılardır: 23.1.1. bu Məcəllə ilə müəyyən edilmiş hallarda və qaydada kameral və səyyar vergi yoxlamalarını, operativ vergi nəzarətini keçirmək; 23.1.2. vergi ödəyicilərində bütün maliyyə sənədlərini, mühasibat kitablarını, hesabatları, smetaları, nağd vəsaitləri, qiymətli kağızları və başqa qiymətliləri, bəyannamələri və vergilərin hesablanması və ödənilməsi ilə bağlı olan digər sənədləri, o cümlədən bu Məcəllənin 16.1.6-cı maddəsində nəzərdə tutulmuş məlumat və sənədləri qanunvericiliklə müəyyən edilmiş qaydada yoxlamaq, yoxlamaların keçirilməsi zamanı yoxlamaya aid olan məsələlərlə bağlı vergi ödəyicilərindən və ya onun vəzifəli şəxslərindən lazımi izahatlar, arayışlar və məlumat almaq, habelə mühasibat uçotu elektron formatda aparıldığı halda vergi ödəyicisinin özünün, filiallarının və digər struktur bölmələrinin elektron daşıyıcılarındakı məlumatlarının verilməsini, həmin məlumatlara birbaşa və ya məsafədən çıxış imkanının yaradılmasını tələb etmək; 58.10. Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxslərin hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi yolu ilə onların gəlirlərinin gizlədilməsinə (azaldılmasına) şərait yaradıldığına görə işəgötürənə, habelə bu Məcəllənin 220.10-cu maddəsinə uyğun olaraq aparıcılıq, çalğıçılıq, rəqqaslıq, aşıqlıq, məzhəkəçilik və digər oxşar fəaliyyətlə məşğul olan şəxslərin, foto, audio-video sahəsində məşğul olan şəxslərin və iaşə obyektlərində müştərilərə xidmət göstərən fiziki şəxslərin (ofisiantın) fəaliyyətə başlayanadək, “Sadələşdirilmiş vergi üzrə sabit məbləğin, məcburi dövlət sosial sığorta və icbari tibbi sığorta haqqının ödənilməsi haqqında qəbz” əldə edilmədən işlərin yerinə yetirilməsinə cəlb edilməsinə görə vergi orqanında uçotda olan sifarişçiyə hər bir belə şəxs üzrə təqvim ili ərzində belə hala birinci dəfə yol verdikdə 2000 manat, ikinci dəfə yol verdikdə 4000 manat, üç və daha çox dəfə yol verdikdə 6000 manat məbləğində maliyyə sanksiyası tətbiq edilir.
17. Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrindən çıxarışa əsasən, AZ1060, Bakı şəhəri, Nizami rayonu, Əlif Hacıyev küçəsində yerləşən kafedə operativ vergi nəzarəti keçirilmişdir.
18. Operativ yoxlama zamanı iddiaçı tərəfindən verilmiş izahata əsasən qeyd edilən ünvanda ümumilikdə 6 nəfər işçi ilə əmək müqaviləsi bağlanmayıb, əmək müqaviləsi bağlanmamasının səbəbi əmək müqaviləsi olan işçilərin özünü narahat hiss etməsi, bu işçilərin onları əvəz etməsidir, həmin 6 nəfərlə qısa bir zamanda əmək müqaviləsi bağlayacaqdır. -X1 xx.xx.2022-ci il tarixli etirafedici izahatında iki gündür ki, X16 tərəfindən kömək üçün qabyuyan işinə gəldiyini, aralarında xidməti müqavilə və əmək müqaviləsi bağlanmadığını, digər işçilərdən Səmədova Təranə-salatçı, Məhərrəmova Mənzər – xəmirçi, Hüseynova Fərqanə - xadimə, Məmmədova Lətafət – baş aşpaz, Əliyeva Gülnur – ofisiant, Qəhrəmanova Mehriban - qab siləni tanıdığını bildirmişdir; -X4 xx.xx.2022-ci il tarixli etirafedici izahatında həmin tarixdən X16 tərəfindən xadimə qismində çağırıldığını, aralarında xidməti müqavilə və əmək müqaviləsi bağlanmadığını, işçilərdən heç kimi tanımadığını bildirmişdir; -X8 xx.xx.2022-ci il tarixli etirafedici izahatında xx.xx.2022-ci il tarixindən X16 ofisiant kimi işə götürüldüyünü, aralarında xidməti müqavilə və əmək müqaviləsi bağlanmadığını, Hüseynova Fərqanə - xadimə, Ələkbərova Gülnarə - qab yuyan, Qəhrəmanova Mehriban – ona köməyə gələni tanıdığını bildirmişdir; -X6 xx.xx.2022-ci il tarixli etirafedici izahatında X16 tərəfindən 6 aydır ki, xəmirçi qismində çağırıldığını, aralarında xidməti müqavilə və əmək müqaviləsi bağlanmadığını, Səmədova Təranə - salatçı, Əliyeva Gülnur – ofisiant, Məmmədova Lətafət – aşpaz, Ələkbərova Gülnarə - qabyuyan, Hüseynova Fərqanə - təmizləyicini tanıdığını bildirmişdir; -X3 xx.xx.2022-ci il tarixli etirafedici izahatında X16 tərəfindən salatçı vəzifəsinə götürüldüyünü, aralarında xidməti müqavilə və əmək müqaviləsi bağlanmadığını, Məhərrəmova Mənzər - xəmirçi, Əliyeva Gülnur – ofisiant, Məhərrəmova Lətafət – aşpaz, Ələkbərova Gülnarə - qabyuyan, Hüseynova Fərqanə - təmizləyicini tanıdığını bildirmişdir; -X2 xx.xx.2022-ci il tarixli etirafedici izahatında X16 tərəfindən xadimə vəzifəsinə götürüldüyünü, aralarında xidməti müqavilə və əmək müqaviləsi bağlanmadığını, işçilərdən Fərqanə - xadimə, Gülnarə - qabyuyan, Gülnur – ofisiantı tanıdığını bildirmişdir. -İşçilərdən heç bir vergi ödəyicisi kimi qeydiyyatdan keçməmiş, sabit qəbz almamışdır.
19. Məhkəmə qeyd edir ki, dərhal, yerində verilən izahatlar gözlənilməzdir, bu səbəbdən də mövcud halı təhrif edilmiş şəkildə təqdim etmə ehtimalı ağlabatan deyil. Operativ vergi nəzarətinin həyata keçirilməsi zamanı əldə edilmiş sübutların etibarlılığı məhkəmədə şübhə yaratmır. Həmin izahatların zor tətbiqi, hədə-qorxu ilə alındığı hər hansı şəkildə öz təsdiqini tapmır.
20. İddiaçının iddia ərizəsində qeyd etdiyi hallar məhkəmə araşdırması zamanı təsdiqini tapmamış, cavabdeh tərəfindən təqdim edilmiş yoxlama materialları ilə (iddiaçının özünün və işçilərin verdiyi izahatlarla) təkzib edilmişdir.
21. Vergi Məcəlləsinin 53.3-cü maddəsinin müvafiq hissələrinə əsasən: Vergi ödəyicisi vergi qanunvericiliyinin pozulmasında özünün təqsirsiz olmasını sübut etməyə borclu deyildir. Vergi qanunvericiliyinin pozulması faktını təsdiq edən halların və vergi ödəyicisinin təqsirinin sübut edilməsi vergi orqanlarının üzərinə qoyulur. Vergi qanunvericiliyinin pozulmasında vergi ödəyicisinin təqsirinin olmasında aradan qaldırılmaz şübhələr olduqda, onlar vergi ödəyicisinin xeyrinə şərh olunur.
22. İPM-in 14.1-cü maddəsinə əsasən, mübahisələndirilən inzibati aktı qəbul etmiş inzibati orqan həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etməlidir.
23. Odur ki, məhkəmə hesab edir ki, cavabdeh qərarın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmişdir.
24. İPM-in 68-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır.
25. Göstərilənlərə əsasən və İPM-in 2.2, 4.1, 23.1, 58.7, 69, 75, 78 – 79, 81, 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə
QƏRARAALDİ:
İddia tələbi təmin edilməsin. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər.
Hakim Günel Sevdimalıyeva