Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-2027/2025 04.02.2025 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı cavabdeh Bakı şəhəri Cavabdehnə qarşı “sərəncamda yol verilmiş yanlışlığa düzəliş edilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi ” tələbinə dair iddiası üzrə GİRİŞ HİSSƏ Bakı İnzibati Məhkəməsi Hakim Abıyev Nəriman İbrahim oğlunun sədrliyi, İddiaçı, onun vəkili Vəkil, cavabdeh Bakı şəhəri Cavabdeh nümayəndəsi X2 iştirakları ilə, İddiaçı cavabdeh Bakı şəhəri Cavabdehnə qarşı “sərəncamda yol verilmiş yanlışlığa düzəliş edilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi” tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) açıq şifahi məhkəmə baxışı iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İşin halları: İddiaçı cavabdeh Bakı şəhəri Cavabdehnə (bundan sonra mətndə Nəsimi RİH) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Nəsimi RİH Başçısının birinci müavininin ona verdiyi xx.xx.1992-ci il tarixli, 822/15 nömrəli sərəncamda yol verdiyi səhvlərin aradan qaldırılması, soyadının, adının və təvəlüdünün şəxsiyyət vəsiqəsində olduğu kimi yazılması vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. İddiaçının əsaslandırması: İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, və ailə üzvləri Ermənistan Respublikasının Noyanberyan rayonunun Yuxarı Körpülü kəndində yaşamış, münasibətlərin kəskinləşməsi ilə əlaqədar Bakı şəhərinə köçmüşlər. Milli münaqişə zamanı ərini itirdiyi üçün Azərbaycan Respublikası Ali Sovetinin xx.xx.1987-ci il, xx.xx.1992-ci il və xx.xx.1992-ci il tarixli Qərarına əsasən Bakı şəhəri, Nəsimi rayonu İcra Hakimiyyəti Başçısının birinci müavininin xx.xx.1992-ci il tarixli, 822/15 nömrəli Sərəncamı ilə o, və 3 nəfər ailə üzvü Bakı şəhəri, Tağızadə küçəsi (indiki A.Məhərrəmov küçəsi), 60 №-li binanın 5 №-li, bir otaqlı, 16,7 kv. metr sahəsi olan mənzilinə qeydiyyata alınmaqları barədə X25 və MİŞ-nə göstəriş verilmiş, o, və 3 nəfər uşaqları-X6, X11 və X14 həmin ünvana qeydiyyata alınmışlar. 32 ildir ki həmin ünvanda yaşayırlar. Nəsimi RİH başçısının birinci müavininin verdiyi xx.xx.1992-ci il tarixli 822/15 nömrəli sərəncamda çoxlu texniki səhvlərə yol verilmişdir. Belə ki, onun adı şəxsiyyət vəsiqəsində Surayə olduğu halda, sərəncamda “Surayya” yazılmış, təvəllüdü isə şəxsiyyət vəsiqəsində xx.xx.1956-cı il qeyd olunduğu halda 19 yazılmış, yəni tam yazılmamışdır. Sərəncamdan əvvəl soyadı Əsgərova, ortada Namazova, sonra isə Əsgərova yazılmışdır. Ona Ermənistan Respublikasında verilən doğum haqqında şəhadətnaməsində adı “Сурая” (rus dilində) göstərilmişdir. Cavabdeh xx.xx.1992-ci il tarixli verdiyi sərəncamda yol verilmiş səhvlərin aradan qaldırılması üçün rəsmən Nəsimi RİH-yə müraciət etmiş, sonuncu sərəncamın verilməsinə əsas olan sənədlərin İcra Hakimiyyətində saxlanmadığını əsas gətirərək yol verilmiş texniki səhvlərin aradan qaldırılmasından imtina etmişdir. Odur ki, Azərbaycan Respublikası Milli Arxiv İdarəsinin Bakı filialına müraciət edərək Nəsimi RİH-nin arxivdə saxlanan həmin sərəncamının təsdiq edilmiş ksero surətini almışdır. Nəsimi RİH bildirmişdir ki, həmin səhvlərə onlardan əvvəl işləmiş əməkdaşlar yol vermişdir. Odur ki, həmin sərəncamda yol verilən səhvlər məhkəmə qərarı ilə aradan qaldırıla bilər. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəməyə daxil olduqdan sonra İPM-in 49-cu maddəsinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və İPM-nin 47-ci maddəsinə uyğun olaraq, məhkəmənin xx.xx.2024-cü il tarixli sərəncamı ilə iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surəti cavabdeh inzibati orqana təqdim edilmiş, cavabdehdən iddia ilə bağlı yazılı münasibət (etiraz) bildirilməsi tələb olunmuş, həmçinin, tərəflər işin halları, mübahisənin vəziyyəti ilə bağlı məsələlərin müzakirəsi üçün məhkəməyə dəvət olunmuşlar. Cavabdeh Nəsimi RİH-nin iddia tələbinə dair yazılı mülahizəsi məhkəməyə təqdim edilməmişdir. Tərəflərin iştirakı və izahatları: Məhkəmə iclasında iştirak edən İddiaçı, onun vəkili Vəkil iddianın mahiyyəti üzrə izahat verərək, məhkəmədən iddianın təmin olunmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdeh Nəsimi RİH-nin nümayəndəsi X7 izahatında təmsil etdiyi orqanın iddianın təmin olunmasına etiraz etmədiklərini bildirdi. ƏSASLANDİRMA HİSSƏSİ İddianın növü və mümkünlüyü. “İnzibati İcraat Haqqında” Azərbaycan Respublikası Qanununun 1.2-ci maddəsinə əsasən, bu Qanunun müddəaları inzibati orqanların fiziki və ya hüquqi şəxslərə münasibətdə faktiki xarakterli digər fəaliyyətinə (hərəkətlərinə) də şamil olunur. Həmin Qanunun 2.0.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları, onların yerli (struktur) və digər qurumları, bələdiyyələr, habelə qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hər hansı fiziki və ya hüquqi şəxs inzibati orqan hesab olunur. İPM-nin 2.2.3-cü və 34.1-ci maddələrinə əsasən cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb etmək hüququnu müəyyən edən öhdəliyin icrası haqqında iddia üzrə ümumi mümkünlük şərtləri (iddianın lazımı qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.) ilə yanaşı, xüsusi mümkünlük şərtlərinə də cavab verməlidir. Bu növ iddia üçün xüsusi mümkünlük şərtlərinə-iddia qaldırmaq səlahiyyətinə (İPM-in 35-ci maddəsi) əməl olunmalıdır. İddia qaldırmaq səlahiyyəti onu nəzərdə tutur ki, iddiaçı iddia ərizəsində inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan hərəkətlər nəticəsində subyektiv hüquqlarının pozulduğunu irəli sürür. Məhkəmə hesab edir ki, iddiaçının hazırki iddianı qaldırmağa subyektiv hüququ vardır. İddianın növü öhdəliyin icrasına dair iddiadır. İddiaçı hazırki tələblə cavabdeh orqana müraciət etmiş, sonuncu tərəfindən müraciəti təmin olunmadığından, iddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia mümkündür. Faktiki hallar və sübutlar: İş materiallarında olan: 21 mart 1956-cı ildə Ermənistan SSR Noyemberyan rayonu, Yuxarı Körpülü kənd soveti tərəfindən verilmiş ЗЖ seriyalı 830591 №li doğum haqqında şəhadətnamənin surətindən (notarial qaydada tərcümə olunmuş) müəyyən olunur ki, xx.xx.1956-cı ildə Ermənistan SSR Noyemberyan rayonu, Yuxarı Körpülü kəndində doğulmuş X4 atası kimi X18, anası kimi isə X5 qeyd olunmuşdur. xx.xx.1976-cı ildə verilmiş İ-PK seriyalı 391459 №li nikah haqqında şəhadətnamənin surətindən müəyyən olunur ki, X1 Abbas Muxail oğlu ilə xx.xx.1976-cı ildə nikaha daxil olmuş nikahdan sonra arvada Əsgərova soyadı verilmişdir. Azərbaycan Respublikası vətəndaşının AZE seriyalı 0******* №li şəxsiyyət vəsiqəsinin surətindən müəyyən olunur ki, xx.xx.1956-cı ildə Ermənistan, Noyemberyan rayonunda doğulmuş İddiaçı ünvan 2 ünvanında qeydiyyatdadır. Məhkəmənin müvafiq sorğusuna əsasən Azərbaycan Respublikası Milli Arxiv İdarəsi Azərbaycan Respublikası Dövlət Arxivinin Bakı Filialının 18 sentyabr 2024-cü il tarixli məktubu ilə məhkəməyə təqdim olunmuş Nəsimi RİH-nin başçısının birinci müavini Ə.Quliyev tərəfindən imzalanmış “X3 4 nəfər ailə tərkibi ilə Tağızadə küçəsi ev 60, mən. 5ə daimi qeydiyyata alınması barədə” xx.xx.1992-ci il tarixli 822/15 №li Sərəncamı aşağıdakı məzmunda verilmişdir: vət.X8 4 nəfər ailə tərkibi ilə (özü, 3 uşağı) Tağızadə küçəsi ev 60, mən. 5-ə, daimi qeydiyyata alınması üçün Nəsimi rayonu İcra Hakimiyyətinin başcısının aparatına ərizə ilə müraciət etmişdir. Müəyyən olunmuşdur ki, ərizəçi əvvəllər Erm. Respublikası Noyamberyan r-nun, Körpülü kəndində yaşamış və qeydiyyatda olmuşdur. Millətlər arası münasibətlərin kəskinləşməsi ilə əlaqədar Bakı şəhərinə 1 otaqlı sahəsi 16,7 kv. m. olan yuxarıdakı ünvana köçmüşdür. Bu günə kimi qeydiyyatsız yaşayır (31 nömrəli MİS-nin aktı). Azərb. Ali Sövetinin qərarına görə milli münaqişə vaxtı həyat yoldaşını itirdiyinə görə göstərildiyi ünvana qeydiyyata yazılsın. Yuxardakılara əsaslanaraq: İ. DİŞ-ə və MİS-ə göstəriş verilsin ki, X9 4 nəfər ailə üzvü ilə birlikdə Tağızadə küç. 60, mən. 5-ə qeydiyyata götürülsün.
1. X9 – özü 19 2.X10 – oğlu- 1979-cu il 3.X16-1977-ci il 4.X17- qızı-1982-ci il
2. Verilən sərəncama əsasən Bakı şəhəri, Tağızadə küç, ev 60, 5 nömrəli mənzilə 1 otaqlı 16,7 kv.m olan mənzilin kirayəçisi hesab edilsin və hesab vərəqəsi onun adına açılsın
2. Sərəncamın surəti 31 nömrəli MİS-ə MTİ-nə, DİŞ-ə və məlumat üçün Vət.Əskərova S.K qızına göndərilsin.
3. Sərəncamın İcra olunması nəzarət Cavabdeh başcısının müavini A.H.Hüseynov yoldaşa tapşırılsın
İddiaçının hazırkı iddia tələbi ilə bağlı müraciətinə cavab olaraq verilmiş Nəsimi RİH-nin xx.xx.2024-cü il tarixli məktubunda qeyd olunmuşdur ki, sözügedən sərəncamın verilməsinə əsas olmuş sənədlər rayon İH-də saxlanılmadığından xahişinin təmin etmək mümkün olmamışdır.
Tətbiq edilən hüquq
“İnzibati İcraat Haqqında” Azərbaycan Respublikası Qanunu:
Maddə 2 . Qanunda istifadə olunmuş əsas anlayışlar
2.0. Bu Qanunda istifadə olunmuş əsas anlayışlar aşağıdakı mənalara malikdir: 2.0.2. inzibati akt - inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir; ... Maddə 57. İnzibati aktın forması
57.1. Qanunda başqa forma nəzərdə tutulmamışdırsa və ya başqa formaya yol verilmirsə, inzibati akt yazılı formada qəbul edilir. 57.2. Yazılı inzibati akt icraatı həyata keçirən inzibati orqanın müvafiq vəzifəli şəxsi və ya kollegial inzibati orqanın vəzifəli şəxslərindən biri tərəfindən tərtib olunur. İnzibati akt inzibati orqanın müvafiq vəzifəli şəxsi tərəfindən və ya kollegial inzibati orqanın üzvləri tərəfindən imzalanır. 57.3. Azərbaycan Respublikasının qanunvericiliyi ilə birbaşa nəzərdə tutulmuş hallarda, habelə dövlət maraqlarına və ya ictimai maraqlara ziyan vura biləcək təhlükənin qarşısının alınması və ya aradan qaldırılması ilə əlaqədar təxirəsalınmaz hallarda inzibati akt şifahi və ya digər anlaşılan formada (başa düşülən digər formada) qəbul edilə bilər. 57.4. Bu Qanunun 57.3-cü maddəsinə əsasən şifahi və ya digər anlaşılan formada (başa düşülən digər formada) qəbul edilmiş inzibati akt aşağıdakı hallarda elan olunduğu vaxtdan 5 gün müddətində yazılı formada təsbit olunmalıdır: 57.4.1. inzibati akt ünvanlandığı şəxsin və ya digər maraqlı şəxsin hüquq və qanunla qorunan maraqlarını məhdudlaşdırdıqda (əlverişsiz inzibati aktın qəbul edildiyi hallarda); 57.4.2. inzibati orqan inzibati aktı yazılı formada qəbul edəcəyini vəd etdikdə; 57.4.3. qanunla birbaşa nəzərdə tutulduqda. 57.5. Qanunla nəzərdə tutulmuş hallarda inzibati akt işıq, səs siqnalları və işarələri, təsvirlər formasında və yaxud digər formalarda qəbul edilə bilər. Maddə 58. İnzibati akta dair ümumi tələblər
58.1. İnzibati akt Azərbaycan Respublikasının Konstitusiyasına, bu Qanuna və digər əlaqədar hüquq normalarına uyğun qəbul edilməlidir. 58.2. İnzibati akt məzmun baxımından kifayət qədər aydın və anlaşılan olmalıdır. 58.3. İnzibati aktda onun ünvanlandığı hüquqi və ya fiziki şəxslər, nizama saldığı və ya həll etdiyi məsələlər dəqiq göstərilməlidir.
Maddə 59. Yazılı inzibati aktın rekvizitləri
59.1. Yazılı inzibati aktda aşağıdakı məlumatlar əks olunmalıdır: 59.1.1. inzibati aktı qəbul etmiş orqanın adı; 59.1.2. inzibati aktın ünvanlandığı hüquqi şəxsin adı və hüquqi ünvanı və ya fiziki şəxsin adı, atasının adı, soyadı və ünvanı; 59.1.3. inzibati aktın adı, qəbul olunma tarixi və yeri, qeydiyyat nömrəsi; 59.1.4. inzibati aktı qəbul etmiş inzibati orqanın məsul vəzifəli şəxsinin və ya kollegial inzibati orqanın üzvlərinin soyadı, adı və imzası; 59.1.5. həmin akta qarşı mümkün hüquqi müdafiə vasitələri, bu hüquqi müdafiə vasitələrindən istifadə müddəti və bununla bağlı maraqlı şəxsin şikayət (iddia) verə biləcəyi orqan (orqanlar, o cümlədən məhkəmə) haqqında məlumat; 59.1.6. inzibati aktı qəbul etmiş inzibati orqanın möhürü. 59.2. İnzibati akt texniki (avtomat) qurğuların köməyi ilə qəbul edildikdə, həmin aktda vəzifəli şəxsin imzasının və inzibati orqanın möhürünün olmaması mümkündür. 59.3. İnzibati aktın məzmunu müxtəlif kod işarələri ilə ifadə oluna bilər. Belə hallarda inzibati aktın ünvanlandığı şəxsin onun məzmununu birmənalı şəkildə başa düşməsi üçün həmin akta müvafiq izahat əlavə edilməlidir. ... Maddə 63. İnzibati aktda olan aşkar səhvlərin düzəldilməsi
63.1. İnzibati orqan öz təşəbbüsü ilə və ya maraqlı şəxslərin ərizəsinə əsasən qəbul etdiyi inzibati aktda olan yazı və hesab səhvlərini düzəldə bilər. 63.2. İnzibati orqan düzəliş edilməsi zəruri olan sənədi tələb edə bilər. 63.3. İnzibati aktda düzəlişlər inzibati orqanın müvafiq vəzifəli şəxsinin və ya kollegial inzibati orqanın üzvlərinin imzası ilə təsdiq olunmalıdır. 63.4. İnzibati orqan inzibati akta edilən düzəlişlər barədə bu Qanunun 62-ci maddəsində nəzərdə tutulmuş qaydada maraqlı şəxslərə rəsmi məlumat verməyə borcludur. İnzibati-Prosessual Məcəllə:
58.Sübutların araşdırılması qaydası. ... 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. ...
68. Məhkəmə qərarının əsası. 68.1. Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. 68.2. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır.
Məhkəmənin mövqeyi:
Məhkəmə hesab edir ki, iddia əsaslı olduğundan təmin olunmalıdır. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır. İddiaçının hüquqi marağı Nəsimi RİH tərəfindən ona verilmiş xx.xx.1992-ci il tarixli, 822/15 nömrəli sərəncamda yol verilmiş yanlışlıqların aradan qaldırılması öhdəliyinin cavabdehin üzərinə qoyumasından ibarətdir. Qanunvericiliyin yuxarıda qeyd olunan tələblərinə (İnzibati orqan öz təşəbbüsü ilə və ya maraqlı şəxslərin ərizəsinə əsasən qəbul etdiyi inzibati aktda olan yazı səhvlərini düzəldə bilər) və işin sadalanan hallarına əsasən məhkəmə hesab edir ki, iddiaçı cavabdeh icra hakmiyyəti tərəfindən sərəncamının mətnində düzəlişlərin edilməsini tələb etməkdə haqlı olmuşdur. Bu zaman cavabdehin imtinası qanunauyğun olmamışdır İmtina cavabdehin inzibati orqan olaraq güdməli olduğu qanuni məqsədə mütənasib, həmin məqsədə çatmaq üçün öz məzmunu baxımından zəruri və yararlı olmamışdır. Beləliklə, məhkəmə tədqiq edilmiş sübutların məcmusuna qiymət verərək belə nəticəyə gəlir ki, iddia təmin edilməlidir.
NƏTİCƏVİ HİSSƏ
Şərh olunanlara əsasən və İPM-nin 68, 69, 73, 75 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı:
İddia təmin edilsin. Bakı şəhəri Cavabdeh “X3 4 nəfər ailə tərkibi ilə Tağızadə küçəsi ev 60, mən. 5-ə daimi qeydiyyata alınması barədə” xx.xx.1992-ci il tarixli 822/15 №li Sərəncamının mətnində düzəliş edilərək, adına sərəncam verilmiş şəxsin adının “İddiaçı” təvəllüd ilinin isə “1956-cı il” kimi qeyd olunması öhdəliyi cavabdeh Bakı şəhəri Cavabdeh üzərinə qoyulsun. Qərardan məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində tərəflər Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verə bilərlər. Qərardan apellyasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Nəriman Abıyev