Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-203/2021 17.11.2021 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Abdullayeva Aygün Abdulla qızının sədrliyi, Məhkəmə iclas katibi X8 Ağa qızının katibliyi, İddiaçının nümayəndəsi və vəkili X3 iştirakı ilə, Cavabdehin nümayəndəsi X2 iştirakları ilə, İddiaçı cavabdeh Bakı şəhəri Binəqədi rayon İcra Hakimiyyətinə qarşı 3-cü şəxs Bakı şəhər İcra Hakimiyyəti işə cəlb edilməklə sərəncamın ləğv edilməsi tələblərinə dair iddiasına ünvan 1 ünvanda məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Bakı şəhəri Binəqədi rayon İcra Hakimiyyətinə qarşı ünvan 2 ünvanda yerləşən, sahiblik və istifadəsində olmuş 0.06 ha torpaq sahəsindən mərhum oluma və üzərindəki tikililərin qanunsuz sökülməsi ilə əlaqədar ona vurulmuş ******* (bir milyon manat) real zərərin ödənilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Sonradan iddiaçının nümayəndəsi və vəkili iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə müraciət edərək, ünvan 2 ünvanda yerləşən, iddiaçının faktiki sahiblik və istifadəsində olmuş torpaq sahəsinin daş hasarının və üzərindəki sökülmüş tikililərin bərpa edilməsi və 0.06 ha torpaq sahəsinin əvvəlki vəziyyətinin bərpa olunmaqla iddiaçıya qaytarılması, yaxud iddiaçıya vurulmuş ******* (bir milyon) manat ziyana görə iddiaçıya həmin məbləğdə kompensasiya ödənilməsi vəzifəsinin iş üzrə cavabdeh Bakı şəhəri Binəqədi rayon İcra Hakimiyyətinə həvalə edilməsi və Bakı şəhəri Binəqədi rayon İcra Hakimiyyətinin 02 avqust 2019-cu il tarixli, 148 saylı sərəncamının ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Dəqiqləşdirilmiş ərizə icraata qəbul edilmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-203/2021 saylı, 02.11.2021-ci il tarixli qərardadı ilə İddiaçı cavabdeh Bakı şəhəri Binəqədi rayon İcra Hakimiyyətinə qarşı 3-cü şəxs Bakı şəhər İcra Hakimiyyəti işə cəlb edilməklə ünvan 2 ünvanda yerləşən, iddiaçının faktiki sahiblik və istifadəsində olmuş torpaq sahəsinin daş hasarının və üzərindəki sökülmüş tikililərin bərpa edilməsi və 0.06 ha torpaq sahəsinin əvvəlki vəziyyətinin bərpa olunmaqla iddiaçıya qaytarılması, yaxud iddiaçıya vurulmuş ******* (bir milyon) manat ziyana görə iddiaçıya həmin məbləğdə kompensasiya ödənilməsi vəzifəsinin iş üzrə cavabdeh Bakı şəhəri Binəqədi rayon İcra Hakimiyyətinə həvalə edilməsi tələbinə və Bakı şəhəri Binəqədi rayon İcra Hakimiyyətinin 02 avqust 2019-cu il tarixli, 148 saylı sərəncamının ləğv edilməsi tələbinə ayrıca icraatda və yeni nömrə verilərək baxılması, İddiaçı cavabdeh Bakı şəhəri Binəqədi rayon İcra Hakimiyyətinə qarşı 3-cü şəxs Bakı şəhər İcra Hakimiyyəti işə cəlb edilməklə Bakı şəhəri Binəqədi rayon İcra Hakimiyyətinin 02 avqust 2019-cu il tarixli, 148 saylı sərəncamının ləğv edilməsi barədə iddia tələbinə 2-1(112)-203/2021 sayı altında baxılması qərara alınmışdır. İddia tələbi onunla əsaslandırılmışdır ki, Binəqədi rayon İcra Hakimiyyəti başçısının 2204 nömrəli, 30.12.2000-ci il tarixli sərəncamına əsasən ona Bakı şəhəri, Binəqədi rayonu, 9A mikrorayon, Mir Cəlal küçəsi 55A saylı binanın qarşısında fərdi yaşayış evinin tikintisi üçün 600 kv.m. torpaq sahəsi ayrılmışdır. Torpaq sahəsi ayrıldıqdan sonra tərəfindən torpaq sahəsinin ətrafı daş hasarla hasarlanmış, qeyd olunan torpaq sahəsində 2000-ci ildə 1 mərtəbəli, ümumi sahəsi 15 kv.metrdən ibarət 1 otaqlı fərdi yaşayış evi və ümumi sahəsi 68 kv.metrdən ibarət təsərrüfat təyinatlı yardımçı tikililər - əl damı, ayaqyolu, 2 ədəd üstü örtülü çardaq tikilmiş və bundan sonra həmin evə pasport qeydiyyatına düşmüşdür. 2000-ci ildən Binəqədi rayonu, Mir Cəlal küçəsi 55A saylı ünvanda olan evdə yaşamaqla kommunal xərcləri ödəmişdir. Qeyd olunan torpaq sahəsi də, 2000-ci ildən fasiləsiz və mübahisəsiz olaraq istifadəsində olmuşdur. Bildirir ki, ona torpaq ayırılmasına dair Binəqədi rayon İcra Hakimiyyəti başçısının müvafiq sərəncamı hal-hazırda qüvvədədir, torpaq sahəsi qanuni əsaslarla ayrılmışdır, icra hakimiyyəti tərəfindən torpaq ayrılarkən ona torpaq sahəsinin yerləşmə sxemi təqdim edilmişdir, ayrılan torpaq sahəsindən tərəfindən cizgi planının ölçülərinə tam uyğun istifadə edilmişdir. Qeyd olunan sərəncamın qüvvədə olub-olmaması ilə bağlı tərəflərindən Azərbaycan Respublikasının Milli Arxiv İdarəsinə sorğu edilmiş, sorğuya cavab olaraq Azərbaycan Respublikası Dövlət Arxivinin Bakı Filalı tərəfindən verilmiş 24 aprel 2018-ci il tarixli, 71-60 saylı arxiv çıxarışından görünür ki, Binəqədi rayon İcra Hakimiyyəti başçısının aparatına fərdi yaşayış evinin tikintisi üçün torpaq sahəsi ayrılması ilə əlaqədar rayon ərazisində yaşayan vətəndaşlar tərəfindən müraciətlər daxil olmuşdur. Həmin vətəndaşların müraciətlərinin təmin olunması ilə bağlı RlHB-nin qəsəbə üzrə nümayəndəlikləri tərəfindən Binəqədi rayon icra hakimiyyəti başçısının aparatına müvafiq sənədlər təqdim edilmişdir. Binəqədi rayon İcra Hakimiyyəti başçısının 2204 nömrəli, 30.12.2000-ci il tarixli sərəncamının 1-ci bəndinə əsasən Binəqədi rayon ərazisində siyahıda adları sadalanan vətəndaşlara fərdi yaşayış evinin tikintisi üçün əlavə olunmuş eskizlərdə göstərilən ölçülərə və ünvanlara uyğun olaraq torpaq sahəsi ayrılmışdır. Həmin sərəncamın 38-ci bəndində İddiaçı adı və onun istifadəsinə verilmiş torpağın ölçüsü 600 kv.metr göstərilmişdir. Torpaqayırma sənədininn ayırılmaz tərkib hissəsi kimi Binəqədi rayon İcra Hakimiyyəti Aparatınin Memarı S.Əzizov tərəfindən təsdiq edilmiş cizgidən görünür ki, Binəqədi rayon İcra Hakimiyyəti başçısının 2204 nömrəli, 30.12.2000-ci il tarixli sərəncamına əsasən İddiaçı ünvan 3 binanın qarşısında fərdi yaşayış evinin tikintisi üçün ayrılmış 600 kv.m. torpaq sahəsinin yerləşmə cizgisi təsdiq edilmişdir. İstifadəsində olan torpaq sahəsinin yerləşmə cizgisinin həqiqiliyinə münasibət bildirilməsi barədə Binəqədi rayon İcra Hakimiyyətinin 02/12- 11-31/1096 saylı, 20.06.2018-ci il tarixli məktubundan görünür ki, ünvan 3 ünvanda yerləşən torpaq sahəsi mövcud vəziyyətdə yerləşmə cizgisinə uyğun olaraq həyətyanı torpaq sahəsi kimi İddiaçı tərəfindən istifadə olunur. Lakin, buna baxmayaraq, heç bir qanuni əsas olmadan 10 aprel 2019-cu il tarixdə 20 ildən artıq müddətdə mülkiyyətində olan həmin torpaq sahəsinin daş hasarı, üstündə tikilmiş ev, yardımçı tikililər Binəqədi rayon İcra Hakimiyyətinin qanunsuz göstərişinə əsasən tamamilə sökülmüş və torpaq sahəsi boşaldılaraq zorla alınmışdır. İddia tələbinin həcminin artırılması barədə ərizədə əlavə olaraq göstərilmişdir ki, iş üzrə inzibati məhkəmə icraatının davam etdiyi dövrdə onlara məlum olmuşdur ki, cavabdeh qanunsuz hərəkətlərini davam etdirərək, Binəqədi rayon İcra Hakimiyyəti başçısının 2204 nömrəli, 30.12.2000-ci il tarixli sərəncamını 19 ildən sonra heç bir hüquqi əsas və obyektiv zərurət olmadan 02 avqust 2019-cu il tarixli, 148 saylı sərəncamla ləğv etmişdir. Cavabdeh tərəfindən qəbul edilmiş 02 avqust 2019-cu il tarixli, 148 nömrəli sərəncamda göstərilmişdir ki, Binəqədi rayonu, Mir Cəlal küçəsi, 41, 43, 45, 47, 49, 51, 53 və 55 saylı binaların sakinlərinin vətəndaş İddiaçı ayrılmış torpaq sahəsinin onların ümumi istifadəsində olan həyətdə yerləşməsi və həmin ərazidə ictimai park salınmasına maneəçilik törətməsinə dair çoxsaylı müraciətləri və həmin torpaq sahəsinin "xxxx" ASC-yə aid 769 saylı TM mühafizə zolağına düşməsi barədə həmin təşkilatın müraciəti nəzərə alınaraq, 2204 nömrəli, 30.12.2000-ci il tarixli sərəncamı ləğv olunmuşdur. Cavabdeh hazırki sərəncamda vətəndaşa fərdi ev tikintisi üçün torpaq sahəsi ayrılarkən Binəqədi rayon İcra Hakimiyyətinin sabiq rəhbərliyi tərəfindən Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 18.67 və 88-ci maddələrinin tələblərinin nəzərə alınmadığını qeyd edərək, yeni qərar qəbul etdiyi inzibati aktı əsaslandırmağa çalışmışdır. Həmçinin yeni inzibati aktın əsaslandırıcı hissəsndə vətəndaş tərəfindən ona ayrılmış torpaq sahəsindən Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 73-cü maddəsinin tələblərinə əməl olunmayaraq 1 il ərzində üzürlü səbəb olmadan istifadə edilməməsi, bununla da, torpaq sahəsi üzərində vətəndaşın hüququna xitam verilməsi üçün qanuni əsas yarandığı vurğulanmışdır. Eyni zamanda vətəndaş tərəfindən ona ayrılmış torpaq sahəsi üzərində hüquqların dövlət qeydiyyatına alınmamasının da, 2204 nömərli, 30.12.2000-ci il tarixli sərəncamın ləğvi üçün əsas yaratması yeni inzibati aktda xüsusi olaraq vurğulanmışdır. Əvvəlki sərəncamın ləğvi üçün yeni sərəncamda son əsas olaraq Binəqədi rayonu, Mir Cəlal küçəsi 41, 43, 45, 47, 49, 51, 53 və 55 saylı binaların sakinlərinin müraciətləri əsasında vətəndaşa ayrılmış həmin torpaq sahəsində “İDEA” İctimai Birliyinin təşəbbüsü ilə “abad məhəllə” layihəsi çərçivəsində ümumi istirahət parkının salınması qeyd olunmuşdur. Yəni sərəncamda yuxarıda qeyd olunan halları sadaladıqdan sonra cavabdeh hesab etmişdir ki, inzibati orqan tərəfindən bundan əvvəl verilmiş 2204 nömrəli, 30.12.2000-ci il tarixli sərəncam “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 67.1-ci maddəsinə əsasən qanunsuz inzibati akt sayılır. Məlum olduğu kimi, həmin maddəyə əsasən inzibati orqan tərəfindən “İnzibati icraat haqqında” hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. Aşağıdakı əsaslara görə hesab edirlər ki, Binəqədi rayon İcra Hakimiyyəti başçısının 02 avqust 2019-cu il tarixli, 148 nömrəli sərəncamı ləğv edilməlidir. Əvvəla qeyd olunmalıdır ki, 30 dekabr 2000-ci il tarixdə qəbul olunmuş sərəncamın bu gün “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 67.1-ci maddəsinə əsasən ləğv olunması Azərbaycan Respublikası Konstitusiyasıın 149-cu maddəsinin 7-ci bəndinə tamamilə ziddir. Belə ki, İddiaçı torpaq sahəsi ayrılan vaxtı “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanunu ümumiyyətlə mövcud olmamış, həmin Qanun ölkədə 01 yanvar 2011-ci il tarixdən qüvvəyə minmişdir. Məlum olduğu kimi, Azərbaycan Respublikası Konstitusiyasının 149-cu maddəsinin 7-ci bəndində qeyd olunur ki, fiziki və hüquqi şəxslərin hüquqi vəziyyətini yaxşılaşdıran, hüquq məsuliyyətini aradan qaldıran və ya yüngülləşdirən normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilir. Başqa normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilmir. Göründüyü kimi, Binəqədi rayon İcra Hakimiyyətinin əvvəlki sərəncamının ləğvi üçün bu gün tətbiq etdiyi müvafiq hüquq normaları vətəndaşın hüquqi vəziyyətini ağırlaşdırdığından Azərbaycan Respublikası Konstitusiyasının 149-cu maddəsinin 7-ci bəndinə əsasən sərəncamın ləğv edilməsi üçün tətbiq oluna bilməz. Bu səbəbdən də, yeni qəbul edilmiş sərəncam Konstitusiyanın müvafiq normasına tamamilə zidd olduğundan qanunsuzdur. Eyni zmaanda İddiaçı tərəfindən həmin torpaq sahəsi üzrəində mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması üçün 14 may 2018-ci il tarixdə Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə müraciət edilmiş, xahişi təmin olunmadığı üçün həmin tələblə məhkəməyə müraciət etmiş, məhkəmə tərəfindən tələbi təmin edilmişdir. Digər tərəfdən daşınmaz əmlak üzərində hüququn qeydiyyata alınmaması vətəndaşın torpaq sahəsi üzərində sahiblik və istifadə hüququnun xitam olunmasına, bununla da, torpaq ayrılmasına dair əvvəlki sərəncamın ləğvi üçün əsas ola bilməz. Cavabdeh özü də, bunu yeni sərəncamda əsaslandıra bilməmişdir. Həmçinin qeyd etmək istəyir ki, Binəqədi rayon İcra Hakimiyyəti Aparatının memarı S.Əzizov tərəfindən Binəqədi rayon İcra Hakimiyyəti başçısının 2204 nömrəli, 30.12.2000-ci il tarixli sərəncamına əsasən İddiaçı Bakı şəhəri, Binəqədi rayonu, Mir Cəlal küçəsi, 55 A saylı binanın qarşısında fərdi yaşayış evinin tikintisi üçün ayrılmış 600 kv.m torpaq sahəsinin yerləşmə cizgisi təsdiq edilmişdir. Ayrılmış torpaq sahəsi üzərində mülkiyyət hüququnun qeydə alınması üçün Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə ərizə ilə müraciət olunan zaman istifadədə olan torpaq sahəsinin yerləşmə cizgisinin həqiqiliyinə münasibət bildirilməsi barədə 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən Binəqədi rayon İcra Hakimiyyətinə 05.06.2018-ci il tarixli, **********52 saylı məktubla müraciət olunmuş, Binəqədi rayon İcra Hakimiyyəti tərəfindən 02/12-11-31/1096 saylı, 20.06.2018-ci il tarixli məktubla sorğuya cavab olaraq bildirilmişdir ki, ünvan 4 ünvanda yerləşən torpaq sahəsi hal-hazırda yerləşmə cizgisinə uyğun olaraq həyətyanı torpaq sahəsi kimi İddiaçı tərəfindən istifadə olunur. Binəqədi rayon İcra Hakimiyyətinin hazırki rəhbərliyinin məhkəməyə ünvanladığı həmin məktubda vətəndaşa torpaq sahəsinin ayrılmasına münasibətdə heç bir qanun pozuntusu barədə məlumat verilmədiyi halda, aradan müəyyən müddət keçdikdən sonra torpaq sahəsinin ayrılmasına dair sərəncamın həmin rəhbərlik tərəfindən ləğv edilməsi heç bir məntiqə sığmır. Həmçinin qeyd olunmalıdır ki, torpaq sahəsi ayrıldıqdan sonra iddiaçı tərəfindən Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 73-cü maddəsinin tələbləri pozulmamışdır. Belə ki, vətəndaş tərəfindən ayrılmış torpaq sahəsində çoxsaylı meyvə ağacları əkilib qulluq edilmiş, ətraf mühitin sağlamlaşdırılmasına xidmət edən yaşıl bağ salınmış, eyni zamanda maddi imkan daxilində bir mərtəbəli yaşayış evi həmçinin müxtəlif təyinatlı tikililər tikilmiş, hansı ki, cavabdeh tərəfindən 2019-cu ilin aprel ayında qanunsuz olaraq sökülmüşdür. İddiaçıya dəymiş ziyanı da, bugünə kimi ödəməkdən qərəzli olaraq boyun qaçırır. Eyni zamanda, İddiaçı həmin evdə yaşamaqla müvafiq icra hakimiyyəti orqanı tərəfindən pasport qeydiyyatına alınmışdır. Digər tərəfdən cavabdeh hazırki sərəncamı qəbul etməklə iddiaçıya münasibətdə edilmiş qanunsuz hərəkətlərini “sığortalamaq, qanuni don geyindirmək” istəsə də, özü də, bilmədən təkrar olaraq yeni qanunsuzluq etdiyini təsdiqləmişdir. İddiaçı tərəf hazırda belə hesab edir ki, bundan sonra törədilmiş həmin qanunsuzluqların geniş araşdırma aparılmaqla sübut edilməsinə ehtiyac qalmır. Belə ki, sərəncamda bir neçə dəfə vurğulanmışdır ki, vətəndaşa ayrımış torpaq sahəsində həmin ünvanda yaşayan bina sakinlərinin müraciətinə əsasən ictimai park salınır. Necə olur ki, dövlət hakimiyyəti funksiyalarını həyata keçirən cavabdeh tərəfindən öz yurisdiksiyasına aid olan ərazidə yaşayan vətəndaşlara fərqli münasibət göstərilir. Bina sakinlərinin narahatçılığı, müraciəti dərhal nəzərə alınır, mülkiyyətindən məhrum edilməklə külli miqdarda zərər dəymiş vətəndaşın pozulmuş hüququnun bərpası üçün heç bir tədbir görülmür? Sərəncamda vurğulandığı kimi həmin torpaq sahəsində ictimai park salındığı halda, torpağın dövlət ehtiyacları üçün alınması haqqında Qanun tətbiq olunmaqla ən azı ona vurulmuş maddi zərər həcmində kompensasiya verilməlidir. Sərəncamın məzmunundan belə görünür ki, əsas məqsəd həmin ərazidə ictimai park salmağa yönəlmişdir. Bu səbəbdən də, əvvəlki sərənca ləğv olunmuşdur. İddiaçıya torpaq sahəsinin ayrılmasına dair verilmiş əvvəlki sərəncamın bu məqsədlə ləğv edilməsi yeni sərəncamla tam təsdiq olunduğundan ona kompensasiya ödənilməsi müvafiq qanunvericiliyə əsasən qaçılmazdır. Qeyd olunanlardan əlavə, sərəncamın saxta, uydurma, obyektiv, həqiqətə uyğun olmayan digər əsaslarla ləğv edilməsi bir də, onunla sübut olunur ki, əgər doğrudan da, ona ayrılmış torpaq sahəsi 19 ildən sonra yeni sərəncamda bəyan olunduğu kimi, işıq xəttinin mühafizə zolağına düşürsə, necə olur ki, həmin torpaq sahəsində kütlə üçün, çoxsaylı insanların istirahət etməsi üçün ictimai park salınır?. Bu hal bir daha sübut edir ki, cavabdeh ona torpaq sahəsi ayrılmasına dair sərəncamı qərəzli olaraq ləğv etmişdir. Cavabdehə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 47.2-ci maddəsində göstərilən qaydada iddia ərizəsinə münasibət bildirmək üçün sərəncam göndərilmiş, sərəncama əsasən cavabdeh tərəfindən iddia ərizəsinə qarşı münasibət təqdim edilərək bildirilmişdir ki, İddiaçı cavabdeh Binəqədi Rayon İcra Hakimiyyətinə qarşı Binəqədi rayonu, Mir Cəlal küçəsi 55 saylı binanın qarşısında istifadəsində olmuş 600 kv.m torpaq sahəsinə görə 1000000,0 manat kompensasiyanın tutulması və cavabdehin qəbul etdiyi 02.08.2019-cu il tarixli sərəncamın ləğv edilməsi barədə iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət etmişdir. İddiaçı Binəqədi rayon İcra Hakimiyyətinin 2204 saylı, 30.12.2000-ci il tarixli Sərəncamına əsasən Binəqədi rayonu, Mir Cəlal küçəsi 55 saylı binanın qarşısında fərdi yaşayış evinin tikintisi üçün 600 kv.m torpaq sahəsi ayrılmışdır. İddiaçı 2000-ci ildə istifadəsinə ayrılmış torpaq sahəsini istifadə etmədən saxlamış, yalnız 4 kv.m (2/2) primitiv üsulla (taxta şitlərdən) əl damı düzəltmişdir (şəkillər əlavə olunur). Binəqədi rayonu, Mir Cəlal küçəsi 41, 43, 45, 47, 49, 51, 53 və 55 saylı binaların çox saylı sakinlərin (1238 ailənin 4952 vətəndaşın) müraciətləri əsasında “İDEA” İctimai Birliyinin təşəbbüsü ilə “abad məhəllə” layihəsi çərçivəsində binaların qarşısında ümumi istifadə üçün istirahət parkı salınmışdır (şəkillər əlavə olunur). Həmçinin eyni zamanda Binəqədi rayon Enerji Təhcizatı və satışı idarəsi Bgn-19/267 saylı 05.07.2019-cu il tarixli məktubla Binəqədi rayon İcra Hakimiyyətinə müraciət edərək, "xxxx" ASC-yə aid 769 saylı TM mühafizə zolağının vətəndaş İddiaçı ayrılmış torpaq sahəsinə düşməsi ilə əlaqədar 2204 saylı, 30.12.2000-ci il tarixli Sərəncamın ləğv olunmasını xahiş etmişdir (məktub əlavə olunur). Bundan əlavə, Binəqədi rayonu, Mir Cəlal küçəsi 41,43, 45, 47, 49, 51, 53 və 55 saylı binaların sakinləri (1238 ailənin 4952 vətəndaşın) çox saylı müraciətlər edərək, vətəndaş İddiaçı ayrılmış torpaq sahəsinin onların ümumi istifadəsində olan həyətdə olması və həmin ərazidə park salınmasına maneəçilik törətdiyindən Binəqədi rayon İcra Hakimiyyətinin 2204 saylı, 30.12.2000-ci il tarixli Sərəncamın ləğv olunmasını xahiş etmişlər (məktub əlavə olunur). Daxil olmuş müraciətlərin araşdırılması məqsədi ilə vətəndaş İddiaçı rəsmi bildirişlə 22.07.2019-ci il tarixinə Binəqədi rayon İcra Hakimiyyətinə dəvət olunmuşdur. Lakin, İddiaçı 22.07.2019-cu il tarixdə müzakirədə iştirak etməmiş və səbəbi barədə məlumat verməmişdir. Bu səbəbdən də, İddiaçı iştirakı olmadan araşdırmanın aparılması qərara alınmışdır. Aparılmış araşdırma zamanı müəyyən olunmuşdur ki, bir sıra vətəndaşların müraciətləri əsasında Binəqədi rayon İcra Hakimiyyətinin 2204 saylı 30.12.2000-ci il tarixli Sərəncamı ilə o cümlədən İddiaçı Binəqədi rayonu, Mir Cəlal küçəsi 55 saylı binanın qarşısında fərdi yaşayış evinin tikintisi üçün 600 kv.m torpaq sahəsi ayrılmışdır. Həsənov X1 rayonu, Mir Cəlal küçəsi 41, 43, 45, 47, 49, 51, 53 və 55 saylı binanın qarşısında fərdi yaşayış evinin tikintisi üçün 600 kv.m torpaq sahəsi ayrılmasına baxmayaraq, hal-hazırkı dövrədək həmin torpaq sahəsindən təyinatı üzrə istifadə etməmiş, kol-kosla hasarlamış və nəticədə ərazi baxımsız vəziyyətdə məişət tullantıları ilə dolmuşdur (fotoşəkillər əlavə olunur). Belə ki, 30.12.2000-ci il tarixli Sərəncamın 3.2-ci bəndinə əsasən yerin sanitar vəziyyətinin qorunmasına nəzarət olunması vətəndaş İddiaçı həvalə edilmişdir. Bundan əlavə, Azərbaycan Respublikasının Torpaq Məcəlləsinin 73-cü maddəsinə əsasən torpaq sahələri üzərində hüquqi və fiziki şəxslərin hüquqlarına xitam verilməsinin əsasları müəyyən olunmuşdur. Həmin maddənin 1-ci bəndinə əsasən torpaq sahəsi və ya onun bir hissəsi üzərində mülkiyyət, istifadə və ya icarə hüququna aşağıdakı hallarda xitam verilir: - qeyri-kənd təsərrüfatı ehtiyacları üçün verilmiş torpaq sahəsindən 1 il ərzində üzürlü səbəb olmadan istifadə edilmədikdə fiziki şəxslərin hüquqlarına xitam verilməsinə əsas olur. Binəqədi rayonu, Mir Cəlal küçəsi 41, 43, 45, 47, 49, 51, 53 və 55 saylı binaların sakinləri (1238 ailənin 4952 vətəndaşın) çox saylı müraciətləri ilə əlaqədar qeyd edilməlidir ki, 2000-ci ildə sərəncam imzalanarkən ümumi istifadədə olan, ərazidə yaşayan sakinlərin hüquqları pozulmuşdur. Belə ki, 2000-ci ildə 8 sayda 9 mərtəbəli hər biri 4 blokdan ibarət (1238 ailənin 4952 vətəndaşın yaşadığı) binalarda yaşayan sakinlərin ümumi istifadəsində olan həyətyanı ərazinin tam ortasında ictimaiyyətin rəyi və Dövlətin gələcək tədbirləri nəzərə alınmadan fərdi yaşayış evinin tikintisi üçün ayrılmışdır. Azərbaycan Respublikasının Torpaq Məcəlləsinin 88-ci maddəsinə əsasən çoxmənzilli yaşayış evlərinin, habelə onlara aid olan qeyri-yaşayış tikililərinin torpaq sahələri həmin evlərin tərkib hissələri mülkiyyətçilərinin ümumi paylı mülkiyyətinə keçir. Həmin Məcəllənin 18-ci maddəsinə əsasən şəhər, qəsəbə və kəndlərin hüdudları daxilindəki bütün torpaqlar yaşayış məntəqələrinin torpaqları hesab edilir. Həmin Məcəllənin 2-ci maddəsinə əsasən yaşayış məntəqələrinin torpaqlarının tərkibinə aşağıdakılar daxildir: - ictimai və yaşayış tikinti massivlərində yerləşən yaşayış, mədəni-məişət, inzibati, ibadət və digər bina, tikili və qurğular altındakı, habelə bunlar üçün nəzərdə tutulan torpaq sahələri. Qanunvericiliyin müddəalarından göründüyü kimi ictimai və yaşayış torpaq sahələrinin anlayışı ayrılmışdır. Azərbaycan Respublikasının Torpaq Məcəlləsinin 67-ci maddəsinə əsasən Dövlət və Bələdiyyə mülkiyyətində olan torpaq sahələrinin alınması ilə yaranan hüquqların, habelə torpaq sahələri və digər daşınmaz əmlaka dair bağlanılan əqdlər nəticəsində əldə edilən hüquqların dövlət qeydiyyatına alınması məcburidir. Həmin Məcəllənin 68-ci maddəsinə görə torpaq sahələri üzərində hüquqlar torpaq sahələrinin sərhədlərinin yerdə müəyyən edilməsindən, onların planı və ölçüsünün tərtib edilməsindən, torpaq sahələrinin verilməsi barədə müqavilənin bağlanmasından və onun müəyyən olunmuş qaydada dövlət qeydiyyatından keçirilməsindən sonra yaranır. Həmin Məcəllənin müddəalarından göründüyü kimi, verilmiş torpaq sahəsindən 19 il ərzində istifadə edilməmiş, torpaq üzərində hüquqların dövlət qeydiyyatına alınması məcburi olduğu halda 2204 saylı, 30.12.2000-ci il tarixli Sərəncam əsasında ayrılmış torpaq sahəsi üzərində hüquqları dövlət qeydiyyatına alınmamışdır. Belə ki, çoxmənzilli yaşayış evlərinin, habelə onlara aid olan qeyri-yaşayış tikililərinin torpaq sahələri həmin evlərin tərkib hissələri mülkiyyətçilərinin ümumi paylı mülkiyyəti hesab edilir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununun 67.1-ci bəndinə əsasən inzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. Həmin Qanununun 67.2-ci bəndinə əsasən qanunsuz inzibati akt həmin aktı qəbul etmiş inzibati orqan və ya subordinasiya baxımından yuxarı inzibati orqan tərəfindən və yaxud məhkəmə qaydasında ləğv oluna bilər. Yuxarıda qeyd olunanları, “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 67-ci və “Yerli İcra Hakimiyyətləri haqqında” Əsasnamənin 6.8-ci bəndlərini nəzərə alaraq, Binəqədi rayon İcra Hakimiyyətinin 2204 saylı, 30.12.2000-ci il tarixli Sərəncamının ləğv edilməklə, Binəqədi rayonu, Mir Cəlal küçəsi 41, 43, 45, 47, 49, 51, 53 və 55 saylı binaların sakinlərinin (1238 ailənin 4952 vətəndaşın) ümumi istifadəsinə qaytarılmaqla istirahət parkı salınmışdır. Şifahi məhkəmə baxışı iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili iddia ərizəsinə uyğun izahat verərək iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Şifahi məhkəmə baxışı iclasında iştirak edən cavabdehin nümayəndəsi iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə işdə iştirak etmiş tərəflərin izahatlarını dinləyib iş materiallarını tam, obyektiv və hərtərəfli araşdıraraq hesab edir ki, iddia əsassız olduğundan təmin edilməməlidir. Tərəflərə məhkəmə iclasının vaxtı və yeri barəsində lazımi qaydada məlumat verilməsinə baxmayaraq, iddiaçının nümayəndəsi və vəkili və cavabdehin nümayəndəsi məhkəmə iclasına gəlmiş, 3-cü şəxsin nümayəndəsi isə gəlməmişdir. Məhkəmə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsasən işə 3-cü şəxsin nümayəndəsinin iştirakı olmadan baxıla bilər. Belə ki, işdə olan Azərbaycan Respublikası Dövlət Arxivinin Bakı Filialı tərəfindən verilmiş Binəqədi rayon İcra Hakimiyyətinin arxiv fondu üzrə 30.12.2000-ci il tarixli, 2204 saylı sərəncamından arxiv çıxarışından görünür ki, Bakı şəhəri, Binəqədi rayon İcra Hakimiyyəti Başçısının 2204 saylı, 31.12.2000-ci il tarixli sərəncamına əsasən Binəqədi rayonu ərazisində fərdi yaşayış evinin tikintisi üçün əlavə olunmuş eskizlərdə göstərilən ölçülərə və ünvanlara uyğun olaraq İddiaçı 600 kv.m torpaq sahəsi ayrılmışdır. Həmin sərəncamın 3.4-cü bəndinə əsasən obyektin tikintisinə torpaq sahəsi üzərində hüququ təsdiq edən sənəd əldə edildikdən sonra başlanılması, 3.5-ci bəndinə əsasən torpaq sahəsindən ayrılmış məqsədi üçün istifadə edilməsi, torpaq sahəsi üzərində hüququnu torpaq şöbəsi tərəfindən verilən dövlət aktı ilə rəsmiləşdirilməsi və dövlət reyestrində qeydiyyatdan keçirməsi qərara alınmışdır. İşdə olan Bakı şəhəri Binəqədi rayon İcra Hakimiyyəti tərəfindən Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə ünvanlanmış 02/12-11-31/1096 nömrəli, 20 iyun 2018-ci il tarixli məktubdan görünür ki, həmin məktubla bildirilmişdir ki qeyd olunan ünvanda vətəndaş İddiaçı istifadəsində olan torpaq sahəsi yerləşmə cizgisinə uyğun olaraq həyətyanı torpaq sahəsi kimi mövcud vəziyyətdə istifadə olunur. İşdə olan 95 saylı Mənzil Kommunal İstismarı İdarəsi tərəfindən verilmiş 216 nömrəli, 02.04.2019-cu il tarixli arayışdan görünür ki, İddiaçı 23.02.2018-ci ildən ünvan 7 ünvanında yaşayış yeri üzrə qeydiyyatdadır. İşdə olan Bakı şəhəri Binəqədi rayon İcra Hakimiyyəti başçısının 148 nömrəli, 02.08.2019-cu il tarixli “İddiaçı aid hissədə Binəqədi rayon İcra Hakimiyyəti başçısının 30.12.2000-ci il tarixli, 2204 saylı sərəncamının ləğv edilməsi barədə” Sərəncamın surətindən görünür ki, vətəndaş İddiaçı Azərbaycan Respublikasının Prezidentinin Admnistrasiyasından 4/H-4629-151 saylı, 02.07.2019-cu il tarixli, Bakı şəhər İcra Hakimiyyətindən H-308-151 saylı, 05.07.19-cu il tarixli və H-135-150 saylı, 02.07.2019-cu il tarixlərdə Binəqədi rayon İcra Hakimiyyətinə etdiyi müraciətləri "Vətəndaşların müraciətləri haqqında’' və “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanunlarına uyğun olaraq baxılmışdır. Vətəndaş İddiaçı müraciətlərdə 2000-ci ildə istifadəsinə ayrılmış torpaq sahəsində ictimai park salınması ilə əlaqədar torpağın əvəzi olaraq kompensasiya ödənilməsini xahiş etmişdir. Həmçinin, eyni zamanda Binəqədi rayon Enerji Təhcizatı və Satışı İdarəsi Bgn-19/267 saylı, 05.07.2019-cu il tarixli məktubla Binəqədi rayon İcra Hakimiyyətinə müraciət edərək, "xxxx" ASC-yə aid 769 saylı TM mühafizə zolağının vətəndaş İddiaçı ayrılmış torpaq sahəsinə düşməsi ilə əlaqədar 2204 saylı, 30.12.2000-ci il tarixli Sərəncamın ləğv olunmasını xahiş etmişdir. Bundan əlavə, Binəqədi rayonu, Mir Cəlal küçəsi 41, 43, 45, 47, 49, 51, 53 və 55 saylı binaların sakinləri çox saylı müraciətlər edərək, vətəndaş İddiaçı ayrılmış torpaq sahəsinin onların ümumi istifadəsində olan həyətdə olması və həmin ərazidə park salınmasına maneəçilik törətdiyindən Binəqədi rayon İcra Hakimiyyətinin 2204 saylı, 30.12.2000-ci il tarixli sərəncamın ləğv olunmasını xahiş etmişlər. Daxil olmuş müraciətlərin araşdırılması məqsədi ilə vətəndaş İddiaçı rəsmi bildirişlə 22.07.2019-ci il tarixinə Binəqədi rayon İcra Hakimiyyətinə dəvət olunmuşdur. Lakin, İddiaçı 22.07.2019-cu il tarixdə müzakirədə iştirak etməmiş və səbəbi barədə məlumat verməmişdir. Bu səbəbdən də, İddiaçı iştirakı olmadan araşdırmanın aparılması qərara alınmışdır. Aparılmış araşdırma zamanı müəyyən olunmuşdur ki, bir sıra vətəndaşların müraciətləri əsasında Binəqədi rayon İcra Hakimiyyətinin 2204 saylı, 30.12.2000-ci il tarixli sərəncamı ilə, o cümlədən İddiaçı Binəqədi rayonu, Mir Cəlal küçəsi 55 saylı binanın qarşısında fərdi yaşayış evinin tikintisi üçün 600 kv.m torpaq sahəsi ayrılmışdır. Həsənov X1 rayonu, Mir Cəlal küçəsi 55 saylı binanın qarşısında fərdi yaşayış evinin tikintisi üçün 600 kv.m torpaq sahəsi ayrılmasına baxmayaraq, hal-hazırkı dövrədək həmin torpaq sahəsindən təyinatı üzrə istifadə etməmiş, kol-kosla hasarlamış və nəticədə ərazi baxımsız vəziyyətdə məişət tullantıları ilə dolmuşdur (fotoşəkillər əlavə olunur). Belə ki, 30.12.2000-ci il tarixli Sərəncamın 3.2-ci bəndinə əsasən yerin sanitar vəziyyətinin qorunmasına nəzarət olunması vətəndaş İddiaçı həvalə edilmişdir. Bundan əlavə Azərbaycan Respublikasının Torpaq Məcəlləsinin 73-cü maddəsinə əsasən torpaq sahələri üzərində hüquqi və fiziki şəxslərin hüquqlarına xitam verilməsinin əsasları müəyyən olunmuşdur. Həmin maddənin 1-ci bəndinə əsasən torpaq sahəsi və ya onun bir hissəsi üzərində mülkiyyət, istifadə və ya icarə hüququna aşağıdakı hallarda xitam verilir: - qeyri-kənd təsərrüfatı ehtiyacları üçün verilmiş torpaq sahəsindən 1 il ərzində üzürlü səbəb olmadan istifadə edilmədikdə fiziki şəxslərin hüquqlarına xitam verilməsinə əsas olur. Binəqədi rayonu, Mir Cəlal küçəsi 41, 43, 45, 47, 49, 51, 53 və 55 saylı binaların sakinləri çox saylı müraciətləri ilə əlaqədar qeyd edilməlidir ki, 2000-ci ildə sərəncam imzalanarkən ümumi istifadədə olan, ərazidə yaşayan sakinlərin hüquqları pozulmuşdur. Belə ki, 2000-ci ildə 8 sayda 9 mərtəbəli hər biri 4 blokdan ibarət binalarda yaşayan sakinlərin ümumi istifadəsində olan həyətyanı ərazinin tam ortasında ictimaiyyətin rəyi nəzərə alınmadan fərdi yaşayış evinin tikintisi üçün ayrılmışdır. Azərbaycan Respublikası Prezidentinin 1999-cu il 16 iyun tarixli 138 nömrəli Fərmanı ilə təsdiq edilmiş və 6 iyun 2012-ci il tarixədək qüvvədə olmuş “Yerli icra hakimiyyətləri haqqında Əsasnamə”nin 3cü bəndinə əsasən yerlərdə qərarlar qəbul edərkən ictimai rəyin nəzərə alınması nəzərdə tutulmuşdur. Torpaq Məcəlləsinin 88-ci maddəsinə əsasən çoxmənzilli yaşayış evlərinin, habelə onlara aid olan qeyri-yaşayış tikililərinin torpaq sahələri həmin evlərin tərkib hissələri mülkiyyətçilərinin ümumi paylı mülkiyyətinə keçir. Torpaq Məcəlləsinin 18-ci maddəsinə əsasən şəhər, qəsəbə və kəndlərin hüdudları daxilindəki bütün torpaqlar yaşayış məntəqələrinin torpaqları hesab edilir. Maddə 2. Yaşayış məntəqələrinin torpaqlarının tərkibinə aşağıdakılar daxildir: - ictimai və yaşayış tikinti massivlərində yerləşən yaşayış, mədəni-məişət, inzibati, ibadət və digər bina, tikili və qurğular altındakı, habelə bunlar üçün nəzərdə tutulan torpaq sahələri. Qanunvericiliyin müddəalarından göründüyü kimi, ictimai və yaşayış torpaq sahələri anlayışı ayrılmışdır. Qeyd olunanlardan əlavə, Binəqədi rayonu, Mir Cəlal küçəsi 41, 43, 45, 47, 49, 51, 53 və 55 saylı binaların çox saylı sakinlərin müraciətləri əsasında “İDEA” İctimai Birliyinin təşəbbüsü ilə “abad məhəllə” layihəsi çərçivəsində binaların qarşısında ümumi istifadə üçün istirahət parkı salınmaqdadır. Azərbaycan Respublikasının Torpaq Məcəlləsinin 67-ci maddəsinə Dövlət və Bələdiyyə mülkiyyətində olan torpaq sahələrinin alınması ilə yaranan hüquqların, habelə torpaq sahələri və digər daşınmaz əmlaka dair bağlanılan əqdlər nəticəsində əldə edilən hüquqların dövlət qeydiyyatına alınması məcburidir. Həmin Məcəllənin müddəalarından göründüyü kimi, verilmiş torpaq sahəsindən 19 il ərzində üzürlü səbəb olmadan istifadə edilməmiş, çoxmənzilli yaşayış evlərinin, habelə onlara aid olan qeyri-yaşayış tikililərinin torpaq sahələri həmin evlərin tərkib hissələri mülkiyyətçilərinin ümumi paylı mülkiyyətində olmalı və torpaq üzərində hüquqların dövlət qeydiyyatına alınması məcburidir. Sənədlərin araşdırması zamanı 2204 saylı, 30.12.2000-ci il tarixli sərəncam əsasında ayrılmış torpaq sahəsi üzərində hüquqları dövlət qeydiyyatına alınmamışdır. “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununun 67.1-ci bəndinə əsasən inzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. Həmin Qanununun 67.2-ci bəndinə əsasən qanunsuz inzibati akt həmin aktı qəbul etmiş inzibati orqan və ya subordinasiya baxımından yuxarı inzibati orqan tərəfindən və yaxud məhkəmə qaydasında ləğv oluna bilər. Yuxarıda qeyd olunanları, "İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununun 67-ci və “Yerli İcra Hakimiyyətləri haqqında” Əsasnamənin 6.8-ci bəndləri nəzərə alınaraq, Binəqədi rayon İcra Hakimiyyətinin 2204 saylı, 30.12.2000-ci il tarixli sərəncamı vətəndaş İddiaçı aid hissədə ləğv edilmiş, Binəqədi rayonu, Mir Cəlal küçəsi 55 saylı binanın qarşısında fərdi yaşayış evinin tikintisi üçün ayrılmış 600 kv.m torpaq sahəsi ictimai istifadəyə qaytarılmış, Binəqədi Mənzil Kommunal Təsərrüfatı Birliyinə ərazinin məişət tullantılarından təmizlənməsi və Binəqədi rayonu, Mir Cəlal küçəsi 55 saylı binanın sakinlərinin sərəncam barəsində məlumatlandırılması həvalə olunmuş, sərəncamın surəti məlumat üçün İddiaçı, Rayon MKTB-nə, Binəqədi rayon Enerji Təchizatı və Satışı İdarəsinə və Azərabycan Respublikası Dövlət Arxivinin Bakı Filialına göndərilməsi tapşırılmışdır. İşdə olan cavabdeh tərəfindən mübahisəli sərəncamın qəbul edilməsi ilə əlaqədar aparılmış inzibati icraat materiallarının surətindən müəyyən edilir ki: - Bakı şəhəri, Binəqədi rayon 9-cu mkr, M.Cəlal 41, 43, 45, 47, 49, 51, 53, 55 saylı binaların sakinləri Binəqədi rayon İcra Hakimiyyəti başçısına ərizə ilə müraciət edərək, bildirmişlər ki, Rayon ərazisində, o cümlədən də, onların yaşadıqları 9 a mikrorayonda yerləşən çoxmənzilli yaşayış binalarında aparılan əsaslı təmir, abadlıq və quruculuq işlərinə görə öz təşəkkürlərini bildirirlər. Əfsuslar olsun ki, hazırda aparılan bu cür abadlılq və səliqə səhman işlərinə, vaxtilə çoxmərtəbəli binalarının həyətində 600 kv.m sahədə tikinti işlərinin həyata keçirilməsi üçün Binəqədi rayon İcra Hakimiyyəti tərəfindən verilmiş 2000-ci il tarixli sərəncamın qüvvədə olması maneəçilik yaradır. Qeyd olunanları, göstərilən həyətyanı sahənin çoxmərtəbəli binalarda yaşayan sakinlərin istifadəsində olmasını nəzərə alaraq, ünvan 9 ünvanında 600 kv.m sahənin İddiaçı fərdi ev tikintisi məqsədilə verilmiş 2000-ci il tarixli sərəncamın ləğv edilməsini xahiş etmişlər. - Binəqədi rayonu Enerji Təchizatı və Satışı İdarəsi Binəqədi rayon İcra Hakimiyyəti başçısına Bgn-19/267 nömrəli, 05.07.2019-cu il tarixli məktubla müraciət edərək Binəqədi rayon İcra hakimiyyəti başçısının 30.12.2000-ci il tarixli, 2204 saylı sərəncamı ilə İddiaçı fərdi yaşayış evi üçün ayrımş torpaq sahəsi "xxxx" ASC-yə aid 769 saylı TM mühafizə zolağına düşdüyünü nəzərə alaraq sərəncamın ləğv edilməsini xahiş etmişdir. - Binəqədi rayon İcra Hakimiyyəti tərəfidnən İddiaçı araşdırmada iştirak edilməsi haqqında məktub göndərilərək bildirilmişdir ki, əmlakının məhv edilməsi və əmlakından məhrum olunması ilə əlaqədar Rayon İcra Hakimiyyəti tərəfindən ona vurulmuş ******* (bir milyon) manat real zərərin əvəzinin ödənilməsi barədə 02.07.2019-cu il tarixli, H-135-150 saylı məktubla daxil olmuş müraciəti üzrə Binəqədi rayon İcra Hakimiyyətində araşdırma aparılır. Şikayət ərizəsinin araşdırılması ilə əlaqədar onun 22.07.2019-cu il tarixdə, saat 16:00-da Binəqədi rayon İcra Hakimiyyətinə gəlməsi xahiş olunmuşdur. Məlumat üçün bildirilmişdir ki, ərizəsində qeyd etdiyi xüsusatları təsdiq edən sənədlərin surətləri və əlavə təqdim etmək istədikləri sənədlərin surətləri təqdim edilməlidir. Aparılacaq araşdırma zamanı iştirak edəcək nümayəndəsinin şəxsiyyətini təsdiq edən vəsiqənin surəti və səlahiyyətini təsdiq edən etibarnamə (notariat qaydasında təsdiq olunmuş) ərizənin araşdırılmasında onun iştirakını təmin etmək məqsədilə təqdim edilməlidir. Dəvətə əsasən gəlmədiyi təqdirdə şikayətinə iştirakları olmadan baxılacaqdır. - 06.09.2019-cu il tarixli bildirişə əsasən Binəqədi rayon İcra Hakimiyyəti başçısının 02 avqust 2019-cu il tarixli, 148 saylı sərəncamı İddiaçı nümayəndəsi X4 tərəfindən 06.09.2019cu il tarixdə təhvil alınmışdır. İşdə olan fotoşəkillərdən müəyyən edilir ki, hazırda mübahisəli ərazidə ümumi istifadə üçün istirahət parkı salınmışdır. Park salınmamışdan öncə, həmin ərazidə yalnız, müxtəlif bitkilər və primitiv üsulla, taxta şitlərdən əl damı tikilmişdir. Sadalanan xüsusatlara əsasən məhkəmə hesab edir ki, iş üzrə mübahisəli sərəncamın qəbul edilməsi zamanı işin faktiki və hüquqi hallarına düzgün qiymət verildiyindən iddia tələbi əsassız hesab edilməklə təmin edilməməlidir. Belə ki, məhkəmə araşdırması zamanı işin hallarından müəyyən edilmişdir ki, Binəqədi rayon İcra Hakimiyyəti Başçısının 2204 saylı, 30.12.2000-ci il tarixli sərəncamı ilə iddiaçıya ayrılmış torpaq sahəsində ümumi istifadə üçün istirahət parkı salınmış, bununla əlaqədar olaraq İddiaçı tərəfindən yuxarı instansiya orqanlarına müraciətlər ünvanlanmış, İddiaçı müraciəti, eyni zamanda Binəqədi rayon Enerji Təchizatı və Satış İdarəsinin məktubu, həmçinin Binəqədi rayonu, M.Cəlal küçəsi 41, 43, 45, 47, 49, 51, 53 və 55 saylı binaların sakinlərinin çoxsaylı müraciətləri nəzərə alınaraq, Binəqədi rayon İcra Hakimiyyətində inzibati icraat başlanılmışdır. 22.07.2019-cu il tarixdə inzibati araşdırmada iştirak edilməsi haqqında İddiaçı məktub ünvanlanmış, həmin məktubda İddiaçı araşdırmada iştirakının zəruriliyi bildirilmiş, dəvətə gəlmədiyi təqdirdə, şikayətinə iştirakı olmadan baxılacağı barədə xəbərdarlıq edilmişdir. Lakin, İddiaçı 22.07.2019-cu il tarixdə müzakirədə iştirak etməmiş və səbəbi barədə məlumat verməmişdir. Bu səbəbdən də, İddiaçın iştirakı olmadan araşdırmanın aparılması qərara alınmışdır. Araşdırmanın nəticələrinə əsasən müəyyən edilmişdir ki, bir sıra vətəndaşların müraciətləri əsasında Binəqədi rayon İcra Hakimiyyətinin 2204 saylı, 30.12.2000-ci il tarixli sərəncamı ilə, o cümlədən İddiaçı Binəqədi rayonu, Mir Cəlal küçəsi 55 saylı binanın qarşısında fərdi yaşayış evinin tikintisi üçün 600 kv.m torpaq sahəsi ayrılmışdır. Həsənov X1 rayonu, Mir Cəlal küçəsi 55 saylı binanın qarşısında fərdi yaşayış evinin tikintisi üçün 600 kv.m torpaq sahəsi ayrılmasına baxmayaraq, hal-hazırkı dövrədək həmin torpaq sahəsindən təyinatı üzrə istifadə etməmiş, kol-kosla hasarlamış və nəticədə ərazi baxımsız vəziyyətdə məişət tullantıları ilə dolmuşdur. Belə ki, 30.12.2000-ci il tarixli Sərəncamın 3.2-ci bəndinə əsasən yerin sanitar vəziyyətinin qorunmasına nəzarət olunması vətəndaş İddiaçı həvalə edilmişdir. Bundan əlavə, Azərbaycan Respublikasının Torpaq Məcəlləsinin 73-cü maddəsinə əsasən torpaq sahələri üzərində hüquqi və fiziki şəxslərin hüquqlarına xitam verilməsinin əsasları müəyyən olunmuşdur. Həmin maddənin 1-ci bəndinə əsasən torpaq sahəsi və ya onun bir hissəsi üzərində mülkiyyət, istifadə və ya icarə hüququna aşağıdakı hallarda xitam verilir: - qeyri-kənd təsərrüfatı ehtiyacları üçün verilmiş torpaq sahəsindən 1 il ərzində üzürlü səbəb olmadan istifadə edilmədikdə fiziki şəxslərin hüquqlarına xitam verilməsinə əsas olur. Binəqədi rayonu, Mir Cəlal küçəsi 41, 43, 45, 47, 49, 51, 53 və 55 saylı binaların sakinləri çox saylı müraciətləri ilə əlaqədar qeyd edilməlidir ki, 2000-ci ildə sərəncam imzalanarkən ümumi istifadədə olan, ərazidə yaşayan sakinlərin hüquqları pozulmuşdur. Belə ki, 2000-ci ildə 8 sayda 9 mərtəbəli hər biri 4 blokdan ibarət binalarda yaşayan sakinlərin ümumi istifadəsində olan həyətyanı ərazinin tam ortasında ictimaiyyətin rəyi nəzərə alınmadan fərdi yaşayış evinin tikintisi üçün ayrılmışdır. Azərbaycan Respublikası Prezidentinin 1999-cu il 16 iyun tarixli 138 nömrəli Fərmanı ilə təsdiq edilmiş və 6 iyun 2012-ci il tarixədək qüvvədə olmuş “Yerli icra hakimiyyətləri haqqında Əsasnamə”nin 3cü bəndinə əsasən yerlərdə qərarlar qəbul edərkən ictimai rəyin nəzərə alınması nəzərdə tutulmuşdur. Torpaq Məcəlləsinin 88-ci maddəsinə əsasən çoxmənzilli yaşayış evlərinin, habelə onlara aid olan qeyri-yaşayış tikililərinin torpaq sahələri həmin evlərin tərkib hissələri mülkiyyətçilərinin ümumi paylı mülkiyyətinə keçir. Torpaq Məcəlləsinin 18-ci maddəsinə əsasən şəhər, qəsəbə və kəndlərin hüdudları daxilindəki bütün torpaqlar yaşayış məntəqələrinin torpaqları hesab edilir. Maddə 2. Yaşayış məntəqələrinin torpaqlarının tərkibinə aşağıdakılar daxildir: - ictimai və yaşayış tikinti massivlərində yerləşən yaşayış, mədəni-məişət, inzibati, ibadət və digər bina, tikili və qurğular altındakı, habelə bunlar üçün nəzərdə tutulan torpaq sahələri. Qanunvericiliyin müddəalarından göründüyü kimi, ictimai və yaşayış torpaq sahələri anlayışı ayrılmışdır. Qeyd olunanlardan əlavə, Binəqədi rayonu, Mir Cəlal küçəsi 41, 43, 45, 47, 49, 51, 53 və 55 saylı binaların çox saylı sakinlərin müraciətləri əsasında “İDEA” İctimai Birliyinin təşəbbüsü ilə “abad məhəllə” layihəsi çərçivəsində binaların qarşısında ümumi istifadə üçün istirahət parkı salınmaqdadır. Azərbaycan Respublikasının Torpaq Məcəlləsinin 67-ci maddəsinə dövlət və bələdiyyə mülkiyyətində olan torpaq sahələrinin alınması ilə yaranan hüquqların, habelə torpaq sahələri və digər daşınmaz əmlaka dair bağlanılan əqdlər nəticəsində əldə edilən hüquqların dövlət qeydiyyatına alınması məcburidir. Həmin Məcəllənin müddəalarından göründüyü kimi, verilmiş torpaq sahəsindən 19 il ərzində üzürlü səbəb olmadan istifadə edilməmiş, çoxmənzilli yaşayış evlərinin, habelə onlara aid olan qeyri-yaşayış tikililərinin torpaq sahələri həmin evlərin tərkib hissələri mülkiyyətçilərinin ümumi paylı mülkiyyətində olmalı və torpaq üzərində hüquqların dövlət qeydiyyatına alınması məcburidir. Sənədlərin araşdırması zamanı 2204 saylı, 30.12.2000-ci il tarixli sərəncam əsasında ayrılmış torpaq sahəsi üzərində hüquqları dövlət qeydiyyatına alınmamışdır. Göründüyü kimi, iddiaçıya fərdi yaşayış evinin tikintisi üçün torpaq sahəsi ayrılması barədə Binəqədi rayon İcra Hakimiyyətinin 2204 saylı, 30.12.2000-ci il tarixli sərəncamı qəbul edilərək, qanunvericiliyin tələblərinə riayət edilməmiş, çoxmənzilli yaşayış evlərinin tərkib hissəsi olan torpaq sahələri həmin evlərin tərkib hissələri mülkiyyətçilərinə məxsus olmasına baxmayaraq, iddiaçıya fərdi yaşayış evinin tikintisi üçün ayrılmış, əlavə olaraq, iddiaçı tərəfindən torpaq sahəsi üzərində mülkiyyət hüquqları daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmamış və 19 ildən artıq müddətdə üzürlü səbəb olmadan təyinatı üzrə istifadə edilməmişdir. İddiaçı iddia ərizəsində sözügedən torpaq sahəsində 1 mərtəbəli, ümumi sahəsi 15 kv.m-dən ibarət 1 otaqlı fərdi yaşayış evinin və ümumi sahəsi 68 kv.m-dən ibarət təsərrüfat təyinatlı yardımçı tikililər - əl damı, ayaqyolu, 2 ədəd üstü örtülü çardaq tikməsinə istinad etsə də, iş materiallarında olan sənədlərlə (fotoşəkillərlə) həmin hallar təsdiqlənmir. Fotoşəkillərdə yalnız, həmin ərazidə bitmiş müxtəlif bitki və ağaclar, primitiv üsulla taxta şitlərdən düzəldilmiş əl damının olması əks olunmuşdur. Əlavə olaraq, məhkəmə qeyd edir ki, iddiaçıya torpaq sahəsinin ayrılması barədə 30.12.2000-ci il tarixli sərəncamın 3.4-cü bəndində göstərilmişdir ki, obyektin tikintisinə torpaq sahəsi üzərində hüququ təsdiq edən sənəd əldə edildikdən sonra başlanılsın. Həmin sərəncamın 3.5-ci bəndində göstərilmişdir ki, torpaq sahəsindən ayrılmış məqsəd üçün istifadə etsin, torpaq sahəsi üzərində hüququnu torpaq şöbəsi tərəfindən verilən dövlət aktı ilə rəsmiləşdirsin və dövlət reyestrində qeydiyyatdan keçirsin. Lakin, iddiaçı tərəfindən sərəncamın müvafiq bəndlərində göstərilmiş tələblərə əməl edilməmiş, torpaq sahəsi üzərində mülkiyyət hüquqları ümumiyyətlə qeydiyyata alınmamış, sərəncamın müvafiq tələbinə (obyektin tikintisinə torpaq sahəsi üzərində hüququ təsidq edən sənəd əldə edildikdən sonra başlanılsın) riayət edilməklə fərdi yaşayış evinin tikintisi belə həyata keçirilməmişdir. Məhkəmə eləcə də, qeyd edir ki, Binəqədi rayon Enerji Təchizatı və Satışı idarəsi tərəfindən verilmiş Bgn-19/267 nömrəli, 05.07.2019-cu il tarixli məktuba əsasən müəyyən edilir ki, hazırda mübahisəli torpaq sahəsi "xxxx" ASC-yə aid 769 saylı TM mühafizə zolağına düşür. Həmçinin, çoxmənzilli yaşayış evlərinin mülkiyyətçiləri, çoxmənzilli yaşayış evlərinin tərkib hissəsi olan sözügedən torpaq sahəsinin iddiaçının mülkiyyətinə ayrılmasına etiraz edərək, iddiaçıya fərdi yaşayış evinin tikintisi üçün torpaq sahəsi ayrılması barədə 2204 saylı, 30.12.2000-ci il tarixli sərəncamın ləğv edilməsini xahiş etmişlər və həmin binaların sakinlərinin müraciətləri əsasında “İDEA” İctimai Birliyinin təşəbbüsü ilə “abad məhəllə” layihəsi çərçivəsində binaların qarşısında ümumi istifadə üçün istirahət parkı salınmışdır. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 67-ci maddəsinin tələblərinə əsasən – Torpaq üzərində hüquqların dövlət qeydiyyatı qanunvericilikdə nəzərdə tutulmuş qaydada daşınmaz əmlakın dövlət reyestrində aparılır; Dövlət və bələdiyyə mülkiyyətində olan torpaq sahələrinin alınması ilə yaranan hüquqların, habelə torpaq sahələri və digər daşınmaz əmlaka dair bağlanılan əqdlər nəticəsində əldə edilən hüquqların dövlət qeydiyyatına alınması məcburidir. Torpaq sahələri üzərində qeydiyyatdan keçməmiş hüquqların müdafiəsinə və toxunulmazlığına dövlət təminat vermir. Həmin Məcəllənin 73-cü maddəsinə əsasən torpaq sahələri üzərində hüquqi və fiziki şəxslərin hüquqlarına xitam verilməsinin əsasları müəyyən olunmuşdur. Həmin Maddənin 1-ci bəndin əsasən torpaq sahəsi və ya onun bir hissəsi üzərində mülkiyyət, istifadə və ya icarə hüququna aşağıdakı hallarda xitam verilir – qeyri-kkənd təsərrüfatı ehtiyacları üçün verilmiş torpaq sahəsindən 1 il ərzində üzürlü səbəb olmadan istifadə edilmədikdə fiziki şxəslərin hüquqlarına xitam verilməsin əsas olur. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən çoxmənzilli yaşayış evlərinin, habelə onlara aid olan qeyri-yaşayış tikililərinin torpaq sahələri həmin evlərin tərkib hissələri mülkiyyətçilərinin ümumi paylı mülkiyyətinə keçir. Beləliklə, iş üzrə mübahisəli sərəncamın – inzibati aktın qanuniliyi maddi-hüquqi və formal-hüquqi baxımdan yoxlanılarkən məhkəmə tərəfindən müəyyən olunmuşdur ki, həmin aktda “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 58-ci və 61-ci maddələrinin icraatla bağlı tələblərinə əməl olunmuş, inzibati orqan mübahisəli sərəncamın qəbulu zamanı maddi hüquq normalarını düzgün tətbiq etmiş və bununla bağlı məhkəməyə təqdim edilmiş dəlilləri də, əsaslı olmuşdur. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 67.1-ci və 67.2-ci maddələrinə əsasən isə inzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. Qanunsuz inzibati akt həmin aktı qəbul etmiş inzibati orqan və ya subordinasiya baxımından yuxarı inzibati orqan tərəfindən və yaxud məhkəmə qaydasında ləğv oluna bilər. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 32.1-ci maddəsinin 1-ci bəndinə əsasən mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 58.1-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Məhkəmə iş üzrə təqdim olunmuş sübutları məcmu halında qiymətləndirərək belə nəticəyə gəlir ki, iddia əsassız olduğundan təmin edilməməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 75 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddia tələbi təmin edilməsin. Qərardan məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində tərəflər Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov prospekti 540-cı məhəllə) apellyasiya şikayəti verə bilərlər. Qərardan apellyasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Aygün Abdullayeva
Məhkəmə qərarları › İş №2-1(112)-203/2021
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-203/2021
17.11.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver