Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-203/2023 07.02.2023 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Kərimli Rüstəm Lətif oğlunun sədrliyi, Zeynalova Leyla Afiq qızının katibliyi, iddiaçının nümayəndəsi (vəkili) Vəkil, cavabdehin nümayəndəsi X4 iştirakı ilə İddiaçı cavabdeh Təhsildə X1rşı «cavabdehin imtinasının qanunsuz sayılması və diplom üzrə ixtisasın tanınması və ekvivalentliyinin müəyyən edilməsi haqqında şəhadətnamənin verilməsi» tələbinə dair iddiası üzrə işə məhkəmənin binasında (Bakı şəhəri, Nəsimi rayonu, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: İddiaçı cavabdeh Təhsildə X1rşı «cavabdehin imtinasının qanunsuz sayılması diplom üzrə ixtisasın tanınması və ekvivalentliyinin müəyyən edilməsi haqqında şəhadətnamənin verilməsi» tələbini irəli sürərək iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 45.4-cü maddəsinə əsasən iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsində bildirilir ki, İddiaçı 14 avqust 2017-ci il tarixdə Türkiyə Cümhuriyyəti (Türkiyə Respublikası) Anadolu Universitetinin iqtisadiyyat fakültəsini müvəffəqiyyətlə tamamlayaraq 2017-143841 nömrəli diplom almışdır. Diplomunun ölkə ərazisində tanınması üçün aidiyyət üzrə qanunvericiliklə müəyyən olunmuş qaydada cavabdeh inzibati orqan Təhsildə Keyfiyyət Təminatı Agentliyinə müraciət etmişdir. Müraciətə cavab olaraq qeyd edilmişdir ki, zərurət olduğu üçün müsabiqəyə dəvət olunur. Sonra bildirilmişdir ki, müraciətə dair müsbət qərar qəbul edilmişdir. Daha sonra isə müraciətə dair mənfi qərar qəbul edildiyi bildirilmişdir. İmtina üçün əsas kimi göstərilir ki, həmin ölkədə olmadığı üçün diploma əlavədə göstərilən tədris yükünü yerinə yetirmək qeyrimümkündür. İddiaçı hesab edir ki, cavabdehin imtinası qanunsuz və əsassız olduğundan ləğv edilməli, X2 Universiteti tərəfindən ona verilmiş 2017-143841 nömrəli 14 avqust 2017ci il tarixli diplom üzrə ixtisasın tanınması öhdəliyi cavabdehin üzərinə qoyulmalıdır. Ona görə ki, Azərbaycan Respublikasının Konstitusiyasının 151-ci maddəsinin tələbinə əsasən Azərbaycan Respublikasının qanunvericilik sisteminə daxil olan normativ-hüquqi aktlar ilə (Azərbaycan Respublikasının Konstitusiyası və referendumla qəbul edilən aktlar istisna olmaqla) Azərbaycan Respublikasının tərəfdar çıxdığı dövlətlərarası müqavilələr arasında ziddiyət yaranarsa, həmin beynəlxalq müqavilələr tətbiq edilir. Azərbaycan Respublikasının Prezidentinin 23 fevral 2018-ci il tarixli Sərəncamı ilə təsdiq edilmiş Azərbaycan Respublikası Hökuməti ilə Türkiyə Respublikası Hökuməti arasında təhsil sahəsində əməkdaşlıq haqqında Sazişin 12-ci maddəsinin 1-ci bəndində qeyd olunur ki, Azərbaycanlı tələbələrə Türkiyə Respublikasının ali təhsil müəssisələri tərəfindən verilən diplomların ekvivalentliyi və tanınması Azərbaycan Respublikasının müvafiq qanunvericiliyinə uyğun olaraq, türkiyəli tələbələrə Azərbaycan Respublikasının ali təhsil müəssisələri tərəfindən verilən diplomların ekvivalentliyi və tanınması Türkiyə Respublikasının müvafiq qanunvericiliyinə uyğun olaraq həyata keçirilir. «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 19.1-ci maddəsinə əsasən inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 13 may 2003-cü il tarixili 64 saylı qərarı ilə təsdiq edilmiş «Xarici dövlətlərin ali təhsil sahəsində ixtisaslarının tanınması və ekvivalentliyinin müəyyən edilməsi (nostrifikasiyası) Qaydaları»nın 1.6. bəndində göstərilir ki, xarici dövlətlərin ali təhsil sahəsində ixtisasının tanınması və tanınma haqqında Şəhadətnamənin verilməsi bu Qaydalar əsasında Azərbaycan Respublikasının Təhsil Nazirliyi tərəfindən həyata keçirilir. Xarici dövlətlərin ali təhsil sahəsində ixtisasının ekvivalentliyinin müəyyən edilməsi haqqında Şəhadətnamə bu Qaydalarda nəzərdə tutulmuş müddəalar əsasında keçirilən ekspertizadan sonra Azərbaycan Respublikasının Təhsil Nazirliyi tərəfindən verilir. Azərbaycan Respublikasının tərəfdaş çıxdığı beynəlxalq müqavilələrdə və dövlətlərarası razılaşmalarda ekvivalentlik müəyyən edilibsə, ekvivalentlik haqqında Şəhadətnamə ekspertiza keçirilmədən verilir. Həmin Qaydaların 3.4-cü bəndə göstərilir ki, ekspertiza zamanı aşağıdakılar nəzərə alınır: - tədris planının və proqramlarının məzmunu; attestasiya sistemləri; öyrənilmiş fənlərin həcmi; fənlər üzrə attestasiyanın nəticələri; istehsalat təcrübəsi və onun müddəti. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 13 may 2003-cü il tarixili 64 saylı Qərarı ilə təsdiq edilmiş Qaydaların tələbinə əsasən mənfi rəy xarici dövlətdə ali təhsil sahəsində ixtisas almaq üçün təlimin ümumi normativ müddəti Azərbaycan Respublikasında təhsilin dövlət standartlarında nəzərdə tutulduğundan bir il az olduqda; təhsil haqqında sənədin verildiyi ölkədə onların sahiblərinə həmin sənədin verdiyi hüquqlar Azərbaycan Respublikasında müvafiq sənədin verdiyi hüquqlardan az olduqda (məsələn, onların sahiblərinin doktoranturaya daxil olmaq və ya peşə fəaliyyəti ilə məşğul olmaq hüququ yoxdursa); xarici ölkələrdə verilən təhsil istiqamətlər (ixtisaslar) üzrə qiyabi və əyani-qiyabi olduqda, lakin Azərbaycan Respublikasında həmin istiqamət (ixtisas) üzrə belə təhsil formasına yol verilmədikdə verilə bilər. Göstərilənlərə əsaslanaraq və İPM-in 33, 45, 46, 68, 69 və 75-ci maddələrini rəhbər tutaraq, məhkəmədən cavabdehin imtinasının qanunsuz hesab edilməsi və X2 Universiteti tərəfindən iddiaçıya verilmiş 2017-143841 nömrəli 14 avqust 2017-ci il tarixli diplom üzrə ixtisasın tanınması və ekvivalentlik haqqında şəhadətnamənin verilməsi öhdəliyinin cavadehin üzərinə qoyulması barədə qərar qəbul edilməsi xahiş olunur. Cavabdeh Təhsildə Keyfiyyət Təminatı Agentliyinin nümayəndəsinin iddiaya qarşı məhkəməyə təqdm olunmuş yazılı etirazında bildirilir ki, İddiaçı Türkiyə Respublikasının Anadolu Universitetində aldığı ixtisasın ölkə ərazisində tanınması və ekvivalentlik haqqında şəhadətnamənin verilməsi məqsədilə cavabdeh Təhsildə Keyfiyyət Təminatı Agentliyinə müraciət etmişdir. Tədris normativi üzrə təhsil almaq üçün tələb olunan müddətin qarşılığında iddiaçı həmin ölkədə ümumiyyətlə olmadığından onun diploma əlavədə qeyd olunan tədris yükünü yerinə yetirməsi qeyri-mümkün olduğundan, cavabdeh tərəfindən iddiaçıya müvafiq sənədin verilməsindən imtina edilmişdir. Hesab edilir ki, cavabdehin imtinası qanuni və əsaslıdır. Belə ki, Agentlikdə iddiaçının sənədləri araşdırılarkən onun təqdim etdiyi diplom Azərbaycan Respublikası Nazirlər Kabinetinin 13 may 2003-cü il tarixli 64 nömrəli qərarı ilə təsdiq olunmuş «Xarici dövlətlərin ali təhsil sahəsində ixtisasların tanınması və ekvivalentliyinin müəyyən edilməsi (nostrifikasiya) Qaydaları»na uyğun gəlmədiyi müəyyən edilmişdir. İddiaçı həmin təhsil müəssisəsinin normativi üzrə həmin ölkədə ümumiyyətlə olmadığından diploma əlavədə qeyd olunan tədris yükünü yerinə yetirmək qeyri- mümkündür. Azərbaycan Respublikasının 30 sentyabr 1997-ci il tarixli 367-İQ nömrəli Qanunu ilə “Avropa regionunda ali təhsil sahəsində ixtisasların tanınması haqqında” Konvensiya təsdiq edilmişdir. Konvensiyanın Vİ.1-ci bəndinə, habelə Konvensiya Komitəsi tərəfindən qəbul edilmiş “Xarici kvalifikasiyaların Qiymətləndirilməsi Meyarları və Prosedurları üzrə yenidən işlənilmiş Tövsiyələrin V hissəsinə (Qiymətləndirmə Meyarları) və İzahedici Memorandumun 12-ci bəndinə əsasən, xarici ali təhsil ixtisası ilə tanınma tələb olunan dövlətin müvafiq ixtisası arasında əhəmiyyətli fərq olmadığı təqdirdə tanınma həyata keçirilə bilər. Konvensiya Komitəsi və Konvensiyanın tətbiqinə dair Avropa İttifaqının ekspert qrupları tərəfindən işlənib hazırlanmış “Avropa regionu üzrə Tanınma Təlimatı”nın 10-cu hissəsinə əsasən, əhəmiyyətli fərq dedikdə xarici dövlətin ali təhsilə aid kvalifikasiyanın əsas elementləri (kvalifikasiyaların səviyyələri, təlimin həcmi və/və ya yekun attestasiyasının nəticəsi, kvalifikasiyanın istiqaməti (profili) və təlimin nəticələri) ilə milli kvalifikasiyanın əsas elementləri arasında ərizəçinin təhsilini növbəti səviyyədə davam etdirməsi və (ya) müvafiq peşə istiqamətinə uyğun olaraq, əmək fəaliyyəti ilə məşğul olmaq hüququnun yaranmasına kifayət etməyən həcmdə fərq başa düşülür. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 18 iyul 2018-ci il tarixli, 311 nömrəli qərarı ilə təsdiq təsdiq təsdiq edilmiş «Azərbaycan Respublikasının ömürboyu təhsil üzrə Milli Kvalifikasiyalar Çərçivəsi»nin 2.1.48-ci bəndinə əsasən, təlimin nəticələri - təhsilalanın nələri bildiyini, mənimsədiyini və təlim prosesini bitirdikdən sonra nəyi edə biləcəyini göstərən, eləcə də bilik, bacarıq və kompetensiyaları (səriştələri) müəyyən edən göstəricilərdir. Həmin Çərçivənin 2.1.49-cü bəndinə əsasən, təlimin nəticələrinin qiymətləndirilməsi – müəyyən olunmuş meyarları (təlim nəticələri ilə bağlı gözləntilər, təlimin nəticələrinin qiymətləndirilməsi) əsas götürərək, şəxsin bilik, bacarıq və (və ya) kompetensiyalarının (səriştələrinin) qiymətləndirilməsi prosedurudur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 24 dekabr 2013-cu il tarixli 348 nömrəli qərarı ilə təsdiq edilmiş «Ali təhsil müəssisələrinin bakalavriat və magistratura səviyyələrində, əsas (baza ali) tibb təhsilində və Azərbaycan Milli Elmlər Akademiyasının magistratura səviyyəsində kredit sistemi ilə tədrisin təşkili Qaydalan»na əsasən: (3.2.2) Ali təhsilin hər iki səviyyəsində əyani təhsilalma forması üzrə tədris ili 40 həftədir. Hər semestr 20 həftədən (o cümlədən, 5 həftə imtahan sessiyası) ibarətdir. Bir semestrə, tədrisə tam cəlb olunan (fulltime) tələbəyə 30 (tələbənin prerekvizit fənn və ya fənlərdən akademik borcu qaldığı halda, kreditlərin sayı az ola bilər), tədrisə qismən cəlb olunan (parttime) tələbəyə 20-yə qədər kredit müəyyənləşdirilir. Bir kredit tələbənin auditoriya və auditoriyadankənar 30 saatlıq işinə bərabərdir. Tələbənin 5 (beş) günlük iş rejimində həftəlik auditoriya və auditoriyadankənar ümumi yükünün həcmi 45 saatdır (xüsusi təyinatlı ali təhsil müəssisələri istisna olmaqla). Tələbənin həftəlik işinin həcmi 1,5 kreditdir (yay semestri istisna olmaqla). Buraxılış işinin, magistrlik dissertasiyasının hazırlanmasına və müdafiəsinə, eləcə də buraxılış dövlət və semestr imtahanlarına hazırlığa, imtahanın verilməsinə və təcrübələrin keçirilməsinə ayrılmış hər bir həftə 1,5 kreditə bərabərdir. (3.2.3) Qiyabi təhsilalma forması üzrə tədris ili 32 həftədir. Hər semestr 16 həftədən (o cümlədən, 1 həftə imtahan sessiyası) ibarətdir və hər semestrə 24 kredit müəyyənləşdirilir. (3.2.4) İxtisasın (ixtisaslaşmanın) təhsil müddətindən asılı olaraq, tələbələrə bakalavriatda 240 – 300 kredit (əsas (baza ali) tibb təhsilində 300 – 360 kredit), magistraturada təhsilin normativ müddəti 1,5 il olduğu halda 90, 2 (iki) il olduğu halda isə 120 kredit müəyyənləşdirilir. Müəyyən olunmuş kreditin tələbə tərəfindən yığılması məcburidir. (3.2.7) Tədris planında tədris işinin həcmi kredit vahidləri ilə müəyyən edilir. Kreditlər tələbənin aşağıdakı fəaliyyəti üzrə müəyyənləşdirilir: (3.2.7.1) auditoriya (mühazirə, seminar, praktik məşğələlər, laboratoriya) dərslərində iştirak etməsi; (3.2.7.2) auditoriyadankənar (tələbənin müstəqil və müəllimin rəhbərliyi ilə sərbəst işi) işi; (3.2.7.3) təcrübələrdə iştirak etməsi; (3.2.7.4) laboratoriya işlərini yerinə yetirməsi; (3.2.7.5) kurs işini və layihələrini hazırlaması və müdafiə etməsi; (3.2.7.6) imtahanlara hazırlığı və imtahanları verməsi; (3.2.7.7) buraxılış işini, magistrlik dissertasiyasını hazırlaması və müdafiəsi, eləcə də buraxılış dövlət imtahanına hazırlığı və həmin imtahanı verməsi. (3.2.8) Tədris planında fənlər vacibliyinə və məzmununun mənimsənilməsi ardıcıllığına görə aşağıdakı 3 qrupa bölünür: (3.2.8.1) məcburi və ardıcıl öyrənilən fənlər üzrə; (3.2.8.2) məcburi, lakin ardıcıllığı vacib olmayan fənlər üzrə; (3.2.8.3) tələbələrin öz seçimi əsasında öyrənilən fənlər üzrə. (3.2.9) Oxşar ixtisas (ixtisaslaşma) üzrə tədris planları hazırlanarkən, müvafiq fənlərin məzmununun unifikasiyasına nail olunmalıdır. Qaydaların 3.6-cı bəndinə əsasən ekvivalentlik haqqında Şəhadətnamənin verilməsi üçün təhsil sahəsində ixtisasın tanınması barədə müsbət rəy, təhsilin məzmununun uyğunluğu haqqında müsbət ekspert rəyi, Azərbaycan Respublikasının müvafiq sahə üzrə tərəfdar çıxdığı beynəlxalq müqavilələr, eyni zamanda sənədi verən ölkədə və Azərbaycan Respublikasında təhsilin müvafiq strukturlarına qoyulan tələblərin uyğunluğu olmalıdır. Həmin Qaydaların 3.7-ci bəndinə görə 3.6-cı bənddə göstərilən əsasların biri üzrə mənfi rəy ekvivalentlik haqqında Şəhadətnamənin verilməsinə imtina etmək üçün səbəb ola bilər. Göstərilənlərə əsaslanaraq, İddiaçı iddiasının təmin edilməməsi məhkəmədən xahiş olunur. Cavabdehin nümayəndəsiniun məhkəməyə təqdim olunmuş iddia ilə bağlı yazılı mülahizəsində bildirilir ki, İddiaçı Türkiyə Respublikasının Anadolu Universiteti tərəfindən verilmiş bakalavr diplomu üzrə aldığı ixtisasın Azərbaycan Respublikasının ərazisində tanınması və ekvivalentlik haqqında şəhadətnamənin verilməsi məqsədilə cavabdeh Təhsildə Keyfiyyət Təminatı Agentliyinə müraciət etmişdir. Cavabdeh müraciətə baxaraq, iddiaçıya müvafiq sənədin verilməsindən cavab məktubu ilə imtina etmişdir. Hesab edilir ki, cavabdehin imtinası qanuni və əsaslıdır. Belə ki, iddiaçının “açıq öyrətim” (açıq təhsil) təhsilalma forması üzrə təhsil aldığı müəyyən edilmişdir. «Təhsil haqqında» AR Qanununun 13-cü maddəsində qeyd olunur ki, Azərbaycan Respublikasında aşağıdakı təhsilalma formaları müəyyən edilir: əyani, qiyabi, distant (məsafədən), sərbəst (eksternat). Göründüyü kimi, «Təhsil haqqında» AR Qanununun 13-cü maddəsində təhsilalma formaları arasında “açıq öyrətim” (açıq təhsil) təhsilalma forması müəyyən edilməmişdir. Ərizəçinin təhsilalma forması üzrə təhsilalma qaydaları Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2010-cu il 23 aprel tarixli, 75 nömrəli qərarı ilə təsdiq edilmiş «Ali təhsil pilləsinin dövlət standartı və proqramı»nın tələbləri ilə uyğunsuzluq təşkil edir. Belə ki, iddiaçının təhsil aldığı açıq təhsil forması tətbiq olunan standartlarına görə Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qiyabi və distant təhsilalma formalarının elementlərini özündə cəmləşdirən bir təhsilalma formasıdır. İddiaçının əldə etdiyi təhsil istiqaməti (ixtisas) üzrə Azərbaycan Respublikasında belə təhsil formasına (qiyabi-distant) yol verilmir. Eyni zamanda, onun diplom əlavəsindən aldığı təhsil üzrə təlim müddətinin 4 il olması müəyyən edilmişdir ki, bu da qeyd olunan ixtisas üzrə Azərbaycan Respublikasında təhsilin dövlət standartlarında nəzərdə tutulmuş təlimin normativ müddətindən bir il azdır. Belə ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2010-cu il 24 iyun tarixli, 117 nömrəli qərarı ilə təsdiq edilmiş «Bakalavriat (əsas (baza ali) tibb təhsili) təhsilinin məzmunu və təşkili Qaydaları»nın 1.6-cı bəndinə əsasən bakalavriat səviyyəsində yalnız əyani təhsilalma formasının tədrisə tam cəlb olunma (fulltime) növü üzrə təhsilin normativ müddətinin 4 il olması mümkündür. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 13 may 2003-cü il tarixli, 64 saylı qərarı ilə təsdiq edilmiş «Xarici dövlətlərin ali təhsil sahəsində ixtisaslarının tanınması və ekvivalentliyinin müəyyən edilməsi (nostrifikasiyası) Qaydaları»nın 3.6-cı bəndinə əsasən ekvivalentlik haqqında Şəhadətnamənin verilməsi üçün təhsil sahəsində ixtisasın tanınması barədə müsbət rəy, təhsilin məzmununun uyğunluğu haqqında müsbət ekspert rəyi, Azərbaycan Respublikasının müvafiq sahə üzrə tərəfdar çıxdığı beynəlxalq müqavilələr, eyni zamanda sənədi verən ölkədə və Azərbaycan Respublikasında təhsilin müvafiq strukturlarına qoyulan tələblərin uyğunluğu olmalıdır. Həmin Qaydaların 3.7-ci bəndinə görə 3.6-cı bənddə göstərilən əsasların biri üzrə mənfi rəy ekvivalentlik haqqında Şəhadətnamənin verilməsinə imtina etmək üçün səbəb ola bilər. Cavabdehin nümayəndəsinin məhkəməyə təqdim olunmuş iddia ilə bağlı digər yazılı mülahizəsində bildirilir ki, İddiaçı təhsil müddəti 3 il olmaqla 2014 – 2017-ci illəri əhatə edir. «Xarici dövlətlərin ali təhsil sahəsində ixtisaslarının tanınması və ekvivalentliyinin müəyyən edilməsi (nostrifikasiyası) Qaydaları»nın 3.7-ci bəndinə əsasən xarici dövlətdə ali təhsil sahəsində ixtisas almaq üçün təlimin ümumi normativ müddəti Azərbaycan Respublikasında təhsilin dövlət standartlarında nəzərdə tutulduğundan bir il az olduqda mənfi rəy verilə bilər və bu mənfi rəy ekvivalentlik haqqında Şəhadətnamənin verilməsinə imtina etmək üçün əsasdır. «Ali təhsil pilləsinin dövlət standartı və proqramı»nın 5.5- ci bəndinə əsasən ali təhsil pilləsinin müvafiq səviyyələri üzrə təhsil müddətləri təhsil proqramları ilə müəyyənləşdirilir. Bakalavriat səviyyəsində əyani forma üzrə təhsil müddəti 4 – 5 (qiyabi forma üzrə təhsil müddəti bir il artıqdır) ildir. Beləliklə, iddiaçının 3 il ərzində bakalavr təhsili alması Azərbaycan Respublikasında təhsilin dövlət standartlarına ziddir. Eyni zamanda, iddiaçının 1) dövlət standartlarının tələblərinə uyğun və 2) diplom əlavəsində bu proqram üzrə nəzərdə tutulmuş tədris yükünü yerinə yetirməsinin qeyri-mümkün olması müəyyən edilmişdir. «Təhsil haqqında» Qanunun 13-cü maddəsində təhsilalma formaları arasında “açıq öyrətim” (açıq təhsil) təhsilalma forması müəyyən edilməmişdir. Ərizəçinin təhsilalma forması üzrə təhsilalma qaydaları «Ali təhsil pilləsinin dövlət standartı və proqramı»nın tələbləri ilə uyğunsuzluq təşkil edir. Belə ki, iddiaçının (ərizəçinin) təhsil aldığı açıq təhsil forması tətbiq olunan standartlarına görə Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qiyabi və distant təhsilalma formalarının elementlərini özündə cəmləşdirən bir təhsilalma formasıdır. İddiaçının əldə etdiyi təhsil istiqaməti (ixtisas) üzrə Azərbaycan Respublikasında belə təhsil formasına (qiyabi-distant) yol verilmir. İddiaçının diplom əlavəsində təhsil aldığı proqram üzrə tədris yükünün 8 yarımildən ibarət olduğu qeyd olunmuşdur. İddiaçının təhsil aldığı ölkədə olma müddətləri aşağıdakı kimidir: 2014/2015-ci tədris ili üzrə getməyib, 2015/2016-cı tədris ili üzrə 3 gün, 2016/2017-ci tədris ili üzrə 4 gün. İddiaçının 56 fənn üzrə 8 yarımil üçün nəzərdə tutulmuş tədris yükünü 3 il ərzində və bu müddət ərzində ümumilikdə 7 gün təhsil aldığı ölkədə olmaqla yerinə yetirməsi qeyri-mümkündür. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi (vəkili) Vəkil iddia ərizəsində göstərilənləri təsdiqlədi və iddianın təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X5 iddiaya qarşı məhkəməyə təqdim olunmuş yazılı etirazda göstərilənləri təsdiqlədi və iddianın təmin olunmamasını məhkəmədən xahiş etdi. Məhkəmə tərəfləri dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməməlidir. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinə görə hər kəs dövlət orqanlarının, siyasi partiyaların, hüquqi şəxslərin, bələdiyyələrin və vəzifəli şəxslərin hərəkətlərindən və hərəkətsizliyindən inzibati qaydada və məhkəməyə şikayət edə bilər. «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 2.0.2-ci maddəsinə əsasən inzibati akt – inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələləri nizama salmaq və ya həll etmək məqsədi ilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. Həmin Qanunun 17-ci maddəsinə əsasən fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. İPM-in 33.1-ci maddəsinə görə məcburetmə haqqında iddia vasitəsi ilə iddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsini cavabdehin üzərinə qoymağı məhkəmədən tələb edə bilər. İPM-in 33.2-ci maddəsinə görə bu Məcəllənin 33.1-ci maddəsində nəzərdə tutulmuş qayda həm iddiaçının arzuladığı inzibati aktın qəbulundan cavabdeh tərəfindən imtina edildiyi hallara, həm də cavabdehin hərəkətsizliyi səbəbindən (hərəkətsizliyə qarşı iddia) inzibati aktın qəbul edilmədiyi hallara şamil olunur. «Təhsil haqqında» Azərbaycan Respublikası Qanununun 1.0.7-ci maddəsinə əsasən bakalavr – bakalavriatı bitirmiş şəxslərə verilən ali peşə-ixtisas dərəcəsi, 1.0.8-ci maddəsinə görə bakalavriat – müvafiq ixtisaslar üzrə geniş profilli mütəxəssis hazırlığını həyata keçirən ali təhsilin birinci səviyyəsidir. Həmin Qanunun 1.0.36-cı maddəsinə görə xarici dövlətlərin ali təhsilə aid kvalifikasiyası – xarici dövlətlərin səlahiyyətli orqanları tərəfindən verilən və verildiyi ölkədə ali təhsil pilləsinə qəbul olunmaq və ya ali təhsilin növbəti səviyyələri üzrə təhsilini davam etdirmək və (və ya) ixtisasına uyğun əmək fəaliyyəti ilə məşğul olmaq hüququ verən, həmçinin şəxsin müvafiq standartlara uyğun bilik, bacarıq, səriştə və təcrübəyə malik olduğunu təsdiq edən təhsil haqqında sənəddir. Həmin Qanunun 27.4-cü maddəsinə görə xarici dövlətlərin ali təhsilə aid kvalifikasiyalarının tanınması müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada həyata keçirilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 13 may 2003-cü il tarixli 64 saylı qərarı ilə təsdiq edilmiş «Xarici dövlətlərin ali təhsil sahəsində ixtisaslarının tanınması və ekvivalentliyinin müəyyən edilməsi (nostrifikasiyası) Qaydaları»nın 1.2-ci bəndinə əsasən xarici dövlətlərin ali təhsil sahəsində ixtisaslarının tanınması dedikdə, xarici dövlətlərin səlahiyyətli orqanları tərəfindən verilmiş, ali təhsil proqramının uğurla bitirilməsini təsdiq edən, bu və ya digər dərəcə verən hər hansı sənədin, diplomun, yaxud başqa bir şəhadətnamənin Azərbaycan Respublikasının ərazisində qüvvədə olmasının təsdiqi başa düşülür. Həmin Qaydaların 1.6-cı bəndinə əsasən xarici dövlətlərin ali təhsil sahəsində ixtisaslarının tanınması və tanınma haqqında Şəhadətnamənin verilməsi bu Qaydalar əsasında Azərbaycan Respublikasının Təhsil Nazirliyi tərəfindən həyata keçirilir. Xarici dövlətlərin ali təhsil sahəsində ixtisaslarının ekvivalentliyinin müəyyən edilməsi haqqında Şəhadətnamə bu Qaydalarda nəzərdə tutulmuş müddəalar əsasında keçirilən ekspertizadan sonra Azərbaycan Respublikasının Təhsil Nazirliyi tərəfindən verilir. Həmin Qaydaların 3.6-cı bəndinə görə ekvivalentlik haqqında Şəhadətnamə aşağıdakılara əsasən verilir: təhsil sahəsində ixtisasın tanınması barədə müsbət rəy, təhsilin məzmununun uyğunluğu haqqında müsbət ekspert rəyi, Azərbaycan Respublikasının müvafiq sahə üzrə tərəfdar çıxdığı beynəlxalq müqavilələr, eyni zamanda sənədi verən ölkədə və Azərbaycan Respublikasında təhsilin müvafiq strukturlarına qoyulan tələblərin uyğunluğu. Həmin Qaydaların 3.7-ci bəndinə görə 3.6-cı bənddə göstərilən əsasların biri üzrə mənfi rəy ekvivalentlik haqqında Şəhadətnamənin verilməsinə imtina etmək üçün səbəb ola bilər. Mənfi rəy aşağıdakı hallarda verilə bilər: xarici dövlətdə ali təhsil sahəsində ixtisas almaq üçün təlimin ümumi normativ müddəti Azərbaycan Respublikasında təhsilin dövlət standartlarında nəzərdə tutulduğundan bir il az olduqda; təhsil haqqında sənədin verildiyi ölkədə onların sahiblərinə həmin sənədin verdiyi hüquqlar Azərbaycan Respublikasında müvafiq sənədin verdiyi hüquqlardan az olduqda (məsələn, onların sahiblərinin doktoranturaya daxil olmaq və ya peşə fəaliyyəti ilə məşğul olmaq hüququ yoxdursa); xarici ölkələrdə verilən təhsil istiqamətlər (ixtisaslar) üzrə qiyabi və əyani-qiyabi olduqda, lakin Azərbaycan Respublikasında həmin istiqamət (ixtisas) üzrə belə təhsil formasına yol verilmədikdə. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 75 nömrəli 23 aprel 2010-cu il tarixli qərarı ilə təsdiq edilmiş «Ali təhsil pilləsinin dövlət standartı və proqramı»nın 5.2-ci bəndinə görə ali təhsil müəssisələrində mütəxəssis, elmi və elmi-pedaqoji kadr hazırlığı üç səviyyədən ibarətdir: bakalavriat (tibb təhsili istisna olmaqla); magistratura (tibb təhsili istisna olmaqla); doktorantura. «Ali təhsil pilləsinin dövlət standartı və proqramı»nın 5.4-cü bəndinə görə ali təhsil pilləsində aşağıdakı təhsilalma formaları müəyyən edilir: əyani, qiyabi, distant (məsafədən), sərbəst (eksternat). «Ali təhsil pilləsinin dövlət standartı və proqramı»nın 5.5-ci bəndinə görə ali təhsil pilləsinin müvafiq səviyyələri üzrə təhsil müddətləri təhsil proqramları ilə müəyyənləşdirilir. Bakalavriat səviyyəsində əyani forma üzrə təhsil müddəti 4-5 (qiyabi forma üzrə təhsil müddəti bir il artıqdır) ildir. Magistratura səviyyəsində əyani forma üzrə həmin müddət 1,5- 2 (qiyabi forma üzrə təhsil müddəti altı ay artıqdır) ildir. «Ali təhsil pilləsinin dövlət standartı və proqramı»nın 5.7-ci bəndinə görə ali təhsil pilləsinin müvafiq səviyyələri üzrə təhsil müvafiq təhsil proqramları əsasında təşkil olunur. Ali təhsil pilləsinin bakalavr səviyyəsini bitirənlərə bakalavr, magistr səviyyəsini bitirənlərə isə magistr ixtisas dərəcəsi və müvafiq dövlət nümunəli sənəd – diplom verilir. «Ali təhsil pilləsinin dövlət standartı və proqramı»nın 7.3-cü bəndinə görə ali təhsil müəssisələrində təhsilalanların biliyinin qiymətləndiril-məsində aşağıdakı prinsiplər nəzərdə tutulmalıdır: qiymətləndirmə kriterilərinin ölçüləbilən və etibarlı olması; qiymətləndirmədə müxtəlif metod və vasitələrdən istifadə olunması; qiymətləndirmədə ədalətliliyin, obyektivliyin, şəffaflığın təmin olunması və qiymətin əsaslandırılması; qiymətləndirmədə təhsilalanların özünüqiymətləndirmə bacarığının formalaşması, onlarda öz təlimlərini yaxşılaşdırması istəyinin yaradılması və təlimin keyfiyyətinin yüksəldilməsinə nail olunması. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 348 nömrəli 24 dekabr 2013-cü il tarixli qərarı ilə təsdiq edilmiş «Ali təhsil müəssisələrinin bakalavriat və magistratura səviyyələrində, əsas (baza ali) tibb təhsilində və Azərbaycan Milli Elmlər Akademiyasının magistratura səviyyəsində kredit sistemi ilə tədrisin təşkili Qaydaları»nın 3.2.3-cü bəndinə görə qiyabi təhsilalma forması üzrə tədris ili 32 həftədir. Hər semestr 16 həftədən (o cümlədən, 1 həftə imtahan sessiyası) ibarətdir və hər semestrə 24 kredit müəyyənləşdirilir, 3.2.4-cü bəndinə görə isə ixtisasın (ixtisaslaşmanın) təhsil müddətindən asılı olaraq, tələbələrə bakalavriatda 240 – 300 kredit (əsas (baza ali) tibb təhsilində 300 – 360 kredit), magistraturada təhsilin normativ müddəti 1,5 il olduğu halda 90, 2 (iki) il olduğu halda isə 120 kredit müəyyənləşdirilir. Müəyyən olunmuş kreditin tələbə tərəfindən yığılması məcburidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 24 iyun 2010-cu il tarixli 117 nömrəli qərarı ilə təsdiq edilmiş «Bakalavriat (əsas (baza ali) tibb təhsili) təhsilinin məzmunu və təşkili Qaydaları»nın 1.6-cı bəndinə görə bakalavriat səviyyəsində əyani təhsilalma formasının tədrisə tam cəlb olunma (fulltime) növü üzrə təhsilin normativ müddəti 4 – 5 ildir (qiyabi forma üzrə təhsil müddəti əyani təhsilalma formasının tədrisə tam cəlb olunma (fulltime) növü üzrə təhsilin normativ müddətindən bir il artıqdır). Əsas (baza ali) tibb təhsili səviyyəsində əyani təhsilalma formasının tədrisə tam cəlb olunma (fulltime) növü üzrə təhsilin normativ müddəti 5 – 6 ildir. Təhsilin normativ müddəti ayrı-ayrı ixtisasların təhsil proqramları ilə müəyyənləşdirilir. Bakalavriat (əsas (baza ali) tibb təhsili) səviyyəsində əyani təhsilalma formasının tədrisə qismən cəlb olunma (parttime) növü üzrə isə təhsilin müddəti təhsilalanın fərdi tədris planına uyğun olaraq müəyyənləşdirilir. Göründüyü kimi, mövcud qanunvericilik normaları xarici dövlətlərin ali təhsil sahəsində ixtisasların dair ekvivalentlik haqqında şəhadətnamənin verilməsini həm də təhsil sənədini verən ölkədə və Azərbaycan Respublikasında təhsilin müvafiq strukturlarına qoyulan tələblərin uyğunluğu ilə şərtləndirir. İşin məhkəmə araşdırılması ilə müəyyən edilir ki, İddiaçı Türkiyə Respublikasının Anadolu Universitetində iqtisadiyyat fakültəsində müvafiq ixtisas üzrə “açıq təhsil” formasında təhsil almışdır. İddiaçı həmin təhsil təhsil müəssisəsi tərəfindən ona verilmiş diplom üzrə ixtisasının Azərbaycan Respublikası ərazisində tanınması və ekvivalentliyinin müəyyən edilməsi ilə bağı cavabdeh təşkilata müraciət etmiş, lakin cavabdeh məsələnin həllidən imtina etmişdir. İmtina onunla əsaslandırılmışdır ki, həmin ölkədə olmadığı üçün diploma əlavədə göstərilən tədris yükünü yerinə yetirmək qeyri-mümkündür. İddiaçı hazırda imtinanı mübahisələndirir. Məhkəmə icraatı zamanı cavabdeh tərəf iddiaya qarşı yazılı etiraz təqdim etmiş və imtinada göstərilənlərə əlavə olaraq bildirmişdr ki, iddiaçının aldığı təhsil forması Azərbaycan Respublikası qanunvericiliyinə uyğun gəlmir, iddiaçı bakalavr təhsilini 4 ilə deyil, 3 il müddətinə almışdır. Məhkəmənin mövqeyi isə belədir ki, nə qədər ki, iddiaçının aldığı təhsil forması (açıq təhsil) təhsil haqqında Azərbaycan Respublikasının qanunverciliyi ilə müəyyən edilmiş təhsil formalarının heç birinə aid deyil və bu xüsusat onun aldığı təhsilin Azərbaycan Respublikasının təhsil standartlarına uyğunsuzluğunu ehtiva edir. Nəzərə alınmalıdır ki, “açıq təhsil” forması Azərbaycan Respublikası qanunvericiliyi ilə müəyyən edilmir. Bundan başqa, iddiaçı 2014 – 2017-ci illərdə, yəni 3 il təhsil almışdır ki, bu da, Azərbaycan Respublikası qanunericiliyi ilə əyani formada bakalavriat təhsili üçün müəyyənləşdirilən təhsilin müddətindən 1 il azdır. Belə hal, «Xarici dövlətlərin ali təhsil sahəsində ixtisaslarının tanınması və ekvivalentliyinin müəyyən edilməsi (nostrifikasiyası) Qaydaları»nın 3.7-ci bəndinə görə ekvivalentlik haqqında şəhadətnamənin verilməsindən imtina üçün mənfi rəyə əsasdır. Eləcə də, iddiaçının həmin 3 illik təhsil dövründə Türkiyə Respublikasında qısa müddətdə, yəni cəmi 7 gün (2014/2015-ci tədris ili üzrə getməyib, 2015/2016-cı tədris ili üzrə 3 gün, 2016/2017-ci tədris ili üzrə 4 gün) olması da iddiaçının adıçəkilən təhsil müəssisəsinin ona verdiyi 2017-143841 nömrəli 14 avqust 2017-ci il tarixli bakalavr diplomu üzrə ixtisasının tanınmasından imtina üçün əsas kimi çıxış edə bilər. Belə olan halda məhkəmənin qənaətinə görə cavabdeh inzibati orqan Təhsildə Keyfiyyət Təminatı iddiaçının ona X2 Universiteti tərəfindən verilmiş 2017-143841 nömrəli 14 avqust 2017-ci il tarixli diplom üzrə ixtisasının tanınması və ekvivalentliyinin müəyyən edilməsi barədə şəhadətnamənin verilməsindən imtina etməkdə haqlı olmuşdur. Odur ki, cavabdehin imtinası qanuna zidd qiymətləndirilə bilməz. İPM-in 68-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. İPM-in 73.1-ci maddəsinə əsasən inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. Beləliklə məhkəmə hesab edir ki, İddiaçı cavabdeh Təhsildə X1rşı «cavabdehin imtinasının qanunsuz sayılması və diplom üzrə ixtisasın tanınması və ekvivalentliyinin müəyyən edilməsi haqqında şəhadətnamənin verilməsi» tələbinə dair iddiası əsassız olduğundan təmin edilməməlidir. Göstərilənlərə əsaslanaraq və İPM-in 4.1, 14.3, 23.1, 75, 81, 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: İddiaçı cavabdeh Təhsildə X1rşı «cavabdehin imtinasının qanunsuz sayılması və diplom üzrə ixtisasın tanınması və ekvivalentliyinin müəyyən edilməsi haqqında şəhadətnamənin verilməsi» tələbinə dair iddiası təmin edilməsin. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər. Hakim Rüstəm Kərimli
Məhkəmə qərarları › İş №2-1(112)-203/2023
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-203/2023
07.02.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver