Məhkəmə qərarları › İş №2-1(112)-2031/2023

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-2031/2023

26.01.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-2031/2023 26.01.2023 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Abıyev Nəriman İbrahim oğlunun sədrliyi, iddiaçılar İddiaçı1 Yunisəli oğlunun və İddiaçı3 Yunisəli oğlunun, cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinin nümayəndəsi X6 iştirakları ilə iddiaçılar İddiaçı1 Yunisəli oğlunun və İddiaçı3 Yunisəli oğlunun cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “reyestrdən çıxarışın verilməsi” haqqında iddia tələbi üzrə işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi, 56) şifahi, açıq məhkəmə baxışı iclasında baxaraq, müəyyən etdi: Mübahisəli hüququn qısa xülasəsi: İddiaçılar İddiaçı1 Yunisəli oğlu, İddiaçı3 Yunisəli oğlu və X7 cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə (bundan sonra mətndə DƏDKR 1 saylı Bakı Ərazi İdarəsi) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhər İcraiyyə Komitəsinin bağlar təsərrüfatı məsələləri üzrə komissiyasının 144 saylı, 1965-ci il tarixli qərarı ilə mərhum anaları Kubra Məmmədhəsən qızının istifadəsinə ayrılmış Bakı şəhəri, Binəqədi rayonu Goradil ərazisində 1230 “A” saylı torpaq sahəsinin planı və ölçüsünün hazırlanması və torpaq sahəsi üzərində hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq, onların adına çıxarışın verilməsinin vəzifə olaraq cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişlər. Sonradan iddiaçılar məhkəməyə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra İPM) 54-cü maddəsinə əsasən iddianın dəyişdirilməsi (tələbin dəqiqləşdirilməsi) barədə ərizə təqdim edərək, iddiaçılar qismində İddiaçı1 Yünisəli oğlu və İddiaçı3 Yunisəli oğlu qəbul edilməklə, məhkəmədən, Bakı şəhər İcraiyyə Komitəsinin bağlar təsərrüfatı məsələləri üzrə komissiyasının 144 saylı,1965-ci il tarixli qərarı ilə ayrılmış Bakı şəhəri, Binəqədi rayonu Goradil ərazisində 1230 “A” saylı torpaq sahəsinin mərhum anaları X1 məxsus olması barədə arayışın (çıxarışın) verilməsi öhdəliyinin cavabdeh DƏDKR 1 saylı Bakı Ərazi İdarəsinin üzərinə qoyulmasını xahiş etmişlər. İddia tələbi onunla əsaslandırılmışdır ki, Bakı şəhər İcraiyyə Komitəsinin bağlar təsərrüfatı məsələləri üzrə komissiyasının 144 saylı, 1965-ci il tarixli qərarı ilə Goradil ərazisində 0,25 ha torpaq sahəsi mərhum anaları Kubra Məmmədhəsən qızının istifadəsinə ayrılmışdır. 27 iyun 1990-cı il tarixdə bağ sahəsi hər biri 0,12 ha olmaqla iki bərabər hissələrə ayrılmaqla, bir hissəsi 1230 saylı bağ sahəsi olaraq 10682 saylı müqaviləyə əsasən Kubra Məmmədhəsən qızının icarəsinə, digər hissəsi 1230 “A” saylı bağ sahəsi olaraq 27953 saylı müqaviləyə əsasən X5 icarəsinə verilmişdir. Onların məlumatı və razılığı olmadan bağ sahəsinin 0.12 ha hissəsinin X8 verilməsi barədə məlumatları olmamışdır və 2006-cı ilin sonlarında bu barədə məlumat aldıqdan sonra məhkəməyə müraciət etmişlər. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2-2011/2007 saylı, 06 noyabr 2007-ci il tarixli qətnaməsi ilə onların cavabdehlər X8, Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsinə və üçüncü şəxs Bakı şəhər İcra Hakimiyyəti X4 və İstismarı Birliyinə qarşı X9 ilə bağlanmış 27953 saylı bağın icarəyə verilməsi haqqında müqavilənin etibarsız hesab edilməsinə dair iddia tələbləri təmin edilmiş və Bakı şəhər İcra Hakimiyyəti X4 və İstismarı Birliyi ilə X9 arasında bağlanmış, Bakı şəhəri, Goradil qəsəbəsində yerləşən 1230 “C” saylı bağın M.R.Vahabovanın icarəsinə verilməsinə dair 27953 saylı müqavilə və onunla əlaqədar bağlanmış 27953 saylı 07 dekabr 2005-ci il tarixli müqavilənin etibarsız hesab edilməsi qət edilmiş və X3, İddiaçı3 Yunisəli oğluna və İddiaçı1 Yunisəli oğluna Bakı şəhəri, Goradil qəsəbəsində yerləşən 1230 saylı bağ sahəsinin icarə müqaviləsinin onlarla bağlanması üçün Bakı şəhəri Binəqədi rayonu Binəqədi Bələdiyyəsinə müraciət etmək hüquqlarının olması izah edilmişdir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 8(001)-240/2010 saylı, 11 may 2010-cu il tarixli qərardadı ilə Binəqədi Rayon Məhkəməsinin 2-2011/2007 saylı, 06 noyabr 2007-ci il tarixli qətnaməsinə izah verilmiş və iddiaçıların Bakı şəhəri, Goradil qəsəbəsində yerləşən bağ sahəsinin adlarına rəsmiləşdirilməsi üçün Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinə müraciət hüququnun olması kimi başa düşülməsi qərara alınmışdır. Torpaq sahəsi ilə bağlı DƏDRX-nin 1 saylı Bakı Ərazi İdarəsinə müraciət etmişlər və verilmiş cavabda torpaq sahəsinə aid sənədlərdə torpaq sahəsinin nömrəsinin 1230 “A” olması, qətnamədə isə 1230 “C” və 1230 kimi göstərilməsi səbəbindən icra edilməsinin mümkün olmadığı bildirilmişdir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-2011/2007 saylı, 06 may 2021-ci il tarixli qərardadı ilə onların ərizəsi təmin edilmiş, qətnaməyə düzəliş edilmiş və bağ nömrəsinin 1230 “A” kimi oxunması qərara alınmışdır. İPM-nin 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəməyə daxil olduqdan sonra iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surəti cavabdeh inzibati orqana təqdim edilmiş və cavabdehdən iddia ilə bağlı yazılı münasibət (etiraz) bildirilməsi tələb olunmuşdur. Cavabdeh DƏDKR 1 saylı Bakı Ərazi İdarəsi **********11 saylı xx.xx.2022-ci il tarixli etirazında göstərmişdir ki, iddiaçı müvafiq tələblə ********** nömrəli, xx.xx.2021-ci il tarixdə 1 saylı Bakı Ərazi idarəsinə müraciət etmişdir. Sərəncamın icrası ilə əlaqədar aparılmış araşdırma nəticəsində məlum olmuşdur ki, qeyd olunan bağ sahəsinə dair “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8.0.7-ci maddəsinə əsasən 2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri, sərəncamlar və orderlər kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış təqdim edilməmişdir. İddiaçının idarəyə müraciətində qeyd etdiyi və məhkəmə qərarlarında göstərilən bağ sahəsi üzərində hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasına dair 1 saylı Bakı Ərazi İdarəsinin üzərinə heç bir öhdəlik qoyulmamışdır. Bu səbəblərdən ərizənin icrası mümkün olmamış və iddiaçıya **********03 nömrəli, xx.xx.2021-ci il tarixli cavab məktubu ünvanlanmışdır. Sözügedən daşınmaz əmlaka yerində aparılmış müayinə (baxış) zamanı müəyyən edilmişdir ki, göstərilən əmlakın sənəd üzrə sahəsi 1200 kv. metr, faktiki ölçüsü 1170 kv. metr təşkil edir. Yerli icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələrinin ləğv edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin xx.xx.2007-ci il tarixli sərəncamı ilə yerli icra hakimiyyəti orqanlarının, o cümlədən Bakı şəhəri İcra Hakimiyyətinin nəzdində olan bağ təsərrüfatı idarələri ləğv edilərək, onların yalnız arxivlərinin Azərbaycan Respublikasının Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinə verilməsi qərara alınmışdır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8.0.7ci maddəsinə əsasən 2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri, sərəncamlar və orderlər kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış təqdim edilməlidir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 11.1-ci maddəsinə əsasən hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. DƏDKR 1 saylı Bakı Ərazi İdarəsi daşınmaz əmlakın dövlət reyestrində müvafiq qeydiyyatı qanunvericiliklə nəzərdə tutulmuş hüquqmüəyyənedici sənədlər əsasında aparır və “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 23-cü maddəsinə əsasən İdarə dövlət reyestrində daşınmaz əmlaka hüquqların qeydiyyatının dəqiqliyinə cavabdehdir. Qeyd olunanlara əsasən iddianın təmin olunmaması xahiş olunmuşdur. İddiaçılar İddiaçı1 Yunisəli oğlu və İddiaçı3 Yunisəli oğlu məhkəmə iclasında ayrıayrılıqda iddia tələbini müdafiə edərək, məhkəmədən iddianın təmin olunmasını xahiş etdilər. Cavabdeh DƏDKR 1 saylı Bakı Ərazi İdarəsinin nümayəndəsi X10 məhkəmə iclasında etiraza uyğun izahat verərək, məhkəmədən iddianın təmin olunmamasını xahiş etdi. İddianın növü və mümkünlüyü “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 4 №li Qərarının 17-ci bəndində göstərilmişdir ki, daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydiyyatla bağlı münasibətlərdən irəli gələn mübahisələrin məhkəmə aidiyyəti müəyyən edilərkən ilk növbədə nəzərə alınmalıdır ki, daşınmaz əmlakın dövlət reyestrindən çıxarış reyestrdəki qeydiyyatı əks etdirən sənəddir və inzibati akt kimi qiymətləndirilə bilməz. “İnzibati İcraat Haqqında” Azərbaycan Respublikası Qanununun 1.2-ci maddəsinə əsasən, bu Qanunun müddəaları inzibati orqanların fiziki və ya hüquqi şəxslərə münasibətdə faktiki xarakterli digər fəaliyyətinə (hərəkətlərinə) də şamil olunur. Həmin Qanununun 2.0.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları, onların yerli (struktur) və digər qurumları, bələdiyyələr, habelə qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hər hansı fiziki və ya hüquqi şəxs inzibati orqan hesab olunur. İPM-nin 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia ümumi mümkünlük şərtləri (iddianın lazımı qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.) ilə yanaşı, xüsusi mümkünlük şərtlərinə də cavab verməlidir. Bu növ iddia üçün xüsusi mümkünlük şərtlərinə - iddia qaldırmaq səlahiyyətinə (İPM-in 35-ci maddəsi) əməl olunmalıdır. İddia qaldırmaq səlahiyyəti onu nəzərdə tutur ki, iddiaçı iddia ərizəsində inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan hərəkətlər nəticəsində subyektiv hüquqlarının pozulduğunu irəli sürür. İPM-nin 30.2-ci maddəsinə əsasən mübahisə predmetini eyni növdən olan, uyğun faktiki və hüquqi əsaslara söykənən tələblərin və vəzifələrin təşkil etdiyi hallarda da, bir neçə şəxs birgə iddiaçı və ya birgə cavabdeh qismində prosessual həmiştirakçılar kimi çıxış edə bilərlər. xx.xx.1999-cu ildə ölmüş X11 qanun üzrə vərəsələri xx.xx.1950-ci il təvəllüdlü İddiaçı3 və xx.xx.1954-cü il təvəllüdlü İddiaçı1dur. Odur ki, İddiaçı3 və İddiaçı1, X11 qanun üzrə vərəsələri olduğunu nəzərə alan məhkəmə hesab edir ki, onların hazırki iddianı qaldırmağa subyektiv hüquqları vardır. İddianın növü öhdəliyin icrasına dair iddiadır. İddia mümkündür. İşin halları Məhkəmə iş materiallarını araşdıraraq və mövcud qanunvericiliyi təhlil edərək, həmçinin iddiaçıları və cavabdehin nümayəndəsinin izahatlarını dinləyərək hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır. İş materiallarında olan: AZE seriyalı 0******* №-li şəxsiyyət vəsiqəsinin surətindən müəyyən olunur ki, xx.xx.1950-ci il təvəllüdlü İddiaçı3 ünvan 1 ünvanında qeydiyyatdadır. AA seriyalı ******* №-li şəxsiyyət vəsiqəsi və şəxsiyyət vəsiqəsi barədə məlumatdan müəyyən olunur ki, Bakı şəhərində doğulmuş xx.xx.1954-cü il təvəllüdlü İddiaçı1 ünvan 2 ünvanında qeydiyyatdadır. Məhkəmənin müvafiq sorğusuna cavab olaraq verilmiş DƏDKR 1 saylı Bakı Ərazi İdarəsinin **********87 №-li, xx.xx.2022-ci il tarixli məktubunda qeyd olunmuşdur ki, arxiv qovluğunda saxlanılan sənədlərdən göründüyü kimi, Göradil ərazisində yerləşən 0.25 hektar olan 1230 saylı bağ sahəsi 10684 nömrəli bağın icarəyə verilməsi haqqında müqavilə ilə X11 icarəsinə verilmişdir. X19 xx.xx.1990-cı il tarixli ərizə ilə bağ sahəsinin 0.12 hektar hissəsinin nəvəsi X5 adına keçirilməsinə dair X4 və İstismarı Birliyinə müraciət etmişdir. Belə ki, X9 ilə 0.12 hektar 1230 “a” saylı bağ sahəsinin istifadəyə verilməsinə dair xx.xx.1990-cı il tarixli 27953 nömrəli müqavilə bağlanılmışdır, xx.xx.2005-ci il tarixdə isə onunla yeni müqavilə bağlanılmışdır (bağ sahəsi ilə əlaqəli Binəqədi Rayon Məhkəməsinin 2-2011/2007 nömrəli xx.xx.2007-ci il tarixli və Bakı Apellyasiya Məhkəməsinin Mülki İşlər üzrə Kollegiyasının 2(103)-2148/08 nömrəli xx.xx.2008-ci il tarixli qətnamələri mövcuddur). Sözügedən bağ sahəsinin yerdə qalan 0.12 hektar hissəsi, 1230 saylı bağ sahəsi X11 istifadəsində qalmışdır. Belə ki, Göradil kəndi, 1230 saylı bağ sahəsi ünvanında yerləşən 0.1176 hektar torpaq sahəsi vərəsə İddiaçı3 ********** qeydiyyat nömrəli ərizəsi və ərizə ilə təqdim edilmiş Bakı şəhəri 14 saylı notariat ofisinin vərəsələr dairəsinin müəyyən edildiyi barədə xx.xx.2019-cu il tarixli 494 nömrəli məktubu, X19 ilə bağlanılmış xx.xx.1990-cı il tarixli 10684 nömrəli bağın icarəyə verilməsi haqqında müqavilə və Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən tərtib edilmiş xx.xx.2013-cü il tarixli Torpaq sahəsinin planı və ölçüsü sənədi əsasında xx.xx.2019-cu il tarixdə mərhum X11 adına dövlət reyestrində qeydiyyata alınmışdır. Daha sonra Bakı şəhəri 14 saylı notariat ofisində təsdiq edilmiş xx.xx.2019-cu il tarixli 2V-101 reyestr nömrəli vərəsəlik hüququ haqqında şəhadətnamə və miras payın bağışlanması müqaviləsi əsasında 1230 saylı bağ sahəsi 1/2 hissə olmaqla xx.xx.2019-cu il tarixdə İddiaçı3 və İddiaçı1 adlarına qeydiyyata alınmış, hazırda mülkiyyətlərindədir. DƏDKR 1 saylı Bakı Ərazi İdarəsinin **********87 №-li, xx.xx.2022-ci il tarixli məktubu ilə məhkəməyə təqdim olunmuş aşağıda sadalanan sənədlərdən: - “Bağ evlərinin və binaların uzunmüddətli icarəyə verilməsinə dair” 10684 №-li, xx.xx.1987-ci il tarixli müqavilənin surətindən müəyyən olunur ki, Bakı şəhər İcraiyyə Komitəsinin bağlar təsərrüfatı məsələləri üzrə komissiyasının 144 saylı, xx.xx.1965-ci il tarixli qərarına əsasən 8 №li protokolla Goradil ərazisində yerləşən sahəsi 0,25 ha olan 1230 saylı bağ sahəsi (1 (bir) otaq, 12,0 kv. m.) X12 istifadəsinə verilmişdir. - 10684 №li müqaviləyə əlavə edilmiş Bakı şəhər icraiyyə komitəsinin bağlar təsərrüfatının mühəndisləri tərəfindən xx.xx.1990-cı il tarixdə tərtib olunmuş 1230 №li bağ sahəsinin cizgisindən görünür ki, həmin bağ sahəsi hər biri 0,12 ha olmaqla, 1230 və 1230 “A” saylı bağ torpaq sahələri kimi bölünmüşdür. - “Bağların icarəyə verilməsi haqqında” 10684 №-li, xx.xx.1990-cı il tarixli müqavilənin surətindən müəyyən olunur ki, Bakı şəhər icraiyyə komitəsinin bağlar təsərrüfatının məsələləri üzrə komissiyasının 1965-ci il tarixli 8 №-li qərarın 144 №-li protokolu əsasında Goradil qəsəbəsində 0,12 ha bağ sahəsi və həmin bağ sahəsində 12.0 kv. metr olan 1 otaqdan ibarət bina bağ sahəsi ilə birlikdə X11 istifadəsinə verilmişdir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2-2011/2007 saylı, xx.xx.2007-ci il tarixli qətnaməsinin surətindən müəyyən olunur ki, iddiaçılar İddiaçı3 və İddiaçı1əli oğlu cavabdehlər X8 və Bakı şəhər İcra Hakimiyyəti X4 və İstismarı Birliyinə qarşı iddia qaldıraraq, Bakı şəhəri Goradil qəsəbəsində yerləşən 1230 “C” saylı bağa dair cavabdehlər Bakı şəhər İcra Hakimiyyəti Bağlar-Təsərrüfatının İnkişafı və İstismarı Birliyi ilə X9 arasında bağlanmış 27953 saylı bağın icarəyə verilməsi haqqında müqavilənin etibarsız hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişlər. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2-2011/2007 saylı, xx.xx.2007-ci il tarixli qətnaməsi ilə iddia tələbinin təmin olunması Bakı şəhər İcra Hakimiyyəti Bağlar- Təsərrüfatının İnkişafı və İstismarı Birliyi ilə X9 arasında bağlanmış Bakı şəhəri Goradil qəsəbəsində yerləşən 1230 “C” saylı bağın M.R.Vahabovanın icarəsinə verilməsinə dair 27953 saylı müqavilə və onunla əlaqədar bağlanmış 27953 saylı 07 dekabr 2005-ci il tarixli müqavilənin etibarsız hesab edilməsi qət edilmiş və X3, İddiaçı3 Yunisəli oğluna və İddiaçı1 Yunisəli oğluna Bakı şəhəri Goradil qəsəbəsində yerləşən 1230 saylı bağ sahəsinin icarə müqaviləsinin onlarla bağlanması üçün Bakı şəhəri, Binəqədi rayonu Binəqədi Bələdiyəsinə müraciət etmək hüquqlarının olduğu izah olunmuşdur. Bakı Apellyasiya Məhkəməsinin Mülki işlər üzrə kollegiyasının 2(103)-2148/08 saylı, xx.xx.2008-ci il tarixli qətnaməsi ilə Binəqədi Rayon Məhkəməsinin 2-2011/2007 saylı, 06 noyabr 2007-ci il tarixli qətnaməsinin dəyişdirilmədən saxlanılması, apellyasiya şikayətinin təmin edilməməsi qət olunmuşdur. Bakı şəhər Binəqədi Rayon Məhkəməsinin 8(001)-240/10 saylı 11 may 2010-cu il tarixli qərardadından müəyyən olunur ki, İddiaçı3 Yunisəli oğlu Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2-2011 saylı 06 noyabr 2007-ci il tarixli qətanməsinə izah verilməsinə dair ərizə ilə məhkəməyə müraciət etmişdir. Bakı şəhər Binəqədi Rayon Məhkəməsinin 8(001)-240/10 saylı 11 may 2010-cu il tarixli qərardadı ilə ərizənin təmin edilməsi, Binəqədi Rayon Məhkəməsinin 06 noyabr 2007-ci il tarixli 2-2011 saylı qətnaməsi üzrə İddiaçı3 Yunisəli oğluna Bakı şəhəri, Goradil qəsəbəsində yerləşən 1230 saylı bağ sahəsinin icarə müqaviləsinin bağlanması üçün Binəqədi rayonu Binəqədi Bələdiyyəsinə müraciət etməsi dedikdə, İddiaçı3 bağ sahəsinin onun adına rəsmiləşdirilməsi üçün Azərbaycan Respublikası Əmlak X13 yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinə müraciət etmək hüququnun olması kimi başa düşülməsi kimi izah edilməsi qərara alınmışdır. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2-2011/2007 saylı, 06 may 2021-ci il tarixli qərardadının surətindən müəyyən olunur ki, iddiaçılar İddiaçı1əli oğlu və İddiaçı3 Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2007-ci il tarixli 2-2011/2007 saylı qətnaməsində yol verilmiş yalnışlığın aradan qaldırılmasına dair ərizə ilə məhkəməyə müraciət etmiş və məhkəmənin qeyd olunan qərardadı ilə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2007-ci il tarixli 2-2011/2007 saylı qətnaməsində X8 ayrılan bağ sahəsinin nömrəsinin 1230 “A” kimi oxunması qərara alınmışdır. Azərbaycan Respublikasının Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən verilmiş A seriyalı 423820 №li torpaq sahəsinin planı və ölçüsünün surətindən müəyyən olunur ki, Bakı şəhəri, Binəqədi rayonu, Goradil bağ massivi ünvanında yerləşən Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2007-ci il tarixli 2-2011/2007 saylı qətnaməsinə və DTXK-nın xx.xx.2012-ci il tarixli 17-8/1271 saylı məktubuna əsasən 1230 saylı bağ evinin tikintisi üçün ayrılmış 1200 kv. metr torpaq sahəsinə dair İddiaçı3 adına torpaq sahəsinin plan və ölçüsü hazırlanmışdır. Bu barədə X22 kitabında xx.xx.2013-cü il tarixdə 33335 nömrə ilə uçota alınmışdır. Torpaq sahəsinin kadastr göstəricisində sahə 1176 kv. metr qeyd olunmuşdur. Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən xx.xx.2019-cu il tarixdə verilmiş torpaq sahəsinin planın surətindən müəyyən olunur ki, Bakı şəhəri, Binəqədi rayonu, Göradil kəndində yerləşən sənəd üzrə 0,12 ha, faktiki sahəsi 0,1176 ha olan 1230 saylı bağ sahəsinə dair mərhumə X11 adına torpaq sahəsinin planı tərtib olunmuşdur. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz Dövlət reyestrindən çıxarışın surətindən müəyyən olunur ki, Bakı şəhəri, Binəqədi rayonu, Goradil kəndində yerləşən 0.1176 kv. metr sahədən ibarət 1230 saylı bağ sahəsi xx.xx.2019-cu il tarixdə ********** qeydiyyat nömrəsi ilə (Reyestr № **********16) Daşınmaz əmlakın dövlət reyestrində 879 nömrəli reyestr kitabının 83291 hnömrəli vərəqində X12 adına xüsusi mülkiyyət hüququ ilə qeydiyyata alınmışdır. Qanun üzrə vərəsəlik hüququ haqqında 555619 №-li xx.xx.2019-cu il tarixli şəhadətnamənin surətindən müəyyən olunur ki, Bakı şəhəri 14 saylı notariat ofisi tərəfindən təsdiq edilmişdir ki, xx.xx.1999-cu il tarixdə ölmüş X12 vərəsəsi qızı X2, oğlu İddiaçı3 hər biri miras əmlakdan 1/3 hissədə pay almalıdır. Şəhadətnamə verilən miras əmlak ƏMDK-nin yanında DƏDRX-nin Bakı şəhər Ərazi İdarəsi tərəfindən xx.xx.2019-cu il tarixdə X16 verilmiş **********6 reyestr nömrəsi ********** qeydiyyat nömrəli reyestrindən çıxarışa əsasən ünvan 5 ünvanında yerləşən ümumi sahəsi 0,1176 ha olan torpaq sahəsindən ibarətdir. xx.xx.2019-cu il tarixli “Miras payın bağışlama” müqaviləsinin surətindən müəyyən olunur ki, X2 Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin Bakı şəhər Ərazi İdarəsi tərəfindən xx.xx.2019-cu il tarixdə X15 verilmiş **********16 reyestr nömrəli, ********** qeydiyyat nömrəli dövlət reyestrindən çıxarışa əsasən Bakı şəhəri, Binəqədi rayonu, Goradil kəndi, 1230 saylı bağ sahəsi ünanında yerləşən ümumi sahəsi 0.1176 ha torpaq sahəsinə dair Bakı şəhəri 14 saylı notariat ofisi tərəfindən xx.xx.2019-cu il tarixli 2V/101 reyestr nömrəsilə təsdiqlənmiş Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə əsasında ona verilmiş 1/3 hissədən ibarət miras payını İddiaçı3 və İddiaçı1 bağışlamışdır. Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən xx.xx.2019-cu il tarixdə verilmiş torpaq sahəsinin planın surətindən müəyyən olunur ki, Bakı şəhəri, Binəqədi rayonu, Göradil kəndində yerləşən sənəd üzrə 0,1176 ha, faktiki sahəsi 0,1176 ha olan 1230 saylı bağ sahəsinə dair İddiaçı1 və başqalarının adına torpaq sahəsinin planı tərtib olunmuşdur. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidməti tərəfindən verilmiş çıxarışın surətindən müəyyən olunur ki, Bakı şəhəri, Binəqədi rayonu, Göradil kəndində yerləşən 0.1176 ha torpaq sahəsindən ibarət 1230 saylı bağ sahəsi xx.xx.2019-cu il tarixdə ********** qeydiyyat nömrəsi ilə ½ hissədə İddiaçı3, xx.xx.2019-cu il tarixdə ********* qeydiyyat nömrəsi ilə ½ hissədə İddiaçı1 adına (Reyestr № **********16 ) Daşınmaz əmlakın dövlət reyestrində 879 nömrəli reyestr kitabının 83291 nömrəli vərəqində qeydiyyata alınmışdır. Beləliklə işin araşdırılan hallarından müəyyən olunur ki, Bakı şəhər İcraiyyə Komitəsinin bağlar təsərrüfatı məsələləri üzrə komissiyasının 144 saylı, xx.xx.1965-ci il tarixli qərarına əsasən 8 №li protokolla “Bağ evlərinin və binaların uzunmüddətli icarəyə verilməsinə dair” 10684 №-li, xx.xx.1987-ci il tarixli müqavilə ilə Goradil ərazisində yerləşən sahəsi 0,25 ha olan 1230 saylı bağ sahəsi (1 (bir) otaq, 12,0 kv. m.) X12 istifadəsinə verilmiş, həmin müqaviləyə əlavə kimi xx.xx.1990-cı il tarixdə tərtib olunmuş bağ sahəsinin cizgisinə əsasən həmin bağ sahəsi hər biri 0,12 ha olmaqla, 1230 və 1230 “A” saylı bağ torpaq sahələri kimi bölünmüş, sonradan X12 razılıq ərizəsinə əsasən həmin bağ torpaq sahəsinin 0,12 ha-dan ibarət bir hissəsi 1230 “A” nömrəli bağ torpaq sahəsi kimi X5 istifadəsinə verilmiş, qalan 0,12 ha bağ torpaq sahəsi vərəsəlik qaydasında paylı mülkiyyət kimi hazırki iddiaçıların adına Daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmış, sonuncuların iddiası əsasında Bakı şəhəri Goradil qəsəbəsində yerləşən 1230 “A” saylı bağın M.R.Vahabovanın icarəsinə verilməsinə dair 27953 saylı müqavilə və onunla əlaqədar bağlanmış 27953 saylı 07 dekabr 2005-ci il tarixli müqavilə məhkəmə qaydasında etibarsız hesab edilmişdir. Hazırda iddiaçılar mərhum X15 Bakı şəhər İcraiyyə Komitəsinin bağlar təsərrüfatı məsələləri üzrə komissiyasının 144 saylı, xx.xx.1965-ci il tarixli qərarı ilə ayrılmış Bakı şəhəri, Binəqədi rayonu Goradil ərazisində sonradan 1230 “A” saylı bağ torpaq sahəsi kimi sənədləşdirilmiş 1230 saylı bağ torpaq sahəsinin 0,12 ha-dan ibarət digər hissəsinin ona məxsus olması barədə arayışın (çıxarışın) verilməsini cavabdeh inzibati orqandan tələb edirlər. İddiaçıların qeyd tələblə bağlı müraciətinə cavab olaraq DƏDRX 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən verilmiş **********50 saylı 24 yanvar 2023-cü il tarixli məktubunda qeyd olunmuşdur ki, idarənin arxiv məlumatlarına əsasən təqdim edilmiş 3964 nömrəli, xx.xx.2022-ci il tarixli notariat ofisinin məktubunda miras qoyan hüquq sahibi X12 adına 1230 saylı torpaq sahəsi ayrılmış və həmin torpaq sahəsinin bir hissəsi daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq sonradan özgəninkiləşdirilmişdir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8.0.7-ci maddəsinə əsasən 2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri, sərəncamlar və orderlər kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış təqdim edilməlidir. Məhkəmənin mövqeyi Məhkəmə hesab edir ki, cavabdeh inzibati orqanın imtinası əsassızdır. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır. Azərbaycan Respublikası Konstitusiyasının; - 13-cü maddəsinin 1 hissəsinə əsasən, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. 29-cu maddəsinə əsasən, hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o, cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. “Torpaq islahatı haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinə əsasən vətəndaşların qanuni istifadəsindəki fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların altında olan torpaqlar qanunvericiliklə müəyyən olunmuş qaydada əvəzsiz olaraq onların mülkiyyətinə verilir. Həmin Qanunun 10-cu maddəsinin 1-ci abzasına əsasən həyətyanı sahələr və bağlar altında olan torpaqlar vətəndaşların mülkiyyətinə onların qanuni istifadəyə və ya icarəyə götürdükləri ölçüdə verilir. Həmin maddənin 4-cü abzasına əsasən fərdi yaşayış evlərinin, həyətyanı sahələrin və bağların altında olan torpaqlar üzərində vətəndaşların mülkiyyət hüququ yerquruluşu işlərinin tərtibi ilə torpaqayırma qaydasında hazırlanan sənədlər əsasında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. Azərbaycan Respublikası Prezidentinin 10 yanvar 1997-ci il tarixli, 534 saylı Fərmanı ilə təsdiq edilmiş “Vətəndaşların qanuni istifadəsində olan (fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların) torpaqların onların mülkiyyətinə verilməsi haqqında” Əsasnamənin 1-ci bəndinə əsasən vətəndaşların qanuni istifadəsində və ya icarəsindəki fərdi həyətyanı sahələrin altında olan torpaqlar qanunvericiliklə müəyyən olunmuş qaydada əvəzsiz olaraq onların mülkiyyətinə verilir. Həyətyanı sahələrin altında olan torpaqlar vətəndaşların mülkiyyətinə onların qanuni istifadəyə və ya icarəyə götürdükləri ölçüdə verilir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununa əsasən: - 4.1. Bu Qanun qüvvəyə mindiyi günədək daşınmaz əmlaka hüquqların ayrı-ayrı qeydiyyat orqanları tərəfindən aparılmış dövlət qeydiyyatı öz hüquqi qüvvəsini saxlayır. - 4.2. Bu Qanun qüvvəyə mindikdən sonra daşınmaz əmlaka hüquqların məhdudlaşdırılmasının (yüklülüyünün) dövlət qeydiyyatı üçün həmin daşınmaz əmlak üzərində mövcud olan hüquqlar dövlət reyestrində qeydiyyata alınmalıdır. - 8.0.7-cı maddəsinə görə daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün 2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri, sərəncamlar və orderlər kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış əsas hesab olunur. Qanunvericiliyin tələbindən də göründüyü kimi, 2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur ki, iş materiallarında mübahisəli bağ torpaq sahəsinə dair mərhum X18 adına belə bir müqavilənin mövcudluğu işin mübahisələndirilməyən hallarındandır. Həmin Qanunun 12.1-ci maddəsinə görə daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsi və başqasına keçməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən hazırlanan sənədlər əsasında qeydiyyat orqanı tərəfindən verilən dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. Həmin Qanunun 15-ci maddəsinə əsasən, hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: 15.1.1. dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2. hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3. hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4. daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5. daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6. bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139.3-cü maddəsinə əsasən, daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 178.8-ci maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 25 oktyabr 2010-cu il tarixli Qərarında göstərilir ki, “Azərbaycan Respublikası qanunvericiliyində təsbit edilmiş mülkiyyət hüququnun təminatı mexanizmi məhz daşınmaz əmlakın dövlət reyestrində qeydiyyat əsasında həyata keçirilir. Daşınmaz əmlaka aid olan məlumatların vahid dövlət reyestrində qeydiyyatı həm dövlət, həm də mülkiyyətçilərin mənafelərinin qorunması baxımından vacibdir. Daşınmaz əmlakın dövlət qeydiyyatının nəticəsində şəxsin qanuni əsaslarla əldə etdiyi müvafiq daşınmaz əmlaka mülkiyyət hüququnun tanınması bu hüququn pozulmasının və mübahisə edilməsinin qarşısını alır. Daşınmaz əmlakın dövlət qeydiyyatı əmlaka dair mülkiyyət hüququnu təsdiqləyən sənədlərin həqiqiliyinə və əsaslılığına təminat kimi qiymətləndirilir. Dövlət orqanlarının bu istiqamətdəki fəaliyyətinin əsas məqsədlərindən biri isə hər kəsin hüquq və qanuni mənafelərinin qorunmasıdır. Bu baxımdan qeyd olunan sahədə dövlət orqanlarına həvalə edilmiş səlahiyyətlərin həyata keçirilməsi nəticəsində hər hansı fiziki və ya hüquqi şəxsin hüquqlarının, o cümlədən mülkiyyət hüquqlarının tam həcmdə reallaşdırılmasının əsassız olaraq məhdudlaşdırılmasının yolverilməzliyi də xüsusi əhəmiyyət kəsb edir”. "İnsаn Hüquqlаrının və Əsаs Аzаdlıqlаrın Müdаfiəsi hаqqındа" Kоnvеnsiyаnın 1 sаylı prоtоkоlunun 1-ci mаddəsində dеyilir ki, hər kəs öz əmlаkınа mülkiyyət hüququnu mаnеəsiz həyаtа kеçirmək hüququnа mаlikdir. 1 sаylı prоtоkоlun 1-ci mаddəsinin mənаsı bахımındаn "mülkiyyət" və "əmlаk" аnlаyışı kifаyət qədər gеnişdir. İqtisаdi mаrаqlаrın gеniş spеktri, о cümlədən dаşınаr və dаşınmаz əmlаk, mаddi və qеyri-mаddi mаrаqlаr mülkiyyət hüququnun təsir dаirəsinə düşür. Bu mаddə üzrə məhkəmə prеsеdеntlərinə görə mülkiyyət hüququ təkcə dövlət qеydiyyаtınа аlınmış hüquqlаrın dеyil, еyni zаmаndа əmlаkа fаktiki mülkiyyət hüququnu, tоrpаğа icаrə, istifаdə hüququnu dа mülkiyyət kimi qəbul еdir. “Thе Trаktоrеr İsvеçə qаrşı” məhkəmə işində Аvrоpа Məhkəməsi vurğulаmışdır ki, ərizəçinin tоrpаğа istifаdə hüququ və gələcəkdə оndаn fаydа götürməsi bаrədə gözləntiləri də mülkiyyət hüququnu təşkil еdir və bu hüquq Аvrоpа Kоnvеnsiyаsının 1 sаylı prоtоkоlunun 1-ci mаddəsinin (mülkiyyət hüququ) müdаfiə dаirəsinə düşür. "Axverdiyev Azərbaycana qаrşı" məhkəmə işində Аvrоpа Məhkəməsi qeyd etmişdir ki, "mülkiyyət" anlayışı mövcud mülkiyyətlə məhdudlaşmır və tələblər də daxil olmaqla, ərizəçinin ən azından mülkiyyət hüququndan səmərəli şəkildə istifadənin əldə olunmasına ağlabatan və "qanuni gözləntisi" olan əmlakı da əhatə edə bilər. "Gözlənti" mübahisə obyekti olan mülki maraqla bağlı hüquqi müddəaya və ya hüquqi akta əsaslandığı halda qanunidir. Həmin işdə ərizəçi evinə aid olan torpaq sahəsinə və həyətyanı sahəyə mülkiyyət hüququnun qeydiyyata alınması üçün heç vaxt müraciət etməmişdir. Buna görə də formal olaraq o, evin sökülməsi zamanı torpağa hər hansı hüququ olmadığından mülkiyyət hüququna malik olmamışdır. Buna baxmayaraq qüvvədə olan qanunvericiliyə uyğun olaraq ərizəçi evə mülkiyyət hüququ əsasında torpağın qanuni istifadəçisi olmuşdur. Bundan başqa, onun milli qanunvericiliyə əsasən torpağa əvəzsiz qaydada mülkiyyət hüququnun əldə olunmasına diar hüquqi gözləntisi var idi. Həm ev, həm də torpaq sahəsi 1 saylı protokolun 1-ci maddəsinə əsasən ərizəçinin mülkiyyəti olmuşdur. "Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının həyata keçirilməsinin tənzimlənməsi haqqında" Azərbaycan Respublikasının Konstitusiya Qanununun 3.3-cü maddəsinə əsasən, mülkiyyət hüququnun məhdudlaşdırılması qanunçuluğun tələbinə cavab verməli, başqa şəxslərin hüquq və azadlıqlarının müdafiəsi məqsədilə tətbiq edilməli, mütənasib olmalı və bu konstitusiya hüququnun mahiyyətini dəyişməməlidir. Azərbaycan Respublikası Prezidentinin xx.xx.2015-ci il tarixli Fərmanı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti haqqında Əsasnamə"nin 3.0.11, 3.0.23 və 3.0.24-cü bəndlərinə əsasən: hüquqların dövlət qeydiyyatını rəsmiləşdirmək məqsədi ilə dövlət reyestrindən çıxarış vermək; daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı məqsədi ilə torpaq sahəsinin planının və ölçüsünün tərtib edilməsini və verilməsini təmin etmək; inventarlaşdırma işlərinin aparılması nəticəsində hüquqların dövlət qeydiyyatı üçün zəruri olan texniki sənədlərin tərtib edilməsini təmin etmək Xidmətin vəzifəsidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2015-ci il tarixli 319 nömrəli qərarı ilə təsdiq edilmiş "Daşınmaz əmlakın təsvirinə, bu əmlak üzərində dövlət reyestrində qeydə alınmış hüquqlara və onların məhdudlaşdırılmasına (yüklülüyünə) dair arayışın verilməsi haqqında Təlimat"ın 7.2-ci bəndində deyilir ki, Qanunun 8-ci maddəsində göstərilmiş əsaslara görə daşınmaz əmlak üzərində sahiblik və ya istifadə hüququ əldə etmiş şəxs bu əmlak barədə məlumatın dövlət reyestrinə daxil edilməsi və (və ya) onun üzərində hüquqların dövlət qeydiyyatına alınması üçün zəruri sənədlərlə ərazi idarəsinə müraciət etmədən öldükdə, həmin sənədlər onun notarius tərəfindən müəyyən edilən qanun və ya vəsiyyət üzrə vərəsələri tərəfindən təqdim edildikdə, bu Təlimatın 7.1-ci bəndində göstərilən qaydada çıxarış tərtib edilir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 19.1-ci maddəsinə əsasən inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. Həmin Qanunun 15.2-ci maddəsinə əsasən qanunda birbaşa nəzərdə tutulmadığı hallarda fiziki və ya hüquqi şəxslər tərəfindən formal tələblərə əməl olunmaması və ya lazımi qaydada əməl olunmaması inzibati orqanlar tərəfindən müvafiq qərarın qəbul olunmasından imtina üçün əsas ola bilməz. İPM-nin 58.7-ci maddəsinə əsasən, sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Həmin Məcəllənin 68.1-ci maddəsinin tələbinə görə, məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinin tələbinə əsasən, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Beləliklə, məhkəmə iddiaçıların və cavabdehin nümayəndəsinin izahatlarına və tədqiq edilmiş sübutların məcmusuna qiymət verərək belə nəticəyə gəlir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 68, 69, 73, 75 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia təmin edilsin. Bakı şəhər İcraiyyə Komitəsinin bağlar təsərrüfatı məsələləri üzrə komissiyasının 144 saylı, xx.xx.1965-ci il tarixli qərarına əsasən ayrılmış Bakı şəhəri, Binəqədi rayonu Goradil ərazisində 1230 “A” saylı bağ torpaq sahəsinin (1230 saylı bağ torpaq sahəsinin 0,12 ha-dan (faktiki ölçüsü 1170 kv. metr olan) ibarət Daşınmaz əmlakın Dövlət reyestrində qeydə alınmamış digər hissəsi) mərhum X15 məxsus olması barədə arayışın (çıxarışın) iddiaçılar İddiaçı1 Yunisəli oğluna və İddiaçı3 Yunisəli oğlua verilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinin üzərinə qoyulsun. Qərardan məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində tərəflər Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verə bilərlər. Qərardan apellyasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Nəriman Abıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar