Məhkəmə qərarları › İş №2-1(112)-2033/2020

Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-2033/2020

04.02.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-2033/2020 04.02.2020 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Abdullayeva Aygün Abdulla qızının sədrliyi, X7 Ağa qızının katibliyi, İddiaçının nümayəndəsi və vəkili X1, Cavabdehin nümayəndəsi X2 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respubikası Vergilər Nazirliyi yanında Milli Gəlirlər Departamentinin X4 Qeydiyyatı İdarəsinə qarşı aparılmış qanunsuz qeydiyyatın ləğv edilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi barədə iddiası üzrə işə ünvan 1 ünvanda məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Azərbaycan Respubikası Vergilər Nazirliyi yanında Milli Gəlirlər Departamentinin X4 Qeydiyyatı İdarəsinə qarşı "xxxx" MMC (VÖEN **********), "xxxx" MMC (VÖEN **********), "xxxx" MMC(VÖEN **********) və "xxxx" MMC-nə (VÖEN **********) direktor təyin olunması barədə aparılmış qeydiyyatın ləğv edilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdehə müraciət edərək CONCRETE Plant” MMC (VÖEN **********), "xxxx" MMC (VÖEN **********), "xxxx" MMC(VÖEN **********) və "xxxx" MMC-nə (VÖEN **********) direktor təyin olunması barədə aparılmış qeydiyyatın ləğv edilməsini xahiş etmişdir. Müraciətini belə əsaslandırmışdır ki, “Hal hazırda ona məlum olmuşdur ki” X5 İdarəsinin ona qarşı ölkədən getmə hüququnun məhdudlaşdırılması barədə Astara Rayon Məhkəməsinə müraciət etmiş və məhkəmənin qətnaməsinə əsasən, onun ölkədən getmək hüququ məhdudlaşdırılmışdır. Ölkədən getmək hüququnun məhdudlaşdırlmasına səbəb isə onun CONCRETE Plant” MMC (VÖEN **********), "xxxx" MMC (VÖEN **********), "xxxx" MMC(VÖEN **********) və "xxxx" MMC-nə (VÖEN **********nin (VÖEN **********) direktor təyin edilməsi və dövlətə külli miqdarda vergi borcunun olmasıdır. İlk öncə X5 İdarəsinə gedib bildirmişdir ki, onun ümumiyyətlə həmin şirkətlərlə heç bir əlaqəsi olmamışdır və hansı əsasla və kim tərəfindən həmin şirkətlərə rəhbər təyin olunması barədə ona məlumat versinlər. Orada isə ona bildirmişlər ki, həmin məlumatları yalnız Azərbaycan Respublikası Vergilər Nazirliyi yanında Milli Gəlirlər Departmanetinin X4 Qeydiyyatı İdarəsindən əldə edə bilər. xx.xx.2018-ci il tarixdə Azərbaycan Reespublikası Vergilər Nazirliyi yanında Milli Gəlirlər Departamentinin X4 Qeydiyyatı İdarəsinə gedib baş verənləri danışmış və xahiş etmişdir ki, hansı əsasla və kim tərəfindən həmin şirkətlərə rəhbər təyin olunması barədə ona məlumat versinlər ki, həmin şəxs və yaxud da şəxslərdən şikayət etsin. Orada isə ona bildirmişlər ki, bu kommersiya sirridir və ona məlumat verə bilməzlər. Bundan sonra vəkillə müqavilə bağlamış və vəkil tərəfindən cavabdeh orqana sorğu verilmişdir. Onuda qeyd edir ki, o, tələbədir, vəkillə bağladığı müqaviləyə görə ödədiyi pulu da borca götürmüşdür. Beləliklə, sorğuya cavab olaraq Azəbraycan Respublikası Vergilər Nazirliyi yanında Milli Gəlirlər Departamentinin X4 Qeydiyyatı İdarəsindən həmin hüquqi şəxslərin təsis sənədlərinin surətləri təqdim edilmiş və məlum olmuşdur ki, 16 may 2018-ci il tarixli qərarlarla qeyd olunan hüquqi şəxslərə direktor vəzifəsinə təyin edilmiş və tərəfindən də heç bir araşdırma aparmadan (yəni, onun bundan xəbəri olub-olmaması yoxlanılmamış və onun iştirakı tələb olunmamışdır) həmin hüquqi şəxslərin direktoru kimi qeydiyyata alınmışdır. Onun xəbəri olmadan, yalnız onun şəxsiyyət vəsiqəsinin surətini (hardan əldə olunub bəlli deyil) təqdim etməkə 4 (dörd) dənə şirkətə direktor təyin olunur və Azərbaycan Respublikası Vergilər Nazirliyi yanında Milli Gəlirlər Departamentinin X4 Qeydiyyatı İdarəsi bunu qeydiyyata alır. Bundan sonra dövlətə külli ziyan vurulur və o cümlədən, onun hüquqları kobud şəkildə pozulur və o, müraciət edir, ona kommersiya sirridir deyilərək imtina olunur. Göründüyü kimi, onun xəbəri olmadan qeyd olunan hüquqi şəxslərə direktor təyin olunması barədə qərar qəbul olunur və həmin qərarlar da Azərbaycan Respublikası Vergilər Nazirliyi yanında Milli Gəlirlər Departamentinin X4 Qeydiyyatı İdarəsi tərəfindən icra olunur.” Cavabdeh isə əsasız olaraq xahişini təmin etməmiş, imtinanı isə bilərəkdən başqa ünvana göndərmiş və nəticədə onu vaxtında məhkəməyə müraciət etmək hüququndan məhrum etmişdir. Uzun müddətdən sonra isə nümayəndəsinin xahişi ilə imtina ona rəsmi qaydada təqdim edilmişdir. Cavabdeh imtinasını belə əsaslandırmışdır ki, “Bununla əlaqədar bildiririk ki, “X4 qeydiyyatı və dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinə əsasən hüquqi şəxslərin təsis sənədlərinə edilən hər bir dəyişiklik, eləcədə qeydə alınmış faktların hər bir sonrakı dəyişikliyi qeydiyyata alınmalıdır. Dəyişikliyin qeydiyyata alınmasıüçün həmin dəyişikliyin baş verdiyi andan 40 gündən gec olmayaraq Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanına ərizə ilə müraciət edilməlidir. Müvafiq ərizə forması Qanunun 12.12-ci maddəsinə əsasən Azərbaycan Respublikası Vergilər Nazirliyi tərəfindən təsdiq edilir. Ərizədə baş vermiş dəyişikliyi təsdiq edən sənədlər təqdim edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 91.3.2-ci madəsinə və Cəmiyyətin Nizamnaməsinin 4.3-cü bəndinə əsasən cəmiyyətin icra orqanlarını yaratmaq və onların səlahiyyətlərinə vaxtından əvvəl xitam vermək, o cümlədən icra orqanının üzvlərini təyin etmək və geri çağırmaq, Cəmiyyətin təsisçilərinin ümumi yığıncağının müstəsna səlahiyyətinə aiddir. Cəmiyyətin təsisçisinə yeni direktorun təyin edilərək dövlət qeydiyyatına alınması üçün idarəyə müraciət etməli olduğu və lazımi sənədlərin siyahısı barədə müvafiq məktub ünvanlanmışdır.” Göründüyü kimi, xəbəri olmadan yalnız onun şəxsiyyət vəsiqəsininsurətini (hardan əldə olunub bəlli deyil) təqdim etməklə 4 (dörd) dənə şirkətə direktor təyin olunur və cavabdeh bunu qeydiyyata alır, dövlətə külli ziyan vurulur və o cümlədən, onun hüquqları kobud şəkildə pozulur və onun müraciəti də əsassız olaraq təmin edilmir. Halbuki,cavabdeh qanunsuz olaraqq onu həmin hüquqi şəxslərə direktor təyin etmişdir. Cavabdeh onu həmin hüquqi şəxslərə direktor təyin edərkən, onun bu barədə ərizəsi (xahişi) olub-olmamasını müəyyən etməlidir. Cavabdeh məhkəməyə iddia ərizəsinə qarşı münasibət (etiraz) təqdim edərək bildirmişdir ki, iddiaçının iddia tələbi əsasızdır və qanunvericiliyə zidd olduğu üçün rədd edilməlidir. Belə ki, qeyd edilən Cəmiyyətlərin ümumi yığıncaqlarının xx.xx.2018-ci il tarixli qərarları ilə Cəmiyyətlərin rəhbəri İddiaçı təyin edilmişdir. Bununla əlaqədar bildirirlər ki, hüquqi şəxslərin təsis sənədlərinə edilən hər bir dəyişikliyin, eləcə də dövlət reyestrində qeydə alınmış faktların hər bir sonrakı dəyişikliyin qeydiyyata alınması “X4 qeydiyyatı və dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanunu (bundan sonra – Qanun) əsasında həyata keçirilir. Qanunun 9-cu maddəsinə əsasən baş vermiş dəyişikliyin dövlət qeydiyyatına alnması üçün həmin dəyişikliyi təsdiq edən sənədlər müəyyən edilmiş ərizəyə əlavə edilərək dövlət qeydiyyatını həyata keçirən orqana təqdim edilməlidir. Dəyişikliyin qeydiyyata alınması üçün həmin dəyişikliyin baş verdiyi andan 40 gündən gec olmayaraq Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanına ərizə ilə müraciət edilməlidir. Müvafiq ərizə forması Qanunun 12.12-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Vergilər Nazirliyi tərəfindən təsdiq edilir. Ərizədə baş vermiş dəyişiklik göstərilməli və həmin dəyişikliyi təsdiq edən sənədlər təqdim edilməlidir. Həmçinin onu da bildirirlər ki, Cəmiyyətlərin Nizamnamələrinin 5.1-ci bəndinə əsasən cəmiyyətin fəaliyyətinə cari rəhbərlik cəmiyyətin icra orqanı və qanuni təmsilçilik funksiyasına malik olan direktor tərəfindən həyata keçirilir. Nizamnamənin 4.3-cü bəndinə əsasən cəmiyyətin icra orqanını yaratmaq və onların səlahiyyətinə vaxtından əvvəl xitam vermək, o cümlədən icra orqanın üzvlərini təyin etmək və geri çağırmaq, onların səlahiyyət müddətini müəyyənləşdirmək təsisçilərin ümumi yığıncağının müstəsna səlahiyyətindədir. Bundan başqa, Qanunun 5.4.6cı maddəsinə əsasən qanuni təmsilçinin təyin edildiyi halda, onun şəxsiyyətini təsdiq edən sənədin surəti də müvafiq sənədlərlə birlikdə təqdim edilməlidir. Qanunvericiliyin və Cəmiyyətlərin Nizamnamələrinin tələbindən göründüyü kimi, rəhbər dəyişikliyi faktının dövlət reyestrinə daxil edilməsi müvafiq ərizəyə yeni direktorun təyinatı barədə təsisçilərin ümumi yığıncağın qərarının əsli və rəhbərin şəxsiyyət vəsiqəsinin surəti əlavə edilərək Vergilər Nazirliyinin Milli Gəlirlər Baş İdarəsinin X4 Qeydiyyatı İdarəsinə təqdim edildikdən sonra həyata keçirilə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 89-cu maddəsinə əsasən məhdud məsuliyyətli cəmiyyətin nizamnaməsində iştirakçılardan hər birinin payının miqdarı haqqında şərtlər göstərilməlidir. Məcəllənin 91.3.1-ci və 91.3.2-ci maddələrinə əsasən isə cəmiyyətin nizamnaməsini dəyişdirmək, o cümlədən cəmiyyətin icra orqanlarını yaratmaq və onların səlahiyyətlərinə vaxtından əvvəl xitam vermək iştirakçıların ümumi yığıncağının müstəsna səlahiyyətlərinə aiddir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili iddia ərizəsinə uyğun izahat verərək iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi etiraza uyğun izahat verərək iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə tərəflərin izahatlarını dinləyərək, iddia ərizəsini və iş materiallarını araşdırıb hesab edir ki, iddia mümkün sayılmamalıdır. Belə ki, “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 5 saylı Qərarının 2.1-ci bəndində qeyd edilir ki, mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, iddiaçının hazırki iddia tələbinin İPM-nin 2.2-ci maddəsi ilə müəyyən edilən iddia növlərindən hər hansı birinə aid edilməsi və həmin Məcəllənin tələblərinə uyğun verilmiş və 35-ci maddəsinə müvafiq əsaslandırılmış iddia kimi qəbul edilməsi istisna olunur. Belə ki, Azərbaycan Respublikası İnzibati Prosessual Məcələsinin 35-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa ididaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında və ya müəyyən hərəkətlərdən çəkinməyə dair iddia mümkün sayılır. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2015-ci il tarixli, 5 saylı Qərarında qeyd edilir ki, İPM-nin 35.1-ci maddəsinə görə iddianın mümkün sayılması üçün iddiaçı iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində özünün hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırmalıdır. İddianın mümkünlüyü baxımından hüququn pozulması o halda mövcud olur ki, hüquqa müdaxilə aşkar şəkildə baş verir və birmənalı nəzərə çarpır. Qeyd edilənlərdən göründüyü kimi, iddianın mümkün sayılması üçün iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırması mütləq şərtdir. Bundan əlavə “Tələbin əsaslandırılması” həm predmet baxımından, həm də subyekt baxımından təmin olunmalıdır, başqa sözlə, iddianın inzibati məhkəmə icraatında baxılması üçün iddiaçı qaldırmış olduğu iddianın inzibati məhkəmə icraatında baxılmalı olması ilə yanaşı, həmin iddianın cavab verməli olan şəxslərə qarşı irəli sürüldüyünü də əsaslandırmalıdır. İşin hallarından və iş materiallarından görünür ki, iddiaçının müraciətinə cavabdeh tərəfindən **********58330 nömrəli məktubla cavab verilərək bildirilmişdir ki, onun daxil olmuş müraciətinə qanunvericiliyə uyğun olaraq baxılmışdır. Bununla əlaqədar bildirirlər ki, “X4 qeydiyyatı və dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun (bundan sonra Qanun(9-cu maddəsinə əsasən hüquqi şəxslərin təsis sənədlərinə edilən hər bir dəyişiklik, eləcə də qeydə alınma faktlarının hər bir sonrakı dəyişikliyi qeydiyyata alınmalıdır. Dəyişikliyin qeydiyyata alınması üçün həmin dəyişikliyin baş verdiyi andan 40 gündən gec olmayaraq Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanına ərizə ilə müraciət etməlidir. Müvafiq ərizə forması Qanunun 12.12-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Vergilər Nazirliyi tərəfindən təsdiq edilir. Ərizədə baş vermiş dəyişiklik göstərilməli və həmin dəyişikliyi təsdiq edən sənədlər təqdim edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 91.3.2-ci maddəsinə və Cəmiyyətin Nizamnaməsinin 4.3-cü bəndinə əsasən cəmiyyətin icra orqanlarını yaratmaq və onların səlahiyyətlərinə vaxtından əvvəl xitam vermək, o cümlədən icra orqanının üzvlərini təyin etmək və geri çağırmaq, Cəmiyyətin təsisçilərinin ümumi yığıncağının müstəsna səlahiyyətinə aiddir. Cəmiyyətin təsisçisinə yeni direktorun təyin edilərkən dövlət qeydiyyatına alınması üçün İdarəyə müraciət etməli olduğu və lazımi sənədlərin siyahısı barədə müvafiq məktub ünvanlanmışdır. Göründüyü kimi, iddiaçı adının hüquqi şəxslərin məlumat bazasından silinməsinə dair “X4 qeydiyyatı və dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununa əsasən tələb olunan sənədləri cavabdehə təqdim etməmişdir. Cavabdeh isə iddaçıya tələb olunan sənədləri (rəhbər dəyişikliyi faktının dövlət reyestrinə daxil edilməsi üçün müvafiq ərizəyə yeni direktorun təyinatı barədə təsisçilərin ümumi yığıncaığının qərarının əsli və rəhbərin şəxsiyyət vəsiqəsinin surəti) təqdim etdikdən sonra adının hüquqi şəxslərin məlumat bazasından silinməsi məsələsinə yenidən baxılacağını bildirmişdir. Belə olan halda məhkəmə hesab edir ki, iddiaçı hazırki iddiada cavabdeh tərəfindən onun hansı hüquq və vəzifələrinin pozulduğunu əsaslandırmadığından iddia mümkün sayılmamalıdır. Göstərilən xüsusata əsasən məhkəmə hesab edir ki, hazırki iddia inzibati icraat qaydasında baxılmalı olan iddia olmadığından iddia mümkün sayılmamalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 35.1, 80 və 85-cı maddələrini rəhbər tutaraq QƏRARA ALDİ: İddiaçı iddiası mümkün sayılmasın. Qərardaddan onun təqdim olunduğu vaxtdan 10 (on) gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasına şikayət verilə bilər. Hakim Aygün Abdullayeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar