Məhkəmə qərarları › İş №2-1(112)-2033/2024

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-2033/2024

24.09.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-2033/2024 24.09.2024 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Sevdimalıyeva Günel Arif qızının sədrliyi, Cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinə qarşı “müharibə veteranı adı və vəsiqəsinin verilməsi” iddia tələbi üzrə iş materiallarına məhkəmənin binasında (Bakı şəhəri, Nəsimi rayonu, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : I. Mübahisəli hüquqi məsələnin qısa xülasəsi

1. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək “Müharibə veteranı” adı və müvafiq veteran vəsiqəsinin verilməsi vəzifəsinin cavabdeh Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

2. Tələb onunla əsaslandırılmışdır ki, iddiaçı 1992-ci il 30 iyul tarixindən Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin (DİN) tabeliyində fəaliyyət göstərən bələdiyyə polisi strukturunda polis nəfəri qismində işləməyə başlayıb. Daha sonra 1993-cü ilinin sonlarında 40 gün və 10 gün olmaqla iki dəfə X1 zamanı Ağdam və Ağdərə istiqamətində gedən döyüşlərdə iştirak edib. 1993-ci ildə DİN-in tabeliyində olan Bələdiyyə polisi şöbəsi ləğv edilib səlahiyyətləri DİN-in Baş Mühafizə İdarəsinə verildikdən sonra 2011-ci il 15 aprel tarixinədək əmək fəaliyyətinə orada davam edib. İddiaçı hazırda yaşa görə əmək pensiyasına ayrılıb. Daha sonra veteran vəsiqəsi almaq üçün DİN-ə müraciət etsə də, DİN iddiaçıya veteran vəsiqəsi verməkdən imtina edib. Səbəb olaraq isə onun təsdiqedici sənədim olmadığını bildiriblər. Lakin iddiaçının əmək kitabçası əmək fəaliyyətini bitirdikdən sonra ona geri qaytarılmayıb. Daha sonra Milli Arxiv İdarəsinə, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə və DİN-ə sorğu ünvanlanıb. DİN tərəfindən iddiaçının daxili işlər orqanlarında əmək fəaliyyətimi təsdiq edən 2023-cü il 16 mart tarixli 3-13-17/2-4373/2023 nömrəli arayış təqdim edilib, (əlavə olunur). DİN-in 2023-cü il 17 mart tarixli 3-13-17/2- 4618/2023 nömrəli məktubunda bildirilmişdir ki, mənə məxsus ******* nömrəli əmək kitabçası və 042471 nömrəli attestat mənə təqdim olunmaq üçün DİN Baş Mühafizə İdarəsinin 2011-ci il 28 aprel tarixli 17/5-15-2035 nömrəli məktubu ilə X2 Mühafizəsi İdarəsinə (əvvəlki “Azərneftyağ” X3 Mühafizəsi Şöbəsi) göndərilib. Beləliklə, 25 may 2023cü il tarixdə ******* nömrəli əmək kitabçasının iddiaçıya təqdim edilməsi üçün X2 Mühafizəsi İdarəsinə müraciət ünvanlanıb. Lakin X2 Mühafizəsi İdarəsi 2023-cü il 06 iyun tarixli cavab məktubunda əmək kitabçasının onlarda olmadığını bildirmişdir. Lakin ərizəçinin əmək kitabçası ərizəçiyə verilməyib. Bundan əlavə, iddiaçı ilə eyni vaxtda döyüşlərdə iştirak etmiş polis yoldaşlarına veteran vəsiqələri verilib.

3. Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti tərəfindən iddiaçıya ünvanlanan xx.xx.2023-cü il tarixli məktubda qeyd edilmişdir ki, “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında Əsasnamənin və müvafiq vəsiqələrin nümunəsinin, eskizinin və təsvirinin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 22 sentyabr 1995-ci il tarixli 216 nömrəli qərarına əsasən veteran adı və müvafiq vəsiqələri, vətəndaşların hansı qoşun növündə xidmət keçməsindən asılı olaraq tələb olunan sənədlər əsasında (nizami hissə üzrə əmrdən çıxarışlar və ya arxiv arayışları mütləqdir) aidiyyəti üzrə müvafiq dövlət orqanları nəzdində yaradılmış komissiyaların rəyi ilə verilir. Araşdırma zamanı Xidmətin Binəqədi rayon idarəsinin uçot sənədlərində İddiaçı xx.xx.1989-cu il tarixdən xx.xx.1991 -ci il tarixədək Daxili İşlər Nazirliyinin N saylı hərbi hissəsinin tərkibində kiçik çavuş vəzifəsində xidmət keçmiş, həmçinin xx.xx.1992-ci il tarixdə qeydiyyatdan çıxarılaraq yenidən Daxili İşlər Nazirliyinin xüsusi qeydiyyatına götürülmüşdür. Odur ki, İddiaçı hərbi xidmət keçməsi və Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda aparılan döyüş əməliyyatlarında iştirak etməsinə dair Daxili İşlər Nazirliyinin Mərkəzi Arxivinə, “Müharibə veteram” adı və vəsiqəsinin verilməsi məsələsinə baxılması üçün isə Daxili İşlər Nazirliyinin nəzdində “Veteran adlarının və müvafiq vəsiqələrin verilməsi üzrə komissiya”ya müraciət etməyiniz tövsiyə olunur.

4. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Mühafizə İdarəsi tərəfindən ünvanlanmış xx.xx.2023-cü il tarixli Arayışa əsasən xx xxxxxxx 1971-ci il təvəllüdlü İddiaçı həqiqətən 30 iyul 1992-ci il tarixdən (Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin 30 iyul 1992-ci il tarixli 1556ş/h nömrəli əmri) 15 aprel 2011-ci il tarixədək (DİN-in Baş Mühafizə İdarəsinin 15 aprel 2011-ci il tarixli 471ş/h nömrəli əmri) daxili işlər orqanlarında xidmət etmişdir. Həmin müddətə təqvimi 20 il, 08 ay, 02 gün (iyirmi il, səkkiz ay, iki gün), imtiyazlı 25 il, 05 ay, 03 gün (iyirmi beş il, beş ay, üç gün) hesablama müəyyən edilmişdir.

5. Daxili İşlər Nazirliyi Baş Mühafizə İdarəsi tərəfindən iddiaçıya ünvanlanan xx.xx.2023-cü il tarixli məktubda qeyd edilmişdir ki, Baş Mühafizə İdarəsinin sabiq əməkdaşı İddiaçı daxili işlər orqanlarında xidmət etməsi barədə arayış tərtib edilərək ünvanınıza göndərilir. Lakin İddiaçı xidmət etdiyi müddət ərzində Azərbaycan Respublikasının ərazljjiütövlüyü və suverenliyi uğrunda gedən döyüşlərdə iştirakı barədə DİN-in Baş Mühafizə İdarəsində, Baş ' Əməliyyat və Statistik-İnformasiya idarəsinə bilavasitə tabe olan Arxiv-uçot şöbəsində eləcədə DİN-in X5 İdarəsində heç bir məlumat aşkar edilmədiyindən qeyd olunan məlumatın verilməsi mümkün olmamışdır. Əlavə olaraq bildirilir ki, İddiaçı ******* nömrəli əmək kitabçası və 042471 nömrəli attestatı özünə təqdim olunması üçün Baş Mühafizə idarəsinin 28 aprel 2011-ci il tarixli 17/5-15-2035 nömrəli məktubu ilə X2 Mühafizəsi İdarəsinə (o dövr üçün “Azərneftyağ” X3 Mühafizəsi Şöbəsi) göndərilmişdir.

6. Daxili İşlər Nazirliyi Baş Mühafizə İdarəsi X2 Mühafizə İdarəsi tərəfindən iddiaçıya ünvanlanan xx.xx.2023-cü il tarixli məktubda qeyd edilmişdir ki, vətəndaş İddiaçı AR DİN BMİ-nin xx.xx.1998-ci il tarixli, 265ş/h nömrəli əmri ilə Nizami rayon Mühafizə Şöbəsinin polis nəfəri vəzifəsindən azad edilib, “Azərneftyağ” İB-nin mühafizəsi üzrə MŞ-nə polis nəfəri vəzifəsinə təyin edilmişdir. AR DİN-in BMİ-nin 15 aprel 2011-ci il tarxli 471 ş/h nömrəli əmri ilə öz arazusu ilə DİO-dan xaric edilmişdir. X2 Mİ-də DİO-dan xaric olan əməkdaşların (əmək kitabçası, attestat, diplom) təhvil verilməsinin qeydiyyat kitabı var.İddiaçı DİO-dan xaric olduqdan sonra onun sənədləri BMİ-nin 17/5-15-2035 nömrəli xx.xx.2011-ci il tarixli məktubu ilə ona məxsus olan ƏK N-1766803 nömrəli əmək kitabçası və AQ N-042471 nömrəli attestatı Mİ-nə göndərilmişdir.Həmin sənədlər İddiaçı tərəfindən imzalanaraq təhvil götürmüşdür. Bu barədə qeydiyyat kitabının həmin hissəsinin surəti çıxarılaraq məlumat üçün Sizə göndərilir. “Azərneftyağ” İstehsalat birliyinin mühafizəsi üzrə Mühafizə Şöbəsi Azərbaycan Respublikası DİN-in xx.xx.1997-ci il tarixli 343 nömrəli əmri ilə təşkil edilmişdir. Ona görə də İddiaçı xx.xx.1992-ci il tarixdən xx.xx.1998-ci il tarixə kimi xidmət etməsi barədə heç bir məlumat verilə bilmir.

7. Cavabdeh tərəfindən məhkəməyə ünvanlanan xx.xx.2023-cü il tarixli məktubda qeyd edilmişdir ki, aparılmış araşdırma nəticəsində vətəndaş İddiaçı Azərbaycan Respublikasının suverenliyi və ərazi bütövlüyü uğrunda aparılmış döyüş əməliyyatlarında iştirakı və bununla bağlı döyüş bölgəsinə ezam edilməsi faktı əldə olunmuş arxiv məlumatlarına əsasən müəyyən olunmamış, bu barədə ona rəsmi məlumat verilmişdir.

8. Cavabdeh tərəfindən məhkəməyə ünvanlanan xx.xx.2023-cü il tarixli məktubda qeyd edilmişdir ki, vətəndaş İddiaçı DİN-in Daxili Qoşunlarının tərkibində xidmət keçməmiş, eləcə də Daxili Qoşunların N saylı hərbi hissəsi olmamışdır.

9. Daxili İşlər Nazirliyi Maliyyə-Plan İdarəsi tərəfindən məhkəməyə ünvanlanan xx.xx.2024-cü il tarixli məktubda qeyd edilmişdir ki, İddiaçı DİN-in Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinə bilavasitə tabe olan Arxiv-uçot şöbəsində saxlanılan arxiv işinə əsasən, DİN-in Baş Kadrlar İdarəsinin təqdim etdiyi hesablama vərəqəsində Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Zabit heyətinə mənsub şəxslərə, gizirlərə, miçmanlara, müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçularına, daxili işlər, ədliyyə, gömrük, miqrasiya, fövqəladə hallar və vergi orqanlarının rəis və sıravi heyətinə mənsub şəxslərə və onların ailələrinə pensiya təyin edilib verilməsi üçün uzun müddət xidmət vaxtının hesablanması qaydası haqqında” xx.xx.1992-ci il tarixli 631 nömrəli Qərarına və DİN-in xx.xx.1994-cü il tarixli 257 nömrəli əmrinə əsasən E. Əsgərovun xx.xx.1992 - xx.xx.1997-ci illər ərzində xidmət müddətinin 1 ayı 2 ay kimi hesablanmışdır.

10. Cavabdeh tərəfindən məhkəməyə ünvanlanan xx.xx.2024-cü il tarixli məktubda qeyd edilmişdir ki, Daxili İşlər Nazirliyinin xx.xx.1994-cü il tarixli 257 nömrəli əmrinin Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1992-ci il tarixli 631 nömrəli qərarının sorğuda göstərilən bəndləri ilə (2. Zabit heyətinə mənsub şəxslərə, gizirlərə, miçmanlara, müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçularına daxili işlər və ədliyyə orqanlarının rəis və sıravi heyətinə mənsub pensiya hüququna malik şəxslərə pensiya təyin olunması üçün aşağıdakılar uzun müddət xidmətə güzəştli şərtlərlə aid edilsin: a) xidmətin bir ayı iki ay sayılmaqla: döyüş şəraitində döyüş əməliyyatlarında alınan xəsarət (yaralanma, travma, kontuziya), şikəstlik və ya xəstəlik nəticəsində müalicəxanalarda fasiləsiz olma müddəti; respublikanın yüksək dağ yerlərində dəniz səviyyəsindən 2500 metr və daha çox hündürlükdə;...) əlaqəsi müəyyən olunmamışdır.

11. Məhkəmənin şifahi məhkəmə dinləmələri zamanı iştirak edən cavabdehin nümayəndəsi iddia tələbinin təmin edilməməsini xahiş etmişdir.

II. İddianın növü və mümkünlüyü

12. Müharibə veteranı adının və vəsiqəsinin verilməsi “Veteranlar haqqında” Azərbaycan Respublikasının Qanunu və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1995-ci il 22 sentyabr tarixli 216 nömrəli qərarı ilə təsdiq edilmiş “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında” Əsasnaməyə (bundan sonra – Əsasnamə) əsasən müəyyən edilir.

13. Müharibə veteranı adı aidiyyəti qurumların yaratdıqları müvafiq komissiyaların rəyinə əsasən verilir.

14. “İnzibati icraat haqqında” Qanunun 2.0.2-ci maddəsinə əsasən inzibati akt inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. Bu normaya görə inzibati akt hakimiyyət tədbiri olmaqla aşağıdakı əlamətləri ilə səciyyələnir - inzibati orqan tərəfindən qəbul edilməli; ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələləri nizama salmalı; ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaratmalı; qanunvericilikdə nəzərdə tutulmuş formalardan birinə uyğun olmalıdır. Beləliklə, inzibati akt hüquqi nəticələr yaradır, yəni ünvanlandığı hüquqi və ya fiziki şəxsin (şəxslərin) hüquqi vəziyyətini dəyişdirir, onun üzərinə vəzifə və öhdəliklər qoyur və ya ona bu və ya digər hüququn həyata keçirilməsinə şərait yaradır, bununla da hüquq münasibətlərinin formalaşması, mövcud münasibətlərin dəyişdirilməsi və ya onlara xitam verilməsinin faktiki əsası kimi çıxış edir (“Vergi ödəyicilərinin 2017-ci ilin 1 yanvar tarixinə mövcud olan vergi borclarının tənzimlənməsi haqqında" Azərbaycan Respublikasının 2016-cı il 30 dekabr tarixli 474VQ №-li Qanununun tətbiqi ilə bağlı vergi ödəyicilərinin şəxsi hesab vərəqələrində əməliyyatların edilməsinə dair Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 13 avqust 2020-ci il tarixli Qərardadı, №02, 24-cü bənd). Odur ki, həmin rəy qeyd edilən əlamətlərə malik olduğundan iddiaçıya münasibətdə inzibati akt hesab edilməli və hazırki iddia məcburetməyə dair iddiadır.

15. İddiaçı inzibati orqanın üzərinə arzuladığı inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasını tələb edir. İPM-in 2.2.2-ci maddəsinə əsasən, inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır.

16. İddia mümkündür.

III. Məhkəmənin mövqeyi

17. “Veteranlar haqqında” Azərbaycan Respublikasının Qanununun 3-cü maddəsinin 1-ci hissəsinin ikinci abzasına əsasən, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etmiş şəxslər müharibə veteranları sayılırlar. Həmin qanunun 7-ci maddəsinin 1-ci hissəsinə əsasən, müharibə veteranı, Silahlı Qüvvələrin veteranı və əmək veteranı adlarının verilməsi qaydaları və şərtləri müvafiq icra hakimiyyəti orqanı (Nazirlər Kabineti) tərəfindən müəyyən edilir.

18. Əsasnamənin 1-ci hissəsinin birinci bəndinin səkkizinci yarımbəndinə əsasən, müharibə veteranı adı Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda 1988-ci il fevralın 1-dən 1994-cü il mayın 12-dək erməni millətçi dəstələrinə qarşı Ermənistanla həmsərhəd inzibati ərazi vahidlərində – Naxçıvan Muxtar Respublikası (Kərki kəndi daxil olmaqla), keçmiş DQMV ərazisində, habelə Laçın, Qubadlı, Zəngilan (Seyidlər kəndi daxil olmaqla), Cəbrayıl, Füzuli, Ağdam, Tərtər (keçmiş Mirbəşir), Goranboy (Qasım İsmayılov və Şaumyan (kənd), Daşkəsən, Göygöl (keçmiş Xanlar), Kəlbəcər, Gədəbəy, Tovuz, Ağstafa, Qazax (Sofulu, Barxudarlı, Yuxarı Əskipara kəndləri daxil olmaqla) rayonlarının ərazilərində aparılan döyüş əməliyyatlarında özünümüdafiə dəstələrinin və birləşmələrinin tərkibində iştirak etmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkibində hərbi xidmət keçmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissələrə və ya orqanlara döyüş tapşırığının və ya döyüş təminatı ilə bağlı tapşırıqların yerinə yetirilməsi üçün ezam olunmuş, həmçinin 1994-cü il 12 may tarixindən sonra döyüş zonasında hərbi xidmət keçərkən, yaxud döyüş zonasında döyüş tapşırığının yerinə yetirilməsi ilə bağlı ezamiyyətlərdə olarkən, bilavasitə döyüş əməliyyatlarında iştirak edən və həmin döyüş əməliyyatları ilə əlaqədar xəsarət (yaralanma, travma, kontuziya) almış hərbi qulluqçulara – müdafiə, daxili işlər, dövlət təhlükəsizliyi, ədliyyə, fövqəladə hallar orqanları, Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti, Azərbaycan Respublikasının Xüsusi Dövlət Mühafizə Xidməti və hərbi idarəetmə orqanları tərəfindən verilmiş arayışlar, hərbi biletlər (hərbi xidmət keçmələrini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə birgə təqdim edildiyi halda), şəxsi işlər, orden və medallarla təltif olunmaq haqqında vəsiqələr, xəsarət (yaralanma, travma, kontuziya) alma haqqında arayışlar, yerli icra hakimiyyəti orqanlarının təsdiq etdikləri siyahılar (döyüşlərdə iştirakı sübut edən sənədlərlə birgə təqdim edildiyi halda), əmrlərdən çıxarışlar, hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında müvafiq komissiyaların rəyinə əsasən verilir. Qeyd: Bu qayda Azərbaycan Respublikası ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslər istisna olmaqla, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarının aparıldığı dövrdə hərbi hissəni və ya xidmət yerini özbaşına tərk etməyə, fərariliyə və ya digər hərbi cinayətlərə görə məhkum edilmiş (2000-ci il sentyabrın 1-dək qüvvədə olmuş Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 42-ci maddəsinin ikinci hissəsinə əsasən cəzadan azad edilmiş şəxslər istisna olmaqla) və ya barələrində cinayət təqibi bəraətverici əsaslar olmadan xitam verilmiş və ya amnistiya aktına əsasən cinayət məsuliyyətindən azad edilmiş, “Veteranlar haqqında” Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinin birinci hissəsinin üçüncü abzasında göstərilmiş şəxslərə şamil olunmur.

19. Qeyd edilən normativ hüquqi aktların tələbinə əsasən, məhkəmə tərəfindən aşağıdakı iki hal müəyyən edilməlidir: Şəxsin (i) Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatları aparan hərbi hissənin tərkibində döyüş əməliyyatlarında iştirakı faktı və (ii) həmin dövrdə hərbi cinayətlərə görə cinayət məsuliyyətinə cəlb edilib-edilməməsi (bəraətverici əsaslarla cinayət təqibinə xitam istisna olmaqla) və məhkumluğunun olub-olmaması olmalıdır. İddianın uğurluluğu həmin hallardan asılıdır və bu səbəbdən məhkəmə araşdırmasının həddi qeyd edilən halları müəyyən etməklə məhdudlaşmalıdır.

20. 1-ci hala münasibətdə məhkəmə müəyyən edir ki: - Cavabdeh tərəfindən məhkəməyə ünvanlanan xx.xx.2023-cü il tarixli məktubda qeyd edilmişdir ki, aparılmış araşdırma nəticəsində vətəndaş İddiaçı Azərbaycan Respublikasının suverenliyi və ərazi bütövlüyü uğrunda aparılmış döyüş əməliyyatlarında iştirakı və bununla bağlı döyüş bölgəsinə ezam edilməsi faktı əldə olunmuş arxiv məlumatlarına əsasən müəyyən olunmamışdır. - Cavabdeh tərəfindən məhkəməyə ünvanlanan xx.xx.2023-cü il tarixli məktubda qeyd edilmişdir ki, vətəndaş İddiaçı DİN-in Daxili Qoşunlarının tərkibində xidmət keçməmiş, eləcə də Daxili Qoşunların N saylı hərbi hissəsi olmamışdır. - Daxili İşlər Nazirliyi Maliyyə-Plan İdarəsi tərəfindən məhkəməyə ünvanlanan xx.xx.2024-cü il tarixli məktubda qeyd edilmişdir ki, İddiaçı DİN-in Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinə bilavasitə tabe olan Arxiv-uçot şöbəsində saxlanılan arxiv işinə əsasən, DİN-in Baş Kadrlar İdarəsinin təqdim etdiyi hesablama vərəqəsində Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Zabit heyətinə mənsub şəxslərə, gizirlərə, miçmanlara, müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçularına, daxili işlər, ədliyyə, gömrük, miqrasiya, fövqəladə hallar və vergi orqanlarının rəis və sıravi heyətinə mənsub şəxslərə və onların ailələrinə pensiya təyin edilib verilməsi üçün uzun müddət xidmət vaxtının hesablanması qaydası haqqında” xx.xx.1992-ci il tarixli 631 nömrəli Qərarına və DİN-in xx.xx.1994-cü il tarixli 257 nömrəli əmrinə əsasən E. Əsgərovun xx.xx.1992 xx.xx.1997-ci illər ərzində xidmət müddətinin 1 ayı 2 ay kimi hesablanmışdır. - Cavabdeh tərəfindən məhkəməyə ünvanlanan xx.xx.2024-cü il tarixli məktubda qeyd edilmişdir ki, Daxili İşlər Nazirliyinin xx.xx.1994-cü il tarixli 257 nömrəli əmrinin Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1992-ci il tarixli 631 nömrəli qərarının sorğuda göstərilən bəndləri ilə (2. Zabit heyətinə mənsub şəxslərə, gizirlərə, miçmanlara, müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçularına daxili işlər və ədliyyə orqanlarının rəis və sıravi heyətinə mənsub pensiya hüququna malik şəxslərə pensiya təyin olunması üçün aşağıdakılar uzun müddət xidmətə güzəştli şərtlərlə aid edilsin: a) xidmətin bir ayı iki ay sayılmaqla: döyüş şəraitində döyüş əməliyyatlarında alınan xəsarət (yaralanma, travma, kontuziya), şikəstlik və ya xəstəlik nəticəsində müalicəxanalarda fasiləsiz olma müddəti; respublikanın yüksək dağ yerlərində dəniz səviyyəsindən 2500 metr və daha çox hündürlükdə;...) əlaqəsi müəyyən olunmamışdır. - Odur ki, İddiaçı Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatları aparan hərbi hissənin tərkibində döyüş əməliyyatlarında iştirakı faktı təsdiq olunmur.

21. 2-ci hala münasibətdə məhkəmə qeyd edir ki, həmin dövrdə iddiaçının hərbi cinayətlərə görə cinayət məsuliyyətinə cəlb edilməsi və məhkumluğunun olub-olmaması məhz Daxili İşlər Nazirliyi və onun rayon polis idarə (şöbələri) tərəfindən təqdim edilən fərdi uçot məlumatları əsasında müəyyən edilməlidir. Məhkəmə sorğusuna verilən cavab əsasında iddiaçının məhkumluğunun olmadığı müəyyən edilir. Lakin məhkəmə qeyd edir ki, hər iki hal eyni zamanda mövcud olduğu təqdirdə iddiaçının müvafiq hüququ təmin oluna bilər.

22. İPM-in 68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir.

23. İPM-in 68.2-ci maddəsinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır.

24. İPM-in 73.1-ci maddəsinə əsasən inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur.

25. Beləliklə məhkəmə hesab edir ki, cavabdehin imtinası nəticəsində iddiaçının qanunla qorunan hüquqları pozulmamışdır.

26. Göstərilənlərə əsasən və İPM-in 4.1, 23.1, 58.7, 69, 75, 78–79, 81, 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə

QƏRARAALDİ:

İddia təmin edilməsin. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər.

Hakim Günel Sevdimalıyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar