Məhkəmə qərarları › İş №2-1(112)-2039/2021

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-2039/2021

01.09.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-2039/2021 01.09.2021 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ X8 Oruczadənin sədrliyi, Məhkəmə iclasının katibi Cəfərova Yasəmən Fərman qızının katibliyi, İddiaçı və onun vəkili Vəkil, Cavabdeh nümayəndəsi X1 iştirаkları ilə, İddiаçı İddiaçı cаvаbdеh Cavabdehnə qarşı “işlədiyi dövrlərin sığorta stajına əlavə olunaraq yenidən hesablanması” barədə iddia tələbi üzrə inzibati işə məhkəmə binаsındа, аçıq məhkəmə iclаsındа bахаrаq, MÜƏYYƏN ETDİ: İddiaçı cаvаbdеh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Suraxanı rayon Şöbəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 02.04.1992-ci il tarixdən 25.03.1998-ci ilin aprel ayından 2010-cu ilin sentyabr ayınadək "xxxx" X2 işlədiyi dövrlərin sığorta stajına əlavə olunaraq yenidən hesablanması öhdəliyinin Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun 1 saylı Bakı Ərazi şöbəsinə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəmənin icraatına qəbul olunduqdan sonra İPM-in 47-ci və 49-cu maddələrinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və məhkəmənin sərəncamı ilə iddiaya qarşı yazılı münasibət bildirilməsi məqsədilə iddia ərizəsi və ona əlavə olunmuş sənədlərin surətləri cavabdehə təqdim edilmişdir İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, 18.03.2016-cı il tarixindən əmək pensiyasının təyinatı aparılarkən 01.01.2006-cı il tarixinədək 16 il 8 ay sığorta stajı nəzərə alınaraq ona 148,31 manat pensiya məbləği hesablanmışdır.Azərbaycan Respublikası Prezidentinin müvafiq Fərman və Sərəncamları əsasında əmək pensiyalarının baza və sığorta hissələrinin artırılması ilə pensiyasının məbləği 01.01.2020-ci il tarixindən 233,20 manata çatdırılmışdır.Ona pensiya təyin edilərkən əmək kitabçasında da öz əksini tapmış 02.04.1992-ci il tarixdən 25.03.1998-ci il tarixədək işləmiş olduğu “Ni-sa” (Ни-Са) firmasındakı əmək stajı və 1998-ci ilin aprel ayından 2010-cu ilin sentyabr ayındadək "xxxx" X2 işlədiyi dövrün əmək stajı sığorta stajına əlavə olunaraq düzgün hesablanmamışdır."xxxx" X2 işlədiyi dövrün əmək stajı əmək kitabçasına qeyd edilməmiş olsa da, 2006-cı il Dövlət Sosial Müdafiə Fondu tərəfindən müvafiq Dövlət Sosial Sığorta Şəhadətnaməsi verildiyi üçün təqaüdə çıxdığı 2016-cı il tarixdə həmin kartı həmin vaxt qeydiyyatda olduğu Dövlət Sosial Müdafiə Fondunun Nərimanov şöbəsinə təhvil verdikdə "xxxx" İKF-da olan pensiya tutumlarına əsasən sığorta stajı qeyd olunmuşdur və bu hal Dövlət Sosial Müdafiə Fondunun Nərimanov şöbəsinin əməkdaşlarına da məlum idi. Buna baxmayaraq, sonradan da ona məlum olmuşdur ki, 02.04.1992-ci il tarixdən 25.03.1998-ci il tarixədək işləmiş olduğu “Ni-sa” (Ни-Са) firmasındakı əmək stajı və 1998-ci ilin aprel ayından 2010-cu ilin sentyabr ayınadək "xxxx" X2 işlədiyi dövrün əmək stajı sığorta stajına əlavə olunaraq hesablanmamışdır.Əmək stajının yuxarıda qeyd etdiyi dövrlərin sığorta stajı nəzərə alınmaqla düzgün hesablanması ilə bağlı ərizə ilə 1 saylı “Dost” Mərkəzi vasitəsi ilə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun 1 saylı Bakı Ərazi şöbəsinə müraciət etmişdir.Lakin 24.09.2020-ci il tarixdə ona imtina məktubu verilərək yuxarıda qeyd etdiyi dövrlərin sığorta stajına əlavə olunmasının mümkün olmadığı qeyd edilmişdir.Hesab edir ki, cavabdehin imtinası əsassız və qanunsuzdur. Qeyd olunanlara əsasən, iddiaçı iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Məhkəmə icraatı zamanı iddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, 02.04.1992-ci il tarixdən 25.03.1998-ci il tarixədək “Ni-sa” (Ни-Са) firmasında, 1998-ci ilin aprel ayından 2006-cı ilədək "xxxx" X2 işlədiyi dövrlərin sığorta stajına əlavə olunaraq yenidən hesablanması öhdəliyinin Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun 1 saylı Xidmət Nümayəndəliyinə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.Ərizə icraata qəbul edilmişdir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Məhkəmə Mübahisələri ilə İş üzrə Mərkəzi filialının 31 mart 2021-ci il tarixli **********0 nömrəli etiraz məktubunda qeyd edilmişdir ki, iddiaçı 02.04.1992-25.03.1998-ci illərdə “Ni-sa” firmasında, 1998-2010-cu illərdə isə "xxxx" X2 direktor vəzifəsində işlədiyi illərin onun şəxsi hesabına əlavə olunmadığını iddia edir. Məsələnin obyektiv araşdırılması üçün tərəflərindən Milli Arxiv İdarəsinə və Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsinə sorğu göndərilmişdir. Müraciətlərinə verilən Milli Arxiv İdarəsinin 17.02.2021-ci il tarixli cavab məktubunda “Ni-sa” firmasının arxiv sənədlərinin Azərbaycan Respublikası Dövlət Arxivinə və Dövlət Arxivinin Bakı Filialına mühafizə üçün təhvil verilmədiyi qeyd edilmişdir. Müraciətlərinə verilən Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsinin 05.02.2021-ci il tarixli cavab məktubunda isə qeyd edilmişdir ki, Azərbaycan Respublikasının statistik vahidlərin Dövlət reyestrində “Nisa” kiçik müəssisəsi 02.04.1997-ci il tarixində qeydiyyatdan keçmişdir.“Ni-sa” firması 1997-ci il tarixindən dövlət qeydiyyatında keçmişdir. Halbuki iddiaçı 1992-ci ildən orada işlədiyini iddia edir."xxxx" X5 ilə bağlı iş materiallarında olan DSMF-nin Nərimanov rayon şöbəsinin 26.05.2016-cı il tarixli məktubunun məzmunundan da görünür ki, iddiaçının "xxxx" X2 işlədiyi 2006-2010-cu illər pensiya təyin edilərkən onun sosial sığorta stajına daxil edilmişdir."xxxx" X2 işlədiyi 1998-2006-cı illərə gəldikdə isə müəyyən olunur ki, həmin illərdə işləməyi ilə bağlı heç bir mötəbər sübut təqdim edilməmişdir. Həmin illər iddiaçının əmək kitabçasında da qeyd edilməyib.Beləliklə, İddiaçı 02.04.1992-25.03.1998-ci illərdə “Ni-sa” firmasında, 1998-2010-cu illərdə "xxxx" X2 işlədiyi illərin daxil edilərək, yaşa görə əmək pensiyasının yenidən hesablanması tələbi əsassızdır və təmin edilməməlidir.İddiaçı yaşa görə əmək pensiyasının yenidən hesablanması üçün əsaslar mövcud olmamışdır. Yuxarıda qeyd edilənlərə əsasən İddiaçı 2 iddia tələbinin rədd edilməsi barədə qərar qəbul edilməsi xahiş edilmişdir. Şifahi məhkəmə baxışı ilə bağlı iclasda iştirak edən iddiaçı, onun vəkili Vəkil iddia tələbini müdafiə edərək, təmin edilməsini xahiş etdilər. Şifahi məhkəmə baxışı ilə bağlı iclasda iştirak edən cavabdehin nümayəndəsi X4 imtina məktubuna və iddia tələbinə verilmiş etiraza uyğun izahat verərək, iddia tələbinin rədd edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iş materiallarını tam, obyektiv və hərtərəfli araşdıraraq, tərəflərin izahatlarını dinləyərək hesab edir ki, iddia təmin edilməlidir. İş materiallarına əlavə edilmiş sənədlər: - ASAN 3 tərəfindən 26.08.2014-cü il tarixdə verilmiş AZE 14698517 saylı şəxsiyyət vəsiqəsinə əsasən İddiaçı Azərbaycan Respublikasının vətəndaşıdır, xx.xx.1953-cü il təvəllüdlüdür, ünvan 1 ünvanında qeydiyyatdadır. - Cavabdeh tərəfindən İddiaçı ünvanlanmış 24.09.2020-ci il tarixli **********2 saylı məktubda qeyd edilmişdir ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinə uyğun olaraq iddiaçıya 18.03.2016-cı il tarixindən əmək pensiyasının təyinatı aparılarkən 01.01.2006-cı il tarixinədək 16 il 8 ay sığorta stajı nəzərə alınaraq 148,31 manat pensiya məbləği hesablanmışdır.Azərbaycan Respublikası Prezidentinin müvafiq Fərman və Sərəncamları əsasında əmək pensiyalarının baza və sığorta hissələrinin artırılması ilə pensiyasının məbləği 01.01.2020-ci il tarixindən 233,20 manata çatdırılmışdır.Əmək kitabçasında qeyd olunmuş 02.04.1992-ci il tarixdən 25.03.1998-ci il tarixədək işləmiş olduğu “Ni-Sa” (Ни-Са) firmasının faktiki və arxiv sənədlərinin saxlanıldığı ünvan məlum olmadığı üçün həmin dövrlərin sığorta stajının araşdırılması imkan xaricindədir. Qeyd olunanları nəzərə alaraq həmin dövrün sığorta stajına əlavə olunması mümkün hesab olunmur. İşdə olan iddiaçının əmək kitabçasının surətindən görünür ki: - 02.04.1992-ci il tarixdə “Ni-Sa” kompaniyasının müdiri vəzifəsinə təyin edilmiş, 25.03.1998-ci il tarixdə öz xahişi ilə “Ni-Sa” kompaniyasının müdiri vəzifəsindən azad edilmişdir. Məhkəmə sorğusu əsasında təqdim olunmuş sənədlər: - Azərbaycan Respublikasının Milli Arxiv İdarəsinin 17 fevral 2021-ci il tarixli, 4/318 saylı məktubundan görünür ki, “Ni-sa” (“Ни-Са”) firmasının arxiv sənədləri Azərbaycan Respublikası Dövlət Arxivinə və Dövlət Arxivinin Bakı filialına mühafizə üçün təhvil verilməmişdir. - Azərbaycan Respublikasının Milli Arxiv İdarəsi Azərbaycan Respublikası Dövlət Arxivinin Bakı Filialının 23 aprel 2021-ci il BA-01619-2021 saylı məktubundan görünür ki, keçmiş Əzizbəyov RİH-nin (indiki Xəzər RİH) arxiv fondu üzrə 1992-ci ilə dair arxiv sənədləri Dövlət Arxivinin Bakı filialında mövcuddur. Lakin həmin sənədlərdə “НИ-СА” Kompaniyasının qeydiyyatından keçib-keçməməsi barədə hər hansı bir məlumat yoxdur. “НИ-СА” Kompaniyası müəssisəsinin yenidən qeydiyyatı haqqında məlumat keçmiş Əzizbəyov rayon İH-nin (indiki Xəzər RİH) arxiv fondu üzrə 18.06.1993-cü il tarixli, 284 saylı sərəncamı ilə Dövlət Arxivinin Bakı filialında mövcuddur. Azərbaycan Respublikasının Milli Arxiv İdarəsi Azərbaycan Respublikası Dövlət Arxivinin Bakı Filialının 23 aprel 2021-ci il BA-01619-2021 saylı məktubuna əlavə olunmuş Bakı şəhəri Əzizbəyov rayon İcra Hakimiyyətinin başçısının 18 iyun 1993-cü il tarixli 284 №-li Sərəncamından görünür ki, “НИ-СА” kompansiyası müəssisəsinin nizamnaməsinin titulunda edilmiş dəyişikliklə əlaqədar, onun yenidən qeydiyyata alınması haqqındakı müraciətə baxıb, 1. “НИ-СА”kompaniyası müəssisəsinin titulundan 1-ci maddədə təsisçilərdən Babayev N.C. adı çıxarılmaqla yenidən qeydə alınmışdır. 2. Müəssisəsinin yenidən qeydiyyatına görə Əzizbəyov rayon Sənaye investisiya Səhmdar kommersiya bankındakı 10130102 №-li hesaba 1000 /min/ rubl məbləğində ödəniş köçürülmüşdür. Nizamnamənin titulunda dəyişikliklər edilməsi ilə bağlı Bakı şəhəri Əzizbəyov rayon İcra Hakimiyyətinin Başçısına edilmiş 04.01.1993-cü il tarixli ərizədən də görünür ki, müəssisənin təsisçisi və müəssisə əmlakının mülkiyyətçisi İddiaçı Çavanşir oğludur. - Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri X7 üzrə Baş İdarəsinin 04.03.2021-ci il tarixli **********269200 nömrəli məktubundan görünür ki, 03.03.2021-ci il tarixə olan vergi ödəyicilərinin uçot baza məlumatlarına əsasən “DƏYANƏT”-1” İstehsalat-Kommersiya Firmasının (VÖEN **********) 27.10.1997-ci il tarixdən vergi uçotunda olması barədə məlumat müəyyən edilmişdir. - Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Milli Gəlirlər Baş İdarəsinin Hüquqi Şəxslərin Dövlət Qeydiyyatı İdarəsinin 14 iyul 2021-ci il tarixli **********390400 nömrəli məktubundan görünür ki, 21.10.1997-ci ildə dövlət qeydiyyatına alınmış "xxxx" İstehsalat-Kommersiya Firmasının (VÖEN **********) 14.04.1998-ci ildən hal-hazıradək qanuni təmsilçilik funksiyasına malik direktoru İddiaçıdur. Məhkəmə sorğusu əsasında təqdim olunmuş 075258 saylı pensiya işindən görünür ki, Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondunun Yasamal rayon şöbəsinin əmək pensiyası təyin edən komissiyanın 18.03.2016-cı il tarixli, 325 saylı qərarı ilə, İddiaçı 18.03.2016-cı il tarixdən ömürlük olaraq 148,31 manat məbləğində pensiya təyin olunmuş, pensiya baza hissəsinin 110 manat, sığorta hissəsinin isə 38,31 manat olması müəyyən edilmişdir. İddiaçının 01.01.2006-cı il tarixədək iş stajı 16 il 8 ay təşkil etmişdir (1992-ci ilin yanvar ayının 1-dək işlədiyi illər). Məhkəmə təqdim edilmiş sənədlərdən müəyyən etmişdir ki, Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondunun Yasamal rayon (şəhər) şöbəsinin əmək pensiyası təyin edən komissiyanın 18.03.2016-cı il tarixli, 325 saylı qərarı ilə İddiaçı 18.03.2016-cı il tarixdən 148,31 manat məbləğində yaşa görə əmək pensiyası təyin edilmiş, pensiya təyin olunduqdan sonra məlum olmuşdur ki, yaşa görə əmək pensiyası təyin edilərkən iddiaçının 02.04.1992-ci il tarixdən 25.03.1998-ci il tarixədək “Ni-sa” (Ни- Са) firmasında və 1998-ci ilin aprel ayından 2006-cı ilədək "xxxx" X2 işlədiyi illər nəzərə alınmamışdır. Cavabdehin həmin iş illərinin nəzərə alınmamasının əsaslı səbəbi odur ki, 02.04.1992-ci il tarixdən 25.03.1998-ci il tarixədək “Ni-sa” (Ни-Са) firmasının faktiki və arxiv sənədlərinin saxlanıldığı ünvan məlum olmadığından həmin dövrlərin sığorta stajının araşdırılması mümkün olmamışdır. Həmçinin cavabdeh iddiaya etirazında iddiaçının 1998ci ilin aprel ayından 2006-cı ilədək "xxxx" X2 işləməsi ilə bağlı sübut təqdim etmədiyini və əmək kitabçasında qeyd edilmədiyini bildirmişdir. Məhkəmə tərəfindən araşdırmalı hal odur ki, iddiaçının 02.04.1992-ci il tarixdən 25.03.1998-ci il tarixədək “Ni-sa” (Ни-Са) firmasında və 1998-ci ilin aprel ayından 2006-cı ilədək "xxxx" X2 işlədiyi illərinin sosial sığorta stajına daxil edilməsinin “Əmək pensiyaları haqqında” Qanunun tələblərinə zidd olub-olmamasıdır. Əsas sosial-iqtisadi hüquqlardan biri olan sosial təminat hüququ Azərbaycan Respublikası Konstitusiyanın 38-ci maddəsində təsbit olunmuşdur. Həmin maddəyə əsasən hər kəsin sosial təminat hüququ vardır. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. (Konstitusiyanın 38-ci maddəsinin İ və İİİ hissələri). Bu hüquq Azərbaycan Respublikasının tərəfdar çıxdığı bir sıra beynəlxalq-hüquqi aktlarda da öz əksini tapmışdır. Belə ki, “İnsan hüquqları haqqında” Ümumi Bəyannamənin 22-ci maddəsinə uyğun olaraq hər bir insanın, cəmiyyətin bir üzvü kimi, sosial təminat, milli səylər və beynəlxalq əməkdaşlıq əsasında, hər bir ölkənin strukturuna və ehtiyatlarına müvafiq olaraq, ləyaqətinin qorunması, şəxsiyyətinin azad inkişafı üçün zəruri olan iqtisadi, sosial və mədəni hüquqlarını həyata keçirmək hüququ var. Eyni zamanda, “İqtisadi, sosial və mədəni hüquqlar haqqında” Beynəlxalq Paktın 9-cu maddəsində nəzərdə tutulmuşdur ki, sosial sığorta da daxil olmaqla hər bir şəxsin sosial təminat hüququ var. Konstitusiyada və beynəlxalq-hüquqi aktlarda əksini tapan sosial təminat hüququ qanunla müəyyən edilmiş hallarda və hədlərdə pensiya almaq hüququnu da ehtiva edir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 3.1-ci maddəsinə əsasən, Azərbaycan Respublikasının vətəndaşları bu Qanunda göstərilən hallarda əmək pensiyası hüququna malikdirlər. Həmin Qanununun 7-ci maddəsinə görə, 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Qeyd: Bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021ci il iyulun 1- dək, qadınların yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır. İddiaçının xx xxxx 1953-cü il tarixdə doğulması və 18 mart 2016-cı il tarixdə yaşa görə əmək pensiyasının təyin olunması işin mübahisəsiz hallarıdır. Mübahisəli hal iddiaçının 02.04.1992-ci il tarixdən 25.03.1998-ci il tarixədək “Ni-sa” (Ни-Са) firmasında və 1998-ci ilin aprel ayından 2006-cı ilədək "xxxx" X2 işlədiyi illərin sosial sığorta stajına daxil edilməsi ilə bağlıdır. 1) İddiaçının 02.04.1992-ci il tarixdən 25.03.1998-ci il tarixədək “Ni-sa” (Ни-Са) kompaniyasında işlədiyi illərə münasibətdə Məhkəmə aşağıdakıları qeyd edir: Cavabdehin imtinasının, eləcə də etirazının əsas dəlili ondan ibarətdir ki, iddiaçı tərəfindən əmək kitabçası təqdim olunsa da, həmin kitabçada aparılan 02.04.1992-ci il tarixdən 25.03.1998-ci il tarixədək olan iş stajını yoxlamaq mümkün deyildir. Məhkəmə cavabdehin bu dəlilini əsassız hesab edərək qeyd edir ki, Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 87-ci maddəsinin 1-ci hissəsinə əsasən, işçinin əmək fəaliyyəti haqqında sənəd əmək kitabçası hesab edilir. İşçinin əmək fəaliyyəti haqqında sənəddə onun əmək stajı haqqında-işə girdiyi gün, ay, il, işlədiyi peşəsi (vəzifəsi), işdən çıxarılmanın əsası, günü, ayı və ili barədə qeydlər göstərilir. “İşçilərin əmək kitabçasının forması və onun tətbiqi qaydaları” haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1996-cı il 26 dekabr tarixli, 186-cı qərarının 1.1-ci bəndinə əsasən, əmək kitabçası işçinin əmək fəaliyyətini və əmək stajını təsdiq edən əsas sənəd hesab edilir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.2-ci maddəsinə əsasən, sosial sığorta stajı əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödəmək şərti ilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur. Həmin Qanunun 21.1-ci maddəsinə əsasən, qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərti ilə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin hərbi qulluqçuların, eləcə də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxslərin iş, hərbi xidmət və digər fəaliyyət müddətləri sığorta stajına daxil edilir. Göründüyü kimi, əmək kitabçası işçinin əmək fəaliyyətini və əmək stajını təsdiq edən əsas sənəd hesab edilir. İddiaçının işlədiyi dövrdə qüvvədə olan “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun 69-cu maddəsində deyilirdi ki, iş stajını sübut edən əsas sənəd kimi əmək kitabçası nəzərdə tutulurdu. İddiaçıya məxsus əmək kitabçasından görünür ki, iddiaçı əmək fəaliyyətinə 30.06.1972-ci tarixdən başlayaraq müxtəlif müəssisələrdə işləmiş və əmək fəaliyyətini 25.03.1998-ci il tarixədək davam etdirmişdir. Əmək kitabçasının qeydlərinə əsasən həmçinin, cavabdehin mübahisələndirdiyi 02.04.1992-ci il tarixdən 25.03.1998-ci il tarixədək işləməsi də müəyyən olunur. «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi qaydalarının 3.1-ci bəndinə əsasən sığortaolunanların qazanmış olduqları pensiya hüquqlarının müəyyən edilməsi zamanı nəzərə alınan sığorta stajı əhatə etdiyi dövrə uyğun olaraq 2 hissəyə bölünür: Qanunun qüvvəyə mindiyi 01.01.2006-cı il tarixədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün ümumi iş stajı; Qanunun qüvvəyə mindiyi tarixdən sonra əmək pensiyası hüququnun yarandığı tarixədək olan müddət üzrə sosial sığorta stajı. Həmin Qaydaların 3.2.1-ci bəndinə əsasən, 2006-cı il yanvarın 1-dək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı əmək kitabçası üzrə PAS-a (X9) daxil edilmiş məlumatlara əsasən müəyyən edilir. 3.6-cı bəndə əsasən, qanunun qüvvəyə mindiyi tarixdən sonra əmək pensiyası hüququnun yarandığı tarixədək olan müddət üzrə sosial sığorta stajı sığortaolunanın fərdi uçot məlumatları əsasında müəyyən olunur. Göründüyü kimi, istinad olunan Qaydalar "Əmək pensiyaları haqqında" Qanun qüvvəyə minən günədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün sosial sığorta stajının fərdi uçot məlumatları əsasında deyil, əmək kitabçasına əsasən müəyyən edildiyini təsbit etmişdir. Hazırda cavabdehin mübahisələndiridiyi 1992-1998-ci illər də həmin qanun qüvvəyə minənədək olan dövrlə əhatə olunduğundan, bu müddətdə iddiaçının iş stajının əmək kitabçasında qeyd edilməsi həmin dövrün onun sığorta stajına daxil edilməsi üçün yetərli əsasdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25 noyabr 1992-ci il tarixli 638 nömrəli qərarı ilə təsdiq edilmiş “Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə” Əsasnamənin 1-ci bəndinə əsasən əmək stajı iş, xidmət, təhsil və ya iş stajına sayılan digər fəaliyyət yeri, yaxud bu fəaliyyətin keçdiyi həmin sistem üzrə rəhbər təşkilatlar, idarələr (baş direktorlar), birliklər (konsernlər), sahibkarlar, eləcə də arxiv müəssisələri tərəfindən verilən sənədlərə əsasən müəyyən edilir. Həmin Əsasnamənin 3-cü bəndinə əsasən, iş stajını təsdiq edən sənəd əmək kitabçasıdır. Əmək kitabçası olmadıqda və ya əmək kitabçasında lazım olan qeydlər olmadıqda, yaxud iş dövrü barədə qeydlər düzgün və dəqiq olmadıqda əmək stajını təsdiqedici sənəd kimi arayışlar, əmrlərdən çıxarışlar, əmək haqqı verilməsi üçün şəxsi hesablar və əmək haqqı cədvəlləri, vəsiqələr, xasiyyətnamələr, yazılı əmək müqavilələri, icrası barədə qeydlər edilməklə razılaşmalar, əmək xidmət siyahıları, iş dövrü barədə məlumatlar göstərilməklə kooperativ sənəd artelləri üzvlərinin üzvlük kitabçaları nəzərə alınır. Yuxarıdakı qanunvericilik aktlarından göründüyü kimi, əmək kitabçası işçinin əmək fəaliyyətini və əmək stajını təsdiq edən əsas sənəd hesab edilir. Məhkəmə qeyd edir ki, hazırkı iş üzrə mübahisəli məsələ 1992-1998-ci illərdə əmək fəaliyyəti ilə bağlı olduğundan, eləcə də iddiaçının həmin dövrlərdə işlədiyi əmək kitabçasında bu barədə müvafiq qeydiyyat aparılmaqla təsdiqləndiyindən, həmçinin, məhkəmə araşdırması zamanı iddiaçının “Ni-sa” (Ни-Са) kompaniyası müəssisəsinin təsisçisi və müəssisənin əmlakının mülkiyyətçisi olması, hətta 04.01.1993-cü ildə müəssisəsinin nizamnaməsində dəyişikliklə əlaqədar olaraq Əzizbəyov Rayon İcra Hakimiyyətinə müraciət ərizəsinin arxiv sənədlərində mövcud olması onu demeyə əsas verir ki, qanunvericiliyin yuxarıda istinad olunan müddəalarına əsasən sözügedən dövr iddiaçıya əmək pensiyası hüququ verən sosial sığorta stajına daxil edilməlidir. Bundan başqa, əmək kitabçasında göstərilən məlumatların həqiqəti əks etdirmədiyi qənaətinə gəlmək üçün hər hansı əsaslar da müəyyən edilməmiş, bu hala dair cavabdeh tərəfindən hər hansı mötəbər sübutlar təqdim edilməmişdir. Digər tərəfdən isə nəzərə almaq lazımdır ki, qarşılıqlı yoxlamanın hər hansı səbəbdən baş tutmaması iddiaçının təqsiri ilə bağlı olmayan haldır və hətta bu halın mövcudluğu təsdiq olunsa belə, bu, özüözlüyündə qanunvericilikdə pensiya hüquqlarının həyata keçirilməsindən imtinaya əsas verən hal kimi təsbit edilməmişdir. «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 19.1-ci maddəsinə əsasən inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. Həmin Qanunun 19.2-ci maddəsinə əsasən təqdim olunmuş sənədlərin və dəlillərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda, inzibati orqan müstəqil şəkildə və öz hesabına onların mötəbərliyinin müəyyən edilməsi üçün tədbirlər görür. Göründüyü kimi «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun yuxarıda qeyd olunan müddəalarına əsasən cavabdeh tərəfin iddiaçıya məxsus əmək kitabçasının mötəbərliliyinə dair şübhələri varsa, əmək kitabçasının qeyri-mötöbərliliyini sübutetmə vəzifəsi cavabdehin üzərindədir. 1) İddiaçının 1998-ci ilin aprel ayından 2006-cı ilədək "xxxx" X2 işlədiyi illərə münasibətdə Məhkəmə aşağıdakıları qeyd edir: İddiaçının pensiyanın yenidən hesablanması ilə bağlı müraciətinə baxılarkən, onun "xxxx" X2 işlədiyi 1998-ci ilin aprel ayından 2006-cı ilədək iş stajının da sosial sığorta stajına daxil edilməsindən imtina edilmişdir. Məhkəmə araşdırması zamanı isə müəyyən olunmuşdur ki, iddiaçıya yaşa görə pensiya təyin edilərkən, onun "xxxx" X2 işlədiyi 2006- 2010-cu illər sosial sığorta stajına daxil edilmişdir, hazırda isə cavabdeh iddiaçının 1998-ci ilin aprel ayından 2006-cı ilədək "xxxx" X2 işləməsinin əmək kitabçasında qeyd edilmədiyinə istinad edərək, həmin illərin sığorta stajına daxil edilməsindən imtina edir. Halbuki “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununda sosial sığorta stajının yalnız əmək kitabçasına əsasən müəyyən edilməsi ilə bağlı göstəriş nəzərdə tutulmamışdır. Bundan savayı isə, Məhkəmə öz xidməti vəzifəsinə uyğun olaraq iddiaçının işlədiyi N "xxxx" X3 mövcudluğu və onun həmin müəssisələrdə işləməsi ilə bağlı əlavə araşdırma aparmışdır. Müəyyən olunmuşdur ki, 21.10.1997-ci ildə dövlət qeydiyyatına alınmış "xxxx" İstehsalat-Kommersiya Firmasının (VÖEN **********) 14.04.1998-ci ildən hal-hazıradək qanuni təmsilçilik funksiyasına malik direktoru İddiaçıdur. Həmçinin, Məhkəmə araşdırması zamanı cavabdehin nümayəndəsi tərəfindən təqdim edilmiş sənədlərdə sığortaedən "xxxx" istehsalat-kommersiya firmasının iş qovluğunda 1998-2000-ci illər üzrə təqdim edilmiş “Məcburi dövlət sosial sığortası üzrə rüblük hesabat”lar aşkar edilməmişdir. Bundan əlavə "xxxx" istehsalat-kommersiya firmasının 2001-2006-cı illər ərzində hesablanmış və ödənilmiş məcburi sosial sığorta haqları ilə bağlı məlumat təqdim edilmişdir. Cavabdehin nümayəndəsi X4 məhkəmə araşdırması zamanı "xxxx" İstehsalat- Kommersiya Firması tərəfindən 1998-2000-ci illərdə sosial sığorta haqlarının ödənilibödənilməməsi ilə bağlı məluamtın aşkar edilmədiyini qeyd etmişdir. Məhkəmə bununla bağlı qeyd edir ki, “Məcburi dövlət sosial sığorta sahəsində borcların tənzimlənməsi haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə əsasən, sığortaedənlərin müvafiq icra hakimiyyəti orqanının uçot sistemində mövcud olan 2006-cı ilin 1 yanvar tarixinə yaranmış və 2018-ci ilin 1 aprel tarixinədək ödənilməmiş məcburi dövlət sosial sığorta haqları üzrə borcları tam məbləğdə silinir. Həmin Qanunun 4cü maddəsinə əsasən, bu Qanunun 1-ci, 2-ci və 3-cü maddələri ödənilməsi barədə məhkəmə qərarı qəbul edilmiş, lakin 2018-ci ilin 1 aprel tarixinə ödənilməmiş borcların qalığına da şamil edilir. Həmin Qanunun 5-ci maddəsinə əsasən, bu Qanun 2018-ci ilin aprelin 1-dən qüvvəyə minir. Göründüyü kimi, qanunvericiliklə bütün sığortaedənlərin məcburi dövlət sosial sığorta haqları üzrə 01.01.2006-cı il tarixə yaranmış borcları 01.04.2018-ci il tarixdən silinmişdir. "xxxx" İstehsalat-Kommersiya Firması tərəfindən 2006-cı ilədək sosial sığorta haqlarının ödənilib-ödənilməməsi ilə bağlı araşdırılmanın aparılmasına zərurət yaranmamışdır. Belə ki, inzibati orqanın verilmiş səlahiyyətlər çərçivəsində sosial sığorta haqlarının ödənilməsini təmin etməli olduğu halda, bu vəzifəsini icra etməməsi, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunun qüvvəyə mindiyi 01.01.2006-cı il tarixədək sığortaolunanların işlədiyi müddətin iş stajı kimi nəzərə alınmasından imtina və sosial sığorta olunan şəxsin pensiya hüququndan məhrum edilməsi üçün əsas hesab edilə bilməz. Yuxarıda göstərilənləri rəhbər tutaraq, Məhkəmə belə nəticəyə gəlir ki, İddiaçı müraciətinə baxılarkən, Əmək Məcəlləsinin 87-ci maddəsinin, həmçinin “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, sosial sığorta stajının müəyyən olunması, əmək pensiyası sənədlərinin rəsmiləşdirilməsi, baxılması və saxlanılması Qaydalarının 3.1-ci bəndinin tələbləri nəzərə alınmamış, iddiaçının 02.04.1992-ci il tarixdən 25.03.1998-ci il tarixədək “Ni-sa” (Ни-Са) kompaniyasında və 1998-ci ilin aprel ayından 2006-cı ilədək "xxxx" X2 işlədiyi illərinin sosial sığorta stajına daxil edilməsindən əsassız olaraq imtina edilmişdir. Belə olduğu halda, iddiaçının iddiası təmin edilməlidir. Həmçinin, Məhkəmə diqqətə çatdırır ki, “Əmək pensiyaları haqqında” Qanunun 37.7-ci maddəsinə əsasən keçmiş müddət üçün alınmamış əmək pensiyasının məbləği bu Qanunun 32.1-1-ci maddəsində göstərilən şərt nəzərə alınmaqla ödənilir. Belə ki, Əmək pensiyaları haqqında Qanunun 32.1-1-ci maddəsinə əsasən, əmək pensiyaları onu almaq hüququ yarandığı gündən, lakin bu Qanunun qüvvəyə mindiyi gündən tez olmamaqla və müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə, bu maddədə müəyyən edilmiş müddətlərə təyin edilir. Bu Qanuna uyğun olaraq ötən dövr üçün hesablanan pensiyanın ümumi məbləği ötən dövrdəki ayların sayına bölünərək aylıq pensiyanın üzərinə əlavə edilməklə ödənilir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Beləliklə, Məhkəmə qeyd edilən normaların tələblərindən çıxış edərək, iddiaçı İddiaçı iddiası əsaslı olduğundan təmin edilməli, İddiaçı 02.04.1992-ci il tarixdən 25.03.1998-ci il tarixədək “Ni-sa” (Ни-Са) kompaniyasında və 1998-ci ilin aprel ayından 2006-cı ilədək "xxxx" X2 işlədiyi dövrlərin sığorta stajına daxil edilməklə pensiyanin yenidən hesablanması öhdəliyi cavabdehə həvalə edilməlidir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununun 9.1.12-ci maddəsinə əsasən, inzibati hüquq münasibətlərindən əmələ gələn işlər üzrə -vətəndaş, inzibati orqanlar və vəzifəli şəxslər dövlət rüsumu ödəməkdən azad olunurlar. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 2-ci, 34-cü, 110-cu maddələrini rəhbər tutaraq, Məhkəmə qərаrа аldı: İddiaçı iddiası təmin edilsin. İddiaçı 02.04.1992-ci il tarixdən 25.03.1998-ci il tarixədək “Ni-sa” (Ни-Са) kompaniyasında və 14.04.1998-ci ildən 01.01.2006-cı ilədək "xxxx" X2 işlədiyi dövrlərin sığorta stajına daxil edilməklə pensiyanin yenidən hesablanması öhdəliyi Cavabdehnə həvalə edilsin. Qərardan təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Azərbaycan Respublikası Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Aytən Oruczadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar