Məhkəmə qərarları › İş №2-1(112)-204/2025

Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-204/2025

24.07.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-204/2025 24.07.2025 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ hakim Hаcıbəyоvа Miminаt Tаcib qızının sədrliyi, X5 kаtibliyi, iddiaçı Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının nümayəndəsi Nümayəndə3 və “Pirşağı” Sanatoriya-Kurort Birliyinin nümayəndəsi (direktoru) Nümayəndə2 iştirakları ilə, iddiaçılar Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası və “Pirşağı” Sanatoriya-Kurort Birliyinin cavabdeh Bakı şəhəri Sabunçu rayonu Pirşağı Bələdiyyəsinə qarşı (üçüncü şəxs X4) “cavabdeh Pirşağı Bələdiyyəsinin 05 oktyabr 2007-ci il tarixli 10 saylı qərarının X2 aid olan hissədə ləğv edilməsi” barədə iddia tələbinə dair inzibati işə məhkəmə binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq MÜƏYYƏN ЕTDİ: İddiaçılar Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası və “Pirşağı” Sanatoriya- Kurort Birliyi cavabdeh Bakı şəhəri Sabunçu rayonu Pirşağı Bələdiyyəsinə qarşı “icarə müqaviləsinin bağlanılmasına səbəb olmuş bələdiyyə qərarını əldə edə bilmədiyinə görə qərarın cavabdehdən tələb edilməsi; Pirşağı bələdiyyəsinin qeyd edilən qərarı və onun əsasında bağlanılmış icarə müqaviləsi barədə məlumatın olmadığını nəzərə alaraq iddia müddətinin buraxılmasının üzrlü hesab edilərək buraxılmış iddia müddətinin bərpa edilməsi; 1602 saylı xx.xx.2007-ci il tarixli icarə müqaviləsinin və müqavilənin bağlanılmasına əsas verən bələdiyyə qərarının ləğv edilməsi barədə qərar qəbul edilməsi” barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişlər. Məhkəmənin xx.xx.2023-cü il tarixli qərardadı ilə X4 iş üzrə inzibati məhkəmə icraatına zəruri cəlbetmə qaydasında üçüncü şəxs qismində cəlb edilmişdir. Sonradan iddiaçıların nümayəndələri iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək, iddia tələbinin “cavabdeh “Pirşağı” Bələdiyyəsinin 05 oktyabr 2007-ci il tarixli 10 saylı qərarının X2 aid olan hissədə ləğv edilməsi barədə qərar qəbul edilməsi” kimi qəbul edilməsini xahiş etmişlər. Məhkəmənin xx.xx.2024-cü il tarixli qərardadı ilə iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə icraata qəbul edilmişdir. İddiaçılar iddia tələbi onunla əsaslandırmışlar ki, “Pirşağı” Sanatoriya-Kurort Birliyi 1978-ci ildən Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının tabeçiliyində fəaliyyət göstərir. Bakı şəhəri X7 İcraiyyə Komitəsinin 3/128 saylı qərarı ilə 10 mart 1988-ci ildə uşaq sanatoriyasının tikintisi üçün 5,85 ha torpaq sahəsi ayrılmışdır. Uşaq sanatoriyasının tikintisi üçün ayrılmış torpaq sahəsinə aid 19 may 2004- cü il tarixdə Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının adına torpaqdan daimi istifadə hüququna dair 1040 saylı Dövlət aktı verilmişdir. Həmin Dövlət aktına əsasən torpağın istifadəçisi Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasıdır. Uşaq sanatoriyasının tikintisi üçün layihə-smeta sənədləri hazırlanmış,tikinti pasportu təsdiq edilmiş, lakin 1992-ci ildən “Pirşağı” Sanatoriya-Kurort Birliyində qaçqınlar məskunlaşdığına görə Birliyin fəaliyyəti dayandırılmış, uşaq sanatoriyasının tikintisi yarımçıq qalmış, yarımçıq tikilidə də məcburi köçkünlər məskunlaşmışdır. Bir neçə gün bundan əvvəl məlum oldu ki, uşaq sanatoriyasının tikintisi üçün ayrılmış 5,85 ha torpaq sahəsində naməlum şəxs tərəfindən 15 sot torpaq sahəsi zəbt edilərək tikinti işləri aparılır. Araşdırma nəticəsində məlum oldu ki, onların məlumatları və razılıqları olmadan Pirşağı bələdiyyəsi 29 dekabr 2007-ci il tarixində 300 kv.m. torpaq sahəsini “bağçılıq” məqsədilə 10 il müddətinə X2 icarəyə vermişdir. Bələdiyyənin qərarını əldə etməyə çalışsalar da buna nail ola bilməmişlər, lakin eskiz sxeminin üzərində Pirşağı bələdiyyəsinin xx.xx.2007- ci il tarixli 12 saylı qərarı ilə təsdiq edilməsi göstərilmişdir. İcarə müqaviləsinin “Xüsusi şərtlər” adlanan bölməsinin 5.2ci bəndinə görə rəsmi icazə almadan tikinti işlərinin aparılmasına yol verilməsə də həmin sahədə X4 tərəfindən tikinti işlərinə başlanılmışdır. Qeyd etmək lazımdır ki,Pirşağı Bələdiyyəsi tərəfindən müxtəlif vaxtlarda heç bir qanuni əsas olmadan torpaqdan daimi istifadə hüququna dair Dövlət aktı ilə (JN: 1040, kod ********) AHİK-in istifadəsinə verilmiş, uşaq sanatoriyasının tikintisi üçün nəzərdə tutulmuş torpaq sahəsinə aid müxtəlif şəxslərlə icarə müqavilələri bağlanılmışdır. Bu barədə iddiaçılar tərəfindən qanunamüvafıq tədbir görülmüş, icarə müqavilələrinin etibarsız hesab edilməsi, qanunsuz inşa edilmiş tikililərin sökülməsi və sahənin boşaldılması haqqında məhkəməyə müraciət olunmuş və məhkəmə tərəfindən iddialar təmin edilmişdir. Cavabdehlər tərəfindən verilmiş apellyasiya və kassasiya şikayətləri müvafiq məhkəmələr tərəfindən təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnamələri qanuni qüvvəyə minmişdir. Qaçqın və məcburi köçkünlər öz doğma yurdlarına qayıtdıqdan sonra məhkəmə qərarları icra ediləcəkdir. Aşağıda göstərilən səbəblərə görə iddiaçıların daimi və qanuni istifadəsində olan torpaq sahəsinə aid Pirşağı Bələdiyyəsi tərəfindən qərar qəbul edilməsini, icarə müqaviləsinin bağlanmasını, orada müəyyən tikililərin inşa edilməsini qanunsuz hesab edirlər. Həmin torpaq sahəsi Bakı şəhəri XDS İcraiyyə Komitəsinin 10 mart 1988- ci il tarixli qərarı ilə iddiaçının istifadəsinə verilmişdir. 19 may 2004-cü il tarixdə həmin sahəyə aid torpaqdan istifadəyə dair Dövlət aktı (JN: 1040) verilmişdir. Torpaq Məcəlləsinə əsasən torpaq sahəsi istifadəçidən ya onun razılığı ilə, ya da məhkəmə qərarı əsasında geri alına bilər. Lakin heç bir dövlət orqanı tərəfindən həmin torpaq sahəsinin iddiaçılardan geri alınması, başqa bir hüquqi və ya fiziki şəxsin mülkiyyətinə, istifadəsinə, yaxud icarəsinə verilməsinə aid müraciət olmamışdır. Heç bir qanuni səlahiyyəti olmayan Pirşağı Bələdiyyəsi tərəfindən qanunsuz qərar qəbul edilmiş və qanunsuz qəbul edilmiş qərar nəticəsində də torpaq sahəsi icarəyə verilmişdir. Bununla da iddiaçıların torpaqdan istifadə hüquqları pozulmuşdur. İddiaçı göstərilənlərə əsasən öz iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Azərbаycаn Rеspublikаsının İnzibаti Prоsеssuаl Məcəlləsinin 47-ci mаddəsinə uyğun olaraq verilmiş məhkəmə sərəncamı ilə cavabdeh Pirşağı Bələdiyyəsindən iddia ərizəsinə etirazın təqdim edilməsinin tələb edilməsinə baxmayaraq cavabdeh iddiaya etirazını təqdim etməmişdir. Аzərbаycаn Rеspublikаsının İnzibati Prosessual Məcəlləsinin 62.3-ci mаddəsinə görə iştirаkı оlmаdаn işə bахılmаsının və iş üzrə qərаr qəbul еdilməsinin mümkünlüyü bаrədə хəbərdаr еdilmiş cavabdeh və üçüncü şəxs məhkəmə bахışınа öz nümаyəndələrini göndərməmiş, bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Odur ki, məhkəmə işə cavabdeh (nümayəndəsi) və üçüncü şəxsin iştirakı olmadan baxmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının nümayəndəsi Nümayəndə3 iddia ərizəsinə uyğun izahat verərək, iddia tələbinin təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən iddiaçı Pirşağı” Sanatoriya-Kurort Birliyinin nümayəndəsi (direktoru) Nümayəndə2 iddia ərizəsinə uyğun izahat verərək, iddia tələbinin təmin edilməsini xahiş etdi. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinə əsasən: - 1.1. bu Məcəllə inzibati hüquq münasibətləri ilə bağlı mübahisələrin məhkəmə aidiyyətini, həmin mübahisələrə məhkəmədə baxılmasının və həll edilməsinin prosessual prinsiplərini və qaydalarını müəyyən edir. - 2.2. inzibati məhkəmə icraatı qaydasında aşağıdakı iddialara baxılır: 2.2.3. inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia); - 35.1. bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Göründüyü kimi qanunun tələbinə görə istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir. İddianın əsaslı hesab edilərək məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtlər - tələbin iddia müddətinə dair normalara riayət edilməklə və iddiaya cavab verməli olan inzibati orqana qarşı yönəlməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun Konstitusiyadan, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və qanun qüvvəli aktlardan irəli gəlməsidir. Həmin maddənin tələbinə əsasən inzibati məhkəmə icraatı qaydasında iddia inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində şəxsin hüquqlarının və qanunla qorunan maraqlarının güman və ehtimal edilən pozulması deyil, konkret hüquqların pozulmasının əsaslandırıldığı hallarda mümkün hesab edilir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən: -1.1. Bu Qanun inzibati aktların qəbul edilməsi, icra olunması və ya ləğv edilməsi ilə bağlı inzibati orqanlar tərəfindən həyata keçirilən fəaliyyətin hüquqi əsaslarını, prinsiplərini və prosedur qaydalarını müəyyən edir. -1.2. Bu Qanunun müddəaları inzibati orqanların fiziki və ya hüquqi şəxslərə münasibətdə faktiki xarakterli digər fəaliyyətinə (hərəkətlərinə) də şamil olunur - 20. Hər bir şəxsin onun hüquq və qanuni maraqlarına bilavasitə aid olan məsələlərlə bağlı inzibati orqana müraciət etmək, vəsatət vermək və ya inzibati orqandan məlumat əldə etmək hüququ vardır. - 28.1. İnzibati icraat fiziki və ya hüquqi şəxsin ərizəsi əsasında başlanılır. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli, 5 nömrəli qərarının 1.3-cü bəndinə əsasən, mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. 2.1. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəssinə görə yoxlamalıdır. 2.3. Məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. 4.1. İPM-in 35.1-ci maddəsinə görə, iddianın mümkün sayılması üçün iddiaçı iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində özünün hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırmalıdır. 5.1. İddianın mümkünlüyü baxımından hüququn pozulması o halda mövcud olur ki, hüquqa müdaxilə aşkar şəkildə baş verir və birmənalı nəzərə çarpır. 5.2. Bu zaman məhkəmələr müdafiə edilmək istənilən hüququn təbiətini, həmin subyektiv hüququn tanıdığı imkanları, qanunvericilikdə təsbit edilmiş onun qoruma sferası ilə bağlı hədləri nəzərə almalıdırlar. İddia ərizəsindən görünür ki, hazırki iş üzrə iddiaçıların tələbi Pirşağı Bələdiyyəsinin 05 oktyabr 2007-ci il tarixli 10 saylı qərarının X2 aid olan hissədə ləğv edilməsindən ibarətdir İş materiallarına əlavə edilmiş Bakı şəhər XDS İK-nin xx.xx.1988-ci il tarixli 3/128 №-li qərarı ilə Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasına uşaq sanatoriyasının tikintisi üçün 5,85 ha torpaq sahəsi ayrılmışdır. xx.xx.2004-cü il tarixli, J№ 1040, kod 00500066 nömrəli “Torpaqdan daimi istifadə hüququna dair” Dövlət Aktından görünür ki, Sabunçu rayonu, Pirşağı qəsəbəsində yerləşən Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasına Bakı şəhər XDS İK-nin xx.xx.1988-ci il tarixli 3/128 saylı qərarı ilə cizgidə göstərilən sərhəd daxilində 5.85 hektar torpaq sahəsi uşaq sanatoriyasının tikintisi üçün verilmişdir. Pirşağı bələdiyyəsinin “bələdiyyə mülkiyyətində olan (yaşayış və qeyri-yaşayış) torpaq sahəsinin icarəyə verilməsi haqqında” 1602 №-li, xx.xx.2007-ci il tarixli icarə müqaviləsindən görünür ki, bələdiyyənin xx.xx.2007-ci il tarixli 12 saylı ümumi iclasının qərarına əsasən sahəsi 300 kv.m təşkil edən qeyri-yaşayış sahəsi bağçılıq məqsədilə içarəçi X2 icarəyə verilmişdir. İcarə müddətinin müddəti 10 ildir. Məhkəmənin müvafiq sorğusuna əsasən Pirşağı bələdiyyəsinin xx.xx.2023-cü il tarixli 87/tx-23 nömrəli məktubdan görünür ki, X1 adına 300 kv.m torpaq sahəsi xx.xx.2022-ci il tarixinədək Pirşağı Bələdiyyəsində xx.xx.2007-ci il tarixli 1602 saylı icarə müqaviləsi ilə qeydiyyata alınmışdır. xx.xx.2022-ci il tarixində X4 öz ərizəsi və notariat qaydasında təsdiq edilmiş etibarnamə əsasında sözügedən torpaq sahəsini istifadəsinə vermişdir. Məktuba qoşma kimi əlavə edilmiş: - Pirşağı bələdiyyəsinin növbəti iclasının 5 oktyabr 2007-ci il tarixli 10 saylı protokolundan çıxarışdan görünür ki, X3 ərizəsinə əsasən “Bələdiyyə statusu haqqında” Qanunun 8-ci maddəsinə əsasən onun istifadəsində olan torpaq sahəsi müddətli icarə müqaviləsi ilə ona icarəyə verilməsi qərara alınmışdır. - Pirşağı bələdiyyəsinin “bələdiyyə mülkiyyətində olan (yaşayış və qeyri-yaşayış) torpaq sahəsinin icarəyə verilməsi haqqında” 1602 №-li, xx.xx.2007-ci il tarixli icarə müqaviləsindən görünür ki, bələdiyyənin xx.xx.2007-ci il tarixli 10 saylı ümumi iclasının qərarına əsasən Pirşağı bağ massivində yerləşən sahəsi 300 kv.m təşkil edən qeyriyaşayış sahəsi bağçılıq məqsədilə içarəçi X2 icarəyə verilmişdir. İcarə müddətinin müddəti 10 ildir. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli, 5 nömrəli qərarının 5.2-ci bəndinə əsasən iddianın mümkünlüyü baxımından hüququn pozulması o halda mövcud olur ki, hüquqa müdaxilə aşkar şəkildə baş verir və birmənalı nəzərə çarpır. Hazırda iddiaçı “Pirşağı” Sanatoriya-Kurort Birliyi cavabdeh tərəfindən onun hüquqlarının pozulması barədə məlumatı məhkəməyə təqdim etməmişdir. Belə ki, mübahisəli torpaq sahəsinin “Pirşağı” Sanatoriya-Kurort Birliyinə ayrılmasına dair heç bir sənəd məhkəməyə təqdim edilməmişdir. Həmin torpaq sahəsi Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının daimi istifadə hüququ ilə ona məxsusdur və hazırki iş üzrə onun iddia qaldırmaqda subyektiv hüququ mövcuddur. Buna görə də cavabdeh tərəfindən iddiaçı “Pirşağı” Sanatoriya-Kurort Birliyinin hüquqlarının qanunvericiliyi ilə təsbit edilmiş qorunma sferasına müdaxilə aşkar şəkildə baş vermir və birmənalı nəzərə çarpmır. Məhkəmə qeyd edir ki, subyektiv hüquq – şəxsin qanunvericiliklə təmin olunan, onun maraqlarının qorunmasına yönələn mümkün davranış qaydasıdır. Bu anlayış hüquq subyektinin hüquqi münasibətlərdə öz mülkiyyətinə, şəxsi azadlıqlarına, sərbəst fəaliyyətinə, həyatına və digər hüquqlarına sahib olması ilə bağlıdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “S.Ələkbərovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 14 oktyabr 2014-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 3 iyul 2015-ci il tarixli qərarında qeyd edilmişdir ki, mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə, ilk növbədə, iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Subyektiv mənada hüquq normativ-hüquqi aktlarla müəyyən olunmuş zahiri azadlığı ifadə edir. Şəxsiyyətin davranışının bu və ya digər üsulunu seçməklə şüurlu olaraq məqsədləri müəyyən etmək və onların istiqamətində hərəkət etmək imkanı belə azadlığın daxili cəhətidir. Bu cəhət hüquqi tənzimlənmənin əhatəsinə düşmür. Həmin azadlığın ictimai münasibətlərdə öz məqsədini ifadə etmək imkanı kimi qəbul olunan xarici cəhəti isə mühüm əhəmiyyət kəsb edir. İkinci (xarici) cəhət hüquqi ixtiyar kimi təzahürü ehtiva edir. Belə ki, subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət edilməklə yaranır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz. Beləliklə məhkəmə iddianın mümkünlük şərtlərini yoxlayaraq müəyyən etmişdir ki, cavabdeh tərəfindən iddiaçı “Pirşağı” Sanatoriya-Kurort Birliyinin subyektiv hüquqlarının pozulması iddia ərizəsində göstərilməmiş və əsaslandırılmamışdır. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddiaçılar Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası və “Pirşağı” Sanatoriya-Kurort Birliyinin cavabdeh Bakı şəhəri Sabunçu rayonu Pirşağı Bələdiyyəsinə qarşı “cavabdeh Pirşağı Bələdiyyəsinin 05 oktyabr 2007-ci il tarixli 10 saylı qərarının X2 aid olan hissədə ləğv edilməsi” barədə iddia tələbi “Pirşağı” Sanatoriya-Kurort Birliyinə münasibətdə mümkünlük şərtlərinə cavab vermir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 35.3-cü maddəsinə əsasən, iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Bu qərardad məzmun baxımından mübahisə predmetinə toxunmur və yalnız iddianın mahiyyəti üzrə qərar çıxarmaq üçün şərtin mövcud olmadığını müəyyən edir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2, 32, 35 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçılar Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası və “Pirşağı” Sanatoriya- Kurort Birliyinin cavabdeh Bakı şəhəri Sabunçu rayonu Pirşağı Bələdiyyəsinə qarşı “cavabdeh Pirşağı Bələdiyyəsinin 05 oktyabr 2007-ci il tarixli 10 saylı qərarının X2 aid olan hissədə ləğv edilməsi” barədə iddia tələbi “Pirşağı” Sanatoriya-Kurort Birliyinə münasibətdə mümkün sayılmasın. Qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində ondan Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin inzibati kollegiyasına (ünvan: ünvan 2cıbəyova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar