Məhkəmə qərarları › İş №2-1(112)-2040/2024

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-2040/2024

11.06.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-2040/2024 11.06.2024 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Sevdimalıyeva Günel Arif qızının sədrliyi, İddiaçı, Cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinin nümayəndəsi X6 Üçüncü şəxs X10 iştirakı ilə, İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “məxsusluğa dair arayışın verilməsi” haqqında iddia tələbi üzrə iş materiallarına məhkəmənin binasında (Bakı şəhəri, Nəsimi rayonu, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : I. Mübahisəli hüquqi məsələnin qısa xülasəsi

1. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Bakı şəhəri, Sabunçu rayonu Nardaran bağ massivində yerləşən “461” saylı torpaq sahəsi üzərində mülkiyyət hüququnun tanınması və həmin torpaq sahəsinə dair Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqlarının dövlət qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən Çıxarışın verilməsi vəzifəsinin Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

2. İddiaçı daha sonra iddia tələbinin dəyişdirilməsi barədə ərizə təqdim edərək edərək Bakı şəhəri, Sabunçu rayonu, Nardaran bağ massivində yerləşən 461 saylı torpaq sahəsinin mərhum X3 məxsusluğu barədə arayışın verilməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir.

3. Məhkəmənin hazırki iş üzrə xx.xx.2023-cü il tarixli Qərardadı ilə iddia tələbi “Bakı şəhəri, Sabunçu rayonu, Nardaran bağ massivində yerləşən 461 saylı torpaq sahəsinin mərhum X3 məxsusluğu barədə arayışın verilməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinin üzərinə qoyulması” kimi dəyişdirilmişdir.

4. Tələb onunla əsaslandırılmışdır ki, iddiaçının Bakı şəhəri, Sabunçu rayonu Nardaran bağ massivində yerləşən “461” saylı torpaq sahəsi üzərində hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması ilə bağlı xx.xx.2023-cü il tarixli müraciətinə “Daşınmaz Əmlakın Dövlət kadastrı və Reyestri” püblik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsində baxılmışdır. “Daşınmaz Əmlakın Dövlət kadastrı və Reyestri” püblik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən müraciətə baxılması barədə xx.xx.2023-cü il tarixli daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatına alınmasından imtina edilməsi barədə bildiriş göndərilərək aşağıdakılar qeyd edilmişdir. Müraciətlə əlaqədar olaraq bildirilmişdir ki, idarənin mütəxəssisləri tərəfindən ünvana keçirilən texniki baxış zamanı torpaq sahəsinin qonşu sahə ilə ümumi hasar daxilində olduğu müəyyən edilmişdir. Həmçinin göstərilən torpaq sahəsi bağların bölgüsünə dairsxematik xəritə və arxiv cizgisi ilə uyğunsuzluq təşkil edir. Belə ki, göstərilən sahə digər bağların ərazisinə uyğun gəlir. Qeyd olunanlarla yanaşı torpaq sahəsinin bir hissəsi digər şəxslərin adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmış sahələrlə üst-üstə düşür. Bundan başqa torpaq sahəsinin ölçüsü sənəd üzrə 1200 kv.m göstərilsə də, faktiki 1176 kv.m təşkil edir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 9.1.3-cü maddəsinə əsasən hüquqların dövlət qeydiyyatı bəyan olunan hüquqlarla qeydiyyata alınmış hüquqlar arasında ziddiyyətlərin, habelə hüquqların dövlət qeydiyyatından imtina edilməsi və ya hüquqların dövlət qeydiyyatının dayandırılması üçün digər əsasların olub-olmamasının müəyyən edilməsi yolu ilə aparılır. Yuxarıda qeyd olunanlar nəzərə alınaraq “Daşınmaz əmlak dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 15-ci maddəsinə əsasən hüquqların dövlət qeydiyyatına alınmasından imtina edilmişdir. İddiaçı qeyd edir ki, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri pubiik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli məktub ilə razılaşmır. İmtina məktubuna əsas olmuş səbəblər iddiaçıdan irəli gələn səbəblər deyildir. Ona görə də qeyd edilən torpaq sahəsinə mülkiyyət hüququ tanınmalıdır. Belə ki, iddiaçıya torpaq sahəsi ayrılarkən həmin torpaq sahəsi göstərilmiş və iddiaçı uzun illərdir Bakı şəhəri, Sabunçu rayonu Nardaran bağ massivində yerləşən "461” saylı torpaq sahəsindən istifadə edir. Bundan başqa əlavə olaraq bildirilir ki, iddiaçıya ayrılmış torpaq sahəsinin 1176 kv.m hissəsinə çıxarışın verilməsinə etiraz etmir. Bakı şəhəri, Sabunçu rayonu Nardaran bağ massivində yerləşən “461” saylı torpaq sahəsinin digər torpaq sahələri ilə üst-üstə düşməsi ilə bağlı bildirilir ki, cavabdeh nə qədər torpaq sahəsinin üst-üstə düşdüyünü və kimin torpaq sahəsi ilə uyğunluq təşkil etdiyini göstərməmişdir. Odur ki, iddiaçıya ayrılmış torpaq sahəsinə çıxarışın və texniki pasportun verilməsinə iddialıdır.

5. Cavabdeh qurumun iddiaçıya ünvanlanan xx.xx.2023-cü il tarixli məktubunda qeyd olunmuşdur ki, Bakı şəhəri, Sabunçu rayonu, Nardaran qəsəbəsində yerləşən 461 saylı bağ sahəsinin icarəyə verilməsinə dair keçmiş X5 və İstismarı Birliyi ilə X7 arasında bağlanılmış xx.xx.1989-cu il tarixli, 1955 nömrəli müqavilə İdarənin arxivində mövcuddur.

6. Cavabdeh qurumun iddiaçıya ünvanlanan xx.xx.2023-cü il tarixli məktubunda qeyd olunmuşdur ki, idarənin mütəxəssisləri tərəfindən ünvana keçirilən texniki baxış zamanı torpaq sahəsinin qonşu sahə ilə ümumi hasar daxilində olduğu müəyyən edilmişdir. Həmçinin göstərilən torpaq sahəsi bağların bölgüsünə dairsxematik xəritə və arxiv cizgisi ilə uyğunsuzluq təşkil edir. Belə ki, göstərilən sahə digər bağların ərazisinə uyğun gəlir. Qeyd olunanlarla yanaşı torpaq sahəsinin bir hissəsi digər şəxslərin adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmış sahələrlə üst-üstə düşür. Bundan başqa torpaq sahəsinin ölçüsü sənəd üzrə 1200 kv.m göstərilsə də, faktiki 1176 kv.m təşkil edir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 9.1.3-cü maddəsinə əsasən hüquqların dövlət qeydiyyatı bəyan olunan hüquqlarla qeydiyyata alınmış hüquqlar arasında ziddiyyətlərin, habelə hüquqların dövlət qeydiyyatından imtina edilməsi və ya hüquqların dövlət qeydiyyatının dayandırılması üçün digər əsasların olub-olmamasının müəyyən edilməsi yolu ilə aparılır. Yuxarıda qeyd olunanlar nəzərə alınaraq “Daşınmaz əmlak dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 15-ci maddəsinə əsasən hüquqların dövlət qeydiyyatına alınmasından imtina edilmişdir.

7. Cavabdeh tərəfindən təqdim edilmiş iddiaya yazılı etiraza əsasən bildirilmişdir ki, İddiaçının adına Bakı şəhəri, Sabunçu rayonu, Nardaran bağ massivində yerləşən “461” saylı torpaq sahəsi üzərində mülkiyyət hüququnun tanınması və dövlət reyestrindən çıxarışın verilməsi öhdəliyinin cavabdeh 1 saylı Bakı Ərazi İdarəsinin üzərinə qoyulması barədə iddiası etirazla qarşılanır. İddiaçı müvafiq tələblə bağlı xx.xx.2023-cü il tarixdə 1 saylı Bakı Ərazi İdarəsinə müraciət etmişdir. Sərəncamın icrası ilə əlaqədar aparılmış araşdırma nəticəsində məlum olmuşdur ki, təqdim edilmiş hüquqmüəyyənedici sənəd əsasında bağ sahəsi iddiaçıya deyil, X2 ayrılmışdır. Həmçinin İdarənin mütəxəssisləri tərəfindən ünvana keçirilən texniki baxış zamanı torpaq sahəsinin qonşu sahə ilə ümumi hasar daxilində olduğu müəyyən edilmişdir. Bundan başqa, göstərilən torpaq sahəsi bağların bölgüsünə dair sxematik xəritə və arxiv cizgisi ilə uyğunsuzluq təşkil edir. Belə ki, göstərilən sahə digər bağların (1260 nömrə ilə başlayan bağların) ərazisinə uyğun gəlir. Qeyd olunanlarla yanaşı torpaq sahəsinin 168 kv.m hissəsi hazırda X13 xüsusi mülkiyyətində olan **********86 reyestr nömrəli Bakı Şəhəri, Sabunçu rayonu, Nardaran qəsəbəsi, 1260 saylı bağ sahəsi ilə, cüzi hissəsi isə hazırda X9 xüsusi mülkiyyətində olan **********50-11301 reyestr nömrəli Bakı Şəhəri, Sabunçu rayonu, Nardaran qəsəbəsi, 1286a saylı bağ evi ilə üst-üstə düşür. Bundan başqa torpaq sahəsinin ölçüsü sənəd üzrə 1200 kv.m göstərilsə də, faktiki 1176 kv.m təşkil edir. Bu səbəbdən ərizənin icrası mümkün olmamışdır və bu barədə vətəndaşa **********18 saylı, xx.xx.2023-cü il tarixli cavab məktubu ünvanlanmışdır. Yerli İcra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələrinin ləğv edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin xx.xx.2007-ci il tarixli sərəncamı ilə yerli icra hakimiyyəti orqanlarının, o cümlədən Bakı şəhəri İcra Hakimiyyətinin nəzdində olan bağ təsərrüfatı idarələri ləğv edilərək, onların yalnız arxivlərinin Azərbaycan Respublikasının Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinə verilməsi qərara alınmışdır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası qanununun 8.0.7-ci maddəsinə əsasən 2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri, sərəncamlar və orderlər kollektiv bağçiliq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsaslardan hesab olunur. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 11.1-ci maddəsinə əsasən hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 68-ci maddəsinə əsasən torpaq sahələri üzərində hüquqlar torpaq sahələrinin sərhədlərinin yerdə müəyyən edilməsindən, onların planı və ölçüsünün tərtib edilməsindən, torpaq sahələrinin verilməsi barədə müqavilənin bağlanmasından və onun müəyyən olunmuş qaydada dövlət qeydiyyatından keçirilməsindən sonra yaranır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 22.2-ci maddəsinə əsasən müqavilə və ya digər əsaslara görə, daşınmaz əmlak üzərində mülkiyyət və ya digər əşya hüququnu əldə etmiş şəxs həmin hüququ təsdiq edən çıxarış almadan öldükdə onun qanun və ya vəsiyyət üzrə vərəsəsinə hüququn ölmüş şəxsə məxsus olması haqqında arayışı qeydiyyat orqanı verir. Hüquqların dövlət qeydiyyatı haqqında çıxarış həmin arayış əsasında verilmiş vərəsəlik sənədləri təqdim edən vərəsənin adına rəsmiləşdirilir. Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsi daşınmaz əmlakın dövlət reyestrində müvafiq qeydiyyatı qanunvericiliklə nəzərdə tutulmuş hüquqmüəyyənedici sənədlər əsasında aparır və “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası qanununun 23-cü maddəsinə əsasən İdarə dövlət reyestrində daşınmaz əmlaka hüquqların qeydiyyatının dəqiqliyinə cavabdehdir. Yuxarıda qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 48.2-ci maddəsini rəhbər tutaraq iddia tələbinin rədd edilməsi xahiş edilmişdir.

8. X5 və İstimarı Birliyi ilə X8 arasında bağlanmış xx.xx.1989-cu il tarixli, 1955 nömrəli Müqaviləyə əsasən Bakı şəhəri, Sabunçu rayonu, Nardaran bağ massivində yerləşən sahəsi 0,12 ha olan 461 nömrəli bağ sahəsi X4 icarəyə verilmişdir.

9. Bakı şəhəri 31 saylı notariat ofisinin xüsusi notariusu tərəfindən DƏDRX-nin ünvan ünvanlanan 24 may 2023-cü il tarixli məktubda qeyd olunmuşdur ki, xx.xx.2015-ci il tarixdə vəfat etmiş X1 (xx.xx.1946-cı il təvəllüdlü. FİN: 25MH7S4) miras qalmış Bakı şəhəri, Nardaran bağları, 461 saylı sahə ərazisində yerləşən 1200 kv.m torpaq sahəsinə və bağ evinə dair vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsi ilə bağlı vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsi ilə bağlı vərəsəsi İddiaçı ərizəsi qəbul edilmişdir və vərəsə kimi tanınmışdır.

10. Daşınmaz əmlakın texniki vəziyyətini əks etdirən xx.xx.2023-cü il tarixli müayinə (baxış) aktına əsasən torpaq sahəsinin ölçüsü hüquqmüəyyənedici sənəddə 0,12 ha qeyd olunsa da, faktiki ölçü 0,1176 ha təşkil edir. Bağ sahəsi qonşu bağ ilə bir hasar daxilində yerləşir, ara sərhəd 1 sıra mişar daşı düzülərək ayrılmışdır. Qonşu bağ sahəsinə dair sənəd təqdim olunmadı. Tikili yoxdur. Bağ sahəsinin ümumi sahəsi 2347 kv.m. təşkil edir. Bağ sahəsinin naturada yerləşməsi sxematik xəritəyə uyğun gəlmir.

11. Cavabdeh tərəfindən məhkəməyə ünvanlanan xx.xx.2024-cü il tarixli məktubda qeyd olunmuşdur ki, torpaq sahəsi qonşu sahə ilə bir hasar daxilində yerləşir. Ara sərhəd 1 (bir) sıra mişar daşı düzülərək ayrılmışdır. Hasardaxili ümumi torpaq sahəsi 2437.0 kv.m təşkil edir. 461 saylı bağ kimi göstərilən faktiki sahə isə 1260 kv.m təşkil edir. Bağ sahəsinin naturada yerləşməsi bağların bölgüsünə dair sxematik xəritəyə uyğun gəlmir. Həmçinin sözügedən ərazidə hasarlama işləri plan üzrə aparılmadığından və həmçinin bağ sahəsi koordinat sistemində verilmədiyindən, torpaq sahəsinin dəqiq koordinatlarını təyin etmək mümkün olmadı

12. Cavabdeh tərəfindən məhkəməyə ünvanlanan xx.xx.2024-cü il tarixli məktubda qeyd olunmuşdur ki, vahid elektron kadastr baza məlumatlarına əsasən qeyd olunan bağ nömrəsi sxematik xəritə ilə uyğunsuzluq təşkil edir. İddiaçıya aid təqdim olunan 1200,0 kv.m sahə hər hansı qeydiyyata alınmış sahə ilə üst-üstə düşmür. Ümumi ərazidə hasarlama bağların bölgüsünə dair sxematik xəritəyə uyğun aparılmamış və torpaq sahəsi koordinat sistemində verilməmişdir. Bu səbəblərdən müraciətdə qeyd olunan 1260 və 1286 saylı bağların hər hansı bölünəninin ərazisinə düşüb düşməməsini müəyyənləşdirmək mümkün olmamışdır.

13. Daşınmaz əmlakın texniki vəziyyətini əks etdirən xx.xx.2024-cü il tarixli müayinə (baxış) aktına əsasən torpaq sahəsinin ölçüsü hüquqmüəyyənedici sənəddə 0,12 ha qeyd olunsa da, faktiki ölçü 0,1260 ha təşkil edir (60 kv.m atrıqdır). Yerli baxış zamanı X14 ilə birlikdə sözügedən bağ sahəsinə baxış keçirilmişdir. Əliyev Fizuli bildirdi ki, ümümi hasarın daxilində 2 bağ var. Ümumi ərazinin qərb tərəfi İddiaçı aiddir, şərq tərəfin isə ona aid olduğunu bildirmişdir. Ara sərhədi 1 sıra mişar daşı düzülərək ayrılmışdır. Əliyev Fizuli bildirdi ki, həmin ona aid olan bağ sahəsinə dair heç bir hüquqmüəyyənedici sənədi yoxdur. Göstərilən torpaq sahəsinin faktiki koordinatları ərizəyə əlavə olunmuşdur. Bağ sahəsinin ümumi sahəsi 2437 kv.m təşkil edir. Bağ sahəsinin naturada yerləşməsi sxematik xəritəyə uyğun gəlmir. Bağ sahələrinin üst-üstə düşüb-düşməməsi ilə bağlı kadastr sektorunda baxılması məqsədə uyğundur.

14. Cavabdeh tərəfindən məhkəməyə ünvanlanan yazılı vəsatətdə qeyd olunmuşdur ki, inzibati iş üzrə X13 və X9 3-cü şəxs qismində cəlb edilməsi zərurəti yaranmışdır. Belə ki, torpaq sahəsinin 168 kv.m hissəsi X13 xüsusi mülkiyyətində olan **********86 reyestr nömrəli Bakı şəhəri, Sabunçu rayonu, Nardaran qəsəbəsi, 1260 saylı bağ sahəsi ilə, cüzi hissəsi isə hazırda X9 xüsusi mülkiyyətində olan **********50-11301 reyestr nömrəli Bakı şəhəri, Sabunçu rayonu, Nardaran qəsəbəsi, 1286a saylı bağ evi ilə üst-üstə düşür.

15. Məhkəmənin hazırki iş üzrə xx.xx.2024-cü il tarixli Qərardadı ilə vəsatət təmin edilmişdir. X20 və X12 inzibati məhkəmə icraatına zəruri cəlbetmə qaydasında üçüncü şəxs qismində cəlb edilmişdir.

16. Bakı şəhəri, Sabunçu rayonu, Nardaran qəsəbəsi, Xaşa-Xuna bağ sahəsi, 1286a ünvanında yerləşən bağ sahəsinə dair X9 adına texniki pasport tərtib olunmuşdur.

17. Məhkəmənin hazırki iş üzrə xx.xx.2024-cü il tarixli X14 inzibati məhkəmə icraatına adi cəlbetmə qaydasında üçüncü şəxs qismində cəlb edilmişdir.

18. Bakı İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2-1(112)-4776/2023 nömrəli Qərarı ilə iddiaçı X10 cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “torpaq sahəsinə dair mülkiyyət hüququnun tanınması və daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsi” iddiası təmin olunmamışdır.

19. Şifahi məhkəmə dinləmələri zamanı (məhkəmə baxış iclasında) iştirak edən iddiaçı iddia tələbinin məzmununa uyğun izahat verməklə iddia tələbinin təmin olunmasını xahiş etdi.

20. Şifahi məhkəmə dinləmələri zamanı (məhkəmə baxış iclasında) iştirak edən cavabdehin nümayəndəsi iddia tələbinə etiraz edərək məhkəməyə təqdim edilən yazılı etirazın məzmununa uyğun izahat verdi.

II. İddianın növü və mümkünlüyü

21. İddianın növü öhdəliyin icrasına dair iddiadır.

22. İddia mümkündür. III.Məhkəmənin mövqeyi

23. X15 Presedent hüququna əsasən, məhkəmə tərəfindən dəfələrlə qeyd edilmişdir ki, “mülkiyyət” ifadəsi qanunvericinin verdiyi anlayışla məhdudlaşmır, avtonom anlayışa malikdir.

24. “Əmlak”a “mövcud əmlak” və ya aktiv, o cümlədən ərizəçinin əmlak hüquqlarından istifadəni təmin etmək üçün ən azı “qanuni gözləntisi” olan iddialar ola bilər. Səmərəli şəkildə icrası mümkün olmayan əmlakı tanıtmağa ümid, eləcə də şərtin icra edilməməsi nəticəsində uzanan şərti iddia 1 saylı Protokolun 1-ci maddəsi baxımından “əmlak” hesab edilə bilməz (Lixtenşteyn kralı Hans-Adam İİ Almaniyaya qarşı; Gratzinger and Gratzingerova Çexiyaya qarşı).

25. “Mülkiyyət” anlayışı “mövcud mülkiyyətlə” məhdudlaşmır və tələblər də daxil olmaqla, ərizəçinin ən azından mülkiyyət hüququndan səmərəli şəkildə istifadənin əldə olunmasına ağlabatan və “qanuni gözləntisi” olan əmlakı da əhatə edə bilər. “Gözlənti” mübahisə obyekti olan mülki maraqla bağlı hüquqi müddəaya və ya hüquqi akta əsaslandığı halda “qanunidir” (Saghinadze və başqaları Gürcüstana qarşı 27.5.2010 tarixli qərar [İİ Bölmə] ərizə № 18768/05).

26. X22 Konvensiyasının 1 saylı Protokolun 1-ci maddəsi üç fərqli qayda nəzərdə tutur: birinci qayda, birinci bəndin birinci cümləsində nəzərdə tutulmuşdur, ümumi xarakterə malikdir və mülkiyyətdən maneəsiz şəkildə istifadə prinsipini müəyyən edir; ikinci qayda, birinci bəndin ikinci cümləsində nəzərdə tutulmuşdur, mülkiyyətdən məhrum etməni və onun şərtlərini əhatə edir; üçüncü qayda, ikinci bənddə nəzərdə tutulmuşdur, Dövlətlərin, digər məsələlərlə yanaşı, mülkiyyətdən ictimai marağa uyğun şəkildə istifadə olunmasına nəzarət etmək hüququnu tanıyır. Bu qaydalar bir-birilə əlaqəlidir: ikinci və üçüncü qaydalar mülkiyyətdən maneəsiz istifadə hüququna müdaxilənin konkret nümunələri ilə bağlıdırlar və birinci qaydada nəzərdə tutulan prinsip əsasında təhlil edilməlidirlər.

27. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası qanunun 11.1-ci maddəsinə əsasən hüquqların dövlət qeydiyyatı üçün təqdim edilən sənədlərə tələblər üzrə hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır.

28. “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsi daşınmaz əmlakın dövlət reyestrində müvafiq qeydiyyatı qanunvericiliklə nəzərdə tutulmuş hüquqmüəyyənedici sənədlər əsasında aparır və “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası qanununun 23-cü maddəsinə əsasən idarə dövlət reyestrində daşınmaz əmlaka hüquqların qeydiyyatının dəqiqliyinə cavabdehdir.

29. Daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsaslar Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 139-1-ci maddəsində və “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunun 8-ci maddəsinə əsasən müəyyən edilir.

30. Mülki Məcəllənin 139-1-ci maddəsinə əsasən: 139-1.1. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 139-1.1.7. 2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri, sərəncamlar və orderlər, kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış;

31. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının qanunundan: 8.0. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 8.0.7. 2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri, sərəncamlar və orderlər kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış;

32. İddiaçı mülkiyyət hüquqlarının qeydiyyatı üçün əsas olaraq X5 və İstimarı Birliyi ilə X8 arasında bağlanmış xx.xx.1989-cu il tarixli, 1955 nömrəli Müqaviləni məhkəməyə təqdim etmişdir.

33. Məhkəmə torpaq sahəsinə dair ortofoto çıxarışını və X5 və İstimarı Birliyi tərəfindən tərtib edilmiş sxematix xəritəni araşdıraraq müəyyən edir ki, iddiaçının hazırda faktiki istifadəsində olan (mülkiyyət hüquqlarının qeydiyyata alınmasını tələb etdiyi) torpaq sahəsi ilə X5 və İstimarı Birliyi tərəfindən iddiaçının mərhum əri X4 ayrılmış torpaq sahələri tamamilə fərqli ərazilərdə yerləşirlər. - X5 və İstimarı Birliyi tərəfindən tərtib edilmiş sxematix xəritəyə əsasən X4 ayrılmış 461 nömrəli bağ sahəsi 442, 443, 444, 445, 446, 448, 450, 460 nömrəli bağ sahələri ilə qonşuluqda yerləşir. İddiaçının iddia etdiyi torpaq sahəsinə dair ortofoto çıxarışından isə görünür ki, 461 nömrəli bağ sahəsi kimi iddia edilən torpaq sahəsinin faktiki qonşuluğunda 1260 nömrəli (X13 xüsusi mülkiyyətində) və 1286a nömrəli (X9 xüsusi mülkiyyətində) bağ sahələri yerləşir. - X5 və İstimarı Birliyi tərəfindən tərtib edilmiş sxematik xəritədəki yerləşmə mövqeyinə əsasən X4 ayrılmış 461 nömrəli bağ sahəsi hər tərəfdən digər bağ sahələri ilə əhatə olunmuşdur. İddia olunan torpaq sahəsinin faktiki vəziyyətini əks etdirən ortofoto çıxarışdakı yerləşmə mövqeyinə əsasən 461 nömrəli bağ sahəsi bir tərəfdən yol, üç tərəfdən qonşu bağ sahələri ilə əhatə olunmuşdur. - Daşınmaz əmlakın texniki vəziyyətini əks etdirən xx.xx.2024-cü il tarixli müayinə (baxış) aktına əsasən ümümi hasarın daxilində 2 bağ var. Bağ sahəsinin ümumi sahəsi 2437 kv.m təşkil edir. Ümumi ərazinin qərb tərəfi İddiaçı aiddir, şərq tərəfin isə X11 aid olduğu bildirilmişdir. Ara sərhədi 1 sıra mişar daşı düzülərək ayrılmışdır.

34. Odur ki, məhkəmə qeyd edir ki, X5 və İstimarı Birliyi ilə X8 arasında bağlanmış xx.xx.1989-cu il tarixli, 1955 nömrəli Müqaviləyə əlavə edilmiş sxematik xəritə və iddia olunan torpaq sahəsinin faktiki vəziyyətini əks etdirən ortofoto arasında əhəmiyyətli uyğunsuzluq olduğundan həmin uyğunsuqluq inventarlaşdırlma işlərinin aparılması qaydasında aradan qaldırıla bilməz. Odur ki, bağlar təsərrüfatı tərəfindən iddiaçının mərhum qohumuna icarəyə verilmiş torpaq sahəsi ilə hazırda qeydiyyatı tələb edilən torpaq sahəsi arasında eyniliyi müəyyən etmək mümkün deyil və bu hal iddiaçı tərəfindən mübahisələndirilməmişdir.

35. Odur ki, məhkəmə hesab edir ki, cavabdehin imtinası (hərəkətləri) qanuna zidd deyil və iddiaçının hüquqlarının pozulmasına səbəb olan hal kimi qiymətləndirilmir.

36. Göstərilənlərə əsasən və İPM-in 2.2, 4.1, 23.1, 58.7, 69, 75, 78 – 79, 81, 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə

QƏRARAALDİ:

İddia təmin edilməsin. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər.

Hakim Günel Sevdimalıyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar