Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-2042/2023 24.01.2023 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Abıyev Nəriman İbrahim oğlunun sədrliyi, İddiaçı, cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının nümayəndəsi X1 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı “pensiyanın yenidən hesablanması” haqqında iddia tələbi üzrə işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi, 56) şifahi, açıq məhkəmə baxışı iclasında baxaraq, müəyyən etdi: Mübahisəli hüququn qısa xülasəsi: İddiaçı Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına (bundan sonra mətndə AR ƏƏSMN tabeliyində DSMF Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialı) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ona ödənilən əmək pensiyasının xx.xx.N2-ci il tarixindən xx.xx.N6-cı il tarixədək dövrləri ikiqat hesablanmaqla, əmək pensiyasına çıxdığı tarixdən ödənilməmiş hissəsi daxil olmaqla yenidən hesablanaraq ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, İddiaçı ünvan 1 ünvanında qeydiyyatdadır və ailəsi ilə birlikdə həmin ünvanda yaşayır. O, xx.xx.1973-cü il tarixindən xx.xx.1975-ci il tarixinədək Sovet Ordu sıralarında müddətli həqiqi hərbi xidmət keçmişdir. xx.xx.N2-ci il tarixindən xx.xx.N6-cı il tarixinədək N nömrəli hərbi hissədə hərbi xidmət etmişdir. Bundan sonra xx.xx.N6-cı il tarixindən xx.xx.N7-ci il tarixədək Bakı Ali Hərbi Dənizçilik məktəbində həqiqi hərbi xidmət keçmişdir və Azərbaycan Respublikası MN-nin xx.xx.N7-ci il tarixli əmri ilə “Hərbi Xidmət Haqqında” Azərbaycan Respublikasının Qanununa müvafiq olaraq 18-ci maddəsinin “A” bəndinə əsasən ehtiyyata buraxılmışdır. Ona xx.xx.2021-ci il tarixindən avtomatlaşdırılmış qaydada 561.29 manat məbləğində yaşa görə əmək pensiyası təyin edilmişdir. O, pensiyanın düzgün hesablanmadığını bildirərək pensiyanın yenidən hesablanması üçün Sosial Müdafiə Fonduna təkrar müraciət etmişdir. Bundan sonra onun pensiyasının məbləği xx.xx.2021-ci il tarixində artırılaraq 658.97 manat təşkil etmişdir. Sonradan əmək pensiyasının sığorta hissəsi ildə bir dəfə ölkə üzrə orta aylıq nominal əmək haqqının illik artım tempinə uyğun olaraq indeksləşdirilməsi ilə əlaqədar əmək pensiyasının məbləği xx.xx.2022-ci il tarixindən 681.36 manata çatdırılmışdır. Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış Üzrə Dövlət Xidmətinin Bakı Şəhər Sabunçu Rayon İdarəsindən xidmət göstərdiyi yerlər və tarixləri barədə arayış alaraq Sosial Müdafiə Fonduna təqdim etməklə müraciət edərək xx.xx.N2-ci il tarixindən xx.xx.N6-cı il tarixinədək N nömrəli hərbi hissədə hərbi xidmət etdiyi dövr üçün əmək pensiyasının (güzəştli şərtlərlə) ikiqat hesablanaraq ona ödənilməsini xahiş etmişdir. DSMF Sosial Ödənişlərin Təyinat üzrə Mərkəz Filialı ona cavab olaraq bildirmişdir ki, xx.xx.N2-ci il tarixindən xx.xx.N6-cı il tarixinədək N nömrəli hərbi hissədə hərbi xidmət etdiyi dövrdə o döyüşən ordunun tərkibində xidmət göstərməmişdir. Onun həmin dövrlərdə bir neçə hərbiçi yoldaşı, yəni N saylı hərbi hissənin bir neçə hərbi qulluqçusu 1-ci Qarabağ döyüşləri zamanı şəhid olmuş və yaralanmışdır. Həmin zaman 1-ci Qarabağ müharibəsində xidmət göstərdiyi hərbi hissə hava hücumları ilə düşmənə ağır itkilər vermişdir. “X3” Qanunun 24.0.1-ci maddəsinə əsasən onun xx.xx.N2-ci il tarixindən xx.xx.N6-cı il tarixinədək N saylı Hərbi Hissədə xidmət etdiyi dövlər ikiqat ölçüdə hesablanmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəməyə daxil olduqdan sonra iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surəti cavabdeh inzibati orqana təqdim edilmiş və cavabdehdən iddia ilə bağlı yazılı münasibət (etiraz) bildirilməsi tələb olunmuşdur. Cavabdeh AR ƏƏSMN tabeliyində DSMF Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialı tərəfindən verilmiş təqdim olunmuş iddiaya dair yazılı etirazda göstərilmişdir ki, İddiaçı 16 may 2022-ci il tarixli ərizəsi ilə cavabdeh orqana müraciət edərək, ona təyin edilmiş əmək pensiyasını təqdim etdiyi sənədlər əsasında yenidən hesablanmasını və ARSHXÇDX-in arayışına əsasən “X3” Qanunun 24.0.1-ci maddəsinə əsasən xx.xx.N2-ci il tarixindən xx.xx.N6-cı il tarixinədək N nömrəli hərbi hissədə həqiqi hərbi xidmət keçdiyi dövrü 2 qat ölçüdə nəzərə alınmasını xahiş etmişdir. Cavabdeh orqan tərəfindən vətəndaşın müraciətrinə ünvanlanmış 03 iyun 2022-ci il tarixli **********3 nömrəli məktuba müvafiq olaraq İddiaçı təqdim etdiyi Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Sabunçu rayon şöbəsinin arayışına əsasən xx.xx.N2-ci il tarixindən xx.xx.N7-ci il tarixinədək iddiaçının həqiqi hərbi xidmətdə olduğu dövr sığorta stajına güzəştli şərtlərlə (ikiqat ölçüdə) daxil edilməsi qanunvericiliklə mümkün hesab edilməmişdir. İddiaçı cavabdeh orqanın təqdim etdiyi cavab məktubu ilə razılaşmayaraq əmək pensiyanın yenidən hesablanması tələbi ilə Bakı İnzibati Məhkəməsinə müraciət etmişdir. Cavabdehin imtinası qanunidir və iddiaçının iddia tələbi aşağıda qeyd olunan əsaslara görə təmin edilməməlidir.“X3” Azərbaycan Respublikası Qanununun 22-1-ci maddəsinə əsasən 2019cu il yanvarın 1-dən etibarən sığortaolunanın əmək pensiyası avtomatlaşdırılmış qaydada təyin edilərkən, onun fərdi hesabının sığorta hissəsində 2018-ci ilin 1 iyul tarixinə qeydə alınmış pensiya kapitalı olduqda, 2006-cı il yanvarın 1-dək olan sığorta stajı Qanunun 22- 1.2-ci maddəsinə uyğun olaraq hesablanır. Belə ki, 2019-2022-ci illərdə Qanunun 7-ci maddəsi ilə müəyyən edilmiş yaş həddinə çatmış sığortaolunana yaşa görə əmək pensiyası təyin edilərkən onun 2006-cı il yanvarın 1-dək olan sığorta stajı 25 il, 2023-cü ildən etibarən isə hər təqvim ili üçün bir il azaldılmaqla hesablanır. Qeyd olunan maddələrin tələblərinə uyğun olaraq İddiaçı xx.xx.2021-ci il tarixindən avtomatlaşdırılmış qaydada 561.29 manat məbləğində yaşa görə əmək pensiyası təyin edilmişdir. Qanunun 22-1.3-cü maddəsinə əsasən əmək pensiyası hüququ olan şəxslərin 2006-cı il yanvarın 1dək faktiki sığorta stajı bu Qanunun 22-1.2.1-22-1.2.3-cü maddələrində göstərilən sığorta stajından çox olduqda onların arzusuna əsasən pensiya təyin edilərkən faktiki sığorta stajı nəzərə alınır. İddiaçının təqdim etdiyi sənədlərin surətlərinə əsasən əmək fəaliyyəti dövrlərinin (xx.xx.1973-cü il tarixindən xx.xx.1975-ci il tarixinədək, xx.xx.N2-ci il tarixindən xx.xx.N7-ci il tarixinədək hərbi xidmət dövrü nəzərə alınmaqla) xx.xx.2006-cı il tarixinədək 31 il 5 ay 28 gün sığorta stajı və xx.xx.2006-cı il tarixindən xx.xx.2020-ci il tarixindək fərdi hesabın sığorta hissəsində geydə alınmış 70959.98 manat pensiya kapitalı əsasında iddiaçının əmək pensiyası yenidən hesablanmış və pensiya məbləği xx.xx.2021-ci il tarixindən 658.97 manat müəyyən edilmişdir.Həmin Qanunun 29.1 -ci maddəsinə əsasən əmək pensiyasının sığorta hissəsi ildə bir dəfə ölkə üzrə orta aylıq nominal əmək haqqının illik artım tempinə uyğun olaraq indeksləşdirilməsi ilə əlaqədar əmək pensiyanızın məbləği xx.xx.2022-ci il tarixindən 681.36 manata çatdırılmışdır. Sözügedən Qanunun 24.0.1-ci maddəsinə əsasən döyüş əməliyyatları dövründə döyüşən ordunun tərkibində xidmət və muzdla iş dövrü, eləcə də Azərbaycan Respublikası Müdafiə Nazirliyindən qeydiyyatdan keçmiş özünümüdafiə dəstələrində və birləşmələrində olduğu müddət əmək pensiyası hüququ verən sığorta stajına ikiqat ölçüdə güzəştli şərtlərlə daxil edilir. İddiaçı təgdim etdiyi Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Sabunçu rayon şöbəsinin arayışına əsasən xx.xx.N2-ci il tarixindən xx.xx.N7-ci il tarixinədək həqiqi hərbi xidmətdə olduğu dövr sığorta stajına güzəştli şərtlərlə (ikiqat ölçüdə) daxil edilməsi ganunvericiliklə mümkün hesab edilmir. İddiaçı məhkəmə iclasında iddianı müdafiə edərək, məhkəmədən iddia tələbinin təmin olunmasını xahiş etdi. Cavabdeh DSMF Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının nümayəndəsi X2 etiraza uyğun izahat verərək iddia tələbinin təmin olunmamasını xahiş etdi. İddianın növü və mümkünlüyü “İnzibati İcraat Haqqında” Azərbaycan Respublikası Qanununun 1.2-ci maddəsinə əsasən, bu Qanunun müddəaları inzibati orqanların fiziki və ya hüquqi şəxslərə münasibətdə faktiki xarakterli digər fəaliyyətinə (hərəkətlərinə) də şamil olunur. Həmin Qanununun 2.0.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları, onların yerli (struktur) və digər qurumları, bələdiyyələr, habelə qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hər hansı fiziki və ya hüquqi şəxs inzibati orqan hesab olunur. İPM-nin 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia ümumi mümkünlük şərtləri (iddianın lazımı qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.) ilə yanaşı, xüsusi mümkünlük şərtlərinə də cavab verməlidir. Bu növ iddia üçün xüsusi mümkünlük şərtlərinə - iddia qaldırmaq səlahiyyətinə (İPM-in 35-ci maddəsi) əməl olunmalıdır. İddia qaldırmaq səlahiyyəti onu nəzərdə tutur ki, iddiaçı iddia ərizəsində inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan hərəkətlər nəticəsində subyektiv hüquqlarının pozulduğunu irəli sürür. “X3” Azərbaycan Respublikası Qanunun 3.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının vətəndaşları bu Qanunda göstərilən hallarda əmək pensiyası təminatı hüququna malikdirlər. Həmin Qanunun 3.2-ci bəndinə əsasən Azərbaycan Respublikası ərazisində daimi yaşayan əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin bu Qanunla nəzərdə tutulmuş şərtlərlə Azərbaycan Respublikasının vətəndaşları ilə bərabər əsaslarla əmək pensiyası təminatı hüququ vardır. xx.xx.1956-cı il təvəllüdlü İddiaçı konstitsion hüquqlarından istifadə edərək hazırki tələb üzrə məhkəmədə iddia qaldırmaq üçün mülki hüquq normalarına uyğun olaraq tam fəaliyyət qabiliyyətlidir. Məhkəmə hesab edir ki, onun hazırki iddianı qaldırmağa subyektiv hüququ vardır. İddianın növü öhdəliyin icrasına dair iddiadır. İddia mümkündür. İşin halları Məhkəmə işin materiallarını araşdıraraq, iddiaçının və cavabdehin nümayəndəsinin izahatlarını dinləyərək, hesab edir ki, iddia təmin edilməlidir. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır. İş materiallarında olan: İddiaçıya məxsus AZE seriyalı 0******* №-li şəxsiyyət vəsiqəsinin surətindən müəyyən olunur ki, xx.xx.1956-cı ildə Bakı şəhərində doğulmuş İddiaçı ünvan 2 ünvanında qeydiyyatdadır. Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Bakı şəhəri Sabunçu Rayon İdarəsi tərəfindən verilmiş 241 №-li, xx.xx.2022-ci il tarixli arayışda qeyd olunmuşdur ki, 1956-cı il təvəllüdlü istefada olan kapitan İddiaçı xx.xx.1973-cü il tarixdən xx.xx.1975-ci il tarixədək Sovet Ordu sıralarında müddətli həqiqi hərbi xidmət, 27.08 N2-ci il tarixdən 03 04.N6-cı il tarixədək N nömrəli hərbi hissədə, xx.xx.N6-cı il tarixdən xx.xx.N7-ci il tarixədək Bakı Ali Hərbi Dənizçilik Məktəbində həqiqi hərbi xidmət keçmiş və Azərbaycan Respublikası MN-nin xx.xx.N7-ci il tarixli əmri ilə “Hərbi Xidmət Haqqında” Azərbaycan Respublikasının Qanununa müvafiq olaraq 18-ci maddəsinin “A” bəndinə əsasən (xidmət müddəti başa çatdığına görə) ehtiyata buraxılmışdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 noyabr N2-ci il tarixli 631 nömrəli qərarına və Azərbaycan Respublikası Müdafiə Nazirinin 02 iyun N3-cü il tarixli 191 nömrəli əmrinə əsasən xx.xx.N2-ci il tarixdən 11 04.N6-cı il tarixədək hərbi xidmət dövrü pensiya təminatı zamanı güzəştlə 1 (bir) ay xidmət müddəti 2 (iki) ay hərbi xidməti kimi sayılır. Məhkəmənin müvafiq sorğularına cavab olaraq verilmiş: - AR ƏƏSMN tabeliyində DSMF Arxiv və Sosial Ödəniş İşlərinin İnventarlaşdırılması üzrə Mərkəzi Filialının **********4 №-li 27 sentyabr 2022-ci il tarixli məktubu ilə məhkəməyə təqdim olunmuş İddiaçı aid 819103 №-li pensiya işinin materiallarından çıxarılmış DSMF-nin Sosial Ödəmnişlərin Təyinatı üzrə Mərkəzi Filialı əmək Pensiyasının yenidən hesablanması haqqında **********8 №-li xx.xx.2022-ci il və **********0 №-li, xx.xx.2022-ci il tarixli qərarların surətindən müəyyən olunur ki, İddiaçı xx.xx.2021-ci il tarixdən yaşa görə 681 manat 36 qəpik pensiya hesablanmışdır. xx.xx.2022-ci il və xx.xx.2022-ci il tarixlərdə yenidən hesablanmış pensiya məbləği 681 manat 36 qəpik müəyyən edilmişdir. - Azərbaycan Respublikası Müdafiə Nazirliyinin 4/2-7950 №-li xx.xx.2022-ci il tarixli cavab məktubunda İddiaçı barədə N №-li hərbi hissə komandirinin N iyul N2-ci il tarixli 41 №-li, 03 sentyabr N2-ci il tarixli 53 №-li, 22 yanvar N3-cü il tarixli 14 №-li, 16 mart N3-cü il tarixli 58 №-li, 25 iyun N3-cü il tarixli 142 №-li, 09 iyul N3-cü il tarixli 154 №-li, 17 iyul N3cü il tarixli 162 №-li, 29 iyul N3-cü il tarixli 174 №-li, 30 sentyabr N3-cü il tarixli 233 №-li, 09 mart N4-cü il tarixli 60 №-li, 07 iyun N4-cü il tarixli 137 №-li və 09 aprel N6-cı il tarixli 70 №-li əmrlərindən arxiv çıxarışlarının göndərildiyi, N №-li hərbi hissədən Müdafiə nazirinin Katibliyi Mərkəzi Arxivə daxil olmuş Azərbaycan Respublikası Silahlı Qüvvələrinin yarandığı gündən döyüş əməliyyatlarında iştirak edən hərbi hissələrin siyahısı qovluğunda N №-li hərbi hissənin döyüş əməliyyatlarında iştirakı barədə məlumat aşkar olunmadığı, Bakı Ali Hərbi Dənizçilik Məktəbinin sənədlərinin Müdafiə nazirinin Katibliyi Mərkəzi Arxivə daxil olmadığı qeyd olunmuşdur. - Azərbaycan Respublikası Müdafiə Nazirliyinin 11/5053 №-li xx.xx.2022-ci il tarixli məktubu ilə məhkəməyə təqdim olunmuş Müdafiə Nazirliyinin Şəxsi Heyət Baş İdarəsinin 1\15670 №-li, xx.xx.2022-ci il tarixli məktubunda Müdafiə Nazirliyinin Şəxsi Heyət Baş İdarəsində aparılan uçot sənədlərinə əsasən ehtiyatda olan kapitan İddiaçı xx.xx.N2-ci il tarixdən xx.xx.N6-cı il tarixədək N nömrəli hərbi hissədə, xx.xx.N6-cı il tarixdən xx.xx.N7-ci il tarixədək Bakı Ali Hərbi Dənizçilik məktəbində həqiqi hərbi xidmət keçdiyi və Azərbaycan Respublikası Müdafiə nazirinin xx.xx.N7-ci il tarixli müvafiq əmrinə əsasən xidmət müddəti başa çatdığına görə Azərbaycan Ordusunda həqiqi hərbi xidmətdən ehtiyata buraxlıldığı və sənədlərinin Sabunçu rayon hərbi komissarlığına göndərildiyi qeyd olunmuşdur. İddiaçının hazırkı tələblə bağlı cavabdeh orqana etdiyi müraciətə cavab olaraq DSMF Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialı tərəfindən verilmiş **********3 №li 3 iyun 2022-ci tarixli imtina məktubunda göstərilmişdir ki, “X3” Azərbaycan Respublikası Qanununun 22-1-ci maddəsinə əsasən 2019-cu il yanvarın 1-dən etibarən sığortaolunanın əmək pensiyası avtomatlaşdırılmış qaydada təyin edilərkən, onun fərdi hesabının sığorta hissəsində 2018-ci ilin 1 iyul tarixində qeydə alınmış tarixinə qeydə alınmış pensiya kapitalı olduqda, 2006-cı il yanvarın 1-dək olan sığorta stajı Qanunun 22-1.2-ci maddəsinə uyğun olaraq hesablanır. Belə ki, 2019-2022-ci illərdə Qanunun 7-ci maddəsi ilə müəyyən edilmiş yaş həddinə çatmış sığortaolunana yaşa görə əmək pensiyası təyin edilərkən onun 2006-cı il yanvarın 1-dək olan sığorta stajı 25 il, 2023-cü ildən etibarən isə hər təqvim ili üçün bir il azaldılmaqla hesablanır. Qeyd olunan maddələrin tələblərinə uyğun olaraq sizə xx.xx.2021 -ci il tarixindən avtomatlaşdırılmış qaydada 561.29 manat məbləğində yaşa görə əmək pensiyası təyin edilmişdir. Qanunun 22-1.3-cü maddəsinə əsasən əmək pensiyası hüququ olan şəxslərin 2006-cı il yanvarın 1-dək faktiki sığorta stajı bu Qanunun 22-1.2.1-22-1.2 3-cü maddələrində göstərilən sığorta stajından çox olduqda onların arzusuna əsasən pensiya təyin edilərkən faktiki sığorta stajı nəzərə alınır. Təqdim etdiyi sənədlərin surətlərinə əsasən əmək fəaliyyəti dövrləri (xx.xx.1973-cü il tarixindən xx.xx.1975-ci il tarixinədək, xx.xx.N2-ci il tarixindən xx.xx.N7-ci il tarixinədək hərbi xidmət dövrü nəzərə alınmaqla) xx.xx.2006-cı il tarixinədək 31 il 5 ay 28 gün sığorta stajı və xx.xx.2006-cı il tarixindən 31,12.2020-ci il tarixindək fərdi hesabınının sığorta hissəsində qeydə alınmış 70959.98 manat pensiya kapitalı əsasında əmək pensiyası yenidən hesablanmış və pensiyanın məbləği xx.xx.2021-ci il tarixindən 658.97 manat müəyyn edilmişdir. Həmin Qanunun 29.1-ci maddəsinə əsasən əmək pensiyasının sığorta hissəsi ildə bir dəfə ölkə üzrə orta aylıq nominal əmək haqqının illik artım tempinə uyğun olaraq indeksləşdirilməsi ilə əlaqədar əmək pensiyasının məbləği xx.xx.2022-ci il tarixindən 681.36 manata çatdırılmışdır. Sözügedən Qanunun 24.0.1-ci maddəsinə əsasən döyüş əməliyyatları dövründə döyüşən ordunun tərkibində xidmət və muzdla iş dövrü, eləcə də Azərbaycan Respublikası Müdafiə Nazirliyindən qeydiyyatdan keçmiş özünümüdafiə dəstələrində və birləşmələrində olduğu müddət əmək pensiyası hüququ verən sığorta stajına ikiqat ölçüdə güzəştli şərtlərlə daxil edilir. Təqdim etdiyi Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Sabunçu rayon şöbəsinin arayışına əsasən xx.xx.N2-ci il tarixindən xx.xx.N7-ci il tarixinədək həqiqi hərbi xidmətdə olduğu dövr sığorta stajına güzəştli şərtlərlə (ikiqat ölçüdə) daxil edilməsi qanunvericiliklə mümkün hesab edilmir. Məhkəmənin mövqeyi Məhkəmə iddiaçının iddia tələbini aşağıda göstərilənlərə görə əsassız hesab edir. Azərbaycan Respublikası Konstitusiyasının 38-ci maddəsinin İ hissəsində göstərilmişdir ki, hər kəsin sosial təminat hüququ vardır. Həmin maddənin İİİ hissəsində göstərilmişdir ki, hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 30 iyun tarixli Fərmanı ilə təsdiq edilmiş Dövlət Sosial Müdafiə Fondunun Nizamnaməsinin 3.1.17-ci maddəsinə əsasən, əmək pensiyalarının təyin edilməsini, yenidən hesablanmasını, növünün dəyişdirilməsini və ödənilməsini, sosial müavinətlərin, ünvanlı dövlət sosial yardımın təyin edilməsini, yenidən hesablanmasını və ödənilməsini, həmçinin təqaüdlərin, kompensasiyaların, habelə Azərbaycan Respublikasının qanunları, Azərbaycan Respublikası Prezidentinin və Azərbaycan Respublikası Nazirlər Kabinetinin aktları ilə nəzərdə tutulmuş digər ödənişlərin təyin edilməsi və ödənilməsini təmin etmək Fondun vəzifələrinə aid edilmişdir. Şərh olunan qanunvericiliyin və normativ hüquqi aktların normalarından görünür ki, əmək pensiyasının təyin edilməsi, yenidən hesablanması və ya bir növdən digər növə keçirilməsi ilə bağlı məsələlərə baxılması Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun vəzifələrinə aid edilmişdir. İnzibati orqan vətəndaşa pensiya təyin edərkən, pensiya hüququnun hansı tarixdən yaranmasını, onun sığorta stajlarının tamamlanıb-tamamlanmasını, həmçinin, pensiyanın hansı sığorta illərini əhatə edib-etməməsini araşdırılmalı, o cümlədən, pensiyanın növünü müəyyət etməlidir. “X3” Azərbaycan Respublikasının Qanununun: - 1.0.1-ci maddəsinə əsasən əmək pensiyası- bu Qanunla nəzərdə tutulmuş qayda və şərtlərlə müəyyən edilən və məcburi dövlət sosial sığortaolunanların (bundan sonra – sığortaolunan) onlara əmək pensiyası təyin olunduqdan əvvəl aldıqları əmək haqqı və digər gəlirlərin, yaxud sığortaolunanların ölümü ilə əlaqədar onların ailə üzvlərinin itirdikləri gəlirlərin kompensasiyası məqsədilə vətəndaşlara aylıq pul ödənişidir. - 21.1-ci maddəsinə əsasən, qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin, hərbi qulluqçuların, eləcə də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxslərin iş, hərbi xidmət və ya digər fəaliyyət müddətləri sığorta stajına daxil edilir. - 22-1.1-ci maddəsinə əsasən, 2019-cu il yanvarın 1-dən etibarən sığortaolunanın əmək pensiyası avtomatlaşdırılmış qaydada təyin edilərkən, onun fərdi hesabının sığorta hissəsində 2018-ci ilin 1 iyul tarixinə qeydə alınmış pensiya kapitalı olduqda, 2006-cı il yanvarın 1-dək olan sığorta stajı bu Qanunun 22-1.2-ci maddəsinə uyğun olaraq hesablanır. - 22-1.2.1-ci maddəsinə əsasən, 2019-2020-ci illərdə bu Qanunun 7-ci maddəsi ilə müəyyən edilmiş yaş həddinə çatmış sığortaolunana yaşa görə əmək pensiyası təyin edilərkən onun 2006-cı il yanvarın 1-dək olan sığorta stajı 25 il, 2021-ci ildən etibarən isə hər təqvim ili üçün bir il azaldılmaqla hesablanır. Həmçinin “X3” Qanunun 7-ci maddəsinə əsasən, 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Həmin maddənin qeydinə əsasən, bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017ci il iyulun 1- dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır. Qeyd olunan maddələrin tələblərinə uyğun olaraq İddiaçı xx.xx.2021-ci il tarixindən avtomatlaşdırılmış qaydada yaşa görə əmək pensiyası təyin edilmişdir. Hazırda iddiaçı ona ödənilən əmək pensiyasının hərbi xidmətdə olduğu xx.xx.N2-ci il tarixindən xx.xx.N6-cı il tarixədək dövrləri ikiqat hesablanmaqla, əmək pensiyasına çıxdığı tarixdən yenidən hesablanmasını tələb edir. “X3” Azərbaycan Respublikasının Qanununun 24.0.1-ci maddəsinə əsasən əmək pensiyası hüququ verən sığorta stajına döyüş əməliyyatları dövründə döyüşən ordunun tərkibində xidmət və muzdla iş dövrü, eləcə də müvafiq icra hakimiyyəti orqanında qeydiyyatdan keçmiş özünümüdafiə dəstələrində və birləşmələrində olmaq müddəti (müvafiq icra hakimiyyəti orqanının qərarı əsasında) ikiqat ölçüdə daxil edilir. Həmçinin mübahisələndirilən dövrdə yəni 01 yanvar 2006-cı il tarixədək qüvvədə olmuş xx.xx.N2-ci il tarixli “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun 68-ci maddəsinə əsasən pensiya almaq hüququ verən iş stajına hərbi qulluqçuların döyüş şəraitində döyüş əməliyyatlarında iştirak dövrü (müvafiq icra hakimiyyəti orqanının qərarı əsasında) - ikiqat ölçüdə daxil edilir. Məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, iddiaçının xx.xx.N2-ci il tarixindən xx.xx.N6-cı il tarixədək hərbi xidmətdə olduğu N №-li hərbi hissə barəsində Azərbaycan Respublikası Silahlı Qüvvələrinin yarandığı gündən döyüş əməliyyatlarında iştirak edən hərbi hissələrin siyahısı qovluğunda döyüş əməliyyatlarında iştirakı barədə məlumat aşkar edilməmişdir. Beləliklə işin araşdırılan hallarından müəyyən olunur ki, cavabdeh inzibati orqan tərəfindən qanunvericiliyin qüvvədə olan tələblərinə uyğun olaraq iddiaçıya əmək pensiyasının hesablanması zamanı xx.xx.N2-ci il tarixindən xx.xx.N6-cı il tarixədək hərbi xidmətdə olduğu dövrlər ikiqat ölçüdə nəzərə alınmamışdır. Hazırkı halda iddiaçı ona əmək pensiyasının yenidən hesablanmasını zəruri edən faktiki şərtlərin mövcudluğunu sübuta yetirə bilməmiş, cavabdehin imtinası mahiyyətcə qanuna uyğun olmuş və iddiaçının hüquqlarını pozmamışdır Məhkəmə araşdırması ilə sübut olunmuşdur ki, ilkin sübutetmə yükü qanunvericiliklə üzərinə düşən tərəf kimi iddiaçının ona pensiyanın yenidən hesablanması ilə bağlı arzuladığı inzibati aktın cavabdeh tərəfindən qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğu iş üzrə sübuta yetirilmir, bu inzibati aktın cavabdeh tərəfindən qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğu isə iş materialları ilə təsdiq olunur (İPM-14.3). Bu səbəbdən cavabdehin imtinası qanuna uyğun olmuş və iddiaçının hüquqlarını pozmamışdır (İPM-73.1), imtina cavabdehin inzibati orqan olaraq güdməli olduğu qanuni məqsədə mütənasib, həmin məqsədə çatmaq üçün öz məzmunu baxımından zəruri və yararlı oluşdur (“İnzibati icraat haqqında” AR Qanunu, 17-ci maddə) İPM-nin 68.1-ci maddəsinə əsasən, məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Həmin Məcəllənin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Qeyd olunanları nəzərər alaraq, məhkəmə hеsаb еdir ki, iddiaçının “pensiya məbləğinin yenidən hesablanması və fərq məbləğinin ödənilməsi” tələbindən qаnuni əsаslаrlа imtinа оlunduğundаn, işin bu cür hаlındа isə cavabdeh tərəfindən hər hаnsı qаnunsuz hərəkətə yоl vеrilməsi hər hаnsı dəlil ilə sübutа yеtirilmədiyindən, iddia təmin еdilməməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsinin 52, 68-69, 75.4, 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia təmin edilməsin. Qərardan, təqdim olunduğu gündən 30 gün müddətində, Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (ünvan: Bakı şəhəri, Z.Xəlilov küçəsi-540) apellyasiya şikayəti verilə bilər. Hakim: Nəriman Abıyev
Məhkəmə qərarları › İş №2-1(112)-2042/2023
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-2042/2023
24.01.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver