Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-2042/2024 05.04.2024 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Salahova Səlma İsgəndər qızının sədrliyi, İddiaçı6, İddiaçı2, İddiaçı5, İddiaçı8 nümayəndəsi Vəkil iştirakları ilə, İddiaçılar İddiaçı18 və digərlərinin cavabdeh Bakı şəhəri Cavabdehnə (üçüncü şəxs Cavabdeh başçısının Nardaran qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəliyi) qarşı “sərəncamın ləğv edilməsi” tələbinə dair inzibati işə məhkəmənin binasında şifahi, açıq məhkəmə baxışı iclasında baxaraq, müəyyən etdi: İddiaçılar İddiaçı18, İddiaçı1, İddiaçı2, İddiaçı3, İddiaçı14, İddiaçı4, İddiaçı15, İddiaçı16, İddiaçı17, İddiaçı5, İddiaçı6, İddiaçı7, İddiaçı8, İddiaçı9, İddiaçı10, İddiaçı11, İddiaçı12 və İddiaçı13 (bundan sonra –İddiaçılar) cavabdeh Bakı şəhər Cavabdehnə (bundan sonra – Cavabdeh) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 26 nömrəli xx.xx.2023-cü il tarixli sərəncamının qanunsuz hesab edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişlər. İddiaçılar daha sonra iddia tələbinin dəyişdirilməsi barədə ərizə təqdim edərək, Bakı şəhəri Cavabdeh 26 nömrəli xx.xx.2023-cü il tarixli sərəncamının ləğv edilməsi barədə qərar qəbul edilməsi xahiş etmiş, məhkəmə tərəfindən iddianın dəyişdirilməsi icraata qəbul edilmişdir. Məhkəmənin xx.xx.2023-cü il tarixli qərardadı ilə Cavabdeh başçısının Nardaran qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəliyi üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edilmişdir. İddia tələbi bununla əsaslandırılmışdır ki, təxminən 6 ha ərazisi olan mübahislə torpaq sahəsi Cavabdeh Başçısının Nardaran qəsəbəsi üzrə Nümayəndəliyinin qərarları ilə iddiaçıların adlarına rəsmiləşdirilmişdir. Bakı şəhəri Cavabdeh başçısı tərəfindən Nardaran qəsəbə sakinlərinə miras qalmış torpaq sahələri üzərində Nardaran qəsəbə Nümayəndəliyi tərəfindən sakinlərə təqdim edilmiş qərarların etibarsız hesab edilməsi ilə bağlı 26 nömrəli 26 nömrəli xx.xx.2023-cü il tarixli sərəncam qəbul edilmişdir. Belə ki, Cavabdeh başçısı tərəfindən sözügedən qərarlar sərəncamla qanunsuz hesab edildiyindən qəsəbə sakinlərinin həmin torpaq sahələri üzərində hüquqlarının itirilməsinə səbəb olmuşdur. Yəni, Cavabdeh başçısının 26 nömrəli xx.xx.2023-cü il tarixli sərəncam ilə Nardaran qəsəbə nümayəndəliyinin qərarları etibarsız hesab etmişdirsə, həmin torpaq sahələri üzərində sakinlərin istifadə (mülkiyyət) hüquqlarını müəyyən edən digər hüquq müəyyənedici sənədlər əsasında təmin etməli olduğu halda təmin etməmiş və ya torpaq sahələrinin dövlət ehtiyacları ilə bağlı alınması ilə bağlı kompensasiyalaşdırılmasını həyata keçirməmişdir. Cavabdeh iddiaya yazılı münasibətini məhkəməyə təqdim etməmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı iddia ərizəsinə uyğun izahat verərək, iddia tələbinin təmin olunması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, cavabdeh məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmişdir. Məhkəmə işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Belə ki, tərəflərə təqdim edilmiş məhkəmə bildirişində iclasa gəlmədikləri halda işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdarlıq olunmuşdur(İPM-in 62.3-cü maddəsi). Məhkəmə tərəflərin izahatını dinləyərək, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən sənədlərdən görünür ki, fərdi yaşayış evinin tikinttisi üçün Cavabdeh başçısının Nardaran qəsəbəsi üzrə nümayəndəliyinin:
1. 18.01.2005-ci il tarixli 02/869 nömrəli qərarı ilə İddiaçı8 Nardaran qəsəbəsi, Ləhiş bağ massivi, sahə 4601 ünvanında 1200 kv.metr;
2. 18.01.2005-ci il tarixli 02/870 nömrəli qərarı ilə İddiaçı15 Nardaran qəsəbəsi, Ləhiş bağ massivi, sahə 4501 ünvanında 1200 kv.metr;
3. 18.01.2005-ci il tarixli 02/867 nömrəli qərarı ilə X5 Nardaran qəsəbəsi, Ləhiş bağ massivi, sahə 4813 ünvanında 1200 kv.metr;
4. 18.01.2005-ci il tarixli 02/860 nömrəli qərarı ilə İddiaçı14 Nardaran qəsəbəsi, Ləhiş bağ massivi, sahə 4805 ünvanında 1200 kv.metr;
5. 18.01.2005-ci il tarixli 02/871 nömrəli qərarı ilə İddiaçı5 Nardaran qəsəbəsi, Ləhiş bağ massivi, sahə 4502 ünvanında 1200 kv.metr;
6. 18.01.2005-ci il tarixli 02/862 nömrəli qərarı ilə İddiaçı6 Nardaran qəsəbəsi, Ləhiş bağ massivi, sahə 4808 ünvanında 1200 kv.metr;
7. 18.01.2005-ci il tarixli 02/861 nömrəli qərarı ilə İddiaçı3 Nardaran qəsəbəsi, Ləhiş bağ massivi, sahə 4807 ünvanında 1200 kv.metr;
8. 18.01.2005-ci il tarixli 02/865 nömrəli qərarı ilə X1 Nardaran qəsəbəsi, Ləhiş bağ massivi, sahə 4811 ünvanında 1200 kv.metr;
9. 18.01.2005-ci il tarixli 02/858 nömrəli qərarı ilə X2 Nardaran qəsəbəsi, Ləhiş bağ massivi, sahə 4803 ünvanında 1200 kv.metr; 10.18.01.2005-ci il tarixli 02/861 nömrəli qərarı ilə X6 Nardaran qəsəbəsi, Ləhiş bağ massivi, sahə 4806 ünvanında 1200 kv.metr; 11.18.01.2005-ci il tarixli 02/866 nömrəli qərarı ilə İddiaçı11 Ağasaleh oğluna Nardaran qəsəbəsi, Ləhiş bağ massivi, sahə 4812 ünvanında 1200 kv.metr; 12.18.01.2005-ci il tarixli 02/863 nömrəli qərarı ilə İddiaçı10 Nardaran qəsəbəsi, Ləhiş bağ massivi, sahə 4809 ünvanında 1200 kv.metr; 13.18.01.2005-ci il tarixli 02/864 nömrəli qərarı ilə İddiaçı7 Nardaran qəsəbəsi, Ləhiş bağ massivi, sahə 4810 ünvanında 1200 kv.metr; 14.18.01.2005-ci il tarixli 02/857 nömrəli qərarı ilə İddiaçı4 Nardaran qəsəbəsi, Ləhiş bağ massivi, sahə 4802 ünvanında 1200 kv.metr torpaq sahəsi ayırmışdır. Həmçinin işdə olan sənədlərdən görünür ki, Bakı şəhər İcra Hakimiyyətinin xx.xx.1991-ci il tarixli 14-655 saylı qərarına əsasən kənd təsərrüfatı məhsullarının əkilməsinin genişləndirilməsi, ərzaq bolluğu yaratmaq məqsədi ilə istifadə olunmaq üçün Cavabdeh başçısının Nardaran qəsəbəsi üzrə nümayəndəliyinin:
1. 10.12.2004-cü il tarixli 16 saylı qərarı ilə İddiaçı3 30 il müddətinə 5000 kv.metr əlavə yardımçı torpaq sahəsi;
2. 10.12.2004-cü il tarixli 19 saylı qərarı ilə X8 30 il müddətinə 5000 kv.metr əlavə yardımçı torpaq sahəsi;
3. 10.12.2004-cü il tarixli 15 saylı qərarı ilə X3 30 il müddətinə 5000 kv.metr əlavə yardımçı torpaq sahəsi;
4. 10.12.2004-cü il tarixli 09 saylı qərarı ilə X7 30 il müddətinə 5000 kv.metr əlavə yardımçı torpaq sahəsi;
5. 10.12.2004-cü il tarixli 12 saylı qərarı ilə İddiaçı18 30 il müddətinə 5000 kv.metr əlavə yardımçı torpaq sahəsi;
6. 10.12.2004-cü il tarixli 13 saylı qərarı ilə İddiaçı4 30 il müddətinə 5000 kv.metr əlavə yardımçı torpaq sahəsi;
7. 10.12.2004-cü il tarixli 10 saylı qərarı ilə X4 30 il müddətinə 5000 kv.metr əlavə yardımçı torpaq sahəsi verilmişdir. İşdə olan Sabunçu Rayon İcra Hakimiyyət Başçısının 06 fevral 2023-cü il tarixli, 26 nömrəli sərəncamından görünür ki, “Cavabdeh başçısının Nardaran qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəliyi xx.xx.2023-cü il tarixli 5-18/6/2-83/23 saylı məktubla məlumat verərək bildirmişdir ki, 2002-2008-ci illər ərzində Cavabdeh başçısının Nardaran qəsəbəsi üzrə nümayəndəliyi tərəfindən ayrı-ayrı vətəndaşlara müvafiq qərarlar əsasında torpaq sahələri ayrılmışdır. Bu isə hal-hazırda qanuni istifadələrində torpaq sahələri olan vətəndaşlarla onlar arasında böyük mübahisələrə səbəb olur. Məsələ ilə bağlı araşdırma aparılmış və müəyyən edilmişdir ki, həqiqətən Cavabdeh başçısının Nardaran qəsəbəsi üzrə nümayəndəliyi tərəfindən qanuna zidd dlaraq ayrı-ayrı vətəndaşlara 2002-2008-ci illərdə qərar qəbul edilərək torpaq sahələri ayrılmışdır. Azərbaycan Respublikası Prezidentinin 1999-cu il 16 iyun tarixli 138 saylı Fərmanı ilə təsdiq edilmiş Yerli İcra Hakimiyyətləri Haqqında Əsasnamənin və həmin dövrdə qüvvədə olan Azərbaycan Respublikası Torpaq Məcəlləsinin tələblərinə əsasən Rayon İcra Hakimiyyəti başçısının qəsəbələr üzrə nümayəndəliklərin torpaq sahələri ayırmaq səlahiyyəti olmamışdır. İnzibati icraat haqqında Azərbaycan Respublikası qanununun və Azərbaycan Respublikası Prezidentinin xx.xx.2012-ci il tarixli 648 saylı Fərmanı ilə təsdiq edilmiş Yerli İcra Hakimiyyətləri haqqında Əsasnamənin tələblərinə müvafiq olaraq Cavabdeh başçısının Nardaran qəsəbəsi üzrə nümayəndəliyinin qəbul etdiyi qərarlar (inzibati akt) səlahiyyəti olmayan inzibati orqan tərəfindən qəbul edildiyi üçün etibarsız hesab edilməlidir. Qeyd olunanlar nəzərə alınaraq Cavabdeh başçısının Nardaran qəsəbəsi üzrə nümayəndəliyinin torpaq sahəsi ayırmasına dair bütün qərarları etibarsız hesab edilmişdir. İddiaçılar hazırda cavabdehin bu sərəncamını mübahisələndirərək onun ləğv edilməsini xahiş edirlər. Məhkəmə qeyd edir ki, “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 67.1-ci maddəsində inzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati aktın qanunsuz sayılması təsbit edilmişdir. Deməli, hazırkı halda aydınlaşdırılmalı hal inzibati orqan tərəfindən mübahisəli qərar qəbul ediləkən qanunvericiliyin maddi və prosessual tələblərinin pozulub pozulmamasının müəyyən edilməsidir. Məhkəmə işin hallarını araşdıraraq hesab edir ki, cavabdeh tərəfindən inzibati icraatla bağlı prosessual normaların tələbləri pozmuşdur. Belə ki, “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 65.3-cü maddəsinə görə inzibati aktı qəbul etmiş inzibati orqan bu Qanunun 65.1-ci maddəsində nəzərdə tutulmuş hallarda öz təşəbbüsü və ya maraqlı şəxsin müraciəti əsasında həmin aktın etibarsız olduğunu təsdiq etməyə borcludur. Bu barədə maraqlı şəxslərə həmin Qanunun 62-ci maddəsində nəzərdə tutulmuş qaydada məlumat verilir. Göründüyü kimi, qanunverici inzibati orqana öz təşəbbüsü ilə inzibati aktın etibarsız olduğunu təsdiq etmək hüququ vermişdir. Lakin “İnzibati icraat haqqında” Qanunun: - maddə 2.0.6. inzibati icraat - fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu Qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyətdir. - maddə 21.2. Qanunda başqa hallar nəzərdə tutulmamışdırsa, inzibati aktı qəbul etməzdən əvvəl inzibati orqan onun məzmunu, xüsusilə işin müəyyən edilmiş faktiki halları və həmin işlə bağlı nəzərdə tutulan tədbirlər haqqında maraqlı şəxslərə və ya onların nümayəndələrinə məlumat verməyə və bu barədə onların mülahizələrini dinləməyə bocludur. - maddə 28.1. İnzibati icraatın başlanılması üçün əsaslar aşağıdakılardır: 28.1.2. inzibati orqanın təşəbbüsü və ya qanunla nəzərdə tutulmuş hallarda inzibati orqanın inzibati aktı qəbul etmək vəzifəsi; - maddə 51.1. İnzibati orqan inzibati icraatda iştirak edən şəxsləri, zəruri hallarda isə şahidləri, ekspertləri, tərcüməçiləri və digər orqanların nümayəndələrini inzibati icraatla bağlı iclasın vaxtı və yeri haqqında xəbərdar etməyə borcludur. - maddə 62.1. İnzibati orqan inzibati aktın qəbul edilməsi haqqında maraqlı şəxslərə və ya onların nümayəndələrinə rəsmi məlumat verməyə borcludur. Rəsmi məlumat inzibati aktın maraqlı şəxslərə birbaşa elan edilməsi, təqdim olunması və ya dərc edilməsi yolu ilə verilir. - maddə 64.1. İnzibati akt, ünvanlandığı şəxsə və ya maraqlarına toxunduğu şəxsə bu barədə məlumat verildiyi andan və yaxud bu barədə həmin şəxslərə məlum olduğu andan hüquqi qüvvəyə minir. İnzibati akt məlumat verildiyi məzmunda hüquqi qüvvəyə minir və hüquqi cəhətdən etibarlı sayılır. Göründüyü kimi, inzibati orqan inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi ilə bağlı fəaliyyət həyata keçirərkən “İnzibati icraat haqqında” Qanunun tələblərinə əməl etməli, inzibati aktı qəbul etməzdən əvvəl onun məzmunu, xüsusilə işin müəyyən edilmiş faktiki halları və həmin işlə bağlı nəzərdə tutulan tədbirlər haqqında maraqlı şəxslərə və ya onların nümayəndələrinə məlumat verməli, onların mülahizələrini dinləməlidir. Lakin işdən görünür ki, cavabdeh bu normaların tələblərinə əməl etməmiş, mübahisəli inzibati aktı qəbul edərkən hüquqlarına toxunan şəxslərin dinlənmə hüququnu təmin etməmişdir. Bundan başqa, “İnzibati icraat haqqında” Qanunun: -maddə 58.2. İnzibati akt məzmun baxımından kifayət qədər aydın və anlaşılan olmalıdır. - maddə 58.3. İnzibati aktda onun ünvanlandığı hüquqi və ya fiziki şəxslər, nizama saldığı və ya həll etdiyi məsələlər dəqiq göstərilməlidir. - maddə 58.3. İnzibati aktda onun ünvanlandığı hüquqi və ya fiziki şəxslər, nizama saldığı və ya həll etdiyi məsələlər dəqiq göstərilməlidir. -maddə 59.1. Yazılı inzibati aktda aşağıdakı məlumatlar əks olunmalıdır: 59.1.1. inzibati aktı qəbul etmiş orqanın adı; 59.1.2. inzibati aktın ünvanlandığı hüquqi şəxsin adı və hüquqi ünvanı və ya fiziki şəxsin adı, atasının adı, soyadı və ünvanı; 59.1.3. inzibati aktın adı, qəbul olunma tarixi və yeri, qeydiyyat nömrəsi; 59.1.4. inzibati aktı qəbul etmiş inzibati orqanın məsul vəzifəli şəxsinin və ya kollegial inzibati orqanın üzvlərinin soyadı, adı və imzası; 59.1.5. həmin akta qarşı mümkün hüquqi müdafiə vasitələri, bu hüquqi müdafiə vasitələrindən istifadə müddəti və bununla bağlı maraqlı şəxsin şikayət (iddia) verə biləcəyi orqan (orqanlar, o cümlədən məhkəmə) haqqında məlumat; 59.1.6. inzibati aktı qəbul etmiş inzibati orqanın möhürü. -maddə 61.1. Yazılı və ya yazılı formada təsbit olunmuş inzibati akt yazılı şəkildə əsaslandırılmalıdır. -maddə 61.2. Əsaslandırma zamanı işin faktiki və hüquqi halları və bu halları təsdiq və ya rədd edən sübutlar, habelə inzibati akt qəbul edilərkən istinad olunan qanunlar və digər normativ hüquqi aktlar göstərilməlidir. İstinad olunan normalardan görünür ki, inzibati aktın məzmunu aydın olmalı, ünvanlandığı hüquqi və ya fiziki şəxslər, nizama saldığı və ya həll etdiyi məsələlər dəqiq göstərilməlidir. Lakin mübahisələndirilən inzibati aktdan görünür ki, həmin sərəncamla cavabdeh, Cavabdeh başçısının Nardaran qəsəbəsi üzrə nümayəndəliyinin torpaq sahəsi ayırmasına dair bütün qərarlarını etibarsız hesab etmiş, bununla, inzibati orqan “bütün qərarlar” kimi qeyri-müəyyən ifadədən istifadə etmiş, etibarsız hesab edilən qərarların, yəni inzibati aktların dəqiq rekvizitlərini -inzibati aktın adı, qəbul olunma tarixi, qeydiyyat nömrəsini göstərməmişdir. Bundan əlavə, cavabdeh bu zaman həmin qurumun torpaqayırma səlahiyyətinin olmamasına istinad etsə də, qüvvədə olan qanunvericiliyin yerli icra hakimiyyəti başçısının qərarı əsasında yaşayış evinin tikintisi məqsədilə torpaq sahələrinin ayrılması barədə, yaxud müvafiq torpaq sahəsinin yerli icra hakimiyyəti başçısının qərarında nəzərdə tutulan şəxslər arasında bölüşdürülməsi barədə aidiyyəti inzibati ərazi dairəsi üzrə nümayəndə tərəfindən 2001-ci il yanvarın 1-dək verilmiş qərarların hüquqmüəyənedici sənəd kimi tanınmasını nəzərə almamışdır. “İnzibati icraat haqqında” Qanunun 67.2-ci madəsinə görə qanunsuz inzibati akt həmin aktı qəbul etmiş inzibati orqan və ya subordinasiya baxımından yuxarı inzibati orqan tərəfindən və yaxud məhkəmə qaydasında ləğv oluna bilər. Həmin Qanunun 67.3-cü maddəsinə görə qanunsuz əlverişsiz inzibati akt hər bir halda ləğv olunmalıdır. Azərbaycan Respublikasının müvafiq qanunları ilə başqa qayda nəzərdə tutulmamışdırsa, qanunsuz əlverişsiz inzibati aktın ləğv olunması həmin aktın qüvvəyə mindiyi andan yaranmış hüquqi nəticələri aradan qaldırır. Məhkəmə işin yuxarıda qeyd olunan hallarını nəzərə alaraq hesab edir ki, cavabdeh xx.xx.2023-cü il tarixli inzibati aktı qəbul edərkən inzibati icraat ilə bağlı qanunvericiliyin tələblərini pozduğundan həmin inzibati akt qanunsuz əlverişsiz inzibati akt olmuşdur. Buna görə də iddia təmin edilməli, “İnzibati icraat haqqında” Qanunun 67.3-cü maddəsinə görə xx.xx.2023-cü il tarixli 26 nömrəli sərəncam ləğv edilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 70.1-ci maddəsinə əsasən inzibati aktın qanuna zidd olduğu və bunun nəticəsində iddiaçının hüquqlarını pozduğu hallarda, məhkəmə həmin inzibati aktın (şikayət instansiyasına inzibati şikayət verildiyi hallarda isə, habelə şikayət instansiyasının müvafiq qərarının) ləğv edilməsi barədə qərar qəbul edir. Həmin Məcəllənin 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2, 33.1, 52, 68, 69, 75.4 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə
qərara aldı:
İddia təmin edilsin. Cavabdeh Bakı şəhəri Cavabdeh tərəfindən qəbul edilmiş 06 fevral 2023-cü il tarixli 26 nömrəli sərəncam ləğv edilsin. Qərardan təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Azərbaycan Respublikası Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər. Qərar onun rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim: Səlma Salahova