Məhkəmə qərarları › İş №2-1(112)-2043/2024

Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-2043/2024

25.04.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-2043/2024 25.04.2024 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Abıyev Nəriman İbrahim oğlunun sədrliyi, İddiaçı nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı cavabdeh Bakı şəhəri Cavabdehnə qarşı Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsi və X2 üçüncü şəxs qismində göstərilməklə “texniki pasporta dəyişiklik edilməsi” haqqında iddia tələbi üzrə mümkünlük məsələsinə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi, 56), açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdeh Bakı şəhəri Cavabdehnə (bundan sonra mətndə Səbail RİH) qarşı Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsi (bundan sonra mətndə DƏDKR 1 saylı Bakı Ərazi İdarəsi) və X5 (bundan sonra mətndə R.M.Balakişiyeva) qızı üçüncü şəxs qismində göstərilməklə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, R.M.Balakişiyeva tərəfindən Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, 3-cü Y/M, 642H ünvanında tikilmiş yaşayış evinə dair cavabdeh-Səbail RİH tərəfindən tərtib edilmiş texniki pasportun evin 2-ci və 3-cü mərtəbəsinin hər mərtəbəsində onun evinə və həyətinə baxan 4 ədəd pəncərənin ləğv edilməklə texniki pasporta dəyişiklik edilməsinin cavabdehə həvalə edilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, qonşuluğunda ünvan 3 ünvanında yaşayan R.M.Balakişiyeva tərəfindən tikilmiş yaşayış evi onun yaşadığı evdən təxminən 5-6 metr aralıq məsafədə tikilmiş, ona məxsus torpağın hasarı ilə olan məsafə isə 80 santimetr təşkil edir. R.M.Balakişiyevanın tikdiyi evin pəncərəsi onun həyətinə və evinin otaqlarına həddindən artıq yaxın məsafədədir. R.M.Balakişiyeva tərəfindən ev tikilərkən o, dəfələrlə etiraz etmişdir ki, evin tikintisinə dair norma və qaydalar vardır və ara məsafəsi olmalıdır. Lakin sonuncu buna əhəmiyyət verməyərək tikintini aparmaqda davam etmişdir. Ona görə də o, dəfələrlə Bakı şəhər İcra Hakimiyyətinə və cavabdeh-Səbail RİH-yə müraciətlər etmişdir. Lakin R.M.Balakişiyeva barəsində heç bir tədbir görülməmişdir və sonuncu evi tikərək yaşamağa başlamışdır. O, məcbur olub R.M.Balakişiyevanın evinin pəncərəsinin həyətinə baxan hissəsinə və evinin otaqlarının görünməməsi üçün eni 9 metr, hündürlüyü isə 5,5 metr olan metal lövhə quraşdırmışdır. Qonşusu R.M.Balakişiyeva mülkiyyət hüququna yaranmış maneənin aradan qaldırılması tələbi ilə Səbail Rayon Məhkəməsinə iddia ərizəsi ilə müraciət etmişdir və iş üzrə keçirilmiş tikinti texniki ekspertiza öz rəyində qeyd etmişdir ki, tədqiq olunan ünvanda baxış zamanı R.M.Balakişiyevanın mülkiyyətində olan yaşayış evinin faktiki vəziyyəti ilə həmin yaşayış evinə dair tərtib edilmiş texniki pasportun məlumatları müqayisə edilərkən, Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, 3-cü yaşayış massivi, 642H ünvanında yerləşən fərdi yaşayış evinin mövcud vəziyyətdə müvafiq hüquqmüəyyənedici (çıxarış) və texniki sənədlər (texniki pasport) üzrə nəzərdə tutulmuş ərazidə inşa edildiyi və həmin evin, o cümlədən İddiaçı həyətinə baxan pəncərələrinin texniki pasportunun göstəriciləri ilə üst-üstə düşdüyü müəyyən olunmuşdur. Ona görə də R.M.Balakişiyevanın iddia ərizəsinə Səbail Rayon Məhkəməsində baxış zamanı DƏDKR 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “Texniki pasportda dəyişiklik aparılmasının həvalə edilməsi barədə” Bakı İnzibati Məhkəməsinə iddia ərizəsi vermişdir. Məhkəmə baxışı zamanı müəyyə edilmişdir ki, R.M.Balakişiyeva tərəfindən inşa edilmiş evin 2 və 3-cü mərtəbəsində qoyulmuş pəncərələrə dair tərtib edilmiş texniki pasport Səbail RİH tərəfindən layihələndirilmişdir. Ondan sonra o, Səbail RİH-yə ərizə ilə müraciət edərək R.M.Balakişiyeva tərəfindən Bakı şəhəri, Səbail rayonu,Badamdar qəsəbəsi, 3-cü Y/M, 642H ünvanında tikilmiş yaşayış evinə dair verilmiş texniki pasportun evinə 2 və 3-cü mərtəbəsinin hər mərtəbəsində onun evinə və həyətinə baxan 4 ədəd pəncərənin ləğv edilməklə texniki pasporta dəyişiklik edilməsini xahiş etmişdir. Lakin Səbail RİH özünün xx.xx.2023-cü il tarixli 5-19/2-2/10-Z-21-149 nömrəli məktubu ilə onun ərizəsini yerində yoxlama və tədbir görülməsi üçün İcra hakimiyyətinin Badamdar qəsəbə nümayəndəsinə göndərmişdir və sonuncu özünün xx.xx.2023-cü il tarixli 165 nömrəli məktubu ilə məhkəməyə müraciət etməyi bildirmişdir. Bakı şəhər, Səbail rayonu, Badamdar qəsəbəsi,3-cü y/m,ev 672H ünvanda yerləşən topaq sahəsində Dövlət Şəhərsalma Norma və Qaydalarının tələbləri, Azərbaycan Respublikası Şəhərsalma və Tikinti Məcəlləsinin 69.2, 69.4-cü maddələrinin və Azərbaycan Respublikası Nazirlər Kabinetinin "Həyətyanı torpaq sahəsi olan fərdi yaşayış evlərinin tikilməsi ilə bağlı" 21 fevral 2014-cü il tarixli qərarının pozulması ilə qanunsuz olaraq evinə və hasarına birləşdirilərək, DƏDKR 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən R.Balakişiyevanın yaşayış evinə dair xx.xx.2018-ci il tarixli texniki pasport qanunsuz və qanun pozuntusu ilə verilmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəməyə daxil olduqdan sonra iddia ərizəsinin və ona əlavə edilmiş sənədlərin surətləri cavabdehə və üçüncü şəxs qismində göstərilmiş şəxslərə təqdim edilərək, cavabdehdən və üçüncü şəxs qismində göstərilmiş şəxslərdən iddiaya qarşı yazılı münasibət (etiraz) bildirilməsi tələb olunmuş, iddianın mümkünlük məsələsi ilə bağlı məhkəmə iclası sonuncu dəfə xx.xx.2024-cü il tarixə təyin edilmişdir. Cavabdeh inzibati orqan Səbail RİH tərəfindən məhkəməyə ünvanlanmış 5-19/2- 2/10-1439/2023 saylı iddiaya dair münasibətdə qeyd olunmuşdur ki, müraciətdə qeyd olunan qonşu X1 məxsus fərdi yaşayış evinə dair hüquqmüəyyənedici sənədlər Rayon İcra Hakimiyyətində aşkar edilməmişdir. Üçüncü şəxs qismində göstərilmiş DƏDKR 1 saylı Bakı Ərazi İdarəsi və R.M.Balakişiyeva tərəfindən iddaya dair yazılı münasibət məhkəməyə təqdim olunmamışdır. Cavabdehə və üçüncü şəxs qismində göstərilmiş DƏDKR 1 saylı Bakı Ərazi İdarəsi və R.M.Balakişiyevaya məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilsə də, müvafiq olaraq nümayəndələrinin məhkəmə iclasında iştirakını təmin etməmiş və gəlməmiş və iştirak etməmələrinin səbəbi barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə cavabdehin və üçüncü şəxs qismində göstərilmiş şəxslərin nümayəndəsinin iştirakı olmadan məhkəmə iclasının keçirilməsini mümkün hesab etmişdir. İddiaçının nümayəndəsi və vəkili Vəkil məhkəmə iclasında iddia tələbini müdafiə edərək, məhkəmədən iddianın mümkün sayılaraq təmin olunması barədə qərar çıxarılmasını xahiş etdi. Məhkəmə iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edir ki, iddia mümkün sayılmamalıdır. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır. Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 12 may tarixli Fərmanı ilə təsdiq edilmiş Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Əsasnaməsinin “Xidmətin vəzifələri” adlanan 3-cü bəndində göstərilmişdir ki, bu Əsasnamə ilə müəyyən olunmuş fəaliyyət istiqamətlərinə uyğun olaraq, Xidmətin vəzifələri aşağıdakılardır (3.0.): (-); 3.0.23. daşınmaz əmlakla, o cümlədən torpaq sahələri ilə bağlı inventarlaşdırma işlərini aparmaq və texniki sənədləri, torpaq sahələrinin planını və ölçüsünü tərtib etmək, daşınmaz əmlak obyektlərinin və torpaqların yerquruluşu məqsədləri üçün kadastr planlarını hazırlamaq; (-); 3.0.27. dövlət və yerli özünüidarəetmə orqanlarının, fiziki və hüquqi şəxslərin müraciətləri əsasında onlara müəyyən edilmiş qaydada daşınmaz əmlakın (torpaqların) elektron kadastr uçotu informasiya sistemindən yerquruluşu planına və kadastr məlumatlarına dair elektron və (və ya) kağız formatlarında çıxarışların verilməsini təmin etmək. “İnzibati İcraat Haqqında” Azərbaycan Respublikası Qanununun 2.0.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları, onların yerli (struktur) və digər qurumları, bələdiyyələr, habelə qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hər hansı fiziki və ya hüquqi şəxs inzibati orqan hesab olunur. İPM-nin 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2015-ci il tarixli 5 №-li qərarının 2.3-cü bəndinə əsasən məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasının, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmaması, İPMdə nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-nin 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. Qərarda həmçinin qeyd edilmişdir ki, mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. İddianın mümkünlük şərtləri icraatın bütün mərhələlərində yoxlanılmalı, həmin şərtlər mübahisənin mahiyyəti üzrə qərar çıxarıldığı anda mövcud olmalıdırlar. İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır. Göründüyü kimi, İPM-in 12.1-ci maddəsində nəzərdə tutulmuş işin araşdırılması prinsipi iddianın mümkünlük şərtlərinin mövcudluğunun yoxlanılmasına da şamil olunur. İPM-in 12.1-ci maddəsinə görə, məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. İş materiallarında olan: Məhkəmənin müvafiq sorğusu əsasında DƏDKR 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən **********92 saylı xx.xx.2023-cü il tarixli cavab məktubu ilə məhkəməyə təqdim olunmuş: AN-İ seriyalı ******* №-li xx.xx.2013-cü il tarixli Daşınmaz əmlakın alqı-satqı müqaviləsinin surətindən müəyyən olunur ki, X2 ünvan 8 ünvanında yerləşən torpaq sahəsinin bir hissəsi - 0,04 ha torpaq sahəsini X4 alqı-satqı yolu ilə almışdır. Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən RX seriyalı ******* №-li çıxarışın surətindən müəyyən olunur, Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, 3-cü yaşayış massivi, 642 saylı sahədə yerləşən t/s-nin bir hissəsi (0,04 ha torpaq sahəsi) xx.xx.2013-cü ildə ********** qeydiyyat nömrəsi ilə Daşınmaz əmlakın dövlət reyestrində 125 nömrəli reyestr kitabının 11740 nömrəli vərəqində R.M.Balakişiyevanın adına qeydə alınmışdır. "xxxx" MMC tərəfindən xx.xx.2017-ci il tarixdə tərtib olunmuş Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, 3-cü yaşayış massivi 642 saylı sahədə yerləşən fərdi yaşayış evinin memarlıq planlaşdırmanın eskiz həllindən (surəti) müəyyən olunur ki, memarlıq planlaşdırmanın eskiz həlli R.M.Balakişiyevanın sifarişi əsasında hazırlanmışdır. Hüquqların Dövlət qeydiyyatı haqqında Daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışın surətindən müəyyən olunur ki, ünvan 9 ünvanında 0,04 ha torpaq sahəsində yerləşən ümumi sahəsi 377,3 kv.m olan fərdi yaşayış evi xx.xx.2018-ci il tarixdə ********** qeydiyyat nömrəsi ilə Daşınmaz əmlakın dövlət reyestrində 412 nömrəli reyestr kitabının 38642 nömrəli vərəqində R.M.Balakişiyevanın adına xüsusi mülkiyyət hüququ ilə qeyd olunmuşdur. DƏDKR 1 saylı Bakı Ərazi İdarəsinin Daşınmaz Əmlakın Texniki İnventarlaşdırılması şöbəsi tərəfindən xx.xx.2018-ci il tarixdə tərtib olunmuş “Fərdi yaşayış evinə dair” **********61-10301 reyestr nömrəli texniki pasportdan (surəti) müəyyən olunur ki, qeyd olunan texniki pasport R.M.Balakişiyevaya məxsus ünvan 10 ünvanında yerləşən fərdi yaşayış evinə dair hazırlanmışdır. AN-İ seriyalı ******* №-li xx.xx.2018-ci il tarixli Daşınmaz əmlakın alqı-satqı müqaviləsinin surətindən müəyyən olunur ki, İddiaçı Bakı şəhəri, Badamdar qəsəbəsi, 3cü y/m, 642 saylı sahədə yerləşən, 0,06 ha torpaq sahəsindən, 0,02 ha torpaq sahəsini X3, X9, X10, X6 (onların etibarnamə üzrə nümayəndələri Həsən-X7) satın almışdır. Məhkəmə qeyd edir ki, R.M.Balakişiyevaya məxsus Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, 3-cü yaşayış massivində, 642 H ünvanında yerləşən fərdi yaşayış evinə dair mübahisələndirilən texniki pasportun tərtib olunması DƏDKR 1 saylı Bakı Ərazi İdarəsinin Daşınmaz Əmlakın Texniki İnventarlaşdırılması şöbəsi tərəfindən həyata keçirildiyindən, həmin fərdi yaşayış evi ilə bağlı cavabdehdə heç bir hüquqmüəyyənedici sənədlər olmadığından və hazırda inventarlaşdırma işlərinin aparılması, habelə müvafiq texniki sənədlərin tərtibi edilməsi mövcud qanunvericiliyə əsasən Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin səlahiyyətlərinə aid edildiyindən iddiaçı iddia tələbini hazırki cavabdeh inzibati orqana qarşı yönəltməkdə haqlı olmamışdır. Bundan əlavə məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, Nicat-MŞ” MMC tərəfindən Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, 3-cü yaşayış massivi 642 saylı sahədə yerləşən fərdi yaşayış evinə dair tərtib olunmuş memarlıq planlaşdırmanın eskiz həlli müvafiq icra hakimiyyəti orqanları tərəfindən təsdiq olunmamışdır. Qeyd olunmalıdır ki, iddiaya cavab verməli olan şəxsin düzgün müəyyən olunması iddianın mümkünlük şərtlərinə aiddir. İddianın məhkəmə tərəfindən mümkün sayılması üçün həmin iddia növü üzrə mümkünlüklə bağlı müəyyən olunmuş əsas və əlavə şərtlər, o cümlədən mübahisə edilən hüquq münasibətinin inzibati hüquq münasibəti olması, mübahisənin inzibati hüquq münasibətlərindən yaranması, mübahisə tərəflərindən birinin “İnzibati icraat haqqında” Qanun anlamında inzibati orqan olması ilə bağlı şərtlər və habelə inzibati prosessual qanunvericiliklə nəzərdə tutulmuş digər şərtlər mütləq ödənilmiş olmalıdır. İddianın mümkünlük şərtlərindən biri də iddiaçının həmin iddianı iddiaya cavab verməli olan şəxsə qarşı qaldırmasıdır. Odur ki, hazırkı mübahisə üzrə iddiaya münasibətdə digər şərtlərlə yanaşı, həm də iddiaçının irəli sürdüyü tələb üzrə iddianın iddiaya cavab verməli olan şəxsə qarşı qaldırması ilə bağlı şərt də yerinə yetirilmiş olmalıdır. Lakin iş materiallarından görünür ki, iddiaçı tərəfindən qeyd olunan şərt də ödənilməmişdir. Məhkəmə onu da qeyd etməyi zəruri hesab edir ki, daşınmaz əmlaka (mənzil, fərdi yaşayış evi, qeyri-yaşayış sahəsi və s.) dair tərtib olunmuş texniki pasportlar daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmalı olan həmin əmlakın texniki parametrlərini (ölçüləri, yerləşmə sahəsi və s.) əks etdirməklə hüquqmüəyyənedici sənəd sayılmır və qanunvericilikdə yalnız texniki pasportun mübahisələndirilməsi nəzərdə tutulmamışdır. İPM-nin 13-cü maddəsinə əsasən məhkəmə qaldırılan iddialarda yol verilən formal xətaların aradan qaldırılmasında, aydın olmayan iddia tələblərinin dəqiqləşdirilməsində, yanlış iddia növlərinin münasibləri ilə əvəz olunmasında, natamam faktiki məlumatların tamamlanmasında, eləcə də işin hallarının müəyyənləşdirilməsi və qiymətləndirilməsi baxımından əhəmiyyət kəsb edən izahatların təqdim olunmasında proses iştirakçılarına yardım etməyə borcludur. İPM-nin 1.2-ci maddəsinə əsasən bu Məcəllə ilə başqa qayda müəyyən edilmədiyi və bu Məcəllə ilə nəzərdə tutulmuş prosessual prinsiplərə zidd olmadığı hallarda, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatında (bundan sonra - inzibati məhkəmə icraatı) Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin müddəaları tətbiq oluna bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 54.-ci maddəsinə əsasən iddia tələb hüququ olmayan şəxs tərəfindən verildikdə və ya iddiaya cavab verməli olmayan şəxsə verildikdə məhkəmə işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər iddiaçının yazılı razılığı ilə iddiaçını və ya cavabdehi əsl iddiaçı və ya cavabdeh ilə əvəz edə bilər. Məhkəmə baxışı zamanı iddiaçının və ya cavabdehin əsl iddiaçı və ya cavabdeh ilə əvəz edilməsinə o halda yol verilir ki, bunun üçün əsaslar məhkəmə baxışı gedişində əmələ gəlmiş olsun. Məhkəmə onu qeyd etməyi zəruri hesab edir ki, iddiaçıya İPM-nin 13-cü maddəsinə əsasən göstərilməsi nəzərdə tutulan hüquqi yardım (cavabdehin əsl cavabdehlə əvəz olunması və iddianın dəyişdirilməsi) hazırki iş üzə məqsədə müvafiq hesab olunmamışdır. Belə ki, iş materiallarında olan Bakı İnzibati Məhkəməsinin 2-1(112)-9385/2023 saylı xx.xx.2023-cü il tarixli qərardadından müəyyən olunur ki, İddiaçı cavabdeh DƏDKR 1 saylı Bakı Ərazi İdarəsinə qarşı 3-cü şəxs X2 işə cəlb edilməklə, iddia ərizəsi ilə məhkəməyə müraciət edərək texniki pasporta dəyişiklik edilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-9385/2023 saylı xx.xx.2023-cü il tarixli qərardadı ilə İddiaçı ərizəsinin təmin edilməsi, iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin iddaçıya geri qaytarılması qərara alınmışdr. İddiaçıya izah olunur ki, məhkəmənin hazırki qərardadda qeyd olunan hüquqi mövqeyi ilə razılaşdığı halda mübahisəli fərdi yaşayış evinə dair daşınmaz əmlakın dövlət reystrində aparılmış qeydin, həmin qeydin aparılması zamanı tərtib olunmuş texniki pasportla birlikdə mübahisələndirilməsi barədə müvafiq cavabdehə qarşı iddia ilə məhkəməyə müraciət etmək hüququ vardır. Qeyd olunanların nəzərə alınmaqla məhkəmə hesab edir ki, iddia mümkün sayılmamalıdır. İPM-nin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Qanunvericiliyin tələbinə əsasən, istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir. İddianın məhkəmə tərəfindən mümkün sayılması üçün vacib şərtlər-tərəfin məhkəməyə müraciət etməsinə əsas verən mübahisənin mövcudluğu, tələbin iddia müddətinə dair normalara riayət edilməklə və iddiaya cavab verməli olan inzibati orqana qarşı yönəlməsi, iddianın subyektiv hüquqa malik olan şəxs tərəfindən verilməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun konstitusiyadan, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və qanun qüvvəli aktlardan irəli gəlməsidir. İPM-nin 35.3-cü maddəsinə əsasən iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Həmin Məcəllənin 85.1-ci maddəsinə əsasən şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. Göstərilənlərə əsasən və İPM-nin 23, 35, 45, 38, 81, 83 və 85-ci maddəsini rəhbər tutaraq, məhkəmə, qərara aldı: İddiaçı cavabdeh Bakı şəhəri Cavabdehnə qarşı Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsi və X2 üçüncü şəxs qismində göstərilməklə “texniki pasporta dəyişiklik edilməsi” tələbinə dair iddiası mümkün sayılmasın. Qərardaddan təqdim olunduğu gündən 10 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Zahid Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər. Hakim: Nəriman Abıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar