Məhkəmə qərarları › İş №2-1(112)-2044/2021

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-2044/2021

27.09.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-2044/2021 27.09.2021 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Mədətli Fərid İlham oğlunun sədrliyi, Məhkəmə iclas katibi Əliyev Teymur Budaq oğlunun katibliyi, İddiaçı nümayəndəsi, vəkil Nümayəndə (ünvan 1 ünvanında qeydiyyatda olan) iştirakı ilə, İddiaçı cavabdeh Bakı şəhər İcra Hakimiyyəti Mənzil-Kommunal Təsərrüfatı Departamentinə qarşı “mənzilə kirayə müqaviləsinin bağlanması” tələbi barədə inzibati mübahisəyə dair işə məhkəmənin binasında şifahi açıq məhkəmə baxışı iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Bakı şəhər İcra Hakimiyyəti Mənzil-Kommunal Təsərrüfatı Departamentinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onunla Bakı şəhəri, Ələt qəsəbəsi, ünvan 2 saylı evin, 1 saylı mənzilinə dair “kirayə müqaviləsinin bağlanması” öhdəliyinin cavabdeh Bakı şəhər İcra Hakimiyyəti Mənzil-Kommunal Təsərrüfatı Departamentinin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, X5 onun göstərdiyi rəsmi sənədlərə (mənzilin orderi və şəxsi hesab vərəqəsinə) əsasən dəyərini ödəməklə Ələt qəsəbəsi, ünvan 2 ünvanında yerləşən, bərbad vəziyyətdə olan 1 saylı mənzili almış və həmin şəxsin notarial razılığı əsasında Bakı şəhəri Qaradağ rayon Polis İdarəsində həmin mənzilə qeydiyyata düşmüşdür. Lakin sonradan X6 arvadı X20 ilə aralarında baş vermiş mübahisəyə görə sonuncu iddiaçıdan X7 ödədiyi qədər pul tələb etməyə başlamışdır. Belə olan halda aralarında narazılıq yaranmışdır. Məlum olmuşdur ki, iddiaçıdan və X6 ailəsindən da başqa həmin mənzildə qeydiyyatda olan şəxslər var. Həmin şəxslər X25 və onun Rima və Günay adlı iki qızı olmuşlar. Mübahisəyə həmin şəxslərin qoşulması və onların şikayəti əsasında X6 və onun ailə üzvlərinin həmin mənzildən istifadə hüquqlarının tanınmasına dair Bakı şəhəri Qaradağ rayon məhkəməsinin 2014-cü il tarixli qətnaməsi ləğv edildi. Bundan əlavə məlum olub ki, X12 öz vəzifə səlahiyyətlərindən istifadə edərək iddiaçını və başqa şəxsləri də aldatma yolu ilə külli miqdarda pul ələ keçirib. Buna görə də onun barəsində cinayət işi açıldı və 3 il 6 ay müddətinə həbs edildi. Belə ki, həmin mənzilləri satarkən X12 Bakı şəhər İcra Hakimiyyəti Mənzil-Kommunal Təsərrüfatı Departamenti Qaradağ rayon Mənzil-Kommunal Təsərrüfat Birliyi 128 saylı Mənzil-Kommunal İstismar Sahəsinin rəisi olmuşdur. Amma X1 arvadı Elmira adlı qadın iddiaçıdan əl çəkməmiş, Qaradağ rayon Mənzil-Kommunal Təsərrüfat Birliyinin əməkdaşları ilə əlbir olub, mənzildə rahat yaşamağa imkan verməmiş, mənzilin qazını, işığını, suyunu kəsdirmişdir. Halbuki mənzili əldə etməzdən əvvəl həmin binada baş vermiş partlayışla əlaqədar mənzil bərbad gündə olmuşdur. Hətta qapı və pəncərəsi belə olmamışdır. İddiaçının şəxsi vəsaiti hesabına həmin mənzilə dəmir qapı, PVC (plastik) qapı və pəncərələr, dəmir barmaqlıqlar qoyulmuşdur. Abadlıq işləri aparılmışdır. Lakin iddiaçı mənzildən çıxan kimi Elmira (Hüseynin keçmiş arvadı) qapının açarını dəyişdiyinə görə Bakı şəhəri Qaradağ rayon məhkəməsində onlara qarşı mənzilə köçürülmə tələbinə dair iddia ərizəsi ilə müraciət etmiş və məhkəmənin qətnaməsi ilə iddia təmin edilmişdir. Qətnamə qanuni qüvvəsini aldıqdan sonra icra edilərək MKTD-nin işçilərinin iştirakı ilə həmin mənzilə köçürülmüşdür. Lakin üzərindən uzun müddət keçdikdən sonra cavabdeh iddiaçının və həmin mənzildə qeydiyyatda olan digər şəxslərin həmin mənzildən çıxarılması tələbi ilə məhkəməyə müraciət etmişdilər. İddialarının təmin edilməyəcəyini görüb, mənzilə köçürülmə barədə qətnamədən apellyasiya şikayəti verərək, onun ləğv edilməsinə və bundan sonra iddiaçının iştirakını təmin etmədən Bakı şəhəri Qaradağ rayon Məhkəməsində iddiaçının və eləcə də digərlərinin həmin mənzildən çıxarılması barədə qətnamə çıxarılmasına nail olmuşlar. Həmin qətnamədən iddiaçı tərəfindən apellyasiya şikayəti verilmişdir. İddiaçı qeyd etmişdir ki, xəstə (iki dəfə ürəyindən cərrahi əməliyyata məruz qalmışdır), öhdəsində xəstə və azyaşlı uşaqları, nəvəsi olan qadındır. İllərlə topladığı pulu ödəməklə özünə mənzil əldə edib, onu min zəhmətlə təmir etdirmişdir. Lakin bu günkü gün çöllərdə, onun, bunun evində qalmağa məcbur qalmışdır. Dəfələrlə müraciət etsə də, cavabdeh hər dəfə bir bəhanə gətirərək onunla kirayə müqaviləsi bağlamaqdan dolayısı yolla yayınmışdılar. Sonuncu dəfə etdiyi müraciətə isə mübahisəyə məhkəmədə baxıldığını əsas gətirərək, nəticəni gözləməyi tövsiyyə etmişdilər. Bütün bu göstərdiklərinə əsasən həmin mənzilin onun şəxsi vəsaiti hesabına abadlaşması, həmin mənzildən daimi istifadə etdiyi və qeydiyyatının hüquqi cəhətdən qanuna uyğun şəkildə həyata keçirilməsini nəzərə alaraq hesab edir ki, onunla kirayə müqaviləsi bağlanmalıdır. Şifahi məhkəmə baxışı iclasında İddiaçının nümayəndəsi və vəkili Nümayəndə iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Şifahi məhkəmə baxışı iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, cavabdehin nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsasən məhkəmə işə şifahi məhkəmə baxışı iclasında cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını və məhkəmə qərarı qəbul edilməsini mümkün hesab etmişdir. Əvvəlki şifahi məhkəmə baxışı iclasında iştirak edən cavabdehin nümayəndəsi Səfərov Vəfadar iddia ərizəsində göstərilənlərə münasibət bildirərək verdiyi izahatda iddia ərizəsini qəbul etmədiklərini bildirdi və əlavə olaraq qeyd etdi ki, Bakı şəhəri Qaradağ rayon məhkəməsinin 28.10.2019-cu il tarixli 2(002)-21/2019 saylı qətnaməsi ilə iddiaçı Bakı şəhər İcra Hakimiyyəti Mənzil-Kommunal Təsərrüfatı Departamentinin cavabdehlər X7, X15, X21, X16, X13, X10 və İddiaçı qarşı Ələt qəsəbəsi, ünvan 2 saylı evin 1 saylı mənzilindən istifadə hüquqlarına xitam verilməsi və başqa yaşayış sahəsi verilmədən mənzildən çıxarılması tələbinə dair iddia ərizəsi təmin edilmişdir. Hal-hazırda həmin qətnamədən verilən apellyasiya şikayəti Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının icraatındadır. Qeyd edilən mülki iş üzrə məhkəmənin qəbul edəcəyi yekun qərardan asılı olaraq müvafiq tədbirlər görüləcəkdir. Məhkəmə işdə iştirak edən tərəflərin nümayənələrinin izahatlarınını dinləyib, iş materiallarını mövcud maddi və prosessual hüquq normaları ilə qarşılıqlı tədqiq edərək, hesab edir ki, iddia tələbi əsaslı olduğundan təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş, - Bakı şəhər İcra Hakimiyyəti Mənzil-Kommunal Təsərrüfatı Departamenti Qaradağ rayon Mənzil-Kommunal Təsərrüfat Birliyi tərəfindən iddiaçıya ünvanlanmış 359 saylı, 19.07.2017-ci il tarixli imtina məktubundan görünür ki, Bakı şəhər İcra Hakimiyyəti Mənzil- Kommunal Təsərrüfatı Departamentinin cavabdehlər X7 və qeydilərinə qarşı Ələt qəsəbəsi, ünvan 2 saylı evin 1 saylı mənzilindən istifadə hüquqlarına xitam verilməsi və başqa yaşayış sahəsi verilmədən mənzildən çıxarılması tələbinə dair iddia ərizəsi Qaradağ rayon məhkəməsinin icraatındadır. Həmin mülki iş yekunlaşdıqdan sonra ərizədə qeyd edilən məsələyə baxıla bilər. - Bakı şəhəri Qaradağ rayon İcra Hakimiyyəti Başçısının müavini tərəfindən iddiaçıya ünvanlanmış X-18-091 saylı, 28.09.2020-ci il tarixli məktubun surətindən görünür ki, iddiaçının istifadəsində olan mənzilin Bakı şəhər İcra Hakimiyyəti Mənzil-Kommunal Təsərrüfatı Departamentinin balansında olduğu üçün aidiyyəti üzrə həmin qurumun rəhbərliyinə müraciət edilməsi tövsiyyə edilmişdir. - Bakı şəhər İcra Hakimiyyəti Mənzil-Kommunal Təsərrüfatı Departamenti tərəfindən iddiaçıya ünvanlanmış X-12 saylı, 10.09.2020-ci il tarixli imtina məktubundan görünür ki, Bakı şəhəri Qaradağ rayon məhkəməsinin 28.10.2019-cu il tarixli 2(002)- 21/2019 saylı qətnaməsi ilə iddiaçı Bakı şəhər İcra Hakimiyyəti Mənzil-Kommunal Təsərrüfatı Departamentinin cavabdehlər X7, X15, X21, X16, X13, X10 və İddiaçı qarşı Ələt qəsəbəsi, ünvan 2 saylı evin 1 saylı mənzilindən istifadə hüquqlarına xitam verilməsi və başqa yaşayış sahəsi verilmədən mənzildən çıxarılması tələbinə dair iddia ərizəsi təmin edilmişdir. Hal-hazırda həmin qətnamədən verilən apellyasiya şikayəti Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının icraatındadır. Qeyd edilən mülki iş üzrə məhkəmənin qəbul edəcəyi yekun qərardan asılı olaraq müvafiq tədbirlər görüləcəkdir. - Qaradağ rayon Polis İdarəsi tərəfindən verilmiş 02.08.2016-cı il tarixli AZE № 15060470 seriyalı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı xx.xx.1982-ci tarixdə Salyan rayonunun Şikarlı kəndində anadan olmuş, Bakı şəhəri, Ələt qəsəbəsi, ünvan 6 ünvanda pasport qeydiyyatındadır. - Bakı şəhər İcra Hakimiyyəti Mənzil-Kommunal Təsərrüfatı Departamenti Qaradağ rayon Mənzil-Kommunal Təsərrüfat Birliyi 128 saylı Mənzil-Kommunal İstismar Sahəsi tərəfindən verilmiş 10.01.2017-ci il tarixli arayışının surətindən görünür ki, İddiaçı Bakı şəhəri, Qaradağ rayonu, Ələt qəsəbəsi, ünvan 6 ünvanında qeydiyyatdadır. 60 saylı, 25.01.2017-ci il tarixli arayışının surətindən görünür ki, X12, X22, X27, X28, X23 həmin ünvanda qeydiyyatda olmaqlarına baxmayaraq həmin ünvanda yaşamırlar. - Bakı şəhər İcra Hakimiyyəti Mənzil-Kommunal Təsərrüfatı Departamenti Qaradağ rayon Mənzil-Kommunal Təsərrüfat Birliyi 128 saylı Mənzil-Kommunal İstismar Sahəsi tərəfindən verilmiş 25.01.2017-ci il tarixli, 688 saylı Forma 2 arayışının surətindən görünür ki, X12, X22, X27, X28, X23 və İddiaçı Bakı şəhəri, Qaradağ rayonu, Ələt qəsəbəsi, ünvan 6 ünvanında qeydiyyatdadırlar və mənzilin tam kommunal şəraiti var. - Bakı şəhəri Qaradağ rayon məhkəməsinin 2(002)-144/2014 saylı, 07 yanvar 2014cü il tarixli qətnaməsinin surətindən görünür ki, X6, X14, X18 Bakı şəhəri, Qaradağ rayonu, Ələt qəsəbəsi, ünvan 6-ə olan istifadə hüquqları tanınmışdır. - Həmin mənzilin X6 adına tərtib edilmiş şəxsi hesab vərəqəsindən görünür ki, X12, X22, X27, X28, X23 və İddiaçı, X24, X17 və X19 Bakı şəhəri, Qaradağ rayonu, Ələt qəsəbəsi, ünvan 6 ünvanında qeydiyyatdadırlar. - İddiaçı ilə X12 arasında 45 saylı notariat kontorunda 03 avqust 2016-cı il tarixdə bağlanmış kredit müqaviləsinin surətindən görünür ki, X2 Vəfa Güloğlan qızından 6500 manat borc pul almışdır. - X6 əlyazmasının surətindən görünür ki, cəmi 7500 manat pul aldığını, mənzilə qoyulan qapı-pəncərələrin onun razılığı ilə qoyulduğunu, başına bir iş gələcəyi halda həmin mənzilin İddiaçı qalmasını etiraf edir. - Bakı Apellyasiya Məhkəməsinin 2(103)-8447/2017 saylı, 12 sentyabr 2017-ci il tarixli qətnaməsinin surətindən görünür ki, Bakı şəhəri Qaradağ rayon məhkəməsinin 2(002)-144/2014 saylı, 07 yanvar 2014-cü il tarixli qətnaməsi ləğv edilmiş və iş üzrə yeni qətnamə çıxarılaraq iddiaçılar X6, X14, X18 Bakı şəhəri, Qaradağ rayonu, Ələt qəsəbəsi, ünvan 6-ə olan istifadə hüquqlarının tanınması barədə iddiaları təmin edilməmişdir. - Bakı şəhəri Qaradağ rayon polis idarəsinin 28.07.2017-ci il tarixli, 069-12566- 1217 saylı məktubunun surətindən görünür ki, X4 nümunəli forma-9 arayışını 27.07.2005ci il tarixdə AZE 03977159 nömrəli şəxsiyyət vəsiqəsinə, X24 14.04.2005-ci il tarixdə köhnə nümunəli sovet pasportunu AZE 03817210 nömrəli şəxsiyyət vəsiqəsinə və X17 27.07.2005-ci il tarixdə köhnə nümunəli forma-9 arayışını AZE 03977103 nömrəli şəxsiyyət vəsiqəsinə dəyişdirmişlər. Yəni hər üç şəxs ilk dəfə şəxsiyyət vəsiqəsi aldıqları 2005-ci il tarixdən əvvəl köhnə nümunəli sənədlərlə Bakı şəhəri, Ələt qəsəbəsi, ünvan 6 ünvanında qeydiyyatda olmuşlar. 2005-ci il tarixdən əvvəlki məlumatlar saxlanılmadığı üçün araşdırılması mümkün olmamışdır. Eləcə də İddiaçı Bakı şəhəri Qaradağ rayon məhkəməsinin 2(002)-144/2014 saylı, 07 yanvar 2014-cü il tarixli qətnaməsi ilə istifadə hüquqları tanınmış X6 ona yaşayış sahəsi verməsi barədə ərizəsi əsasında 02.08.2016-cı il tarixdə qeydiyyata düşməsi qeyd edilmişdir. - Azərbaycan Respublikasının Vergilər Nazirliyi yanında Bakı şəhəri X35 Departamentinin 14.01.2019-cu il tarixli, **********366200 saylı uçota dair arayışının surətindən görünür ki, İddiaçı vergi orqanında vergi ödəyicisi kimi vergi uçotunda olması barədə məlumat aşkar edilməmişdir. - Azərbaycan Respublikası əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Salyan rayon şöbəsi tərəfindən verilmiş 28.01.2019-cu il tarixli 65/339-T və 65/338-T nömrəli arayışlardan görünür ki, İddiaçı əmək pensiyası, müavinət və təqaüd almır. - Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi idarəsi tərəfindən verilmiş 01.08.2017-ci il tarixli, **********40 saylı və 06.02.2018-ci il tarixli **********44 saylı məktubların surətindən görünür ki, Bakı şəhəri, Ələt qəsəbəsi, Füzuli küçəsi, ev 46, 1 saylı mənzilin qeydiyyatdan keçməsi haqqında məlumat idarənin arxivində aşkar edilməmişdir. - Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin 15.03.2018-ci il tarixli 449 saylı Registrdən çıxarışın surətindən görünür ki, 1976-cı il tarixdə istismara verilmiş, Bakı şəhəri Qaradağ rayonu, Ələt qəsəbəsi, ünvan 2 Bakı şəhər İcra Hakimiyyəti, Mənzil Kommunal Təsərrüfatı Departamenti, Qaradağ rayon Mənzil-Kommunal Təsərrüfatı Birliyinin (qeydiyyat № 1179) balansındadır. - Bakı şəhəri Qaradağ rayon məhkəməsinin 02.08.2017-ci il tarixli 2(002)- 3427/2017 saylı qətnaməsi ilə İddiaçı Bakı şəhəri Qaradağ rayonu, Ələt qəsəbəsi, ünvan 2 saylı evin 1 saylı mənzilinə köçürülmüşdür. -12.06.2018-ci il tarixli aktın surətindən görünür ki, Bakı şəhər İcra Hakimiyyəti Mənzil-Kommunal Təsərrüfatı Departamenti Qaradağ rayon Mənzil-Kommunal Təsərrüfat Birliyi 128 saylı Mənzil-Kommunal İstismar Sahəsinin iki nəfər əməkdaşının iştirakı ilə (E.Bayramov və Ə.Bəşirova) qətnamə icra edilmişdir. - Bakı Apellyasiya Məhkəməsinin 13.11.2018-ci il tarixli 2(103)-11796/2018 saylı qətnaməsi ilə 3-cü şəxs Bakı şəhər İcra Hakimiyyəti Mənzil-Kommunal Təsərrüfatı Departamentinin apellyasiya şikayəti təmin edilmiş, Bakı şəhəri Qaradağ rayon məhkəməsinin 02.08.2017-ci il tarixli 2(002)-3427/2017 saylı qətnaməsi ləğv edilmişdir. -Azərbaycan Respublikası Ali Məhkəməsinin 12.07.2019-cu il tarixli, 2(102)- 4638/2019 saylı qərarı ilə Bakı Apellyasiya Məhkəməsinin 13.11.2018-ci il tarixli 2(103)- 11796/2018 saylı qətnaməsindən İddiaçı verdiyi kassasiya şikayəti təmin edilməmişdir. - Bakı şəhəri Qaradağ rayon məhkəməsinin 28.10.2019-cu il tarixli 2(002)-21/2019 saylı qətnaməsi ilə iddiaçı Bakı şəhər İcra Hakimiyyəti Mənzil-Kommunal Təsərrüfatı Departamentinin cavabdehlər X7, X15, X21, X16, X13, X10 və İddiaçı qarşı Ələt qəsəbəsi, ünvan 2 saylı evin 1 saylı mənzilindən istifadə hüquqlarına xitam verilməsi və başqa yaşayış sahəsi verilmədən mənzildən çıxarılması tələbinə dair iddia ərizəsi təmin edilmişdir. - Bakı Apellyasiya Məhkəməsinin 2(103)-7139/2020 saylı, 19.10.2020-ci il tarixli qərardadından görünür ki, Bakı şəhəri Qaradağ rayon məhkəməsinin 2(002)-144/2014 saylı, 07 yanvar 2014-cü il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə hazırki işə mahiyyəti üzrə baxılıb yekun qərar qəbul edilənədək icraat dayandırılmışdır. - Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin Yaşayış yeri üzrə qeydiyyat haqqında ******* nömrəli, 06.05.2021-ci il tarixli arayışının əslindən görünür ki, Bakı şəhəri, Ələt qəsəbəsi, ünvan 6 ünvanında İddiaçı, X19 və X17 qeydiyyatdadırlar. - X8 02.07.2021-ci il tarixli notarial qaydada təsdiq edilmiş razılıq ərizəsindən görünür ki, o Bakı şəhəri, Qaradağ rayonu, Ələt qəsəbəsi, ünvan 6 ünvanda yerləşən 8 saylı mənzilin İddiaçı adına özəlləşdirilib və sənədləşdirlməsinə etiraz etmədiyini bildirmişdir. - X11 02.07.2021-ci il tarixli notarial qaydada təsdiq edilmiş razılıq ərizəsindən görünür ki, o Bakı şəhəri, Qaradağ rayonu, Ələt qəsəbəsi, ünvan 6 ünvanda yerləşən 8 saylı mənzilin İddiaçı adına özəlləşdirilib və sənədləşdirlməsinə etiraz etmədiyini bildirmişdir. Məhkəmə araşdırması dövründə xx.xx.1982-ci il təvəllüdlü İddiaçı adına hər hansı daşınmaz əmlakın qeydə alınıb-alınmaması barədə məlumatın, qeydə alındığı təqdirdə buna dair sənədlərin təsdiqlənmiş surəti Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsindən sorğu əsasında tələb edilmişdir. Məhkəmə sorğusuna cavab olaraq Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən verilmiş **********23 saylı, 16 oktyabr 2020-ci il tarixli məktubda İddiaçı adına Bakı şəhərində qeydiyyatdan keçmiş əmlakın aşkar edilmədiyi bildirilmişdir. Beləliklə işin hallarından görünür ki, iddiaçının ailə üzvləri ilə birlikdə uzun müddət faktiki yaşadığı mübahisəli yaşayış sahəsi dövlət fonduna aid olmaqla yaşayış üçün yararlıdır. İddiaçı Bakı şəhər İcra Hakimiyyəti Mənzil-Kommunal Təsərrüfatı Departamentinə müraciət edərək həmin yaşayış sahəsinə dair onun adına kirayə müqaviləsi bağlanmasını xahiş etmiş, lakin cavabdeh tərəfindən Bakı şəhəri Qaradağ rayon məhkəməsinin 28.10.2019-cu il tarixli 2(002)-21/2019 saylı qətnaməsi ilə iddiaçı Bakı şəhər İcra Hakimiyyəti Mənzil-Kommunal Təsərrüfatı Departamentinin cavabdehlər X7, X15, X21, X16, X13, X10 və İddiaçı qarşı Ələt qəsəbəsi, ünvan 2 saylı evin 1 saylı mənzilindən istifadə hüquqlarına xitam verilməsi və başqa yaşayış sahəsi verilmədən mənzildən çıxarılması tələbinə dair iddia ərizəsi təmin edilmişdir. Hal-hazırda həmin qətnamədən verilən apellyasiya şikayəti Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının icraatındadır. Qeyd edilən mülki iş üzrə məhkəmənin qəbul edəcəyi yekun qərardan asılı olaraq müvafiq tədbirlər görüləcəkdir qeyd olunaraq iddiaçının müraciətinin təmin edilməsindən imtina edilmişdir. Halbuki, məhkəmə araşdırması nəticəsində müəyyən edilmişdir ki, mübahisə predmeti olan mənzil iddiaçıya mənzilin əvvəlki sahibinin notarial razılığı ilə, qeydiyyata düşməklə və məhkəmə qətnaməsinin icrası əsasında ailəsi ilə birlikdə yaşaması üçün iddiaçıya verilmişdir. Həmin dövrdən etibarən mənzil bütünlüklə iddiaçının ailəsinin istifadəsində olmuşdur. Sonradan mənzilin əvvəlki sahibinin həmin mənzilə olan hüquqularının itirilməsi iddiaçının da hüquqlarının itirilməsi anlamına gəlməməlidir. Belə ki, hazırda iddiaçı ailə üzvləri ilə birlikdə həmin mənzildə yaşayırlar. Mənzilin 2016-cı il tarixindən fasiləsiz iddiaçının və ailə üzvlərinin istifadəsində olması, mənzilə dair kommunal xərclərinin iddiaçı tərəfindən ödənilməsi iş materiallarında olan sənədlər əsasında öz təsdiqini tapmışdır. Beləliklə uzun illərdir ki, iddiaçı həmin mənzildə maneəsiz olaraq yaşayır, mənzilə dair xərclər onun tərəfindən ödənilir, yaşayış sahəsi faktiki olaraq onun istifadəsində olmaqla yaşayış sahəsinə cavab verən tələblərə uyğundur. Mənzildə daimi qeydiyyatda olan şəxslər mənzilə dair kirayə müqaviləsinin iddiaçı ilə bağlanmasına etiraz etmirlər və bu barədə notarial qaydada təsdiq edilmiş ərizələrini təqdim etmişlər. Göründüyü kimi iddiaçının həmin yaşayış sahəsinə kirayə müqaviləsi bağlamaq hüququ yaranmışdır. Həmçinin iddiaçının yaşamağa başqa yaşayış yeri yoxdur. İddiaçı faktiki olaraq qeyd edilən mənzillə bağlı cavabdeh ilə kirayə münasibətlərindədir. Azərbaycan Respublikası Konstitusiyasının 43-cü maddəsinin İ və İİ hissələrinə əsasən heç kəs yaşadığı mənzildən qanunsuz məhrum edilə bilməz. Dövlət yaşayış binalarının və evlərin tikintisinə rəvac verir, insanların mənzil hüququnu gərçəkləşdirmək üçün xüsusi tədbirlər görür. Azərbaycan Respublikasının qüvvədə olan Mənzil Məcəlləsinin 1-ci maddəsinə əsasən vətəndaşların mənzil hüququnun həyata keçirilməsinə dövlət orqanları tərəfindən şərait yaradılması mənzil qanunvericiliyinin əsaslarından biridir. Mənzil Məcəlləsinin 4.0.2-ci maddəsinə əsasən dövlət orqanları öz səlahiyyətləri daxilində müəyyən edilmiş qaydada dövlət fondu yaşayış sahələrinin kirayə müqavilələri əsasında vətəndaşları yaşayış sahələri ilə təmin edir. Mənzil Məcəlləsinin 8.0.3-cü maddəsinə əsasən məhkəmə qərarları mənzil hüquq və vəzifələrinin əmələ gəlməsi üçün əsasdır. Mənzil Məcəlləsinin 48.1-ci maddəsinə görə sosial kirayə müqavilələri əsasında bu Məcəllə ilə və digər qanunvericilik aktları ilə müəyyən edilmiş əsaslarla yaşayış sahələrinə ehtiyacı olan hesab edilən aztəminatlı vətəndaşlara dövlət və ya bələdiyyə mənzil fondunun yaşayış sahələri verilir. Mənzil Məcəlləsinin 58.1-ci maddəsinə əsasən bir neçə kirayəçinin və mülkiyyətçinin yaşadığı kommunal mənzildə boşalmış yaşayış sahəsi onların ərizəsi əsasında sosial kirayə müqaviləsinə əsasən həmin mənzildə yaşayan kirayəçilərə və mülkiyyətçilərə verilir bu şərtlə ki, onlar yaşayış sahəsinin boşaldığı günə müəyyən edilmiş qaydada aztəminatlı və yaşayış sahəsinə ehtiyacı olan hesab edilir və ya hesab edilə bilərlər. Beləliklə, iş materiallarında olan sənədlər əsasında müəyyən edildi ki, iddiaçı mübahisəli mənzilin əvvəlki kirayəçisinin rəsmi razılığı ilə mənzilə daimi pasport qeydiyyatına alınmış, mənzilin əvvəlki kirayəçisinin istifadə hüquqlarına 12.09.2017-ci il tarixdə xitam verilmiş və həmin ünvandan qeydiyyatdan çıxarılmışdır. Hazırda İddiaçı mübahisəli mənzildə qeydiyyatda olmaqla yaşamaqda davam etməsi və keçmiş kirayəçinin yaşamadığı müəyyən olunur. Həmçinin mənzilə dair verilmiş yaşayış yeri üzrə qeydiyyat barədə arayışda onun adı qeyd olunmuş, mənzil hər hansı başqa şəxsə verilməmişdir. Uzun müddət ərzində iddiaçnın həmin mənzildən çıxarılmaması və ya digər qaydada mübahisələndirilməməsi onu göstərir ki, balans saxlayan və həmin evi istismara qəbul edən mənzil istismarı orqanları onun yaşamasını qəbul etmiş və uzun müddət ərzində ona bütün kommunal xidmətləri göstərmişdir. Mənzildə isə iddiaçıdan başqa qeydiyyatda olan digər iki şəxs mənzilin onun adına sənədləşdirilməsinə heş bir etirazlarının olmadığını notarial qaydada tasdıq etmişlər. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, iddiaçının qeyd edilən mənzilə dair icarə münasibətləri yarandığını və faktiki olaraq qeyd olunan mənzildə yaşayaraq ailəsi ilə birlikdə birgə təsərrüfat apardığını, mənzilin bütün kommunal xərclərini ödədiyini nəzərə alaraq, o cümlədən hazırki qanunvericiliyin tələblərinə əsasən kirayə müqaviləsinin bağlanması üçün əsaslar olduğundan, iddiaçının müraciətinin təmin edilməsi üçün kifayət qədər əsasların mövcud olduğu halda, cavabdehin əsassız imtinası nəticəsində iddiaçının konstitusion hüquqlarının pozulduğunu nəzərə alaraq, iddiaçı ilə uzun müddət yaşadığı mübahisəli yaşayış sahəsinə (mənzilə) dair kirayə müqaviləsi bağlanmalıdır. Beləliklə məhkəmə hesab edir ki, iddia tələbi əsaslı olduğundan təmin edilməli, Bakı şəhəri, Qaradağ rayonu, Ələt qəsəbəsi, Füzuli küçəsi, ev 46, 1 saylı mənzilinə dair İddiaçı ilə kirayə müqaviləsinin bağlanması öhdəliyi cavabdeh Bakı şəhər İcra Hakimiyyəti Mənzil- Kommunal Təsərrüfatı Departamentinin üzərinə qoyulmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 58.1-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2, 33.1, 52, 58, 68-69, 75.4, 81 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddia təmin edilsin. Bakı şəhəri, Ələt qəsəbəsi, ünvan 2 saylı evin, 1 saylı mənzilinə dair İddiaçı ilə kirayə müqaviləsinin bağlanması öhdəliyi cavabdeh Bakı şəhər İcra Hakimiyyəti Mənzil- Kommunal Təsərrüfatı Departamentinin üzərinə qoyulsun. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Azərbaycan Respublikası Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Qərardan apellyasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Fərid Mədətli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar