Məhkəmə qərarları › İş №2-1(112)-2045/2020

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-2045/2020

16.06.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-2045/2020 16.06.2020 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ X10 Oruczadənin sədrliyi, Məhkəmə iclas katibi Cəfərova Yasəmən Fərman qızının katibliyi, Tərəflərin iştirakı olmadan, İddiaçı İddiaçı Cavabdehnə qarşı üçüncü şəxsin qeydiyyatdan çıxarılması vəzifəsinin cavabdehə həvalə edilməsi tələbi barədə inzibati mübahisəyə dair işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) şifahi, açıq məhkəmə baxış iclasında baxaraq, Məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdehnə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, X7 və X2 ünvan 1 ünvanında yerləşən 58 saylı mənzilə qeydiyyatlarının ləğv edilməsi öhdəliyinin cavabdeh təşkilata həvalə olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Azərbayan Respublikası İnzibati Prosessual Məcəlləsinin 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddiaçı iddia tələbini onunla əsaslandırılmışdır ki, ünvan 1 ünvanında yerləşən 58 saylı mənzil Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən 07.11.2019-cu il tarixli çıxarışa əsasən İddiaçı mülkiyyətindədir. Xüsusi mülkiyyətində olan mənzildə heç bir qanuni əsas olmadan X7 və X3 qeydiyyatdadırlar. Bununla əlaqədar cavabdeh orqana müraciət olunsa da, cavabdeh 02.12.2019-cu il tarixli cavab məktubunda X5 və X2 qeydiyyatdan çıxarılmasının Cavabdeh səlahiyyətləri daxilində olmadığından məhkəməyə müraciət olunacağı bildirilmişdir. Qeyd edilənlərə əsasən iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-2045/2020 saylı, 27 fevral 2020-ci il tarixli qərardadına əsasən X7 və X8 qızı iş üzrə 3-cü şəxslər qismində cəlb edilmişdirlər. İddia ərizəsi məhkəmənin icraatına qəbul olunduqdan sonra İPM-in 47-ci və 49-cu maddələrinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və cavabdehə iddia ərizəsinə münasibət bildirmək üçün sərəncam göndərilmiş, lakin cavabdeh tərəfindən rəsmi qaydada iddia ərizəsinə hər hansı münasibət bildirilməmişdir. Şifahi məhkəmə baxışı ilə bağlı iclasın vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş cavabdeh Bakı şəhəri Cavabdeh məhkəməyə məktub ünvanlayaraq, məhkəmə iclaslarının nümayəndələrinin iştirakı olmadan keçirilmələrini xahiş etmişdir. Şifahi məhkəmə baxışı ilə bağlı iclasın vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq iddiaçı və 3-cü şəxslər məhkəmə iclasında iştirak etməmişdirlər. Məhkəmə Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 62-ci maddəsinin tələblərini rəhbər tutaraq, tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını araşdıraraq, mövcud maddi və prosessual hüquq normalarını tədqiq edərək hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, işin faktiki hallarından görünür ki, ünvan 1 ünvanında yerləşən 58 saylı mənzildə iddiaçıdan başqa üçüncü şəxslər X4 və X8 qızının həmin evdən qeydiyyatdan çıxarılması tələb edilir ki, bunu da həmin şəxslərin qeydiyyatının formal olması ilə əsaslandırılır. İş materiallarında olan Azərbaycan Respublikasının Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət Qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən çıxarışından görünür ki, Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Əhmədbəy Ağayev küçəsi, ev 41, mənzil 58 mülkiyyət hüququ üzrə İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində 3236 nömrəli reyestr kitabının 302088 nömrəli vərəqində qeydiyyata alınmışdır. İşdə olan 44 saylı Mənzil Kommunal İstismar Sahəsinin 02 dekabr 2019-cu il tarixli aktdan görünür ki, Bakıxanov qəsəbəsi, Ə.Ağayev küçəsi, ev 41, mənzil 58-də yaşayan vətəndaş X3 və X7 adında şəxslər qeydiyyatda olsalar da, həmin ünvanda, yəni, Ə.Ağayev küçəsi, ev 41, mənzil 58-də heç vaxt yaşamayıblar və yaşamırlar. Mənzildə vətəndaş İddiaçı qeydiyyatdadır və mənzil onun şəxsi mülkiyyətindədir. Azərbaycan Respublikası Bakı şəhəri İcra Hakimiyyəti Sabunçu rayon Mənzil- Kommunal Təsərrüfatı Birliyinin 44 saylı Mənzil-Kommunal İstismarı Sahəsinin 03 dekabr 2019-cu il tarixli arayışdan görünür ki, İddiaçı, X3, X7 Bakıxanov qəsəbəsi, Ə.Ağayev küçəsindəki 41 nömrəli 5 mərtəbəli evin 5 mərtəbəsində 36,82 kv.m sahəsi olan 1 otaqlı 58 nömrəli mənzildə daimi qeydiyyatdadırlar. Azərbaycan Respublikası Bakı şəhəri İcra Hakimiyyəti Sabunçu rayon Mənzil- Kommunal Təsərrüfatı Birliyinin 44 saylı Mənzil-Kommunal İstismarı Sahəsinin 02 dekabr 2019-cu il tarixli arayışdan görünür ki, X3 və 2001-ci il təvəllüdlü qızı X7 Bakıxanov qəsəbəsi, Ə.Ağayev küçəsindəki 41 saylı evin 58 nömrəli mənzildə yaşamayıblar və yaşamırlar. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhəri Cavabdeh tərəfindən İddiaçı Baxşəli oğluna ünvanlanmış məktubdan görünür ki, X4 və X2 Bajıxanov qəsəbəsi, Əhmədbəy Ağayevküçəsi, ev 41, mənzil 58 ünvanıından qeydiyyatdan çıxarılması Sabunçu RPİ QMB-nin səlahiyyətləri daxilində deyildir. Məhkəmə tərəfindən göndərilmiş sorğuya Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən verilmiş cavab məktubunda qeyd edilmişdir ki, Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Ə.Ağayev küçəsi, ev 41, 58 saylı mənzilə dair X4 və X2 dövlət reyestrində istifadə hüququnun qeydə alınmasına dair məlumat aşkar edilməmişdir. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Pasport Qeydiyyat və Miqrasiya İdarəsinin 31 mart 2020-ci il tarixli sorğuya cavab məktubundan görünür ki, X7 və X3 27.07.2016-cı il tarixdə Sabunçu rayon Polis İdarəsi tərəfindən ünvan 5 ünvanına qeydiyyata alınaraq şəxsiyyət vəsiqələri ilə təmin edilmişlər. Sorğuya cavab məktubuna əlavə edilmiş ərizədən görünür ki, vətəndaş X9 tərəfindən Cavabdehnə müraciət edərək X3 və onun qızı Hüseynova Aytən Rasim qızını onu şəxsi mülkiyyətində olan Bakıxanov qəsəbəsi, Ə.Ağayev küçəsi, ev41, mənzil 48-ə qeydiyyata alınmasını xahiş etmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 27-ci maddəsinə əsasən fıziki şəxsin adətən yaşadığı yer onun yaşayış yeri sayılır. Həmin Məcəllənin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüquqdur. Həmin Məcəllənin 152.5-ci maddəsinə əsasən mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının vətəndaşları, əcnəbilər və vətəndaşlığı olmayan şəxslər Azərbaycan Respublikasında yaşayış yeri və olduğu yer üzrə qeydiyyata alınmalıdırlar. Yaşayış yeri və olduğu yer üzrə qeydiyyatın məqsədi Azərbaycan Respublikasında yaşayan şəxslərin uçota alınması, onların başqa şəxslər, dövlət və cəmiyyət qarşısında vəzifələrinin icra edilməsi, insan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsi (sosial müdafiə, pensiya təminatı, hərbi xidmətə çağırış, məhkəmə qərarlarının icrası və s.) üçün zəruri şərait yaratmaqdır. Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat icazə xarakteri daşımır və yalnız Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş hallarda hüquqi nəticəyə səbəb ola bilər. Həmin Qanunun 5-ci maddəsinə əsasən yaşayış yerini dəyişdirmiş vətəndaş yeni yaşayış yerinə gəldikdən sonra 10 gündən gec olmayaraq qeydiyyata alınması üçün müvafiq dövlət orqanına müraciət etməlidir. Həmin Qanunun 9-cu madddəsinin 1-ci bəndinə əsasən müvafiq dövlət orqanı tərəfindən şəxs yaşayış yerini dəyişdikdə - yeni yaşayış yeri üzrə qeydiyyata alınması barədə müvafiq dövlət orqanının məlumatına əsasən yaşayış yeri üzrə qeydiyyatdan çıxarılır. Yuxarıda şərh olunan qanunvericilik normalarının tələblərinə əsasən yaşayış yerini dəyişdirmiş vətəndaş yeni yaşayış yerinə gəldikdən sonra qeydiyyata alınması üçün müvafiq dövlət orqanına müraciət etməli, habelə müvafiq dövlət orqanı tərəfindən şəxs yaşayış yerini dəyişdikdə - yeni yaşayış yeri üzrə qeydiyyata alınması barədə müvafiq dövlət orqanının məlumatına əsasən yaşayış yeri üzrə qeydiyyatdan çıxarılmalıdır. İşin hallarından məlum olur ki, iddiaçı ünvan 1 ünvanında yerləşən 58 saylı ünvanında yerləşən mənzildən iş üzrə üçüncü şəxslər olan X4 və X2 ona məxsus evdən qeydiyyatdan çıxarılmasını xahiş etmiş, lakin inzibati orqan əsassız olaraq iddiaçının tələbinin yerinə yetirilməsindən imtina etmişdir. Halbuki, 3-cü şəxslər X4 və X1 mənzilə qeydiyyatına düşməsinə əsas olan sənədlər tələb edilmiş, aşkar olunmuşdur ki, 3-cü şəxslərin qeydiyyatına əsas Bakıxanov qəsəbəsi, Ə.Ağayev küçəsi, ev41, mənzil 48-in mülkiyyətçisi olan X6 ərizəsi olmuşdur. X6 ərizəsindən də aydın görünür ki, o mülkiyyətçisi olduğu 48 nömrəli mənzilə 3-cü şəxslərin qeydiyyatına alınmasını xahiş etmiş, lakin inzibati orqan yalnışlıqla 3-cü şəxsləri mənzil 58 ünvanına qeydiyyata almışlar. Hazırkı mübahisədə həqiqətən də şəxsin yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması üçün “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsində göstərilən əsaslar mövcud deyil. Lakin həmin Qanunun “Şəxsin yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması” adlı 9-cu maddəsində mülkiyyətçinin və ya əmlak hüququnun sahibinin tələbi əsasında evə münasibətdə hər hansı qanunla qorunan hüquqların sahibi olmayan şəxslərin qeydiyyatdan çıxarılması imkanının nəzərdə tutulmaması məhkəmə qaydasında onların qeydiyyatdan çıxarılmalarına əngəl təşkil etməməlidir. Belə olan halda, Məhkəmə hesab edir ki, cavabdehin imtinası əsassızdır və 3-cü şəxslərin qeydiyyatı sırf cavabdeh orqanın səhvi ucbatından baş vermişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin hüquqi müəyyənlik prinsipinin mahiyyəti və əhəmiyyəti barədə formalaşdırdığı hüquqi mövqeyinə görə hüquqi müəyyənlik prinsipi hüququn aliliyinin əsas xüsusiyyətlərindən birini təşkil edir. Hər bir qanun və ya onun hər hansı müddəasının hüquqi müəyyənlik prinsipinə cavab verməsi olduqca vacibdir. Bunun təmin edilməsi üçün hüquq normaları birmənalı və aydın olmalıdır. Qanunun aydın olması isə yalnız onun özünün mətni ilə deyil, eləcə də məhkəmə təcrübəsində formalaşan təfsiri ilə şərtləndirilir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin “Marks Belçikaya qarşı” iş üzrə qəbul etdiyi qərarında qeyd etmişdir ki, öz əmlakına sərəncam vermək mülkiyyət hüququnun adi və əsasını təşkil edən aspektidir və əmlakdan maneəsiz istifadə hüququ mahiyyəti etibarilə mülkiyyət hüququna təminat verir. “Sporronq və Lonnpot İsveçə” qarşı işdə isə Avropa Məhkəməsi öz qərarında göstərmişdir ki, mülkiyyətçinin əmlakına hüququ ilə bağlı statusu toxunulmaz qalsa da, mülkiyyət hüququnun həyata keçirilməsi imkanının məhdudlaşdırılması ilə mülkiyyət hüququ “şərti və qeyri-sabit” xarakter almış olur. Məhkəmə işin faktiki hallarını nəzərə alaraq və maddi hüquq normalarını rəhbər tutaraq qeyd edir ki, fiziki şəxslərin mülkiyyət hüququnun müdafiəsi qüvvədə olan qanunvericiliklə tam təfərrüatı ilə tənzimlənir. Mülkiyyətçiyə hüquq verilir ki, özünə mənsub olan əmlak barəsində öz mülahizəsinə əsasən istənilən hərəkəti edə bilsin. Məhkəmə belə hesab edir ki, şəxsin mülkiyyətçiyə məxsus evdə qeydiyyatdan çıxarılması tələbi mülkiyyətçinin bu kimi hüquqlarından irəli gəlir. Belə olan təqdirdə Məhkəmə hesab edir ki, cavabdeh Bakı şəhəri Sabunçu rayon Polis İdarəsinin üçüncü şəxslərin iddiaçıya məxsus evdən qeydiyyatdan çıxarılmasından imtina etməsi İddiaçı hüquqlarının pozulmasına səbəb olmuşdur. Beləliklə, Məhkəmə hesab edir ki, iddia tələbi əsaslı olduğundan təmin edilməli, X4 və X2 ünvan 1 ünvanında yerləşən 58 saylı mənzildən qeydiyyatdan çıxarılma vəzifəsi cavabdeh Bakı şəhəri Sabunçu rayon Polis İdarəsinə həvalə edilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə Аzərbаycаn Rеspublikаsının İnzibаti Prоsеssuаl Məcəlləsinin 2-ci, 34-cü, 68-ci, 69-cu, 85-ci,10-cu mаddələrini rəhbər tutаrаq, Məhkəmə QƏRARA ALDİ: İddia təmin edilsin. ünvan 1 ünvanında yerləşən 58 saylı mənzildən üçüncü şəxslər X4 və X2 qeydiyyatdan çıxarılması vəzifəsi Cavabdehnə həvalə edilsin. Qərardan məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində tərəflər Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verə bilərlər. Qərardan apellyasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Aytən Oruczadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar