Məhkəmə qərarları › İş №2-1(112)-2047/2020

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-2047/2020

10.03.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-2047/2020 10.03.2020 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Abdullayeva Aygün Abdulla qızının sədrliyi, Məhkəmə iclas katibi X14 Ağa qızının katibliyi, İddiaçının nümayəndəsi və vəkili X5 iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı kirayə müqaviləsinin bağlanmasına dair sərəncam verilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi tələbi barədə inzibati mübahisəyə dair işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) şifahi açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdehnə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ünvan 1 ünvanında yerləşən mənzilin kirayə müqaviləsinin dəyişdirilərək onunla bağlanması öhdəliyinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Sonradan iddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə müraciət edərək ünvan 1 ünvanında yerləşən mənzilin kirayə müqaviləsinin dəyişdirilərək onunla bağlanmasına dair sərəncam verilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, ünvan 1 ünvanında 1993-cü il tarixdən öz ailəsi ilə birlikdə yaşayır. Evin şəxsi hesab vərəqəsinə əsasən xx.xx.1993-cü il tarixədək kirayəçi X3sa da, evə faktiki sahibliyi 1993-cü il tarixdən o etmişdir.Belə ki, xx.xx.1993-cü il tarixdə X2 vəfat etməsi ilə əlaqədar adı şəxsi hesab vərəqəsindən çıxarılmışdır. Onun nəvəsi həmin mənzildə xx.xx.1992-ci il tarixdən qeydiyyatda olan X12 ilə rəsmi nikah münasibətində idilər.Məlumdur ki, əgər belə olmasaydı həmin illərin qanunlarına əsasən onun həmin evə qeydiyyata düşməsi mümkün olmazdı. Lakin, keçmiş arvadı Rusiya Federasiyasında yaşayan qohumlarını görmək adı ilə öz şəxsi əşyalarını yığıb, az bir müddətdən sonra evdən getmişdir.Eyni zamanda Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 26 avqust 2013-cü il tarixli qətnaməsi ilə də aralarındakı nikah pozulmuşdur.Həmin şəxsin mənzilə istifadə hüququnun itirilməsi tələbi ilə Bakı şəhəri Xətai Rayon Məhkəməsinə iddia ərizəsi ilə müraciət etmiş, lakin məhkəmə onun subyektiv hüququnun olmamasını əsas gətirərək, iddia tələbini rədd etmişdir. Bundan sonra sənədləri Bakı şəhəri Cavabdehnə təqdim edərək, kirayə müqaviləsinin onunla bağlanmasını tələb etmişdir. Lakin, onlar X4 razılıq ərizəsini tələb etmişlər. Yuxarıda qeyd etdiyi kimi, o ölkənin hüdudlarından kənarda yaşayır, 1993-cü il tarixdən ölkə sərhəddini keçmiş və onunla əlaqə saxlaması qeyrimümkün olmuşdur.Həmçinin Bakı şəhəri Xətai Rayon Məhkəməsi təqdim edilmiş hüquqi sənədlərə məhəl qoymayaraq onun həmin mənzildə istifadə hüququnun olmasını belə mübahisələndirdiyindən məcbur qalıb Bakı şəhəri Xətai Rayon Məhkəməsindən qeyd edilən mənzildə istifadə hüquqlarının tanınmasını xahiş etmişdir. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli qətnaməsi ilə onun Bakı şəhəri Nobel prospekti, 155 saylı evin 12 saylı mənzildən istifadə hüquqları tanınmışdır.Lakin, yenə də müraciətinə müsbət cavab verilməmişdir. Buna görə də, məcbur olub 2 saylı Bakı İnzibati-lqtisadi Məhkəməsindən həmin mənzilin sosial kirayə müqaviləsinin onunla bağlanmasını xahiş etmişdir. İddiası xx.xx.2017-ci il tarixdə təmin edilmişdir.Lakin hüquqlarını məhdudlaşdırmaqda qərarlı olan Bakı şəhəri Cavabdeh həmin qərardan şikayət vermiş, Bakı Apelyasiya Məhkəməsinin xx.xx.2018-ci il tarixli qərarı ilə onların vermiş olduğu şikayət qeydiyyatda olan X4 razılıq ərizəsinin olmaması səbəbindən təmin edilmişdir. Həmin qərardan Azərbaycan Respublikasının Ali Məhkəməsinə kassasiya şikayəti vermiş, şikayəti təmin edilməsə də qərarın təsviri hissəsində mənzilə dair kirayə müqaviləsinin bağlanmasının X4 razılığı olmadan mümkün olmaması, lakin onun X4 Azərbaycan Respublikasında mövcud olmaması faktının müəyyən edilməsi ilə bağlı məhkəməyə müraciət etmək, bu məsələ həllini tapdıqdan sonra imtina edildiyi halda yenidən inzibati orqana qarşı iddia tələbi ilə məhkəmədə iddia qaldırmaq hüququnun olması göstərilmişdir.Belə olan halda o, Bakı şəhəri Xətai Rayon Məhkəməsinə qeyd edilən iddia ərizəsi ilə müraciət etmişdir. Məhz bundan sonra iddiası təmin edilmiş, və X4 Azərbaycan Respublikası ərazisində olmaması, eləcə də, Bakı şəhəri, Nobel prospekti, 155 saylı evin 12 saylı mənzildə yaşamadığı faktı müəyyən edilmişdir. Yaşayış yeri üzrə qeydiyyat haqqında arayışın əslindən də, göründüyü kimi, qeyd edilən mənzildə ondan başqa heç kim qeydiyyatda deyil. Bakı şəhəri Xətai rayon Polis İdarəsinin xx.xx.2019-cu il tarixli cavab məktubundan da göünür ki, artıq X12 həmin mənzildə qeydiyyatda deyil. Forma 2nin əslindən də göründüyü kimi, qeyd edilən mənzilin maliyyə haqq-hesabı onun üçün xx.xx.1992-ci il tarixdən açılmış, tam kommunal şəraitlidir. Yerli İcra Hakimiyyətinə məxsusdur. X9 xx.xx.1993-cü il tarixdə vəfat erdiyi üçün qeydiyyatdan çıxarılıb. Lakin, Bakı şəhəri Cavabdeh may ayından müraciət etmələrinə baxmayaraq, nəhayət ki, noyabr ayının 19-da ona rəsmi cavab vermişdir. Lakin, istər müraciətlərinə rəsmi olaraq əlavə etdikləri sənədlərdən, istər qəbulda olarkən əlavə olaraq təqdim etdiyi sənədlərdən və eləcə də, verdikləri ifadələrindən tam məlum olmasına baxmayaraq İcra Hakimiyyəti cavabında onlara 1993-cü il tarixdə vəfat etmiş X8 ilə qohumluq münasibətlərini təsdiq edən sənədlərin təsdiq edilmiş surətlərini təkrar istəmişdir. Bununla da, bir daha sübut olunur ki, onunla kirayə müqaviləsi bağlamaq fikrində deyildirlər. May ayından bu günə kimi, eləcə də, bundan sonra da məqsəd onu get-gələ salmaqdır. Bundan əvvəl X4 qeydiyyatda olmasını əsas gətirərək onu illərlə məhkəmələrdə süründürən İcra Hakimiyyəti indi də vəfat etmiş şəxslə qohumluq əlaqəsini təsdiq edən sənədlərin təsdiq edilmiş surətini istəyir. Halbuki, dəfələrlə təqdim edilmişdir. Məhkəmə qətnamələrindən də bu barədə qeydlər vardır. Belə olan halda xx.xx.1993-cü il tarixdən rəsmi olaraq qeydiyyatda olduğu və faktiki olaraq istifadəsində olan mənzilə dair icarə müqaviləsinin onunla bağlanması zərurəti yaranmışdır. Cavabdehə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 47.2-ci maddəsində göstərilən qaydada iddia ərizəsinə münasibət bildirmək üçün sərəncam göndərilməsinə baxmayaraq, məhkəməyə iddia ərizəsinə qarşı hər hansı bir münasibət (etiraz) təqdim edilməmişdir. Şifahi məhkəmə baxışı iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili iddia ərizəsi və iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə eyni məzmunlu izahat verərək iddia tələbinin təmin olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclaslarının vaxtı və yeri barəsində tərəflərə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62-ci maddəsində nəzərdə tutulmuş qaydada rəsmi məlumat verilməsinə baxmayaraq, cavabdehin nümayəndəsi məhkəmə iclaslarında iştirak etməmişdir. Məhkəmə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsasən işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının nümayəndəsi və vəkilinin izahatını dinləyərək, iş materiallarını araşdıraraq, mövcud qanunvericiliyi təhlil edərək hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Belə ki, işdə olan Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-2062/2013 saylı Qətnaməsindən görünür ki, İddiaçı cavabdeh X1rşı nikahın pozulmasına dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmənin həmin qətnaməsi ilə iddia ərizəsi təmin edilmiş, İddiaçı ilə X12 arasında xx.xx.1992-ci il tarixdə Bakı şəhəri Səadət Sarayında bağlanmış 3292 saylı nikah qeydi ləğv edilmişdir. İşdə olan Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(001)-87/2017 saylı, 09 yanvar 2017-ci il tarixli qətnaməsindən görünür ki, İddiaçı cavabdeh X1rşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Nobel prospekti, 155 saylı evin, 12 saylı mənzilindən istifadə və sahiblik hüququnun tanınması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmənin həmin qətnaməsi ilə iddia tələbi qismən təmin edilmiş, İddiaçı Bakı şəhəri, Nobel prospekti, 155 saylı evin, 12 saylı mənzilindən istifadə hüququ tanınmışdır. İddia tələbi qalan hissədə təmin edilməmişdir. İşdə olan 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(82)-2892/2017 saylı, 15 avqust 2017-ci il tarixli qərarından görünür ki, İddiaçı cavabdeh Bakı şəhəri Cavabdehnə qarşı iddia ərizəsilə müraciət edərək ünvan 1 ünvanında yerləşən mənzilə İddiaçı adına sosial kirayə müqaviləsinin bağlanması haqqında sərəncam verilməsi vəzifəsinin cavabdeh Bakı şəhəri Cavabdehnə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmənin həmin qərarı ilə iddia tələbi təmin edilmiş, ünvan 1 ünvanında yerləşən mənzilə İddiaçı adına sosial kirayə müqaviləsinin bağlanması haqqında sərəncam verilməsi vəzifəsi cavabdeh Bakı şəhəri Cavabdehnə həvalə edilmişdir. İşdə olan Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(103)- 220/2018 saylı, 11 yanvar 2018-ci il tarixli qərarından görünür ki, 2 saylı Bakı İnzibati- İqtisadi Məhkəməsinin 2-1(82)-2892/2017 saylı, 15 avqust 2017-ci il tarixli qərarından Cavabdeh tərəfindən apelyasiya şikayəti verilmiş, məhkəmənin həmin qərarı ilə apelyasiya şikayəti təmin edilmiş, 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(82)-2892/2017 saylı, 15 avqust 2017-ci il tarixli qərarı ləğv edilmiş, iş üzrə yeni qərar qəbul edilmiş, iddia təmin edilməmişdir. İşdə olan Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(102)-1089/2017 saylı, 08 may 2018-ci il tarixli qərarından görünür ki, Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-19103)-220/2018 saylı, 11 yanvar 2018-ci il tarixli qərarından İddiaçı tərəfindən kassasiya şikayəti verilmiş, məhkəmənin həmin qərarı ilə İddiaçı kassasiya şikayəti təmin edilməmiş, Bakı Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 11 yanvar 2018-ci il tarixli, 2-1(103)- 220/2018 nömrəli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmışdır. Kollegiya həmin qərarında öz hüquqi mövqeyini bildirərək qeyd etmişdir ki, ünvan 1 ünvanında yerləşən mənzildə qeydiyyatda olan X10 istifadə hüququ itirilmədiyindən, iddiaçı ilə sözügedən mənzilə dair kirayə müqaviləsinin bağlanmasından cavabdehin imtina etməsi qanunvericiliyinin tələblərinə uyğun olmuşdur. Belə ki, həmin mənzilə dair kirayə müqaviləsinin bağlanması N.A.Sokolovanın razılığı olmadan mümkün deyildir. Eyni zamanda İddiaçı hüququ var ki, ilk olaraq N.A.Sokolovanın Azərbaycan Respublikasında mövcud olmadığı faktının müəyyən edilməsi ilə bağlı məhkəməyə müraciət etsin və bu məsələ həllini tapandan sonra hazırki işdə cavabdeh olan inzibati orqana qarşı İPM-nə müvafiq olaraq məhkəmədə iddia qaldırsın. İşdə olan Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-780/2019 sayı, 28 yanvar 2019-cu il tarixli qətnaməsindən görünür ki, İddiaçı ərizə ilə məhkəməyə müraciət edərək, X4 həqiqətən də, Azərbaycan Respublikasının ərazisində və ünvan 1 ünvanında yerləşən mənzildə yaşamadığı faktının müəyyən edilməsi barəsində qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmənin həmin qətnaməsinə əsasən X7 Azərbaycan Respublikasının ərazisində, eləcə də, Bakı şəhəri, Nobel prospekti, 155 saylı evin 12 saylı mənzilində yaşamadığ barədə hüququ əhəmiyyəti olan fakt müəyyən edilmişdir. İşdə olan şəxsi hesab vərəqəsindən görünür ki, ünvan 1 ünvanında yerləşən mənzilin sahibi X8 qeyd edilmişdir. İddiaçı həmin mənzildə qeydiyyatdadır. İşdə olan 66 saylı MKİS tərəfindən verilmiş 1397 nömrəli, xx.xx.2019-cu il tarixli arayışdan görünür ki, mənzilə dair 0268 saylı şəxsi maliyyə haqq-hesabı xx.xx.1992-ci ildə açılmışdır. İddiaçı həqiqətən Xətai rayonu, Nobel prospeti, 155 saylı, 1 mərtəbəli evin, 1-ci mərtəbəsindəki, 21.0 kv.m sahəsi olan 1 otaqlı 12 saylı mənzilində yaşayır. Mənzil tam kommunal şəraitlidir. Ev yerli icra hakimiyyətinə məxsusdur. X8 xx.xx.1993-cü ildə ölüb və həmin mənzildən qeydiyyatdan çıxmışdır. xx.xx.1993-cü il tarixdən İddiaçı həmin mənzildə qeydiyyatdadır. İşdə olan 2 saylı Bakı “Asan Xidmət” Mərkəzi tərəfindən verilmiş Daxili İşlər Nazirliyinin elektron informasiya sistemindən çıxarılmış ******* nömrəli “Yayış yeri üzrə qeydiyyat haqqında” arayışın surətindən görünür ki, ünvan 3 ünvanında İddiaçı qeydiyyatdadır. Mənzildə qeydiyyatda başqa şəxslər yoxdur. İşdə olan cavabdeh tərəfindən iddiaçının müraciətinə cavab olaraq verilmiş xx.xx.2019-cu il tarixli, Q-89-091 nömrəli cavab məktubundan görünür ki, iddiaçının ərizəsinin mahiyyəti üzrə araşdırılması üçün mənzilin kirayəçisi X8 ilə aralarındakı qohumluğu sübbut edən hüquqi sənədlərin təsdiq olunmuş surətərini Cavabdeh Aparatının Hüquq Şöbəsinə təqdim edilməsi bildirilmişdir. Beləliklə, iş materiallarında olan sənədlər əsasında müəyyən edildi ki, iddiaçı mübahisəli mənzilin əvvəlki kirayəçisinin nəvəsi ilə rəsmi nikaha daxil olmuş, mənzilə daimi pasport qeydiyyatına alınmış, mənzilin əvvəlki kirayəçisi xx.xx.1993-cü il tarixdə ölmüş və həmin ünvandan qeydiyyatdan çıxarılmışdır. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 26 avqust 2013-cü il tarixli qətnaməsinə əsasən isə iddiaçı ilə X11 arasında xx.xx.1992-ci il tarixli nikah qeydi ləğv edilmiş, daha sonra Xətai Rayon Məhkəməsinin 09 yanvar 2017-ci il tarixli, 2(001)-87/2017 saylı qətnaməsinə əsasən iddiaçının istifadə hüququ tanınmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(102)-1089/2017 saylı, 08 may 2018-ci il tarixli qərarında göstərilən hüquqi mövqeyi nəzərə alan iddiaçı Bakı şəhər Xətai rayon Məhkəməsinə müraciət edərək X4 həqiqətən də, Azərbaycan Respublikasının ərazisində və ünvan 1 ünvanında yerləşən mənzildə yaşamadığı faktının müəyyən edilməsi barəsində qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(001)-780/2019 saylı, 28 yanvar 2019cu il tarixli qətnaməsinə əsasən X4 Azərbaycan Respublikasının ərazisində, eləcə də, Bakı şəhəri, Nobel prospekti, 155 saylı evin 12 saylı mənzilində yaşamadığı barədə hüququ əhəmiyyəti olan faktı müəyyən edilmişdir. Hazırda İddiaçı mübahisəli mənzildə qeydiyyatda olmaqla yaşamaqda davam etməsi və keçmiş kirayəçinin yaşamadığı müəyyən olunur. Həmçinin mənzilə dair verilmiş forma 2 arayışında ailə üzvü kimi onun adı qeyd olunmuş, mənzil hər hansı başqa şəxsə verilməmişdir. Uzun müddət ərzində iddiaçnın həmin mənzildən çıxarılmaması və ya digər qaydada mübahisələndirilməməsi onu göstərir ki, balans saxlayan və həmin evi istismara qəbul edən mənzil istismarı orqanları onun yaşamasını qəbul etmiş və uzun müddət ərzində ona bütün kommunal xidmətləri göstərmişdir. Mənzildə isə iddiaçıdan başqa qeydiyyatda heç kim yoxdur. Məhkəmə hesab edir ki, mübahisəli mənzilə dair hüquqlar 1993-cü il tarixdən yarandığından, iddiaçı həmin mənzildə 1993-cü il tarixdən qeydiyyatda olduğundan, beləliklə iddiaçının həmin mənzillə bağlı hüquqlarının əvvəlki Mənzil Məcəlləsinin qüvvədə olduğu dövrdə yarandığını nəzərə alaraq, məhkəmə qeyd edilən Məcəllənin maddələrinin tələblərinə istinad etməyi zəruri hesab edir. Belə ki, 08 iyul 1992-ci il tarixli Qanunla təsdiq edilmiş Azərbaycan SSR Mənzil Məcəlləsinin 6-cı maddəsinə əsasən - Yaşayış evləri və yaşayış sahələri vətəndaşların daimi yaşaması üçündür.Həmin Məcəllənin 10-cu maddəsinin 1-ci, 2-ci, 6-cı və 7-ci hissələrinə əsasən-Azərbaycan SSR vətəndaşları müəyyən edilmiş qaydada dövlət və ya ictimai mənzil fondu evlərində yaşayış sahəsi almaq hüququna malikdirlər.Vətəndaşlara dövlət və ya ictimai mənzil fondu evlərində yaşayış sahələri müddətsiz istifadə üçün verilir.Vətəndaşlar yaşayış evlərindən və yaşayış sahələrindən şəxsən varlanmaq, əməksiz gəlir əldə etmək məqsədilə və başqa tamah məqsədləri ilə, habelə cəmiyyətin mənafeyi zərərinə istifadə edə bilməzlər.Mənzil hüquqlarının digər vətəndaşların hüquqlarını pozmaqla həyata keçirilməsinə yol verilmir. Həmin Məcəllənin 28-ci maddəsinin 1-ci hissəsinə əsasən - həmin yaşayış məntəqəsində daimi yaşayan vətəndaşlara yaşayış sahələri, bir qayda olaraq, ailə üçün ayrıca mənzil şəklində verilir.Həmin Məcəllənin 52-ci maddəsinin 2-ci hissəsinə əsasəndövlət və ya ictimai mənzil fondu evlərində icarə müqaviləsinin predmeti ayrıca mənzil və ya bir, yaxud bir neçə otaqdan ibarət digər ayrıca yaşayış sahəsidir. Həmin Məcəllənin 53cü maddəsinin 1-ci hissəsinə əsasən icarədar ilə birlikdə yaşayan ailə üzvləri onunla birlikdə bərabər yaşayışsahəsinin icarə müqaviləsindən irəli gələn bütün hüquqlaramalikdirlər və bütün vəzifələri yerinə yetirməlidirlər. Həmin Məcəllənin 83-cü maddəsinə əsasən-SSR İttifaqının və müttəfiq respublikaların mənzil qanunvericiliyi Əsaslarında, SSR İttifaqının digər qanunvericilik aktlarında və bu Məcəllədə nəzərdə tutulan hallar istisna olmaqla, yaşayış sahəsinin icarə müqaviləsi yalnız icarədarın, onun ailə üzvlərinin və kirayədarın razılığı ilə dəyişdirilə bilər. Həmin Məcəllənin 85-ci maddəsinin 1-ci hissəsinə əsasən-İcarədarın ailə üzvü yaşayış sahəsini bundan əvvəl bağlanmış icarə müqaviləsi üzrə ilk icarədar əvəzinə özünün icarədar hesab edilməsini icarədar və onunla yaşayan ailənin həddi-bülluğa çatmış qalan üzvlərinin razılığı ilə tələb edə bilər. Hazırki işin hallarından göründüyü kimi, mənzilin əvvəlki icarədarı 1993-cü il tarixdə ölmüş, onun ailə üzvü olan icarədarın nəvəsi, iddiaçının keçmiş arvadının isə Azərbaycan Respublikası ərazisində, eləcə də Bakı şəhəri, Nobel prospekti, 155 saylı evin, 12 saylı mənzilində yaşamadığı barədə hüquqi əhəmiyyəti olan fakt müəyyən edilmişdir. Bu baxımdan məhkəmə hesab edir ki, mübahisəli mənzilin keçmiş icaradarı öldüyündən, keçmiş icarədarın ailə üzvü olan X12 isə Azərbaycan Respublikası ərazisində, eləcə də, Bakı şəhəri, Nobel prospekti, 155 saylı evin 12 saylı mənzilində yaşamadığından və bu barədə hüquqi əhəmiyyətli faktın müəyyən edilməsinə dair məhkəmə qətnaməsi olduğundan, eləcə də, onun həmin mübahisəli mənzildə qeydiyyatda olmamasına dair iş materiallarında “yaşayış yeri üzrə qeydiyyat haqqında” arayış olduğundan, həmçinin, iddiaçı həmin mənzildə uzun illərdir ki, qeydiyyatda olmaqla yaşadığından, mənzil faktiki olaraq iddiaçının qanuni sahibliyində və istifadəsində olduğundan, iddiaçının mübahisəli mənzilə dair istifadə hüquqları mövcud olduğundan, bununla da, iddiaçının hazırki tələbi qanuni və əsaslı olduğundan təmin edilməlidir. Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 6 iyun tarixli 649 saylı Fərmanı ilə təsdiq edilmiş “Yerli icra hakimiyyətləri haqqında” Əsasnamənin 4.9.8-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Mənzil Məcəlləsi ilə müəyyən edilmiş qaydada dövlət mənzil fondunun yaşayış sahələrini sosial kirayə müqaviləsi əsasında vətəndaşlara vermək yerli icra hakimiyyəti başçısının səlahiyyətlərinə aid edilmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.2-ci maddəsinə əsasən inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 33.1-ci maddəsinə əsasən məcburetmə haqqında iddia vasitəsi ilə iddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsini cavabdehin üzərinə qoymağı məhkəmədən tələb edə bilər. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 58.1-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Bütün göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2, 33, 52, 58, 68-69, 73, 75.4 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddia tələbi təmin edilsin. ünvan 1 ünvanında yerləşən mənzilə dair kirayə müqaviləsinin İddiaçı ilə bağlanmasına dair sərəncam verilməsi öhdəliyi Cavabdehnə həvalə edilsin. Qərardan məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində tərəflər Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi 540-cı məhəllə) apelyasiya şikayəti verə bilərlər. Qərardan apelyasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Aygün Abdullayeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar