Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-2047/2021 26.02.2021 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ hakim Hacıbəyova Miminat Tacib qızının sədrliyi, İsmayılov Teymur Rauf oğlunun katibliyi, iddiaçı Yasinov Mirhəsən Gülhəsən oğlunun (Bakı şəhərində qeydiyyatdadır, peşəsi sürücü, işləmir), cavabdehin nümayəndəsi Sadiqova Həmidə Rasim qızının (Bakı şəhərində qeydiyyatdadır, ixtisası hüquqşünas, mütəxəssis vəzifəsində işləyir) iştirakı ilə, iddiаçı Yasinov Mirhəsən Gülhəsən oğlunun cаvаbdеh Аzərbаycаn Rеspublikаsının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fonduna (Binəqədi rayon şöbəsinə) qarşı “əmək pensiyasının yenidən hesablanması öhdəliyinin qoyulması” barədə iddia ərizəsi üzrə işə məhkəmə binаsındа аçıq məhkəmə iclаsındа bахаrаq müəyyən etdi: İddiaçı Yasinov Mirhəsən Gülhəsən oğlu cavabdeh Аzərbаycаn Rеspublikаsının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fonduna (Binəqədi rayon şöbəsinə) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək 23.06.2000-ci il tarixdən 12.04.2002-ci il tarixədək Bakı şəhər “Star” firmasında, 07.10.2002-ci il tarixdən 01.04.2008-ci il tarixədək və 01.04.2009-ci il tarixdən 31.07.2015-ci il tarixədək “Azərşərqtrans” müəssisəsində sürücü kimi işlədiyi dövrlərin sosial sığorta stajına daxil edilməsi ilə pensiya məbləğinin yenidən hesablanması öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsinı xahiş etmişdir. İddiaçı Yasinov Mirhəsən Gülhəsən oğlu öz tələbini onunla əsaslandırmışdır ki, iddiaçı əmək pensiyaçısıdır, 23.06.2000-ci il tarixdən 12.04.2002-ci il tarixədək Bakı şəhər “Star” firmasında, 07.10.2002-ci il tarixdən 01.04.2008-ci il tarixədək və 01.04.2009-ci il tarixdən 31.07.2015-ci il tarixədək “Azərşərqtrans” müəssisəsində sürücü kimi işləməsinə baxmayaraq həmin dövrlər pensiya hesablanması zamanı nəzərə alınmamışdır.İddiaçı hesab edir ki, həmin dövrlər nəzərə alınmaqla pensiyası yenidən hesablanmalıdır. İddiaçı göstərilənlərə əsasən iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsinin 47-ci maddəsinə əsasən verilmiş məhkəmə sərəncamı ilə bağlı təqdim etdiyi iddiaya dair etirazında cavabdeh göstərmişdir ki, iddiaçıya 23.01.2017-ci ildə 26 il 9 ay 10 gün sosial sığorta ilə əmək pensiyası təyin edilmişdir. İddiaçının əmək kitabçasında qeyd olunan 12.04.2002-ci ilə olan sığorta stajı illəri aşağıdakı kimidir: 03.09.1971-17.10.1973 (2 il 1 ay 14 gün ), 04.11.1973-18.11.1975 (2 il 14 gün), 26.10.1976-17.11.1977 (1 il 21 gün), 12.12.1977- 16.12.1977 (4 gün), 12.01.1978-31.03.1978 (2 ay 19 gün), 27.04.1978-02.10.1980 (2 il 5 ay 6 gün), 24.11.1980-28.01.1981 (2 ay 4 gün), 14.05.1981-17.12.1981 (7 ay 3 gün), 03.08.1981-25.01.1982 (5 ay 2 gün), 03.02.1982-31.05.1982 (3 ay 28 gün), 15.07.1982- 09.12.1985 (3 il 4 ay 24 gün), 28.01.1986-16.10.1986 (8 ay 19 gün), 15.01.1987- 13.01.1994 (6 il 11 ay 29 gün), 08.05.1997-12.05.2000 (3 il 4 ay), 23.06.2000-12.04.2002 (1 il 4 ay 20 gün), ümumilikdə 25 il 3 ay 17 gün. İddiaçı iddia ərizəsində 14.05.1981-ci ildən 17.02.1981-ci il tarixinədək 7 ay 3 gün, 03.08.1981-25.01.1982-ci ilədək 5 ay 2 gün, ümumilikdə 1 il 5 gün işlədiyini göstərir. Lakin iddiaçının 03.08.1981-17.12.1981-ci illərdə (4 ay 14 gün) eyni zamanda iki müxtəlif müəssisələrdə işlədiyi illər üst-üstə düşdüyü üçün sosial sığorta stajı kimi 8 ay 11 gün hesablanır. Bundan başqa iddiaçının əmək kitabçasında “xxxx” Birgə Müəssisəsində işlədiyi 08.05.1997-12.05.2000-ci illərdə (3 il 4 ay) işə götürülməsi və işdən azad edilməsi tarixi (gün, ay, il) göstərilməmişdir. İddiaçının əmək kitabçasına baxış zamanı ona əlavə edilmiş içliyin ilk səhifəsində heç bir qeydlərin aparılmadığı,qaydalara uyğun olaraq doldurulmadığı müəyyən edilmişdir. Bütün bunlara əsasən iddiaçının işlədiyi 23.06.2000-12.04.2002-ci illərin sosial sığorta stajına daxil edilərək yaşa görə əmək pensiyası təyin edilə bilinir. Həmçinin “Azşərqtrans-1” müəssisəsinin “Sığorta AS (Hesabat)” alt sistemində “Sığorta olunanların hesabları” bölümündə İddiaçı ödənilmiş dövlət sosial sığorta haqları yalnız 01.01.2014-01.08.2015ci illərə təsadüf edir və əmək pensiyasının təyin edilməsi zamanı nəzərə alınmışdır. “Azşərqtrans-1” müəssisəsi tərəfindən təqdim olunmuş məcburi dövlət sosial sığorta haqqı üzrə sığorta olunanlar haqqında hesabatlarda sığorta olunan M.Yasinovun məlumatları qeyd olunmadığı üçün “Sığorta AS (Hesabat)” alt sistemində “Sığorta olunanların hesabları” bölümündə öz əksini tapmamışdır. Cavabdeh göstərilənlərə əsasən iddianın rədd edilməsini məhkəmədən xahiş etmişdir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Hazırda iddiaçının iddiası mümkünlük şərtlərinə cavab verir.İddiaçı cavabdehə müraciət etmiş və imtina cavabı almışdır, iddia düzgün cavabdehə verilmiş, iddia müddətinə əməl edilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur. Məhkəmə iclasında iddiaçı X3 iddia ərizəsinə uyğun izahat verərək iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında cаvаbdеhin nümayəndəsi Sadiqova Həmidə Rasim qızı iddiaya etirazda göstərilən məzmunda çıxış edərək iddianın rədd edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iddiaçının və cavabdehin nümayəndəsinin izahat və çıxışlarını dinləyərək, iş materiallarını tədqiq edərək hesab edir ki, iddia tələbi qismən əsaslıdır. İş materiallarına əlavə edilmiş: İddiaçının əmək kitabçasına əsasən iddiaçı 03.09.1971-17.10.1973-cü illərdə Bakı karamel fabrikində işləmişdir, 04.11.1973-18.11.1975-ci illərdə ordu sıralarında xidmət etmişdir, 02.02.1976-25.10.1976-cı illərdə 79 nömrəli peşə texniki məktəbində təhsil almışdır, 26.10.1976-17.11.1977-ci illərdə Bakı Məişət Kondisionerləri zavodunda, 12.12.1977-16.12.1977-ci illərdə Azərbaycan dəmir yolunun Biləcəri enerji sahəsində, 12.01.1978-31.03.1978-ci illərdə Bakı mebel yığma kombinatında, 27.04.1978- 02.10.1980-ci illərdə 44 nömrəli Tikinti idarəsində, 24.11.1980-23.01.1981-ci illərdə Bakı ət-süd kombinatında, 03.08.1981-25.01.1982-ci illərdə X2 İdarəsinin avtokolonunda, 03.02.1982-31.05.1982-ci illərdə 2714 nömrəli Avtokolonda, 15.07.1982-09.12.1985-ci illərdə Nəqliyyat-Ekspedisiya Bazasında, 28.01.1986-16.01.1986-cı illərdə Rabitə Magistralları və X4, 15.01.1987-13.01.1994-cü illərdə Bakı Taksimotor Parkında, 08.05.1997-12.05.2000-ci illərdə “xxxx” Birgə Müəssisəsində, 23.06.2000-12.04.2002-ci illərdə KÇ nəzdində “Star Taksi LTD” firmasında, 07.10.2002-01.04.2008-ci və 01.04.2009-31.07.2015-ci illərdə “Azşərqtrans-1” müəssisəsində işləmişdir. İddiaçının cavabdehə ünvanlanmış 01.05.2019-cu il tarixli məktubunda göstərilmişdir ki, sığorta stajı - əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (Azərbaycan Respublikasının Dövlət Sosial Müdafiə Fonduna məcburi dövlət sosial sığorta haqları ödəmək şərti ilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur. İddiaçının işlədiyi “Azşərqtrans-1” müəssisəsi 2000-2002-ci illər üzrə və 01.01.2006-cı il tarixdən 01.01.2014-cü illər üzrə məcburi dövlət sosial sığorta haqqı ödəmədiyindən həmin dövrlərin iddiaçının pensiyasına hesablanması mümkün deyildir. Beləliklə, məhkəmə iş materiallarından müəyyən etmişdir ki, iddiaçıya 23.01.2017ci ildə 26 il 9 ay 10 gün sosial sığorta ilə əmək pensiyası təyin edilmişdir.Hazırda iddiaçı iddia edir ki, pensiya hesablanması onun 23.06.2000-ci il tarixdən 12.04.2002-ci il tarixədək Bakı şəhər “Star” firmasında, 07.10.2002-ci il tarixdən 01.04.2008-ci il tarixədək və 01.04.2009-ci il tarixdən 31.07.2015-ci il tarixədək “Azərşərqtrans” müəssisəsində sürücü kimi işlədiyi dövrlər sığorta stajına daxil edilməmişdir. İddiaçı həmin dövrlərin əmək stajına daxil edilməklə əmək pensiyasının hesablanmasını cavabdehdən xahiş etsə də müraciəti təmin edilməmişdir. Məhkəmə aşağıda göstərilənlərə əsasən cavabdehin imtinasını qismən əsassız hesab edir: Belə ki, Azərbaycan Respublikasının Konstitusiyasının 38-ci maddəsinə əsasən, hər kəsin sosial təminat hüququ vardır. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat almaq hüququna malikdir. Azərbaycan Respublikasının Konstitusiyasının 71-ci maddəsinin 2-ci hissəsinə əsasən, insan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsini heç kəs məhdudlaşdıra bilməz. Azərbaycan Respublikası Konstitusiyasının 26-cı maddəsinin İİ hissəsinə əsasən hər kəsin qanunla qadağan olunmayan üsul və vasitələrlə öz hüquqlarını və azadlıqlarını müdafiə etmək hüququ vardır, 60-cı maddəsinin İ hissəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir, İİ hissəsinə əsasən hər kəsin hüququ var ki, onun işinə qərəzsiz yanaşılsın və həmin işə inzibati icraat və məhkəmə prosesində ağlabatan müddətdə baxılsın, İİİ hissəsinə əsasən hər kəsin inzibati icraat və məhkəmə prosesində dinlənilmək hüququ vardır, İV hissəsinə əsasən hər kəs dövlət orqanlarının, siyasi partiyaların, hüquqi şəxslərin, bələdiyyələrin və vəzifəli şəxslərin hərəkətlərindən və hərəkətsizliyindən inzibati qaydada və məhkəməyə şikayət edə bilər. «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikasının Qanununun 1.0.2-ci maddəsinə əsasən sosial sığorta stajı (bundan sonra - sığorta stajı) əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödəmək şərtilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur;. Həmin Qanunun 21.1-ci maddəsinə əsasən qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin, hərbi qulluqçuların, eləcə də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fıziki şəxslərin, vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxslərin iş, hərbi xidmət və ya digər fəaliyyət müddətləri sığorta stajına daxil edilir. Həmin Qanunun 21.2-ci maddəsinə əsasən sığortaolunanın sığorta stajına bu Qanunun 21.1-ci maddəsində qeyd olunan müddətlərdən əlavə, aşağıdakı müddətlər daxil edilir:21.2.1.işçinin işəgötürən tərəfindən hesablanmış əmək haqqına məcburi dövlət sosial sığorta haqqı ödənilən hər hansı işinin müddəti; “İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 2.0.2-ci maddəsinə əsasən, inzibati akt – inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələləri nizama salmaq və ya həll etmək məqsədi ilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. Həmin Qanunun 2.0.6-cı maddəsinə əsasən inzibati icraat - fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu Qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyət; Həmin Qanunun 19.1-ci maddəsinə əsasən inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. İddiaçının təqdim etdiyi sübut - əmək kitabçası ilə onun 23.06.2000-ci il tarixdən 12.04.2002-ci il tarixədək Bakı şəhər “Star” firmasında, 07.10.2002-ci il tarixdən 01.04.2008-ci il tarixədək və 01.04.2009-ci il tarixdən 31.07.2015-ci il tarixədək “Azərşərqtrans” müəssisəsində işləməsi təsdiqlənir və “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanunun 19.1-ci maddəsinə əsasən iddiaçı tərəfindən təqdim olunan əmək kitabçası onun həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Cavabdeh tərəfindən həmin əmək kitabçasında göstərilən məlumatların həqiqətə uyğun olmadığı və ya saxta olması sübuta yetirilməmişdir. Belə olan halda iddiaçının əmək fəaliyyəti ilə bağlı bütün şübhələr iddiaçının xeyrinə şərh olunmalıdır. Belə ki, Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 53.3-cü maddəsinə əsasən vergi qanunvericiliyinin pozulmasında vergi ödəyicisinin təqsirinin olmasında aradan qaldırılmaz şübhələr olduqda, onlar vergi ödəyicisinin xeyrinə şərh olunur. Həmin Məcəllənin 1.4-cü maddəsinə əsasən bu Məcəllənin vergitutmanın ümumi əsasları, vergilərin ödənilməsi qaydaları (ödənilməsi mənbələri istisna olmaqla), vergi ödəyicilərinin və dövlət vergi orqanlarının, habelə vergi münasibətlərinin digər iştirakçılarının vergitutma məsələləri ilə bağlı hüquq və vəzifələri, vergi nəzarətinin forma və metodları, vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyət, dövlət vergi orqanlarının və onların vəzifəli şəxslərinin hərəkətlərindən (hərəkətsizliyindən) şikayət edilməsi qaydaları ilə bağlı müddəaları məcburi dövlət sosial sığorta haqqı, icbari tibbi sığorta haqqı və işsizlikdən sığorta haqqına münasibətdə də tətbiq olunur. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanunun 19.1-ci maddəsinə əsasən isə iddiaçıdan həmin əmək kitabçasının mötəbərliyini təsdiq edən əlavə sənəd və ya məlumat tələb edilməsi qadağandır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1996-cı il 26 dekabr tarixli, 186 nömrəli qərarı ilə təsdiq edilmiş “İşçilərin əmək kitabçasının forması və onun tərtibi qaydaları”nın 1.1-ci bəndinə əsasən isə əmək kitabçası işçinin əmək fəaliyyətini və əmək stajını təsdiq edən əsas sənəddir. Eyni zamanda işin faktiki hallarına əsasən “Star” firması, “Azərşərqtrans” müəssisəsi həqiqətən də dövlət qeydiyyatından keçmiş kommersiya müəssisələridir, bu hal internet vergi məlumatları ilə təsdiqlənir. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Kollegiyasının 2017-ci il 11 dekabr tarixli 17 nömrəli qərarı ilə təsdiq edilmiş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi» Qaydalarının 3.1-ci bəndində də göstərilmişdir: “Sığortaolunanların qazanmış olduqları pensiya hüquqlarının müəyyən edilməsi zamanı nəzərə alınan sığorta stajı əhatə etdiyi dövrə uyğun olaraq aşağıdakılardan ibarətdir: 3.1.1. Qanunun qüvvəyə mindiyi 01.01.2006-cı il tarixədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün ümumi iş stajı;..” Həmin Qaydaların 3.2-ci bəndində göstərilmişdir: “2006-cı il yanvarın 1-dək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı aşağıdakı sənədlər üzrə PAS-a daxil edilmiş məlumatlara əsasən müəyyən edilir:3.2.1. əmək kitabçası;” Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(102)- 169/2020 nömrəli iş üzrə qəbul edilmiş 10.06.2020-cu il tarixli qərarında əks olunmuş mövqeyinə əsasən “İş stajını təsdiq edən sənəd əmək kitabçasıdır”. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanunun 24.3-cü maddəsinə əsasən inzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir. Həmin Qanunun 24.4-cü maddəsinə əsasən təqdim olunmuş sübutlar yetərli olmadıqda, inzibati orqan öz təşəbbüsü ilə əlavə sübutlar toplamağa borcludur. İşin faktiki hallarına əsasən iddiaçının sığorta stajına daxil edilməsini tələb etdiyi 23.06.2000-ci ildən 12.04.2002-ci ilə qədər “Star” firmasında işlədiyi müddət cavabdeh tərəfindən iddiaçıya pensiya təyin edilərkən nəzərə alınmışdır, ümumilikdə iddiaçıya 12.04.2002-ci ilə qədər 25 il 3 ay 17 gün olmaqla, cəmi isə 26 il 9 ay 10 gün iş stajı nəzərə alınmaqla əmək pensiyası təyin edilmişdir.Yəni iddiaçının 23.06.2000-ci ildən 12.04.2002-ci ilə qədər “Star” firmasında işlədiyi müddətin sığorta stajına daxil edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması hissəsində iddiası əsassızdır. İddiaçının “Azşərqtrans-1” müəssisəsində işlədiyi 07.10.2002-ci il tarixdən 01.04.2008-ci il tarixədək və 01.04.2009-ci il tarixdən 31.07.2015-ci il tarixədək olan dövrlərin pensiya təyin edilməsi üçün sığorta stajına daxil edilməsi barədə iddia tələbinə gəldikdə isə Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Kollegiyasının 2017-ci il 11 dekabr tarixli 17 nömrəli qərarı ilə təsdiq edilmiş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi» Qaydalarının 3.1-ci bəndinə və 3.2-ci bəndinə əsasən yalnız 01.01.2006-cı ilə qədər olan dövrdə əmək stajı sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün əsas götürülür. 01.01.2006-cı ildən sonrakı dövrdə isə qanunvericiliklə əmək pensiyalarının təyin edilməsi və hesablanmasının fərqli əsasları müəyyən edilmişdir. Belə ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunun 6.2-ci maddəsinə əsasən əmək pensiyasının sığorta hissəsinin 1992-ci ilin yanvarın 1-dək qazanılmış pensiya kapitalına əsasən formalaşan məbləği, habelə bu Qanunun 20-ci maddəsində nəzərdə tutulan əlavələr dövlət büdcəsinin, digər bütün məbləğləri isə məcburi dövlət sosial sığortası vəsaitləri və sosial sığorta ehtiyatı hesabına maliyyələşdirilir. Qeyd olunan mənbələrin birində vəsait çatışmazlığı olduqda, müvafiq xərclər digər mənbə hesabına maliyyələşdirilir. İddiaçının 01.04.2009-ci ildən 31.07.2015-ci ilədək, 01.01.2006-cı ildən 01.04.2008-ci ilədək “Azərşərqtrans” müəssisəsində sürücü kimi işlədiyi dövrlərdə məcburi dövlət sosial sığorta haqlarını ödəməsi işin faktiki halları ilə təsdiqlənmir. Belə olan halda iddiaçının iddiası 07.10.2002-ci il tarixdən 01.01.2006-ci il tarixədək “Azərşərqtrans” müəssisəsində sürücü kimi işlədiyi dövrlərin sosial sığorta stajına daxil edilməsi ilə pensiya məbləğinin yenidən hesablanması tələbinin hüquqi əsasları mövcud olduğu halda iddianın qalan hissəsi subutlarla təsdiq edilmədi. Azərbaycan Respublikasının İPM-nin 68.1-ci maddəsinə əsasən, məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddiaçının iddia tələbi qismən əsaslı olduğu üçün təmin edilməli, 07.10.2002-ci il tarixdən 01.01.2006-ci il tarixədək “Azərşərqtrans” müəssisəsində sürücü kimi işlədiyi dövrün iş stajı kimi sosial sığorta stajına daxil edilməsi ilə pensiya məbləğinin yenidən hesablanması öhdəliyi cavabdehin üzərinə qoyulmalı, iddia qalan hissədə rədd edilməlidır. Azərbaycan Respublikasının İPM-nin 110-1-ci maddəsinə əsasən prosessual xərclər ödənilmiş tələblərə münasib olaraq işdə, işdə iştirak edən şəxslərə aid edilir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununun 9.1.12-ci maddəsinə əsasən, inzibati hüquq münasibətlərindən əmələ gələn işlər üzrə - vətəndaş, inzibati orqanlar və vəzifəli şəxslər dövlət rüsumu ödəməkdən azad olunurlar. Azərbaycan Respublikasının İPM-nin 2, 34, 68, 69, 85, 110-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddia tələbi qismən təmin edilsin. İddiaçı X1 07.10.2002-ci il tarixdən 01.01.2006-ci il tarixədək “Azərşərqtrans” müəssisəsində sürücü kimi işlədiyi dövrü iş stajı n sosial sığorta stajına daxil edilməsi ilə pensiya məbləğinin yenidən hesablanması öhdəliyi cavabdeh Аzərbаycаn Rеspublikаsının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fonduna (Binəqədi rayon şöbəsinə) həvalə edilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qərardan şikayət qərarın tam formada təqdim olunduğu gündən 30 gün müddətində Bakı şəhəri, Z.Xəlilov, 540-cı məhəllə ünvanda yerləşən Bakı Apellyasiya Məhkəməsinin inzibati kollegiyasına Bakı İnzibati Məhkəməsi vasitəsilə verilə bilər. Hakim Miminat Hacıbəyova
Məhkəmə qərarları › İş №2-1(112)-2047/2021
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-2047/2021
26.02.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver