Məhkəmə qərarları › İş №2-1(112)-2047/2023

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-2047/2023

22.02.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-2047/2023 22.02.2023 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Sevdimalıyeva Günel Arif qızının sədrliyi, İddiaçı və vəkili Vəkil Yusib oğlunun iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı “əmrin ləğv edilməsi” iddia tələbi üzrə iş materiallarına məhkəmənin binasında (Bakı şəhəri, Nəsimi rayonu, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : I. Mübahisəli hüquqi məsələnin qısa xülasəsi

1. İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı iddia ərizə ilə məhkəməyə müraciət edərək ehtiyata buraxılma şərtinin “Xidmət keçmə haqqında” Əsasnamənin 156-cı maddəsinin “e” bəndindən (xidməti uyğunsuzluğa görə) “j” bəndinə (öz arzusu ilə) dəyişdirilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

2. Tələb onunla əsaslandırılmışdır ki, o, baş leytenant rütbəsində Naxçıvan Muxtar Respublikasında yerləşən N- nömrəli hərbi hissədə hərbi hissənin bölük komandirinin şəxsi heytlə iş üzrə müavini vəzifəsində 09 dekabr 2021-ci ilə kimi xidməti vəzifələrini icra etmiş və həmin tarixdə Müdafiə Nazirin 01750 nömrəli əmri ilə “Xidmət keçmə haqqında” Əsasnamənin 156-cı maddəsinin “e” bəndinə əsasən xidməti uyğunsuzluğa görə ehtiyata buraxılmışdır. Həmin əmr qanunsuz olduğundan aşağıda göstərilən əsaslara görə Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin üzərinə İddiaçı ehtiyata buraxılma şərtinin “Xidmət keçmə haqqında” Əsasnamənin 156-cı maddəsinin “e” bəndindən (xidməti uyğunsuzluğa görə) “j” bəndinə (öz arzum ilə) dəyişidirilməsi öhdəliyi qoyulmalıdır. xx.xx.2022-ci il tarixdə İddiaçı Azərbaycan Respublikasının Müdafiə Nazirinə və Naxçıvan Muxtar Respublikasının Ordu Komandana ərizə ilə müraciət edərək 14 il ərzində xidməti vəzifələrini layiqincə yerinə yetirdiyini, avtoqəza nəticəsində aldığı travmaya görə ağrılarının olmasına baxmayaraq, idman normativinin verməsində çətinlik çəkməsinə baxmayaraq xidməti işində irəli çəkilməsini, bilavasitə xidmətinə aid olan işlər üzrə nöqsanının olmamasını nəzərə alaraq və xidmətə bərpa olunmasına ümüdü olmasa da heç olmasa üstündən xidməti uyğunsuzluqla bağlı ləkənin götürülməsini və “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 156-cı maddəsinin “e” bəndini “j” bəndinə dəyişməklə öz arzusu ilə xidmətdən tərxis olunumasına icazə verilməsini xahiş etmişdir.

3. Daha sonra iddiaçı iddia tələbini “Azərbaycan Respublikası Müdafiə Nazirinin 09 dekabr 2021-ci il tarixli 01750 nömrəli əmrinin ləğv edilməsi və xidmətə bərpa edilməsi” kimi dəyişdirmişdir.

4. Ərizə onunla əsaslandırılmışdır ki, İddiaçı 14 il müddətində qüsursuz xidmət etmiş, dəfələrlə mükafatlandırılmış, vəzifədə irəli çəkilmişdir. O, peşəsinə hörmətlə yanaşan, xidmətini sevən və fiziki qüsurunun olmasına və tibbi göstəricilərə görə könüllü olaraq xidmətdən tərxis olunma imkanından istiladə etməyib xidmətini ən ağır bölgələrdə davam etdirmiş və davam etməyə də hazır olan zabitdir. Xidməti vəzifələrini layiqincə yerinə yetirdiyinə və özünə qarşı tələbkar olduğuna görə vəzifədə irəli çəkilərək N nömrəli hərbi hissənin komandirinin xx.xx.2016-cı il tarixli 056 nömrəli əmri ilə N nömrəli hərbi hissənin bölük komandirinin şəxsi heyətlə iş üzrə komandir müavini vəzifəsinə təyin olunmuş, sağlamlığı ilə bağlı fiziki qüsurunun, yəni çiynində olan travmaya görə turnikdə idman normativini tam verə bilməməsinə baxmayaraq Müdafiə Nazirin müavini-X6 Komandanın xx.xx.2017-ci il tarixli 016 saylı əmri ilə iki il gecikmə ilə növbəti baş leytenant rütbəsi ona verilmiş və xx.xx.2017-ci ildə N nömrəli hərbi hissənin bölük komandirinin şəxsi heyətlə iş üzrə komandir müavini vəzifəsinə təyin olunmuşdur. Bölük komandirinin şəxsi heyətlə iş üzrə müavini kimi vəzifələrini layiqincə yerinə yetirmiş, hərbi-uçot ixtisası üzrə xidməti vəzifələrini icraetmə qabiliyyətində olmuşdur. Müdafiə Naziri baş leytenant Ə. Həsənovun xidməti uyğunsuzluqla vaxtından əvvəl ehtiyta buraxılmasına səbəb Naxçıvan Muxtar Respublikasının Ordu Komandanın əsassız və yoxlanılmamış məlumatlara istinadən tərtib etdiyi təqdimat olmuşdur. Təqdimatda xidmətinin son altı ay ərzində İddiaçı davamlı olaraq əmrə tabe olmaması və vəzifəsinin öhdəsindən gələ bilməməsi göstərilmişdir. Bunlar həqiqətə uyğun gəlməyən nəticə kimi qiymətləndirilməlidir. İddiaçı 14 il müddətində yaxşı olub və qəfildən intizamsız zabit olması yalnız əqli cəhətdə xəstə olması ilə izah oluna bilərdi, lakin onun səhhətində heç bir problem olmamışdır. Sonuncu hərbi hissəyə Komandan tərəfindən sıra qarşısında elan olunmuş rütbə verilmədən təcili olaraq heç bir izah verilmədən başqa hərbi hissəyə göndərildikdən sonra ona qarşı təzyiqlər və yuxarı rəhbərliyin qərəzli mövqeyi əsasında xidməti uyğunsuzluqla xidmətdən tərxis olunma kompaniyası başlanmış və növbəti rütbə verilmə bəhanəsi ilə attestasiyaya çağırılmış və attestasiyanın qərəzli rəyindən iki ay sonra xidməti uyğunsuzluqla xidmətdən tərxis olunmuşdur. Qeyd edilməlidir ki, Komandan tərəfindən sıra qarşısında İddiaçı şifahi əmrlə kapitan rütbəsi verilmiş və Komandan şəxsən Türkiyyə Silahlı Qüvvələrdə istifadə olunan hərbi qalstuka bağlanan sancağı ona hədiyə etmişdir (həmin hədiyyə məhkəməyə təqdim olunur). Lakin səhərisi günü başqa hərbi hissəyə keçirildikdə əmrdə rütbəsi baş leytenant göstərilmişdir. Göründüyü kimi Müdafiə Nazirin müavini, general-polkovnik Kərəm Mustafayevin baş leytenant İddiaçı elan etdiyi kapitan rütbəsi sonuncuya əmrlə rəsmiləşdirilməmiş və Müdafiə Naziri tərəfindən həmin əmr ləğv edilməmişdir. Halbuki, Silahlı Qüvvələrin Daxili Nizamnaməsinin tələbinə görə rütbəni vermiş şəxs (şifahi və ya rəsmi) özü öz əmrini ləğv edə bilməz, yalnız ondan yuxarı komandir bunu edə bilərdi. Bu tələblərə əməl etməmək üçün İddiaçı qəfildən onu tanımayan və rütbənin verilməsindən məlumatı olmayan hərbi hissəyə xidmətinin davam etdirilməsi üçün baş leytenant rütbədə göndərilməkdə kapitan rütbəsinin verilmə şəraitini unutdurmaq və izi azdırmaq olmuşdur. Yuxarıda qeyd olunanlara və fiziki qüsuruna baxmayaraq İddiaçı etiraz etmədən xidmətini layiqincə davam etdirmişdir. Belə ki, xx.xx.2014-cü ildə İddiaçı məzuniyyətdə olduğu müddət ərzində avtomobil qəzası nəticəsində sol körpücük sümüyünün akromal ucunun qapalı, qopmuş cüzi yerdəyişmiş sınığından sonrakı zəif sümük döyənəyi diaqnozu ilə Silahlı Qüvvələrin Baş Klinik Hospitalında müalicə alıb xx.xx.2014-cü il tarixdə xidməti yerinə qayıtmışdır. Aldığı travma ilə əlaqədar N nömrəli hərbi hissənin komandirinin xx.xx.2014-cü il tarixli 101 nömrəli göndərişi ilə 11 mart 2014-cü ildə N nömrəli hərbi hissənin Qarnizon hərbi həkim komissiyası tərəfindən şəhadətləndirilərək “Xəstəlik cədvəlinin” 86 maddəsinin İİİ qrafasına əsasən hərbi xidmətə müvəqqəti yararsız hesab edilərək 14 gün müddətinə hərbi xidmət vəzifələrinin icrasından tam azad olunmuş, daha sonra N nömrəli hərbi hissənin komandirinin xx.xx.2019-cu il tarixli 5150 nömrəli göndərişi ilə xx.xx.2019-cu ildə N nömrəli hərbi hissənin Qarnizon hərbi həkim komissiyası tərəfindən şəhadətləndirilərək “Xəstəlik cədvəlinin” 65 “c” və 13 “d” maddəsinin İİİ qrafasına əsasən sol körpücük sümüyünün akromal ucunun qapalı, qopmuş cüzi yerdəyişmiş sınığından sonrakı vəziyyətə görə İİ dərəcəli alimentar piylənmə diaqnozu ilə hərbi xidmətə yararlı hesab edilmişdir. Hava dəyişikliyi zamanı və xidmətini davam etdirdiyi dövrdə hərbi-həkim komissiyası tərəfindən qeyd olunan travmadan yara ağrılarının kəskinləşməsi səbəbindən o, xx.xx.2019-cu il tarixdə “Naxçıvan Diaqonostika-Müalicə Mərkəzi”ndə KT kabinetdə tibbi müayinədən keçərkən 1.4-1.5 fəqərəarası sahədə arxa liqamentumda kalçinat və intervertebral diskin fibroz həlqəsinin qabarması sol nevral forameni inferiorda daraldan 7.8 mm ölçüdə sol paramedian yırtıq aşkar edilmişdir. E.Həsənovda olan xəstəliyi ətraflı yazmaqda məqsəd odur ki, o, aldığı travma ilə bağlı davamlı şəkildə keçirdiyi ağrılara baxmayaraq, xidmətini ön cəbhədə davam etdirmiş və komandirləri tərəfindən dəfələrlə soruşulduqda ki, xidmətini davam etdirmək istəyirmi, o, hər zaman müsbət cavab vermişdir. Xidmətinin son aylarında hərbi hissə komandirinin səhv məruzəsi nəticəsində ona qarşı rəhbərlik tərəfindən arzuolunmaz davranış nümayiş etdirilmiş və qərəzli mövqe tutulmuşdur. Bu səbəbdən xidmətinin son altı ayında ardıcıl olaraq cüzi səbəbdən töhmətlər elan edilmiş, hətta bir töhmət növbəti rütbə almağı ilə bağlı yuxarıda şərh edilən travmaya görə idman normativini verə bilməməyi ilə əlaqədar olmuşdur, yəni 2014-cü ildə aldığı travmaya görə 7 il xidməti dövründə idman normativini verə bilməməyinə görə cəza verilmədiyi halda İddiaçı asılı olmayan fiziki qüsura görə cəza verilməyə başlanmışdır. Bu cəzaların, o cümlədən N dəfə N nömrəli hərbi hissənin kadrlar üzrə bölməsində onunla fərdi söhbətlərin aparılması, daha sonra şərəf məhkəməsində onun işinə baxılması formal cəhətdən “Xidmət keçmə haqqında” Əsasnamənin 156-cı maddəsinin “e” bəndinin əsasını təşkil etmək üçün edilən addımlar olmuşdur. “Hərbi vəzifə və hərbi xidmət haqqında” Qanunun 40.3-cü maddəsində göstərilmişdir ki, “Zabitlər, gizirlər və miçmanlar, müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçuları “Hərbi xidmətkeçmə haqqında” Əsasnamədə müəyyən edilmiş qaydada müvafiq icra hakimiyyəti orqanı tərəfindən həqiqi hərbi xidmətdən ehtiyata və ya istefaya buraxılırlar.” Göründüyü kimi bu müddəa blanket maddədir və attestasiyanın rəyi əsasında xidməti uyğunsuzluqla bağlı ehtiyata buraxılma yalnız “Hərbi xidmətkeçmə haqqında” Əsasnamə ilə nizamlanır. Azərbaycan Respublikasının 1997-ci il 3 oktyabr tarixli, 377-İQ nömrəli Qanunu ilə təsdiq edilmiş “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin (bundan sonra Əsasnamə) 15-ci maddəsində həqiqi hərbi xidmətdə olmağın son yaş həddinə çatmayan hərbi qulluqçuların vaxtından əvvəl ehtiyata və ya istefaya buraxılmasının yol verilmə hallan müəyyən edilmişdir: digər əsaslarla yanaşı “xəstəliyə görə — hərbi-həkim komissiyasının rəyinə əsasən; xidməti uvğunsuzluğa görə — müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularından başqa; öz arzusu ilə — yalnız zabit heyəti vəzifələrində təqvim hesabı ilə azı 5 il xidmət etmiş zabitlər;” Əsasnamənin 42-ci maddəsində rütbənin verilməsi ilə bağlı attestasiyanın keçirilməsi, 86 və 87-ci maddələrə əsasən hərbi qulluqçuların attestasiyası üzrə bütün işlər onlann xidmətdə və davranışda şəxsi nümunəliyini təmin etməyə, onlardan tapşırılmış iş üçün yüksək məsuliyyət hissi tərbiyə etməyə, şəxsi heyətin döyüş hazırlığı, qoşunların döyüş və səfərbərlik hazırlığı, hərbi intizamın möhkəmləndirilməsi vəzifələrinin həlli üzrə onlann təşkilatçılıq bacarığının yoxlanılması üçün dinc dövrdə zabitlərin attestasiyası dörd ildə bir dəfə keçirilməsi nəzərdə tutulmuşdur. Hərbi rütbənin verilməsi müəyyən şərtlərlə həyata keçirilir. Əsasnamənin 42-ci maddəsində göstərilmişdir ki, “Azərbaycan Respublikasının müdafiəsi zamanı xəsarət (yaralanma, travma, kontuziya) alması, yaxud xəstələnməsi ilə əlaqədar müalicə olunan və müvafiq komandirlərin (rəislərin) sərəncamında olan hərbi qulluqçular, bu komandirlər (rəislər) tərəfindən hərbi qulluqçunun xəsarət (yaralanma, travma, kontuziya) almasına, xəstələnməsinə qədər tutduğu ştat vəzifəsi nəzərdə tutulan hərbi rütbənin uçotu ilə növbəti hərbi rütbəyə təqdim edilə bilərlər. Növbəti hərbi rütbə almağa imkan verən yüksək vəzifəyə təyin olunmaqla eyni vaxtda, növbəti hərbi rütbə verilməsi xidməti mənafedən irəli gələn müstəsna hallarda yol verilir.” Bu isə o deməkdir ki, zabitin xidməti dövründə xəstələnməsi və xəstələnməsinə qədər tutduğu ştat vəzifəsi nəzərdə tutulan hərbi rütbənin uçotu ilə növbəti hərbi rütbənin verilməsini istisna etmir və hərbi hissənin komandirinin təqdimatı əsasında attestasiyaya göndərilmiş zabit attestasiya zamanı idman normativlərini vermədən növbəti rütbəni ala bilər. İddiaçı travmadan əziyyət çəkdiyini və idman normativini tam verə bilmədiyini komandir bilirdi və buna baxmayaraq növbəti rütbənin alınması üçün təqdimat hazırlayarakən təqdimatda bu haqda qeydlər aparmamışdır. Bu səbəbdən də attestasiya zamanı İddiaçı xəstəliyi nəzərə alınmadan idman normativlərinin verilməsinə cəlb olunmuş və bu normativləri verə bilməmişdir. Daha sonra digər şərt cəzalarla bağlı olmuşdur. Əsasnamənin 44-cü maddəsində göstərilmişdir ki, “İntizam cəzası alan, xidməti vəzifələrinin yerinə yetirilməsində ciddi nöqsanları olan hərbi qulluqçular növbəti hərbi rütbə verilməsinin digər şərtlərinə cavab versələr də, onların növbəti hərbi rütbə verilməsinə təqdim olunması nöqsanlar aradan qaldırılanadək, intizam cəzası götürülənədək təxirə salınır. Növbəti hərbi rütbə verilməsinə təqdimatın təxirə salınması haqqında qərarı əlahiddə tabor komandiri, ona bərabər və ondan yuxarı səlahiyyətə malik birbaşa rəis qəbul edir və bu qərarın qəbul edilməsinə əsas olan səbəbi hərbi qulluqçu ilə şəxsi söhbət zamanı ona elan edir. Şəxsi söhbət zamanı növbəti hərbi rütbə verilməsinə dair təqdimatın təxirə salınmasına əsas olan səbəb hərbi qulluqçuya söhbət vərəqəsində imza etdirməklə elan edilir və növbəti hərbi rütbə verilənədək şəxsi işə tikilib saxlanılır.” Bu müddəaya əsasən İddiaçı cəzalarının olmasını nəzərə alaraq komandiri onu növbəti rütbənin verilməsi üçün attestasiyaya göndərməməli idi. Görünür, artıq İddiaçı xidməti uyğunsuzluqla bağlı ehtiyata buraxılmasına dair attestasiyaya göndərməzdən əvvəl rəhbərlik tərəfindən qərar verildiyindən formal tələblərə əməl edilməsi üçün İddiaçı attestasiyadan keçirilmiş və attestasiyanın nəticəsi əvvəlcədən bəlli olmuşdur. Əsasnamənin 86-cı maddəsinin müddəaları isə bilavasitə xidmətlə bağlıdır və 4 ildən bir planlı şəkildə keçirilir və attestasiyanın nəticələri ilə xidmətə uyğunsuz hesab edildikdə bu haqda rəy tərtib olunur və hərbi hissə komandirinə göndərilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 23 may tarixli 97 nömrəli qərarı ilə təsdiq edilmiş Azərbaycan Respublikasında işçilərin attestasiyasının keçirilməsi Qaydalarının 3.3-cü maddəsinə əsasən “Attestasiya komissiyasının tövsiyələri müəssisə tərəfindən 30 təqvim günü ərzində yerinə yetirilməlidir. Bu müddət qurtardıqdan sonra attestasiyanın nəticələrinə görə ixtisas, əməyin ödənilməsi dərəcələrini, vəzifə maaşını və maaşa edilən əlavələri azaltmağa və ya ləğv etməyə, işçini aşağı vəzifəyə keçirməyə, işdən azad etməyə yol verilmir.” Beləliklə, hərbi xidmət üzrə də attestasiya Komissiyanın nəticələri bir ay müddətində icra olunmalıdır. Əgər bu müddət ərzində icra olunmassa onda komissiyanın rəyi qüvvədən düşmüş olur və tətbiq oluna bilməz. Bu müddəa Əsasnamədə əks olunmamış və başqa qaydada da müəyyən edilməmişdir. Nazirlər Kabinetinin təsdiq etdiyi attestasiya keçirilməsi qaydalarında bu tələb mövcuddur. Həmin qaydaların Əsasnaməyə nisbətdə hüquq üstünlüyünü nəzərə alaraq qaydalarda qeyd olunan müddəa Əsasnamədə digər şərtlər müəyyən olunmadığından hərbi qulluqçulara da şamil olunmalıdır. Yəni bu məsələdə analogiya prinsipi tətbiq olunur. İddiaçı attestasiyadan 2021-ci ilin sentyabr ayında keçmişdir. Xidməti uyğunsuzluğa görə xidmətdən xx.xx.2021 -ci il tarixdə tərxis olunmuşdur. Bu qanunsuzdur. Qaydaların tələbi kobud sürətdə pozulmuşdur. Attestasiya komissiyasının tövsiyələri 30 təqvim günü ərzində yerinə yetirilməli idi, bu müddət qurtardıqdan sonra attestasiyanın nəticələrinə görə yuxanda qeyd edildiyi kimi ixtisas, əməyin ödənilməsi dərəcələrini, vəzifə maaşını və maaşa edilən əlavələri azaltmağa və ya ləğv etməyə, işçini aşağı vəzifəyə keçirməyə, işdən azad etməyə yol verilmir. Onu da qeyd etmək lazımdır ki, bu Qaydalar 2001-ci ildə təsdiq olunmasına baxmayaraq bu gün də qüvvədədir. Yeganə olaraq 12 mart 2010-cu il tarixli 47 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2010-cu il, № 3, maddə 258) ilə “Azərbaycan Respublikasında işçilərin attestasiyasının keçirilməsi Qaydaları”nın 1.3-cü bəndindən "tibb işçiləri," sözləri çıxarılmışdır. Beləliklə, “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin müdəalarına görə hərbi hissə komandiri tərəfindən tabeliyindən xidmət keçən zabitə növbəti hərbi rütbənin verilməsi məsləhət bilindikdə onun attestasiya göndərilməsinə təqdimat verilir, əks halda zabitlə şəxsi söhbət zamanı növbəti hərbi rütbə verilməsinə dair təqdimatın təxirə salınmasına əsas olan səbəb hərbi qulluqçuya söhbət vərəqəsində imza etdirməklə elan edilir və növbəti hərbi rütbə verilənədək şəxsi işə tikilib saxlanılır. Hər 4 ildən bir attestasiyanın keçirilməsi isə Əsasnamənin 87-ci maddəsi ilə tənzimlənir. Müdafiə Nazirin müavini, general-polkovnik Kərəm Mustafayevin baş leytenant İddiaçı elan etdiyi kapitan rütbəsi sonuncuya əmrlə rəsmiləşdirilməmiş və Müdafiə Naziri tərəfindən həmin əmr ləğv edilməmişdir. Belə olan halda sual olunur nə üçün İddiaçı kapitan rütbəsinin verilməsi ilə əlaqədar attestasiya çağırılmış və nə üçün o, tərxis olunarkən baş leytenant rütbəsində tərxis olunmuşdur. Odur ki, kapitan rütbəsinin verilməsi ilə əlaqədar attestasiya çağırılması qanunsuz hesab edilməlidir, çünki artıq ona kapitan rübəsi verilmişdir. Müdafəi Nazirliyin üzərinə öhdəlik qoyulmalıdır ki, sıra düzülüşündə İddiaçı elan olunmuş kapitan rütbəsi əmrlə rəsmiləşdirilsin. Bundan başqa, “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin tələbinə görə Attestasiya komissiyasının işi aşkarlıq şəraitində, obyektiv, qərəzsiz və qanunvericiliyin tələblərinə əməl edilməklə aparılmalıdır. Attestasiya komissiyasının üzvləri tərəfindən işçiyə yalnız tutduğu vəzifəyə (peşəyə), əmək funksiyasına, ixtisasına (peşəsinə) dair, yerinə yetirdiyi işlər və onların nəticələri barədə, habelə tutduğu vəzifəyə (peşəyə) uyğunluğunu müəyyən etmək üçün zəruri olan əmək müqaviləsi ilə müəyyən edilmiş hüquqları, vəzifələri dairəsinə aid olan məsələlərlə əlaqədar suallar verilə bilər. Attestasiya olunan işçinin siyasi baxışlarına, mənəvi, əxlaqi kamilliyinə, şəxsiyyətinə, etiqadına və digər sırf şəxsi dəyərlərinə görə, o cümlədən onun intizamlılıq dərəcəsinə görə peşəkarlıq səviyyəsinin qiymətləndirilməsi yolverilməzdir. Attestasiya adətən yazılı və şifahi formada keçirilir. İlk növbədə işçiyə testlərə cavab vermək təklif olunur. İşçi testlərdən müvəffəqiyyətlə keçərsə komissiya üzvləri ona bir neçə şifahi sual verə bilərlər. Komissiya işçinin həm peşakar, həm də şəxsi keyfiyyətlərini qiymətləndirir. Peşakar keyfiyyətlər dedikdə - təhsil, iş təcrübəsi, elmi dərəcə, ixtisas artırma kurslan, tələb olunan peşakar biliklərin dərinliyi, müvafiq normativ aktların bilməsi və s. nəzərdə tutulur. Şəxsi keyfiyyətlər dedikdə-məsuliyyətlilik, işgüzarlıq, sərbəstlik, təşəbbüskarlıq, müasir texnologiyalarının öyrənilməsi və məlumatlı olması, fövqaladə hallarda qərar gəbul etmə bacarığı və s. nəzərdə tutulur. Attestasiya komissiyası işçinin tutduğu vəzifəyə (peşəyə) uyğun olduğu və ya uyğun olmadığı haqqında 2 qərardan yalnız birini qəbul edir: tutduğu vəzifəyə uyğundur və tutduğu vəzifəyə uyğun deyil. İddaçı İddiaçı 2021-ci ilin sentyabr ayında rütbənin verilməsi ilə əlaqədar attestasiyaya çağırılmışdır. Belə olan halda isə Əsasnamənin 44-cü maddəsi ilə növbəti rütbənin verilməsi məsələsi həll olunur. Əgər hərbi qulluqçu idman normativini verə bilmir və ya digər yazılı testlərdən keçmirsə növbəti rütbə ona verilmir və müddət təyin olunur ki, o, nöqsanları aradan qaldırsın. Hətta vəzifədə aşağı salınması da mümkündür. Çünki həmin vəzifədə növbəti rütbəni almaq imkanı qalır. Odur ki, qeyd olunan attestasiyanın verə bilməməsi ilə əlaqədar İddiaçı ən ağır cəza növü vəzifədə aşağı salınması ola bilərdi. Belə olan halda isə, iddiaçının ehtiyata buraxılması barədə əmrin onun faktiki olaraq növbəti rütbənin verilməməsi ilə nəticələnir. Göründüyü kimi İddiaçı növbəti rütbənin verilməsi ilə əlaqədar attestasiyaya göndərilməsi və attestasiyanın nəticələrinə görə xidməti uyğunsuzluğa görə ehtiyata buraxılması Əsasnamənin 42, 44, 87-ci maddələrinin, Azərbaycan Respublikasında işçilərin attestasiyasının keçirilməsi Qaydalarının 3.3-cü maddəsinin tələblərinin kobud sürətdə pozulması ilə müşaidə edilmişdir. Azərbaycan Respublikasında işçilərin attestasiyasının keçirilməsi Qaydalarının 3.3-cü maddəsində qeyd olunan tələb isə xüsusi normada öz əksini tapmamışdır. Qanun normaların rəqəbəti baxımından ümumi normada qeyd olunan xüsusi norma ilə tənzimlənməmişdir və bu haqda xüsusi normada heç bir müddəa öz əksini tapmamışdırsa bu halda eyni məsələni tənzimləyən ümumi normada göstərilən şərt xüsusi normanın təsiri altına düşən şəxslərə şamil olunmalıdır. Xidməti uyğunsuzluqla xidmətdən tərxis olunma zabit üçün ən ağır cəza növüdür. Bu səbəbdən xidmət uyğunsuzluq anlayışının araşdırmasına zərurət yaranmışdır. Xidməti uyğunsuzluq nə deməkdir? Qanunlarda xidmətin uyğunsuzluğunun anlayışı verilməmişdir. Hesab olunur ki, bu, xidməti uyğunluğun əksidir. Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Daxili Xidmət Nizamnaməsinin 125 və 126- cı maddələrində bölük komandirinin tərbiyəvi işlər üzrə müavinin sülh və müharibə dövründə vəzifələri əks olunmuşdur. Həmin maddələrə əsasən o, - şəxsi heyətlə tərbiyə işlərinin planını tərtib etmək; - tərbiyə işini döyüş və ictimai-siyasi hazırlığın müvəffəqiyyətlə yerinə yetirilməsinə, bölükdə döyüş qabiliyyətinin yüksəldilməsinə, döyüş tapşırıqlarının yerinə yetirilməsinə, təkbaşçılığın, şəxsi heyətin hərbi intizamının və mənəvi vəziyyətinin möhkəmlənməsinə yönəldərək təşkil etmək və keçirmək; - bölüyün şəxsi heyətinin Vətənə hədsiz sədaqət, Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına mütləq riayət etmək, hərbi andın, hərbi nizamnamələrin və əmrlərin tələblərini qüsursuz yerinə yetirmək, komandirlərə (rəislərə) şüurlu surətdə tabe olmaq və onlara hörmət ruhunda tərbiyəsi üzrə iş aparmaq; - hərbi kollektivlərin möhkəmlənməsi, şəxsi heyətin dostluq və əsgəri yoldaşlıq, döyüş ənənələri, öz hərbi hissəsinə məhəbbət, əsgəri şücaət, şərəf və şan simvolu olan hərbi hissənin döyüş bayrağına sədaqət ruhunda tərbiyə edilməsi üzrə fəal iş aparmaq; bölüyün şəxsi heyətinin qəhrəmanlıq, igidlik nümunələrini və nəcib hərəkətlərini geniş yaymaq; - hərbi qulluqçularda Vətənimizin düşmənlərinə nifrət, hər hansı şəraitində, nəyin bahasına olursa-olsun, Azərbaycan Respublikasının dövlət mənafeyini müdafiə etməyə daim hazır olmaq hissini tərbiyə etmək; - şəxsi heyətdə öz borcunu qüsursuz yerinə yetirmək, dövlət sirrini ciddi saxlamaq şüurunu tərbiyə etmək; bölükdə hər bir əsgəri, çavuşu, giziri və zabiti tanımaq, onların işgüzar, ictimai-siyasi və mənəvi keyfiyyətlərini, ehtiyaclarını, əhvali-ruhiyyəsini, ailə vəziyyətini bilmək və buna uyğun olaraq hər bir hərbi qulluqçu ilə ictimai-siyasi və tərbiyə işi aparmaq; - bölük zabitlərinin, gizirlərinin və çavuşlarının ictimai-siyasi və tərbiyə işlərinə rəhbərlik etmək, tabelikdə olanların tərbiyəsində və hərbi kollektivin formalaşmasında onlara gündəlik yardım göstərmək; - ictimai-siyasi məşğələlərə rəhbərlik etmək və onların ideya məzmununun yüksəlməsinə qayğı göstərmək, ictimai-siyasi qrup rəhbərlərinə və onların köməkçilərinə məşğələlərin hazırlanmasında və keçirilməsində sistematik kömək göstərmək, qruplardan birində şəxsən ictimai-siyasi məşğələ aparmaq, bölükdə ictimaisiyasi informasiyanı təşkil etmək və keçirmək; - əsgərlər və çavuşlar arasında mədənikütləvi və idman işini təşkil etmək və keçirmək, ictimai-siyasi-maarif işinə və bölük bədii özfəaliyyətinə rəhbərlik etmək; - əsgərlər və çavuşlarla ictimai-siyasi və tərbiyə işində televiziyadan, radiodan, bədii ədəbiyyatın ən yaxşı əsərlərindən, dövri mətbuat materiallarından geniş istifadə etmək; şəxsi heyətin qəzet və jurnallarla vaxtında təmin edilməsinə dair tədbirlər keçirmək; ictimai-siyasi- maarif əmlakının düzgün istifadə edilməsini, qorunub saxlanmasım təşkil etmək; - bölmə fəallarının seçilməsim, yerləşdirilməsini, tərbiyəsini və öyrədilməsini təşkil etmək; bölük divar qəzetinin redaksiya heyətinin və döyüş vərəqələri redaktorlarının işinə gündəlik rəhbərlik etmək;-tabelikdə olanların maddi-məişət şəraitinin yaxşılaşdırılmasına qayğı göstərmək, hərbi qulluqçuların onlara düşən təminatın vaxtında və tam norma ilə almalarına ciddi diqqət yetirmək, şəxsi heyətin ərizə və şikayətlərinə diqqət və qayğıkeşliklə yanaşmaq; - sutkalıq narvada təyin edilmiş şəxsi heyətlə ictimai-siyasi iş aparmaq; bölük komandirinə və tabor (alay, briqada) komandirinin şəxsi heyətlə tərbiyə işi üzrə müavininə şəxsi heyətin ictimai-siyasi və mənəvi vəziyyəti, keçirilmiş ictimai-siyasi tədbirlər, ictimai-siyasi və tərbiyə işlərinin vəziyyəti haqqında vaxtında məlumat vermək; - hərbi qulluqçularda silahları, döyüş texnikasını və digər texnikanı mənimsəmək və daim döyüşə hazır saxlamaq, hərbi və xalq əmlakını qoruyub saxlamaq üçün şəxsi məsuliyyət hissi tərbiyə etmək, şəxsi heyəti təhlükəsizlik tədbirlərinə riayət etməyə səfərbər etmək; - şəxsi heyətin hərbivətənpərvərlik, ümumbəşəri dəyərlər və Azərbaycan xalqının milli-tarixi ənənələri ruhunda tərbiyəsi məqsədi ilə bölükdə ictimai siyasi hazırlığı, habelə kütləvi təbliğat, təşviqat və mədəni-maarif işlərini, həmçinin rəsmi məlumatların vaxtında çatdırılmasını təşkil etmək və aparmaq vəzifələrini daşıyır. Əlihevdər Həsənov daimi həmin vəzifələrin icrası ilə məşğul olmuş və onun tabeliyində olan şəxsi heyət tərəfindən hər-hansı ciddi pozuntulara yol verən olmamışdır. Beləliklə, xidməti uyğunluğun əksini “hərbi nizamnamənin tələblərinə riayət etməmə, intizamsızlıq etmə, xidməti vəzifəsinə laqeyd, məsuliyyətlə yanaşmama hərbi qulluqçunun peşə biliklərinin və fiziki hazırlığının aşağı səviyyədə olmasının göstəricisi” təşkil edir. Bu səbəbdən o, öz xidməti vəzifələrini tam və lazımı səviyyədə yerinə yetirməyə qadir olmur. Xidməti uvğunsuzluğa gətirib çıxaran qanun pozuntuları törədən hərbi qulluqçu anlamalıdır ki, ona qarşı yuxarı rəhbərlik tərəfindən intizam cəzası tətbiq olunacaq. Silahlı Qüvvələrin İntizam Nizamnaməsində intizam cəzaların növləri müəyyən edilmişdir. Həmin Nizamnamənin 67-ci maddəsində zabitlərə: a) məzəmmət; b) töhmət; v) şiddətli töhmət; q) hauptvaxtda saxlanılmaqla kiçik zabitləri 10 sutkayadək, baş zabitləri 5 sutkayadək həbs etmə; ğ) vəzifələrinə tam uyğun olmamaları barədə xəbərdarlıq; d) aşağı vəzifəyə keçirmə; e) hərbi rütbəsini bir pillə aşağı salma intizam cəzaları verilə bilər. Ən ağır cəza vəzifələrinə tam uyğun olmaması barədə xəbərdarlıq etmə hesab olunur. Bu növ cəzanı tətbiq edərkən yuxan rəhbər zabitin intizam və təşkilatı bacarıqlarının aşağı səviyyədə olmasını, o cümlədən vəzifəsinin icrasına qeyri-ciddi və laqeyd davranışını qeyd edir. Lakin bu növ cəzanın elan etməzdən əvvəl rəhbər hərbi qulluqçunu səciyyələndirən göstəriciləri də nəzərə almalıdır. İddiaçı irad bildirilən pozuntuların xarakterinə diqqət yetirsək görərik ki, pozuntular mahiyyət etibarən ciddi olmamışlar, məsələn, bölükdən hərbi hissəyə gəldikdə iclasa gecikmə, idman normativini yerinə yetirməmə və sair. Onun törətdiyi pozuntuların xidməti vəzifəsinə heç bir mənfi təsiri olmamış, şəxsi heyət intizamlı olaraq xidmətini davam etdirmişdir. Həmçinin İddiaçı peşə təcrübəsi, tutduğu vəzifədə iş stajı kifayət qədər yüksək olmuşdur. Buna görə də İddiaçı düşünməzdi ki, xidməti uyğunsuzluqla ehtiyata buraxıla bilər, əks təqdirdə qabaqlayıcı tədbir görərək üzərində olan travmaya görə öz arzusu ilə xidmətdən tərxis oluna bilərdi. Vəzifəyə tam uyğun olmaması barədə xəbərdarlıq aldqıda zabit anlamalıdır ki, xidmətdən xaric edilmənin bir addımında dayanıbdır. Təkrar intizam pozuntusuna yol verdikdə artıq komandir xidmətdən azad edə bilər və ya son şans verməklə son xəbərdarlıq verə bilər. Bu şərtlərlə xidmətdən azad etmə mürəkkəb prosedurla müşaidə olunur. Komandir sübut etməlidir ki, hərbi qulluqçu peşəkar deyil və törətdiyi xətaların və xidməti vəzifələrin yerinə yetirilməməsinin açmasını verməlidir. Lakin komandir öz mövqeyini əsaslandırmamış və attestasiyaya dəvət olunub ondan izahatlar alınmamışdır. Yalnız hərbi hissə komandiri dinləndikdən və izahatlar verdikdən sonra hərbi qulluqçu attestasiyadan keçməli idi. Lakin bu tələbə əməl edilməmişdir. Əgər komandir dinlənilmirsə və izahatları alınmırsa onda xətanı törətmiş zabitin məsuliyyətə cəlb olunması üçün iki şahidin iştirakı də xəta barədə akt tərtib olunmalıdır. Sonra xidməti yoxlama aparılır və qərar verilir işdən azad edilsin və ya qalsın. Hərbi qulluqçunu xidməti uyğunsuzluqla xidmətdən azad etdikdə güc strukturlarına işə düzəlmə əngəlləşir. Xidməti uyğunsuzluğun əsasları: Təkrar vəzifələrinin icra etməməsi; Qeydə alınmış işə gəlməmə faktı; Xidmətə daxil olarkən saxta sənəd təqdim etməsi; Xidməti fəaliyyətində yol vermiş xətaya görə ağır nəticələrin yaranması; Dövət sirrinə müdaxiləsinə qadağa qoymaq; Əsassız qərarlar qəbul etmək, hansılar kı müəyyən zərərə səbəb olmuşdur; Bir dəfəyə vəzifəsini icra etməmə ciddi zərərə səbəb olduqda; Sərxoş vəziyyətdə xidməti yerində olması Məqsəd kobud pozuntuları aşkara çıxartmaq və cəza tətbiq etməkdir. Sadalanan əsaslardan yalnız “təkrar vəzifələrinin icra etməməsi” İddiaçı ehtiyyata buraxılmasına əsas ola bilərdi. Lakin əmək qanunvericiliyi təkrar vəzifələrin icra etməmə faktını şəxsin tutduğu vəzifəsinin icrasında mənfi təsirlərin və nəticələrin əmələ gəlməsi ilə əlaqələndirir. İddiaçı bilavasitə vəzifəsindən irəli gələn məsələlər üzrə, o cümlədən tabeliyində olan şəxsi heyətlə bağlı heç bir mənfi nəticələr baş verməmişdir. Əmək qanunvericiliyin və “Xidmət keçmə haqqında” Əsasnamənin tələblərinə görə attestasiyadan keçməyən zabit tutduğu vəzifəsinə uyğun gəlmədikdə tərxis olunmamışdan əvvəl ona səhhətində olan problem və digər peşə bacarıqlarına dair zəif olan göstəriciləri nəzərə alınmaqla ona uyğun başqa vəzifə təklif olunmalıdır. 14 il hərbi stajı olan İddiaçı “Xidmət keçmə haqqında” Əsasnamənin 156-cı madənin “e” bəndi ilə ehtiyyata buraxılması zabiti ləkələməkdən başqa bir şey deyildir. Belə olan halda sual olunur ki, nə üçün Əlihedər Həsənov kapitan rütbəsinin verilməsi ilə əlaqədar attestasiyaya çağırılmış və nə üçün o, tərxis olunarkən baş leytenant rütbəsində tərxis olunmuşdur. Hesab edirik ki, xidməti uyğunsuzluqla əlaqədar tərxis olunmasına səbəb olmuş attestasiya rəyi mahiyyət etibarən qanunsuzdur və attestasiya rəyin əsasında İddiaçı “Xidmət keçmə haqqında” Əsasnamənin 156-cı maddəsinin “e” bəndinə əsasən xidməti uyğunsuzluğa görə ehtiyata buraxılmıasma dair Müdafiə Nazirin 01750 nömrəli əmri mötəbər mənbəyə əsaslanmadan verilmiş və ləğv olunmalı, İddiaçı kapitan rütbəsinin verilməsi ilə əlaqədar attestasiyaya çağırılması bundan öncə Komandanın əmri ilə həmin rütbə elan edildiyindən qanunsuz hesab edilməklə elan olunmuş kapitan rütbəsi əmrlə rəsmiləşdirilməlidir.

5. İddiaçının müraciətinə cavabdehin xx.xx.2022-ci il tarixli cavab məktubunda bildirilmişdir ki, iddiaçının “Hərbi xidmətkeçmə haqqında" Əsasnamənin 22-cı maddəsinə asasan hərbi qulluqçuların ehtiyata buraxılması xidmət etdiyi hərbi hissə komandiri tərəfindən imzalanmış təqdimat əsasında həyata keçirilir. İddiaçının "Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 156-cı maddəsinin “e” bəndinə müvafiq olaraq, xidməti uyğunsuzluğa görə həqiqi hərbi xidmətdən ehtiyata buraxılmağı barədə N nömrəli hərbi hissənin komandiri tərəfindən yuxarı komandanlıq qarşısında vəsatət qaldırılmış və təqdimat 26.11. 2021 -ci ıl tarixdə Müdafiə Nazirliyi Şəxsi Heyat Baş İdarəsinin Kadrlar İdarəsinə daxil olmuşdur. Kadrlar İdarəsinə daxil olmuş təqdimata və ona əlavə olunmuş sənədlərə əsasən bildirilmişdir ki, iddiaçı hərbi hissə komandiri tərəfindən mənfi xarakterizə edilmiş, xidmətdə yol verdiyi müxtəlif nöqsanlara gora dəfələrlə intizam qaydasında cəzalandırılmışdır.Yuxanda qeyd olunanları nəzərə alaraq bildirilmişdir ki, Müdafiə Nazirliyi Şəxsi Heyət Baş İdarəsinin Kadrlar İdarəsinə daxil olmuş sənədlər onun “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 156-cı maddəsinin “e" bəndinə müvafiq olaraq, xidməti uyğunsuzluğa gora ehtiyata buraxılmağı üçün qanuni əsas təşkil etmiş və əmrin imzalanması zamanı qüvvədə olan qanunların pozuntusuna yol verilməmişdir. Əlavə olaraq bildirilmişdir ki, iddiaçının ərizəsi komanda üzrə məruzə edilmiş və onun könüllülük əsasında yenidən həqiqi hərbi xidmətə qəbul olunmağı barədə yuxarı komandanlıq tərəfindən müsbət qərar qəbul edilməmişdir.

6. Cavabdeh orqan iddia tələbinə yazılı etiraz təqdim edərək edərək bildirmişdir ki, iddiaçı iddia müddətini ötürdüyündən iddia ərizəsi mümkün sayıla bilməz. İddiaçı xx.xx.2021-ci il tarixli müvafiq əmri yalnız 2022-ci ilin avqustunda məhkəməyə müraciət edərək mübahisələndirmiş, bununla da iddia müddətini ötürmüşdür. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” xx.xx.2015-ci il tarixli 5 nömrəli Qərarında qeyd olunmuşdur ki, “inzibati hüquq münasibətlərindən irəli gələn mübahisələrə dair işlər üzrə vahid məhkəmə təcrübəsinin formalaşdırılması məqsədilə qərara alınır ki, ... məhkəmələr ilk növbədə ... İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini ... yoxlamalıdırlar (2.3-cü bənd); ... Məhkəmənin diqqətinə çatdırılsın ki, İPM-də nəzərdə tututlmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (... iddianın verilməsi müddətinə əməl olunması) də mövcudluğu yoxlanılmalıdır. (9-cu bənd)” Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 38.2-ci maddəsinə əsasən, məcburetmə haqqında iddia tələb olunan inzibati aktın qəbul edilməsindən imtina barədə yazılı məlumatın verildiyi vaxtdan 30 gün müddətində qaldırıla bilər. Mülki Məcəllənin 375.2-ci maddəsində göstərilib ki, mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373-cü maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2001-ci il tarixli Qərarında göstərilmişdir: “Qanun və məhkəmə qarşısında barəbarlik hər bir mülki işə eyni qaydada, eyni prosessual formalarda, onlarda iştirak edən şəxslər üçün eyni təminatlarla baxılması ilə təmin edilir. Bununla işin nəticələrində maraqlı olan şəxslərin qanuni tələblərinin bərabər ödənilməsinə nail olunur, bütün vətəndaşlara məhkəmə qarşısında öz mənafelərinin qorumaq üçün bərabər imkanlar yaradılır. Prosessual hüququ bərabərliyinə görə tərəflər öz hüquq və mənafelərini müdafiə etmək üçün prosessual vasitələrdən real stifadə etmək imkanına malikdirlər. Həmin imkanlar qanunla və məhkəmə ilə təmin edilir. Bu müddəalar həmçinin iddia müddətinə də aiddir. Qanunverici başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 372.2-ci maddəsinə görə hüququ pozulmuş şəxsin iddiası ilə hüququn müdafiəsi üçün müddət iddia müddəti sayılır. İddia müddətinin əhəmiyyəti aşağıdakılardan ibarətdir: birinci, o, hüququ münasibətləri iştirakçılarını intizamlandırır, onları öz hüquqlarını vaxtında müdafiə etməyə məcbur edir, ikinci, iddia müddəti institutu mülki hüquq münasibətlərində qeyri-müəyyənliyin, qeyrisabitliyin aradan qaldırılmasına xidmət göstərir; üçüncü, iddia müddəti tərəflərə üzərindən çox vaxt ötmüş mötəbərliyinin yoxlanılması çətin və ya qeyri-mümkün olan sübutlara istinad etməsini aradan qaldıraraq ədalət mühakiməsi orqanlarına mübahisələri obyektiv əsaslarla həll etmək imkanı yaradır. Qanunda başqa qayda nəzərdə tutulmayıbsa, bütün tələblər üzrə iddia müddəti şamil edilir. İddia müddətlərinin müəyyən edilməməsi yaranmış münasibətlərin daim mübahisələndirilməsinə zamin yaradardı.” AR İPM-nin 35.1-ci maddəsinə əsasən: iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. İddiaçı xx.xx.2021-ci il tarixli əmrini 8 aydan sonra mübahisələndirilməklə iddia müddətini ötürmüşdür. Qeyd edilənlərə əsasən cavabdeh orqan İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı “əmrin əsaslarının dəyişdirilməsi” tələbinə dair iddia ərizəsini təmin olunmaması və mümkünsüz sayılması barədə qərardad qəbul edilməsini xahiş etmişdir.

7. Məhkəmənin sorğusuna cavab olaraq 1991-ci il təvəllüdlü ehtiyatda olan baş leytetant İddiaçı şəxsi işinə aid sənədlərin təsdiq edilmiş surəti məhkəməyə təqdim olunmuşdur. İddiaçıya aid xidmət dəftərçəsindən görünür ki, o, 2008-ci ildə Heydər Əliyev adına hərbi liseyə daxil olmuş, 2012-ci ildə həmin məktəbi “Motoatıcı” ixtisası üzrə bitirmiş, 2012-ci ilin iyul ayından 2013-cü ilin iyun ayına qədər Silahlı Qüvvələrin Təlim Tədris Mərkəzində motoatıcı ixtisası üzrə təkmilləşdirmə kursunu bitirib, 2013-cü ilin iyun ayından 2014-cü ilin iyun ayından 2016-cı ilin iyun ayınadək N nömrəli hərbi hissənin motoatıcı taqım komandiri, 2016-cı ilin iyun ayından 2017-ci ilin iyun ayınadək N nömrəli hərbi hissənin bölük komandirinin şəxsi heyətlə iş üzrə müavini, 2017-ci ilin iyun ayından 2020-ci ilin iyul ayınadək N nömrəli hərbi hissənin bölük komandirinin şəxsi heyətlə iş üzrə müavini, 2020ci ilin iyul ayından N nömrəli hərbi hisənin bölük komandirinin şəxsi heyətlə iş üzrə müavini vəzifəsində xidmət etmişdir. 2021-ci ilin oktyabr ayında N nömrəli hərbi hissənin komandiri ilə İddiaçı arasında xidməti vəzifələrinin yerinə yetirilməsi ilə bağlı birinci söhbət vərəqəsi tərtib olunmuşdur. xx.xx.2021-ci il tarixdə 4-cü taborun komandiri tərəfindən 4-cü taborun 13-cü bölük böyük komandirinin şəxsi heyətlə iş üzrə müavini baş leytenant İddiaçıu verilən tapşırıqların icrasına məsuliyyətsiz yanaşdığına, xidmətində yol verdiyi nöqsanlara, fiziki hazırlıqdan qeyri-məqbul nəticə göstərdiyinə, tutduğu vəzifənin öhdəsindən layiqincə gələ bilmədiyinə, tabeçiliyində olan şəxsi heyətin mənəvi psixoloji durumu ilə maraqlanmadığına görə kiçik zabitlərin şərəf məhkəməsində dinlənilməsi üçün vəsatət qaldırılmasına dair raport verilmişdir. Həmin tarixdə 4-cü taborun komandiri tərəfindən İddiaçı barəsində tərtib olunmuş xidməti xasiyyətnamədə onun şəxsi heyətin xidmətinə düzgün nəzarət etməyi bacarmadığı, zabitə yaraşmayan hərəkətlərə yol verdiyi və bununla, başqa hərbi qulluqçulara pis nümunə olduğu, bölükdə şəxsi heyətin, o cümlədən bölüyə yeni gəlmiş xx.xx.2021-ci il tarixdə N nömrəli hərbi hissənin komandiri ilə İddiaçı arasında xidməti vəzifələrinin yerinə yetirilməsi ilə bağlı ikinci söhbət vərəqəsi tərtib olunmuşdur. Söhbət vərəqələrində iddiaçı idman normativlərinin yerinə yetirə bilməməsini çiynində aldığı travma ilə əlaqədar olduğunu bildirərək xidmətini davam etdirmək istədiyini bildirmişdir. İddiaçı xidmət dövründə hərbi həkim komissiyası tərəfindən şəhadətləndirilmiş və müayinə zamanı ona sol körpücük sümüyünün akromal ucunun qapalı, qopmuş cüzi yerdəyişmiş sınığından sonrakı zəif sümük döyənəyi diaqnozu qoyulmuşdur. N nömrəli hərbi hissənin kiçik zabitlərin şərəf məhkəməsinin xx.xx.2021-ci il tarixli protokoluna əsasən 4-cü motoatıcı taborunun motoatıcı bölük komandirinin şəxsi heyətlə iş üzrə müavini baş leytenant İddiaçı xidmətini düzgün təşkil etməyi bacarmadığına, işgüzar keyfiyyətləri və şəxsi intizamı aşağı olduğuna, verilən tapşırıqlara məsuliyyətsiz yanaşdığına, fiziki hazırlıqdan qeyri-məqbul qiymətlər alaraq daim aşağı nəticələr göstərdiyinə, dəfələrlə onunla söhbətlər aparılsa da, öz üzərində çalışmadığına və aparılan söhbətlərdən heç bir nəticə çıxarmadığın görə hərbi hissə komandiri tərəfindən qəbul edilmiş qərara əsasən şəxsi işinə baxılmışdır. 4-cü motoatıcı taborun motoatıcı taborunun motoatıcı bölük komandirinin şəxsi heyətlə iş üzrə müavini baş leytenant İddiaçı xidmətini düzgün təşkil etməyi bacarmadığı, işgüzar keyfiyyətləri və şəxsi intizamı aşağı olduğuna, verilən tapşırıqlara məsuliyyətsiz yanaşdığı, fiziki hazırlıqdan qeyri-məqbul qiymətlər alaraq daimi aşağı nəticələr göstərdiyi, dəfələrlə onunla söhbətlər aparılsa da, öz üzərində çalışmadığı və aparılan söhbətlərdən nəticə çıxarmadığı müəyyən olunmuş, 4-cü motoatıcı taborunun motoatıcı bölük komandirinin şəxsi heyətlə iş üzrə müavini baş leytenant İddiaçı xidmətini düzgün təşkil etməyi bacarmadığı, işgüzar keyfiyyətləri və şəxsi intizamı aşağı olduğu, verilən tapşırıqlara məsuliyyətsiz yanaşdığı, fiziki hazırlıqdan qeyriməqbul qiymətlər alaraq daim aşağı nəticələr göstərdiyi, dəfələrlə onun söhbətlər aparılsa da, öz üzərində çalışmadığı və aparılan söhbətlərdən heç bir nəticə çıxarmadığı nəzərə alınıb ona Azərbaycan Ordusundan həqiqi hərbi xidmətdən xidməti uyğunsuzluğa görə ehtiyata buraxılması barədə komandanlıq qarşısında vəsatət qaldırılmışdır. N nömrəli hərbi hissənin komandirinin xx.xx.2021-ci il tarixli təqdimatına əsasən kiçik zabitlərin şərəf məhkəməsinin vəsatətini nəzərə alaraq baş leytenant İddiaçı Azərbaycan Ordusundan həqiqi hərbi xidmətdən xidməti uyğunsuzluğa görə ehtiyata buraxıması məqsədəuyğun hesab edilmişdir. N nömrəli hərbi hissə komandirinin xx.xx.2021-ci il tarixli əmrindən görünür ki, Azərbaycan Respublikası Müdafiə Nazirinin 09 dekabr 2021-ci il tarixli 01750 nömrəli əmri ilə “Hərbi xidmətkeçə haqqında” Əsasnamənin 156-cı maddəsinin “e” bəndinə (xidməti uyğunsuzluğa görə) əsasən ehtiyata buraxılmışdır.

8. Şifahi dinləmələr zamanı məhkəmə iclasında iştirak edən iddiaçı və onun vəkili iddia tələbinin məzmununa uyğun izahat verməklə iddianın təmin olunmasını xahiş etdi.

9. Cavabdeh məhkəmə iclasında iştirak etmir.

II. İddianın növü və mümkünlüyü

10. İddianın növü mübahisələndirməyə dair iddiadır.

11. İPM-in 32.1-ci maddəsinə əsasən, mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. Mübahisələndirmə haqqında iddia mübahisə edilən inzibati aktın icra olunması nəticəsində meydana gəlmiş nəticələrin aradan qaldırılması tələbini özündə əks etdirən əlavə ərizə ilə birlikdə də qaldırıla bilər.

12. İddia tələbinin xidmətə bərpa olunma hissəsi inzibati aktın icra olunması nəticəsində meydana gəlmiş nəticələrin aradan qaldırılmasıdır.

13. Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Bakı şəhər Xətai rayon idarəsi tərəfindən iddiaçıya ünvanlanmış məktubda bildirilir ki, 1991-ci il təvəllüdlü ehtiyatda olan baş leytenant Həsənov X1 və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Xətai rayon idarəsində ehiyata buraxılması barədə əmrdən çıxarışı ilə xx.xx.2022-ci il tarixdə tanış olmuşdur.

14. İddiaçı məhkəməyə xx.xx.2022-ci ildə müraciət etmişdir.

15. İddiaçının vəkili prosessual müddətin bərpası ilə bağlı ərizə təqdim edərək bildirmişdir ki, iddiaçı tərxis olunan vaxtdan 2022-ci il avqust ayı ərzində yaşadığı nevroloji gərginliyi, bununla bağlı xəstəliyini və xəstəliyin ağırlığı ilə bağlı onun atası X2 və anası X3 məhkəmədə şahid qismində çağırılıb dindirilmələrini və İddiaçı 2022-ci ilin avqust ayının sonuna kimi valideynlərinin müşahidələri altında intensiv müalicə almasını nəzərə alaraq şikayət etmə müddətinin onun təqsiri olmadan buraxıldığı hal kimi qəbul edib cavabdehin etirazını təmin etmədən müddəti bərpa etməklə işin mahiyyəti üzrə baxılmasına dair qərar verilməsini məhkəmədən xahiş etmişdir.

16. Məhkəmədə şahid qismində dindirilən iddiaçının anası X5 ifadə verərək bildirdi ki, oğlunun səhhətində tərxis olunan gündən başlayaraq pisləşmə olmuş, xidməti uyğunsuzluğa görə xidmətdən tərxis olunduğuna görə psixi durumu gərginləşmiş, ciddi sarsıntı və stress keçirmişdir. Onun müalicə olunması üçün cəhdlər etsələr də, ilk əvvəl o buna razı olmamış, əksinə daha da aqressiv hərəkətlər nümayiş etdirmişdir, həmin dövrdə həkim nəzarətində olmuşdur. Həkim ona sakitləşdirici dərmanlar və müalicə yazmış və tövsiyə etmişdir ki, onu imkan daxilində narahat etməsinlər, sərbəst davranmağa şərait yaradıb kənardan nəzarət etsinlər.

17. Məhkəmədə şahid qismində dindirilən iddiaçının atası X4 iddiaçının anası ilə eyni məzmunlu ifadə vermişdir.

18. Vəkil sorğusuna cavab olaraq X10 MMC tərəfindən bildirilmişdir ki, İddiaçı xx.xx.2014-cü ildə avromobil qəzasından aldığı travmanın nəticəsində onda aşkar olunmuş 1,4-1,5 fəqərarası sahədə arxa liqamentumda kalçinat və intervertebral diskin fibroz həlqəsinin qabarması sol nevral forameni inferiorda daraldan 7,8 mm ölçüdə sol paramedian yırtığın ağrıları fonunda sinir sisteminin pozuntusu və astenonevrotik vəziyyəti ilə əlaqədar xx.xx.2022-ci il tarixdə X9 müraciət etmiş, onda aşkar olunmuş “postress sindromu, nevroz” diaqnozu ilə 2022-ci ilin may və avqust aylarında intensiv müalicə kursu keçmişdir. Ambulator şəraitdə müalicənin ilk günlərində laborator, instrumental müayinələrdən keçmiş, sedasion və yuxu gətirici dərmanlar almışdır. Xəstəyə tövsiyələr verilərək evə buraxılmışdır.

19. Məhkəmə 14 il xidmət keçmiş zabitin xidməti uyğunsuzluqla bağlı xidmətdən ehtiyata buraxılması nəticəsi olaraq şəxsdə gərginliyin, qeyri-müəyyənliyin yarada biləcəyi nəticələri, eləcə də həmin müddətdə iddiaçının hərəkətsiz qalmadığını, əmrin ləğvi ilə bağlı yuxarı komandanlığa müraciət etdiyini və müraciətinə cavab gözlədiyini nəzərə almış (müraciətinə cavab xx.xx.2022-ci il tarixli olsa da, ona nə vaxt təqdim olunduğu müəyyən olunmur), əmrdən şikayət verilməsi ilə bağlı iddiaçının ötürdüyü prosessual müddət məhkəmə qərardadı ilə bərpa olunmuşdur.

20. İddiaçının vaxtilə xidmət etdiyi hərbi hissə Naxçıvanda yerləşmişdir. Lakin xidmətdən ehtiyata buraxıldıqdan sonra hazırda iddiaçı Bakı şəhərində yaşayır. Odur ki, mübahisəyə baxmağa səlahiyyətli məhkəmə Bakı İnzibati Məhkəməsidir.

21. İddia mümkündür.

III. Məhkəmənin mövqeyi

22. İddiaçı bölük komandirinin şəxsi heyətlə iş üzrə müavini vəzifəsindən Müdafiə Nazirinin 09 dekabr 2021-ci il tarixli 01750 nömrəli əmri ilə “Hərbi xidmətkeçə haqqında” Əsasnamənin 156-cı maddəsinin “e” bəndinə (xidməti uyğunsuzluğa görə) əsasən ehtiyata buraxılmışdır.

23. Azərbaycan Respublikasının 1994-cü il 23 sentyabr tarixli, 887 saylı Qanunu ilə təsdiq edilmiş Azərbaycan Respublikası silahlı qüvvələrinin Daxili Xidmət Nizamnaməsindən: Bölük komandirinin tərbiyə işləri üzrə müavini

125. Bölük komandirinin tərbiyə işləri üzrə müavini sülh və müharibə dövründə: bölükdə tərbiyə işinin təşkilinə və vəziyyətinə; hərbi qulluqçuların əsgəri tərbiyəsinə, mənəvi vəziyyətinin və hərbi intizamının möhkəmləndirilməsinə; bölükdə döyüş və ictimai-siyasi hazırlıq məsələlərinin həllində və döyüşə daimi hazırlığın saxlanılmasında, eləcə də döyüş tapşırıqlarının həllində tərbiyə işinin təsirli olmasına cavabdehdir. O, bölük komandirinə tabedir və bölüyün bütün şəxsi heyətinin birbaşa rəisidir. Şəxsi heyətin tərbiyəsində o, əsas diqqəti hər bir hərbi qulluqçu ilə fərdi işə yönəltməlidir.

126. Bölük komandirinin tərbiyə işləri üzrə müavininin vəzifəsidir: şəxsi heyətlə tərbiyə işlərinin planını tərtib etmək; tərbiyə işini döyüş və ictimai-siyasi hazırlığın müvəffəqiyyətlə yerinə yetirilməsinə, bölükdə döyüş qabiliyyətinin yüksəldilməsinə, döyüş tapşırıqlarının yerinə yetirilməsinə, təkbaşçılığın, şəxsi heyətin hərbi intizamının və mənəvi vəziyyətinin möhkəmlənməsinə yönəldərək təşkil etmək və keçirmək; bölüyün şəxsi heyətinin Vətənə hədsiz sədaqət, Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına mütləq riayət etmək, hərbi andın, hərbi nizamnamələrin və əmrlərin tələblərini qüsursuz yerinə yetirmək, komandirlərə (rəislərə) şüurlu surətdə tabe olmaq və onlara hörmət ruhunda tərbiyəsi üzrə iş aparmaq; hərbi kollektivlərin möhkəmlənməsi, şəxsi heyətin dostluq və əsgəri yoldaşlıq, döyüş ənənələri, öz hərbi hissəsinə məhəbbət, əsgəri şücaət, şərəf və şan simvolu olan hərbi hissənin döyüş bayrağına sədaqət ruhunda tərbiyə edilməsi üzrə fəal iş aparmaq; bölüyün şəxsi heyətinin qəhrəmanlıq, igidlik nümunələrini və nəcib hərəkətlərini geniş yaymaq; hərbi qulluqçularda Vətənimizin düşmənlərinə nifrət, hər hansı şəraitində, nəyin bahasına olursa-olsun, Azərbaycan Respublikasının dövlət mənafeyini müdafiə etməyə daim hazır olmaq hissini tərbiyə etmək; şəxsi heyətdə öz borcunu qüsursuz yerinə yetirmək, dövlət sirrini ciddi saxlamaq şüurunu tərbiyə etmək; bölükdə hər bir əsgəri, çavuşu, giziri və zabiti tanımaq, onların işgüzar, ictimai-siyasi və mənəvi keyfiyyətlərini, ehtiyaclarını, əhvali-ruhiyyəsini, ailə vəziyyətini bilmək və buna uyğun olaraq hər bir hərbi qulluqçu ilə ictimai-siyasi və tərbiyə işi aparmaq; bölük zabitlərinin, gizirlərinin və çavuşlarının ictimai-siyasi və tərbiyə işlərinə rəhbərlik etmək, tabelikdə olanların tərbiyəsində və hərbi kollektivin formalaşmasında onlara gündəlik yardım göstərmək; ictimai-siyasi məşğələlərə rəhbərlik etmək və onların ideya məzmununun yüksəlməsinə qayğı göstərmək, ictimai-siyasi qrup rəhbərlərinə və onların köməkçilərinə məşğələlərin hazırlanmasında və keçirilməsində sistematik kömək göstərmək, qruplardan birində şəxsən ictimai-siyasi məşğələ aparmaq, bölükdə ictimai-siyasi informasiyanı təşkil etmək və keçirmək; əsgərlər və çavuşlar arasında mədəni-kütləvi və idman işini təşkil etmək və keçirmək, ictimai-siyasi-maarif işinə və bölük bədii özfəaliyyətinə rəhbərlik etmək; əsgərlər və çavuşlarla ictimai-siyasi və tərbiyə işində televiziyadan, radiodan, bədii ədəbiyyatın ən yaxşı əsərlərindən, dövri mətbuat materiallarından geniş istifadə etmək; şəxsi heyətin qəzet və jurnallarla vaxtında təmin edilməsinə dair tədbirlər keçirmək; ictimai-siyasi-maarif əmlakının düzgün istifadə edilməsini, qorunub saxlanmasını təşkil etmək; bölmə fəallarının seçilməsini, yerləşdirilməsini, tərbiyəsini və öyrədilməsini təşkil etmək; bölük divar qəzetinin redaksiya heyətinin və döyüş vərəqələri redaktorlarının işinə gündəlik rəhbərlik etmək; tabelikdə olanların maddi-məişət şəraitinin yaxşılaşdırılmasına qayğı göstərmək, hərbi qulluqçuların onlara düşən təminatın vaxtında və tam norma ilə almalarına ciddi diqqət yetirmək, şəxsi heyətin ərizə və şikayətlərinə diqqət və qayğıkeşliklə yanaşmaq; sutkalıq naryada təyin edilmiş şəxsi heyətlə ictimai-siyasi iş aparmaq; bölük komandirinə və tabor (alay, briqada) komandirinin şəxsi heyətlə tərbiyə işi üzrə müavininə şəxsi heyətin ictimai-siyasi və mənəvi vəziyyəti, keçirilmiş ictimai-siyasi tədbirlər, ictimai-siyasi və tərbiyə işlərinin vəziyyəti haqqında vaxtında məlumat vermək; hərbi qulluqçularda silahları, döyüş texnikasını və digər texnikanı mənimsəmək və daim döyüşə hazır saxlamaq, hərbi və xalq əmlakını qoruyub saxlamaq üçün şəxsi məsuliyyət hissi tərbiyə etmək, şəxsi heyəti təhlükəsizlik tədbirlərinə riayət etməyə səfərbər etmək; şəxsi heyətin hərbi-vətənpərvərlik, ümumbəşəri dəyərlər və Azərbaycan xalqının milli-tarixi ənənələri ruhunda tərbiyəsi məqsədi ilə bölükdə ictimai siyasi hazırlığı, habelə kütləvi təbliğat, təşviqat və mədəni-maarif işlərini, həmçinin rəsmi məlumatların vaxtında çatdırılmasını təşkil etmək və aparmaq.

24. Azərbaycan Respublikasının 1997-ci il 3 oktyabr tarixli, 377-İQ nömrəli Qanunu ilə təsdiq edilmiş “Hərbi xidmətkeçmə haqqında” Əsasnamədən: 155... Hərbi qulluqçuların həqiqi hərbi xidmətdən buraxılması bu Əsasnamənin 156 — 159-cu maddələrindən birinin nəzərdə tutduğu əsasla icra edilir. Bu zaman buraxılmaq üçün bir neçə əsası olan müsbət attestasiya edilmiş hərbi qulluqçular buraxıldıqdan sonra ən yüksək hüquqlar və güzəştlər verən əsasla, yaşlarına və səhhətlərinə görə buraxılmaq hüququ olanlar isə onların arzusu nəzərə alınaraq bu səbəblərdən birinə əsasən buraxılmağa təqdim edilirlər. Hərbi qulluqçu törətdiyi xətalara görə həqiqi hərbi xidmətdən müvafiq şərəf məhkəməsinin vəsatəti ilə, yaxud birbaşa buraxılırsa, buraxılma bu Əsasnamənin 156-cı maddəsinin «ə» bəndinə əsasən yerinə yetirilir.

156. Hərbi qulluqçular Azərbaycan Respublikası Silahlı Qüvvələrindən ehtiyata buraxılırlar: e) xidməti uyğunsuzluğa görə (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularından başqa);

25. İddiaçı barəsində verilmiş təqdimatlarda xx.xx.2019-cu ildən “kapitan”, daha sonra xx.xx.2020-ci ildən “kapitan”, xx.xx.2021-ci ildən “kapitan” olduğu qeyd edilsə də, o, xx.xx.2021-ci il tarixli əmrdə baş leytenant kimi xidməti uyğunsuzluğa görə ehtiyata buraxılmışdır. İddiaçıya aid xidmət dəftərçəsinə əsasən, məhkəmə onun xidməti uyğunsuzluğunun nədə ifadə olunduğunu müəyyən edə bilmir. Belə ki, yuxarı komandanlığa verilmiş raport, iddiaçı ilə aparılmış söhbətlər və kiçik zabitlərin şərəf məhkəməsinin qərarı ümumi, qeyri-müəyyən və stereotip ifadələrlə əsaslandırılmış, iddiaçının xidməti uyğunsuzluğunun, tutduğu vəzifəyə uyğun olaraq şəxsi heyətlə tərbiyə işlərinin təşkili planında yol verdiyi xidməti intizamsızlığın nədə ifadə olunduğu konkret faktlarla və hallarla əsaslandırılmamışdır. Əksinə, iddiaçının idman normativlərini yerinə yetirə bilməməsi dəfələrlə vurğulanmış, iddiaçı isə həmin halı çiynindən aldığı travma ilə əsaslandırmışdır. Belə ki, xidmət dəftərçəsindən də görünür ki, iddiaçı xidmət dövründə hərbi həkim komissiyası tərəfindən şəhadətləndirilmiş və müayinə zamanı ona sol körpücük sümüyünün akromal ucunun qapalı, qopmuş cüzi yerdəyişmiş sınığından sonrakı zəif sümük döyənəyi diaqnozu qoyulmuşdur. Odur ki, onun idman normativlərini yerinə yetirə bilməməsi xidməti uyğunsuzluğa deyil, başqa vəzifəyə keçirilməsi üçün əsas ola bilərdi.

26. İPM-in 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. İPM-in 68-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır.

27. İPM-in 73.1-ci maddəsinə əsasən, inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur.

28. İPM-in 73.2-ci maddəsinə əsasən, iddiaçının tələbi əsasında müəyyən konkret qərarın qəbul edilməsi mümkün olmadıqda, məhkəmə inzibati orqanın üzərinə, məhkəmənin hüquqi mövqeyini nəzərə almaqla, iddiaçının xeyrinə müvafiq inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur.

29. Məhkəmə hesab edir ki, hazırkı mübahisə inzibati orqanın diskresion səlahiyyətlərinin qanunauyğun tətbiq edilməməsi ilə (tətbiq edilməsindən imtina ilə) bağlıdır və məhkəmə araşdırmasının nəticəsinə görə konkret qərarın qəbul edilməsi mümkündür.

30. Odur ki, inzibati aktın qəbulundan imtina olunması qanuna ziddir və iddiaçının hüquqlarının pozulmasına səbəb olmuşdur.

31. Göstərilənlərə əsasən və İPM-in 2.3, 13, 52, 68, 69, 75, 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ:

İddia təmin edilsin. İddiaçı “Hərbi xidmətkeçə haqqında” Əsasnamənin 156-cı maddəsinin “e” bəndinə (xidməti uyğunsuzluğa görə) əsasən ehtiyata buraxılmasına dair Azərbaycan Respublikası Müdafiə Nazirinin 09 dekabr 2021-ci il tarixli 01750 nömrəli əmri ləğv edilsin və İddiaçı xidmətə bərpa edilsin. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər.

Hakim Günel Sevdimalıyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar