Məhkəmə qərarları › İş №2-1(112)-2047/2025

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-2047/2025

13.08.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-2047/2025 13.08.2025 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Əhədova Aygün Əlqəmə qızının sədrliyi ilə, İslamova Minayə Etibar qızının katibliyi, İddiaçı, Cavabdehin nümayəndəsi Nümayəndə iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalı̇ nı̇ n Sosı̇ al Müdafı̇ əsi Nazı̇ rlı̇ yı̇ nin tabelı̇ yı̇ ndə Dövlət Sosı̇ al Müdafı̇ ə Fondunun Xüsusi Şərtlərlə Təyı̇ nat üzrə Mərkəzı̇ Fı̇ lı̇ alına qarşı “güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyini edilməsi” tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalı̇ nı̇ n Sosı̇ al Müdafı̇ əsi Nazı̇ rlı̇ yı̇ nin tabelı̇ yı̇ ndə Dövlət Sosı̇ al Müdafı̇ ə Fondunun Xüsusi Şərtlərlə Təyı̇ nat üzrə Mərkəzı̇ Fı̇ lı̇ alına qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək İddiaçı “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun xx.xx.2022-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi və həmin tarixdən qüvvədə olan qanunvericiliyə uyğun əmək pensiyasının təyin edilməsi və həmin tarixdən qüvvədə olan qanunvericiliyə uyğun əmək pensiyasının hesablanaraq ona ödənilməsi öhdəliyinin cavabdeh orqan üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, AA******* nömrəli (Fin: xxxxxxx) şəxsiyyət vəsiqəsinin surətinin məlumatlarına əsasən, İddiaçı xx.xx.1959-cu il tarixdə anadan oldu. БЕ seriyalı, 043468 nömrəli hərbi biletin, HB seriyalı, 968219 nömrəli diplomun, xx.xx.2021-ci il tarixli əyani təhsil haqqında arayışın, ИТ-İ № ******* nömrəli, xx.xx.1977-ci il tarixli əmək kitabçasının, xx.xx.2016-cı il tarixli güzəştli arayışın, xx.xx.2024-cü il tarixli güzəştli arayışın və xx.xx.2024-cü il tarixli güzəştli arayışın surətlərinin məlumatlarına əsasən, iddiaçının xx.xx.2022-ci il tarixinədək güzəştli iş stajı ən azı 12 il 6 ay və tələb olunan 40.320 manat pensiya kapitalı mövcuddur. İddiaçı xx.xx.1994-cü il tarixdən xx.xx.2005-ci il tarixədək Tikinti İdarəsində işlədi, həmin dövrlər arxiv sənədləri ilə təsdiq olunmadığına görə cavabdeh tərəfindən qəbul edilmədi. İddiaçı xx.xx.1959-cu il tarixdə anadan oldu, xx.xx.2022-ci il tarixində 62 yaş 10 ay 19 gününə çatdı. İddiaçı güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunması üçün xx.xx.2024-cü il tarixdə rəsmi ərizə ilə Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına (bundan sonra cavabdeh) müraciət etdi. Cavabdeh inzibati orqan iddiaçıya xx.xx.2022-cü il tarixdən, yəni 63 yaş 4 ay 14 günündən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin etdi. İddiaçı 62 yaş 10 ay 19 günündən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunması üçün xx.xx.2024-cü il tarixdə rəsmi ərizə ilə cavabdehə müraciət etdi. Cavabdeh iddiaçıya 62 yaş 10 ay 19 günündən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsindən imtina etdi. İmtinaya səbəb kimi, iddiaçının xx.xx.1992-ci il tarixdən xx.xx.1994-cü il tarixədək işlədiyi "X7" şirkətinin sığortaolunan kimi qeydiyyatda olmadığı və məcburi dövlət sosial sığorta haqları ödəmədiyi göstərildi. Bu da iddiaçının Azərbaycan Respublikası Konstitsuyasının 38-ci maddəsində təsbit edilmiş sosial təminat hüququnun pozulmasına səbəb oldu. Bu səbəbdən hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qaldı. xx.xx.2022-ci il tarixədək ən azı 12 il 6 ay güzəştli stajı və 40.320 manat pensiya kapitalını topladığına görə, ona ƏPQ-nin xx.xx.2022-ci il tarixindən qüvvədə olan 9.1-ci maddəsinə əsasən 62 yaş 10 ay 19 gündən pensiya təyin edilməldir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəmənin icraatına qəbul edildikdən sonra İnzibati Prosessual Məcəllənin 49-cu maddəsinə uyğun olaraq, işin hazırlıq icraatına başlanılmış və məhkəmənin sərəncamı ilə həmin Məcəllənin 47-ci maddəsinin tələblərinə uyğun olaraq iddia ərizəsi ona əlavə edilmiş sənədlərlə birlikdə cavabdehə təqdim olunmuş və cavabdehdən iddiaya qarşı yazılı münasibət (etiraz) bildirilməsi tələb olunmuşdur. Cavabdeh orqanın iddiaya yazılı etirazı məhkəməyə təqdim edilmiş və bildirilmişdir ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 32.1-1-ci maddəsinə əsasən əmək pensiyaları onu almaq hüququ yarandığı gündən, lakin bu Qanunun qüvvəyə mindiyi gündən tez olmamaqla və müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə, bu maddədə müəyyən edilmiş müddətlərə təyin edilir. Bu Qanuna uyğun olaraq ötən dövr üçün hesablanan pensiyanın ümumi məbləği ötən dövrdəki ayların sayına bölünərək aylıq pensiyanın üzərinə əlavə edilməklə ödənilir. Sözügedən Qanunun 37.3.1-ci maddəsinə əsasən yaşa görə əmək pensiyasının pensiya təyin olunan günədək qazanılmış sığorta hissəsi tam məbləğdə ödənilir və pensiya təyin olunduqdan, həmçinin bu maddəyə əsasən yenidən hesablandıqdan sonrakı dövr üzrə qazanılan sığorta və yığım hissələri üzrə pensiya kapitalının toplanması davam etdirilir. Pensiyaçı işləməyən əmək pensiyaçısı kateqoriyasına keçdikdə və ya əmək pensiyası təyin olunduğu, yaxud bu maddəyə əsasən yenidən hesablandığı gündən sonra 6 il işlədikdə əmək pensiyası avtomatlaşdırılmış qaydada (bu Qanunun 37.3.2-1-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla) yenidən hesablanır. Bu zaman sığorta və yığım hissələrinin hesablanmasında gözlənilən pensiya ödənişi müddəti aylarının sayı pensiyaçının pensiya təyin edildikdən, yaxud bu maddəyə əsasən yenidən hesablandıqdan sonra işlədiyi ayların sayı qədər, lakin 72 aydan çox olmamaqla azaldılır. Qanunun 29.1-ci maddəsinə əsasən əmək pensiyasının sığorta hissəsi, bu Qanunun 20ci maddəsinə əsasən qulluq stajına görə əmək pensiyasına əlavələr təyin edilmiş əmək pensiyaçılarına münasibətdə, həmin əlavələrlə birlikdə müəyyən edilmiş məbləği ildə bir dəfə ölkə üzrə orta aylıq nominal əməkhaqqının müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən illik artım tempinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanının qərarına əsasən indeksləşdirilir. Qanunun 29.1-ci maddəsinə əsasən ümumi əmək pensiyalarının indeksləşdirilməsi ilə əlaqədar İddiaçı pensiyası xx.xx.2024-cü il tarixdən etibarən 581,22 manat təşkil etmiş, keçmiş dövr üzrə 544,66 manat ödənişlər müvafiq olaraq hər ay iddiaçının pensiyasının üzərinə əlavə olunmaqla ödənilməyə davam etidirilir. Qanunun 1.0.2-ci maddəsinə əsasən, sığorta stajı əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödəmək şərtilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur. Sözügedən Qanunun 21.1-ci maddəsinə görə şəxsin müvafiq iş, hərbi xidmət və digər fəaliyyət müddətləri sığorta stajına qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə daxil edilir. N.X3 təqdim etdiyi əmək kitabçasında xx.xx.1992-xx.xx.1994-cü il tarixləri arasındakı dövr ərzində “X7” şirkətində işlədiyi qeyd olunmuşdur. Sözügedən müəssisədə işlədiyi dövrlərə dair məlumatların dəqiqləşdirilməsi məqsədilə “Sığorta Alt Sistemi (monitorinq)” proqram təminatında araşdırma aparılaraq həmin müəssisənin Dövlət Sosial Müdafiə Fondunda sığortaolunan kimi qeydiyyatda olmadığı və məcburi dövlət sosial sığorta haqları ödəmədiyi müəyyən edilmişdir. Buna görə də yuxarıda qeyd olunan dövrü İddiaçı iş stajına daxil etmək qanunvericiliyin tələbləri baxımından mümkün olmamışdır. Məhkəmə iclasında iştirak edən iddiaçı tərəf iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi iddiaya etiraz edərək tələbin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi aşağıdakı əsaslara görə təmin edilməlidir. İş materiallarına əlavə edilmiş ИТ-1 ******* nömrəli Əmək kitabçası məlumatlarından görünür ki, xx.xx.1959-cu il təvəllüdlü İddiaçı təhsili orta, peşəsi fəhlə olmuşdur. “Şirvan meliorasiya su tikinti” tresti TQİ-12 daxil olana qədər əmək stajı olmamışdır; xx.xx.1976-ci il tarixdə “Şirvan meliorasiya su tikinti” tresti TQİ-12yə ikinci dərəcəli fəhlə olaraq işə qəbul edilmişdir. xx.xx.1977-ci il tarixdə SSRİ ƏQM 36-cı maddəsinin 1-ci bəndinə əsasən öz xahişi ilə işdən azad edilmişdir. xx.xx.1977-ci il tarixdə sovet ordusu sıralarında xidmətdə olmuşdur. xx.xx.1980-cı il tarixdə ikinci dərəcəli fəhlə olaraq işə qəbul edilmişdir. xx.xx.1980-cı il tarixdə üçüncü dərəcəli fəhlə olaraq köçürülmüşdür. xx.xx.1980-cı il tarixdə Azərbaycan SSRİ ƏQM 37-ci maddəsinə əsasən öz xahişi ilə işdən azad edilmişdir. xx.xx.1983-cü il tarixdə gözətçi təyin edilmişdir. xx.xx.1984-cü il tarixdə Azərbaycan SSRİ ƏQM 37-ci maddəsinə əsasən öz xahişi ilə işdən azad edilmişdir. 1980-cı il tarixdən 1985-ci il tarixə qədər müddət ərzində AR Əzizbəyov adına Neft və Kimya institutunda təhsil almışdır. xx.xx.1985-ci il tarixdə Neft və qaz quyularında istismar və kəşfiyyat qazması üzrə 4-cü dərəcəli qazmaçı köməkçisi olaraq qəbul edilmişdir. xx.xx.1986-cı il tarixdə neft və qaz quyularında istismar və kəşfiyyat qazması beşinci dərəcəli qazmaçı olaraq köçürülmüşdür. xx.xx.1987-ci il tarixdə neft və qaz quyularında istismar və kəşfiyyat qazması beşinci dərəcəli qazmaçı olaraq köçürülmüşdür. xx.xx.1988-ci il tarixdə qazmaçı usta vəzifəsinə köçürülmüşdür. xx.xx.1988-ci il tarixdə əmək haqqının ödənilməsini yeni şəraitinə keçmə ilə əlaqədarqazmaçı usta hesab edilmişdir. Sov İKP XXİİ qurultayı adına neft qaz çıxarma İB-nin ləğv edilməsi ilə əlaqədar”Neft daşları” X8 İdarəsi onun tərkibindən çıxarılmış və SSRİ Neft mədən nazirliyinin “Baş dəniz neft idarəsinin “Xəzər dəniz neft-qaz” İB tərkibinə keçirilmişdir. xx.xx.1992-ci ildə Azərbaycan Respublikası ƏQM 36-cı maddəsinin 5-ci bəndinə əsasən öz xahişi ilə işdən azad edilərək “Aran” korporaasiyasının sərəncamına köçürülmüşdür. xx.xx.1992-ci ildə “Aran məhsul” şirkətinə kommersant vəzifəsinə təyin edilmişdir. xx.xx.1992-ci ildə ƏQM 36-cı maddəsinin 5-ci bəndinə əsasən köçürülmə qaydasında “X7ı” şirkətinə köçürülmüşdür.xx.xx.1992-ci ildə Aran təsərrfat mallarə şirkətinə broker təyin edilmiş, xx.xx.1994-cü ildə işdən azad edilmiş, xx.xx.2013-cü ildə Azneft İB X4 İdarəsinə qazmaçı təyin edilmiş, xx.xx.2017-ci ilə azad edilmiş, xx.xx.2017ci ildə SOCAR AQŞ MMC-yə qazma ustası təyin edilmiş, hazl-hazırda işləyir. Məhkəmə sorğusuna cavab olaraq Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının xx.xx.2024-cü il tarixli 3-17-1/2-198086/2024 nömrəli məktubu ilə təqdim edilmiş sənədlərdən görünür ki: - Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının xx.xx.2024-cü il tarixli 3-17-1/3-3-5030/2024 nömrəli “Əmək pensiyasının təyin edilməsi haqqında” Qərardan görünür ki, İddiaçı pensiya hüququ yarandığı xx.xx.2022-ci il tarixdən “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunun 9.1 maddəsinə əsasən yaşa görə 581.22 manat məbləğində əmək pensiyası təyin edilmişdir. -Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin xx.xx.2024-ci il tarixli 01566 nömrəli Arxiv Arayışında göstərilmişdir ki, İddiaçı 1980-cı ildə Qaz-neft mədən fakültəsinin “Neft və qaz quyularının qazılması” ixtisası üzrə əyani şöbəsinin 1-ci kursuna qəbul olmuşdur. İddiaçı 1985-ci ildə “Neft və qaz quyularının qazılması” ixtisası üzrə əyani şöbəni bitirmişdir. -Azərbaycan Respublikası Dövlət Neft Şirkəti Kompleks qazma işləri tresti tərəfindən verilmiş xx.xx.2016-cı il tarixli X5 Arayışında göstərilmişdir ki, xx.xx.1959-cu il təvəllüdlü İddiaçı Sov.İKPXXİİ qurultayı adına "Xəzərdənizneftqazsənayesi" NQÇ İstehsalat Birliyinin "Neft Daşları" X9 İdarəsində xx.xx.1985-ci il tarixdən -xx.xx.1992-ci il tarixinə kimi qazmaçı köməkçisi, qazmaçı, qazma ustası vəzifələrində işləmişdir. "Xəzərdənizneftsənayesi" X1 xx.xx.1988-ci il tarixli 148 saylı əmri ilə "Neft Daşları" X9 İdarsəi SSSR-in NSN "Xəzərdənizneftsənayesi" İB-nin tərkibinə verilmişdir. "Xəzərdənizneftqaz" İB-nin xx.xx.1992-ci il tarixli 183 saylı əmri ilə "Neft Daşları" X9 İdarəsi "xxxx" Dövlət Konsern İB-nin tərkibinə verilmişdir. Azərbaycan Respublikası Neft Sənaye Nazirliyinin xx.xx.1994-cü il tarixli 48 saylı ilə "xxxx" Dövlət Konserni Azərbaycan Respublikası Dövlət Neft Şirkəti adlandırılmışdır və "Xəzərdənizneftqaz" İB-nin "Neft Daşları" X9 İdarəsi onun tərkibinə verilmişdir. AR DNŞnin xx.xx.2013-cü il tarixli AR DNŞ/13-1000/01/SM-05-000034 saylı əmrinə əsasən “Kompleks qazma işləri” trestinin “neft Daşları” X9 İdarəsi ləğv olunaraq trestin “Neft Daşları” İstehsalat bölümü kimi fəaliyyət göstərir. xx.xx.1985-xx.xx.1986- Sov.lKPXXİİ qurultayı adına “Xəzəedənizneftqazsənayesi”NQÇ İstehsalat Birliyinin “Neft Daşları” X9 İdarəsi Qazmaya 4-cü dərəcəli qazmaçı köməkçisi peşəsinə işə qəbul edilmişdir. xx.xx.1986-xx.xx.1987- Qazmaya 5-ci dərəcəli qazmaçı peşəsinə keçirilib. xx.xx.1987xx.xx.1988- Qazmaya 6-cı dərəcəli qazmaçı peşəsinə keçirilib. xx.xx.1988-xx.xx.1992qazmaya qazma ustası vəzifəsinə keçirilib. xx.xx.1992-Əmək Məcəlləsinin 36-cı maddəsinin 5-ci bəndinə əsasən öz təşəbbüsü ilə işdən azad edilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2007 - ci il tarixli 12 saylı qərarına əsasən 10.1 a) fəhlələr göstərilən peşələr üzrə güzəştli şərtlərlə təqaüd almaq imkanına malikdir. Güzəştli iş stajı-6 il, 9 ay, 28 gün. -SOCAR AQŞ MMC tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli AQS-020/24 nömrəli Arayışda göstərilmişdir ki, xx.xx.1959-cu il təvəllüdlü İddiaçı (Fin:xxxxxxx) ondan ötrü ki, o həqiqətən "xxxx" MMC-də əmək şəraiti ağır və zərərli hesab edilən aşağıda göstərilən peşələrdə işləmişdir. -xx.xx.2017-ci il tarixində Qazma ustası peşəsinə qəbul edilmişdir (əmr № İR-148-2/17, xx.xx.2017-ci il). -xx.xx.2021-ci il tarixdə Boru alət meydançası üzrə mühəndis vəzifəsinə keçirilmişdir (əmr № 1548/21, xx.xx.2021). -xx.xx.2024-cü İİ tarixdə Qazma ustası vəzifəsinə keçirilmiş və hazırda həmin vəzifədə işləyir. İddiaçı yuxarıda qeyd edilən əmək funksiyalarını faktiki olaraq dəniz şəraitində Xəzər dənizində yerləşən Günəşli yatağının 7 saylı platformasında buruqlarda-quyularda neft-qaz quyularının qazılması ilə bağlı vəzifələri icra etməklə yerinə yetirmişdir. Onun işlədiyi qazma ustası və mühəndis vəzifələrinin adları şirkət daxili beynəlxalq tələblərə uyğun gələrək adlandırılmışdır. Bu səbəbdən, işçi tərəfindən işin eyni finksiylarının yerinə yetirilməsinə baxmayaraq, bu vəzifələrin adları ilə, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli qərarının 10-cu bölməsində qeyd edilən vəzifələrin adları arasında müəyyən fərqlilik yaranır. Əslində, İddiaçı yuxarıda işlədiyi peşələr Qazma briqadasına aiddir və faktiki olaraq siyahıda göstərilən “buruqların ustaları və onların köməkçiləri" və bilavasitə buruqlarda məşğul olan qazma üzrə mühəndislər (qazma işləri üzrə) peşələrinin funksiyalarını yerinə yetirmişdir. Yəni, onun işlədiyi qazma ustası “buruqların ustaları və onların köməkçiləri” peşəsinə, boru alət meydançası üzrə mühəndis isə bilavasitə buruqlarda məşğul olan qazma üzrə mühəndislər (qazma işləri üzrə) peşəsinə uyğundur. Yuxarıda göstərilən peşələr, yəni İddiaçı: xx.xx.2017-ci ildən xx.xx.2021-ci il tarixədək işlədiyi (4 il 08 ay 16 gün) qazma ustası; xx.xx.2021 -ci il tarixdən xx.xx.2024-cü il tarixədək işlədiyi (2 il 02 ay 15 gün) Boru alət meydançası üzrə mühəndis;xx.xx.2024-cü il tarixdən hal-hazıradək işlədiyi (xx.xx.2024-cü il tarixədək 21 gün) qazma ustası peşələri Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli qərarı ilə təsdiq edilmiş «Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı»nın 10.1-ci maddəsinin Qazma b) yarımbəndində rəhbərlər və mütəxəssislər: siyahısında göstərilmiş “buruqların ustaları və onların köməkçiləri” -SOCAR-ın “Azneft” İstehsalat Birliyi “X4” İdarəsi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli 14-2-1-9/2-60/2024 nömrəli “Şəxsin güzəştli şərtlə pensiya hüququ verən işdə çalışmasına dair” Arxiv Arayışında göstərilmişdir ki, o həqiqətən xx.xx.2013-cü il tarixindən xx.xx.2014-cü il tarixinədək “X4” idarəsinin Quyuların əsaslı və yeraltı təmiri sahəsində quyuların əsaslı təmiri üzrə qazmaçı, xx.xx.2014-cü il tarixindən xx.xx.2014-cü il tarixinədək həmin sahədə quyuların əsaslı təmiri üzrə qazmaçı köməkçisi, xx.xx.2024cü il tarixindən xx.xx.2017-ci il tarixinədək quyuların əsaslı və yeraltı təmiri üzrə usta vəzifəsində işləmişdir, İşlədiyi vəzifənin güzəştli pensiya hüququna əsas olan xüsusiyyətləri: (QƏT üzrə qazmaçı), Quyuların əsaslı təmiri texnoloji prosesinin aparılmasında. Quyularda əsaslı təmirin aparılması üçün hazırlıq işlərində iştirak edilməsi.Nasos-kompressor və qazma borularının barmaq arxasına yığılmasında hündürlük işlərinin görülməsi. Yuyucu nasosların parametrlərinə nəzarət edilməsi; Maşın açarlarının asılması və avtomat açarların qurulması, məhlulun dövretmə sisteminə nəzarət edilməsi və onun qazılmış süxurlardan (şlamdan) təmizlənməsi;Avadanlıq və alətlərin yoxlanmasında və yağlanmasında, tal sisteminin yığılmasında və ləvazimatın dəyişdirilməsində iştirak edilməsi. Endirmə-qaldırma zamanı qazma və nasoskompressor borularının körpünün üstünə və yaxud barmaq arxasına yığılması işlərinin aparılması. Boruların ölçülməsində iştirak edilməsi.Tal sisteminin sazlığına nəzarət edilməsi. İşlədiyi vəzifənin güzəştli pensiya hüququna əsas olan xüsusiyyətləri: (QƏ və YT üzrə usta). İstehsalat briqadasına rəhbərliyi həyata keçirir;Təhkim edilmiş xidmət zonasında quyuların təmiri üzrə plan tapşırıqlarının briqada tərəfindən yerinə yetirilməsini təmin edir;Quyuların əsaslı və yeraltı təmiri üzrə işlərə rəhbərlik edirjlşlərin istehsalat plan-qrafiklərinin işlənib hazırlanmasında iştirak edir;Quyuların təmirini, alətlərin istismarını, avadanlıq və xüsusi texnikanın tam yüklənməsi və səmərəli istifadə olunmasını təmin edir və onlara nəzarət edir;Təmir işlərini keyfiyyətlə yerinə yetirməklə bərabər onların müddəti və dəyərinin azaldılması, quyuların təmirlərarası işləmə müddətinin artırılması üzrə tədbirlərin tətbiqini həyata keçirir;Quyuya endirmək üçün təyin edilmiş texnoloji və elektrik avadanlıqlarının, alətlərin, texnikanın saz vəziyyətdə olmasını yoxlayır;Mürəkkəb və xüsusi təhlükəli təmir işlərinin aparılmasında iştirak edir;Plana müvafiq olaraq briqadaya və ayrı-ayrı fəhlələrə istehsal tapşırıqlarını təyin edir; SOCAR-n “Azneft” İB-nin “X4” idarəsinin əsas fəaliyyəti qazın yeraltı anbarlala vurulması və götürülməsindən ibarətdir.Qalmaz və Qaradağ YQA-lara yaz-yay aylarında qaz vurmaqla, (qazın hasilatı) payız-qış aylarında qazı anbarlardan götürülərək əhaliyə və sənaye obyektlərinə çatdırmaq məqsədi ilə qaz kəmərləri sisteminə nəql etməkdir.Qazqötürmə mövsümündə quyulardan götürülən qaz (qaz hasilatı) QPM-də (Qaz paylama məntəqəsi) yerləşən ilkin təmizləyici qurğulardan - separatorlarda qaz maye və mexaniki qarışıqlardan təmizlənir və Separatorlarda tutumuş maye və mexaniki qarışıqlar xüsusi ayrılmış maye çənlərə ötürülür. Çənlərdə maye çeşidlənərək kondensat ayrılır və xususi çənlərə vurulur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin “güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nın təsdiq edilməsi barədə xx.xx.2007-ci il tarixli 12 saylı qərarının 10.2 bəndinə əsasən (“Neft, qaz və qaz kondensatının hasilatı, qəbulu və saxlanması sahəsi”) təsdiq edilmiş bu vəzifə güzəştli sayılır. Zərərli amil, İİİ sininf təhlükəli karbohidrogen- Səs-küy, bBA, QƏ və YT üzrə ustanın kodu 2130200b—23187, QƏT üzrə qazmaçı 2130200a— 11292. İşçilərin sağlamlıq və əməyin təhlükəsizliyi sorğu kitabının İş yerlərinin attestasiyasının nəticələrinə əsasən əmək şəraitinin ağır və zərərliyinin qiymətləndirilməsi metodikasının 7-ci bəndinə əsasən ağır səviyyə 3 ballla qiymətlədirilib. Güzəştli iş ştajı; 03 il 05 ay 05 gün təşkil edir. Məhkəmə sorğusuna cavab olaraq Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin xx.xx.2024-cü il tarixli 3-21-3/2-14312/2024 nömrəli məktubunda göstərilmişdir ki, “X7” Şirkəti barədə Əmlak Məsələləri Dövlət Xidmətində hər-hansı məlumat yoxdur. Məhkəmə sorğusuna cavab olaraq Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Milli Gəlirlər Baş İdarəsinin Hüquqi Şəxslərin Dövlət Qeydiyyat İdarəsinin xx.xx.2024-cü il tarixli 3-21-2-2-1/2-8394/2024 nömrəli məktubunda göstərilmişdir ki, dövlət reyestrində “X7” Şirkəti adlı kommersiya qurumu aşkar edilməmişdir. Məhkəmə sorğusuna cavab olaraq Azərbaycan Respublikası Dövlət Arxivinin Bakı Filialının xx.xx.2024-cü il tarixli 3-48-2F/2-2008/2024 nömrəli məktubunda göstərilmişdir ki, "xxxx" Şirkətinin arxiv sənədləri Dövlət Arxivinin Bakı Filialında saxlanılmır. Məhkəmə sorğusuna cavab olaraq Azərbaycan Respublikası Dövlət Statistika Komitəsinin xx.xx.2024-cü il tarixli 3-34/2-759/01-3/2024 nömrəli məktubunda göstərilmişdir ki, Azərbaycan Respublikasının statistik vahidlərin Dövlət reyestrində “Aran- Təsərrüfat Malları” şirkətinə dair məlumat mövcud deyildir. Statistik vahidlərin Dövlət reyestrində müəssisələrlə bağlı məlumatların axtarışı Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti tərəfindən qeydiyyat zamanı hüquqi şəxsə təqdim olunmuş vergi ödəyicisinin eyniləşdirmə nömrəsi (VÖEN) və yaxud da Dövlət Statistika Komitəsi tərəfindən təqdim olunmuş statistik identifikasiya kodu vasitəsi ilə həyata keçirilir. Belə ki, müəssisənin yalnız “ada” görə axtarışı səhv nəticələrə gətirib çıxara bilər. Məhkəmə sorğusuna cavab olaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin xx.xx.2025-ci il tarixli 3165/2-11-3015/2025 nömrəli məktubunda göstərilmişdir ki, ölkə Prezidentinin xx.xx.2008-ci il tarixli 713 nömrəli Fərmanı ilə Ədliyyə Nazirliyinə altı ay müddətində 2008-ci il yanvarın 1-dək dövlət qeydiyyatına alınmış kommersiya qurumlarının dövlət reyestri məlumatlarının və qeydiyyat sənədlərinin Vergilər Nazirliyinə (Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti) müvafiq aktla təhvil verilməsi tapşırığı verilmişdir. Ədliyyə Nazirliyi tərəfindən tapşırığın icrası təmin olunmuşdur. Bunu nəzərə alaraq sorğuda qeyd edilən hüquqi şəxslər barədə məlumatın verilməsi imkan xaricindədir. Məhkəmə sorğusuna cavab olaraq Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Milli Gəlirlər Baş İdarəsinin Hüquqi Şəxslərin Dövlət Qeydiyyat İdarəsinin xx.xx.2025-ci il tarixli 3-21-2-2-1/2-27831/2025 nömrəli məktubunda göstərilmişdir ki, dövlət reyestrində "xxxx" Şirkəti və “Aran” Korporasiyası adlı kommersiya qurumları aşkar edilməmişdir. Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının iddiaçıya ünvanladığı xx.xx.2024-cü il tarixli 3-17-1/2-İ834068/2024 nömrəli məktubunda göstərilmişdir ki, etibarnamə üzrə nümayəndəsi olduğunuz İddiaçı 6 aprel 2024-cü il tarixində Mərkəzi Filial tərəfindən işlədiyi sahənin (neftin saxlamlması) Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin SiyahısTna Nazirlər Kabinetinin xx.xx.2022 ci il tarixli 451 nömrəli Qərarı ilə əlavə edildiyi 24 dekabr 2022-ci il tarixindən “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun (bundan sonra - Qanun) 9.1-ci maddəsinə əsasən, təhsil aldığı dövr nər.crə akr.maq'a (xx.xx.1980- xx.xx.1985-ci il tarixləri arasındakı dövr) güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilmişdir. Eyni zamanda bildiririk ki, Qanunun 29.1-ci maddəsinə əsasən ümumi əmək pensiyalarının indeksləşdirilməsi ilə əlaqədar İddiaçı pensiyası xx.xx.2024-cü il tarixindən etibarən 581,22 manat təşkil edir. Əlavə olaraq bildiririk ki, Qanunun 1.0.2-ci maddəsinə əsasən, sığorta stajı əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödəmək şərtilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur. Sözügedən Qanunun 21.1-ci maddəsinə görə şəxsin müvafiq iş, hərbi xidmət və digər fəaliyyət müddətləri sığorta stajına qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə daxil edilir. Nəbi X3 təqdim etdiyi əmək kitabçasında xx.xx.1992-xx.xx.1994-cü il tarixləri arasındakı dövr ərzində “X7” şirkətində işlədiyi qeyd olunub. Sözügedən müəssisədə işlədiyi dövrlərə dair məlumatların dəqiqləşdirilməsi məqsədilə “Sığorta Alt Sistemi (monitorinq)” proqram təminatında araşdırma aparılaraq həmin müəssisənin Dövlət Sosial Müdafiə Fondunda sığortaolunan kimi qeydiyyatda olmadığı və məcburi dövlət sosial sığorta haqları ödəmədiyi müəyyən edilmişdir. Buna görə də yuxarıda qeyd olunan dövrü İddiaçı iş stajına daxil etmək qanunvericiliyin tələbləri baxımından mümkün deyil. İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 05 saylı, 10 aprel 2015-ci il tarixli Qərarında göstərilmişdir ki, mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur (1.3-cü bənd). Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir (1.4-cü bənd). Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır (2.1-ci bənd). Qeyd edilən normaların tələbindən çıxış edərək məhkəmə ilk növbədə verilmiş iddianın mümkünlüyünü qiymətləndirir. Belə ki, iddia mümkün iddiadır. Baxılan işdə söhbət İnzibati Prosessual Məcəllənin 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədən gedir ki, buna da baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İPM-in 2.1, 3.1 və 8.1-ci maddələri). İddia düzgün cavabdehə qarşı verilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur. İddiaçının iddia tələbi ilə bağlı cavabdehə etdiyi ilkin müraciət və verilmiş imtina cavabı iş materiallarına əlavə edilmişdir. İddianın ümumi və xüsusi mümkünlük şərtləri ödənilir. İddia, mahiyyət üzrə əsaslıdır. İşin hallarından müəyyən olunur ki, iddiaçı xx.xx.1959-cu il təvəllüdlü olmaqla ona - Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində cavavdehin xx.xx.2024-cü il tarixli 3-17-1/3-3-5030/2024 nömrəli qərarı ilə xx.xx.2022-ci il tarixdən “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunun 9.1-ci maddəsinə əsasən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilmişdir. İddiaçı ona daha əvvəldən, yəni qanuna edilmiş dəyişikliklə xx.xx.2022-ci il tarixdən güzəştli pensiya təyin edilməsini xahiş etmiş, lakin inzibati orqan iddiaçının əmək kitabçasında qeyd edilmiş xx.xx.1992-ci ildən xx.xx.1994-cü il tarixədək “X7” şirkətində olan dövrün öz təsdiqini tapmadığını əsas gətirərək həmin dövrü ümumi stajına daxil etməmiş, iddiaçınən güzətli pensyasını həmin dövr çıxılmaqla 25 ilin tamam olduğu xx.xx.2022-ci il tarixdən pensiya təyin etmişdir. İddiaçı hazırkı iddiasında qeyd edilən imtinanı mübahisələndirir və onun güzəştli pensiya hüququnun yarandığı tarix kimi-xx.xx.1992-ci ildən xx.xx.1994-cü il tarixədək olan dövr də daxil edilməklə xx.xx.2022-ci ildən təyin edilməsini xahiş edir. «İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 05 saylı, 10 aprel 2015-ci il tarixli Qərarında göstərilmişdir ki, mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur (1.3-cü bənd). Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir (1.4-cü bənd). Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır (2.1-ci bənd). Qeyd edilən normaların tələbindən çıxış edərək məhkəmə ilk növbədə verilmiş iddianın mümkünlüyünü qiymətləndirir. Belə ki, iddia mümkün iddiadır. Baxılan işdə söhbət İnzibati Prosessual Məcəllənin 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədən gedir ki, buna da baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İPM-in 2.1, 3.1 və 8.1-ci maddələri). İddia düzgün cavabdehə qarşı verilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur. Məhkəmə qeyd edir ki, məcburetmə haqqında iddia vasitəsilə iddiaçı məhkəmə qarşısında inzibati orqandan “İnzibati icraat haqqında” Qanunun 2.0.10-cu maddəsində nəzərdə tutulmuş mənada onun üçün əlverişli vəziyyət yaradan inzibati akt qəbul edilməsini, yəni özünün hüquqi vəziyyətinin genişləndirilməsini tələb edə bilər. Hazırkı halda iddiaçıya güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilsə də iddiaçının tələbi onun pensiya hüququnun yarandığı tarixdən, məhz xx.xx.2022-ci il tarixdən təyin edilməsi ilə bağlıdır. Pensiya hüququnun yarandığı tarixin əvvələ çəkilməsi isə iddiaçının hüquqi vəziyyətinin bilavasitə genişləndirilməsinə (təyin edildiyi tarixdən əlavə pensiya ödəmələrini tələb etmək) gətirib çıxaracağı nəzərə alındıqda məhkəmə hesab edir ki, hazırkı iddianın növü mübahisələndirmə -inzibati aktın dəyişdirilməsi növünə deyil, məcburetmə haqqında iddia növünə uyğundur. İddia, həmçinin mahiyyət üzrə əsaslıdır. Belə ki, xx.xx.2022-ci ildən qüvvədə olan “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq, güzəştli şərtlərlə yaşa görə əmək pensiyası almaq hüququ verən incəsənətin xüsusi sahələrinin, yeraltı, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərin (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin) müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) təsdiq etdiyi siyahısında nəzərdə tutulan işlərdə azı 12 il 6 ay çalışmış kişilərin və azı 10 il çalışmış qadınların bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş şərtlər daxilində yaş həddi 5 il azaldılmaqla yaşa görə əmək pensiyası hüququ vardır. Həmin Qanunun 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Qeyd. Bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır. Göründüyü kimi 29 iyun 2022-ci il tarixindən qüvvədə olan Qanunun 9.1-ci maddəsinin tələbinə əsasən güzəştli şərtlələr yaşa görə əmək pensiyasının təyin edilməsi üçün kişilər üçün yaş 60 yaşın tamam olması (Qanunun 7-ci maddəsi ilə nəzərdə tutulmuş 1 iyul 2020-ci il tarixdən kişilər üçün 65 yaş həddi 5 il azaldılmaqla), 25 il ümumi iş stajı və 12 il 06 ay güzəştli iş stajı toplaması tələb olunur. İddiaçı xx.xx.1959-ci il təvəllüdlü olmaqla xx.xx.2022-ci il tarixdə 62 yaş 10 ay 20 gün tamamlamışdır. İddiaçının həmin tarixə cavabdeh tərəfindən güzəştli iş stajı mübahisləndirilmir. Mübahisələndirilən hal xx.xx.2022-ci il tarixə iddiaçının 25 il ümumi staja malik olmasıdır ki, qeyd edilən müddətin tamamlanması üçün iddiaçının xx.xx.1992-xx.xx.1994cü il tarixlərarası dövrdəki stajı onun ümumi stajına hesablanmalıdır. “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun 67-ci maddəsinə əsasən mülkiyyət və təsərrüfatçılıq formalarından asılı olmayaraq müəssisələrdə, idarələrdə, təşkilatlarda və kooperativlərdə əmək müqaviləsi və ya üzvlük əsasında əmək fəaliyyəti xarakterindən və müddətindən asılı olmayaraq ümumi iş stajına daxil edilir. Həmin Qanunun 67-ci maddəsinin “v” bəndinə əsasən hərbi (alternativ) xidmət və Müdafiə Nazirliyində qeydiyyatdan keçmiş özünümüdafiə dəstələrində və birləşmələrində olmaq, milli təhlükəsizlik, daxili işlər, Dövlət sərhədini mühafizə və Prezidenti mühafizə orqanlarında xidmət müddəti iş stajına daxil edilən əmək fəaliyyətinin növlərinə daxildir. “Əmək pensiyaları haqqında” Qanunun 1.0.2-ci maddəsinə görə sosial sığorta stajı (bundan sonra - sığorta stajı) əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödəmək şərtilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur. Həmin Qanunun 21.1-ci maddəsinə görə qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin hərbi qulluqçuların, eləcə də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxslərin iş , hərbi xidmət və ya digər fəaliyyət müddətləri sığorta stajına daxil edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 28 aprel tarixli 175 nömrəli Qərarı ilə təsdiq edilmiş ““Əmək pensiyalarının təyin edilməsi, hesablanması, yenidən hesablanması, bir növdən başqa növə keçirilməsi və ödənilməsi Qaydasıı”nın: -4.1-ci bəndinə əsasən əmək pensiyasının təyin edilməsi zamanı nəzərə alınan sosial sığorta stajı aşağıdakılara əsasən müəyyən edilir: 4.1.1. 2006-cı il yanvarın 1-dək olan dövr üzrə:

1. “Sosial sığorta haqqında” Azərbaycan Respublikasının Qanununa və bu sahədə münasibətləri tənzimləyən digər normativ hüquqi aktlara uyğun olaraq məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xüsusiyyətlərindən və müddətindən asılı olmayaraq, müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin iş müddəti əmək fəaliyyəti barədə sənədlərə (əmək kitabçası, o olmadıqda işəgötürənin arayışı və ya dövlət arxivinin arayışı), həmin sənədlərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda Fond tərəfindən işəgötürəndə, dövlət arxivində və Fondda saxlanılan məlumatların üzləşdirilməsi nəticəsində tərtib olunan akta əsasən;(....) 4.1.2. 2006-cı il yanvarın 1-dən sonrakı dövr üzrə – dövlət sosial sığorta sistemində fərdi uçot (bundan sonra – fərdi uçot) məlumatlarına əsasən; 4.1.3. işçinin işəgötürən tərəfindən hesablanmış əməkhaqqına məcburi dövlət sosial sığorta haqqı ödənilən iş müddəti – fərdi uçot məlumatlarına əsasən;(....) Qanunvericiliyin bəhs edilən normalarından görünür ki, əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı “Əmək pensiyaları haqqında” Qanun qüvvəyə mindikdən sonra əldə edilən sosial sığorta stajı müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödənildikdə və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusuna əsasən nəzərə alınır. “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun qüvvədə olduğu dövrdə sığortaolunanların sığorta stajını əhatə etdiyi dövr isə onun ümumi iş stajı ilə müəyyən edilir. Qeyd edilən qanunvericiliyin tələblərindən görünür ki, “Əmək pensiyaları haqqında” Qanunun qüvvəyə mindiyi xx.xx.2006-cı il tarixədək ümumi iş stajını təsdiq edən əsas sənəd əmək kitabçasıdır. İşçinin əmək fəaliyyəti dövrü onun işə başlaması və işdən çıxması tarixləri arasındakı fərqlə müəyyən edilir. İddiaçının əmək fəaliyyəti əmək kitabçasında olan xx.xx.1992-ci il tarixdən xx.xx.1994-cü il tarixədək Aran-təsərrüfat malları şirkətində işə qəbul və işdən çıxması barədə əmrlərin nömrəsi, tarixi, şirkətin səlahiyyətli şəxsinin(direktorun) imzası və möhürü ilə təsdiq edilmiş qeydlərlə sübut olunur. Həmin qeydlərin mötəbərliliyini şübhə altına alacaq hər hansı hala isə məhkəmə icraatında rast gəlinməmişdir. Adıçəkilən şirkətin fəaliyyəti barədə məlumat məhkəmə sorğularına cavablarda aşkar olunmasa da, nə qədər ki, iddiaçının mübahisələndirilən dövr üzrə fəaliyyəti əmək kitabçasında olan qeydlərdə öz əksini tapmış və hazırkı əmək kitabçasının mötəbərliyini şübhə altına alacaq sübut təqdim edilmədiyi nəzərə alındıqda, o zaman əmək kitabçası əmək pensiyası təyin edilməsi üçün zəruri şərt kimi çıxış edən iş stajı faktına dair həqiqi vəziyyəti dəqiq əks etdirməklə özü-özlüyündə şübhə doğurmur. Sözügedən qeydlər əmək kitabçasının 12-13-cü səhifələrində 19-cu sırasında qeyd edilmiş, həmin qeydlərin ardınca həmin səhifədə eləcə də növbəti 14-15-ci səhifələrdə xx.xx.2013-cü il tarixdən etibarən X2 X4 İdarəsindəki əmək fəaliyyətinə dair möhürlə təsdiq edilmiş məlumatlar 20, 21-cı sıralarda qeyd edilmişdir. Qeydlərin ardıcıllığı pozulmamış və bu hal da iddiaçının əmək fəaliyyəti barədə xx.xx.1992-xx.xx.1994-cü il qeydinin ən geci hələ xx.xx.2013-cü ildə iddiaçının əmək kitabçasında mövcud olduğunu, sonradan daxil edilmədiyini deməyə əsas verir. Sözügedən müəssisəyə aid qeydiyyat məlumatının arxivdə aşkar olunmaması isə iddiaçının məsuliyyət dairəsinə aid məsələ deyildir və bu halda əmək stajının təsdiq edən əmək kitabçası olduğu təqdirdə həddindən artıq sübutetmə yükü iddiaçının üzərinə qoyula bilməz. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 19.1-ci maddəsinə əsasən inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. Beləliklə, iddiaçıya yaşa görə əmək pensiyasının təyini üçün tələb olunan 25 il ümumi iş stajı tələbi xx.xx.2022-ci il tarixə ödənilir. İddiaçının güzəştli şərtlələ yaşa görə əmək pensiyasına dair hüququnun yarandığı vaxt onun 25 ilinin tamam olduğu xx.xx.2022-ci il tarixidir. Cavabdehin həmin tarixə pensiya təyin edilməsindən imtinası əsassız olmaqla iddiaçının qanunla qorunan hüquqlarını pozmuşdur. İnzibati Prosessual Məcəllənin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Həmin Məcəllənin 68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməli, iddiaçıya xx.xx.2022-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi vəzifəsi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına həvalə edilməlidir. İnzibati Prosessual Məcəllənin 85.1-ci maddəsinə əsasən şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 52, 68, 69, 75 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə

Qərara aldı:

İddia tələbi təmin edilsin. İddiaçı xx.xx.2022-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi vəzifəsi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına həvalə edilsin. Qərardan təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər.

Hakim Aygün Əhədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar